< <
7 / total: 13

Kəhf Surəsindən Dövrümüzə İşarələrr 6/10 -
(63 - 64)

Kəhf surəsi, 63-64

Xidmətçi dedi: “Qayanın yanında gizləndiyimiz vaxt yadına gəlirmi? O zaman mən balığı unutdum. Doğrusu, onu xatırlamağı mənə yalnız şeytan unutdurdu. Balıq dirilib qəribə bir şəkildə dənizdə yol tutub getmişdir”. Musa: “Elə istədiyimiz də bu idi!” – dedi. Sonra onlar öz ləpirlərinin izinə düşüb geri qayıtdılar.
(Kəhf surəsi, 63-64)

Ayələrdə hz. Musa və köməkçisinin balığı unutduqlarını xatırladıqda, itirdikləri yeri də xatırladıqları ifadə edilir. Bu yer isə, hz. Musanın sözlərindən aydın olduğuna görə bir qayalıqdır. İki dənizin qovuşduğu yerdəki qayalıq nöqtə, hz. Musanın bəhsi keçən mübarək adam ilə görüşəcəyi yerdir. Hz. Musa balıq vəsiləsiylə, hz. Xızır olduğu təxmin edilən müqəddəs şəxs ilə görüşəcəkləri yeri tam olaraq təsbit edə bilmişdir. Bundan sonra isə balığın vəzifəsi bitmiş və balıq da dənizdə yolunu tutmuşdur.

manzara
 

Bu ayədə həmçinin, hz. Musanın gənc köməkçisi, balığın yerini ona unutduranın şeytan olduğunu ifadə edir. Şeytanın unutdurma təsiri digər ayələrdə bu şəkildə bəhs edilir:

Ayələrimizi istehza edənləri gördüyün zaman, onlar başqa söhbətə keçənə qədər onlardan üz çevir. Şeytan bunu sənə unutdursa, xatırladıqdan sonra zalım tayfa ilə birgə oturma. (Ənam surəsi, 68)

İkisindən qurtulacağını yəqin etdiyi adama dedi ki: "Ağanın yanında məni xatırla." Lakin şeytan, ona ağasının yanında yada salmağı unutdurdu və beləcə daha neçə-neçə illər (Yusif) zindanda qaldı. (Yunis surəsi, 42)

Ancaq burada əhəmiyyətli bir xatırlatma daha etmək lazımdır: Şeytanın tək başına heç bir gücü yoxdur. Şeytana, bir insanda unutma kimi mənfi bir təsir meydana gətirmə gücünü verən Allahdır. Allah, bütün gücün və qüvvətin tək sahibidir. Allahın izni olmadan heç bir varlığın öz iradəsiylə bir iş reallaşdırması mümkün deyil. Allah "... Onun, kəklindən tutub nəzarət etmədiyi elə bir canlı yoxdur ..." (Hud surəsi, 56) ayəsində bildirildiyi kimi, bütün varlıqların bütün hərəkətlərinə nəzarət edəndir. Bu səbəbdən hz. Musaya və köməkçisinə balığı unutduran da əslində şeytan deyil, şeytan da daxil olmaq üzrə kainatdakı bütün varlıqların yeganə hakimi olan Uca Allahdır. Necə ki, balığın unudulması hz. Musa və köməkçisi üçün xeyirli bir hadisə olmuş, Allahın təyin etdiyi qədər bu şəkildə xeyirlə işləmişdir.

Kəhf surəsinin 64-cü ayəsində isə hz. Musa və gənc yoldaşının, balığın qaçdığı qayalıq yerin görüşmə nöqtəsi olduğunu fərq etdikləri aydın olur. Bunu anlayınca da xatırladıqları bu məkana doğru yola düşmüşlər. Ayədə keçən "geriyə doğru getdilər" ifadəsi də daha əvvəl keçib, balığı unutduqları qayalığa doğru getdiklərini göstərir. Çünki yeni bir yerə getmir, daha əvvəl getdikləri bir yerə təkrar dönürlər.

