< <
15 / total: 17

Peyğəmbərimiz (s.ə.v)-in Yalandan Çəkinməklə Əlaqədar Hədisləri

"Qiyamət günü Allah dərgahında məxluqlarının heç sevilməyənləri yalançılar, təkəbbürlülər və qardaşlarına qarşı qəlblərində amansız kin bəsləyənlər olacaq..."(16)

"Qiyamət günü Allah qullarının ən səfillərinin bunların yanına bu sözlə, onların yanına da o sözlə gələn ikiüzlü kəslərin olduğunu görəcəksiniz".(17)

"Dostuna söylədiyin bir sözdə, o səni təsdiqləyərkən sənin ona yalan danışmağın böyük xəyanətdir".(18)

"Qul yalan danışa-danışa və yalanı axtara-axtara Allah dərgahında çox yalançı yazılar".(19)

"Yalan ruzini azaldar".(20)

"Sənə Allah qorxusunu, doğru sözlülüyü, əmanəti sadiq olmağı, əhdə vəfa göstərməyi, yemək yedirməyi və təvazökar davranmağı, bol-bol salam verməyi tövsiyə edirəm".(21)

"Allaha and içən insan, andına ağcaqanad qanadı qədər (kiçik) yalan daxil etsə, bu yalan qiyamət gününə qədər qəlbində ləkə kimi qalar".(22)

"Allahım qəlbimi nifaqdan, məhrəm yerlərimi zinadan, dilimi də yalandan təmizlə".(23)

"Böhtanın, yalanın ən böyüyü görmədiyi yuxunu gözlərinə isnad edərək gördüm deməkdir".(24)

"(Müsəlmanlar) Sahabələrimə və onlardan sonra gələnlərə yaxşı davranın. Daha sonra yalan yayılar, insan özünə and içməyi təklif edilmədən and içər, şahidlik etməyi istənilmədən şahidlik edər".(25)

"Yalan olduğunu bilə-bilə mənə bir söz isnad olan yalançılardan biridir".(26)

"Siz dürüstlüyə davam edin, çünki dürüstlük mütləq sahibini xeyirlərə nail edər. Yaxşılıqlar da cənnətə hidayət edər, aparar. Dürüstlüyə davam etdikcə və doğrunu axtardıqca Allahın yanında dürüstlük kimi yazılar. Yalandan çəkinin, yalan insanı mütləq günaha aparar, günah isə oda, yəni cəhənnəmə aparar, qul yalana davam etdikcə və yalanı axtardıqca İlahinin yanında yalançı yazılar".(27)

"Müsəlmanda... xainlik və yalan ola bilməz".(28)

"Bir nəfər Rəsulullah (s.ə.v)-ə: "Cənnətə aparan əməl nədir?" dedi. Peyğəmbər də "sədaqət, düzgünlükdür, doğru söz söyləməkdir. Çünki qul doğru söz söylədikdə yaxşılıq edər, lütfkarlıq edər, belə lütfkarlıq edərkən, Allah da iman nəsib edər, beləliklə də o, Allahın varlığını təsdiqləyər, Ondan qorxar, yaxşı əməllər işləyər, ibadətləri edər, günahlardan da qaçar, beləcə, iman sahibi olduqda da cənnətə girər". Yenə həmin şəxs: "Cəhənnəmə aparan əməl nədir? deyə sual verdi, Cənabı Peyğəmbər də: "Yalandır, yalan danışmaqdır. Qul yalan danışdıqda fasiq olar, günahkar olar, haram və günah işləyər. Günahkar, fasiq olduqda Allahın nemətini görə bilməz, üsyan edər, nemətə nankorluq edər. Nemətə nankorluq etdikdə də cəhənnəmə girər".(29)

"Əgər siz Allah və Rəsulunun sizi sevməsini istəyirsinizsə, sizə verilən əmanəti sahibinə qaytarın. Söylədiyiniz vaxt doğru söyləyin, qonşularınız ilə yaxşı qonşuluq edin".(30)

"Münafiqin əlaməti üçdür: danışdığı vaxt yalan söyləyər, vəd verdikdə vədindən dönər və əmanət edilən şeyə xəyanət edər".(31)

"Yalanda xeyir yoxdur".(32)

"Yalan üz qızardar, söz daşımaq qəbirdə əzabdır".(33)

"Dürüstlük insanı Allahı razı salacaq yaxşılığa, Allahı razı salacaq yaxşılıq da cənnətə aparar. İnsan, doğru söyləyər və doğrunu axtarar da nəhayətdə Allahın dərgahında sıddıq (doğru sözlü) deyə yazılar. Yalan da insanı həddi aşmağa aparar. Həddi aşmaq da oda aparar. İnsan yalan söyləyər və yalanı araşdırar, nəticədə Allahın dərgahında yalançı kimi qəbul olunar".(34)

