< <
8 / total: 13

Kəhf Surəsindən Dövrümüzə İşarələrr 7/10 -
(75 - 86)

Kəhf surəsi, 75-76

Xızır dedi: “Sənə demədimmi ki, mənim yanımda səbir edə bilməzsən?” Musa dedi: “Əgər bundan sonra səndən bir şey barəsində soruşsam, daha mənə yoldaş olma. Sən artıq mənim diləyəcəyim sonuncu üzrxahlığa çatdın”.
(Kəhf surəsi, 75-76)

Qullarına dilədiyi zaman səbir göstərmə gücünü verən, istədiyi zaman da bu gücü geri alan Allahdır. Quranda möminlərin bu gözəl xüsusiyyətləri bir çox ayədə vurğulanır, ancaq səbri verənin Allah olduğu ifadə edilir. Məsələn, Bəqərə surəsində Talutun ordusunun döyüş əsnasında səbri Allahdan dilədikləri bildirilir:

Onlar Calut və ordusuna qarşı meydana (döyüşə) çıxdıqda dedilər: "Ey Rəbbimiz! Bizə səbir ver, addımlarımızı sabit qıl və kafirlərə qələbə çalmaqda bizə kömək et." (Bəqərə surəsi, 250)

76-cı ayədə isə hz. Musanın, meydana gələn bu vəziyyətdən hz. Xızırın narahatlıq hiss etdiyinin fərqində olduğu aydın olur. Hz. Xızırın etdiyi xatırlatmalara və səbir edə bilməyəcəyi istiqamətində qətiyyət ifadə edən danışmalarına baxmayaraq, hz. Musa israrla səbir göstərəcəyini ifadə etmiş, ancaq iki hadisədən sonra artıq bir həll yolu tapmağa qərar vermişdir. Bunun üçün də hz. Xızırın bu elmi öyrətməkdən imtina etməməsi üçün yeni bir razı salma üslubu istifadə etmişdir.

Hz. Musanın çəkindiyi mövzu hz. Xızırın onu öyrətməkdən, ona müxtəlif nəsihətlərlə dərs verməkdən imtina etməsi ehtimalıdır. Bu səbəblə də, tək istəyi ona təminat və zəmanət verərək bu dərsdən imtina etməsini əngəlləməkdir. hz. Musa təhsilin mümkün qədər davam etməsini və hz. Xızır kimi xüsusi elm verilmiş müqəddəs bir quldan mümkün olduğu qədər istifadə edə bilməyi istəyir. Bunun üçün də razı salıcı bir şərt qoşmağı həll yolu olaraq tapmışdır.

... Onda (kasabada) yıkılmaya yüz tutmuş bir duvar buldular, hemen onu inşa etti...
(Kehf Suresi, 77)

Kəhf surəsi, 77

Yenə yola düzəldilər. Nəhayət, bir kənd əhlinin yanına gəlib camaatdan yeməyə bir şey istədilər. Camaat onları yeməyə qonaq etmək istəmədi. Onlar orada dağılmaq istəyən bir divar gördülər. Xızır onu düzəltdi. Musa dedi: “Əgər istəsəydin, bunun müqabilində zəhmət haqqı alardın”.
(Kəhf surəsi, 77)

Yollarına davam edən hz. Musa və hz. Xızır girdikləri qəsəbədə gözəlliklə qarşılanmamışdılar. Bu qarşılanmadan etdikləri səfərin çox çətin bir səfər olduğu aydın olur. Çünki şəhər əhalisi onları qonaq olaraq qəbul etmək, hətta onlara yemək verməkdən belə çəkinmişdir.

Bu ayədə Allah, doğrunu və faydalı elmi tapmaq üçün hər cür çətinliyə razı olunmasının məqbulluğuna işarə edir. Hz. Musa da, hz. Xızır ilə birlikdə ola bilmək, onun elmindən istifadə edə bilmək və öyüdlərindən faydalana bilmək üçün hər cür çətinliyə razıdır. Bu bütün inananlar üçün də bir ibrət xüsusiyyətinin göstəricisidir. Müsəlmanlar da bənzər bir vəziyyətlə qarşılaşdıqlarında eyni qətiyyəti və gözəl əxlaqı göstərməlidirlər.

Ayədə həmçinin hz. Xızırın son dərəcə qabiliyyətli, məharətli və sürətli bir kimsə olduğuna işarə edilir. Bu, həm daha əvvəl gəmini içindəkilərə heç hiss etdirmədən korlaya bilməsindən, həm də divarı inşa edərkən etdiyi işin sürətindən və möhkəmliyindən aydın olur. Allah ayəsində "dərhal onu inşa etdi" deyə bildirərək bu sürətə və təcrübəyə işarə etmişdir. Həmçinin, hz. Xızır gəmini deşərkən də çox böyük bir hünər göstərmişdir. Gəmini məhv etməmiş, yalnız bir neçə kiçik ziyanla, qarşı tərəfin bəyənməyəcəyi bir hala gətirmişdir. Buradan hz. Xızırın divarın və gəminin düzəldiyi vəsaitə tam bir hakimiyyəti olduğu aydın olur.

