< <
5 / total: 6

Nəticə

Bu kitabın məqsədi “Müsəlman kimi danışmağın tərifini etmək və insanlara həyatlarının hər anında bu şüur ilə danışmalarını xatırlatmaqdır”. Amma əsl məqsəd çətin günə qarşı diqqətli davranmaları və danışdıqları hər sözü axirətdəki qarşılığını düşünərək diqqətlə söyləmələri üçün onları xəbərdar etməkdir. Çünki Allah, Quranda insanları Rəbbimizə qovuşmaqda şübhəyə qapılmamaları və Allahın hər yeri əhatə etmiş olduğunu unutmamaları üçün “diqqətli davranmağa” (Fussilət surəsi, 54) çağırır.

İnsan Qurana uyğun bu diqqəti əldən buraxarsa, şeytan bu vəziyyətdən istifadə etməyə, Allahın zikrini unutduraraq insanı hüsrana sürükləməyə cəhd edər. Məhz bu səbəblədir ki, Allah: “Şeytan onları üstələmiş və Allahı zikr etməyi onlara unutdurmuşdur. Onlar şeytanın firqəsindəndirlər. Şübhə yoxdur ki, şeytanın firqəsindəkilər ziyana uğrayanlardır.” (Mücadilə surəsi, 19) ayəsiylə insanın, şeytanın bu səyinə qarşı açıq şüur və diqqət içərisində olmasını xatırladır.

Allah insanı istəsə imani diqqətlə, istəsə də şeytani qəflətlə danışdırar. Allahın zikrini unudub qəflətə dalanlardan olsa, dünya həyatında o qədər il sərf etdiyi sözlərin axirətdə özünə əzab vəsiləsi olmaqdan başqa heç bir faydası toxunmayacaq. Nə vaxt, harada və kimə nə söylədiyini xatırlamadığı sözlərin Allah Qatında saxlandığını və bir-bir qarşısına qoyulduğunu görəcək:

Hər kəsin kitabı qarşısına qoyulacaq və sən günahkarların orada yazılmış olanlardan qorxduqlarını görəcəksən. Onlar deyəcəklər: “Vay halımıza! Bu necə bir kitab imiş! O nə bir kiçik, nə də bir böyük günahı buraxmadan hamısını sayıb yazmışdır!” Onlar etdikləri əməlləri öz qarşılarında görəcəklər. Rəbbin heç kəsə haqsızlıq etməz! (Kəhf surəsi, 49)

Dünyada ikən axirətə qovuşmaqdan şübhə edənlər, o gün söylədikləri sözləri izah etməyə, gizləməyə, dəyişdirməyə çalışalar da bunun faydası olmayacaq. Allah onların dərilərinə, eşitmə və görmə duyğularına əmr verəcək və onlara dünya həyatında söylədikləri hər sözü etiraf etdirəcək:

Öz dərilərinə dedilər ki: “Niyə əleyhimizdə şahidlik etdiniz?” Dedilər ki: “Hər şeyə nitqi verib-danışdıran Allah, bizi danışdırdı. Siz Onun hüzuruna qaytarılırsınız!”

Onlar öz dərilərinə: “Nə üçün əleyhimizə şahidlik edirsiniz?” – deyəcəklər. Dəriləri deyəcək: “Hər şeyi danışdıran Allah bizi danışdırdı. Sizi ilk dəfə O yaratmışdır və siz axırda Ona qaytarılacaqsınız”. Siz qulaqlarınızın, gözlərinizin və dərilərinizin əleyhinizə şahid olmasından çəkinib gizlənmirdiniz. Əksinə, elə zənn edirsiniz ki, Allah sizin etdiyiniz əməllərin çoxunu bilmir.(Fussilət surəsi, 21-22)

O çətin əzabı gördükləri gün yenə danışa biləcəklər, amma artıq peşmanlıqdan başqa bir şey ifadə edə bilməyəcəklər:

