Adnan Oktar deyir ki...

 

Adnan Oktar deyir ki... 26 yanvar 2018> Click for more

Allah hər dəfə zikr edildikdə qəlb fərəhlənər. Allahu-Əkbər deyərsən, sonsuz böyük gücün himayəsi altında olduğunu görüb beynin hüzurlu olar, gündəlik bütün dərdlərindən xilas olarsan. Allahı böyük adı ilə zikr etdiyin zaman dərdlər üzərindən gedər, Allahın böyük olduğunu unutduğun zaman dərdlər üzərinə yüklənər. SübhənAllah deyərsən, Allahın bütün qüsur və nöqsanlardan uzaq olduğunu düşünərsən. Bəziləri Allaha sığınır, lakin haşa Allahın gücünün əksik olduğunu zənn edir. Allah yorulmaz, yatmaz, bezməz. Allahın əksikliyinin olmadığını bilmək, xatırlamaq böyük rahatlıqdır. Əlhamdülillah deyərsən, Allaha həmd etdiyin zaman fərəhlənərsən və nemət artar. Əstəğfürullah dediyin zaman Allahın mərhəmətinə sığınarsan, nə böyük gözəllikdir.
Müsəlman özünü hər gün tənqid edir. Vaxtını boşuna sərf etməmək, Allahın rizasının ən çoxunu və doğrusunu tapmaq, israf etməmək, ən məqsədəuyğun söhbətlər etmək müsəlmanın hər zaman düşünməli mövzulardır.
Darvinist təhsil millətin imanına bilavasitə yönələn vəziyyətdir. Darvinizmdə Allah inancı yoxdur. Əxlaq yoxdur, ailə yoxdur. Belə şeyə qapı açmaq çox böyük günahdır. Darvinist təhsil Allahı inkaretmə təhsili deməkdir. Müsbət təhsil adı altında təsadüflərlə kainatı izah etməyə çalışmaq ağıl və məntiq cəhətdən də olmaz, əxlaq, vicdan, iman cəhətdən də olmaz. Darvinist təhsil aradan qaldırılsa dünya miqyasında dəccaliyyətə ən böyük elmi zərbə endirilmiş olar.
Darvinist təhsil aradan qaldırılsa PKK problemi həmin anda bitər. Silahlı münaqişə ilə 40 ildir ki, mübarizə aparılır. Elmi mübarizə aparılmış olsa 6 ayda məsələ bitər. Kommunizmin təməli Allah inancının olmamasıdır. Kürd gəncləri isə dindardır. Gəncləri kommunist terrora sürükləyən əsas səbəbi aradan qaldırmaq əhəmiyyətlidir. Müsbət təhsil deyilən darvinist təhsil olduğu zaman gənclərdə din, iman çox zəifləyir. PKK da o zaman gəncləri terror üçün çox asan razı salır. "Baxın elmə görə sən heyvandın, ibtidai kommunal cəmiyyət vardı, hər kəs bərabərdi, hər şey ortaq idi, təbiətin qanunu bu idi. İnanmırsansa bax; dövlətin məktəblərində belə elm olaraq bundan bəhs edilir" deyir. Öldürməyi də elm kimi göstərir; "yolda həşərata basıb öldürmürsənmi, bakteriyaya yod vurmursanmı, insan da bir növ heyvandır, öldürmək təbiətin tələbidir" deyə təhsil verir. Gəncləri dolaşığa salmış, sən təkcə bu dolaşmanı açmalısan, bunun üçün də əks təhsil verməlisən. Əks təhsil verməyib tam əksinə kommunist terrorun mənbələrinə çatmasını təmin edən təhsil versən, gəncləri darvinist yetişdirsən o zaman PKK-ya Allah qorusun zəmin hazırlamış olarsan.

Adnan Oktar deyir ki... 25 yanvar 2018> Click for more

Atatürk bütün türk milləti tərəfindən sevilən qəhrəmandır. Qazaxıstandan Azərbaycana bütün türk dünyası Ona heyrandır. Atatürkə qarşı hörmətə uyğun olmayan üslub eşitməyi millət olaraq istəmirik.
Atatürk bu millətin dəyərli övladıdır. Zülmə son qoyan insandır. Şəhiddir. İgiddir. Qəhrəmandır.
Atatürk əleyhinə proqram yayımlanmasını istəmirik. Biz 83 milyonuq. Atatürkü canımız kimi sevirik. Atatürkün əleyhinə söz eşitmək istəmirik. Qanunla, hüquqla buna icazə verməyəcəyik.
Bir çox mövzunu səhv bilirlər. Allah qövmü bütövlüklə lənətləməz. Bir uşaq dünyaya gəlsə musəvidir deyə lənətli olduğunu iddia etsən Qurana tabe olmazsan. Ateist ana atanın övladı da günahsız hökmündədir. Uşaq günahsızdır. Allah Quranda dinsiz, imansız, zalım musəviləri, zalım müşrikləri, zalım münafiqləri lənətləyir. Allahın müşrikləri lənətləndiyindən heç bəhs etmirlər. Allah Quranın bir çox ayəsində iman gətirən musəvilərdən bəhs edir. Kitab əhlinin hamısı eyni deyildir deyir. Qövmü bütövlüklə lənətli elan etmək İslama uyğun deyil. Bu, bütpərəst dövrdən gələn batil inancdır. Həqiqi müsəlman zalım ilə məzlumu ayırd edər, məzlumu qoruyar.
Quranda ittifaq yolundan başqa dostlar arasındakı problemlərin həll edilməsi elə də mümkün olmaz. Hər insanın özünə görə fərqli anlayışları var. Lakin Quranda ittifaq edilsə yol düz və doğru olar, münaqişələr aradan qalxar. Hüzurlu dostluq üçün Quranda ittifaq edilməsi əsas şərtdir. O zaman yol heç vaxt dolaşmaz.
Münafiq olmadan imtahan olmaz. Peyğəmbərimiz (s.ə.v) dövründə müsəlmanlar əleyhinə müşrikləri təhrik edən onlar idi. Onların mövcudluğu savabın gücünün yüksəlməsinə vəsilə olar. Münafiqlər müsəlmanın həyatına şövq və həyəcan gətirər, güclü və səmimi elmi mübarizə yaranmasına vəsilə olarlar. Münafiq həm dünya, həm də cənnət baxımından mömin üçün faydalıdır.
Ağlını dondurmuş insanın üzündə sevgi ifadəsi yaranmaz. Sevgini axmaqlıq kimi görər. Kinliliyi, nifrəti, qeyri-səmimiliyi ayıq-sayıqlıq zənn edər. Bataqlığın içində ömrünü çırpınaraq keçirdiyini də anlaya bilməz. Sevgini axmaqlıq kimi görmək çox böyük ağılsızlıqdır.
“Qızıl alma” İslam əxlaqının dünyaya hakimiyyətini ifadə edən idealdır. İrq əsaslı deyil. Mehdiyyətin başqa formada ifadə edilməsidir. Din Allahın olana qədər fitnə yer üzündən aradan qalxana qədər aparılan elmi mübarizənin sonuna, yəni Allahın istədiyi sevgi dolu əxlaqın dünyaya hakim olmasına “Qızıl alma” deyilər.
İnsanların böyük hissəsi sevgini bilmir. Sevginin təqlidini bilir. Filmlərdə, şeirlərdə, kitablarda yazırlar, lakin həqiqi sevgini bilmirlər. Halbuki dünyanın mövcud olma məqsədi, 5 duyğunun mövcud olma səbəbi sevgidir. 5 duyğu sevməyə xidmət etmək üçün yaradılmışdır. Sevgi olmadığı zaman həyat cəhənnəm kimi olar.
Marksist, Leninist, kommunist ideologiyanın təməlində darvinizm var. Darvinizmin əsassızlığını izah etmədən kommunist terroru həqiqi mənada bitirmək mümkün olmaz. Əsas məsələ darvinizmdir. Darvinizmlə elmi mübarizə ən mühüm məsələdir.
Türk ordusu, türk millətinin xüsusiyyəti olaraq, çox mərhəmətlidir. Əsgər Anadoludan gəlir, ana dindar, ata dindar, nur kimi Anadolu dəliqanlısıdır. Yerdə qarışqa olsa ayaq basmaz. Əsgərə getdikdə orada da mərhəmətli olur. Yüksək rütbəli olanlar da eyni əxlaqa sahib olduğu üçün nəsildən-nəslə ordu içində bu əxlaq qorunur.
İran xalqı tərtəmizdir, mərddir, dürüstdür. İran bizim can dostumuzdur, hər zaman sevib, hər zaman dəstəkləyəcəyik. Türkiyədə olduğu kimi İranda da mövhumatçı təbəqə var. Lakin bu vəziyyət bütün İran xalqı üçün keçərli deyil, kiçik təbəqə. Mövhumatçılıqla mübarizə üçün ziyalı və müasir dövlət xadimləri ittifaq etməlidirlər. Sevgiylə, şəfqətlə darvinist-materialist təhsilə son qoyaraq, ağıllı dəlillərlə bu vəziyyətə son qoyula bilər. İran-Türkiyə dostdur, bunu heç kəs dəyişdirə bilməz.
Bizim Tayyib hocama dəstəyimiz şərtlərə bağlı deyil. Allah rizası üçün. Biz Allahın rizasını axtarıb-axtarmadığına, İslam birliyi üçün səy göstərib-göstərmədiyinə baxarıq. Tayyib hocamın dürüst dəliqanlı olduğu ortadadır, İslam aləmi üçün səyi ortadadır. İstədiyiniz rejimi yaradın, istədiyiniz planı qurun, biz Allah rizası üçün doğru bildiyimizi müdafiə etməyə davam edərik.
Gənclər azad olmaq istəyir. Mövhumatçı kimi tanınan ailələrin uşaqları da şən, azad, rahat yaşamaq istəyir. Bu azadlıq tələbi Qurana uyğundur. Qullarının azad yaşamasını istəyən Allahdır. Mövhumatçı zehniyyətə malik insan Türkiyədə çox azdır, lakin özlərini amansız güc zənn edərlər. Halbuki təsirləri çox zəifdir. Yerdə qum dənəsi tapsalar Everest təpəsi deyərək təqdim edərlər, xalqın ağlı ilə sanki lağ edərlər.
Cümhuriyyətin ilk illərindən bəri davam edən və çox vaxt açıqca ifadə edilməyən "xalqı ikiyə parçalamaq" hərəkatı var. Bir tərəfdə Atatürkçü, ziyalı, rəsmi, musiqini, rəqsi, heykəli, incəsənəti sevən, həyat dolu təbəqə, digər tərəfdə isə Atatürkdən xoşlanmayan, içinə qapalı, musiqidən, rəsmdən, incəsənətdən də həzz almayan, əyləncəyə, sevincə, qarşı olan təbəqə var. Bu Türkiyədə qədimdən bəri davam edən adı qoyulmamış parçalanmadır və hər iki tərəf müəyyən şəkildə bir-birinə kin bəsləyər və razılaşa bilməz. Adətən hərbi çevrilişlərdə də bu parçalanma bəhanə göstərilər. 60-cı ildə, 71-ci ildə, 80-ci ildə həmişə belə olmuşdur. Çevrilişlərin anatomiyası təhlil edildikdə bu vəziyyət açıqca görünər. Baxın, məhz bu anlaşmazlığı aradan qaldıran anlayışa sahib olduğumuz üçün hədəf oluruq. Biz izahatlarımızla həm iki təbəqənin bir-birinə olan qəzəbini aradan qaldırırıq, həm də bu iki təbəqənin həyatlarının bir-biri ilə uzlaşmasını təmin edirik. Atatürkçü, ziyalı, mədəniyyətli, bilikli, rəsmdən, incəsənətdən xoşlanan təbəqə ilə dindarlar arasında məsafə olmasının lazım olmadığını göstəririk. Ziyalı, müasir, şən, həyat dolu, incəsənəti, musiqini, gözəlliyi sevən, keyfiyyətə əhəmiyyət verən, Qurana sadiq, Qurana uyğun sünnəni tətbiq edən dost icması olaraq mövcud olmamız çox mühüm fitnəni yox edirik. Həm iki təbəqə arasında razılaşma təmin edirik, həm də iki təbəqənin bir-birinə olan qəzəbinin yersiz olduğunu göstəririk. Beləliklə, millətin və vətənin birliyinə qarşı çox əhəmiyyətli xidmət göstəririk. Çox insan bunu görmür, lakin İngiltərə dərin dövləti görür və buna görə var gücü ilə bizim üzərimizə gəlir.
Lideri tənha qoymaq taktikası Osmanlıdan indiyə qədər gələn çirkin oyundur. Eyni oyunu bir müddətdir Tayyib hocama qarşı da tətbiq etmək istəyirlər. Tayyib hocamı və hökuməti, içəridə və çöldə ən təsirli olaraq müdafiə edənlərə müəyyən yolla mane olmağa çalışırlar. Eyni üsul Əbdülhəmid, Əbdüləziz, Menderesə də tətbiq olunmuşdu. İndi də; "baxın Ərdoğanı müdafiə edən heç kəs zəmanət altında deyil, siz də diqqətli olun" imici vermək istəyirlər. Digər tərəfdən də Tayyib hocamı hər kəsi nəzarətə aldıran, haşa haqq, hüquq tanımayan, qatı biri kimi göstərməyi hədəf seçirlər. Bu, İngiltərə dərin dövlətinin və piyadalarının ən əsas üsuludur. Xüsusən son dövrlərdə bu oyunu təşkil edən xüsusi struktur olduğu görünür. Bunların ortaq xüsusiyyəti İngiltərə dərin dövlətinə tərəfdar olmaları, qibtə edən xarakterə sahib olmaları, xalqın dəyərlərini bəyənməmələri və xalqa yuxarıdan-aşağı baxmaları, bütün bunlara baxmayaraq, xalq üçün ortaya çıxdıqlarını iddia etmələridir. Bunların bütün oyunlarını millət olaraq görürük və heç vaxt məqsədlərinə nail olmalarına qanunla, hüquqla icazə vermərik. Tayyib hocamın yanındayıq, heç vaxt tək qoymarıq.

Adnan Oktar deyir ki... 24 yanvar 2018> Click for more

Türkiyədə fikir azadlığı olmadığı imicini formalaşdırmağa çalışanlar var. Bunların bir hissəsi Tayyib hocamın adından istifadə edərək insanlar üzərində təzyiq yaratmağa çalışırlar. Bunlara ən gözəl cavabı Tayyib hocam verdi, heç kim mənim adımdan istifadə etməsin dedi. Tayyib hocamı tək qoymağa cəhd edənlərə inad 2019-cu ildə də, 2023-cü ildə də, 2033-cü ildə də Tayyib hocamın yanında olacağıq, evelAllah.
PKK-nın dini darvinizmdir. Lakin bəzi kütlələr özü də darvinist olduğu üçün PKK-nın bu batil dinindən bəhs edə bilmir. PKK-nın Marksist, Leninist, kommunist olmasına səbəb olan darvinizmdir. Darvinizm antik dövrlərdən gələn bütpərəst dindir. PKK da bu batil dinə sahibdir.
İnsanın öncəliyi, önündən ayrıla bilmədiyi ekrandakı təsviri yaradanı düşünməkdir. Ekrandakı təsvirə bizim heç bir müdaxiləmiz yoxdur. Bu ekranda bizə düzgün, mükəmməl təfərrüatlara sahib təsvir seyr etdirən istədiyi anda bu təsviri kəsə bilər. Bu təsviri görən və qavrayan birinin olması Allahın mövcudluğunun açıq-aydın dəlilidir. İnsanın dünyadakı mövcudluq məqsədi Allahın mövcudluğunu, təkliyini və sevgisini düşünməkdir.
Zənginlik istəyərik, İslama xidmət etmək üçün. Gözəl evlər istəyərik, müsəlmanlar gəlsinlər qəlbləri fərəhlənsin, əylənsinlər, şən yaşasınlar. Gözəl süfrələr olsun istəyərik, müsəlmanları ən yaxşı şəkildə qonaq qəbul etmək üçün. Dünyaya dair yeganə gözlədiyimiz Allah rizası üçün olar.
Hörmətli Bahçelinin də gündəmə gətirdiyi kimi, “Qızıl Alma” dövlət fəlsəfəsidir. Əsrlərdir ki, millətimizin ruhunda var. Bu gözəl idealın mütləq reallaşdığını görəcəyik, Allahın icazəsi ilə.
Rəbbim səni çox sevirəm, mənə ən dərin imanla səni sevməyi nəsib et. Məni eqoistlikdən xilas et, Sənin üçün yaşamağı nəsib et deyərək Allahdan sevgi istəmək lazımdır. Ey Rəbbim, məni insanlara sevdir, sevməyə layiq insanlarla qarşılaşdır deyə sevgini Allahdan istəmək lazımdır.
Türkiyə kürdlərin əzilməsini istəmir. Türkiyə kürd qardaşlarımızın Stalinist təzyiq altına alınmasını istəmir. Buna görə də, böyük fədakarlıqla həm kürdləri, həm də bütün xalqları qorumağı öhdəsinə götürür.
Atatürk mövhumatçılıq anlayışının yerinə, mükəmməl müsəlmanlıq anlayışını Türkiyəyə gətirdi. İlahiyyat fakültələrini açdırdı, Dəyanət İşləri Nazirliyini qurdu, Elmalılı Hamdi Yazıra Quran təfsir elətdirdi, xalqa on minlərlə, yüz minlərlə Quran tərcüməsi paylatdırdı.
Türkiyə Suriyanın ərazi bütövlüyünü müdafiə edir. Torpaqlar Suriyanın torpağıdır, türk ordusu ora hüzur və təhlükəsizlik təmin etmək üçün gedir. PKK, İŞİD, Əl-Qaidə, bütün terror təşkilatlarını bölgədən təmizləmək üçün gedir. Ərazi ilhaqı (birləşdirilmə) olmadıqdan sonra belə hərəkat ibadətdir. Türkiyənin məqsədi təkcə oradakı xalqı rahat elətdirməkdir. Türkiyə hal-hazırda baş həkim mövqeyindədir, xəstədən şiş çıxarılır. Suriya bizim qardaşımızdır, dostumuzdur.
Türk ordusu çox mübarək ordudur. Hamısı alınları səcdədə Anadolu övladlarıdır. Tək istədikləri axirətdə cənnət və Allahın rizası, dünyada da xeyirli ömürdür.
Hər işi yaradan Allahdır. Hər nə olsa Allah etdirər, biz müstəqil varlıqlar deyilik. Münafiq hücumu vardırsa, Allahın nəzarəti altındadır, küfr əhlinin hücumu vardırsa onu Allah yaradar, yaxud İngiltərə dərin dövlətinin yatan hüceyrələri oyandırsa, onları Allah oyandırır. Bizim edəcəyimiz şey ağıllı davranıb, Allaha təvəkkül etməkdir.
Açıq şüurla, ağıllı insanın Allahı inkar etməsi qeyri-mümkündür.
Cənnətdə müqəddəs kitablar, Quran, Tövrat, İncil və Zəbur orijinal və həqiqi halları ilə, ən çox sevdiyimiz nemətlər olaraq əbədiyyən yanımızda olacaqlar.
Şeytan dini çətinləşdirmək istəyər. Lakin Allah dini asan etmişdir. Allah ayələrində; "Allah sizin üçün asanlıq istəyər, çətinlik istəməz" (Bəqərə Surəsi, 185). “Həmçinin səni asan olan üçün müvəffəq edəcəyik (Əla surəsi)". "O sizi seçmiş və din məsələsində sizə heç bir çətinlik yükləməmişdir, atanız İbrahimin dinində olduğu kimi" deyə bildirir (Həcc surəsi, 78).
Musa Özalkan şəhidimizin şəhadətini təbrik edirik. Allah bizə də şəhid olmağı nəsib etsin.
Terrorun qəti mənada bitməsi elmi mübarizə ilə olar. Ən başdan darvinist, materialist təhsilə son qoyulub murdarlığın mənbəyi aradan qaldırılmalıdır.

Adnan Oktar deyir ki... 23 yanvar 2018> Click for more

Allah ordumuza qüvvət versin, güc versin. Allah igidlərimizi qorusun. Sevgimiz, duamız onlarladır. Allah onları görür və eşidir. Taleləri gözəldir. Dəccaliyyət mütləq məğlub olacaq inşaAllah.
Atatürk İmam Hatibləri açdıran, on minlərlə Quran çap etdirib Anadoluya paylatdıran, Quranı türkcəyə tərcümə etdirən, yanında həmişə Quran daşıyan, Dəyanəti qurduran, çoxsaylı məscid açdıran, İslama çox böyük xidmətləri olan nur kimi müsəlmandır.
Vəfa, dostunu, yoldaşını heç bir şəraitdə tərk etməməkdir. Məsələn, sevdiyin insanın beldən aşağı nahiyəsi iflic olar. O insana 50 il vəfa göstərməlisən, 50 il özünə baxan kimi ona baxmalısan. Gecə-gündüz çalışmalısan, o pulu ona xərcləməlisən, könlünü almalısan, ən əsası onu xoşbəxt etməyə çalışmalısan. Sən ona kömək etməsən, Allah sənə niyə kömək etsin? Sən ona vəfa göstərməsən Allah sənə niyə vəfa göstərsin?
Allah şəhidlərimizin şəhadətini mübarək etsin. Aslanlar kimi yaşadılar, aslanlar kimi Allaha qovuşurlar. Nə xoşbəxt onlara ki, birbaşa cənnət əhlindən olurlar. Allah ailələrinə sağlamlıq, xeyirli uzun ömür və gözəl səbir nəsib etsin. Təkrar-təkrar şəhidlərimizin şəhadətlərinin mübarək olmasını Allahdan diləyirik.
Xəyal gücü Allahın sənətidir. İnsanın düşünməsi ilə, bir gözünü bağlayır, on nəfəri zehnində görə bilir. Bu, yaratmağın Allah üçün nə qədər asan olduğunu dərk etməyimiz üçün nümunədir.
Mehdi hər əsrdə gözlənmişdir. Müsəlmanlar Mehdi məsələsində hər zaman şövqlü və istəkli olublar. Təkcə bu əsrdə mehdiyyətə bu qədər qarşı çıxılır. Bu da Mehdinin gəliş əlamətlərindən biridir.
Allah dünyanın müvəqqəti olduğunu, insanların dünyanı unutmasını istəyir. Dünyanın yaşamaq üçün yaradılmadığını, xəstəliklərlə, dərdlərlə insanlara göstərir. İnsan sevməyi və sevilməyi dərdlərlə, əziyyətlərlə, xəstəliklərlə öyrənər. Bunlar olmasa insanın təhsili tam olmaz.
İngiltərə dərin dövlətinin bir metodu var, oğurluğu edib sonra gəlib oğrunu axtarar, birini öldürər cinayət yerinə gəlib qatili axtarar. Bu İngiltərə dərin dövlətinin 150-200 illik metodudur. Cinayəti törətdikdən sonra günahı üzərindən atmaq üçün, özünə məsum görünüşü vermək üçün, hadisəyə qarşı çıxırmış görünüşü verməyə çalışar.
Dəstəmaz, namaz Qurana görə asandır. Namaz və dəstəmazı çətinləşdirmək şeytanın insanları namazdan uzaqlaşdırmaq üçün oyunudur. Hər məzhəb özünə görə namaza sünnələr, fərzlər əlavə edər. Biri digərini qəbul etmir. Haram və halal məsələsində belə bir-birilərinə zidd olurlar. İslamın haramları, halalları təkcə Quranla müəyyən olubdur. Namaz qılmağın, dəstəmaz almağın hər məzhəbə görə fərqli olması deyə bir şey olmaz. Qurana görə namaz, dəstəmaz dəqiqdir və asandır.
Bölgədən PKK-nın təmizlənməsi kürdlər, türklər, ərəblər və bütün xalqlar üçün bərəkət olacaqdır. Bu hərəkat kürdlərə qarşı deyil, terror təşkilatı olan PKK-ya qarşıdır. Kürdlər bizim canımızdır. Onları qırmızı kommunist, ateist, dinsiz PKK-nın əlinə buraxmayacağıq. Allah dövlətimizə, millətimizə, ordumuza zərər verməsin. Hakim etsin, gücləndirsin. Müzəffər etsin. Bütün vətən xainlərini də hidayət vermirsə məhv etsin, həlak etsin.
Afrin şəhidimizin şəhadəti mübarək olsun. Allah onu və ailəsini nə gözəl şərəflə şərəfləndirib. Nə xoşbəxt ona, nə xoşbəxt ailəsinə. Şəhadəti mübarək olsun. Bu böyük zəfərlərin ilk şəhididir. Allah digər aslanlarımızı qorusun, ordumuzu müzəffər etsin. Biz hər ölkənin ərazi bütövlüyünə hörmət göstəririk. Terror təşkilatı olan PKK ilə mübarizə var. Tayyib hocamın qətiyyətini və əzmini təqdir edirik. Qəlbi çox rahat olsun, millət olaraq onun yanındayıq.

Adnan Oktar deyir ki... 22 yanvar 2018> Click for more

Romantiklikdə bağışlama, şəfqət, Allah lehinə olmaqla aradan qalxar. Daha da riskli olanı təcridetmə, içinə qapanma və ümidsizlik formalaşar. Ağıldan uzaqlaşılar. Romantiklikdən diqqətlə və israrla uzaq dayanmaq lazımdır.
Cənnət əhli ən başdan bəri cənnət üçün yaradılır, səmimi olduğu zaman yollar ona açılır. İnsanlar səy göstərib bunu tapacaqlarını zənn edirlər. Halbuki təkcə səmimi olmaqla məsuldurlar. Səmimi olduğun zaman möcüzəvi şəkildə Allah heyrətamiz bərəkət və təsir gücü verər.
İnsan yaradılışının məqsədini bilməsə heyvan xüsusiyyətləri göstərməyə başlayar. Eqoistləşər. Məsələn, heyvan, əti götürüb xəlvətə qaçar, yanına başqa heyvan gəldiyi zaman mırıldamağa başlayar. İnsanlar da, darvinist təhsilin təsiri ilə eqoistliyin məqbul olduğunu zənn edirlər. Bir-birindən uzaqlaşır, mərhəmətsiz və eqoist olurlar.
Sevgi sözünün bu qədər az işlədilməsi dünyanın başındakı ən böyük bəlalardan biridir. Dünyanın ən mühüm məsələsi olduğu halda, şeytanın təsiri ilə ən az işlədilən söz sevgidir. Siyasətçilər, yazıçılar, ziyalılar, gənclər, hər kəs sevgini mütləq gündəmdə saxlamalıdır.
Müsəlman dünyanın ən zəngini, ən güclü olmaq üçün səy göstərər, bu Qurana uyğundur. Lakin müsəlman bu maldan və gücdən hər zaman xeyir, yaxşılıq, dostluq, qardaşlıq, sevgi üçün istifadə etməklə məsuldur.
Türk ordusu dünyanın ən mərhəmətli, ən ağıllı ordusudur. Prezidentimizin də sonuna qədər yanındayıq, qəlbi çox rahat olsun. Millətinə güvənsin və yoluna davam etsin. Allah güc, qüvvət versin.
Münafiq dünyada ayrı yanar, axirətdə ayrı yanar. Dünyada ayrı alçaldılar, axirətdə ayrı alçaldılar. Mömin də həm dünyada, həm də axirətdə çox şərəfli həyat yaşayar. Münafiqlərin yaşadıqları murdar həyatdan ötrü ömürləri də qısa olar, dərdləri, xəstəlikləri bitməz, sonra da cəhənnəmə gedərlər.
Münafiqlərin stressli və dəli həyatı olar. Mal hərisliyindən və yaşamaq hərisliyindən boğularlar. Lakin onları ən çox müsəlmanlara zərər verə bilməmək dəli edər. Müsəlmanlara hücum etdikcə özləri zəifləyər, müsəlmanlar güclənər. Müsəlmanlara hücum etdikləri zaman dərhal nəticə ala biləcəklərini, zərər verə biləcəklərini düşünərlər. Hz. Musa dövründəki və Peyğəmbərimiz (s.ə.v) dövründəki münafiqlər də eyni düşüncədə idi. Sonra hamısının ağıl və bədən sağlamlıqları pozuldu və həlak olub getdilər. Bütün malları, mülkləri müsəlmanlara qaldı. Münafiqlər cəhənnəmə gedərkən, müsəlmanlar sağlamlıq və rifah içində yaşayıb, sonra da cənnətə alındılar.
Münafiqin ən bariz xüsusiyyəti nursuzluğudur. Heç kim onların yanına yaxınlaşmaz, tək bir dostları belə olmaz. Hər zaman təkdirlər. Allah onları zəlil yaratmışdır. Kimə və hara hücum edəcəklərini bilməzlər. Cəhənnəmə doğru yaxınlaşarkən alçaldılmağın şiddətindən həmişə anormal rəftarlar göstərərlər. Allah onları geri dönə bilməyəcəkləri bir həddə gətirər. Əməlləri az olsa cəhənnəmdəki hökmləri də az olar, buna görə də, Allah onlara mallar, imkanlar və zaman verər. Onlar da bütün imkan və zamanlarını müsəlmanlarla mübarizə aparmağa sərf edərlər. Günah yükləri və cəhənnəmə yaxınlaşma məsafələri beləliklə artar. Allah yetərli görəndə canlarını alar və cəhənnəmin ən dibinə atar. Allah ayəsində; "Mələkləri, onların üzlərinə və arxalarına vuraraq: "Yandırıcı əzabı dadın" deyə o inkar edənlərin canlarını alarkən görməlisən" deyə bildirir (Ənfal surəsi, 50).
Münafiqlə mübarizə müsəlmanların bir-birinə sevgisini, bağlılığını çox möhkəmləndirər, İslamı, Quranı müdafiə etmə arzularını inkişaf etdirər və Quranda bildirilən münafiqin həqiqət olduğunu anlayaraq imanlarının artmasına vəsilə olar. Münafiqlərlə mübarizə müsəlmanlarda sağlamlıq yaradar, şövqlərini artırar, hər cəhətdən güclənmələrinə vəsilə olar. Müsəlmana bərəkət gələr. Münafiq həmləsi olmasa müsəlmanın həyatında durğunluq, ətalət ola bilər, lakin münafiqin müsəlmanın gücünü necə artırdığını müsəlman özü də görər.
Münafiqlərin möminlərin arasında 10-20 illik kürtlük dövrləri vardır. Sonra bir anda şeytanın ilhamı ilə ölü hüceyrələr kimi canlanarlar və həmləyə keçərlər. Münafiqin həmləsi küfr əhlininki kimi deyildir. Münafiq müsəlmanlardan daha müsəlman kimi görünməyə çalışaraq həmləyə keçər. Şeytanlıqlarını gücləndirmək üçün bunu ayələrdən istifadə edərək edərlər. Halbuki özlərinin nə qədər alçaq olduğunu çox yaxşı bilərlər və tam xain vəziyyətinə düşməmək üçün "islah edirik" iddiası ilə çıxarlar. Quranda da münafiqlər üçün onlar barədə: ““Yer üzündə fəsad törətməyin” deyildiyi zaman: “Biz təkcə islah edənlərik”” dedikləri bildirilir (Bəqərə surəsi, 11). PKK, homoseksuallar, rumilik, mövhumatçılıq, İngiltərə dərin dövləti ilə elmi mübarizə onları heç maraqlandırmaz. Onlar var gücləri ilə müsəlmanlara hücum edərlər. Müsəlmanların arasında da (şeytanın yönləndirməsi ilə) ən təsirli, ən xeyirli olanlarını seçərlər.
Allah Türkiyəni İslam aləminin lideri etsin, Türklük aləmini, İslam aləmini birləşdirsin. Allah bütün dünyaya sevgini hakim etsin. Bizə də bu nemətini göstərsin inşaAllah.