Ayənin davamında hz. Musa üçüncü və son dəfə hz. Xızıra bir sual verir. Halbuki hz. Xızır ödəniş alıb-almaması lazım olduğunu onsuz da Allahın özünə verdiyi elmlə çox yaxşı bilir.

Bir insanın etdiyi iş qarşılığında ödəniş alması zərurəti yoxdur. Bəzi hallarda ödəniş alınarkən, bəzilərində alınmaya bilər. Bu, vəziyyətə və şərtlərə görə dəyişə bilər. Mömin bütün etdiklərini sırf Allah rizası üçün edər. Etdiyi hər hansı bir iş ödənişli ola bildiyi kimi pulsuz da ola bilər. Ödənişli olduğunda da alınan pul yenə yalnız Allah rizası üçün istifadə edilər. Ödəniş alıb almama qərarı, elçinin və ya peyğəmbərin Allahın verdiyi elm və əmrlər istiqamətində öz təqdiridir.

De ki: "Şüphesiz benim namazım,
ibadetlerim, dirimim ve ölümüm alemlerin Rabbi olan Allah'ındır."
(E'nam Suresi, 162)

Kəhf surəsi, 78

Xızır dedi: “Bu, mənimlə sənin aranda ayrılıqdır. Səbir edə bilmədiyin şeylərin yozumunu sənə xəbər verəcəyəm.
(Kəhf surəsi, 78)

Hz. Musanın soruşduğu bu son sual, aralarında ayrılma vaxtının gəldiyinin də bir işarəsi xüsusiyyətindədir. Onsuz da ayrılma səbəbini Allah hz. Musaya söylətmiş, tək bir dəfə daha sual soruşsa ayrılacaqlarına dair özü söz vermişdir. Səbəbi isə hz. Xızır açıqlamışdır.

Hz. Xızır bu ayədə, hz. Musaya "şərhi edilmədiyi üçün səbir edə bilmədin" deyərək nəsihətlə izahını verəcəyini söyləyir. Bu sözləri ilə bütün bunların, hikmətləri açıqlansa səbir ediləcək şeylər olduğunu ifadə etmişdir. Yəni əgər hz. Xızır ilk andan etibarən soruşulan sualların hikmətlərini açıqlamış olsaydı, hz. Musa bunlara səbir göstərə bilərdi. Buradan bir daha peyğəmbərin və ya mürşidin açıqlamadığı mövzularda mütləq xeyir və hikmət axtarılmalı olduğu ağıla gəlir.

Hz. Xızır və hz. Musanın yol boyunca yaşadıqları, ikisinin də qədərində müəyyən edilmiş və Allah qatında yazılmışdır. Bunların heç bir şəkildə fərqli yaşanması ehtimalı yoxdur. İkisinin ayrılma anı da, eynilə birləşmə anı və birləşmə yeri kimi Allah Qatında müəyyəndir. Allah ikisinin də qədərlərində bu anları sonsuz əvvəldə təyin etmişdir.

Kəhf surəsi, 79

Gəmiyə gəlincə, o, dənizdə çalışan kasıb adamlara məxsus idi. Mənim onu korlamağımın səbəbi, onların önündə hər bir yararlı gəmini zorla ələ keçirən hökmdarın olması idi.
(Kəhf surəsi, 79)

Bu ayədə görüldüyü kimi, ayrılma qərarını təyin etdikdən sonra hz. Xızır hadisələrin xeyir və hikmətlərini bir-bir şərh etməyə başlayır. Birinci hadisədə hz. Xızır bir gəmini deşmişdir. Ancaq bu gəmini deşməsinin çox əhəmiyyətli bir neçə səbəbi vardır.

Hz. Xızırın bu davranışının hikmətlərini açıqlamazdan əvvəl, onun mərhəmətli xarakteri üzərində dayanmaq lazımdır. Hz. Xızır dərhal yoxsulların köməyinə qaçmış, onların çətinlik içinə düşmələrini, qəddar kəslərdən zülm görmələrini əngəlləmək istəmişdir. Bu hərəkəti onun, yoxsul və ehtiyac içində olanlara qarşı duyduğu məhəbbəti, şəfqətli və mərhəmətli xarakterini sərgiləyir. Allahın Rəhman və Rəhim sifətləri hz. Xızır üzərində güclü bir şəkildə təcəlli edir. Bu, möminləri inkarçılardan ayıran üstün bir xüsusiyyətdir. Allah, Bələd surəsində bu şəkildə bildirir:

madde, new scientist

Sən nə bilirsən ki, sərt yoxuş nədir? O, bir kölə azad etməkdir və ya aclıq günündə möhtaca yemək verməkdir – qohumluq əlaqəsi çatan bir yetimə, yaxud aclıqdan yerə uzanmış kasıba! Sonra isə o, iman gətirən, bir-birinə səbir və mərhəmət tövsiyə edənlərdən olmaqdır. Onlar sağ tərəf sahibləridir. (Bələd surəsi, 12-18)

