Kainatdaki Möcüzələr

< <
5 / total: 5

Son Söz

Əziz uşaqlar kainatdakı səfərimiz burada sona çatdı. Bu səfərdə kainatın bənzərsiz yaradılışını və Planetimizin bizim üçün kainatda xüsusi olaraq, olduqca həssas tarazlıqlar içində yaradılmış bir planet olduğunu gördünüz. Bu kitabda qeyd olunanları qısa şəkildə belə təkrarlaya bilərik.

Planetimiz kosmosun havasız, soyuq və cansız boşluğunda yerləşir. Kosmos ucsuz-bucaqsız və heç kəsin olmadığı bir səhraya, Planetimiz isə bu səhrada yerləşən bir qəsrə bənzədilə bilər. Səhradakı bu qəsr bizi bütün qum fırtınalarından və istidən qoruyur, rahatlığı sayəsində ehtiyacımız olan hər şeyi bizim üçün təmin edir. Planetimiz də eynilə səhradakı bu qəsr kimi bizim kosmosdakı qəsrimizdir. Sanki kosmik gəmi kimi hərəkət edən Yer sayəsində kosmosdakı təhlükələrdən uzaq yaşayırıq. Hava, su və ehtiyacımız olan hər şeyi rahatlıqla tapa bilirik. Səhradakı bir qəsr necə öz-özünə meydana gəlməzsə Planetimiz də təsadüfən meydana gələ bilməz. Planetimizin üstün bir yaradılış nəticəsində bu hala gəldiyi aydındır.

Həmçinin kainatda bu kitabda öyrəndiyiniz həssas tarazlıqdan hələ milyonlarla var. Lakin təkcə burada sadalananlar belə kainatın və Dünyanın ardıcıl təsadüfi hadisələr nəticəsində meydana gələ bilməyəcəyini qəti şəkildə sübut edir.

Bütün bunlar yenidən açıq-aydın bir həqiqəti göstərir. Bütün kainatı, ulduzları, planetləri, dağları və dənizləri mükəmməl yaradan, insana və bütün canlılara həyat verən, sonsuz güc və qüdrət sahibi olan Allahdır. Allahın bu mükəmməl yaratması Quranda belə bildirilir:

Sizin yaradılışınız çətindir, yoxsa göyün? Allah onu qurdu, onun qübbəsini yüksəltdi və düzəldib kamilləşdirdi, gecəsini qaranlıq edib, səhərini də nurlandırdı. Sonra yeri döşəyib, onda su və otlaq yaratdı, dağları da yerə bərkitdi. Bunlar sizin və mal-qaranızın faydalanmasından ötrüdür (Naziat surəsi, 27-33)

Uşaqlar! Bunu əsla unutmayın ki, sizi və sahib olduğunuz hər şeyi Allah yaratmışdır. Hər şey Allahın sizə bir lütfüdür. Hər an bu həqiqəti görməli, sahib olduğunuz nemətlər barədə düşünməli və bunları sizə verdiyi üçün Allaha təşəkkür etməlisiniz.

 

…Sənin bizə öyrətdiklərindən başqa bizdə heç bir bilik yoxdur!
Həqiqətən, Sən bilənsən, müdriksən!
(Bəqərə surəsi, 32)

 

5 / total 5
"Harun Yəhyanın Kainatdaki Möcüzələr kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.blogspot.com ahirzamanfelaketleri.blogspot.com ingilizderindevleti.net