Kəhf surəsi, 65

Onlar orada Öz tərəfimizdən mərhəmət bəxş etdiyimiz və elm öyrətdiyimiz (ledun elmi) qullarımızdan birinə rast gəldilər.
(Kəhf surəsi, 65)

Əvvəlki hissələrdə də açıqladığımız kimi Allah qullarına qarşı sonsuz mərhəmət sahibidir, Rəhman və Rəhimdir. Hz. Musanın görüşmək üçün yola çıxdığı hz. Xızır isə Allahın ona rəhmət verdiyi bir insandır. Yəni Allahın Rəhman və Rəhim sifəti hz. Xızır üzərində təcəlli edir. Allah, hz. Xızıra Öz Qatından üstün bir elm vermiş və onu üstün bir qul etmişdir. Hekayənin davamında da hz. Xızırın üstün mərhəmət anlayışının bir çox nümunəsini görəcəyik.

Bu nöqtədə Qurandakı mərhəmət anlayışının da üzərində dayanmaq lazımdır. Allahın, "Sonra da iman gətirən və bir-birinə səbri tövsiyə edən, mərhəməti tövsiyə edənlərdən olmaq. Onlar sağ tərəf sahibləridir!" (Bələd surəsi, 17-18) ayələrində də bildirdiyi kimi mərhəmətli olmaq, bir mömin xüsusiyyətidir.

Həyatlarını Allahın razılığını qazanmağa həsr edən möminlər, Allahın bu hökmünü əskiksiz və qüsursuz olaraq yerinə yetirməyə çalışırlar. Onların mərhəmət anlayışlarının əsasında Allaha olan səmimi imanları yatar. Möminlər Allahın iznindən kənarda heç bir hadisənin reallaşmayacağını və Onun özlərinə bəxş edəcək hər şeyə möhtac olduqlarını bilirlər. Bu səbəbdən, bu qavrayışdan qaynaqlanan bir təvazökarlığa sahibdirlər. Təvazökarlıq sahibi olmayan bir insan həqiqi mənada mərhəmətli də ola bilməz. Çünki yalnız özünü düşünər və öz maraqları, öz nəfsinin istəklərini hər kəsdən üstün tutar. Bu səbəblə, başqalarının ehtiyaclarını, əskikliklərini heç əhəmiyyətli hesab etməz. Bunun təbii bir nəticəsi olaraq da kimsəyə qarşı şəfqət və mərhəmət hissləri bəsləyə bilməz. Halbuki təvazökar və Allaha tam təslim olmuş bir insan, Allahın yaratdıqlarına qarşı da dərin bir şəfqət və mərhəmət hiss edər.

Möminlərin mərhəmət göstərmədəki qərarlılıqlarının bir səbəbi də Allahın razı olacağı kimi bir əxlaqa sahib olmağı istəmələridir. Allah bir çox ayədə açıqlandığı kimi "mərhəmətlilərin ən mərhəmətlisi" dir. Bu səbəbdən möminlər də mərhəməti, güclərinin çatdığı ən son sərhədə qədər yaşamağa çalışırlar. Möminlər, "Əgər Allahın sizin üzərinizdə fəzli və rəhməti olmasaydı və Allah həqiqətən Rauf (şəfqət edən və) Rəhim olmasaydı (nə edərdiniz)?" (Nur surəsi, 20) ayəsiylə də bildirildiyi kimi, Allahın onlara olan şəfqətinə və mərhəmətinə möhtacdırlar. Allahın özlərinə mərhəmət etməsini istədikləri üçün də digər möminlərə qarşı əllərindən gəldiyincə mərhəmətli olmağa çalışırlar.

Möminlər hər mövzuda olduğu kimi mərhəmət mövzusunda da özlərinə ölçü olaraq yalnız Quranı götürürlər. Bu səbəblə də, mərhəməti ancaq Allahın mərhəmət edilməsini bildirdiyi hallarda və yenə Allahın təyin etdiyi şəxslərə göstərirlər.