Onlar deyəcəklər: “Əgər biz dinləsəydik və ya anlasaydıq alov şölələri saçan od sakinlərinin içində olmazdıq!” Onlar öz günahlarını etiraf edəcəklər. …(Mülk surəsi, 10-11)

Odun üzərində dayandırıldıqları vaxt onların: “Kaş ki, bizi dünyaya qaytaraydılar! Onda biz Rəbbimizin ayələrini yalan saymayıb möminlərdən olardıq” – dediklərini görəydin!(Ənam surəsi, 27)

Dünya həyatında Allaha iman etmələri və Onu təqdis edib ucaltmaları üçün bu kəslərə illərlə fürsət verilmiş, amma onlar həmişə inkarı və üsyanı danışmışlar. Dəfələrlə xəbərdar edilmiş, dəfələrlə xeyirli söz danışmağa dəvət edilmiş, amma onlar bilə-bilə üz çevirmişlər. O gün artıq istəsələr də bu imkana sahib ola bilməyəcəklər. Allahın razılığını qazana biləcəkləri xeyir söz belə söyləyə bilməyəcəklər. Allah o gün onlara danışa biləcəkləri nitqi verməyəcək:

Zülm etdiklərinə görə o söz onları haqlayacaq və onlar danışa bilməyəcəklər.(Nəml surəsi, 85)

Qiyaməti yalan sayanların o gün vay halına! Bu, günahkarların danışa bilməyəcəkləri bir gündür. Onlara üzrxahlıq üçün izin belə verilməyəcəkdir. Qiyaməti yalan sayanların o gün vay halına!(Mürsəlat surəsi, 34-37)

Şeytana uyub Allahın zikrini unudan bu insanlar əzabla qarşılıq gördüklərində, imani diqqətlə danışan, hər söz və rəftarında Allahın razılığını qazanmağı hədəfləyən müsəlmanlar isə əbədi qalacaqları cənnətlərə məskunlaşacaqlar. Onlar, axirətdə hesab verəcəklərini bilərək, həyatları boyu əməl dəftərlərinə həmişə “gözəl söz” yazılmasını təmin etmişlər.

Gözəl söz isə “...Gözəl söz kökü yerdə möhkəm olan, budaqları isə göyə yüksələn gözəl bir ağac kimidir. O ağac Rəbbinin izni ilə öz bəhrəsini hər zaman verir. Allah insanlar üçün misallar çəkir ki, bəlkə, düşünüb ibrət alsınlar.” (İbrahim surəsi, 24-25) ayələriylə bildirildiyi kimi, bəhrəsini hər vaxt verərək insanı nemətə qovuşduran ağac kimidir; Allah Qatında mütləq ən gözəl mükafatlarla qarşılığını alar.

Müsəlman kimi danışanlarla qəflət içində olan insanların üslubları arasında axirətdə alacaqları qarşılıq baxımından böyük fərq vardır. Kitabın başından bu yana izah edilənlərlə məqsəd qoyulan da, danışmağın insanın sonsuz həyatını nə cür təsir edəcək mövzu olduğunu xatırlatmaq və insanları bu mövzuda diqqətli davranmağa çağırmaqdır.

Allah müsəlman kimi danışmağın, sözlərin ən gözəli və ən məqbulu olduğunu Quranda belə xəbər verir:

İnsanları Allaha tərəf çağıran, yaxşı iş görən və: “Həqiqətən, mən müsəlmanlardanam!” – deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?(Fussilət surəsi, 33)

 

"Sən pak və müqəddəssən!
Sənin bizə öyrətdiklərindən başqa biz heç bir şey bilmirik.
Hər şeyi bilən, hökm və hikmət sahibi Sənsən"
("Bəqərə" surəsi, 32)

 

5 / total 6
"Harun Yəhyanın Müsəlman Kimi Danışmaq kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.blogspot.com ahirzamanfelaketleri.blogspot.com ingilizderindevleti.net