Mərhəmət, möminlərə düşkünlük və şəfqət Allahın peyğəmbərlərinin və elçilərinin də ən diqqət çəkən xüsusiyyətləridir. Allahın üstün elmə sahib qullarından biri olan hz. Xızır da bütün elçilər kimi şəfqətli və mərhəmətli, Allahın Qatından rəhmət verdiyi bir insandır. O səbəblə də, yoxsulluq və ehtiyac içində olan bu insanlara kömək etmək üçün dərhal gəmilərində bir dəlik açmış, beləcə gəmini yararsız və qüsurlu göstərərək zalımların ələ keçirməsindən qurtarmışdır.

Hz. Xızırın gəmini deşməsindən də çox böyük bir ağıl, fərasət, bəsirət və üstün fikirli olduğu dərhal diqqəti cəlb edir. Çünki gəmini məqbul ölçülərdə, təkrar təmir edildikdə asanca düzələcək şəkildə korlamışdır. Beləcə gəmini görən kəs qüsurlu zənn edəcək və ələ keçirməkdən imtina edəcəkdir. Ancaq gəmi sahibləri qəddar kəslərin mallarını qəsb etmə təhlükəsi ortadan qalxdıqdan sonra gəmini asanlıqla yenidən təmir edib, istifadə edə biləcək hala gətirəcəklər.

Ayədə diqqət çəkilən bir başqa əhəmiyyətli mövzu isə, yoxsul xalqın olduğu bölgədə qəddar bir rejim olmasıdır. Edilən tətbiqlərdən aydın olduğu qədəriylə, bu, diktatorluq rejimi ola bilər. Bu bölgədəki despot rəhbərlik, iman edənlərin mallarını bir səbəb göstərmədən qəsb edə bilər. Bu səbəblə də, möminlər çətinlik içində yaşayır və bu vəziyyətdən bir çıxış yolu tapmaqda çətinlik çəkmiş ola bilərlər.

İnsanların mallarının bu şəkildə bir səbəb göstərilmədən qəsb edilməsi, köhnə dövrlərdəki despot dərəbəylik və ya monarxiya və ya dövrümüzdəki faşist və kommunist rejimlərdə tez-tez görülən bir tətbiqdir. Bəhs edilən totalitar rəhbərliklər, müdafiəsiz xalqların mallarına əl qoyaraq, onları aclıq və yoxsulluq içində buraxmışlar. Bu nümunə qəddar rəhbərlik anlayışının tarixin ən qədim dövrlərindən bəri gələn bir düşüncə olduğunun da bir dəlilidir.

Kəhf surəsi, 80

Oğlan uşağına gəldikdə, onun ata-anası mömin idilər. Biz uşağın böyüyəndə onları azğınlığa və küfrə sürükləməsindən qorxduq.
(Kəhf surəsi, 80)

Ayədə uşağın ailəsinin mömin kəslər olduğu xəbər verilir. Bu məlumat, o dövrdə də haqq dinin olduğuna işarə edilir.

madde, new scientist

Stalin döneminde açlığa terk edilmiş çocuklar.

Hz. Xızırın uşağın canını almasıyla əlaqədar ayələr araşdırılarkən vurğulanmalı olan bir başqa mövzu isə uşağın ölümünün Allahın bir təqdiri olduğudur. O uşağın ölümünü Allah qədərində yer və zaman olaraq yazmışdır. Allah "Sizi palçıqdan yaradan, sonra bir əcəl müəyyən edən Odur. Adı qoyulmuş əcəl, Onun yanındadır ." (Ənam surəsi, 2) ayəsiylə insanlara bu həqiqəti xatırladır. Quranda bildirildiyi kimi hər insanın canını mələklər alar. Allah, Ənfal surəsində bu həqiqəti bu şəkildə bildirir:

Mələkləri, onların üzlərinə və arxalarına vura-vura: "Dadın atəşin əzabını!" Deyə o inkar edənlərin canlarını alarkən görməlisən. (Ənfal surəsi, 50)

Ancaq mələklərin can alması da bir səbəbdir, həqiqətdə isə canı alan ancaq Allahdır. Quranda bu mövzu ilə əlaqədar hz. İbrahimin səmimi duası belə nümunə verilmişdir:

"Məni yaradan və məni doğru yola yönəldən Odur!"
"Məni yedirən və içirən Odur;"
"Xəstələndiyim zaman mənə şəfa verən Odur;"
"Məni öldürəcək, sonra dirildəcək olan da Odur,"
"Din (cəza) günü günahlarımı bağışlayacağına ümid etdiyim də Odur!"
>"Ey Rəbbim, mənə hökm (hikmət) bağışla və məni əməlisalehlərə qovuşdur". (Şuəra surəsi, 78-83)