Adnan Oktar deyir ki... 21 yanvar 2018> Click for more

Suriya məsələsində Türkiyə, Suriya, İran və Rusiyanın ittifaq etməsi, Suriyanın ərazi bütövlüyünün qorunması və Suriya dövləti ilə Türkiyənin əlaqə yaratması lazımdır. Bu təmin olunsa İngiltərə dərin dövlətinin bölgə üzərindəki bütün oyunları pozulmuş olar.
Bəzi insanlar təkəbbürlü birini gördükləri zaman onun yanında əzilməmək üçün təkəbbürlü olmağın lazım olduğuna inanarlar. Liseylərdə və ya sosial mühitlərdə təkəbbürlü olan insanın yanında, əslində o insandan nifrət etmələrinə baxmayaraq, çox insan olar. Buna görə digərləri də təkəbbürlü olmağın əhəmiyyətli və dəyərli olduğunu düşünər. Halbuki təkəbbür insanın özünü alçaldan haldır. Təkəbbürlü insan yarı dəli kimidir. Məhz din olmadıqda insan düzgün qiymətləndirmə apara bilmir və qəribə meyarlar müəyyənləşdirir, ziq-zaq çəkməyə başlayır. Allah dinin əhəmiyyətini bir daha göstərir. Quran əxlaqı ilə baxan insan məsələləri tam doğru şəkildə anlayar.
İslamı azadlıqdan uzaq, sevinc olmadan, içə qapanıq din deyə göstərdilər. Onların göstərdiyi dinin yaşanması qeyri-mümkündür. Mövhumatçı görünüşdə olan çox insan belə namaz qılmır. Çünki namazı içindən çıxılmaz, edilə bilməz ibadət kimi göstərirlər. Allahın Quranda bildirdiyi din asan olandır.
Allah ordumuzun səfərini mübarək etsin, qələbə versin. Allah Türkiyənin düşmənlərini, namərdləri, xainləri çox pərişan etsin. Münafiqlərin, xainlərin rejimini yerlə-yeksan etsin. İslam əxlaqını dünyaya hakim etsin. Türk millətini müzəffər etsin, İslam Birliyinin öncülü etsin, bizi də Mehdiyə tələbə etsin.

Adnan Oktar deyir ki... 20 yanvar 2018> Click for more

Prezidentimiz hörmətli Rəcəb Tayyib Ərdoğanın əmri ilə imanlı əsgərimiz Afrin hərəkatını başlatdı. Allah ordumuzu, dövlətimizi, millətimizi qorusun, müzəffər etsin.
Allah hər şeyi bir məqsədlə yaradar. İnsanın da yaradılmasında bir məqsəd var. Dərin və ağıllı insanlar bunu anlayar. Lakin bəzi insanlar zalım, cahil və nankor olur, ölü olurlar. Diri olub Allahı bilməmək, Allahı dərk edə bilməmək qeyri-mümkündür.
İnsanın gələcəyi ilə bağlı narahat olması Qurana uyğun olmaz. Gələcəyi ilə bağlı narahat olan insan, hər hadisənin Allahın nəzarəti altında olduğunu unudub, Allahdan başqa gücün olduğunu düşünür deməkdir ki, bu da şirk olar. Şirk Allaha şərik qoşmaqdır və çox böyük günahdır.
Hədislərə görə cənnətdə böyük bazarlar olacaq, insanlar gedib istədiklərini alacaqlar, pula ehtiyac olmayacaq. Bazarlarda gözəl insan portretləri olacaq. İnsanlar bəyəndiyi gözəl insan portretlərinə baxarkən o, şəkildəki insan olacaqlar. Bir qadın baxaraq; "nə gözəl qadın rəsmidir" deyəcək, sonra güzgüyə baxıb görəcək ki, o bəyəndiyi qadın olub.
Musiqiyə, rəsmə, heykələ, müasirliyə qarşı olduğunu iddia edənlərin çoxu, uşaqlarını təhsil alması üçün Səudiyyə Ərəbistanına və ya başqa İslam ölkəsinə deyil, Avropaya göndərirlər. Çünki səmimi deyildirlər. Bu gözəllikləri özləri də bəyənirlər və sevirlər. Həmişə Avropaya heyrandırlar, həmçinin düşmənmiş kimi üslub işlədirlər. Portret, heykəl, gözəllik gördükləri zaman hücum etmələrinin lazım olduğunu düşünürlər. Heykələ tüpürdükdə də böyük vəzifə yerinə yetirdiklərinə inanırlar. Madam ki, rəsm haramdır, heykəl haramdır, heykəl gördükdə tüpürmək lazım olduğunu düşünürsünüz, o zaman uşaqlarınızı təhsil almaları üçün niyə bunların hamısının olduğu Avropaya göndərirsiniz?
İngiltərə dərin dövləti bir ölkəni dağıtmaq və ya parçalamaq istədiyi zaman, əvvəlcə o ölkədə incəsənətin, elmin, mədəniyyətin olmadığı, zövqsüz, çirkli, davakar, sevgi və nəzakəti bilməyən insanlardan ibarət olan mühit yaradır. Bu zaman belə ölkələri dağıtmaq çox asan olur. "Baxın, İslamı yaşayan bu ölkələr belə fəlakətin içinə sürüklənirlər, bu ölkələri dağıdıb yenidən quraq" deyirlər. Suriyada və İraqda həmişə eyni taktikanı tətbiq etdilər. İndi də Türkiyəyə eyni şeyi tətbiq etmək istəyirlər. İncəsənətin, gözəlliyin, qadın azadlığının, sevincin, elmin olmadığı, insanların yaşama sevincinin qalmadığı, içinə qapanıq bir ölkə yaratmaq istəyirlər. Biz buna elmlə, irfanla imkan vermədik və verməyəcəyik. Quranın parlaq, müasir, keyfiyyətli, nəzakətli, sevgi və həyat dolu ruhunu həyatımızla göstəririk və bütün Türkiyəyə, dünyaya bu gözəl Quran əxlaqının hakim olmasını istəyirik.
Atatürk igid Anadolu dəliqanlısıdır, səmimi müsəlmandır. Atatürkə çirkin şəkildə dil uzadılmasına qanunla, hüquqla icazə vermərik. Atatürkə qarşı olanlar bütün türk millətini, bütün türk gəncliyini qarşılarına aldıqlarını bilməlidirlər. İlahiyyat fakültələrini açdıran Atatürkdür. İmam Hatibləri açdıran Atatürkdür. Quranı türkcəyə tərcümə etdirib, on minlərlə sayda Anadoluya paylatdıran Atatürkdür. Atatürkü tənqid edən bəzi kəslərin Atatürk qədər İslama və müsəlmanlara xidməti yoxdur. Atatürkün zəkası, keyfiyyəti, incəsənət anlayışı, təmizliyi, yaraşıqlığı, hər cəhəti çox gözəl idi. Atatürkdən bütün gözəl cəhətləri ilə həmişə bəhs edəcəyik, həmişə gündəmdə saxlayacağıq. Tayyib hocamın Atatürk sevgisini də qəbul edə bilməyənlər boşuna çalışmasınlar.
Nə vaxtsa hər kəs öləcək. 90-100 il sonra hal-hazırda yaşayan insanların təkcə rəsmi qalmış olacaq. Allah axirətdə hər kəs üçün yeni bədən yaradacaq.

Adnan Oktar deyir ki... 19 yanvar 2018> Click for more

Bağışlamamaq, qürur, özünü böyük hesab etmək, eqoist olmaq kimi bütün qüsurları din əxlaqı aradan qaldırar. Bağışlamamaq bəladır. Bağışlamamaq insanın özünü sıxar. 10-20 il bağışlamamağın verdiyi sıxıntıdan xilas ola bilmir, halbuki bunların üstəsindən imanla çox asan gəlmək olar.
Allahı çox sevdiyimiz üçün cənnətdə onun sevinci içində olacağıq. Sonsuz ağla, sonsuz gözəlliyə təslim olduğumuzu bildiyimiz, sonsuz gözəlliyin bizi sevdiyini bildiyimiz üçün, Onun bizə göstərdiyi hər nemətdən, hər gözəllikdən çox məmnun olacağıq.
Tayyib hocama dəstək olmağımız, İngiltərə dərin dövlətinə qarşı çıxmağımız və darvinizmin əsassızlığını ortaya qoymağımız bəzilərini çox narahat edir. Əllərindən gələni etsinlər, qanunla, hüquqla, elmlə, irfanla bütün hiylələrini pozacağıq. Biz dövlətimizə güvənirik, haqqı, həqiqəti sona qədər müdafiə edəcəyik. Bizim üçün əhəmiyyətli olan Türkiyənin və İslam aləminin gələcəyidir. Bu yoldakı səylərimiz bütün təzyiq və təhdidlərə baxmayaraq davam edəcək.

Adnan Oktar deyir ki... 18 yanvar 2018> Click for more

Allahın qanununu anlamadıqları üçün dünyanı dərd kimi qəbul edirlər. Dünyadakı hər şeyi ayrı-ayrı ilah kimi görürlər. Avtomobili, evi, ağacı, dərmanı müstəqil zənn edirlər, ilah kimi görürlər. Bu zaman həmişə sıxılır, əzab çəkirlər. Halbuki təkcə bir ilah olduğunu anlasalar, təkcə Allaha təslim olsalar çox rahat yaşayarlar.
Allahı unutmağın qarşılığı dərhal verilər. Allahı unudan insan dalğın olar. Mən Allahı ən çox sevirəm, hər kəs Allahı ən çox sevməlidir. Allahı heç unutmayan insanın, gün ərzində ruh halı çox sağlam olar.
Ölkəmizin və millətimizin başına bəla gəlməsini gözləyənlərə Allah hidayət versin, hidayət vermirsə gözlədikləri bəlaların min cürünü onlara versin. Fəlakət istəyənlərin başını fəlakətlərə bürüsün. Allah ölkəmizi, millətimizi, dövlətimizi güclü və daimi etsin.
Türkiyə ziyalı və müasir dövlətdir. Həyatlarında incəsənət, keyfiyyət, fərəh, sevinc olmayan və sanki ölü kimi yaşayanlar millətimizin də ölü kimi yaşamasını istəyirlər. Millətimiz onlar kimi olmayacaq. Ziyalı, müasir, dindar, keyfiyyətli ölkə olaraq böyüyüb güclənəcəyik inşaAllah.
Türkiyənin olduqca əhəmiyyətli dövrdən keçdiyini bilən İngiltərə dərin dövlətinin tərəfdarları hücuma keçdilər, bütün millətimiz çox diqqətli olsun. Vətənpərvərləri müxtəlif üsullarla usandıra biləcəklərini zənn edirlər. Allah Türkiyənin və millətimizin əleyhinə hiylə quranlara hidayət versin, hidayət tapa bilmirlərsə həlak etsin. Bütün oyunlarını pozsun.
Allah Özünü unudan insanlara az və ya çox sıxıntılar verərək Özünü xatırladar. Allah insanı mütləq müəyyən yolla Özünə yaxınlaşdırar. Bu, Allahın gözəl nemətidir.
Musiqi, əyləncə, dekolte, incəsənət əleyhinə olanlar xüsusən sahil bölgələrində yaşayanların AKP-dən uzaqlaşmasına səbəb olur. Tayyib hocam müasirdir, baş nazirimiz müasir və ziyalıdır. AKP insanların həyat tərzlərinə hörmət göstərir, lakin bəzi kütlələrin üslubları AKP əleyhinə olur. Bunu insanları AKP-dən uzaqlaşdırmaq üçün xüsusi olaraq edə bilərlər. Musiqi, rəqs, qadın azadlığı, fikir azadlığı, sevinc, incəsənət, elm Quran əxlaqına görə halaldır. Allah insanların azad yaşamasını istəyər.

Adnan Oktar deyir ki... 17 yanvar 2018> Click for more

İncəsənəti, sevinci, musiqini, əyləncəni aradan qaldırmaq, şortlu, mini yubkalı qızlara hücum etmək, Türkiyədə azadlıq olmadığını göstərməyə çalışmaq, İngiltərə dərin dövlətinin hökumət əleyhinə olan oyunudur.
Bəziləri cansıxıcı həyat istəyir. Gənclərin şən olmasını, həyat dolu olmasını istəmir. Sevincdən xoşlanmır. Həyatı qaraltmaq, ölü, dözülməz hala gətirmək istəyirlər. Bunlar incəsənətə, qadın azadlığına, azadlığa, mehribanlığa, dostluğa, yoldaşlığa, hər şeyə qarşıdırlar. Hər kəs özləri kimi olsun istəyirlər. Güləni acıladığı, əylənəni bədbəxt etdiyi bir həyatın tərəfdarıdırlar. Özləri bədbəxt olduqları üçün insanları da özləri kimi etmək istəyirlər. Tək kəlmə sevgidən, dostluqdan, sevincdən, incəsənətdən bəhs etmirlər. Dostluğu, yoldaşlığı bilmədikləri üçün hər kəsə qarşı olurlar. Belə insanlar AKP-ni də avtoritar, qadağanedici, azadlıq əleyhinə olan bir partiya kimi göstərmək istəyir, AKP və Tayyib hocama da tələ qururlar. Tayyib hocam azadlıq istəyən, gənclərin sevincindən yana olan, müasir dindardır. Lakin bu insanlar AKP-ni gözəlliyə, sevincə, incəsənətə, elmə qarşı kimi göstərirlər və buna görə də, sahil bölgələrində AKP-nin səs itirməsinə səbəb olurlar.
İnsanların çoxu şirk qoşduqlarından xəbərsiz olur. Məsələn, məktəbə gedəcək, hazırlanır, məktəbə onu aparacaq olan Allahdır, avtomobil vəsilədir. Avtomobil gecikəndə əsəbiləşir. Avtomobili gətirməyənin Allah olduğunu unudur. Hər şeyi edən Allahdır. Bunu unudan insan şirkə düşmüş olar.
Sən də beyninin içindəsən, kainat da beyninin içindədir. Biri var görür, səni gördüm deyir, biri var portağalın dadını alır və bilir, biri var gülü iyləyir qoxusunu bilir. Bunların hamısı beynin içində mərcimək qədər yerdə olur. Bu mərcimək qədər yer haradadır deyə baxdığımız zaman ruhun içində olduğunu görürük. İnsan özünün içində, kainat insanın içindədir. Sadəcə bu mövzu Allahın mövcud olmasını başa düşmək üçün kifayətdir.
Özünü sərbəst vicdanına və səmimiyyətə təslim edən həmişə doğru yolda olar. Allahın himayəsi altında olar. Hər zaman, maraqlarına tərs düşsə də, vicdanın səsini dinləmək lazımdır.

Adnan Oktar deyir ki... 16 yanvar 2018> Click for more

Hörmətli Bahçeli çox mübarək insandır, həqiqi dava insanıdır. İnsan bu cür liderin ayağının dibindən ayrılmaz. Allah belə lider verdiyi üçün həmişə şükür etmək lazımdır. Bugünkü çıxışı da çox gözəldir, tarixi çıxış olub.
Xüsusən Yaxın Şərq ölkələrində və dünyanın bir çox yerində qadına çox yanlış və qəribə baxış prizması vardır. "Qadını müəyyən yolla tələyə salarsan, evə apararsan, namusunu ləkələyərsən, ondan sonra da qəzəblənər evinə göndərərsən" anlayışı geniş yayılıb. Sonra yenə ürəyin istəsə, yenə çağırarsan gəlməzsə ölümlə təhdid edərsən, döyməklə təhdid edərsən, kimi yanlış məntiqləri var. Bu, çox böyük vicdansızlıq və zülmdür. Qadın Allahın yaratdığı ən gözəl, ən müqəddəs varlıqdır. Həmçinin qadın, ağlı, ehtirası, imanı ilə gözəldir. Qadını qorxudursan, alçaldırsan, mərhəmətsizcə yaxınlaşırsan, bundan sonra da qadından şikayət edirsən. Qadınların əvvəlcə axirətini qorumaq lazımdır. Qadını 20-30 il müddətinə deyil, əbədi sevməlisən. Əbədiyyən sevəcəyinə görə əvvəlcə imanına diqqət yetirməyin, cənnətə getməsinə səy göstərməyin lazımdır. Şərəfli, namuslu yaşamasını təmin etməlisən. Qadının şərəfini, namusunu əlindən alsan, hörmət etməsən heç bir mənası qalmaz. Qadının hörmət edilməsi lazım olan mübarək varlıq olduğunu bilməli və buna görə hərəkət etməlisən. O zaman qadının gözəlliyini Allah sənə açar.
Allahın rizasının ən çoxu vicdana həmişə vəhy edilər. Vicdana fasiləsiz vəhy olması möcüzədir. İnsan tək buraxılmayıb. Allah nə istədiyini insana həmişə hiss etdirər.
Allahın ən çox bəyəndiyi şey sevgi olduğu üçün, mən də həmişə sevgidən bəhs etməkdən zövq alıram. Mənim bəhs etdiyim şeylər insanların həmişə ağlından keçən, həmişə istədikləri şeylərdir. Mənim fərqim, onların bəhs etməkdən çəkindikləri şeyləri səsli olaraq dilə gətirməyimdir.
Əziyyət olmadan insanın sevgini öyrənməsi də, seviləcək insan halına gəlməsi də qeyri-mümkündür. Səbir etməmiş, şəfqət göstərməmiş, səxavətli olmayan, vəfa göstərməmiş insan heç bir dəyər qazanmamış deməkdir. Dərinlik qazanmaq üçün əziyyət lazımdır. Binalar, evlər, həyatın hər təfərrüatı eşqə xidmət edirsə, eşqi öyrənməyimizə vəsilə olursa mənası vardır. Çox gözəl paltar düşün, lakin içində daş maneken var. Ölü olsa üstünə yetmiş qat gözəl paltar geyindirsən də qaçarsan. İçindəki ruhu sevirsən, paltarı deyil. Buna görə də, ruhun əziyyətlə yetişdirilməsi əhəmiyyətlidir.
Şeytanın zəkalı olması müsəlmanların əzminin güclü olmasına və bərəkətinə vəsilə olar. Qarşı tərəfdə şeytanın zəkası olmasa müsəlmanın üfüqü, ağlı, əzmi, tədbir alma gücü zəif qalar. O zaman da imtahanın keyfiyyəti düşər. Şeytan və münafiqlərin hər həmləsi müsəlmanların canlanması, möhkəm birləşməsi, tədbir gücünün artması üçün çox mühümdür.
İngiltərə dərin dövlətinin tərəfdaş alçaqları Tayyib hocama xaincəsinə sui-qəsdlər hazırlayırlar. Millət olaraq Tayyib hocamın yanındayıq. MHP və BBP-ni də təbrik edirik, millətin yanında olduqları və Tayyib hocama sahib çıxdıqları üçün.

Adnan Oktar deyir ki... 15 yanvar 2018> Click for more

Bəziləri bizi öz qorxunc dünyalarına çəkmək istəyirlər. İnsanları dəhşət verici dünyalarına çağırmasınlar. Onların dünyasında bərəkət yoxdur, nəzakət yoxdur, mədəniyyət yoxdur, elm yoxdur, incəsənət yoxdur, gözəllik yoxdur. Türkiyə belə dəhşət verici dünyaya daxil olmayacaq. Sizin sevgisizliyiniz sizin incəsənət əleyhinə olmağınız, sizin gözəllik əleyhinə olmağınız Türkiyədə heç vaxt hakim olmayacaq.
İnsanların əksəriyyətinin sevgi dediyi şey, sevgi deyil. Həqiqi sevgi dərin və ehtişamlı duyğudur. Allahın bizdən istədiyi yüksək sevgidir. Dünyanın yaradılma məqsədi, ibadətlərin məqsədi həmişə yüksək sevgidir.
Küfr əhlinə yaltaqlıq edib, İngiltərə dərin dövlətindən bir kəlmə belə bəhs etməyən, hərdənbir ənənəçi anlayışını zəif şəkildə müdafiə edənlər, alçaqca və namərdcəsinə müsəlmanların nöqsanını axtarırlar. Bu, çox böyük acizlik və şəxsiyyətsizlikdir.
Allah ilə səmimi əlaqə vardırsa, imanın ləzzəti və axirətin sevinci ilə insan xoşbəxt olar. Bundan savayı gəmi ilə gəzmək, avtomobillə gəzmək, kotlet yeməklə insan xoşbəxt olmaz. İstədiyi qədər özünü zorlasın, heç yerdə heç bir şəkildə əylənə bilməz. Haradan gəldiyini bilməyən, hara gedəcəyini düşünməyən insanın əylənməyə çalışması nəticə verməz. Belə insan əylənə bilməz, sadəcə əylənirmiş təqlidi edər.
Dejavu taledən kiçik, qısa xatırlatmalardır.
İnsanı hər kəsin pisləməsi bir məna ifadə etməz. İnsanların çoxu sevgisiz olduğu üçün kütləvi pisləmələrə fikir verməmək lazımdır. Bəsit insanlar bəsit insanların təsiri altında qalar. Keyfiyyətli insanlar isə azad iradələri ilə, özləri müşahidə edərək, görərək qərar verərlər.
Münafiqi elmi yolla məğlub etmək demək, şeytanı məğlub etməkdir. Münafiqi elmi yolla məğlub etdiyin zaman Allah üçün qələbə qazanmış, şeytanın Allah haqqındakı bütün iddialarının əsassızlığını dünyaya göstərmiş olarsan. Münafiq əlamətlərindən bəhs etsən münafiq lampa kimi yanıb-sönməyə başlayar və dünya ona dar olar. Buna görə də, münafiq, münafiq əlamətlərindən bəhs edilməsini heç istəməz. Münafiq əlamətlərindən hər dəfə bəhs edildikdə şeytan özünü yerdən-yerə atar.
Türkiyədə azadlıq yoxdur deyənlər, mənə və dostlarıma baxsınlar. Qadınların nə qədər azad olduğunu, gənclərin istədiyi kimi əyləndiyini, söz azadlığının olduğunu bütün dünyaya göstəririk. Türkiyə müasir, ziyalı, azad ölkədir. İnsanlar istədiyi kimi geyinər, istədiyi kimi əylənər. Hökumətimiz azadlığın tərəfdarıdır. Biz həyatımızla bunu faktiki olaraq sübut etdik.
Səthi eqoistlik təhsillə aradan qalxar. Eqoist olmaq insanı ən çox alçaldan haldır. Eqoist insana hər şey qapanar. Nə sevgi, nə mərhəmət, nə ağıl, nə də nur qalar. Eqoistlik insanı məhv edən bəla olduğu üçün dinlərin ən mühüm məqsədi eqoistliyi aradan qaldırmaqdır.
İnsan yataqdan qalxdığı an Allah ilə əlaqəni daha güclü hala gətirməlidir. Gecə yuxuda ölmüş olur, hər səhər həyata yenidən başlayır. Yenidən Allahın sənətini, möcüzələrini düşünməsi lazımdır. İlk növbədə səsi kim eşidir, təsviri kim görür, bunları düşünməsi lazımdır. İnsanların çoxu hər şeyin beynin içində olduğundan xəbərsizdir. Biri tərəfindən bir şeyin görülüb dərk edilən olması Allahın mövcudluğunun konkret dəlilidir. Səsi eşidən kimdir, toxunmanı hiss edən kimdir, suyun dadını alan kimdir, limonun qoxusunu alan kimdir? Bu, ağlı dayandıracaq mövzudur. Əksər insanın bu mövzunun fövqəladəliyindən xəbəri belə yoxdur.
Suriyanın ərazi bütövlüyünün qorunması mühüm məsələdir. Bunun üçün mütləq ilk növbədə, Suriya dövlətini və hökumətini tanıyaq. Suriya hökuməti; "bütün xarici ünsürlərin çıxmasını" istəsin və Türkiyə, Rusiya və İrana bu məsələdə kömək üçün dəvət etsin. Türkiyə də leqal surətdə müdaxilə etsin. Suriya məsələsinin bundan başqa həll yolu olması qeyri-mümkün görünür. Suriyada hal-hazırda sahibsiz dövlət, sahibsiz millət, sahibsiz torpaq var. PKK Amerika bayraqlarının arxasına sığınmış vəziyyətdədir. Türkiyə içəri daxil olduqda səhvən Amerika əsgərləri vurulsa, Allah qorusun çox böyük hadisə baş verər. Bölgəni PKK-dan təmizləməyin yeganə yolu Suriya dövlətini və hökumətini tanımaq, həmçinin Rusiya və İranla birlikdə hərəkət edərək birgə əməliyyat aparmaqdır. Bu əməliyyat da, təkcə Suriya dövlətinin dəvəti ilə ola bilər. Dolayısilə Türkiyə tezliklə Suriya dövlətini və hökumətini qanuni hesab etdiyini bəyan etmək məcburiyyətindədir.
Tayyib hocam Atatürkdən sonra cümhuriyyət tarixinin ən mühüm lideridir. Heç güzəştə getmədən, dəliqanlı şəkildə bütün müsəlmanlara sahib çıxır maşaAllah.