Bəzən bir möminə olan sevgi və mərhəmət, nəfslərinə çətin və ağır gələ biləcək bəzi nöqtələrdə onlara müdaxilə və ya tənqidlər etməyi tələb edə bilər. Qarşılarındakı adamın etdiyi pis bir rəftarda onu tənqid edə, yəni Quranda əmr edildiyi üzrə pislikdən uzaqlaşdıra bilərlər. Əsl mərhəmət də budur. Hər müsəlman, bacı-qardaşının Qurandan kənar bir hərəkətini əngəlləməyi gözə alar, amma o adamın sonsuz həyatını cəhənnəmin içində keçirməsini gözə ala bilməz. Bu səbəblə də, Allahın ən çox razı olacağı əxlaqı yaşaması istiqamətində təşviq edərək onu cənnətə hazırlayar. Unutmamaq lazımdır ki, əsl mərhəmətsizlik, qarşı tərəfin axirətini düşünmədən, etdiyi səhv işlərə bilərək kənardan izləyici olmaqdır.

Allah Peyğəmbərimiz (s.ə.v)-in mərhəmət anlayışını bir ayədə "And olsun sizə, sizin əziyyətə düşməyiniz ona ağır gəlir, o sizə qarşı qayğıkeş, möminlərə şəfqətli və mərhəmətli olan bir elçidir" (Tövbə surəsi, 128) ifadəsiylə bildirmişdir. Məhz bu əxlaqı özlərinə nümunə götürən inananlar da bir-birlərinin axirət mənfəətlərini güdərək, Allahın əmr etdiyi şəkildə davranarlar.

 

Kəhf surəsi, 66

Musa ona dedi: “Sənə öyrədilmiş doğru yolu göstərən elmdən mənə öyrətmək şərtilə sənin arxanca gələ bilərəmmi?”
(Kəhf surəsi, 66)

Ayələrdə bəhs edilən ifadələrdən, hz. Musanın görüşəcəyi bu mübarək insan haqqında daha əvvəldən vəhy ilə ətraflı məlumat aldığı aydın olur. Bəhs edilən vəziyyəti ortaya qoyan bir çox dəlil vardır. Məsələn, hz. Musa görüşəcəyi yerə, olduğu yer görə olduqca uzaq olmasına baxmayaraq getmək üçün səy sərf etmişdir. Çünki orada görüşəcəyi insanın özünə çox-çox fayda verəcəyinə əmindir. Bunun hər hansı bir görüş olmadığını, çox xüsusi bir görüş olduğunu bilir. O səbəblə hər cür çətinliyi gözə alaraq, uzun bir yol qət etmişdir.

Həmçinin görüşən kimi qarşısındakı insanı dərhal tanımış, onun üstün əxlaqını və elmini fərq etmiş və ona tabe olmağı tələb etmişdir. Bu da qarşısındakı insanın elm öyrədilmiş, mübarək bir adam olduğunun özünə əvvəlcədən bildirmiş ola biləcəyini göstərir. (Ən doğrusunu Allah bilir.)

Görüşəcəyi bu insanın doğru yolda olan və doğru yola yönəldən bir insan olduğu, bu insana tabe olmalı olduğu və ondan məlumat öyrənməli olduğu hz. Musaya vəhy yolu ilə bildirilmiş ola bilər. (Ən doğrusunu Allah bilir.) Üstəlik ondan aldığı bu məlumat və elm ilə hz. Musanın doğru yola çatacağını da bildiyi aydın olur. Bu səbəblə də onu gördüyündə tabe olmaq istədiyini dərhal söyləmişdir.

Kəhf surəsi, 67

Xızır dedi: “Doğrusu, sən mənim yanımda səbir edə bilməzsən.
(Kəhf surəsi, 67)

Ayələrdə diqqət çəkildiyini görə hz. Xızır da hz. Musa haqqında ətraflı məlumata malikdir. Üstəlik söhbətlərindən hz. Xızırın gələcəyə dair məlumatlara da Allahın bildirməsi ilə sahib olduğu aydın olur.