Allah bu uşağın canının alınmasını hz. Xızırın əliylə təqdir etmişdir. Ancaq hz. Xızır olmayıb, başqa biri də bu ölümə bir vəsilə ola bilərdi. Bir qəza nəticəsində, ürəyinin dayanması səbəbiylə ya da düşüb başını yaralayaraq bir anda həyatını itirə bilərdi. Allahın "... Onların əcəli gəldiyi zaman nə bir saat geri qalar, nə də irəli keçə bilərlər" (Nəhl surəsi, 61) ayəsiylə bildirdiyi kimi bir adamın əcəli gəldiyi zaman, bu tarixə kimsənin mane olması, ya da irəli çəkməsi mümkün deyil. Həmçinin bu hadisədə Allah, ölüm mələklərini görünməyən səbəb qılmış, görünən üzündə isə, hz. Xızır uşağın canını alırmış kimi göstərmişdir. Həqiqətdə isə hz. Xızır vəhylə hərəkət edən bir insandır və Allahın əmrinin xaricinə qətiyyən çıxa bilməz. Allah istəməyincə, öz iradəsi ilə bir şey etməsi mümkün deyil. Allah bu uşağın canını almaq üçün onu vəsilə etmişdir.

Oxşar vəziyyət hz. Musanın canını aldığı adam üçün də keçərlidir. Ayələrdə bu hadisə bu şəkildə bildirilir:

O, şəhərə əhalisi xəbərsiz ikən daxil oldu və orada bir-biri ilə vuruşan iki kişi gördü. Biri onun tərəfdarlarından, o biri isə düşmənlərindən idi. Tərəfdarlarından olan kəs onu düşməninə qarşı köməyə çağırdı. Musa onu vurub öldürdü və: “Bu, şeytan əməlindəndir. Həqiqətən, o, haqq yoldan azdıran açıq-aydın bir düşməndir!” – dedi. Musa dedi: “Ey Rəbbim! Mən özüm-özümə zülm etdim. Məni bağışla!” O da onu bağışladı. Həqiqətən, O, Bağışlayandır, Rəhmlidir (Qəsas surəsi, 15-16)

madde, new scientist

Bu tren kazasında ölen insanlar da kazadan birkaç dakika öncesine kadar ölüm kelimesini akıllarına dahi getirmemiş olabilirler.

Hz. Musa kömək etmək üçün dalaşan edən iki adamın arasına girmiş, ancaq istəmədiyi bir hadisə reallaşmış və bir adamın canını almışdır. Ancaq burada da hz. Musanın yalnız bir vəsilə olduğunu unutmamaq lazımdır. Görünüşcə o adam hz. Musanın atdığı yumruq ilə həyatını itirmişdir. Amma hz. Musa yalnız zahiri səbəbdir. Allah bu adamın canını almaq üçün hz. Musanı vəsilə etmişdir. Görünməyən tərəfdəki vəsilələr isə yenə ölüm mələkləridir. Allah ayələrində onların canı almaqla məsul olduqlarını bildirir. Əsl canı alan isə Allahdır.

İnsan nə qədər müqavimət göstərərsə göstərsin, hara sığınarsa sığınsın, hara qaçarsa qaçsın, əslində fərqində olmadan hər an öz ölümünə doğru irəliləyər. Allah, "Əgər siz evlərinizdə olsaydınız belə, alınlarına ölüm yazılmış kəslər yenə çıxıb öləcəkləri yerlərə gedərdilər. (Bunu) Allah kökslərinizdə olanları sınamaq, qəlblərinizdə olanları təmizləmək üçün (etdi). Allah ürəklərdə olanları biləndir!." (Ali İmran surəsi, 154) ayəsiylə heç bir insanın ölümdən qaça bilməyəcəyini xatırladır.

İnsanın qarşısında başqa bir seçim və ya çıxış yolu yoxdur. Əcəli gəldiyində nə istiqamətə dönərsə dönsün, hara qaçarsa qaçsın ölüm mələkləriylə mütləq qarşılaşacaq. Qədərdə müəyyən bir anda və yerdə ölüm onu mütləq tutacaq. Quranda, bu sirr belə xəbər verilir:

De ki: "Əlbəttə sizin qaçdığınız ölüm, şübhəsiz sizinlə qarşılaşıb-görüşəcək. Sonra siz gizlini də, aşkarı da bilən (Allah)a qaytarılacaqsınız, O da sizə nə etdiklərinizi xəbər verəcəkdir." (Cümə surəsi, 8)

Hər harada olsanız da ölüm sizi tapar. Hündür təhkim edilmiş qalalarda olsanız belə ... (Nisa surəsi, 78)

Hz. Xızır isə irəlidə inkarçılardan olacağına dair qəti məlumata sahib olduğu bir uşağı, Allahın əmri ilə öldürür. O uşağın həm ailəsinə və ətrafına zülm etməsinin qarşısını almaq, həm də günahlarla boğulmasına mane olmaq istəyir. Bunun üçün əvvəldən tədbir görür.