Adnan Oktar deyir ki... 14 yanvar 2018> Click for more

Mütləq Allahın lehinə düşünən və Allah ilə həmişə əlaqədə olan insana bütün qapılar həmişə açılar. Qapıların açılmasını insanların çoxu görə bilməz. Bu da o insana Allahın qoruması, lütfüdür.
Allah münafiqləri vəsilə edərək Mehdi camaatını gücləndirər. Cəmiyyətin ən iyrənilən, namərd, zalım münafiqlərini göndərib Mehdi camaatında canlanma və dirilmə yaradar.
İnsanlar adətən problemləri olduqda bunu qarşılarındakı insanla həll etməyə çalışırlar. Ya küsürlər, ya inciyirlər, ya da qarşılarındakının sevgisindən şübhə edirlər. Halbuki doğru olan, insanın hər məsələsini Allah ilə həll etməsidir. Bu mühüm həqiqət cəmiyyətdə ciddi şəkildə unudulur. Allahı (haşa) unutmaq isə böyük faciədir. İnsanın qarşısındakı insanı deyil, Allahı əsas götürməsi lazımdır. Hər tələb Allahdan istənilər. Yoxsa insanların bir tələbi ödəyəcək, bir problemi həll edəcək gücləri yoxdur. Mütləq hər şeyi Allahdan istəmək lazımdır. Əksi çox böyük səhv olar. İnsanın problemi olanda, diqqətlə Allaha dua edib, Allahdan kömək istəməyə davam etməlidir. Təbii ki, insan səbəblərə sarılar, dua mahiyyətində hökmə əsasən qarşısındakı insana problemini söyləyər, danışar, onu müsbət yöndə düzəltməyə, yaxşıya, doğruya çəkməyə çalışar. Lakin adətən əsas Allahdan istəmək doğru olandır. Çünki qəlbi yaratmağı Allah edər, şəxslər edə bilməz. Əks təqdirdə insan ciddi səhv etmiş olar, ciddi problemə sürüklənmiş olar. Bu xətada heç vaxt müqavimət göstərməmək lazımdır.
Allaha olan sevgi əsas olan sevgidir. Allah ilə həmişə səmimi əlaqə olması vacibdir. Allahı (haşa) unutmaq çox dəhşətli və çox utanc vericidir. Allaha şübhə ilə yanaşmaq da çox çirkin və çox utanc vericidir. İnsan Allah ilə yaxın əlaqədə olduğu zaman, Allah hiss etdirmədən yavaş-yavaş bəndəsinin yolunu açar. Lakin Allah unudulduğu zaman bunun qarşılığını da, Allah hiss etdirmədən yavaş-yavaş yaradar. Dərhal qarşılıq olmaz, hamısı yavaş və məqbul artımla olar. Allah qətiyyətlə sevilər. Allah da qulunu qətiyyətlə dəstəkləyər, lakin bu gözlə görünən möcüzə tərzində çox açıq şəkildə baş verər.
Baş ağrıyan zaman dərmanın ağrını yox edəcəyini zənn etmək şirk olar. Ağrını yaradan, dərmanı yaradan, ağrı kəsəcək olan Allahdır. İnsanların ən çox düşdüyü şirk budur. Hər şeyi Allah etdiyini unudurlar.
Zamandan yaxşı istifadə etmək əhəmiyyətlidir. Müsəlmanın zaman mühəndisi olması lazımdır. Maddənin mühəndisliyi var, lakin zamanın mühəndisliyi yoxdur, belə olmaz. Məktəblərdə zaman mühəndisliyi təhsili də verilməlidir.
Münafiq zahirən murdardır, lakin batini cəhətdən hər zaman müsəlmanların və İslamın xidmətindədir. Münafiq həmlələri müsəlmanların şövqünü artırar, daha gözəl, daha güclü, daha bərəkətli olma əzmlərini yüksəldər və ən çox müsəlmanların birlik olmalarını möhkəmləndirər.
İncəsənət Allahın gözəlliyini, ehtişamını görmə qabiliyyətidir və insanın ruhunu gözəlləşdirən nemətdir.
Ən gözəl olan Allaha sığınmaqdır. “Ey Rəbb məni qoru, mənə fərəhlik ver, məni gözəl insanlarla yaxşı insanlarla qarşılaşdır, məni cənnətinə al, ey Rəbb Özünü mənə heç unutdurma, ey Rəbb məni şirkdən qoru” deyə Allaha sığınmaq lazımdır.
Səmimiyyətin möhkəm və qətiyyətli olması lazımdır. Düşünərkən dürüst olmaq əhəmiyyətlidir. Səmimi insan həmişə Allahın lehinə düşünər. Allah bəzən insanın qarşısına xüsusi olaraq, Allaha tənqidi gözlə baxan insanlar çıxardar. Bu xüsusi sınaqdır. Onu görəndə; "Bəlkə mən də tənqidi gözlə baxım" deyib səhv edirlər. İnsanın sağlam və dürüst düşünə bilməsi üçün, dünyaya dair məlumatını tez-tez nəzərdən keçirməsi lazımdır. Gözsüz görən var. Məhz bu mövzunu düşünmək Allahın mövcudluğunu anlamaq üçün kifayətdir. İnsanın gördüyünü idrak etməsi möhtəşəm şeydir. Birinin səsi eşitməsi, birinin toxunmanı hiss etməsi, birinin qoxunu alması, birinin yeməyin dadını alması Allahın mövcudluğundan başqa yolla açıqlana biləcək məsələ deyil. 5 duyğu özlüyündə Allahın mövcudluğunun dəlilidir. Lakin Allah imtahan üçün şübhələr də yaradar. Məsələn, uşaq ölümləri olar və ya öz başına gələn xəstəliklər, problemlər olar. Allah həm mövcudluğunun dəlillərini çox güclü yaradar, həm də şübhəyə düşməyin dəlillərini verər. Diqqətli baxan şübhəyə düşəcək şeylərin xüsusi yaradıldığını anlayar. Səmimiyyətdən uzaqlaşmamaq üçün, Allahın mövcudluğunun dəlillərini israrla unutmamaq, çox təkrar etmək lazımdır. Allah; "Məni çox zikr edin" deyir, çoxlu zikr etməkdə bu sirr gizlənir. Çoxlu zikr bir sözü həmişə təkrar etmək deyil. Allahın mövcudluğunu, mövcudluğunun dəlillərini şüurlu olaraq, təkrar-təkrar ağlından keçirməkdir.
Kəhf hekayəsində başdan-başa mehdiyyətdən bəhs edilir. Bir qrup gəncin iman gətirməsi, dövrün dərin dövlətinə qarşı olmaları, səbirli və qətiyyətli olmaları, bir yerə sığınaraq həyatın bütün cəhətlərindən özlərini çəkmələri kimi çoxlu təfərrüatla Axırzamandan bəhs edilir.
Türkiyə hal-hazırda çox mühüm dövrdən keçir. Vətən, dövlət, millətin davamiyyəti əsas məsələdir. Belə dövrdə detallara ilişmək doğru olmaz. Milli və yerli olan hər kəsin ittifaq etməsi, canı bahasına Türkiyənin birliyi və bütövlüyü, İslam aləminin birliyi üçün səy göstərməsi lazımdır.

Adnan Oktar deyir ki... 13 yanvar 2018> Click for more

Bizim məqsədimiz; Allahın dini dünyaya hakim olana qədər, fitnə yer üzündən aradan qalxana qədər, yəni Quran əxlaqı qütblərə, Afrikanın mərkəzinə hakim olana qədər elmi yolla mübarizə aparmaqdır. Allaha coşğun sevgi, dəli eşq bəsləmək bizim əsas məqsədimizdir. Bu yolda irəliləyərkən toy edərmiş kimi sevinclə, fərəhlə irəliləyirik inşaAllah.
Dünyada ən çox istəniləcək şey Allaha ən dərin eşqlə sevgi bəsləməkdir. Bəzi insanlar iman gətirər, lakin Allahdan uzaqdırlar. İmanı texniki cəhətdən anlayır və Allahın mövcudluğunu qəbul edirlər, lakin eşqlə Allahı sevməyi bacarmırlar. Allahdan ən çox istəniləcək şey sonsuz Güc olan Allaha ən dərin eşqlə sevgi bəsləməkdir. Bəzi ənənəçilər də haşa Allahı mərhəmətsiz, ədalətsiz, hər kəsi cəhənnəmə atan varlıq olaraq görür, Peyğəmbəri daha yaxşı hesab edirlər. Allah cəhənnəmə atmaq istəyər, Peyğəmbər insanları xilas edər deyə zənn edirlər. Bu, faciədir. Allaha güvənməmək çox ağır vicdan qüsurudur. Bu insanlar əslində Peyğəmbəri də həqiqi mənada sevmirlər. Fərz elədikləri Peyğəmbər formasını sevirlər.
Dini çətinləşdirən şeytandır. Qadın nifrətini formalaşdıran da şeytandır. Bu oyunla həm qadınları dinsizliyə çəkirlər, həm də insanları dünyanın ən gözəl əxlaqlı insanı olan Peyğəmbərdən uzaqlaşdırırlar, həm də dinə qarşı olmalarına səbəb olurlar.
Hər yerdə yaradılışdan bəhs edilsin, darvinizmin əsassızlığından bəhs edilsin. Bu, Türkiyəyə bərəkət gətirər. Darvinizmə elmi yolla qarşı çıxdıqda bütün uğursuzluqlar aradan qalxar.

Adnan Oktar deyir ki... 12 yanvar 2018> Click for more

Cənnətə mütləq dünyadakı təhsili alıb getmək əhəmiyyətlidir. Bu təhsil olmadan məkanın gözəlliyi insan üçün heç nə ifadə etməz. Ruh olmaz, dərinlik olmaz. İnsanların bir-birilərini sevə bilmələri və sevgini yaşaya bilmələri üçün mütləq dünyadakı imtahan, təhsil lazımdır.
Namaz vaxtı gələn vəsvəsənin hökmü sıfırdır. Qardaşlarımız heç vaxt bu vəsvəsəyə fikir verməsinlər, namaza zərəri olmaz. Namazlarını qılıb çıxsınlar. Namazı çətinləşdirmək şeytanın işidir. Heç vaxt üzərində dayanmadan keçsinlər.
Nəfsin istəyindən imtina etmək, nəfsini Allaha təslim etmək, eqoist olmamaq, hər şeyi ilə Allaha təslim olmaq möminə yaraşan əxlaqdır.
Allahın insana göstərdiyi işarələr əhəmiyyətlidir. Ağıllı möminin bu işarələri çox diqqətlə dəyərləndirməsi lazımdır.
Səmimi olmaq asan olandır. Çətin olan səmimi olmamaqdır. Qorxunu, ağrı-acını, əzabı, gərginliyi, stressi, sevgisizliyi səmimi olmadığın zaman yaşayarsan. Səmimi olduqları zaman itirəcəklərini zənn edirlər. Halbuki səmimi olmadıqları üçün sanki sürünürlər. İnsan səmimi olduğu zaman həm orqanizmi, həm də ruhu rahatlayar, axirəti xilas olar.
Ənənəçi ortodoks sistemin təzyiqini və darvinizmin yalanlarını dünyadan ləğv etsək dünya cənnət kimi olar. Gəncləri iki tərəfdən sıxışdırıb, xoşbəxtliklərini əllərindən almış vəziyyətdədirlər.
Darvinizm bərabərdir kommunizm. Darvinizmin pəncəsinə düşən birinin kommunizmə qapılmaması möcüzədir. Bu təhlükəyə baxmayaraq, darvinizm dövlət əli ilə öyrədilir. Bu çox dəhşətli vəziyyətdir. Darvinist təhsil alan biri, küçədəki pişikdən, itdən, bakteriyadan fərqi olmadığını düşünür. Bakteriya öldükdə nə olursa, özünün öldükdən sonrada belə olacağına inanır. Dünyaya baxışı tamamilə bu yanlış məntiq üzərində qurulmuş olur. İnsan kainatdakı möhtəşəm sistemi darvinist fəlsəfənin dayaq nöqtəsi olan dialektik fəlsəfə ilə açıqlamağa başlayır. Zamanla da Allahı, dini, axirəti tamamilə rədd etmiş olur. Dövlətin darvinist təhsili dərhal dayandırması lazımdır.
Türkiyənin Suriya siyasətinin Suriya dövlətinin və torpaqlarının bütövlüyünün qorunmasından yana olması lazımdır. Suriyadakı dövlətin tanınmasına və bu dövlətlə birlikdə, Rusiya, İran, Türkiyə ittifaq edərək birgə hərəkət etməyə ehtiyac var, yoxsa PKK leqal hala gələr. Suriya hökuməti toplanmalı, dövlətin başçısı, yəni Əsəd Məclisi toplamalı; "gəlin mənə kömək edin" deməlidir. Rusiya, İran və Türkiyə birgə yardım etməlidirlər. O zaman PKK-nın Suriyanı parçalamaq planı tamamilə aradan qalxar. Suriya dövlətinin tələbi də bu baş verdiyi üçün BMT, ABŞ və s. heç kim etiraz edə bilməz. Əgər Türkiyə, Suriya dövləti belə ittifaq etməsə bölgədə (Allah qorusun) kommunist PKK dövlətinin yaradılmasına istəmədən kömək etmiş olar. Bu ehtimalın tamamilə aradan qalxması üçün Suriyanın ərazi bütövlüyünün qorunması, bu qorunmanın təmin olunması üçün də Suriya dövləti ilə əlaqə yaradılması əsas şərtdir. Bu məsələdə Rusiya, Türkiyəyə vasitəçi ola bilər. İran, Türkiyə, Rusiya və Suriya rəhbərlikləri bir yerə toplanar, birgə qərar alar. Suriya dövləti bu məsələdə əməkdaşlıq etmək vicdani cəhətdən də, siyasi cəhətdən də doğru qərardır. Hökumətimiz bu məsələdə cəsur olsun, çəkinməsin. Suriyanın cinayət işlədiyi doğrudur, zülm olduğu doğrudur, lakin bu görüşün keçirilməsi üçün maneə deyil. ABŞ, Rusiya, Böyük Britaniya, Səudiyyə Ərəbistanı, İraq və s. hər bir ölkənin törətdiyi cinayətlər var. Bu məntiqlə yanaşsa Türkiyə heç kimlə dialoq qura bilməz. Ağıllı davranıb (PKK-nın bölgədən tamamilə silinməsi üçün) Suriya, Rusiya, İran və Türkiyənin əməkdaşlıq etməsini dəstəkləmək lazımdır.

Adnan Oktar deyir ki... 11 yanvar 2018> Click for more

Qadınlar mələk kimidirlər, olduqca yüksək əxlaqa sahibdirlər. Möhtəşəm analiz gücləri var. Saniyələr ərzində yüzlərlə incəliyi diaqnoz edə bilərlər. Çox incə düşünərlər. Hansı cümlənin nə üçün qurulduğunu, danışarkən nəyin nə üçün vurğulandığını hələ insan danışarkən həmin anda diaqnoz edərlər. Qadınlar çox həssas, saf varlıqdırlar. Çox diqqət yetirmək lazımdır. Bu mübarək varlıqların əzilməsinə bundan sonra heç vaxt imkan verməyəcəyik.
Səmimiyyət cənnətdir. İnsanın öz baxışı və öz səs tonunun möhtəşəm gözəl təsiri var.
İnsanlar Allaha dost olsalar dünya cənnətə dönər. Allah; “əgər Məni unutsanız bilmədiyiniz yerdən əzab yaşadaram” deyir. Dünyanın cənnət kimi olmasını istəyirsinizsə mütləq Allaha yönəlmək əsas şərtdir.
İnsan nəyin doğru, nəyin yanlış olduğunu biləcək həssas məhək daşı kimi yaradılmış xüsusi varlıqdır. Bir şeylə qarşılaşdığımız zaman nəyin doğru, nəyin də yanlış olduğunu başa düşərik, doğru olanı dərhal qavrayarıq. İnsanların məsələsi doğruya müqavimət göstərib-göstərməməkdədir.
İngiltərə dərin dövləti münafiqlərin ləyaqətsizliyindən və arsızlığından istifadə edər. Dəccaliyyətin əsgərləri cəmiyyətin ən alçaq, ən ləyaqətsiz, ən namussuzlarından istifadə edər. Dəccaliyyət bu cür çaqqallardan istifadə etdikcə İslam daha sürətlə inkişaf edər.
Gənclərə qızlarla oğlanların çox gözəl dost ola biləcəklərindən gözəl və qısa şəkildə bəhs edilsə, onlar çox gözəl dostluqlar qurarlar. Bir-birilərinə hörmət göstərməyin, dost olmağın, sevməyin yolu göstərilsə çox möhtəşəm dost olarlar. Qızlar çox rahat olarlar heyrətamiz hörmət görər və rahat yaşayarlar. Lakin bir çox insanın təzyiq göstərməkdən başqa bildiyi üsul yoxdur. Sadəcə təzyiq göstərməyi, qadağan etməyi bilirlər.
Türkiyə ilk növbədə mütləq Suriya dövlətinin ərazi bütövlüyünü təmin etməlidir. Qanuni, leqal dövlətin tam formalaşdırılması və Suriyanın bölünməsinin tam mənası ilə əngəllənməsi lazımdır. Azad Suriya Ordusu, Suriya ordusu ilə əməkdaşlıq edib PKK və bütün terror təşkilatlarını bölgədən silməlidir. Türkiyə, İran, Suriya və Rusiya ittifaq edərək bölgənin daha çox parçalanmasına mütləq mane olmalıdırlar.
Böyük Birlik Partiyasının MHP-AKP ittifaqına dəstək verməsi, uzun müddətdir xahiş etdiyimiz çox gözəl hadisədir. Türkiyənin yerli və milli ittifaqı Türkiyə əleyhinə yönəlmiş bütün planlara ən böyük cavabdır.
Həqiqi sevgi çətindir. Dərviş olub sevgini axtarmaq lazımdır. Süni sevgilər bəzi gənclərin tənhalığı seçməsinə səbəb olur, lakin tənhalığı seçməmək lazımdır. Allahı sevib, səni sevəni tapmağa əzm göstərmək lazımdır. Tənhalığı istəmək düzgün olmaz. Səbirli olsan, özünü Allaha təslim etsən, Allah mütləq səni səmimi-qəlbdən sevəcək qullar yaradar.
İnsan eqoist və nankordursa mütləq müəyyən yolla əzilər. Allah bu əxlaqsızlığının əvəzini mütləq verər.
İnsanların anlaşa bilməsi üçün Quran əxlaqında ittifaq etməsi lazımdır. Ailədaxili anlaşmazlıqların həll yolu da, qardaşların uyğunlaşa bilməsi də, dostlar arasında razılaşma olması da, Quranı meyar qəbul etməklə mümkündür.
Allah gözəl günləri yaxınlaşdırsın, dünyaya sülh hakim olsun. Allah sevgisindən hər yerdə bəhs edilsin. Allah bizi o mübarək günlərə qovuşdursun.

Adnan Oktar deyir ki... 10 yanvar 2018> Click for more

Türkiyənin solu geri qalmış soldur, çox geri qalmış düşüncəyə sahibdir. Stalin dövrünün soludur. Buna görə də, hamısı olmasa da, böyük hissəsi; mövhumatçı, mühafizəkar və ənənəçidir. Çox qatıdırlar. Geyim-keçimi belə, Stalin bığı. Stalinin üslubunda danışırlar. Stalinin mədəniyyətində qalıblar, 2017-ci ilin insanı deyil. 1920-ci illər, 1930-cu illərin düşüncəsinə sahibdir. Özünü inkişaf etdirə bilməyib. Onun üçün qadınlara qarşı da qatıdır. Məsələn; solçu qadınlarına baxın kişi kimidirlər. Makiyaj etməzlər, hərbi geyimlər geyinərlər. Hamısı olmasa da, bir çoxu baxımsızdır. Pis görünüş var. Sərtdirlər, sevgisizdirlər. Ənənəçi ortodoks təbəqədə də yenə elə qadınların bir çoxu baxımsızdır və onlardan əksəriyyətlə gözəl qoxu hiss etməzsən. Gözəl baxım hiss edə bilməzsən. Hamısı üçün demirəm, bir hissəsi üçün deyirəm, çünki çox yaxşı olan, çox dəyərli olan insanlar da var. Lakin qadın əleyhdarlığı onlarda da çox şiddətlidir. Onlar onsuz da özləri müdafiə edirlər; qadınların ağılsız olduğunu, yarım ağıllı olduğunu, dəyənəklə döyülməsinin lazım olduğundan kişilərdən daha geniş bəhs edirlər. Onlar qadının dediyinin əksinin edilməsinin lazım olduğunu su kimi əzbərləyiblər. Qadınlara aid hökmlər deyə o mövzuda alim olmuş qadınlar var. Özünü təhqir edir və bunu təqva üçün edir, Allahın hökmü budur, onsuz da belə olması lazımdır deyir. Bundan sonra bu ədəbsizliyə yol verməyəcəyimizi göstərdikdən sonra türk gəncliyində böyük oyanma oldu. Baxın, 150.000-dən çox insanla görüşdük. Hamısının pozitiv, olduqca azad, ziyalı, Quran müsəlmanı olduğu, ağıllı, şəfqətli və mərhəmətli olduğu, kömək sevər, nəzakətli, müharibələrə qarşı olan, qan tökülməsindən nifrət edən, dostluq və sevgidən çox zövq alan, incəsənəti, estetika, elmi coşğu ilə müdafiə edən, demokrat, azad düşüncəsini müdafiə edən, respublikaçı ağla sahib keyfiyyətli gənclər olduğunu, qadın azadlığını müdafiə etdiklərini görürük. Dolayısilə apardığımız elmi mübarizə əlhəmdülillah meyvələrini verdi və verməyə davam edir.
Qadınları yola gətirmək məntiqi həm darvinizmdə, həm də ənənəçi ortodoks sistemdə var. Darvinizm qadınları itdən bir qədər daha yaxşı, heyvanla insan arası varlıq olaraq görür. Bu anlayış qadının əzilməsi üçün insanların əlinə fürsət verir. Ənənəçi sistem də qadını yarım olaraq görür və cəhənnəmin qadınlarla dolu olduğunu iddia edir. Bu vəziyyətdə qadınlara hörmət göstərən olmur və qadını həmişə yola gətirmələrinin lazım olduğunu düşünürlər.
Gözəl dostluğun təməli eqoist olmamağa əsaslanır. Eqoist olmayan, sevməyi bacaran, fədakarlığı bacaran, hər şeydən əhəmiyyətlisi Allahı sevən və bilən insan gözəl dostluq qura bilər.
Ruh sahibi insan Allahın ruhunu daşıyan insan cəhənnəm əhlindən olmaz. Cəhənnəm əhli görünüşdə insan olan, lakin şüuru qapalı olan varlıqlardan ibarətdir.
Əvvəlcə mənəvi inkişaf lazımdır. İmani həmlə, yüksəlmə və ucalma lazımdır. ABŞ-da, Çində texnologiya yüksək səviyyədədir, lakin xalq sürünür. Allah sevgisi və iman olmadıqdan sonra insanlar mütləq əzab çəkər, mütləq müəyyən mənada sürünərək yaşayarlar.
Son 10 ildə 20 milyon müsəlman həyatını itirdi. Münafiqlərin hamısı bu 20 milyon müsəlmanın şəhid olmasına göz yummaq, yəni təhrik etməkdən məsuldurlar. Çünki Allah rizası üçün elmi yolla mübarizə aparmağı tərk edib öz nəfslərini seçirlər. Dünyada və axirətdə bunun hesabını verəcəklər.
Cənnətdə həmişə yeni nemətlər, yeni gözəlliklər olar. Ən mükəmməl musiqini dinlədiyini zənn edərsən, daha mükəmməli gələr. Çox gözəl təsvir görər, bəyənər, nə qədər gözəl deyə içindən keçirərkən, özü də o gözəllikdə olar. Cənnətdə fasiləsiz inkişaf vardır, hər nemət həmişə inkişaf edər və genişlənər.
Allah qorxusunun yaranması üçün insanın əvvəlcə Allahın sənətini anlaması lazımdır. Aya, ulduza, kainata, böcəklərə, çiçəklərə baxıb düşünmək lazımdır. Lakin insanların çoxu bunlarla bağlı məlumat alma imkanına sahib deyil. Buna görə də, Allahı sevənlərin bu məlumatları insanlara hazır təqdim etməsi əhəmiyyətlidir. Mən bunun üçün kitablarımda insanlara bu məlumatları çatdırıram və insanlar dəstə-dəstə Allaha üz tutur, əlhamdulillah.
Təmtəraqda böyüklük deyil, özünə və ətrafına hörmət iddiası vardır. Təkəbbürdə isə sıxılma, qəribəlik və lovğalıq vardır.
İnsanın özünün müəyyən etdiyini zənn etdiyi hər şeyi taledə Allah müəyyən etmişdir.
Suriyanın ərazi bütövlüyünü qorumaq çox əhəmiyyətlidir. Rusiya, İran, Türkiyə və Suriya birgə hərəkət edib, Azad Suriya Ordusu və Suriya Ordusu birlik olub, bölgədəki bütün terror təşkilatlarını təmizləmək lazımdır.
Yaxşı insanla qarşılaşmaq, səhrada susuzluqdan ölmək üzrə olan insanın buz kimi limonadla qarşılaşması kimidir. İnsan dərhal şükür edər, o insanın ən yaxınında olmaq istəyər. Yaxşı insanın mövcudluğu Allahdan çox böyük nemətdir.
İnsan bədəni Allah ilə əlaqəyə görə yaradılmışdır. İnsan necə ki, susuz qaldığı zaman pərişan olursa, Allah ilə əlaqəsi kəsildiyi zaman da bütün hüceyrələr xəstələnər. O zaman bədən ölmək istəyər. Allahdan qopan hər bədən tezliklə ölmək istəyər, Allah qorusun. Allah yaşama səbəbidir. Sən yaşama səbəbini aradan qaldırsan depressiyadan xilas ola bilməzsən.
Yerli və milli olmaq Türkiyə üçün mühümdür. MHP-nin yerli və milli münasibəti, dövlətin və millətin davamiyyəti üçün qətiyyəti çox əhəmiyyətlidir. CHP-nin də müxalifətinin mütləq yerli və milli olması lazımdır.
MHP ilə AKP ittifaqının kürd qardaşlarımız əleyhinə olacağı iddiasına heç bir qardaşımız aldanmasın. MHP irq partiyası deyil. Millətçilik anlayışı mədəniyyət millətçiliyidir. Kürd qardaşlarımız əleyhinə ən kiçik düşüncə, ən kiçik hərəkət nə MHP də, nə də AKP də olmaz, olmayacaq. Keçmişdə yaşanan bəzi hadisələr keçmiş dərin dövlət zehniyyətinin zülmləridir. Bu struktur müsəlmanlara da, dindarlara da, sol təbəqəyə də, ülkücülərə də, hər kəsə zülm edirdi. AKP-nin də, MHP-nin də kürd qardaşlarımız əleyhinə heç nəyə icazə verməyəcəyinə Allahın icazəsi ilə biz zaminik.
Müsəlmanların zəif olduğu nöqtələrdən hərəkət edərək müsəlmanları çətin vəziyyətdə qoymağı qarşıya məqsəd qoyanlara Tayyib hocam çox gözəl cavab verir. İngiltərə dərin dövləti ilə mübarizədə MHP ilə AKP-nin ittifaqı çox mühümdür.