Hz. Xızır, hz. Musanın tələbini dinlədikdən sonra ona dərhal özüylə birlikdə olmağa səbir göstərə bilməyəcəyini söyləmişdir. Daha heç bir hadisə olmadan, hz. Musanın necə bir rəftar göstərəcəyini bilmədən və görmədən hz. Xızırın belə bir fikirdə olması çox diqqət çəkicidir. Bunun səbəbi isə hz. Xızırın gələcəyi bilməsidir. (Ən doğrusunu Allah bilir.)

Bu məlumatın hz. Xızır tərəfindən bilinməsi, hər şeyin Allahın diləməsiylə olduğuna da bir işarədir. Çünki gələcək haqqındakı məlumatı Allah ancaq istədiyi qullarına, dilədiyi qədəriylə verir. Hz. Xızırın gələcəkdən xəbər verməsi də ancaq Allahın təqdiri ilə mümkündür. Kitabın əvvəlki hissələrində də ətraflı açıqladığımız kimi Allah qullarından istədiyinə qeybin xəbərlərini verə bilər.

Hz. Musanın, hekayənin sonrakı hissələrində qarşılaşacağı hadisələr çoxdan nəticələnmişdir və Allah Qatında hər anıyla bilinir. Yaşayacağı hadisələr, hz. Musanın qədərində yazılmışdır. Bu da insanın, Allahın qədərində təqdir etdiyindən kənarda heç bir şey yaşayamayacağına açıq bir dəlildir.

Möminlərin bu elmi qavramış, Allaha və qədərə təslim olmuş, təvəkküllü kəslər olması lazım olduğu bir ayədə bu şəkildə bildirilir:

De: “Allahın istədiyindən başqa, mən özümə nə bir zərər, nə də bir xeyir verməyə qadirəm. Hər ümmətin bir əcəli vardır. Onların əcəli gəldiyi zaman bircə saat belə nə yubanar, nə də qabağa keçə bilərlər” (Yunis surəsi, 49)

Kəhf surəsi, 68

Axı sən səbəbini bilmədiyin bir şeyə necə səbir edə bilərsən?”
(Kəhf surəsi, 68)

İnsanın gün ərzində başına bir çox hadisə gəlir. Çətinliklərlə, sıxıntı verici vəziyyətlərlə, sevinc və hüzur verən hadisələrlə qarşılaşır. Ancaq insanların böyük bir hissəsi Allahın varlığını və hər hadisənin Allah qatında bir qədər üzrə təyin edildiyini düşünmədikləri üçün, başlarına gələn hadisələri şans, ya da təsadüf kimi həqiqətdən kənar anlayışlarla izah etməyə çalışırlar. Bu da olub bitənlərə xeyir gözüylə baxmalarını, yaşadıqlarından hikmətli nəticələr çıxara bilmələrinə mane olar. Bu səbəblə də həmişə çətinliyə, kədərə düşər, bədbəxt olarlar. Bu, iman edənlərlə inkarçılar arasındakı çox böyük fərqdir. Çünki iman edənlər hər hadisənin Allahın diləməsiylə və çox böyük bir xeyirlə yaradıldığının şüurundadırlar.

Quranda bir çox ayədə xəbər verilən bu həqiqəti ürəyi ilə qəbul edən bir insan, dünya həyatında hər nə hadisə ilə qarşılaşırsa qarşılaşsın, vəziyyətindən məmnun olmağı və bu hadisənin ardında gizlənən gözəllikləri və hikmətləri görə bilməyi bacarar. Allah, hər hadisəni çox incə bir plan üzərinə, sonsuz ağıl və hikmət ilə yaratmışdır. İnsanın gözlərini dünyaya açdığı andan etibarən qarşılaşdığı yaxşı, ya da pis kimi görünən hər hadisəni Allah yaradır. Həyatı bir bütün olaraq yer üzünün tək hakimi olan Allah idarə edir. Allah qüsursuz, mükəmməl, hikmətli və ən gözəl şəkildə yaradandır. Elə isə insana düşən bu mükəmməlliyi görüb təqdir etməkdir. Və Allahın sonsuz ağlının ola biləcək ən qüsursuz nəticələri yaradacağını bilərək, hər hadisənin xeyir və hikmət istiqamətini görməyə çalışmaqdır. Çünki Allaha iman edən və imanı ilə hər hadisəni xeyir gözüylə qiymətləndirib, xeyirə yozan bir insan dünyada da, axirətdə də həmişə xeyir və gözəlliklə qarşılaşacaq.