"Sənə şübhə verən şeyi tərk et, əmin olduğun şeyə çatana qədər get. Çünki sidq (dürüstlük) qəlbin etimadıdır, yalan şübhədir".(35)

"Qətiyyən yalana yaxınlaşmayın".(36)

"Yalan söz böyük günahlardandır".(37)

"Allahın qiyamət günündə ən nifrət edilən məxluqu yalançı və təkəbbürlüdürlər və bir də din qardaşlarına qarşı içlərində nifrət saxlayanlardır, siz bunlarla qarşılaşsanız siz də onlar kimi davranın. Bunlar Allah və Onun Rəsuluna itaətə çağrılsalar çox asta davranarlar, şeytanın yoluna və əmrinə çağrılsalar sürətlə gedərlər".(38)

Abdullah İbn Abbas (r.ə) deyir: Peyğəmbər (s.ə.v)-dən kamalın nə olduğu soruşuldu. Bu cavabı verdi: "haqqı söyləmək və sədaqətlə əməl etməkdir".(39)

"Yalandan uzaq durun, çünki yalan günahla birlikdədir və hər ikisi də oddadır".(40)

"Heç vaxt doğru olmaqdan əl çəkməyin. Doğruluq yaxşılıqla birlikdə olub, ikisi də cənnətdədir".(41)

 

Dipnotlar

16. İmam Gazali, İhya'u Ulum'id-din, 3. Cilt, s.355

17. İmam Gazali, İhya'u Ulum'id-din, 3. Cilt, s.355; Buhari ve Müslim'den

18. İmam Gazali, İhya'u Ulum'id-din, 3. Cilt, s.299

19. İmam Gazali, İhya'u Ulum'id-din, 3. Cilt, s.299

20. İmam Gazali, İhya'u Ulum'id-din, 3. Cilt, s.300

21. İmam Gazali, İhya'u Ulum'id-din, 3. Cilt, s.304; Ebu Nuaym, el-Hılye'de tahriç etmiştir

22. İmam Gazali, İhya'u Ulum'id-din, 3. Cilt, s.300; Tirmizi ve Hakim'den

23. İmam Gazali, İhya'u Ulum'id-din, 3. Cilt, s.301; el-Hatib, et-Tarih'te tahriç etmiştir

24. Sahih-i Buhari, 4. cilt, s. 421

25. İmam Gazali, İhya'u Ulum'id-din, 3. Cilt, s. 302; Tirmizi'den

26. İmam Gazali, İhya'u Ulum'id-din, 3. Cilt, s.303; Müslim'den

27. Mehmed Zahid Kotku, Hadislerle Nasihatlar, Cilt 1, s.279; Buhari ve Müslim'den

28. İmam Gazali, İhya'u Ulum'id-din, 3. Cilt, s.303; İbn Ebi Şeybe, el-Musannaf'ta tahriç edilmiştir

29. Mehmed Zahid Kotku, Hadislerle Nasihatlar, Cilt 1, Seha Neşriyat, istanbul 1984, s.281

30. Mehmed Zahid Kotku, Hadislerle Nasihatlar, Cilt 1, s.278; Taberani'den

31. Mehmed Zahid Kotku, Hadislerle Nasihatlar, Cilt 1, s.14

32. Kütüb-i Sitte Muhtasarı Tercüme ve Şerhi, 14. cilt, s.554

33. Kütüb-i Sitte Muhtasarı Tercüme ve Şerhi,, 10. cilt, s. 5-6

34. Buhari, Edeb 69; Müslim, Birr 102, 103, (2006, 2607); Muvatta, Kelam 16, (2, 989); Ebu Davud, Edeb 88, (4989); Tirmizi, Birr 46, (1972); Kütüb-i Sitte Muhtasarı Tercüme ve Şerhi, 10. cilt, s.9

35. Tirmizi, Kıyamet 61, (2520); Nesai, Eşribe 50, (8, 327, 328); Kütüb-i Sitte Muhtasarı Tercüme ve Şerhi, 10. cilt, s.9

36. Kütüb-i Sitte Muhtasarı Tercüme ve Şerhi, 10. cilt, s.11

37. Sahih-i Buhari, 3. cilt, s.81

38. Mehmed Zahid Kotku, Hadislerle Nasihatlar, Cilt 1, s. 45

39. İmam Gazali, İhya'u Ulum'id-din, 4. Cilt, s. 779

40. İmam Gazali, İhya'u Ulum'id-din, 3. Cilt, s.299; İbni Mace ve Nesai'den

41. İmam Gazali, İhya'u Ulum'id-din, 3. Cilt, s.303; İbni Mace ve Nesai'den

15 / total 17
"Harun Yəhyanın Quranda Yalançının Üsulları kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.blogspot.com ahirzamanfelaketleri.blogspot.com ingilizderindevleti.net