Adnan Oktar deyir ki... 9 yanvar 2018> Click for more

Allah insanları çətinliklər və əziyyətlərlə tərbiyə edər. Qocalıq, xəstəlik, aclıq, qorxu da insanların tərbiyəsində əhəmiyyətlidir. Məsələn, münafiqlərə çox bəla gələr, lakin heç vaxt anlamazlar, tərbiyə olunmazlar. Bu tərbiyənin məqsədi də sevgini öyrənməkdir. Dünya sevginin öyrədildiyi mükəmməl məktəbdir.
Münafiq həm Quranla danışar, həm özünü dindar kimi göstərməyə çalışar, həm də dinlə, ayə ilə, hədislə haşa lağ edər. Şeytanın lağlağı xüsusiyyəti münafiqlərdə var. Münafiqlər də, şeytan da yalançıdır, münafiqlər də, şeytan da təkəbbürlüdür. Münafiqlərin üzünə sanki tənəkə vurulmuş kimidir. Şeytan da eyni ləyaqətsizliyə sahibdir.
Sevgi və mərhəmət olmadıqda yaşlanan insanları qocalar evinə qoyub tərk etməkdə problem görmürlər. İnsanı xoşbəxt edən yemək, beton və s. deyil. Qayğı, sevgi və mərhəmətdir.
Mehdiyyət dünya tarixinin gəlib-keçmiş ən böyük hadisəsidir. Bunu Peyğəmbərimiz (s.ə.v) deyir. Dəccaliyyət və Mehdinin zühuru, dünya tarixinin ən böyük hadisəsidir.
Amerika xalqına PKK-nın ideologiyasını və quruluşunu yaxşı izah etmək lazımdır. Amerika xalqının böyük əksəriyyəti PKK-nın kommunist, dinsiz, ateist təşkilat olduğunu bilmir. Xalqa bu həqiqəti hərtərəfli izah etmək əhəmiyyətlidir. Türkiyənin tezliklə Suriya, Rusiya, İranla ittifaq etməsi, PKK-ya qarşı bu ölkələrlə birgə hərəkət etməsi lazımdır.
Allah saf sevgidir. Allah; “dünyanı insanlar Mənə ibadət etsinlər deyə yaratdım” deyir. İbadətin məqsədi sevgidir. Namaz sevgimizi ifadə etməyin bir yoludur. Mömin şükür edər, bu sevgi ifadəsidir. Səbir edər, bu sevgi ifadəsidir. Möminin həyatının hər anı, həyatın bütün məqsədi sevgidir. (Zəriyət surəsi, 56: Mən cinləri və insanları təkcə Mənə ibadət etsinlər deyə yaratdım).
Münafiq eynilə şeytan kimi böyüklük və əzəmət hissi ilə ağlını itirmiş məxluqdur. Şeytan münafiqin bədənindən istifadə edər. Münafiqin beynini tamamilə şeytan yönləndirər.
Zaman bir qavrayış formasıdır. Tək bir an içində əbədiyyət bitmiş vəziyyətdədir. Tək bir anın mövcud olması, taleyin elmi cəhətdən mövcud olduğunun dəlilidir.
İnsan ağrı-acılar və çətinliklərlə kamilləşər. Bu qədər xəstəlik olmasına, ölümün yaxınlığına, acizliklər olmasına baxmayaraq, insanların çoxu kamilləşmir. İnsanın inkişafının yeganə yolu budur. Keyfiyyət, gözəllik, sevgi, ehtiras çəkilən əziyyətlə ortaya çıxır. Hər kəs Rəsulullah (s.ə.v)-i çox sevir, niyə? Çəkdiyi əziyyətləri bilirik. Hz. Yusif deyildikdə ağla həmişə quyuya atılması, zindana salınması gəlir. Hz. İbrahimi həmişə oda atılması ilə xatırlayırıq. Çəkilən hər ağrı-acı və əziyyət sevgiyə vəsilə olar.
Allah Özünü çox sevəni çox sevəcək, ehtirasla sevəcək insanları birlikdə yaradar. Peyğəmbərimiz (s.ə.v)-i ehtirasla sevən həyat yoldaşları ilə birlikdə yaradır. Hz. Süleymanı onu sevən həyat yoldaşları ilə birlikdə yaradır. Ehtiras Allahı səmimi-qəlbdən sevməklə bağlıdır. Kim Allahı səmimi-qəlbdən sevsə Allah ona ehtirasla sevəcəyi təcəllilər göndərər.
Bar mühiti estetik olaraq gözəl mühitdir. Evlərdə dekorasiya olaraq da gözəldir, Kasablanka kimi filmlərdəki mühit də gözəldir. Alkoqol, narkotik maddələr və s. olmayan bir mühit olduğu zaman heç bir problem yoxdur. Bara gələn sağlamlıq qazanıb getməlidir, lakin hamısından əvvəl bu məkanlarda qadınlara sevgi və hörmətin ən yüksək səviyyədə olması lazımdır. Yüzlərlə içki növü ola bilər, bol zülallı üzüm suyu, portağal suyu, ananas suyu, ağla, xəyala gəlməyəcək hər meyvənin suyu ola bilər, içlərinə süd qarışdırıla bilər. Zülalı və mineralı yüksəldilmiş içkilər ola bilər. Çox gözəl asan hazırlanan yeməklər ola bilər. Musiqi sisteminin də mükəmməl olması təmin edildikdən sonra, barlarda gənclər çox gözəl əylənib xoşbəxt olarlar.
Sevəni də, seviləni də Allah yaradar, ikisi təkdir. Allah ikisini mütləq birləşdirər, mütləq qovuşdurar. Lakin biri şeytan digəri insandırsa, qovuşa bilmirsənsə nə gözəl, Allah səni xilas etmiş deməkdir.
Münafiq tənhalığa məhkumdur. Cəmiyyətin kənarlaşdırdığı, təcrid edilmiş 3-4 çaqqaldan başqa, ətraflarında heç kim olmaz. Bu 3-4 çaqqaldan da bütün cəmiyyət nifrət edər, salam belə verməz. İnsanlar münafiqlərdən murdarlıqdan diksinən kimi diksinərlər, hamı uzaq dayanar. Münafiqlər ləyaqətsizlik şokuna giriblər. Heç nədən anlamazlar. Şəxsiyyətsizliyin, əxlaqsızlığın ən yüksək səviyyəsinə çatdıqları üçün ləyaqətsizlik şokuna girmiş vəziyyətdədirlər. İnsanlar üzlərinə tüpürdüyü zaman yağış yağdığını zənn edirlər.
Münafiq müsəlmanların yanından ayrıldıqdan sonra da müsəlmanlara fayda verməyə davam edər. Münafiq eşşək kimi çalışar, lakin malı xərcləməyə qıya bilməz, yığıb toplayar. Bu topladıqları da müsəlmanlara bərəkət olar. Övladına sərmayə qoyar, o övladı da İslama xidmət edər. Münafiq xain olduğunu bilərək Müsəlmanların arasında yaşadığı üçün ruhən və cismən də xəstədir. Gülərək atılıb düşməsi də iztirabını gizlətmək üçün bir oyundur. Gəncliyini, ömrünü, sağlamlığını həsr etmiş və münafiqin alnına böyük hərflərlə yazılmışdır: A-X-M-A-Q.
Peyğəmbərimiz (s.ə.v) dövründə münafiqlər mənfəət ümidi ilə Rəsulullah (s.ə.v)-in yanına gəlib namərdcəsinə fəaliyyət göstərir, hər kəsin görmədiyini, başa düşmədiyini zənn edirdilər. 20 il, 175 min 200 saat ərzində İslam üçün xidmət edirdilər. Bir çox qəbilədən çox sayda insan gətirir, evini, atını, pulunu, malını verirdilər. Peyğəmbərimiz (s.ə.v) və müsəlmanları həmişə varlandırırdılar. Bunların qarşılığında da çox böyük mənfəət gözləyirdilər. "Peyğəmbər (s.ə.v) vəfat edəcək hər şey özlərinə qalacaq" deyə düşünürdülər. Lakin gördülər ki, əsas özləri çökürlər, hər şeyləri bitmiş vəziyyətə gəlirlər. Peyğəmbər (s.ə.v) isə hər keçən gün daha da gümrahlaşır, güclənir. O zaman "biz ayrılaq" dedilər. Lakin bütün malını, mülkünü, ömrünü İslam üçün verdikdən sonra, qocalıb, çöküb zəiflədikdən sonra rədd olub gedir. Məhz bu, tarix boyu bütün münafiqlərin axmaqlığıdır.
Biz Tayyib hocamın 51%-lə deyil, ən azı 70%-lə yenidən prezident olmasını istəyirik. Tayyib hocam mövqe hərisliyi olan insan deyil. Tək dərdi müsəlmanların qorunması, İslam aləminə sahib çıxılmasıdır. Bu cür insana belə dövrdə dəstək olmamağın vicdani məsuliyyəti olar.
Hörmətli Dövlət Bahçeli tarixə düşəcək türk böyüklərindən biridir. Ağıllı, mübarək insandır. Hadisələrə dövlət ağlı ilə, rəhmani ağılla yanaşır. Klassik romantik siyasətçi kimliyindən uzaq, dava adamı və dövlət xadimi olaraq məsələlərə baxdığı üçün çox məqsədə uyğun diaqnozlar edir. Hörmətli Bahçeli fitnəni yerlə-yeksan edən fitnəyə aman verməyən güclü, gözəl şəxsiyyət nümayiş etdirir. Ülkücü siyasət xüsusilə bu dövrdə Türkiyə üçün mühüm ehtiyacdır. Dövlət tərbiyəsi almış insanların dövlətin mühüm mövqelərində vəzifə icra etməsi, dövlətin və millətin davamiyyəti üçün çox zəruridir.
Allaha inanmayan insan şüurunu itirmiş deməkdir. O insan ölüdür, ömür boyu sürünər. Zülmət qaranlıq içində yox olub gedər. Ruh sahibi insanın, açıq şüurla Allahı inkar etməsi qeyri-mümkündür. Belə insan dünyada yoxdur.
Türkiyəni parçalamaq planlarına qarşı Türkiyə, İran, Rusiya və Suriyanın ittifaq edib, Suriyanın ərazi bütövlüyünün təmin olunması və bölgədəki bütün terror təşkilatlarının təmizlənməsi üçün birgə hərəkət edilməsi çox əhəmiyyətlidir. Tezliklə bu ittifaq təmin edilsin və Suriyanın ərazi bütövlüyünün qorunması məsələsində Türkiyə qətiyyətini göstərsin.

Adnan Oktar deyir ki... 8 yanvar 2018> Click for more

Münafiq dünyada da, axirətdə də həmişə alçaldılar. Ləyaqətsizlik şokuna girmişdir, bu şok axirətdə də davam edər.
Təmiz ağıl şübhə, qorxu ilə çirklənməyib. Səlis, rahat düşünər. Ağlı çirklənənin üzündə qaralma və mənasızlıq yaranar. Heç cür məsələləri qavraya bilməz. Buna görə də, ağlı fərəh və təmiz saxlamaq əhəmiyyətlidir.
Mən hər insana Allahın yaratdığı varlıqlar olaraq dəyər verərəm. Ruh sahibi olan hər insan mənim üçün müqəddəsdir. Ruh sahibi olan varlıq cənnət dostu, əbədiyyət dostu deməkdir.
Ağıllı qadın ehtirasa mütləq möhtəşəm sevgi ilə qarşılıq verər. Sən Allahın təcəllisi olaraq sevdiyin zaman mütləq o təcəlli də səni sevər. Bu, Allahın qanunudur. Dəyişməz. İşıq vardırsa, mütləq kölgə var. Allahın təcəllisi olaraq sevgi vardırsa, mütləq qarşı sevgi də var.
Şeytan hər şeyin ən pisini, ən mənfi olanı dəstəkləyər. Şeytan xüsusilə də qatili dəstəkləyər, homoseksual olanı dəstəkləyər. Əzab verən, qan tökən, hər cür pisliyi edəni dəstəkləyər, şeytan. Lut dövründə Dəccalın hakimiyyəti vardı, Dəccal hələ o dövrdə homoseksualları dəstəkləyirdi. Firon dövründə də dəccaliyyət homoseksualları qoruyurdu. Nəmrud dövründə də dinə qarşı olan homoseksualları şeytan həmişə dəstəkləmişdi.
Türkiyə, İran, Rusiya və Suriya birgə hərbi qüvvə ilə PKK başda olmaqla, Suriyadakı bütün terror təşkilatlarını təmizləsinlər. Suriyanın ərazi bütövlüyünün qorunması Türkiyənin əsas siyasəti olmalıdır.
Münafiq hər nə etsə də, İslamın lehinə olar. Malı və hər cür imkanı da mütləq İslama faydalı hala gələr. Allahın münafiqlərə verdiyi imkanlar onların xeyrinə deyil, müsəlmanların xeyrinədir. (Tövbə surəsi, 55: Bu halda onların mallarına və övladlarına qibtə etmə; Allah bunlarla təkcə onlara dünya həyatında əzab vermək və canlarının inkar içində olarkən çətinliklə çıxmasını istəyər.)
Hər insanın içində mənfi cəhət var. Allah ilə əlaqəni kəsib bu mənfi auranın təsirinə təslim olurlar. Özlərini buna təslim etdikləri zaman isə bədbəxtlik hakim olur. İçimdə səbəbsiz qorxu var deyir, melanxoliya hiss edir. Halbuki bunlar Allahdan uzaq olduğu üçün yaşadığı hislərdir, Allaha qayıtsa bitəcək şeylərdir. Bunu anlamırlar. Allah ilə əlaqədə qayğıkeş və hörmətkar diqqət lazımdır. O zaman Allah o insanı təbii axarında gözəl yaşadar. Allah ilə əlaqə yaratdığı üçün insan birdən cənnət bağçasına düşmüş kimi olmaz, lakin imtahanın tələbi olaraq Allah onu rahat yaşadar.
Münafiqin beyni murdarlıq istehsal etmə müəssisəsi kimidir. Münafiq həmlə etdikcə müsəlmanın ağlı inkişaf edər, üfüqü açılar, şövqü artar. Bu vəsilə ilə də möminlər daha zənginləşər, gözəlləşər və sevinərlər.
Müsəlman münafiqin cəhənnəmini yüksəldər. Münafiq də müsəlmanın cənnətini yüksəldər. Münafiqlə elmi mübarizə müsəlmanın hər dəqiqəsini savab edər.
Allah bütün İslam aləminin başına bəla olan, münafiqlərin ciyərlərinə od salsın, beyinlərin məhv etsin, heç vaxt sağalmayan xəstəliklərlə pərişan etsin, möminləri də qalib etsin, müzəffər etsin.
Allah qorxusu, Allah qarşısında utanma, Allaha qarşı pis insan mövqeyinə düşmə ehtimalından çəkilən əzabdır. Allaha hörmətin əsasıdır.
Səmimi olduğumuzu daxili rahatlığımızdan anlayarıq. Vicdanımıza hər vəziyyətdə tam tabe olduğumuz zaman səmimi olarıq. Allah; “səmimi olan xilas olar” deyir. Allah ən asan olanda müvəffəq olacağımız şəkildə sistemi yaratmışdır. Səmimi olduğun zaman Allahın bütün sirlərini əldə edə bilərsən, Allah səni dünyaya hakim edər.
Bu dünya sevgi təhsili aldığımız məktəbdir. Sevgi universitetindən akademik professor olaraq məzun olacağıq, Allahın icazəsi ilə. Diplomu aldıqdan sonra qalanı asandır. Bu son dərəcə təfərrüatlı, əhatəli təsviri göstərən Uca Güc yeni təsvir göstərəcək. Pərdə açılacaq daha aydın təsvir yaşayacağıq.
Səthi olmaq bəzi insanlara asan gələr. Ruh sahibi insan isə səthi olmaqdan çəkinər. Ruh sahibi olan Allaha tabe olmasa, Allaha bağlanmasa dəli olar. Ruh sahibi insanın dərin düşünməməkdən söhbət gedə bilməz.
Tayyib hocamın kilsə və sinaqoqları təmir edib ibadət üçün açdırması çox xeyirli xidmətdir. Xüsusilə musəvi və xristian düşmənçiliyinin artdığı bu dövrdə nifrət dolu insanlara ən gözəl cavabdır.
Münafiq ləyaqətsizlik şokuna girən məxluqdur. Üzündə utanma, ləyaqət yoxdur. Bütün dünya üzünə tüpürsə, nə desən də ona təsir etməz, beyni keyləşmişdir. Bütün insanlar onlardan iyrəndiyi üçün, alçaldılaraq insanlıqdan çıxdığı üçün ləyaqətsizlik şoku içindədir. Nə Quran ayəsi, nə müsəlmanların sözü, nə də alçaldılma, heç nə ona təsir etməz. Ağlasığmaz ləyaqətsizdir. Lovğalığı, arsızlığı, murdarlığı, ləyaqətsizliyi üzərində toplamış olan münafiq, ləyaqətsizlik şokundan insan olmaqdan çıxmışdır. Münafiq şeytanın iyrənc məqamının ən yüksək səviyyəsidir. Axırzaman münafiqləri də ən yüksək şeytani məqama gəlmiş ən arsız və ləyaqətsiz münafiqdirlər. Cəhənnəmdə də münafiqlərin bu ləyaqətsizlikləri davam edər.
Münafiqlər həmişə qısa ömürlüdür. Çünki həyatları həsəd, stress, gərginlik və alçaldılma içində keçər. Möminlər isə uzun ömürlüdür. Axırzamanda da Mehdi uzun ömürlü olacaqdır. Mehdinin uzun ömrü münafiqləri məhv edən xüsusiyyətdir. Hədislərdə Mehdiyə Əyyub kimi əziyyət gələcəyi, lakin dərhal sonra rahatlıq və asanlıq gələcəyi, Mehdinin də Nuh kimi uzun ömürlü olacağı bildirilmişdir.

Adnan Oktar deyir ki... 7 yanvar 2018> Click for more

Peyğəmbərimiz (s.ə.v)-in ən böyük mübarizəsi münafiqlərə qarşı olmuşdur. Münafiq qruplaşması çox şiddətli idi. Hz. Əlinin, hz. Ömərin, hz. Osmanın və əhli-beytin şəhid edilməsi münafiq hərəkatın namərdliyini və təsirini göstərir. Küfr əhli şəhid edə bilmir, lakin münafiqlər şəhid edirlər. Bu alçaqlığı edərkən də Qurandan istifadə edirlər. Müsəlmanlıq örtüyünə bürünüb müsəlmanlara hücum edirlər. Münafiq, küfr əhlinin müsəlman görünüşünə bürünmüş halıdır. Küfr əhlindən də dəstək aldığı üçün inkişaf edər. Bizim üçün münafiq hücumu sevinc və şövq vəsiləsidir.
Dünyanı cənnətə döndərmək çox asandır. Çətin olan dava, müharibə, münaqişə, hərislik içində yaşamaqdır. Asan olmasına baxmayaraq, insanların sevgi içində yaşamamalarının səbəbi bir çoxunun Allaha üsyan etməsindən, Allahı unutmasından irəli gəlir. Allahı unutmağın əvəzinə Allah belə çətin həyatla verir.
İnsan vicdanına tabe olduğu zaman Allahın ruhu fəaliyyətdədir. Dolayısilə vicdanına tabe olan mütləq qazanar, həmişə qalibdir. Çünki Allahın ruhu, Allahın tərəfdarı həmişə qazanandır.
Çox iti və diqqətli baxan qadın cazibədardır. Onun gözləri ehtirasa açılan pəncərə kimidir. Heyrətamiz gözəl aurası vardır. Cismən və ruhən çox təmiz olar. Estetikanı, keyfiyyəti çox gözəl bilər. Səs tonundan, yerişindən, əndamından cazibədarlığı çox hiss edilər. Bunların hamısı ağıllı, imanlı qadına təqdim edilən nemətdir.
Səmimi olmayanın qurtuluşu yoxdur. Səmimi olanın qurtuluşu qətidir. Allah; "ancaq səmimi qullarım xilas olar" deyə bildirir. Qurtuluşun tək yolu səmimiyyətdir.
Müsəlman əlindəki hər şeyi paylamaqla məsuldur. Mal, paylamaqla bərəkətlənər. Məsələn, bir insanın 20 otaqlı evi vardırsa, o evdə tək yaşaması vicdanlı olmaz. İnsan bir otaqda yaşayır, bir boşqab yemək yeyir. Möminləri o evin 19 otağında gözəlliklə qonaq qəbul edərsən. İslam əxlaqı bu cür Quranda bildirildiyi kimi yaşansa aclıq, yoxsulluq, kasıblıq, ədalətsizlik qalmaz.
Eqoist insanlar cəmiyyətin mənəvi bəlasıdır. Münafiqlər çox eqoistdirlər. Allahın hikməti olaraq belə insanlar hər yerdə alçaldılarlar. Allah həmişə axmaqlıq və ağılsızlıqlarını bütün insanlara göstərər.
Ağlın məhək daşı Qurandır. Bir məsələ Qurana baxılaraq anlaşılar. Məsələn, hansı baxışın gözəl olduğunu anlamaq istəyirsən, Qurana baxarsan. Allah ruhdakı xainliyin baxışdan bilindiyini söyləyir. Beləliklə, biz gözəl baxışın nə olduğunu Qurandan anlamış olarıq.
Gözün gözəlliyi baxışdakı ehtiras və dərinlikdən asılıdır. Allahı sevən göz, Allaha aşiq olan göz Allahın təcəllilərinə baxdığını bilərək dünyaya baxdığı üçün çox mənalı və gözəldir. Lakin axmaqca baxış vardırsa, Allahın təcəllilərini görə bilmir deməkdir, şeytani ruh halı içindədir. Bu insan hər şeyə kin və nifrət gözü ilə baxar, buna görə də, gözündə qətiyyən ehtiras, eşq və gözəllik yaranmaz.
Var olan hər şeyin başlanğıcı sonsuz əvvəldədir. Biz sonsuz əvvəldə də vardıq, sonsuz sonrada da varıq. Allahdan heç ayrılmadıq. Həmişə Allah ilə birlikdəyik.
Həm darvinist ideologiya, həm də ənənəçi ortodoks sistem qadına və qadın gözəlliyinə qarşıdır. Darvinist ideologiya qadını itdən bir az daha inkişaf etmiş heyvan kimi görür. Ənənəçi ideologiya qadını döyülməli, baxımsız və çirkin olan, cəhənnəmi dolduracaq yarım varlıqlar kimi görür. Belə vəziyyətdə cəmiyyətdə qadına hörmət necə olsun? Bu vəziyyətdə qadını necə sevəcəksən, ona necə aşiq olacaqsan, necə ehtirasla bağlanacaqsan? Qadın sevgisi və gözəlliyinin tam yaşanması Quran əxlaqı ilə mümkündür.
Səbir qətiyyətli olaraq yaxşı olanda davam etməkdir, imtina etməməkdir. Səbir qətiyyətli olmağın adıdır, dözmək səbir deyil.
Allahdan başqa heç bir güc yoxdur. Yeganə təhlükə Allahın rizasını tərk etmək olar. Təhlükə olar deyə düşündüyün hər şey Allahın sənin beynində yaratdığı təsvirdir. Bütün güc Allaha məxsusdur. Təhlükə Allahı unutmaq, Allahdan üz döndərməkdir. O zaman (Allah qorusun) səni xilas edəcək heç bir güc olmaz.
Münafiq möcüzəvi şəkildə axmaq və arsız olar. Münafiqin ibrətamiz halından biri də cəhənnəmdə belə arsız olmasıdır. Mömin onunla elmi mübarizəni ibadət olaraq edər.
Münafiqlərin mövcudluğu müsəlmanlarda ağlın inkişaf etməsinə, savabın sel kimi axmasına səbəb olar. Münafiqi elmlə, irfanla əzmək şeytanı əzməkdir. Dünyada möminin mövcud olma məqsədlərindən biri şeytanı elmi yolla əzməkdir. Allah axirətdə şeytanla lazımı qədər elmi mübarizə aparıb-aparmadığımızı mütləq soruşacaq. Şeytanla mübarizədən qaçmaq çox böyük faciəyə səbəb olar. Münafiq mikrobdan daha aşağı mövqedə olduğu üçün, cəmiyyətin sağlamlığı və yaxşılığı üçün əks elmi cavabın çox güclü olması lazımdır.
İnsanların bir çoxu eqoistdir. Təkcə kiçik, sadə mənfəətləri üçün yaşamaq istəyərlər. Belə insanların həyatı heyrətamiz dərəcədə keyfiyyətsizdir və əzab içindədir.
Allah məni də, bacı-qardaşlarımı da hz. Mehdiyə, İsa Məsihə tələbə etsin. Mübarək üzlərini tezliklə görməyi istəyirik.
Münafiqlərin, qəlbində xəstəlik olanların, təkəbbürü güclü olanların ən çox çəkindikləri, heç danışmaq istəmədikləri məsələ mehdiyyətdir. Mehdiyyətlə bağlı Peyğəmbərimiz (s.ə.v) heyrətamiz dərəcədə detallar vermişdir. Bu detalların hamısı Mehdini gördüyümüz zaman tanımağımız, o dövrdə olduğumuzu bilməyimiz üçündür.
Rəsulullah (s.ə.v) heç kimi, heç bir hadisəni Mehdi qədər müfəssəl təsvir etməmişdir. Bu, Rəsulullah (s.ə.v)-in Mehdiyə köməyidir. Peyğəmbərimiz (s.ə.v) zər aləmində Allaha söz verdi, Mehdiyə kömək etmək üçün. Bu köməyini də Mehdi bütün təfərrüatları ilə söyləyərək həyata keçirdi. Mehdi və mehdiyyət dövründəki hadisələri elə ətraflı təsvir edib ki, fotoşəkil kimidir maşaAllah.
Münafiqlərin həyatı qısa olar. Möminlərin həyatı daha uzundur. Münafiqlər əzab içində olduqları üçün, qəzəbləri və qısqanclıqları çox qısa müddətdə ölümcül xəstəliklərə səbəb olar və ölümə sürüklənərlər.
Türkiyə qalib gələcək. Türkiyəyə zərər gəlməyəcək. Türkiyə İslam aləminin lideri olacaq. Heç kəs ümidsiz olmasın, qəlbləri də rahat olsun. Türkiyə mehdiyyətin öncülüdür, İslam aləminin qalası olacaq inşaAllah. Çox təəccüblənəcəklər, lakin Türkiyə əleyhindəki bütün oyunlar pozulacaq.
Tayyib hocam yerli, milli və mənəvi liderdir. İslam Birliyini istəyən hər insan başımızın tacıdır, elə deyil? Tayyib hocam İslam Birliyini müdafiə edir, millət olaraq sonuna qədər yanındayıq inşaAllah.

Adnan Oktar deyir ki... 6 yanvar 2018> Click for more

Fitnə yer üzündən aradan qalxana, dinin hamısı Allahın olana qədər elmi mübarizə aparmaq möminin ən böyük hədəfidir.
Allah ilə əlaqə olmadan, Allahı eşqlə sevmədən, Allaha tam təslim olmadan, həyatı gözəl yaşamaqdan söz gedə bilməz. Allah qullarını diqqətlə izləyər. Allahın qullarına verdiyi nemətlər, qullarının Ona duyduğu sevgi ilə düz mütənasibdir. İnsanlar Allaha nə qədər dərin sevgi bəsləsələr, Allah da insanlara o qədər çox nemət nəsib edər.
Allah müsəlmanlara sevginin tam yaşama zəminini təqdim etmişdir. Küfr əhlində də sevginin tam yaşama zəminini əllərindən alır Allah. Sevginin yaşanması üçün lazım olan çox şərt vardır. Ən başda insanın Allahı çox sevməsi, Allahdan çox qorxması lazımdır. Eqoist olmaması, səmimi, vəfalı, təmiz, bağışlayan olması lazımdır. Bu cür onlarla şərt həqiqi sevginin yaranması və yaşanması üçün zəruridir. Bu şərtlərdən təkcə biri çatışmadıqda belə sevgidə ciddi sarsıntı yaranar. Küfr əhlində isə bu şərtlərin demək olar ki, hamısında əksiklik olduğu üçün, küfr əhlində sevgi ölü doğar.
Sevgi yüksək nemətdir, yüksək nemət yüksək sözlərlə vurğulanar. Sevgi və eşq özü-özlüyündə coşğudur. Sevgi cümlələrinin də həmişə çox coşğulu olması, ən yüksək coşğuya malik olması lazımdır. Sevgi cümlələrindən utanmaq şeytandandır. Yavaşladılmış, ağırlaşmış sevgi cümlələri həqiqi sevgiyə yaraşmaz.
Münafiqlər müsəlmanların diqqətini açan, şüurlarını kəskinləşdirən varlıqlardır. Münafiq Müsəlmanların daha güclü, daha zəngin, daha çevik olmalarını təmin edər.
Süni sevgi, sevgi təqlidi etmək çox böyük bəladır. "Ay canım sənin üçün necə də çox darıxdım, inanmazsan heyrət edəcək şəkildə səni sevirəm" deyir. Olduqca süni üslubdur. "A! Müdir Kamal bəy gəldi" deyir pencəyini düymələyir, "biz sizi çox sevirik" deyir. Halbuki təkcə qorxur. Həqiqi sevgi Allah üçün, Allah qorxusu ilə Allah sevgisi ilə olar. Bir insan təmizdir, humanistdir, mərhəmətlidir, vicdanlıdır, Allahdan çox qorxur, cəsurdur, özünü Allaha həsr edir, bunların hamısını görərsən və elə sevirsən. Heç bir gözəl əxlaq xüsusiyyəti görmədən sevdiyini iddia etmək səmimi deyil.
Ən böyük faciə Allahdan xəbərsiz olmaq, Allahı unutmaq və Allahın böyüklüyünü təqdir edə bilməməkdir. Bütün fəlakətlər buna bağlı olar. Allah unudulduqdan sonra bədbəxtlik, hüzursuzluq, narkotik asılılığı kimi fəlakətlər bir-birinin ardınca gələr.
Qızlar daha dərin və incə düşünərlər. Bir çox cəhətdən kişilərdən daha irəlidədirlər. İncəsənət cəhətləri daha güclüdür. İncə düşünmə cəhətləri və diaqnoz qoyma qabiliyyətləri daha yaxşıdır. Gözdəki ən kiçik ifadədən, səsdəki dəyişiklikdən dərhal vəziyyəti anlayarlar. Buna görə kişilər adətən çətin vəziyyətdə qalarlar. Qısaca qadınlar özlərinə çox yaxşı nəzarət edərlər. Kişilər belə deyil. Hislərini daha tez büruzə verərlər. Qadınlar lovğalanmaq istəməzlər, lakin kişilərin lovğa rəftarına qarşı təkcə bu yolla özlərini qoruya biləcəklərini düşünərlər. Qadınlar kişilər tərəfindən kəşf edilməmiş metafizik varlıqdırlar, fövqəladə təsir edən, valehedici nemətdirlər. Lakin kişilərin böyük hissəsi bu neməti görmürlər. Adi gördükləri üçün də Allah qadınların gözəl cəhətlərini onlardan gizlədir.
Dünya mömin üçün sevgini öyrəndiyi məktəbdir. Sevgi məktəbi asanlıqla məzun verməz. Ağır məktəbdir. Burada sevgini öyrənən məzun olub gedər. Diplom alanlar necə də xoşbəxtdirlər.
Halal olsun Tayyib hocama, Fransada jurnalistlərin verdiyi suala çox gözəl cavab verib. Allahın icazəsi ilə sonuna qədər, ölümünə yanındayıq. Çünki İngiltərə dərin dövlətinə qarşı qətiyyətini, İslam aləmi üçün səmimi səyini və İslam Birliyini istədiyini görürük.