İman edenler, başlarına gelen ve o anda şer gibi görünen her olayı, Allah'ın deneme olarak yarattığını bilirler ve Allah'a teslim olarak, her ne şart altında olursa olsun güzel ahlak gösterirler. Kader gerçeğini kavrayamayanlar ise, her olayda sıkıntı ve ümitsizlik içindedirler.

Allah sonsuz, insan isə məhdud bir ağıla malikdir. İnsan ancaq hadisələrin xaricdən görünən qismi ilə təmasda ola bilir və ancaq öz anlayışı ilə bu hadisələri qiymətləndirməyi bacarır. Bəzi insanlar məhdud məlumat və anlayışı ilə bəzən xeyir və gözəllik olan bir hadisəni mənfi, pis olan bir hadisəni isə müsbət və xeyirli olaraq qiymətləndirirlər. Bu vəziyyətdə doğruları görə bilmək üçün iman edən bir insanın etməli olduğu şey, Allahın sonsuz ağıl və məlumatına təslim olaraq, hər hadisəyə xeyir gözüylə baxmaqdır. Çünki mənfi kimi görünən hər hadisə də iman edən bir insan üçün əslində bir "qədər dərsi" dir. Necə ki, Allah bir ayədə belə buyurur:

Olar ki, xoşunuza getməyən bir şey, sizin üçün xeyirlidir və olar ki, sevdiyiniz şey də sizin üçün bir şərdir. Allah bilir, siz bilməzsiniz. (Bəqərə surəsi, 216)

Kəhf surəsi, 69

Musa dedi: “İnşaAllah, səbirli olduğumu görəcəksən. Sənin heç bir əmrindən çıxmayacağam”.
(Kəhf surəsi, 69)

Ayədə görüldüyü kimi, hz. Musa, hz. Xızırın söylədiyi sözlər qarşısında dərhal müsəlmanca bir rəftar göstərir " İnşaAllah" -yəni "əgər Allah dilərsə" - deyə cavab verir. Bu söz möminlərin Allaha təslim olmalarının, qədərin hər an işlədiyini bildiklərinin, Allah diləmədikcə heç bir şeyə güc yetirə bilməyəcəyinin fərqində olduqlarının bir ifadəsidir.

Kəhf surəsinin 23 və 24-cü ayələrinin şərhlərində də bəhs etdiyimiz kimi, heç bir şey üçün "onu sabah edəcəyəm!" deməmək, " Allah dilərsə (inşaAllah)" demək Allahın bir əmridir.

Hz. Musanın bu cavabı ilə Allah, müsəlmanların bir işə başlamadan, bir qərar vermədən, sabahısı gün üçün bir plan qurmadan əvvəl mütləq "inşaAllah" dəmələrinin əhəmiyyətinə diqqət çəkir. Çünki insana o işi həyata keçirməyə gücü və bacarığı verən də, nəticədə müvəffəqiyyətə çatdıracaq olan da yalnız Allahdır.

Müsəlmanların bu çox əhəmiyyətli həqiqəti bir an belə ağıllarından çıxarmamaları, kainatdakı hər hadisənin hər şeydən xəbərdar olan Allahın idarəsində və məlumatında olduğunu unutmamaları lazımdır.