Kəhf surəsi, 81

“Biz istədik ki, onların Rəbbi onun əvəzində onlara ondan daha təmiz və daha mərhəmətli olan başqa bir övlad versin.
(Kəhf surəsi, 81)

İnsanların böyük bir hissəsi ölüm, yaxınlarını itirmə kimi hadisələrin xeyir və hikmət istiqamətini görməkdə çətinlik çəkərlər. Halbuki, dünya üzərində reallaşan hər hadisədə olduğu kimi, ölümdə də çox böyük hikmətlər və xeyirlər gizlidir. Bu hikmətlərdən biri ayədə "Allahın daha gözəlini və daha təmizini vermək" istədiyi şəklində bildirilir. Allah, Quran əxlaqını yaşamamaqda və inkarda dirənən birlikləri bu şəkildə xəbərdar edir:

Ey iman gətirənlər! Sizdən hər kəs dinindən dönsə (bilsin ki), Allah (onun yerinə) elə onları sevdiyi, onların da Özünü sevdiyi möminlərə qarşı mülayim, kafirlərə qarşı isə sərt olan, Allah yolunda cəhd edən (səy göstərən) və tənə edənin tənəsindən qorxmayan bir camaat gətirər. Bu, Allahın lütfüdür, onu istədiyinə verər. Allah (mərhəməti ilə) genişdir, biləndir. (Maidə surəsi, 54)

Rəbbin heç bir şeyə ehtiyacı olmayan, mərhəmət sahibidir. Əgər istəsə, sizi yox edər və diləsə, sizi bir başqa bir qövmün nəslindən (inşa edib) var etdiyi kimi yerinizə bir başqasını gətirər. (Ənam surəsi, 133)

 

Kəhf surəsi, 82

Divara gəldikdə isə, o, şəhərdəki iki yetim oğlanın idi. Altında onlara məxsus bir xəzinə vardı. Onların atası əməlisaleh adam olmuşdur. Rəbbin onların həddi-buluğa çatmalarını və Rəbbindən bir mərhəmət olaraq öz xəzinələrini tapıb çıxartmalarını istədi. Mən bunları öz ixtiyarımla etmirdim. Sənin səbir edə bilmədiyin şeylərin yozumu budur!”
(Kəhf surəsi, 82)

Hz. Xızırın açıqladığı son hikmət isə yetim uşaqlara aid olan divarı inşa etməsi ilə əlaqədardır.

Bu ayədə saleh möminlərə aid kimsəsiz və yetim uşaqların müdafiələrinə diqqət çəkilir. Allah yetimlər haqqında Bəqərə surəsində belə buyurur:

... Və sənə yetimləri soruşarlar. De ki: "Onları islah etmək (faydalı qılmaq) daha xeyirlidir. Əgər onları aranıza qatarsınızsa, artıq onlar sizin qardaşlarınızdır. Allah fitnə-fəsad törədəni yaxşılıq edəndən (ayırar). Əgər Allah istəsəydi sizə çətinlik verərdi. Həqiqətən, Allah güclü və üstün olandır, hökm və hikmət sahibidir." (Bəqərə surəsi, 220)

Ayədə də bildirildiyi kimi, iman edənlər yetimlərin haqqını qorumaqda, onların əxlaqını gözəlləşdirməkdə maksimum səy göstərirlər. Bu, onların gözəl əxlaqlarının, Allahın əmr və tövsiyələrinə əməl etmələrindəki dəqiqliklərin bir nəticəsidir. Müsəlmanlar, "Xeyir olaraq infaq edəcəyiniz şey ata-anaya, qohum-əqrəbaya, yetimlərə, yoxsullara və yolda qalanlara aiddir. Xeyir olaraq hər nə etsəniz, Allah onu bilir" (Bəqərə surəsi, 215) ayəsində bildirildiyi kimi yetimlərə infaq edirlər. "Özləri, ona duyduqları sevgiyə baxmayaraq, yeməyi yoxsula, yetimə və əsirə yedirərlər" (İnsan surəsi, 8) ayəsində isə özləri ehtiyac içində olsalar belə, əvvəlcə onları qoruyub himayə etdikləri bildirilmişdir. Allah yetimlərə zülm edənləri isə Nisa surəsində bu şəkildə xəbərdar edir:

Həqiqətən, yetimlərin mallarını haqsızlıqla yeyənlər öz qarınlarına ancaq od doldururlar və onlar yandırıb-yaxan oda girəcəklər. (Nisa surəsi, 10)

Hz. Xızır da İslam əxlaqının bir gərəyi olaraq yetim uşaqların gələcəyini düşünür və onlar üçün çox əhəmiyyətli bir sərmayə hazırlayır. Əgər hz. Xızır divarı təmir etməsəydi, divar yıxılıb yetim uşaqların atalarına aid xəzinəni ortaya çıxaracaq, uşaqların malları da zalım kəslər tərəfindən qəsb olunacaqdı. Məhz bu səbəblə, hz. Xızır xəzinə üçün, uşaqlar yetkinliyə çatana qədər qorunub saxlana bilinəcək möhkəm bir yer tikmiş, onların gələcəkləri üçün əhəmiyyətli bir tədbir görmüşdü.