Adnan Oktar deyir ki... 4 yanvar 2018> Click for more

Diqqəti Allahdan heç ayırmamağı möminlərin bir-birinə xatırlatması gözəl olar. Hər yerə "şirkdən Allaha sığınıram" lövhələri də qoyula bilər. Hər şeyi edən Allahdır, Allahı unudub, başqa şeylərə güc aid etmək vicdansızlıq olar.
Risalei-Nur mühüm kitabdır. Gənclər oxusalar çox yararlanar, çox bərəkətlənərlər.
Bizim fitrətimiz sevgiyə görədir. Nifrət insanı çox əzər. Münafiq nifrəti yaşadığı üçün ömür boyu sürünər. Mömin də sevgini yaşadığı üçün ömür boyu sağlamlıq, sevinc içində gözəl yaşayar.
Quran hakim kitabdır. İsəvilik və musəvilikdəki səhv olan mövzuları vurğulayar. İsəvilərin üçləmə inancının doğru olmadığını Quran açıq şəkildə ifadə edər. İsa Məsihin ölmədiyini və çarmıxa çəkilmədiyini də bildirər. Bununla yanaşı qəti olaraq bildirilən bir bilgi də İsa Məsihin yenidən gələcəyidir.
Sevgidə yaşı bəhanə kimi göstərmək cəmiyyətin lazımsız qaydasıdır. Ruhda yaş olmaz. Sevənləri bir-birindən ayırmaq üçün şeytan axmaq bəhanələr ortaya atar. Mömin bu bəhanələrə fikir verməz. Mömin sonsuz yaşdadır. Sevgidə yaşı bəhanə etmək deyə bir məsələ mömin üçün keçərli olmaz.
Şeytana, münafiqə imkan verilməsə imtahan və sevgi yox olar. Münafiq müsəlmana heyrətamiz şövq verər. 1-dirsə 10 əylənər, 1-dirsə 10 zəngin olar. Dostluq əlaqəsi 1-dirsə 10-a yüksələr. Münafiq möminə benzin təsiri göstərər. Mömini şövqləndirər və açar.
Münafiqlərin möminlərə olan nifrəti onları məhv edər. Daha da çökmələrinə və iztirab çəkmələrinə səbəb olar. Möminə isə əks təsir edər və daha da gücləndirər və canlandırar.
İslam Birliyi sevgi ilə yaradılacaq. Birlik olub sizi əzib keçərik məntiqi ilə İslam Birliyi olmaz. Bir olacağıq, sevgini yaşayacağıq məntiqi ilə olar. 3-5-7 il ərzində Allahın icazəsi ilə bu birliyi görəcəyik.
İnsanların bir hissəsi hər şeyin Allahın nəzarəti altında olduğunu təsəlli zənn edirlər. İman gətirənlərin bir hissəsinə də küfr əhlinin çoxsaylı olması təsir edir, küfr özlərini əzər deyə çəkinirlər. Hamısı Allahın nəzarəti altındadır, bütün güc Allahın tərəfdarlarının yanındadır. Allahın ruhunu daşıyanlar üçün Allah bütün dünyanı formalaşdırar. Məsələn, Hz. Musa olarkən bütün dünya onun ətrafında fırlanır, bütün hadisələr hz. Musaya görə formalaşır. Dolayısilə müsəlmanlar heç narahat olmasınlar, çox rahat olsunlar. Bir qrup müsəlman bütün dünyaya qarşı müvəffəq olacaq.
Dünyanın etdiyi ən böyük günah, ən dəhşət verici səhv, ən seviləcək varlıq olan Allahdan bu qədər uzaq olmaqdır. İnsanların Allaha qarşı bu nankorluqları çox təəccüblüdür. Bəşəriyyət çox uzun illərdir ki, çox böyük səhv edib. Allahın mövcudluğuna inanırlar, lakin Allahdan uzaq olurlar. Amma inşaAllah, qarşıdakı illərdə Allaha olan sevgi inanılmaz yüksələcək. Hər yerdə Allah zikr ediləcək. Allah sevgisi çox aydınlaşacaq və kəskinləşəcək.
Qadınların səbirləri, vəfaları, təmizlikləri, keyfiyyət və incəsənət anlayışları çox yüksəkdir. Qadınlar həm əxlaq olaraq, həm də gözəllik olaraq çox böyük nemətdir. Qadın gözəlliyinin aradan qaldırılması şeytanın, dünyanı cəhənnəmə döndərmək üçün oynadığı oyundur.
Sevən insan eqoist olmaz. Eqoistlik çox qorxuncdur, insanı insan olmaqdan çıxardar. Səmimi olmaq çox əhəmiyyətlidir. Səmimi olan insan eqoist ola bilməz.
Gənc qızlar və dəliqanlılar bir-birilərini ön mühakimə ilə dəyərləndirməsinlər. Mütləq təkəbbürlənəcək, lovğalanacaq, xəcalətli edəcək deyə çəkinirlər. Dəyər verməyəcək, müəyyən yolla alçaldacaq deyə çəkindikləri üçün özlərini qoruyurlar. O zaman sevgisiz, hörmətsiz, kim kimi daha çox alçaldacaq, kim kimi üstəsindən gələcək yarışı olur. İki tərəf də sadəcə fürsət qazanmaq istəyir. Bu şəraitdə dostluq olması, səmimiyyət olması qeyri-mümkündür. Bunun aradan qalxması üçün iki tərəfin də ortaq konstitusiyada, Quranda ittifaq etməsi lazımdır. Quranı əsas götürməyən insana necə güvənə bilərsən, harada nə edəcəyindən necə əmin ola bilərsən?
Mömin özünə həmişə nəzarət etməlidir. Səmimi olub-olmadığını, yaxşı niyyətli olub-olmadığını, dürüst olub-olmadığını həmişə yoxlamalıdır. Allah səmimi mömini heç vaxt cəhənnəmə qoymaz, lakin mömin həmişə özünə nəzarət edərək ümid və qorxu arasında yaşamalıdır.
Ləhcələri pozmamaq lazımdır. Hər ləhcə ayrı gözəldir. Tokatlıların ləhcəsi ayrı gözəldir, Azərbaycan ləhcəsi ayrı gözəldir, Konyalı ləhcəsi ayrı gözəldir. Hamısı ayrı rəngdir, yeni bir yerə getmiş kimi olur insan.
Münafiqlər axmaqca Allaha tələ qururlar, Allah bu tələlərini tam təpələrinə keçirdir. Mal və mülk hərisliyi edir, eşşək kimi çalışırlar. Ömrü, gəncliyi eşşək kimi çalışaraq keçir. Malını yığır, yığır, yığır, lakin yeməyə vaxtı qalmır. Gəncliyi müsəlmanlara xidmət edərək keçmiş, geridə qalmışdır. Bir tərəfdən addım-addım ölümə gedir, ölümü də dəhşətli əzabla olur. Süfrə açan bir insan düşünün. Çox zəhmətlə süfrəni hazırlayır, hər təfərrüatı yerinə yetirir, tam əlini uzadıb yeməyi yeyərkən biri gəlib odunla başına vuraraq süfrədən uzaqlaşdırır. Məhz bu möminlərə heyrətamiz sevinc vəsiləsi olan, Allahın münafiqlərə qurduğu gözəl tələdir. (Tövbə surəsi, 55: Bu halda onların malları və övladlarına qibtə etmə; Allah bunlarla təkcə onlara dünya həyatında əzab vermək və canlarının inkar içində olarkən çətinliklə çıxmasını istəyər.)
Münafiqin hər halı Allah tərəfindən əhatə edilmişdir. Allah münafiqə dünyada tələ qurar. Bu tələ, möminlər üçün cənnət nemətidir. Allah təkcə dənizlə, düzənliklə, gözəlliklə nemət təqdim etməz. İgidliklə də nemət təqdim edər. Münafiqə tələ qurar, bu da nemətdir. Bu tələ belədir: Allah əvvəlcə münafiqi alar möminlərin arasına gətirər, gəncliyini burada keçirtdirər. Münafiq 20 ilə 40 yaş arasını müsəlmanların arasında keçirdər. Bütün maddi və mənəvi həyatını İslam üçün keçirmiş olar. Müsəlmanlardan ayrılanda onu geri almaq istəyər, lakin geri almaq imkanı artıq yoxdur. Allah bütün gəncliklərini əllərindən almışdır. Allah bəsirətini bağlayıb 10-20 il xidmət etdirər, sonra münafiq var-dövlət və nüfuz hərisliyinə qapılar. Allah münafiqə bol miqdarda var-dövlət və məqam verər. Professorluq, tacirlik, zənginlik verər. Lakin yaşı 40-50-yə çatmışdır. Türkiyədə orta yaş 65-dir. Allah münafiqə nə qədər müddət vermiş olur, ən çox 10-15 il. Münafiq malı dəli kimi yığmışdır, o malı yeməsi üçün çox ömrə ehtiyacı vardır, lakin o ömür əlində yoxdur. Yaxtanı almışdır, mənzilləri almışdır, mallarını toplamışdır, arxada qoyulacaq kimi deyil, çox şey toplamışdır, lakin edam fərmanı da Allah tərəfindən verilmişdir. Hər dəqiqə ölümə getdiyini bilər. 15 il, 14 il, 13 il, hər keçən ilin tik-tak, tik-tak deyə səsləri qulağına gəldikcə münafiq dəli olar. Lakin edə biləcəyi heç nə də yoxdur. Sonunda da; "gəl biz səni alaq" deyər ölüm mələkləri və ağzını, burnunu qıraraq canını alar. Münafiqin bütün zəhməti isə burada qalar. Münafiq malını yeyə bilməz. Evləri, avtomobilləri, ləl-cəvahiratları, paltarları hər şeyi geridə qalar. Lakin ən əhəmiyyətlisi müsəlmanlara xidmət edib qoyduqları qalar. Münafiqin əlində təkcə o malı əldə etmək üçün süründüyü iyrənc həyat və sonda da əzab vardır. Müsəlmanda isə ömür uzun olar. Müsəlmanda mal yığma olmadığı üçün, həmin anda o malın haqqını verər. Mömin həris olmadığı üçün dünyanı həmişə gözəl yaşayar. Mömin təvəkküllə çox sakit, Allahın verdiyi bərəkətlə çox yaxşı yaşayar. Münafiq isə eşşək kimi hərisliklə çalışar, lakin çalışdıqca çökər, çünki o hərislik onu çökdürər. "Liviyanın dörddə biri mənimdir, Tunisin yarısı mənimdir" deyə özünü aldatmağa çalışar, lakin əlində o malı yeyəcək gənclik qalmamışdır. Gəncliyi möminlərə xidmətlə keçmişdir. Üstəlik, o malı əldə etməyə çalışarkən yaşadığı hərislik, ruh və bədən sağlamlığını da tamamilə pozar, çökdürər və çürüdər. Münafiq ömrü boyu çalışar, lakin hamısı boşa gedər. Bu, Allahın münafiqə ən böyük tələsidir. Dolayısilə münafiqlər axmaqlıqlarına doymasınlar. Sürünürlər sürünməyə davam edəcəklər, möminlər də kef içində yaşamağa davam edəcəklər.
İnsanların böyük əksəriyyəti təkcə öz ağlını bəyənər. Buna görə də, tənqid edilməsindən xoşlanmaz, edilən tənqiddən də faydalana bilməz. Allah; "insanların əksəriyyəti iman gətirməz, iman gətirənlərin də çoxu şirk qoşmadan iman gətirməzlər" deyir. Dolayısilə insanların böyük hissəsi zombi varlıqdır. Allah; "sən onlara eşitdirə bilməzsən" deyə bildirir. Bu cür insanlara söz dinlətmək mümkün olmaz. Bu varlıqlar texniki cəhətdən yeriyər, hərəkət edər, lakin şüur sahibi deyildir. Kompüter kimidir. Ölüdür. (Nəml surəsi, 80-81: Çünki həqiqətən sən, ölülərə (söz) dinlədə bilməzsəm və arxasını dönüb qaçan karlara da dəvəti eşitdirə bilməzsən. Eləcə də, sən korları düşdükləri azğınlıqdan çəkib hidayətə yönəldə bilməzsən; sən təkcə ayələrimizə iman gətirənlərə (söz) dinlədə bilərsən, məhz müsəlman olanlar bunlardır.)
Allah yuxunu acizlik olaraq yaratmışdır. Yuxu, hər gün insanların ölümü dadması üçün xüsusi olaraq yaradılır. Hər gün hər insan məzara girən kimi yatağa girib müəyyən mənada ölümə gedir. Lakin çox insan düşünmədiyi üçün bunu normal qarşılayır.

Adnan Oktar deyir ki... 3 yanvar 2018> Click for more

Tələbələrin hər şeyi endirimli ala biləcəyi mağazalar qurulmalıdır. Təkcə qida deyil, geyim və digər bütün ehtiyaclarını da endirimli ala bilmələri lazımdır. Bunun üçün fondlar yaradıla bilər.
Vəfasızlıq çox ağır əxlaqi xəstəlikdir. Vəfası olmayan çox mühüm dəyəri itirmişdir. Vəfası olmayanın Allaha, dinə də vəfası yoxdur. Bu çox qorxuncdur.
Gənclər üçün etibarlı əyləncə yerləri olmalıdır. Gənclər hara addım atsalar qorxu və narahatlıq yaşayırlar. Xüsusilə gənc qızların hüzur, güvən içində gedə biləcəyi yerlər olması əhəmiyyətlidir. Gənc qız; "ata mən bu yerə əylənməyə gedirəm" dediyi zaman, o yerdə namusunun, ləyaqətinin, şərəfinin, sağlamlığının güvəndə olduğuna əmin olunacaq yerlər olmalıdır. Sanki əmisinin, babasının evinə getmiş kimi güvənlə əylənə biləcəyi yerlər olmalıdır. Keyfiyyətli musiqi, sağlam qidalar, şən mühit və böyük təhlükəsizlik təmin olunmalıdır. Gənclər güvən içində bir-biri ilə tanış olar, söhbət edər, fikir mübadiləsi apararlar. Hazırda gənclər əyləncə məkanına getdiyi zaman insanlar cəsarətlərinə təəccüblənib; "gecə filan yerə gedib" deyirlər. Çünki əyləncə məkanlarının çoxu qapısında silahla insan vurulan, içəridə qadınların narahat edildiyi yerlər halına gəlib.
Küçələrdə söyüş söyüldüyü zaman çox sayda insan bu çirkinliyini deyər, reaksiyasını göstərsə çox yaxşı olar. Qadını narahat etdikləri zaman bütün küçədəkilərin hadisəyə müdaxilə etməsi o qadının qarşısında sədd olması lazımdır. Hər yerdə belə igidcəsinə qoruma olsa, bir daha heç kim qadınları incitməyə cəsarət edə bilməz. Qadınları narahat edənləri aylarla unuda bilməyəcəkləri şəkildə pərt etmək lazımdır.
Müsəlmanların bayramı və xilas olması İslam Birliyi ilə olacaq. Allahın icazəsi ilə 3-5-7 il ərzində bu bayramı görəcəyik.
Cənnətə hazırlıq üçün maddənin əsli həqiqətini düşünmək əhəmiyyətlidir. Telefonun zəngini açırıq sevdiyimiz telefonun içində yaradılır. Əslində bu, çox böyük möcüzədir. Lakin insanlar səbəblərə o qədər qapılmış vəziyyətdədir ki, bu tərəfini elə də düşünmürlər. Allah istəsə o insanı həmin anda qarşında da yaradar. Ekranda yazılar olur, qarşıda biri yazır deyə düşünürlər. Hər hərfi Allah yazır. Dünyada bu təsvir sistemini yaxşı dərk edən insan cənnətdə yaradılışın necə olacağını daha yaxşı anlayar.
Səmimiyyətin hüzuru içində təmkinli olmaq lazımdır. Bir şeyi bütləşdirmək, bir şeyin haşa Allahın təsiri altında olmadığını düşünməkdən uzaqlaşmaq lazımdır. "Bu dərman mənə yaxşı təsir edər" deyir, "atam qəzəblənər" deyir, "müdir qəzəblənər" deyir. Bütün bunlar Allahın təsvirdə yaratdığı hallardır. Allahı unudaraq bu hadisələrə qapılmaq olmaz. Allah ilə əlaqəni kəsməmək əhəmiyyətlidir. Hər hadisəni Allahın yaratdığını bilib, Allahın nə mesaj verdiyini anlamağa çalışaraq, doğru yolda davam etmək lazımdır. O zaman həyat çox gözəl olur. Çətinliklər, əziyyətlər olsa da, həyat mükəmməl olur, bu da Allahın möcüzəsidir.
Allah ədalətlidir. Bütün insanlar üçün ədalət eyni tətbiq edilər. İşığa kölgənin yaradılması necə bir sənətdirsə, bütün insanlara ədalətin tam tətbiq olunması da Allahın sənətidir.
Musiqi bəstələyən insanlara, incəsənət xadimlərinə dəyər verməmək kobudluqdur. Nə gözəl küçədə Allah sənə musiqi təqdim edir. Necə ki, bağ-bağçalıq gördüyün zaman gözəllik nemət görürsənsə, musiqiçi gördüyün zaman da Allahın gözəl neməti olduğunu bilməlisən. Musiqiçilərin incəsənətini təqdir etmədən, hətta baxmadan keçmək böyük vicdansızlıqdır. İncəsənət xadiminə gözəllik təqdim etmək vicdani məsuliyyətdir.
Gözəlliklər dərin düşünərək görülər. Dərin düşünməyən üçün cənnətdə də nemət əksik olar. Allahı dərin düşünən Allahı dərin sevər, Allah da onu dərin sevər.
Evlərin pəncərələri üçün dəmir barmaqlıq düzəldilməsi normal qəbul edilir, lakin çox anormal haldır. Evlər arasında divarlar, dəmir barmaqlıqlar, qat-qat qıfıllar, sanki hər kəs həbsxana içində yaşayırmış kimi olur. İslam əxlaqı tam yaşansa, İslam Birliyi yaranmış olsa, bu cür narahat, gərgin mühit heç vaxt olmaz. Oğurluq heç vaxt olmaz.
Saxta ziyalılara qibtə edənlər və ədabazlar Tayyib hocam kimi səmimi Anadolu dəliqanlısının prezident olmasına dözə bilmirlər. Bəziləri də inanılmaz həsəd aparırlar. Məsələlərə geniş baxa bilmədikləri üçün sadəcə "getsin" deyirlər, lakin bunun nəyə səbəb ola biləcəyini düşünə bilmirlər. Türkiyəni birbaşa mənfiyə doğru aparacaq bir şey istədiklərini dərk etmirlər. Tayyib hocam əlindən gəldiyinin ən artığı ilə vətən, millət, dövlət üçün səy göstərir.
Peyğəmbərimiz (s.ə.v) dövründə münafiqlər 15-20 il ərzində Peyğəmbərimiz (s.ə.v)-in doğru və haqlı olduğunu bütün gücləri ilə deyirdilər. Sonra bir səhər (mənfəət əldə edə bilməyəcəklərini anladıqda) tam əksini söyləməyə başlayırlar. Allah onları 15-20 il ərzində istəməsələr də İslama xidmət etdirir.
Allahın sənətini öyrənmək, yaddaşda saxlamaq çox mühüm mövzudur. İman həqiqətini elə səlis və səmimi izah etməlisən ki, qarşındakı insan səhrada qalıb su tapmış kimi şövqlə, həyəcanla dinləməlidir. İman həqiqətinin izahatında yaxşı rəsmlərdən istifadə etmək, qısa və vurğulayan izahatlar vermək əhəmiyyətlidir.
Allah sevgisi ən mühüm mövzudur. Allahı sevməkdəki əsas məsələ insanın özünü sıxmamağıdır. İnsanlar şirkə ağlasığmaz dərəcədə meyllidir. Şirkə qarşı beyni həmişə qorumaq, çox səmimi olmaq lazımdır. Diqqət şirk mövzusunda olmalıdır. Səmimiyyət də zövqlüdür, enerji tələb etməz. Səmimiyyət dünyanın ən şirin, ən ləzzətli nemətlərindən biridir. Allah sevgisi insanların bir hissəsində əskik olduğu üçün insanların bir-birinə sevgisi də az olur. Yerinə həsəd, kin, nifrət, qəzəb gəlir. Bilavasitə Allahı çox sevsələr insanların hal-hazırda dünyada yaşadıqları həyat tam fərqli olar, dünya açıq-aydın cənnət kimi çox rahat olacaqları bir yer olar. Dünya miqyasında bir çox insan Allaha qarşı nankor olduğu üçün, Allah da onları hiss etdirmədən əzir. Onlar öz aləmlərində Allahı aldatdıqlarını zənn edirlər, Allah isə onları hiss etdirmədən əzir. Bütün gözəlliklərin tək mənbəyi Allahdır. Sevginin tək mənbəyi Allahdır. Övladını, arvadını, pişiyini, quşunu çox sevdiyin zaman Allahı sevdiyini bilmir bir çox insan. Bütün təsvir Allaha məxsusdur.
Təkamülü göstərən bircə fosil nümunəsi yoxdur. Bundan da qabaq, bir tək zülal belə təsadüfən əmələ gələ bilmir. Elmi olaraq zülalın öz-özünə əmələ gəlməsinin qeyri-mümkün olduğu sübut edildi. Bu dəfə də təkamülçülər, yadplanetlilər ilk zülalı gətirmiş ola bilər deməyə başladılar.
Müsəlmanların bir-birinin qanını tökməsi dəhşət vericidir. Müsəlmanlar həm bir-birlərini, həm də bütün insanları qorumaqla məsuldur. Hər insan müsəlmanlara əmanətdir.
Münafiq müsəlmanların arasına göndərilən nadir varlıqdır. Şeytanın insan formasına düşərək müsəlmanlar arasına göndərilməsi xüsusi haldır. Bunu gördüyümüz zaman Qurandakı münafiq ayələrinin tətbiqi olunması ibadətinin vaxtı gəlmiş olar. Münafiqlərlə elmi mübarizə namaz, oruc kimi bütün müsəlmanlara fərzdir.
Qadınlar getdikləri hər yeri Günəş kimi işıqlandırar. Mənim qız dostlarımın iffəti, imanı, sevgi dərinliyi əsas təsiri yaradır. Dünyanın hər yerində yeni il qeyd edilir, insanları o qədər maraqlandırmır. Lakin dostlarımın mənəvi gözəlliyi heyrətamiz cazibə yaradır və insanların ən çox diqqətini bu çəkir.
Tayyib hocam səmimi dəliqanlıdır. Baş nazirimiz Binalı Yıldırım da çox dəyərli insandır. Onların əleyhinə qurulan hər tələ puç olur. Dəccaliyyətin hücumuna qarşı Tayyib hocamı tək qoymaq çox böyük vicdansızlıq olar.