Kəhf surəsi, 70

Xızır dedi: “Əgər mənə tabe olacaqsansa, özüm sənə bir xəbər bildirməyincə məndən heç bir şey haqqında soruşma”.
(Kəhf surəsi, 70)

Hz. Musa və hz. Xızır hekayəsi ilə, peyğəmbərlərə və elçilərə tabe olmağın əhəmiyyətinə bir daha diqqət çəkilir. Bu tabelik əsnasında möminlərin diqqətli bir hörmət göstərməyə əhəmiyyət vermələri lazımdır.

Bu mövzuyla əlaqəli olaraq, insanın, tabe olduğu elçinin hər etdiyini bir xeyir və gözəllik olaraq görməsi lazımdır. Elçinin hər etdiyində bir hikmət axtarışı, əgər hikmətini fərq edə bilmirsə də bunun açıqlanmasını səbir və hörmətlə gözləməsi lazımdır. Gərəksiz suallarla narahatlıq meydana gətirmək, maraqlandıqları sözlərlə çətinlik yaratmaq hər möminin çəkinməsi lazım olan davranışlardır.

Əgər edilən bir hərəkətin, ya da deyilən bir sözün hikmətləri görülmürsə, o zaman müsəlmana üzərinə düşən şey; tabe olduğu elçinin və ya mürşidin, hikmətlərini açıqlamasını hörmətlə gözləməkdir. Bu baxış bucağına sahib bir müsəlman, edilənin əslində son dərəcə məqsədəuyğun və doğru olduğunu dərhal fərq edəcək və ilk əvvəldəki rəftarının səhv olduğunu asanlıqla anlayacaq. Necə ki, ayələrdə də tabe olunan adamın lazımlı gördüyü zaman etdiyi işlərin, aldığı qərarların və söylədiyi sözlərin hikmətini nəsihətlə açıqlayacağı bildirilir. Məsələn, hz. Xızır Kəhf surəsinin bu ayəsində "mən sənə nəsihətlə izah edib bəhs edənə qədər" deyərək, hz. Musaya qarşılaşdığı hadisələrin hikmətini açıqlayacağını hiss etdirmişdir.

 

...Nitekim bir gemiye binince, o bunu (gemiyi) deldi...
(Kehf Suresi, 71)

Kəhf surəsi, 71

Sonra hər ikisi yola düzəlib getdilər. Nəhayət gəlib gəmiyə mindikləri zaman Xızır onu deşdi. Musa dedi: “Sən gəmidə olanları suya qərq etmək üçünmü onu deşdin?
Doğrusu, günahı böyük olan bir iş gördün”.
(Kəhf surəsi, 71)

Kəhf surəsinin bu ayəsindən hz. Musanın hz. Xızır ilə olan səfəri əsnasında yanında gənc yoldaşını aparmadığı aydın olur. Bu seçimin bir çox hikməti ola bilər. Ancaq bunlardan biri, ikitərəfli təlimin əhəmiyyətinə işarə etməsidir.

Həqiqətən də ikili təhsil ola biləcək ən yaxşı təhsil şəklidir. İzdihamlı topluluq içində ikən insanların diqqətlərinin dağıldığı, diqqətlərini toplamaqda çətinlik çəkdikləri bilinən bir həqiqətdir. Üç adam olunduğunda belə insanın diqqətinin dağıldığı, təhsilini aldığı mövzuya diqqətini yığmaqda çətinlik çəkdiyi məlumdur. Məhz bu səbəblə, Quranda təkbətək təhsilə işarə edilir. Bu şəkildə adam çox daha asan fikirlərini cəmləyə bilir, diqqətini həmin mövzuya verir və təhsili verən adamla birbaşa ünsiyyət halında olduğu üçün mövzuları çox daha sürətli qavraya bilir. Necə ki, bütün dünyada keçərli olan xüsusi dərs alma sisteminin əhəmiyyəti də bu müsbət üsuldan qaynaqlanır.