Hz. Xızırın yoxsullara və yetimlərə göstərdiyi bu şəfqət və mərhəmət daha əvvəl də vurğuladığımız kimi Allahın Rəhim (sonsuz mərhəmət sahibi) sifətinin təcəllisidir. Hz. Xızırın bu divarı möhkəm inşa etməsi ilə uşaqların mallarını qorumaq üçün güclü bir tədbir görməyin əhəmiyyətinə işarə edilir. Hz. Xızır Allaha təvəkkül göstərmiş və bu səbəblə də uşaqlar üçün çox möhkəm, Allah qatında təyin olunmuş zamana qədər zərər görməyəcək, möhkəm bir divar inşa etmişdir.

Həmçinin bir divarın dağılması başda oradan keçən insanlar olmaqla ətrafındakı bitkilərə, yaxınlarında olan heyvanlara çox böyük zərər verib, ölüm və ya qəzalara səbəb ola bilər. Bu ayədə də uçulmuş divarların təkrar inşa edilərkən möhkəm bərpa edilməli olduğuna işarə edilmiş ola bilər.

Ayədə həmçinin hz. Xızırın "Bunları mən, öz işim (xüsusi fikrim) olaraq etmədim" dediyinə diqqət çəkilir. Bu, daha əvvəl də vurğuladığımız kimi, hz. Xızırın hər şeyi edənin Allah olduğunu, hər şeyin qədərdə olub bitdiyini bildiyini göstərən bir söhbətdir. Hz. Xızır heç bir qərarı öz istəyi ilə etmədiyini ən gözəl şəkildə ifadə edir.

Kəhf surəsi, 83

Səndən Zülqərneyn barəsində soruşurlar. De: “Sizə ondan ”öyüd-nəsihət və xatırlatma” olaraq (bəzi məlumatlar) verəcəyəm”.
(Kəhf surəsi, 83)

Ayənin əvvəlində bəhs edilən bu "öyüd-nəsihət və xatırlatma" ifadəsi son dərəcə əhəmiyyətlidir. Çünki tarix boyunca hz. Zülqərneyn hekayəsi müxtəlif şərhçilər tərəfindən çox fərqli şəkillərdə açıqlanmışdır.

Ancaq Allah hz. Zülqərneyn hekayəsinin ilk ayəsində bu hekayənin danışılmasının hikmətlərindən bəzilərini bizlərə açıq şəkildə bildirir: Möminlərə bir xatırlatma, öyüd vermə və hikmət bildirmə ...

Kəhf surəsindəki digər hekayələrdə olduğu kimi, hz. Zülqərneyn hekayəsində da möminlərə İslam əxlaqının nümunələri verilir, ibrət alınacaq hadisələr çatdırılır. Ayələrdə izah edilənlər çox açıqdır və başa düşülməsi çox asandır. Ayələrin oxunduğu anda aydın mənası, bu qissələri təfəkkür etməyimiz və dərs çıxara bilməyimiz üçün üçün kifayətdir. Allah Hud surəsində belə buyurur:

Əlif, Lam, Ra. (Bu,) ayələri möhkəm qılınmış, sonra hökm və hikmət sahibi və hər şeydən xəbərdar olan (Allah) tərəfindən bir-bir (bölüm-bölüm) izah edilmiş bir Kitabdır (Hud surəsi, 1)

Bu vəziyyətdə iman edən bir insan, Quran ayələrini səmimiyyətlə, dərs və ibrət alma qəsdiylə oxumalıdır. Allah "Quran ayələrinin açıq olduğunu " (Həcc surəsi, 16) bir çox ayəsində bildirmişdir. Bu ayələrdən bəziləri belədir:

Ramazan ayı ... İnsanlar üçün hidayət olan və doğru yolu və (haqq ilə batili bir-birindən) ayıran açıq dəlilləri (əhatə edən) Quran onda nazil olmuşdur... (Bəqərə surəsi, 185)

... Sizə Allahdan bir nur və açıq-aydın bir Kitab gəldi. Allah, razılığına uyanları bununla qurtuluş yollarına çatdırar və onları Öz izni ilə zülmətlərdən nura çıxarar. Onları doğru yola yönəldər. (Maidə surəsi, 15-16)