Adnan Oktar deyir ki... 2 yanvar 2018> Click for more

Bir insan dindardırsa, həmişə Allah ilə əlaqədədirsə, əsas xarakteri Allah sevgisinə əsaslanırsa o insana Allah çox gözəl dostluqlar nəsib edər. Allah ilə əlaqəni kəssən həmişə tərslik, gərginlik və narahatlıq olar. Hər kəsi Allahın təcəllisi olaraq sevsən, o zaman həmişə gözəllik, yaxşılıq, dostluq qazanarsan.
Allahın sənətini tam başa düşən insan imtahanda çətinlik çəkməz. Bütün qarışıqlığın, əzabların səbəbi iman zəifliyidir. Səbəbi də Allahın sənətini düşünərkən tənbəllik etməkdir. Hər kəs Allahın sənətini görər, lakin az düşünüb keçər. Allah çox dərindən düşünməyimizi istəyir.
İnsanı səhvləri ilə qəbul etmək demək, xüsusilə axirətə aid səhv vardırsa, sevdiyinin məhv olmasını qəbul etmək deməkdir. Tam əksinə, dərhal xilas etmək lazımdır. Gözəl, mehriban üslubla, incitmədən səhvlərini demək, düzəltməsi üçün kömək etmək lazımdır. İnsanların seviləcək cəhətini azaldan səhvləri vardırsa onları da incitmədən düzəltmək əhəmiyyətlidir. İnsan sevdiyinin gözəlliyini itirməsinə tamaşaçı qalmamalıdır.
Ən dərin eşqlə Allahı sevmək üçün dua əhəmiyyətlidir, ən mühüm budur. Allahın yeganə məqsədi ən dərin eşqlə sevilməkdir. Hər şeydə məqsədi budur.
İrana qarşı aparılan əməliyyata digər müsəlman ölkələr laqeyd yanaşmasın. Başlanğıcda dayandırılması mühümdür. İran da azadlıq məsələsinə üstünlük versin. Gənclərin və qadınların rahat yaşaya biləcəyi, hörmət görəcəyi sistemi tezliklə hakim etsin, şiə-sünni qardaşlığını əsas götürsün. İngiltərə dərin dövlətinin münafiq qruplaşması var. Həm İranı, həm də Səudiyyə Ərəbistanı qarışdırmaq istəyirlər. Buna tamaşaçı qalmayaq. Müsəlman qardaşlarımızı qoruyaq.
Allahı keyfiyyətli dərinliklə yadda saxlamaq lazımdır. İnsanlar yemək yeyib, Allaha şükür edir, pulunu verib çıxır. Bu cür olmaz. Allahın fövqəladə böyüklüyü və gücü var. Bunu çox yaxşı dərk etmək lazımdır, çox yaxşı düşünmək lazımdır. İnsanların böyük hissəsi Allahı orta böyüklükdə bilirlər. Belə deyil. Allah çox böyükdür. Lakin insanlar çox böyük anlayışını da tam dərk edə bilmirlər. Allah tək bir xalçadakı bütün iplikləri, bütün atomlarını, bütün neytronlarını, protonlarını bilir. Bu amansız ağıl deməkdir. Belə ağlın özünə kömək edə bilməyəcəyini, dişinin ağrısından, dizinin ağrısından xəbəri olmadığını zənn edir. Halbuki dişinin ağrısı da, dizinin ağrısı da xüsusi olaraq yaradılır. Ağrı öz-özünə bir sənətdir. Çox mürəkkəb sistemlə ağrı xüsusi olaraq yaranır. Ağrını yaradan, ağrını hiss etdirən, dərmanları yaradan Allahdır. Bu məsələni incə-incə çox düşünməyimizi və dərk etməyimizi istəyir Allah. Bunu dərk edə bilməsək sevgi və cənnəti dərk edə bilmərik. O zaman Allah o sevgi dərinliyini vermir, insanlar küt olur.
Mənim dostlarımın fədakarlıqlarını insanlar bilsələr çox heyrət edərlər. Həyatlarının hər dəqiqəsini Allah üçün yaşayırlar. Əvəzində heç bir ödəniş gözləmirlər. Mən 40 ildir ki, heç istirahət etmədim. Hər dəqiqəmiz Allah üçün, İslam üçün, İslamı təbliğ üçündür. Efirə gələrkən bağçada gülləri sevmək üçün belə ayıracağam vaxta qıya bilmirəm, tezliklə gəlib təbliğ etmək üçün. Bütün qardaşlarım da bu əxlaqa sahibdir.
Allaha təşəkkür etmək çox mühüm vicdan əlamətidir. Bəzən Allah insanlara imtahan olaraq çətinliklər verər. Bəzi insanlar da bu çətinliklə mübarizə apararkən Allaha təşəkkür etməyi unudur və ya başına gələni bəla kimi görüb Allahı tərk edib başqa şeylərə doğru gedər. Başına gələndən dolayı, haşa Allaha qəzəb bəsləyər, şeytan da bu qəzəbi hiddətləndirib şükürə mane olar. Şeytan harada mane olursa, orada diqqət yetirmək lazımdır. Məsələn, qolu sınır qəzəblənir, halbuki yaxşı xəstəxanaya gedir, həkimlər şəfa tapmasına vəsilə olur, qohumları gəlmişdir, dostları sevir, sevinəcəyi şükür edəcəyi çox şey var, lakin bunları görə bilmir. Çətinlik anında şükür etməyi unutmaq vicdan qüsurudur. Asanlıqda şükür edib çətinlikdə ümidsizliyə qapılıb şükürü tərk etmək çox ayıbdır. Şükürü tərk etmək səhvi insanların Allah ilə münasibətlərini korlayan dünyada nemət sahibi olmalarına mane olan mühüm səhvdir.
İnsanların Allaha qarşı çıxması çox böyük vəfasızlıq və böyük faciədir. Allahın qədrini layiqincə qiymətləndirə bilməmək dəhşətli haldır. Allahın böyüklüyünü müəyyən dərəcəyə qədər anlayır və düşünürlər. Allahın gücünü məhdud olaraq bilirlər. Allah içimdən keçəni bilər, lakin hər şeyi etməz deyə düşünürlər. Allahı dərk etmədikləri üçün bu haldadırlar. Bu məsələ üzərində çox əhəmiyyətlə dayanmaq lazımdır. İnsanların Allahı dərk edə bilməmələri çox ürküdücüdür.
Qadınların həyatında hər yerdə nəzarətçilər var. Küçə nəzarətçiləri, ev nəzarətçiləri, iş nəzarətçiləri, hamısı ayrı-ayrı qadına necə yaşamasını öyrədir. Gülməməlisən, əylənməməlisən, baxımlı olmamalısan deyirlər. Bunların çoxu şeytanın təsiri altındakı nəzarətçilərdir. Qadınların üzərindəki bu şeytani nəzarətçilərin təzyiqini aradan qaldıracağıq inşaAllah.
Himayədarlıq sistemi İslamın əsas mövzularından biridir. Himayədarlıq sistemi olduğu zaman, hər kəs bütün cəmiyyət tərəfindən sığortalanmış olar. Anadoluda bu cüzi olaraq qalmışdır. Məsələn, Əhməd əmi xəstələndi deyilər, hər kəs səfərbər olar. Biri avtomobilini gətirər, biri xəstəxanaya aparar, biri yeməyini bişirər, biri uşaqlarına baxar. Heç kəs tək qoyulmaz. Bu İslamdakı himayədarlıq sisteminin kiçik nümunəsidir. Tək halda yemək yemək yoxdur. Süfrə hər kəsə açıqdır, saat gec oldusa o insan evinə qayıtmaz orada qalar. Bunlar himayədarlıq sistemindən qalan gözəl nümunələrdir. Allah bizi himayədarlıq sistemi ilə yaşayacaq şəkildə yaratdı. Himayədarlıq sistemi aradan qalxdığı üçün insanlar tənhalığın dəhşətini və gələcək qorxusunu yaşayırlar.
Allah insana tövbə ilham edirsə, o tövbəni qəbul edər. Mömin hər zaman Allahdan rəhmət gözləməlidir, Allahın özünə gözəl qarşılıq verəcəyini ümid edəcək.
Yaxşı, doğru, gözəl olmağın önü tam açıqdır. İnsan yaxşılıqda istədiyi qədər yüksələ bilər. Allah bu mövzuda heç bir insana sərhəd qoymamışdır.
Bir fəlsəfəsi, idealı olmayan, yeganə məqsədi Ərdoğan əleyhinə çıxmaq olan bir hərəkat zəif və boş struktur olar. Belə hərəkata millət dəstək olmaz. Millət Tayyib hocamın səmimiyyətini görür, öz övladı kimi bağrına basır. Dünyaya baxış prizmanız necədir, idealınız nədir, millətə təqdim etdiyiniz nədir, dediyimiz zaman təkcə; "Tayyib Ərdoğan getsin" deyirlər. Heç bir məqsədi olmayan hərəkatı millət heç vaxt sahiblənməz. Tayyib hocam 2019-cu ildə də, 2023-cü ildə də, sonra da bu millətin başında olacaq, Allahın icazəsi ilə.
Gənclərlə apardığımız küçə müsahibələrində eqoistliyin böyük nisbətdə aradan qalxdığını, mövhumatçılığa qapalı, Allaha iman gətirən, Quran müsəlmanlığını qəbul edən, ziyalı, mehriban, sevgi dolu, gözəlliyi və keyfiyyəti axtaran bir nəsil yetişdiyini görürük. Bu, mehdiyyətin təsirini, Allahın lütfünü bizə göstərir. Mehdiyyətə hekayə nəzəri ilə baxanların mübarizələrinə baxmayaraq, öz düşüncələrinə sahib bir nəsil yetişdirə bilmədiklərini, ənənəçi, içinə qapanıq bir nəsil yetişmədiyini görürük. Tam əksinə çox müsbət, ziyalı, həyat dolu, Allahı çox sevən, dindar, şən, üfüqü geniş bir nəsil yetişdiyini görürük.
Allahın mövcudluğu hər yerdə hakimdir. Buna görə də, hər şey canlıdır. Hər əşya gördüyümüz hər şey Allah istədiyi təqdirdə hərəkətə gələr.
Lövhi-Məhfuz Allahın sonsuz yaddaşıdır. Yaddaş deyildikdə bəzi insanlar insan yaddaşı kimi bir şey qavrayırlar. Lövhi-Məhfuz kainatın sonsuza qədər bütün hallarının Allahın dərgahında hal-hazırda hazır olmasıdır. Hal-hazırda Fateh Sultan Mehmet İstanbulu fəth etmək üçün hazırlanır. Hal-hazırda Hitler indicə dünyaya gəldi. Alman orduları Parisə hələ yeni daxil oldu. Adəm hal-hazırda yaradıldı. Hz. Musanın önündə dəniz hal-hazırda iki hissəyə ayrılır. Allah dərgahında, bütün yaşananlar və yaşanacaqlar eynisiylə hazır olaraq hal-hazırda mövcuddur. Lövhi-Məhfuz, gəlmiş və gələcək bütün bilginin Allah dərgahında hal-hazırda hazır olmasıdır.
İnsanların bir hissəsi gözəl olmadıqları zaman özlərini sevmirlər və bu onlara çox mənfi təsir edir. Halbuki Allahın insanı çatışmazlıqlarla, qüsurlarla, xəstəliklərlə yaratması onu cənnət üçün hazırlamasıdır. Lakin cəmiyyətin böyük hissəsi səhv təlqinlə yetişdiyi üçün gözəl olmayana pis münasibət göstərirlər. Halbuki tam əksinə o insanlara daha çox şəfqətlə və qayğıyla yanaşmaq lazımdır. Bir insana gözəl olmadığı üçün pis davranmaq vicdansızlıqdır. O insan onsuz da ağır imtahan olunur, ona yardımçı olmaq lazımdır. Quran əxlaqı ilə davranmaq hər məsələyə şəfadır.
İçkisiz, harama girmədən, tərtəmiz olaraq yeni ilin necə qeyd ediləcəyini bütün dünyaya göstərdik. Müsəlmanın incəsənət, keyfiyyət, sevgi, dostluq, təmizlik, nizam anlayışını bütün dünya gördü. Müsəlman olaraq dünyaya İŞİD-i, Əl-Qaidəni göstərirdilər. Bizim həyatımızla dünyaya İslamın gülən, şən, parlaq, müasir, keyfiyyətli, həyat dolu üzü göstərildi.
İran nümayişçilərə sərt qarşılıq verməkdən qaçsın. Rusiya və Türkiyə, İrana dəstəyini güclü saxlasa bu da imtina etdirən və təsirli üsul olar. Rusiya və Türkiyə; "İran dost ölkədir, dəstək üçün hər an hazır vəziyyətdə gözləyirik" desə qarışıqlıq yaradanlara imtina etdirən təsir yaradar.
Hörmətli Çavuşoğlunun PKK ilə çözüm prosesi başlanacağına dair xəbərin doğru olmadığını açıqlaması gözəldir. Lakin PKK-ya qarşı əsas aparılması lazım olan ideoloji mübarizədir. Onların yanlış olsa da bir inancları, batil dinləri var. Kommunist, materialist, darvinist dinləri var. Bu dini fikri olaraq aradan qaldırsan PKK-nı da aradan qaldırmış olarsan. PKK; “bizim qeyd etdiyimiz sistem məktəblərdə onsuz da öyrədilən elmi həqiqətdir" deyir. PKK-nın uca ideologiyası kommunizmdir, məqsədi bölgədə kommunist dövləti yaratmaqdır. "Bax biz bunu deyirik, məktəblərdə də Adəm və Həvva gəlmədiyi bildirilir. Dövlət də bunu müdafiə edir" deyir. Bu vəziyyəti tezliklə aradan qaldırmaq lazımdır.

Adnan Oktar deyir ki... 1 yanvar 2018> Click for more

Möminin ağlı təmiz olmalıdır. Çirkli ağıl olduqda insanlar sərxoş kimi olurlar. Ağlın çirklənməsinə imkan verməməlisən.
İnsan həmişə səmimiyyətini, Allahın böyüklüyünü dərk edib-etmədiyini yoxlamalıdır. Allaha 70%-80% deyil, 100% böyüklük aid etməlidir. İnsanların çoxu, Allah dünyanı yaratmışdır, dünyada bəzi hadisələri bilər, bir hissəsini unudar, kosmosla heç maraqlanmaz kimi yanlış qənaətə sahibdirlər. Allahın şənini layiqincə bilmək lazımdır. Allah hər şeyə tam qüsursuz hakimdir. Allahın gücünü anlamazlıqdan gəlmək çox böyük vicdansızlıq və ağılsızlıq olar. Sonsuz gücün bir məsələdən xəbəri olmadığını iddia etmək məntiqsizdir. Allahı, haşa, yarım böyük hesab edən yarım həyat yaşayar, sonsuz böyük olduğunu görsə əbədi rahatlıq içində yaşayar.
Həmişə yaxşılıq üçün daxili aləminə qayıdıb Allahın böyüklüyünü dərk etməyə çalışmaq lazımdır. Allahı orta dərəcədə böyük hesab edirlər. Bu zülmdür. Allahın gücünün müəyyən yerə qədər çatacağını zənn edir. Allah xalçanın üzərindəki bütün ilmələri, kainatdakı bütün ulduzları, içindəki bütün atomları bilir. Allah çox böyük qüvvədir. Bunun dərk edilməsi çox əhəmiyyətlidir. Əks halda Allaha qarşı çox böyük hörmətsiz rəftar göstərilər. Allah sonsuz gücdür. Sonsuz gücün olması necə də gözəldir. Niyə orta güc sahibi olmasını istəyirsən? Sən sonsuz güc sahibi olan Allaha özünü təslim et, gör necə rahat olursan.
Hədiyyə insanların qəlbini fərəhləndirən gözəllikdir. Xüsusilə qadınlar hədiyyəni çox xoşlayarlar. Mütləq maddi dəyərinin olmasına ehtiyac yoxdur. Hədiyyə, o insanın gözəl əxlaqını və səxavətini göstərdiyi üçün gözəl sevgiyə səbəb olar.
İran xalqı gözəl xalqdır. İrana qarşı antidemokratik oyunları diqqətlə izləyirik və İngiltərə dərin dövlətinə qarşı İranın yanındayıq. Allah İran xalqına və dövlətinə bərəkət versin, onları Mehdiyə tələbə etsin. Allah tezliklə Mehdisini zahir etsin.
Əziyyət insanı kamilləşdirər. Əziyyət çəkən insanlar eşqi, ehtirası daha yaxşı bilərlər, hadisələrin daha mürəkkəb cəhətlərini görərlər.
Quranın gətirdiyi azadlıq gəlib-keçmiş ən yüksək azadlıqdır. Qurandakı azadlıq nə Amerikada, nə də Avropada var, heç yerdə yoxdur. Quran insanların üzərindəki bütün təzyiqləri aradan qaldırar.
Müsəlmanların arasında zənginlik, məqam, mövqe meyar deyil. Mənim dostlarım səmimi imanla hərəkət edən insanlardır. Çox az yuxu yataraq bütün maddi imkanlarımızla canımızı ortaya qoyaraq Allah yolunda səy göstəririk. Biz bunun təqdirini insanlardan gözləmirik, lakin diqqətlə baxan insan bizim birliyimizin gecə-gündüz səyini görər. Bir qəpik pul almadan, hər dəqiqə Allahın dinini yaymaq üçün səy göstərir, eyni zamanda da küfr əhlinin və münafiqlərin hücumları ilə mübarizə aparırıq. Bütün maneə olma cəhdlərinə baxmayaraq, şövqlə İslamdan bəhs etməyə davam edirik.
Allah Kitab əhli ilə ən gözəl olan üslubla danışın deyir. Müsəlmanın xristianlara və musəvilərə dəvəti tək olan Allaha iman gətirməkdir. Onlara qarşı şəfqətli və anlayışlı olmaqla məsuldur. Kitab əhlindən olan qadınlarla evlənmək müsəlmana halaldır. Bu da müsəlmanlarla Kitab əhlinin yoldaş, dost ola biləcəyini göstərər.
Quran müsəlmanlığı insanın ağlının qavraya biləcəyi ən mükəmməl həyatdır. Azadlıq, demokratiya, hüzur, sevinc, keyfiyyət, rahatlıq, xeyir, bərəkət, zənginlik, rifah, nə istəyirsənsə Quran müsəlmanlığı ən gözəl halı ilə insana təqdim edər.
Müsəlmanlara kütləvi hücum olduqda Xızır mütləq fəaliyyətə keçər. Mələklər də mütləq həmlə etmək üzrədirlər. Müsəlmanlara böyük həmlə olduqda onları qorumaq üçün mələklər və Xızır hər şeyi edə bilərlər. Mələklər də hadisə yerində olar, lakin müsəlmanlar bunu görməyə bilərlər. Hətta mühüm şəxslər də orada olar.
Allahın elmi və ağlı çox yüksəkdir. İnsan hər şeyi dərk edə bilmir. Ən kiçik yaddaş itkisində insan tam fərqli şeylə qarşılaşa bilər və ya hadisənin əslini başa düşməyə bilər. Məsələn, insan yuxuda cürbəcür aləmlərə daxil olur. Yuxuda çox təfərrüatlı və aydın bir hadisə yaşayır. Oyandığı zaman; "bunu unutmayım" deyərkən yavaş-yavaş bütün yuxu yaddaşından silinir. Ondan sonra nə qədər çalışsa o yuxu yadına düşmür. Yaddaş itkisi bu cür şeydir. Yaxud bəzən yuxu çox aydın olur, yuxudan oyandığını düşünür, sonra baxır o da yuxudur. Hələ yatağında yatdığını anlayır.
Əvvəllər Quran evin yüksək yerinə asılar, heç oxunmaz deyə bilinərdi. Quranın çörək kimi, su kimi müsəlmanın yanında olduğunu, həyatının hər anında olduğunu dünyaya göstərdik.
Dua Allaha sevgidir. Dua Allaha təslimiyyət və sevginin ən mükəmməl formasıdır. Ayədə işlənən; "duanız olmasa, nə dəyəriniz olardı" ifadəsi, "Məni sevməyiniz üçün sizi yaratdım. Sevginiz olmasa heç nəyin mənası olmazdı" mənasındadır. Dua etdiyin zaman Allahın sənin səsini eşitdiyini, səni dinlədiyini bilirsən, Onunla danışırsan, əlaqə yaradırsan. Bunlar həmişə sevgidir.
Münafiqlə elmi mübarizə ibadətdir, buna görə də, həmişə gündəmdə saxlayacağıq. Münafiqlə elmi mübarizəni simvolik hala gətiriblər. Həcdə şeytan daşlamaq, münafiq daşlamaqdır əslində. Münafiqi alçaltmaq üçün görülən işdir. Lakin belə simvolik olaraq deyil, ağılla, elmlə, irfanla ömür boyu münafiqləri alçaltmaq lazımdır. Bu, namaz kimi, oruc kimi ibadətdir.
Dünyada insanlar hal-hazırda azad deyildirlər. Öz özlərinə yaratdıqları ağır təzyiqlər altında yaşayırlar. Hər ölkə, hər bölgə özünə görə təzyiq sistemləri yaratmışdır. Gənclərin, qadınların üzərinə ağlasığmaz təzyiq tətbiq olunur.
Allah; "əgər şükür etsəniz nemətimi artıraram" deyir. Allaha çoxlu həmd edirik verdiyi nemətlər üçün. Şükür etdikcə Allah hər şeyin ən gözəlini nəsib edir. Evlərin, süfrələrin, gözəlliklərin, paltarların, elmi mübarizənin ən keyfiyyətlisini, ən bərəkətlisini yaşadır. Dünyadakı nemətlərin hamısı, cənnətdəki həqiqilərinin surətidir.
Müsəlman həyatı ilə İslamın gözəlliyini göstərən insandır. Quranın bizə gətirəcəyi gözəlliyi insanlara həyatımızla göstərməyimiz çox əhəmiyyətlidir. Quran bizə ağıl, keyfiyyət, yüksək xarakter ifadə edər və Allah bizdən bunu istəyər. Bizim də həyatımızda bu keyfiyyətin, gözəlliyin, yaxşılığın olması mühümdür. Bütün keyfiyyəti, qidaları, süfrələri, gözəllikləri ən incə təfərrüatına qədər yaradan Allahdır. Hamısının Allah dərgahında yeri ayrı-ayrılıqda müəyyəndir. İşığı yaradan Allahdır, xarici aləmdə işıq yoxdur. Beynin içi qaranlıqdır.
Din üçün insanları məhv etmək zülmdür. Allahın zorakılıq əmri yoxdur. Dində məcburiyyət yoxdur. Zorla dini yaşatdığın zaman o insanı mömin deyil, Allah qorusun, münafiq edərsən. Allah təkcə müdafiə haqqı vermişdir. "Əgər təcavüz vardırsa, canınızı qoruyun" deyir Allah. Qılınc gücü ilə insanları dinə yönəltməyin deyir. Din üçün döyüş aparılmaz. Din üçün qan tökülməz, din üçün qan dayandırılar.
Dünyaya gəldiyimiz zaman nə olduğumuzu anlamağa çalışarıq. Bu təsvir nədir, bu səs nədir, toxunma necə olur, bunları kim bizə göstərir, kim eşitdirir, bu hissləri qəbul edən varlıq kimdir? Ucsuz-bucaqsız kosmosda niyə mövcuduq? Bunu düşündüyümüz zaman dərhal Yaradıcını görərik. O zaman Yaradıcının bizdən nə istədiyini düşünərik. Bu qədər zəhmət, bu qədər qayğı, bu qədər böyük və incə mühəndislik, bu qədər təfərrüat niyə var? İmtahan deyirik, bəs imtahan olunan insan nə üçün imtahan olunar? "Yaxşı olduğu aydın olar, gedib cənnətdə oturar", bu deyil. Quranı təhlil etdiyimiz zaman sevgidən başqa məqsəd olmadığını görürük. Dəccallar, fironlar, yaxşılıqlar, pisliklər, gözəlliklər, imtahanlar, əzablar, bunların hamısının məqsədinin saf sevgi olduğunu görürük. O zaman biz də bütün insanların dünyada sevgini, saf və həqiqi sevgi yaşamasını istəyirik. Allahın da insanları sevməsini istəyirik. Buna riza deyilər; Allahın rizası. Allahın rizasını qazanmaq, Allahın sevgisini qazanmaqdır. Həyatın bütün məqsədi sevgini qazanmaqdır. Axirətdə Allah möminlərdən; "Məndən razı oldunuzmu?" deyə soruşur. Əsas sual budur. Niyə oxuyursan? Allah rizası üçün. Niyə evlənirsən? Allah rizası üçün. Niyə işləyirsən? Allah rizası üçün. Niyə gözəl əxlaq göstərirsən? Allah rizası üçün. Bir hədəf var; Allahın sevgisi. Allahın rizasını qazanmaq məqsədi, Allahın sevgisini qazanmaqdır.
İslam ölkələrinin bir çoxunun lideri müsəlmanlara sahib çıxmır. İslam Əməkdaşlıq Təşkilatının konfransında belə bəziləri yatır. Konfranslar bol-bol yemək yeyib, yatıb dağılışma vaxtı kimi görünür. İslam aləmində bu qədər əzab olarkən bu tənbəllik çox böyük vicdani məsuliyyətdir.
Baş nazirimiz Binali Yıldırım tam Anadolu insanıdır, təvazökar, çalışqan və gözəl əxlaqlıdır. Yeni ildə desantlara baş çəkməsi də çox gözəl olmuşdur. Sahiblənmək gözəl hadisədir, əsgərimizin qəlbinə hüzur verər.

Adnan Oktar deyir ki... 31 dekabr 2017> Click for more

Mehdiyyətdən başqa insanları sevgi ruhunda birləşdirə biləcək bir yol olmaz. Mehdiyyət ortaya qoyulduğu zaman bu dünyanın ən böyük mənəvi inqilabı olacaq. Mehdiyyət mütləq görüləcək, mütləq olacaq.
Münafiqlər Peyğəmbərimiz (s.ə.v)-in bildirdiyi Quran müsəlmanlığını qəbul etmədilər. Peyğəmbərimiz (s.ə.v)-in vəfatından dərhal sonra da, Peyğəmbərimizə qarşı olaraq, daxil etmək istədikləri bütün xurafatları dinə qarışdırdılar.
Küfr və münafiq oyunu yoxdursa, imtahan yoxdur. İmtahanın ən dəyərli mərhələsi münafiq hücumudur. Quranda küfr əhli ilə elmi mübarizədən daha çox münafiqlərlə elmi mübarizədən bəhs edilmişdir. Münafiq müsəlmanam deyə ortaya çıxıb xəlifələri, əhli-beyti şəhid edən məxluqdur. Şeytanın insan formasına girmiş halı olduğu və Quran ayələrindən istifadə edərək mübarizə apardığı üçün fitnəsi böyükdür.
Gənclər bir-birinin dininə, imanına üstünlük verməlidir. İnsanın axirətini düşünməmək həm məntiqsizdir, həm də vicdana uyğun deyil. İnsanın axirətini düşünmürsənsə, 5-10 il sonra o yaşlandığı zaman nə olacaq? Ölüb gedəcək, yox olacaq deyə düşünürsənsə, onsuz da sevə bilməzsən, ət-sümük sevilməz. Əgər qarşındakının ruhuna, dininə, imanına əhəmiyyət versən, onun axirətdəki gələcəyini düşünməsən, hörmət göstərməsən o zaman nəyi sevirsən? Axirətini düşünərək hərəkət etsən, o zaman Allah sevgini çox gözəl yaşadar.
Münafiqlərə verilən müddət və müvəqqəti imkan onların cəhənnəmin dibinə daha sürətlə yuvarlanması üçündür. Hər dəqiqə münafiqin əzabını, acısını, iztirabını artırar. Möminlərə isə fərəhlik, savab, gözəllik və yaxşılıq olar.
Bizim dostlarımızın əyləncə mühitlərindəki ehtişam və gözəllik imanın təmizliyindən irəli gəlir. İçki, siqaret, halal olmayan şey qəti yoxdur. Hər şeyin ən təmizi, ən gözəli var.
Hər şey Allah ilə, hər şey Quran ilə, hər şey iman ilə gözəldir.
Bacı-qardaşlarımız mütləq Allahı sevənlərlə birlikdə olmağa diqqət yetirsinlər. 2-3 nəfər də olsa Allahı sevənlərə üstünlük versinlər. Ətrafında belə insanlar yoxdursa Allahı sevəcək, Allahdan qorxacaq insanlar yetişdirsinlər. Birlikdə gözəl şəkildə Allahı zikr edərlər, sevgini, dostluğu yaşayarlar.
Tayyib hocamın dəccaliyyətin hədəfində olduğunu görürük. Dəccaliyyətin boynunu elmlə, irfanla, qanunla, hüquqla sındırarıq, lakin Tayyib hocamın saçının telinə zərər gəlməsinə imkan vermərik.
Bir hədisi qiymətləndirərkən, Quranın və hədislərin hamısına baxarıq. Ağaclar, daşlar arxasına gizlənən musəviləri göstərəcək, o musəvilər də öldürüləcək deyə bir hədis Qurana da, Peyğəmbərimiz (s.ə.v)-in gözəl üstün əxlaqına da uyğun deyil. Daş, qaya söylədi deyə, insan öldürmək bütpərəst inancdır. İslamda belə inanc yoxdur. Qurana baxdığımız zaman kilsələrin, sinaqoqların qorunmasının lazım olduğunu, Kitab əhli ilə ən gözəl sözlə danışmağın, onlara şəfqət və mərhəmətlə yanaşmağın lazım olduğunu görürük.
İslamın incəsənət, sevgi, dostluq, gözəllik, keyfiyyət dini olduğunu bütün dünyaya göstərməyi Allah bizə nəsib etdi, Allaha həmd olsun.
Müsəlman keyfiyyətini, incəsənət zövqünü, sevincini həyatı ilə göstərər. Keyfiyyətdən bəhs edib nəzakətdən uzaq, incəsənətin olmadığı bir həyat İslam deyil. İslamdan ən yaxşı şəkildə bəhs edilməsi yaşanaraq göstərilməsidir.
Allah 2018-ci ili xeyirli uğurlu etsin, Allah təkrarına nail etsin. Xeyirlə, sağ-salamat, bərəkətlə. Allah möminlər üçün dünyanı cənnətə döndərsin, insanlara hidayət versin, İslam hakimiyyətini göstərsin. Ölkəmizi xeyirlə, bərəkətlə bürüsün. Allah möminlərə dünyanı cənnətə döndərsin, hər yeri abad və gözəl hala gətirsin. Möminlərin qəlbinə hüzur, fərəhlik, Müqəddəs Ruhla dəstək nəsib etsin. Allah hər cür xeyri, bərəkəti, yaxşılığı, gözəlliyi, incəsənəti, estetikanı möminlərin gözəl ruhuna həkk etdirsin. Möminləri xeyirlə, bərəkətlə uzun yaşatsın.