Ayədə diqqət çəkilən bir mövzu daha var: Hz. Musa hz. Xızırın çox qiymətli bir adam olduğunu, xeyirlə vəzifələndirildiyini çox yaxşı bilir.

Ayədə bildirilən hadisə, hz. Xızırın ilk qarşılaşdıqlarında ona söylədiyi səbir edə bilməyəcəyi hadisələrdən birinin qədərində reallaşdığı andır. Hz. Xızıra gələcəyə dair verilən məlumatın bir qismi beləcə reallaşmışdır. Hz. Musa isə qədərində yazılı olduğu üçün bu sualı soruşmuşdur. Burada bir peyğəmbər zəlləsi meydana gəlmişdir.

Zəllə, peyğəmbərlərin yanılmaları, unutmaları və ya səhvən etdikləri davranışlarına verilən addır. Bu zəllələrin hər biri çox böyük xeyirlərlə və hikmətlərlə, elçilərin qədərlərində yaradılır. Qədərdə hər bir zəllənin meydana gələcəyi an və yer məlumdur və bəllidir. Allah bu ayələrlə bizlərə bu tip zəlllərin meydana gələ biləcəyini bildirir.

 

Hiç şüphesiz, Biz herşeyi kader ile yarattık.
Bizim emrimiz, bir göz kırpma gibi yalnızca 'bir keredir.'
(Kamer Suresi, 49-50)

Kəhf surəsi, 72-73

Xızır dedi: “Mən demədimmi ki, sən mənim yanımda səbir edə bilməzsən?” Musa dedi: “Unutduğum bir şeydən ötrü məni qınama və öz işimdə məni çətinliyə salma!”.
(Kəhf surəsi, 72-73)

Kəhf surəsindəki bu ayələrdə, hz. Xızırın danışıqlarındakı qətiyyət diqqəti çəkir. Hz. Xızır, reallaşacaq olan hadisələri bildirərkən çox əmin bir üslubla danışır. Hz. Musanın heç bir şəkildə səbir edə bilməyəcəyini "qətiyyən" deyərək ifadə edir, buna gücü yetməyəcəyini dilə gətirir.

73-cü ayədə isə hər şeyin Allahın əmri ilə reallaşdığına təkrar diqqət çəkilir. İnsanın öz iradəsiylə ağzından tək bir söz çıxması, ya da ağzından çıxacaq bir sözü əngəlləməsi qətiyyən mümkün deyil. Çünki insana nitqi verən və onu danışdıran Allahdır. Allah canlı-cansız dilədiyi hər varlığa istədiyini dedirtmək gücünə qadirdir. Necə ki, Quran ayələrində Allahın qiyamət günündə insanların eşitmə, görmə duyğularına və dərilərinə nitq verdiyi bildirilir. Bu vəziyyət ayələrdə belə buyrulur:

Nəhayət, onlar oraya gəldikləri zaman qulaqları, gözləri və dəriləri etdikləri əməllər barəsində onların əleyhinə şahidlik edəcəkdir. Onlar öz dərilərinə: “Nə üçün əleyhimizə şahidlik edirsiniz?” – deyəcəklər. Dəriləri deyəcək: “Hər şeyi danışdıran Allah bizi danışdırdı. Sizi ilk dəfə O yaratmışdır və siz axırda Ona qaytarılacaqsınız”. Siz qulaqlarınızın, gözlərinizin və dərilərinizin əleyhinizə şahid olmasından çəkinib gizlənmirdiniz. Əksinə, elə zənn edirsiniz ki, Allah sizin etdiyiniz əməllərin çoxunu bilmir." (Fussilət surəsi, 20-22)

Başqa ayələrdə də Allahın icazə verməsi xaricində heç bir varlığın danışmağa qadir olmayacağını Rəbbimiz belə xəbər verir:

Göylərin, yerin və onların arasında olanlar Mərhəmətli Rəbbindən mükafatdır. Onlar Allahın hüzurunda bir söz deməyə qadir olmayacaqlar. Ruh (Cəbrayıl) və mələklər səf-səf duracağı gün, Mərhəmətli Allahın izin verdiyi kimsələrdən və doğru söz deyənlərdən başqa heç kəs danışmayacaq.(Nəbə surəsi, 37-38)