Kəhf surəsi, 84-85

Həqiqətən, Biz ona yer üzündə hökmranlıq verdik və hər şeyin yolunu ona öyrətdik. O, yer üzündə gəzib dolaşmaq üçün səfərə çıxdı.
(Kəhf surəsi, 84-85)

Kəhf surəsinin 84-cü ayəsində Allah möhkəm bir iqtidarın əhəmiyyətinə diqqət çəkir. Bir ölkədəki iqtidarın həm iqtisadi, həm siyasi, həm də hərbi baxımdan güclü olması son dərəcə əhəmiyyətlidir. Əks halda, yəni hər an dağılacaq kimi çürük bir iqtidarın varlığında, ölkə çox ciddi problemlərlə qarşı-qarşıya gələ bilər. Əvvəlcə xarici düşmənlər bu ölkəni daha gücsüz hala gətirməyə çalışarlar. Daxildəki müxalifət isə onsuz da zəifləmiş olan iqtidarı daha da gücdən salmaq üçün səy sərf etməyə başlayır. Bunların nəticəsi olaraq iqtisadi problemlər, qiyamlar, üsyanlar başlayır və ölkə bir anda böyük bir xaosun içinə süründürülür. Ancaq ayələrdə hz. Zülqərneynin ölkəsində bu problemlərin yaşanmadığı, iqtidarının çox möhkəm, ağıllı və güclü olduğu aydın olur.

Allah ayədə keçən, "ona hər şeydən bir yol (səbəb) verdik" ifadəsiylə hz. Zülqərneynin hər şeyə həll yolu və çarə tapmaq gücü verdiyinə diqqət çəkir. Hz. Zülqərneyn çox ağıllı, fərasətli və bəsirət sahibi bir mömindir. Allahın verdiyi bu üstün xüsusiyyətlər sayəsində mürəkkəb kimi görünən hər cür problemə dərhal həll yolu tapır, əksiklikləri aradan qaldırır. Allah hər şeydə onun yolunu açmış, onu üstün bir elmlə dəstəkləmişdir. Necə ki, hekayənin davamında da görüləcəyi kimi, onun bu xüsusiyyəti insanlar tərəfindən də bilinir, bu səbəblə özü həmişə fikri soruşulan, danışılan və özündən kömək istənilən bir adam olaraq tanınır.

... güneşin battığı yere kadar ulaştı ve onu kara çamurlu bir gözede batmakta buldu...
(Kehf Suresi, 86)

Kəhf surəsi, 86

Nəhayət, günəşin batdığı yerə gəlib çatdıqda onu qara palçıqlı bir çeşmədə batan gördü. Zülqərneyn onun yanında bir tayfaya rast gəldi. Biz buyurduq: “Ey Zülqərneyn! Sən ya onları cəzalandırmalı, ya da onlarla yaxşı rəftar etməlisən!”
(Kəhf surəsi, 86)

Ayədən hz. Zülqərneynin ilk əvvəl qərbə doğru getdiyi aydın olur. Günəşin batdığı yer olaraq təsvir edilən bu bölgə dünyanın ən qərb nöqtəsi ola bilər. Əgər Avropa qitəsi əsas götürülsə bu bölgə, Avropa qitəsinin ən uc nöqtəsini meydana gətirən İspaniya və Cəbəllütariq boğazı ətrafı ola bilər. Afrika qitəsi əsas götürülsə bu dəfə də bu qitənin ən qərbdəki nöqtələri olan Mavritaniya və Seneqal kimi bölgələrə işarə etdiyi düşünülə bilər. Ancaq xəritə ölçü götürüldüyündə ən qərb nöqtənin Afrika qitəsinə işarə etməsi mümkündür. (Ən doğrusunu Allah bilir).

Ayələrdə hz. Zülqərneynin yönəldiyi bu qərb bölgəsini təsvir edərkən istifadə edilən bir digər tərif isə "qara palçıqlı gözə " ifadəsidir. Bu ifadənin ərəbcə "aynin hamie" dir. Bu ifadədəki "ayn" sözü "göz, bulaq, çeşmə, qaynaq" mənalarına gəlir. "Hamie" sözü isə "qara palçıq, palçıq, bulanıq, palçıqlı" mənalarında işlənilir.

Hz. Zülqərneynin yönəldiyi qərbdəki bölgənin Afrika ola biləcəyinə Bədiüzzaman Səid Nursi də işarə edir. Bədiüzzaman bu şəkildə təsvir edir:

Zülqərneynin məğrib (qərb) tərəfinə səyahəti, şiddət-i hərarət zamanında və bataqlıq tərəfinə və Günəşin qürub avanına və vulkanlı bir dağın fışqırması vaxtına təsadüf etdiyini bəyan etməklə, Afrikanın tamam istilası kimi çox ibrətli məsələlərə işarə edər .. . Həm bulaq (ayn), təşbehdir. Uzaqdan böyük bir dəniz, kiçik bir hovuz kimi görünür. Hərarətdən çıxan duman və buxarlar və bataqlıqlar arxasında görünən bir dənizi, palçıq içində bir bulağa təşbehi və ərəb dilində bulaq, həm Günəş, həm göz mənasında olan "ayn" sözü, esrar-ı belagatça çox mənalı və münasibdir ...