Adnan Oktar deyir ki... 30 dekabr 2017> Click for more

Ağıllı düşündüyün zaman qısqanclığın məntiqi yoxdur. İnsanın filmdəki bir təsviri qısqanması nə qədər məntiqsiz olursa, beynimizdə izlədiyimiz təsvirləri qısqanmaq da elə məntiqsizdir. İzlədiyin dünyanın Allah tərəfindən göstərildiyini və bu təsvirdəki bütün varlıqların da Allaha aid olduğunu bilsən qısqanclıq duyğusu qalmaz. Allah bütün qardaşlarımızı qısqanclığın olmadığı cənnətlə mükafatlandırsın.
Peyğəmbərimiz (s.ə.v) dövründə böyük sevgi mühiti vardı. Qadınlar sanki cənnət həyatı yaşayırdı. Peyğəmbərimiz (s.ə.v)-in vəfatından sonra münafiqlərin qadınlarla bağlı iyrənc fikirləri Rəsulullah (s.ə.v)-in sözü imiş kimi kök saldı.
İranı parçalamağa yönələn hər hərəkət İngiltərə dərin dövlətinin Yaxın Şərqi qarışdırmaq üçün tətbiq etdiyi planın bir hissəsidir. Xalqın demokratik etiraz etmək hüququ var. Lakin antidemokratik üsullarla İrana qarşı bir oyun oynanılmasına elmlə, irfanla imkan vermərik. Heç bir qonşu ölkəmizdə oyun oynanılmasını istəmirik. Türkiyə, Rusiya, İran ittifaqı bütün bölgənin təhlükəsizliyi üçün çox mühümdür.
İnsanlarda eqoistlik çox güclüdür. İnsan həm vicdana açıq, həm də çox qəzəbli varlıqdır. Qəzəbli cəhətlərinin tərbiyəsi ölümün mövcudluğu, xəstəliyin, acizliklərin, bəlaların vəsiləsi ilə olur. Allah bizi dünyaya özümüzü tanımağımız və sevməyimiz üçün göndərir. Bir az diqqətli düşünən bir çox sirri görə bilər.
Allah saf sevgi istəyər. Allah bu qədər gözəllik, yaxşılıq, qayğı, nemət verərkən Allaha qarşı haşa lovğa davranış göstərmək çox böyük vicdansızlıq olar. Haşa özünü Allahdan, Peyğəmbərdən daha ağıllı, daha vicdanlı, daha ədalətli olduğu iddiası ilə Allahı və Peyğəmbəri mühakimə etmək münafiq xüsusiyyətidir.
Allahın razı olduğu yeganə şey sevgidir. Allah xromosomları, çiçəkləri, bitkiləri, böcəkləri, səmanı, içi maqma dolu yer kürəsinin üzərində güvən içində yaşamağımızı, hər şeyi təkcə sevgi üçün yaratmışdır. Allah sevildiyini görsə qulunu heyrətamiz sevər. Allah bütün gözəlliyi, yaxşılığı göstərdiyi halda, haşa Özü ilə maraqlanmayan, hətta Özünü unutmağa çalışan rəftar görsə bu Allahın qəzəbini cəlb edər.
Dünya iki günlükdür, lakin İslam əxlaqı yaşanmadığı zaman dəhşət yaşanır. Dünyanın xilas olması İslam Birliyinin yaranmasındadır. Mehdi olmadan isə İslam Birliyi olmaz. Allahın göstərdiyi yeganə çözüm mehdiyyətdir.
İslam əxlaqında olan himayədarlıq sistemi yaşandığı zaman hamı bir-birinin sığortası olar. İnsanlar hər kəsdən məsul olduğu ən mükəmməl sığorta sistemi budur. Tək bir nəfər üçün bütün İslam ümməti xidmətçi mövqeyində olar. Bütün mal və mülk tək insanın əmri altındadır. İslam əxlaqı dünyaya hakim olduğu zaman, mehdiyyət yaşandığı zaman gələcək qorxusu və bütün narahatlıqlar aradan qalxacaq.
Sevginin təməl nöqtəsi şüur açıqlığı və səmimiyyətdir. İnsanın adi, bəsit komplekslərlə boğuşmamısı lazımdır. Beynin saflığını, təmizliyini, itiliyini çox yaxşı qoruması lazımdır. Allahın mövcudluğunu bilmək heyrətamiz sevinc vəsiləsi və rahatlıqdır. Sonsuz Ağla sahib bir varlığın nəzarəti altındasan, səni sevir və sən nə istəsən edir. Bu, çox böyük nemətdir. Əvvəlcə bütün sevginin Allaha yönəldilməsi əhəmiyyətlidir. Sevgini tamamilə Allaha yönəltdiyin zaman, Allah seviləcək insanlar olaraq sənə təcəlli edər. Allah beləliklə sevgini Özünə yönəldəni mükafatlandırar. Diqqətin Allahdan yayınmaması çox əhəmiyyətlidir. Allahı unudub hər hansı insan, cisim, mənfəət, ideoloji cərəyana diqqətin yönəlməməyi lazımdır. Allahın Fatihədə bildirdiyi ən doğru yol, Allahdan diqqətin heç yayınmamasıdır. İnsan ağlı bəzən zəifliyə meyllidir, bir anda sürüşə bilər. Sürüşdüyünü hiss etdiyin anda dərhal toplamaq lazımdır. Heç bir sürüşmə olmadan dümdüz gedildiyi zaman Allah əbədi olaraq sevgi içində yaşadar.
Millətin sağlam düşüncəsi Tayyib hocamdan yanadır. İngilis siyasətinin təsiri altında olanların anlayışındakı yanlışlıqları millətimiz görür. İngiltərə dərin dövlətinin üsulları barədə xalqımızı çox ətraflı məlumatlandırdıq.

Adnan Oktar deyir ki... 29 dekabr 2017> Click for more

Ədəbsizlər əsasən ruhu olmayan insanlardır. Leş gördüyü zaman insanın mədəsi necə narahat olursa, bunlar da cəmiyyətin leşidirlər. Ədəbsizlik çox murdar və xoşagəlməz olduğu üçün o məxluqlarla münasibət qurmamaq lazımdır.
Demokratik nümayişə, haqqın tələbinə hər kəs hörmət edər. Lakin İranı parçalamağa, dağıtmağa cəhd edən olsa buna qanunla, hüquqla imkan vermərik. İngiltərə dərin dövləti bölgə ölkələrini bir-bir parçalamaq istəyir. İranın qorunması üçün Türkiyə və Rusiya zamin olsun. İranın tək olmadığını Tayyib hocam da çox güclü vurğulasın. Putinlə görüşsünlər, İranın parçalanmasına imkan verilməyəcəyini açıqlasınlar.
Dünyanın bir Osmanlıya ehtiyacı var, lakin bu bildiyimiz Osmanlıdan fərqli olacaq. Müharibənin, qılıncların, davanın, qanın olmadığı bir Osmanlı olacaq. Əcdadı unutmaq istəməmək gözəllikdir, onların ruhunu yad etmək istəyiriksə İslam Birliyini istəməyimiz kafidir. İslam Birliyi saf sevgiyə əsaslanacaq, mənfəət əlaqəsi heç vaxt olmayacaq. Təkcə Allah rizası üçün saf sevgi üçün birlik olacağıq. Sevgi süd kimidir, sevgiyə qatqı olmaz milli mənafe dediyin an sevgini yox etmiş olarsan. İslam Birliyini saf sevgi ilə yaradacağıq, İslam əxlaqını saf sevgi ilə hakim edəcəyik inşaAllah.
İmtahan deyilən şey sevginin öyrənilməsidir. Allah bu dünyada bizi bizə tanıdır, niyə sevməli və sevilməli olduğumuzu bizə öyrədir. Dünyada həm özümüzü, həm də bir-birimizi tanımağımız üçün varıq. İmtahanın məqsədi qulun özünü sevməsi, qulun Allaha sevgisinin güclənməsidir.
Şirk sistemi içində həqiqi din yox olduğu üçün, həqiqi İslam dini ortaya çıxdığı zaman insanlar bunu heyrətlə qarşılayırlar. Bütün peyğəmbərlər; "mövcud dinimizi yox etdilər" ittihamı ilə üz-üzə qalıblar. Tarixdə də Əbdülqadir Gilani, İmam Rəbbani kimi İslam dinini canlandıran bütün mübarək şəxslərə şirk bataqlığındakı insanlar hücum ediblər. Şirk sistemi içində həqiqi İslam təəccüblü görünər; lakin doğru olan, hər zaman həqiqi İslamdır. Həqiqi İslam qaranlığın içindəki ulduz kimi parlayar. Qaranlığa alışmış insan üçün də ulduz heyrət oyandırandır.
Allahdan uzaq olmağa heç bir bədən, heç bir hüceyrə dayana bilməz. İnsan Allahdan uzaq olduqda, hüceyrələr intihar etməyə başlayar və insan dərhal çökər. İnsan Allahı sevdiyi zaman, Allaha yaxın olduğu zaman gənc və gözəl olar.
Mömin təvazökar olmaq üçün özəl çalışmaz. Özü və dünya barədəki həqiqəti bildiyi üçün həddini bilər. Ağıllı düşünər. Bədəninə baxar; ətdən, sümükdən yaranmışdır, həyat çox qısadır, ölüm çox yaxındır, hər şeyə hakim olan Allahdır, danışdıran Allahdır, gözəlləşdirən Allahdır, sevdirən Allahdır. Bunları bildiyi üçün təbii olaraq təvazökardır.
Bizim dost mühitimizdə fitnə, dedi-qodu, aqressivlik, dava yoxdur. Stress aradan qalxdığı üçün, sevgi dolu mühitdə olduqları üçün dostlarımın həm baxışları, həm də dəriləri çox gözəlləşir. Güvən içində olmağın rahatlığı üzərində olur.
Gənc qızlar və dəliqanlılar bir-birilərinə Allahı unutmadan, səmimi sevgi gözü ilə yanaşsalar bir-birinin imanını gücləndirməkdə çox faydalı olarlar. Gəncləri düzgün yönləndirmək mühümdür. İmanı, Allahı unutmadan sevməyi öyrənmələri lazımdır. Qarşılarındakı insanları bütləşdirdikləri andan etibarən Allah hüzur verməz.
Münafiqlər şeytanın ruhunu daşıdıqları üçün çox azğın və təkəbbürlü olarlar. Şeytan necə ki, cəhənnəmdə də azğınlığına davam edirsə, münafiqdə də sakitləşmə olmaz. Münafiq sırtıqdır, alçaldılmaq ona təsir etməz, ləyaqətsizdir. Hər kəs münafiqlərdən iyrənər, alçaq olduqlarını hamı bilər.
Qadınlara, onlardan istifadə etmək üçün yanaşmaq olmaz. Qoruma hissi ilə yanaşmaq lazımdır. Qadının imanını, sevincini, iffətini, şərəfini, sağlamlığını, xoşbəxtliyini qorumaq məqsədi ilə yaxınlaşmalısan. O zaman qadın sənə güvənər. Hər yerdə qadınları qorumaq lazımdır. Qadınlar körpə, gözəl çiçək kimidir, çox qayğı ilə yanaşsan Allah sənə onların sevgisini və hörmətini nəsib edər.
Antidemokratik yollarla İranı dağıtmağa cəhd edən İngiltərə dərin dövlətinin qanunla, hüquqla imkan vermərik. Hər kəs fikrini ifadə edər, hökumətləri tənqid edər. Lakin dövləti, milləti antidemokratik yolla dağıtmağa cəhd edənə tamaşaçı qalmaq olmaz. İngiltərə dərin dövlətinin göstərişi ilə İranı dağıtmağa cəhd edənin başına dünyanı elmlə, qanunla yıxarıq. İran və Türkiyə qədim dost olan iki ölkədir. Bir-birini hər şəraitdə müdafiə edər və dəstəkləyər. İranın yanındayıq, həmişə yanında olacağıq inşaAllah.
Allahın bəndəsini sevdiyini göstərən xüsusi sirr sistemi var. O qulunun xeyir yolunda etmək istədiklərinin hamısına qapını açar. Biz dünya səviyyəsində təbliğ etmək istəyirdik, Allah bu əsrdə interneti yaratdı, oturduğumuz yerdən bütün dünyaya təbliğ edirik. Allahdan sevgini istədik, Allah sevəcəyimiz insanlar yaratdı. Mənim sevgimdə və dostlarımın mənə olan sevgisində təcəlli edən Allah sevgisidir. Mehdiyyətdən bəhs etmək istədik, Allah yerdə və göydə 600 əlamət yaratdı. Peyğəmbərin sözünün haqq olduğunu göstərdi. Sırf mehdiyyətə dəstək olsun deyə, cüt quyruqlu ulduz Lulini, ondan əvvəl Halleyi yaratdı. Tam Mehdinin zühur etdiyi ildə Ramazan ayında Ay və Günəş tutulması yaratdı, bunların hamısı Allahın xüsusi dəstəyidir.
İslama görə yeni ili qeyd etməkdə heç bir problem yoxdur. Yeni ili də qeyd edərsən, hz. İsanın ad gününü də qeyd edərsən. Bir Peyğəmbərin ad gününü qeyd etmək necə də gözəldir. Səhv olan alkoqol və s. olmasıdır. Bundan başqa qeyd etmək üçün hər gün bir bəhanə olması gözəllikdir. Hər gün bayram olsun. Həyata rəng qatan hər şey nemətdir. Yeni ilin qeyd edilməsinə qarşı gəlmək cihad deyil. Saatlarla yeni ilin qeyd edilməsinə qarşı çıxmaq əvəzinə, bir cümlə ilə İslam Birliyindən bəhs etsinlər. Şaxta baba simvollarının başına odun vurduqda İslam üçün çox böyük müvəffəqiyyət əldə etdiyini zənn etmək cahillikdir.
Mömin imanı ilə mütənasib olaraq dəccalların, münafiqlərin, küfr əhlinin hücumlarına məruz qalar. Hücuma məruz qalmırsa bir xəstəlik var deməkdir, Allah qorusun. Nə qədər çox hücuma məruz qalırsa o qədər güclənər və inkişaf edər.
Mömin hər gün daha da güclənər. Möminin inkişaf etməsi ayda, ildə bir dəfə qarşılaşılan vəziyyət deyil. Günə yayılmışdır, fasiləsiz davam edər.
Qız dostlarımın gözəlliyinin bu qədər təsiredici olmasının səbəbi dindar olmalarıdır. İmanlı olduqları üçün gözəllikləri dünya səviyyəsində həyəcan yaradır.
Allah atomda cazibə yaradır. Kainatda cazibə var. Bütün səma cisimləri bir-birini cəzb edər. Allah insanda da cazibə yaradır, bu çox əhəmiyyətli möcüzədir.
Möminin başına gələn hər hadisədə incə-incə xeyir var. Küfr əhlinin və münafiqin də yaşadığı hər şeydə şər var.
700 milyon fosil var, biri belə təkamülə dəlil deyil. 700 milyon fosilin hamısı bütün canlıları Allahın yaratdığını göstərir.
Təkamül nəzəriyyəsinin bircə elmi dəlili belə yoxdur. Elmi dəlil olmadığı halda bütün məktəblərdə; "uşaqlar sizi Allah yaratmadı, siz təsadüflərin məhsulusunuz" deyilir. Təsadüf bütünə inanan qədim bütpərəst inancını gənclərə elm kimi izah etmək doğru deyil. Darvinizm izah edilsin, lakin bütpərəst inancı kimi izah edilsin. Sanki elm kimi xalqa yalan deyilməsin. Açıqca Allah yoxdur demək, gənclərə bunu öyrətmək uğursuzluq gətirər.

Adnan Oktar deyir ki... 28 dekabr 2017> Click for more

Terroru bitirməyin yolu darvinist təhsili dayandırmaqdır. İnsanlara Allahın yaratmadığı, təsadüflərin məhsulu olduğu deyildikdə materializm və kommunizm sürətlə inkişaf edir. Kommunizmi qəbul edən PKK-nın ideologiyasını qəbul etmiş olur.
Bəlalar və çətinlik olmasa imtahan olmaz, imtahan olmasa sevgi olmaz. Bəla sevginin müəllimidir. Bəla olmasa böyük fəlakət olar. Bəla insanın islah olmasına vəsilə olan nemətdir.
Mötəbər qadın möhtəşəm varlıqdır. Dünyadakı ən böyük nemətdir. Qadının şəxsiyyətli olması üçün, qadının Allaha kəskin imanla inanması lazımdır. Eqoist olmamalıdır. Sevdiyinə vəfalı və sadiq olmalıdır. Çox təmiz olmalıdır, hörmətə çox əhəmiyyət verməlidir. Ən əhəmiyyətlisi də dərinlik və ehtirasa ruhunu təslim etmiş olmalıdır. Allah qadınlara bu məsələdə böyük qabiliyyət verib. Qadın və kişinin anlaşa bilməsi üçün ikisinin də Allaha təslim olması, ikisinin də sevginin Allahdan gəldiyini bilməsi lazımdır. Qadın və kişinin özünü təslim etməməsinin səbəbi əsasən iman zəifliyi, hiss etmədən şirkin içinə girməkdir. İnsan gələcək qorxusundan və şirkdən tamamilə uzaqlaşsa, özünü Allaha tam təslim etsə möhtəşəm ruh gücü qazanar.
İran dost və can qardaşımızdır. İrana Allah həmişə xeyir və bərəkət versin. Xoşbəxtlik, sevinc içində, İslam Birliyinin gözəllikləri içində yaşamalarını nəsib etsin.
Qadın gözəlliyini qayğı və heyrətlə təqdir etmək lazımdır. Hər şeyinə qayğı göstərmək lazımdır. Sağlamlığına, sevincinə, hüzuruna və ən çox imanına. Allah qorusun imanına zərər gəlsə o qadının həyat damarını kəsmiş olarsan.
Qadınlara kişilər hökm verə bilməz. Qadın öz həyatı haqqındakı hökmü özü verər. Heç kimin kimisə razılığa gətirmə səlahiyyəti yoxdur. Qadınlar, kişilərin necə yaşayacağına qarışmır, bu məsələdə ehkam kəsmir. Kişilərin də qadının nə etməsi, nə geyinməsi, necə danışması, necə gülməsinin lazım olduğu haqqında ehkam kəsmə haqqı yoxdur.
İxtisaslı münafiqlə qarşılaşdığın zaman xarakterinin Quranla çox yaxşı təhlil edilməsi və elmi yolla çox geniş mübarizə aparılması lazımdır. Hz. Musa, hz. Nuh, Peyğəmbərimiz (s.ə.v) dövründə ixtisaslı münafiq çox vardı. Axırzaman münafiqləri də ixtisaslıdır. Bu xarakterli münafiqlə qarşılaşdığın zaman elmi yolla mübarizə aparmağa tənbəllik etmək çox böyük qəflət olar. O zaman bu şeytani varlıqlar bütün bəşəriyyətin başına bəla olar. Münafiqlə elmlə, irfanla sonuna qədər mübarizə aparmaq Allahın Quranda əmridir.
Dünyada əsas məsələ Allaha qul olmaqdır. Digər bütün məsələlər əlavə məsələdir. Təəccüblü olan insanların dünyaya aludə olması, Allahı unutmasıdır. Allahı unutmaq çox çirkin cəsarətdir. Ruh sahibi insan, əks vəziyyətdə bir-iki dəqiqə belə yaşaya bilməz.
Sevgi insanların ən təbii haqqı olduğu halda, sevgiyə təəccüblənirlər, sevgi lüks gəlir onlara. Dünyada hər yerdə sevgidən başqa şey yaşanmamalıdır. İnsanları oyuna gətirdilər sevgini unutdurdular. Normal olan insanların sevgi içində yaşayıb sevgi içində ölüb axirətdə sevgini davam etdirmələridir.
Ölkələr arasında mina tarlaları, tikanlı məftillər olması normal hesab edilməməlidir. Hamımız insanıq, dostuq, yoldaşıq. Bunlar sevgisizliyin meydana gətirdiyi dəhşətdir. Tikanlı məftillər hər ölkəni açıq həbsxana mövqeyinə gətirir. Aralarda divarlar, tikanlı məftillər, kilidlər olmamalıdır. Bunun üçünsə kəskin və qətiyyətli sevgi lazımdır.
Təzyiq varsa din yoxdur. Din azad inanca deyilər. Zorla namaz qıldırdığın zaman o insan dindar deyil, münafiq olar Allah qorusun.
Mömin təkcə özü üçün dua etməz. Mömin hidayəti, gözəlliyi, yaxşılığı həm özünə, həm də bütün müsəlmanlara istəməlidir. Möminin taleyi müsəlman qardaşları ilə birlikdə yaradılmışdır, duası da bütün möminlər üçündür.

Adnan Oktar deyir ki... 27 dekabr 2017> Click for more

Hər insan bir filmin tamaşaçısı mövqeyindədir. İnsan o filmin önündən heç vaxt ayrıla bilmir və filmə heç bir müdaxilə edə bilmir. Filmi hazırlayan Allahdır. Filmin əvvəli və sonu məlumdur. Allaha güvənməkdən başqa bir hərəkətin heç bir məntiqi yoxdur. Yaradıcıya təslim olmaq ağlın ən yüksək səviyyəsidir. Əks halda ağlı əzməkdir, ağlı boğmaqdır.
Tezliklə dünyanı cənnətə döndərmək lazımdır. Hər kəs Allahın quludur. Gözəl, dostcasına yaşamaq üçün nəyi gözləyirik? Qurandakı himayədarlıq sistemi dünyaya tezliklə hakim olmalıdır. Himayədarlıq sistemi olduğu zaman hər kəs başqalarının qoruyucusu olar. Himayədarlıq sistemi dünyada ən mükəmməl sığortadır. Ödəniş ödəmək yoxdur, sərhədi yoxdur. Sonuna qədər hər kəsi tam qoruyan, sahib çıxan mükəmməl sistemdir.
Yaxşı insanlar bir-birlərini var gücləri ilə dəstəkləsinlər. Sevgini, yaxşılığı, azadlığı, incəsənəti, keyfiyyəti, nəzakəti, qadınların hüzurlu yaşamasını istəyən hər kəs ittifaq etsin. Müharibələrə qarşı, qan tökülməsini istəməyən, hər kəsin bir-birinə qardaş kimi yaxınlaşmasını istəyən, elmin, incəsənətin, demokratiyanın nemətlərindən maksimum faydalanmaq istəyən ruh xalis Quran ruhudur. Gənclər bir-biriləriylə yaxşılıqda ittifaq etməlidirlər.
Raket istehsal etmək üçün ayrı pul, raketə qarşı müdafiə sistemi üçün ayrı pul xərclənilir. İnsan öldürmək üçün raket atırlar, o raketə qarşı müdafiə sistemi qurulduğu zaman sevinirlər. İnsan öldürmək üçün heç bir sistem olmasa da buna xərclənən pul insanları xoşbəxt etmək üçün xərclənsə daha gözəl olmazmı? İnsanlar müharibəyə, davaya, təcavüzkarlığa alışıblar. Halbuki bunların heç birinin olmaması lazımdır. Tanklar, toplar, təyyarələr, bombalar bütün pul bunlara xərclənir, insanlar yaralanır, parçalanır, hər yerdə aclıq var. Bu rəzalətə nə ehtiyac var? Hər yer qan gölü oldu, yüz minlərlə insan şikəst oldu. Şeytana tabe olmaq məcburiyyətində deyilik ki. Hər kəs dost olsun, yoldaş olsun, sülh içində yaşayaq.
Dünyadakı təhsili almadan cənnətə gedilsə cənnətin mənası qalmaz. Dünyadakı təhsillə cənnətin gözəllikləri məna qazanar. Bütün Cənnət əhli Allahın ruhunu daşıyar. Cəhənnəm əhli ölü yaradılmış xüsusi məxluqdurlar.
Dini mövzularda zarafat olmaz. Dini mövzularda zarafatlar edən insana bunun narahatedici olduğunu nəzakətli şəkildə dərhal həmin anda ifadə etmək lazımdır.
Eşq yarası məsələsini bacı-qardaşlarımız səhv bilirlər. Eşq yarası verən duyğu deyil. Eşq Allahın insana 7-ci hiss olaraq verdiyi xoşbəxtlik və sevinc bəxş edən çox gözəl nemətdir. Lakin Allahı unudub qarşındakı insanı bütləşdirsən o zaman bu sənə əzab verən sistemə dönər.
Ən mühüm təhsili dünyada alırıq. İnsanların bir hissəsi dünyanın bu cəhətinin nə qədər əhəmiyyətli olduğunu başa düşmür. İgidlik, fədakarlıq, səbir, təkcə burada olan gözəlliklərdir. Dünyanın dəyərini bu cəhətdən yaxşı bilmək lazımdır.
Türkiyənin Səudiyyə Ərəbistanla münasibətlərinin dostcasına və güclü olması əhəmiyyətlidir. Vəhhabilərə şəfqətlə yanaşmaq lazımdır. İran və Səudiyyə Ərəbistanının dostluğunu təmin etsək İslam Birliyi üçün çox əhəmiyyətli addım olar. İki günlük dünyada razılaşa bilməyəcəyimiz nə ola bilər? Ortaq məxrəcdə ittifaq etməklə məsuluq. Hər şeyimiz birdir, qardaş kimi yaşamamaq üçün heç bir səbəb yoxdur.
Dini yaşanmaz hala gətirən şeytandır. Şeytanın iddiası insanların Allahın dəyərini bilməyəcəyidir. Bu iddiasını reallaşdıra bilmək üçün insanları dindən uzaqlaşdırmağın hər yolunu sınayır. Darvinizmlə hücum etdi, elmi yolla çökdürdük. İngilis rumiliyi ilə hücum etdi, lazımi elmi cavabı verdik. Mövhumatçılıqla hücum etdi, Quranla əsassızlığını sübut etdik. Şeytanın bu oyunlarına qarşı bu əsrdə müsəlmanlar qələbə qazanacaq. Bu əsrdə şeytanın məğlub edilməsinə bütün dünya şahid olacaq inşaAllah.
Dəccaliyyət Yaxın Şərqdə həmişə müharibə və parçalanma istəyir. İran və Türkiyəni savaşdırmaq istədilər, elmlə, irfanla buna mane olduq. Müsəlmanların musəvilər və xristianlarla aralarını vurmağa çalışırlar, buna da imkan vermərik. Qurana görə onlar Kitab əhlidir. Allah Kitab əhlinə nə deməyimizin lazım olduğunu, necə yaxınlaşmağımızın lazım olduğunu Quranda bildirmişdir. Onlar bizə hz. İsa və hz. Musanın əmanətidir. Allahın açıq əmrinə baxmayaraq, Kitab əhlinə hücum etmək, ibadətgahlara zərər vermək, onları təhqir etmək haram olar. (Ənkəbut surəsi, 46: Aralarında zülm edənləri istisna olmaqla, Kitab əhli ilə ən gözəl şəkildə mübarizə aparın və deyin ki; "bizə və sizə nazil edilənə iman gətirdik; bizim ilahımız da, sizin ilahınız da birdir və biz Ona təslim olmuşuq".)
Yüksək ağıl İngiltərə dərin dövlətidir. Gizli və xüsusi qruplaşmadır. Başlarında metafizik xüsusiyyətlərə sahib olan, hipnoz, cadu kimi üsullar tətbiq edən Dəccal var. Bu cür dəccaliyyət bilgiləri nəsildən-nəslə ötürülərək keçir. Dəccaliyyət də təriqət kimidir. Firon dövründəki sehrbazların qabiliyyətləri nəsillər boyu bu günə qədər ötürülərək gəlir.
Şeytanda din, Quran tərbiyəsi yoxdur. Arsız üslubdan istifadə edir. Axmaqcasına, haşa, Allaha ağıl verər. Üslubu çox ədabazdır. Münafiqlərdə də bu arsızlıq eyni şəkildə var. Lovğalanarlar və özlərinin xeyirli olduğunu iddia edərlər. Halbuki hər anları şərdir.
Küçədə insanlar bir-birilərinə salam verməyə belə çəkinirlər. Biri salam desə, bunu təhdid kimi görürlər. Sevgi mühiti olmadıqda insanlar hər kəsdən çəkinir. Bayram əhval-ruhiyyəsi içində hər kəsin bir-birinə hörmət, sevgi, ehtiram göstərdiyi mühit olması lazımdır.
Cənnət əhlinin sayı Allah dərgahında məlumdur. Bu say nə artar, nə də azalar. Cənnət əhlinin sayı çox deyil. Təkcə Allahın ruhunu daşıyanlar cənnətə gedəcək.
Vəsvəsəyə heç vaxt fikir verməmək lazımdır. Fikir vermədiyin müddətcə vəsvəsənin heç bir təsiri yoxdur.
Dünya iki cür qavranılacaq kimidir. Bir metafizik cəhətdən, bir də əhli dünya gözü ilə, həyatın həqiqətləri gözüylə görüləcək kimidir. Müsəlman metafizik gözlə baxar. O zaman o metafizik gizli qanunlar fəaliyyətə keçər, mömin müvəffəqiyyətli olar. Əhli dünya gözü ilə baxıldığı zaman əhli dünyanın gizli, qaranlıq qanunları fəaliyyətə keçər və o insanı əzər. Peyğəmbərlər mütləq müvəffəqiyyətli olur, Əbu Cəhillər mütləq batır. Bu gizli sistemdir, Allahın xüsusi qanunudur. Bu gizli metafizik cəhəti görən mömin Allah ilə dost olar, Allah ilə birlikdə hərəkət edir.
Həyat, yaxşı və pis anlayışı olduğu zaman məna qazanar. Hər yer yaxşı olsa, yaxşının və gözəlin başa düşülməsi mümkün olmaz. Pis olacaq ki, yaxşının dəyəri aydın olmalıdır. İnsanın keçdiyi əzablar, çətinliklər, əziyyətlər içində Allahı heç vaxt tərk etməməsi, Allaha həmişə dost olması ehtirasın və eşqin ortaya çıxmasını təmin edər. Dünyada eşqin və ehtirasın təhsilini alırıq, buna tam layiq olduğumuz zaman Allah axirətə alıb əbədiyyən ehtirası yaşadır. Əbədiyyətdən söhbət getdiyi üçün insanın mütləq ali kamilliyə nail olması lazımdır.
Müsəlmanlıq deyildikdə insanların ağlına qızılgül şərbəti, mövlud oxunması, yaşlı əmilər, baxımsız qadınlar, təhsilsiz cahil insanlar, ən kiçik səhvə görə ölüm cəzası verən dəhşət sistemi gəlir. İslamı yaşadığı zaman həyatın bütün gözəlliklərinin əlindən alınacağını zənn edir. Yastı havasız məscidlər, yaşlı babalar, nə deyildiyi başa düşülməyən mövlud səsini xatırlayır. Halbuki İslam yaşandığı zaman super keyfiyyətli gənclər, əyləncə, şənlik, musiqi, rəqs, ən kiçik bir şey olanda bir-birinə yardımçı olan, heç kəsin kimsəni pərt etmədiyi, həmişə dostluq və yoldaşlıq əlaqəsi olan, heç kəsin namusuna, şərəfinə zərər gəlməyən, gənc qızların gecə yarısında güvən içində küçədə gəzdiyi, ultramüasir xəstəxanalar, ultramüasir restoranlar, zövqlü əyləncə məkanları olan, hər kəsin namazını qıldığı, ibadətini sevinclə etdiyi, gözəlliklər üçün şükür etdiyi, həyatın mükəmməl yaşandığı sistem olmalıdır.
İnsanlar cahil cəmiyyətin lazımsız qaydaları ilə özlərinə zülm edirlər. Allah insanlara zülm etməz, insanlar özlərinə zülm edərlər. Dünyada inanılmaz ağrı-acı var, lakin bu ağrı-acıların təməlində insanların özlərinə qoyduqları qaydalar, təzyiqlər var. Gecə-gündüz depressiya dərmanları ilə ancaq dayanırlar. İslam əxlaqı yaşandığı zaman isə insanların hər cəhətdən zəmanəti tam olur. Gələcək qorxusu aradan qalxır. Lazımsız adətlər, qaydalar, təzyiqlər aradan qalxır. Hazırda insanlar gələcəyini zəmanət altına almaq üçün sığorta etdirirlər. İslam əxlaqı tam yaşandığı zaman hər mömin başqa möminin sığortasıdır. 83 milyon insanın hamısı 1 nəfərin zəmanəti olar.
Təvəkkülü artırmağın yolu Allahı heç vaxt unutmamaqdır. Allahı düşünməyin iki cəhəti var. Bir cahil düşünmə forması var, yeməyini yeyər Allaha həmd edər, televiziyada Suriyadakı hadisələri izləyər, lakin bu ona heç təsir etməz. Onu təkcə qızının toyu, ertəsi gün ödəyəcəyi qəbzlər maraqlandırar. Lotereya bileti alar; "Allah bağışlayar" deyib keçər. Məktəblərdə darvinizmin, materializmin öyrədilməsini çox normal qarşılayır, lakin 5 vaxt namazını da qılır. Bir də Allahın mövcudluğunun möhtəşəm güc olaraq dünyaya hakim olduğunu görüb, heyranlıq içində qalıb Allahı diqqətlə təqib etmək vardır. Bunda Allah ilə kəskin diqqətlə əlaqə vardır. Allahın istədiyi də budur. Normal ağlın normal nəticəsi budur. Allah ilə ağıllı əlaqə yaradıldığı zaman insan çox rahat yaşayar. Yorucu olan əxlaqsızlıqdır, adamlıq dinidir. Çünki bunların çoxlu lazımsız qaydaları var. Cahil cəmiyyətin qaydaları, ənənələri, adətləri insanın taqətindən çox üstündür. Dünya həyatı ilə boğuşma da işə düşdükdə bir çox insanın həyatı yaşanmaz hala gələr.
Şeytanın heç xoşlamadığı şeylərdən biri incəsənət, qadınlar və sevincdir. Həm faşist, həm də kommunist ideologiyalara sevgisizliyi, sənətsizliyi, donuq və sevincsiz həyatı öyrədər. Eynilə, ənənəçi ortodoks sistemdə də incəsənət əleyhinə olan vəziyyət şeytanın təlqini ilə hakimdir. Mehdiyyət dövrü isə incəsənətin ən yüksək səviyyədə yaşanacağı dövr olacaq.
Müsəlmanların tezliklə birləşməsi lazımdır. Heç kimin kiməsə üstünlük iddiası olmamalıdır. Biz sadəcə dostcasına və qardaşcasına birlik istəyirik. Saf sevgi və qardaşlıq üzərində qurulmuş anlayışdan başqa heç bir çözüm olmaz. Bu da təkcə mehdiyyətlə mümkündür. Müharibə və bilək gücünə əsaslanan struktur mütləq fəlakət gətirər. Ön şərtsiz dostluq müqavilələri bağlayaq. Ön şərt olduqda qardaşlıq olmaz. İsrail də, Rusiya da Yunanistan da bizim övladlarımız deməliyik, hər kəsi bağrımıza basmalıyıq. Kürd, türk, ərəb ayrı-seçkiliyi heç vaxt etməməliyik.
Suriya məsələsində İran, Rusiya, İraq və Türkiyə qənaət bildirsin və orta yol tapılsın. Sülh üçün ortaq məxrəcdə görüşmək lazımdır. Heç vaxt “mən, sən” məsələsi etmədən, sevgini, məhəbbəti, dostluğu əsas götürərək ortaq məxrəcdə birləşmək əhəmiyyətlidir.