Daha əvvəl də tez-tez vurğuladığımız kimi unutmağı və xatırlamağı Allah meydana gətirər. Allah keçmişdən bu günə qədər yaşamış olan bütün insanların zehni fəaliyyətlərinin hamısına hakim olandır. Unutması da, soruşmamalı olan bir sualı soruşması da hz. Musanın qədərində anbaan yazılmışdır. Heç bir insanın, beyninə hakim olub bu unutqanlığa, ya da söyləyəcəyi sözə mane olması mümkün deyil. Allah dilədiyi an, dilədiyi adama istədiyi mövzunu unutdurar. İstəsə, bütün yaddaşını bir anda əlindən alar, istəsə heç bilmədiyi mövzuları onun yaddaşında elm olaraq yaradar. Bunların hamısı Allahın diləməsiylə reallaşar.

Hz. Musanın ayədə keçən "bu işimdə mənə çətinlik çıxarma" şəklindəki sözlərindən isə, hz. Xızırla olan elminin kəsilməsini istəmədiyi aydın olur.

 

Kəhf surəsi, 74

Yenə yola düzəldilər. Nəhayət, bir oğlan uşağı ilə rastlaşdıqda Xızır onu öldürdü. Musa dedi: “Heç kəsi öldürməyən günahsız bir canamı qəsd etdin? Doğrusu, çox pis bir iş tutdun”.
(Kəhf surəsi, 74)

Hz. Musa hər nə qədər söz versə də, sual soruşmamaq mövzusunda qərar alıb, iradə göstərmək istəsə də taleyinin xaricinə çıxa bilmir və bu sualları soruşmağın qarşısını ala bilmir. Üstəlik, hz. Xızırın Allahın əmri ilə hərəkət edən, elm sahibi bir adam olduğunu bildiyi, ona tabe olduğunu söylədiyi halda, hz. Xızırın etdikləri qarşısında bir reaksiya göstərir. Bu səbəbdən, burada təkrar bir peyğəmbər zəlləsi meydana gəlmişdir.

Ancaq heç unutmamaq lazımdır ki, hər insana canını verən və verdiyi canı alacaq olan yalnız Allahdır. Allah diləmədikcə bir insanın digərini öldürməsi mümkün deyil. Allah Ənfal surəsində bu vəziyyəti bu şəkildə bildirir:

Onları siz öldürmədiniz, Allah öldürdü; atdığın zaman sən atmadın, Allah atdı. Möminləri yaxşı bir sınaqdan keçirmək üçün (etdi.) Şübhəsiz ki, Allah Eşidəndir, Biləndir. (Ənfal surəsi, 17)

Hz. Xızır da Allahın əmri və istəyi ilə hərəkət edən, saleh bir quldur. Etdiyi hər hərəkət, söylədiyi hər söz ancaq Allahın əmri ilə həyata keçir. Üstəlik, bu ölümün bir cana qarşılıq olub-olmadığını Allah diləmədikcə heç kimin bilməsi mümkün deyil. Eyni şəkildə öldürülən uşağın "tərtəmiz bir can" olub-olmadığını da Allah bildirmədikcə, heç kim bilə bilməz. Ancaq burada hz. Musa, bütün bu sözləri Allahın diləməsiylə və Allah qədərində yazdığı üçün söyləyir.

Dosdoğru (bir Kitaptır) ki,
Kendi Katından şiddetli bir azapla uyarıp-korkutmak ve salih amellerde bulunan müminlere müjde vermek için (onu indirdi); şüphesiz onlara güzel bir ecir vardır.
(Kehf Suresi, 2)

 

7 / total 13
"Harun Yəhyanın Kəhf Surəsindən Dövrümüzə İşarələr kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.blogspot.com ahirzamanfelaketleri.blogspot.com ingilizderindevleti.net