Qərbi əhatə dənizə palçıqlı bir bulaq təbiri, Zülqərneynin nisbətən uzaqlıq nöqtəsində o böyük dənizi bir bulaq kimi görmüş. Quranın nəzəri isə hər şeyə yaxın olduğu cəhətlə, Zülqərneynin galatı-ı his növündəki nəzərinə görə baxa bilməz, bəlkə Quran səmaya baxaraq gəldiyindən Kürə-i Ərzi gah bir meydan, gah bir saray, bəzən bir beşik, bəzən bir səhifə kimi gördüyündən; dumanlı, buxarlı böyük qərbi əhatə edən atlas dənizini bir bulaq təbir etməsi, əzəmət-i ülviyyətini göstərir. (5)

madde, new scientist
 

Günəşin dəniz kənarında batışını uzaqdan izləyən bir adam, günəşi dənizə girirmiş kimi görür. Ya da dağın arxasından günəş batarkən, uzaqdan baxıldığında sanki günəş dağa girirmiş kimi hiss edilər. Bu adamın olduğu yer və baxış bucağına bağlıdır.

Hz. Zülqərneyn ayədə təsvir edilən bölgəyə çatdığında orada bir birliklə qarşılaşar. O birliyə qarşı necə davranmalı olduğunu isə Allah ona bildirir. Əgər o birlik ona beyət edərsə və müsəlman kimi yaşarsa, onlara yaxşılıqla davranacaq. Ancaq əgər Allahın hökmlərinə qarşı çıxar, İslama tabe olmaz və fitnə çıxararlarsa, o zaman ona görə bir cavab alacaqlar.

Hz. Zülqərneynin verəcəyi qarşılıq hüquqi bir qarşılıqdır. Gözəlliklə və yaxşılıqla rəftar göstərənlərə gözəl cavab verilərkən, pisliyi, zülmü və üsyanı yol olaraq seçənlərə də ona görə bir cavab veriləcəkdir. Bu qarşılığın necə olacağı isə hakimin səlahiyyətindədir. Bu ifadədən hz. Zülqərneynin dövlət başçılığı vəzifəsi ilə yanaşı hakimlik səlahiyyətinə də sahib olduğu aydın olur. Hz. Zülqərneyn, o dövrdə mövcud olan cəza hüququna görə ya həbs cəzası, ya nəzarət, ya da başqa bir cəza tətbiq edir.

Həmçinin bu ayədəki ifadələrdən, hz. Zülqərneynin ölkəsində dövlət başçılığı sistemi olduğu da aydın olur. Lider olan hz. Zülqərneyn tək hakim gücdür, dövlət başçısıdır, məhkəmə haqqını əlində saxlayan bir hakim mövqeyi də var.

Əgər pisliklə davranan bu adam, ya da qruplar üsyan edir, müqavimətə keçir və hücumlar planlaşdırırsa, o zaman dövlət özünü bütün gücləriylə qoruyur. Ayədə bəhs edilən "əzab" sözü ilə də dövlətin özünü müdafiə etməsinə işarə edilmiş ola bilər. Bu cəzalandırma üsullarının üzərində dayanarkən, hz. Zülqərneynin hərbi və detektiv gücünə, hərbi qüvvələrinə də işarə edilir.

Ayədə bəhs edilən "gözə" sözü bəzi şərhçilər tərəfindən fərqli şəkillərdə təfsir edilir. Buna görə, hz. Zülqərneyn "səbəb" vasitəsilə kosmosda bir səfər etmiş və Günəşi bir "qara dəliy"in içinə girərkən görmüşdür. Qara dəliklər günəşlərin batdıqları, yəni içində yox olduqları, ölən ulduzlardır. Bəzi ölən ulduzlar büzülər, kiçik bir həcm içində çox sıx bir maddəni özündə saxlayar. Günəşdən 3 qat böyük olan bu ulduzlar, yalnız bir neçə kilometr həcmindədirlər. Belə olduqda da cazibə gücləri böyük bir şəkildə artır, işığı, səsi hətta zamanı belə udur. Özünə yaxın olan ulduzları içinə çəkir və içinə çəkdiyi hər ulduzla cazibə qüvvələri bir qat daha artır. (6)

Qara dəliklər özlərinə yaxınlaşan cisimləri udmaları səbəbiylə "qara bataqlıq" şəklində düşünülür və işıq saçmamaları səbəbiylə də "qara dəlik" adını alırlar.

 

8 / total 13
"Harun Yəhyanın Kəhf Surəsindən Dövrümüzə İşarələr kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.blogspot.com ahirzamanfelaketleri.blogspot.com ingilizderindevleti.net