Adnan Oktar deyir ki... 26 dekabr 2017> Click for more

Münafiq Rəsulun qoyduğu sərhədləri aşar. Əsas qarşı olduğu isə Allahın qoyduğu sərhədlərdir. Allahın sərhədlərini aşaraq sadə məntiqlə, sərbəst yaşamaq istəyər. Bu çirkin sərbəstlik anlayışıdır. Peyğəmbərimiz (s.ə.v) döyüşdə möminləri bir yerə yerləşdirər və ya möminlərə İslama xidmət üçün bəzi məsuliyyətlər verirdi. "Sən bu işi gör, sən burada keşik çək" deyirdi. Bu münafiqlərin iyrənc nəfsinə çox ağır gəlirdi. Məntiqlə Peyğəmbəri dəyərləndirib; "niyə bu işi görək?" deyir, Peyğəmbərin qoyduğu sərhədi aşırdılar. Allah Peyğəmbərin sərhədini aşanın, Allahın sərhədini aşdığını bildirmişdir. Bu rəftarın qarşılığı sonsuz cəhənnəm odudur, odun ən aşağı təbəqəsidir. Möminlər isə Peyğəmbərə həmişə hüsnü-zənlə, hər sözünün xeyir olduğunu bilərək, sevgi və hörmətlə bağlıdır. (Mücadilə surəsi, 5: Həqiqətən, Allaha və Rəsuluna qarşı (onların qoyduqları sərhədləri aşıb özləri sərhəd qoymağa cəhd edərək) çıxanlar, özlərindən əvvəlkilərin alçaldılması kimi, alçaldılıblar. Halbuki Biz açıq-aydın ayələr endirdik. Kafirlər üçün alçaldıcı əzab vardır.)
Ayələrdə Allah və Elçisi birlikdə keçər. Qurana görə Peyğəmbərə xəyanət, Allaha xəyanətdir. Münafiqlərin əsas dərdi Allahdır. Allaha kinlidirlər. Lakin bunu açıqca söyləyə bilməzlər. Peyğəmbər vasitəsilə Allahı tənqid edərlər. Münafiq Allaha kinli olduğu üçün Peyğəmbərə və möminlərə hücum edər, lakin bunu edərkən Allahın adından istifadə edər və Allaha olan qəzəbini gizlətməyə çalışar. Açıqca Allahı tənqid etdiyini söyləsə xalq bunların alçaq olduğunu görəcəyi üçün bu çirkin üsulu tətbiq edər. Ayələrdə bu fitnəni aradan qaldırmaq üçün "Allaha və elçisinə" deyə bildirilər və Peyğəmbərə üsyan edənin Allaha üsyan etdiyi xəbər verilər. (Nisa surəsi, 14: Kim Allaha və elçisinə üsyan etsə və onun sərhədlərini aşsa, onu da içində əbədi qalacağı oda salar. Onun üçün alçaldıcı əzab vardır.)
Münafiqlər Peyğəmbəri adi insan kimi görər və həmişə ağılsızcasına tənqid edərlər. Bu tənqidlərini də çox böyük axmaqlıqla edərlər. Sadə məntiqlə baxar, Peyğəmbərin, Allahın dəstəkləyib qoruduğu xüsusi insan olduğunu görməzlər. Peyğəmbərə tabe olan möminləri də ağılsız kimi görərlər. Saatlarla, səhifələrlə, Peyğəmbərə tabe olan möminlərin guya ağılsız, dərin düşünməyən olduqlarını, onların səhvlərini qeyd edərlər, yazarlar. Peyğəmbərə itaət edən möminlərin yalançı olduğunu sübut etməyə çalışarlar. Bu zaman yalançı olmalarını, şəxsiyyətsiz olmalarını, alçaqlıqlarını göstərərlər. (Hud surəsi, 27: Qövmündən qabaqcıl inkarçılar: "Biz səni təkcə bizim kimi insan hesab edirik; sənə, təkcə dayaz fikirli olan ən alçaqlarımızın tabe olduğunu görürük və sizin bizdən üstünlüyünüzü də görmürük. Əksinə, biz sizi yalançı hesab edirik" dedi.)
Din əleyhinə məntiq formalaşdırmaq bir çox insanın danışarkən etdiyi ciddi səhvdir. Münafiqliyin qapısı belə açılır. Münafiq məntiqlə düşünüb məsələni adiləşdirər. Peyğəmbər Allah tərəfindən dəstəklənən xüsusi insan olduğu halda onu adi insan hesab edər. Oradakı metafizikanı görə bilmədiyi üçün məntiqlə dəyərləndirib azar. Dinin bilavasitə Quranla dəyərləndirilməsi, Qurandan güzəşt edilməməsi lazımdır. Məntiqlə hərəkət edildikdə doğru yoldan azma olar. Qurandakı məntiq nədirsə konkret tətbiq edilməsi lazımdır. O şərhə açıq olmaz.
Münafiq çox axmaqdır, Allahı tənqid edərkən Allahı inkar etdiyini belə bilməz. Peyğəmbərimiz (s.ə.v) dövründə münafiqlər; "Məhəmməd kasıbdır, yetim insandır. Quranın iki şəhərin varlılarından birinə endirilməsi lazım deyildimi?" deyirlər. Burada bir çox varlı insan olduğu halda, Allah niyə ona elçilik verir ki, varlı biri İslamı daha yaxşı yayar" deyirlər. Bunu deyərkən Allahı tənqid edib Allahı inkar etdiklərini qavraya bilmirlər. (Zuxruf surəsi, 31-32: Və dedilər ki: "Bu Quran iki şəhərdən birinin böyük adamına endirilməli deyildimi?" Sənin Rəbbinin rəhmətini onlar bölüşdürürlər? Dünya həyatında dolanışıqlarını aralarında Biz bölüşdürdük və onların hissəsinin (digər) hissəsini özünə bağlaması üçün, bir hissəsini digər hissəsinin üzərində dərəcələrlə yüksəltdik. Rəbbinin rəhməti; toplayıb yığdıqlarından daha xeyirlidir.)
İslamda Allaha, Kitaba, Peyğəmbərə hüsnü-zənn var. Bilavasitə onların yaxşılığı, gözəlliyi və mükəmməlliyini qəbul edərək hərəkət etmək vardır. Münafiqlərdə isə Allaha, Kitaba, Peyğəmbərə həmişə tənqid gözüylə baxmaq vardır. Bunu da ağlasığmaz çirkin üslubla edər və müstəqil düşündüklərini iddia edərlər. Allaha çirkin məntiqlə baxarlar. Quranda bir çox ayə münafiqlərin alçaqlığına və namərdliyinə cavab olaraq endirilmişdir. Bir çox ayə münafiqlərin alçaq sözlərinə tədbir olaraq endirilmişdir. Məsələn, Peyğəmbər əzilən qadınları, uşaqları düşünərək səhər tezdən döyüşə çıxacağıq deyir. Münafiqlər məntiqlə baxaraq: "Bu istidə döyüşə çıxılar? aramızda çətin vəziyyətdə olanlar var, Peyğəmbər bunu belə görə bilmir" deyirlər. Qəlbində xəstəlik olanlar da: "Bax bunu heç düşünə bilmədik, həqiqətən Peyğəmbər səhv edir" deyə, onlara tabe olurlar. Müsəlman Allaha, Qurana, Peyğəmbərə tənqid gözüylə baxmaz. Etdiyi hər şeyin xeyir olduğunu bilərək baxar və hərəkət edər.
Münafiqlər əsas Allaha qarşıdırlar, lakin əvvəlcə Peyğəmbərə və ya möminlərin o dövrdə lideri olan insana hücum edərlər. Peyğəmbərimiz (s.ə.v) dövründə də əvvəlcə Peyğəmbərə hücum etdilər. Sonra Əli, Həsən, Hüseyn, Osman, hamısını şəhid etdilər. Sonra Allahın vəhyinə hücum etdilər. Xurafatları ortaya qoydular. Ayəni şeytanın yediyini Quranın bəzi hökmlərinin qüvvədən düşdüyünü iddia etdilər və Qurana əlavə hökmlər gətirdilər. Münafiqlər bütün bunları Peyğəmbəri tənqid edərək etdilər.
Eqoistliklə fədakarlıq toqquşduğu zaman imanı zəif insanlar eqoistliyi seçər. Vicdanla məntiq toqquşduğu zaman vicdanı seçmək üçün din lazımdır. Yaşlı, ehtiyac içində olan birini görür, pulunun ən azı yarısını verməli lazım ikən; "mənə nə dəxli var, kömək edəcək insan təkcə mənəm? Məndən daha varlıları var" deyib vermədən gedir. Bunu etdiyi andan etibarən əziyyət və həmişə itirəcəyi həyata başlayar. Çox qazanacağını zənn edər ikən ağlasığmaz itkiyə məruz qalar.
İngiltərə dərin dövləti Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistan, Küveyt, Türkiyə arasında müharibə başlasın istəyir. Biz İngiltərə dərin dövlətinin təhriki ilə müsəlmanlarla müharibəyə girmərik. Ərəb qardaşlarımızın tənqidi vardırsa edərlər, biz də elmi yolla cavabını verərik. Lakin bu cür məsələlərdən ötrü hər hansı münaqişə baş verməsinə imkan vermərik. İngiltərə dərin dövlətinin bu oyununa düşmərik.
Müqəddəs əmanətlərin İstanbula gətirilməsi bütün İslam aləminin şərəfinin qorunması üçündür. Biz əmanətlər bizimdir demirik. Bütün İslam aləmi üçün əmanət olaraq burada güvəndə saxlayırıq.
Allahın imtahanı hər zaman ədalətlidir. Biz Allahın sirlərini tam başa düşə bilmərik. Zamanın nə olduğunu bilmirik, harada olduğumuzu tam olaraq bilmirik. Zaman və məkanın mütləq olduğu zənn edilirdi, hər ikisinin də hiss olduğu, beynin şərhi olduğu aydın oldu.
Münafiq özünü hədsiz bəyənər, xüsusilə zəkasından çox əmindirlər, lakin zərrə qədər ağılları yoxdur. Haşa özlərinin Allahdan daha yaxşı düşündüklərini, daha ədalətli olduqlarını iddia edərlər.
Dünyada müharibə ediləcək heç bir məsələ yoxdur. Şeytan insanı müharibəyə sövq edir. Hər yerdə döyüş və qan var. Silah zavodu açmaq dünya səviyyəsində qadağan edilsin. Zavodlar təkcə insanlar üçün faydalı şeylər istehsal etsinlər. Fələstinlilər nur kimi tərtəmizdirlər. İsraillilər tərtəmizdirlər. Amansız müharibə istəyi, insan öldürmək, dəhşət vericidir. Şeytanı dərhal məğlub etmək lazımdır. Müharibəni dərhal dayandırmaq lazımdır. Sülh Quranın, Tövratın və İncilin ruhunda var. Döyüş üçün heç bir səbəb yoxdur. Qüds məsələsində gərginlik davam edərsə, Allah qorusun bütün dünyanı yandıran od əmələ gələr. Buna görə də, tezliklə etidal, sevgi, qardaşlıq əsas olmalıdır.
Küfr əhlinin axirətdəki sorğu-sualı çox uzundur. Allah hər meyvəni, hər çiçəyi, hüceyrənin içindəki hər orqanoidi bir-bir soruşacaq. Bunları necə oldu da təsadüf məhsulu kimi gördün deyə.
Əsgərimizin, polisimizin hər dəqiqəsi, hər saniyəsi savabdır. Vətən üçün, millət üçün, xeyir üçün növbə tuturlar. Olduqca ağır mühitdə canlarını ortaya qoyub gecə-gündüz səy göstərirlər, nə xoşbəxt onlara. Allah onlardan qəni-qəni razı olsun.
Qanun hökmündə qərarnamədə mülki vətəndaşlara müdafiə hüququ verilməsi çox yerində və doğrudur. Vətəndaşların hər hansı terror hadisəsində, işğal və ya dövlət çevrilişində qanun və hüquq çərçivəsində təhlükəsizlik əməkdaşlarına yardımçı olması lazımi, doğru və yerində tədbirdir. Qanun maddəsi çox yaxşı şərh edilsin. Xalqa qanun və hüquq çərçivəsində vətəni müdafiə hüququ verilsin.

Adnan Oktar deyir ki... 25 dekabr 2017> Click for more

Münafiqlər müsəlmanların arasındakı şeytandırlar. Münafiq şeytanın ətə, sümüyə bürünmüş halıdır. Şeytan artıq başla dediyi zaman vəzifəsinə başlayar. Münafiqlərə Allahın müsəlmanları imtahan etməsi üçün xüsusi vəzifə verilib.
İslamın yayılması, müsəlmanların sevinci münafiqlərə çox iztirab verər. Darvinizmin elmlə yerlə-yeksan edilməsi, İngiltərə dərin dövlətinin elmlə əzilməsi münafiqlərə ağrı-acı verdiyi üçün möminlər bu məsələlərdə çox şövqlü olarlar.
Din ən aydın, ən açıq həqiqət olduğu, həyatın ən gözəl neməti olduğu halda, onu insanlara fəlakət həyatı kimi nəql edirlər. Buna görə də, İslamın adını eşidən dəhşətə gəlir. Gənclər İslamı yaşasa, ömrünün bitəcəyini düşündüyü üçün 60-70 yaşına çatanda yaşayaram deyir. Əbəs yerə İslamı qorxunc göstərdilər. Həm darvinist, materialist sistem, həm də ənənəçi ortodoks İslam anlayışı ilə gənclər iki tərəfdən sıxışdırıldılar. Bizim Quran müsəlmanlığından bəhs etməyimiz gənclərin üzərinə Günəş kimi doğdu, maşaAllah.
Soyuq havalarda evsiz insanlar üçün dövlətin bütün mərkəzlərinin xidmətə verilməsi lazımdır. Temperaturun hökmən sıfırdan aşağı düşməsini gözləmədən qış boyu hər gün mehmanxanaların və digər obyektlərin evsizlər üçün açılması gözəl olar.
Eqoist insan sadiq ola bilməz, mənfəətinə zidd gəldikdə çıxıb gedər. Sədaqət alicənab, eqoistliyini əzmiş insanların nəcib davranışıdır. Bu nəcib davranış insana gözəllik bəxş edər, alçaq insanlarda isə nə iradə, nə səbir, nə də sədaqət olar. Eqoist insan mənfəətinə zidd olan hallarda heyvani reaksiyalar göstərər və heç vaxt sadiq ola bilməz.
Elə hüzurlu, təhlükəsiz mühit gələcək ki, İsraildə və bütün Yaxın Şərqdə fələstinlilər də, israillilər də heç bir təzyiq və qorxu olmadan yaşayacaqlar. Hal-hazırda bölgədəki dəhşəti şeytan qızışdırır. Nə müsəlman, nə xristian, nə də musəvilər rahatdır, bütün xalqlar qorxu içindədir. Bu qorxuların, dəhşətin hamısını elmlə, irfanla aradan qaldıracağıq inşaAllah.
Sudanın İslam Birliyini vurğulayan açıqlaması çox gözəldir. Tayyib hocamı sevgi ilə, coşğu ilə qarşılamaları da gözəllikdir. Müsəlmanların bir-birinə sevgisi münafiqlər və zalımlar üçün çox qəzəbləndirər. Sevgi, qardaşlıq çox əhəmiyyətlidir.
Ülkü ocaqları türk islam aləmi içində mənim gördüyüm ən ağıllı, ən vəfalı, ən səmimi, ən təmiz gənclərin meydana gətirdiyi mübarək ocaqdır. Həmişə xeyirlərə vəsilə oldu. Allah ülkücü gəncləri xeyirlə əhatə etsin, nuruyla əhatə etsin, cənnəti ilə şərəfləndirsin. Ülkü ocaqları türk millətinin davamiyyəti, İslam aləminin davamiyyəti üçün olduqca vacib mübarək olan ocaqdır. Allah saylarını, güclərini, qüvvələrini, elmlərini, irfanlarını artırsın, onları hər cür pislikdən qorusun.
Şəhidlərimiz Allah üçün, vətən, millət üçün mübarək canlarını Allaha təslim edirlər. Necə böyük nemət, necə böyük şərəfdir. Allah bizə də bu şərəfi nəsib etsin. Allah ailələrinə gözəl səbir, uzun və xeyirli ömür nəsib etsin.

Adnan Oktar deyir ki... 24 dekabr 2017> Click for more

İslam aləminə hüzur gətirəcək olan təkcə İslam Birliyidir. İslam Birliyindən çox yaxşı bəhs edilməsi lazımdır. "Birləşərik, elə qarşılıq verərik ki" mənasında İslam Birliyi olmaz. Birləşərik, qardaşlığı, sülhü təmin edərik mənasındadır. Sülh üçün İslam Birliyi olacaqdır. Əks təqdirdə, sevgisiz düşüncə ilə birlik olmaz, belə addım müsəlmanlara da çox böyük zərər verər. İslam Birliyi bayram görünüşündə olmalıdır, bütün dünyanın bayramı olacaqdır.
Yaşlanma olmasa insanların böyük əksəriyyəti çox tərs və təkəbbürlü ola bilər. 25 yaşından etibarən gözlə görünəcək şəkildə qocalıq görünür. İnsanın gənc yaşayacağı dövr təkcə 20-30 yaş arasıdır və o da göz qırpımı qədər sürətlə keçir. Allah insanların dünyaya bağlanmasına mane olacaq möhtəşəm sistem yaradıb. Belə olması çox xeyirlidir.
İslam Birliyi sevginin, dostluğun, qardaşlığın möhkəmlənməsi ilə olacaq. İslam hərbi birlik olmayacaq. Bəziləri bunu səhv başa düşür; "birləşəcəyik dünyanı əzəcəyik" mənasında bir birlik olacaq zənn edirlər. Belə deyil. Dostluq və qardaşlıq birliyi olacaq. Təkcə sülhü qarşıya məqsəd qoyan, qan tökməyə qarşı olan, birləşməkdəki məqsədin silah və təcavüz olmadığını çox yaxşı vurğulayan, birləşməkdəki məqsədin təkcə mərhəmət, sevgi və dostluq olduğunu çox yaxşı vurğulayan bir birlik olacaq.
Hər şeyin təkcə funksional olduğu həyat var. İncəsənət, estetika, keyfiyyəti bir kənara qoydular. O zaman həyatda gözəllik, zövq, xoşbəxtlik qalmır. Bu mehdiyyət dövründə dəyişəcək. Hər şey incəsənət ilə, keyfiyyətli, cəlbedici olacaq.
Möminlərin taleyi mükəmməldir. İstisnasız mükəmməldir. Küfr əhlinin taleyi isə pərişanlıqdır. Tək-tək xüsusi yaradılar.
Təsir edici olmağın sirri: Səmimi olmaq və Allaha çox yaxın olmaqdır. Allahı unudaraq olan söhbət təhlükəli olar. İnsanın özünü böyütdüyü söhbətlər xoşagəlməz və sıxıcıdır. Qəlbini Allaha bağlamalıdır, təvazökar olmalıdır, Allahdan gələn bilgini nəql etməlidir. Özünün danışmadığını Allahın danışdırdığını bilməlidir. O zaman çox təsirli, səmimi söhbət olar.
Terror və dövləti dağıtmağa istiqamətlənmiş fəaliyyətlər olduğu zaman vətəni qoruyan mülki vətəndaşlara qanuni zəmanət təmin edilməsi çox düzgün qərardır. Əlində silahla əsgəri, polisi şəhid etməyə qərar vermiş, vətəni parçalamağa cəhd edən, vertolyotdan xalqa atəş açana qarşı vətəndaşın qanuni hüquqlarının çox geniş olması lazımdır.
Təkamülə dəlil olan bir tək fosil belə yoxdur. İllərdir ki; "ara keçid fosili olan bir fosil gətirsinlər, 10 milyon verəcəyik" deyə səslənirik, bir nəfər belə çıxıb; "budur" deyə bilmədi. Bir nəfər də ortaya çıxmadı. Çıxa bilməz, çünki belə fosil yoxdur, təkamül yoxdur.

Adnan Oktar deyir ki... 23 dekabr 2017> Click for more

Münafiq özünü cəsur və əxlaqlı göstərmək istəyər. Kin və nifrət doludur, lakin özünün dürüst, cəsur, əxlaqlı olduğunu iddia edər. Allah münafiqi müsəlmanın elmlə, irfanla əzə biləcəyi kimi yaratmışdır. Münafiqlər hər kəsin iyrəndiyi, tənha insandırlar. Qeyri-səmimilikləri qısa müddətdə və çox təfərrüatlı dəlillə ortaya çıxar. İslamın yaşanmasını, müsəlmanların güclənməsini istəməzlər. Müsəlmanları dağıtmaq üçün ağılsız şəkildə Qurandan nümunələr gətirməyə çalışarlar. Axmaqca bir çırpınış içindədirlər. Ağıllı insanlar bu axmaqca çırpınışı dərhal görər və uzaq dayanarlar.
Allah dünyada bizim cənnətdəymiş kimi yaşamağımızı istəyir. Pis olan şeyləri insanların nə üçün etdiyi başa düşülən deyil. Məsələn, insan bomba düzəldib insanları öldürür. Niyə insan öldürməyə çalışırsan, niyə torpaq zəbt etmək istəyirsən? Dünya çox genişdir, hamımız birlikdə gözəlliklə yaşaya bilərik.
Cəhənnəm dərəcə dərəcədir. Cəhənnəmin bəzi yerləri qaranlıq, sıxıcı, dar küçələrdən ibarət olan tənha məhəllələr şəklindədir. Allahı inkar edən, lakin pislik etməmiş olanlar buralarda olar. Münafiqlərin qaldığı yerlər isə dəhşət vericidir, çox qorxuncdur.
Sevgisiz, eqoist, davakar, qorxuducu dünya meydana gətiriblər. Mən bunu istəmirəm. Dünya gözəl olsun, insanlar bir-birini sevsin istəyirəm. Nəzakət, yüksək keyfiyyət, incəsənət, bağışlayıcılıq, mərhəmət təkcə Türkiyədə deyil, hər yerdə hakim olsun istəyirəm. Bu bizim haqqımızdır. Bu bəladan xilas olmaq çox asandır, şeytan axmaqca bir oyun oynayıb insanları bir-birinə düşmən etdi. Əl birliyi ilə bu mənəvi çirkabı təmizləyib atacağıq, Türkiyənin rəhbərliyi altında sevgi dolu dünya yaradacağıq.
Münafiqlərdən etdikləri hər əxlaqsızlıq, hər xainlik axirətdə tək-tək soruşulacaq. Eyni cinayətdən hər kəs üçün tək-tək sorğu-sual olunacaqlar; Allah üçün, Kitab üçün, Peyğəmbər üçün, əleyhinə fəaliyyət göstərdikləri bütün müsəlmanlar üçün tək-tək eyni cinayətdən sorğu-sual olunacaq və hər cümlənin hər hərfin hesabını verəcəklər.
Bəzi internet saytlarında qeyd olunan və israilli ravvin Yehuda Qlikin Türkiyə və hörmətli prezidentimiz Rəcəb Tayyib Ərdoğan əleyhinə ifadələr işlətdiyini iddia edən xəbərlər doğru deyil. Yehuda Qlikdən bu xəbər soruşduqda; "heç vaxt hörmətli Ərdoğanın cəzalandırılmasına dair bir ifadə işlətmədim" açıqlamasını vermişdir. Dolayısilə bəhs edilən xəbərlər həqiqəti əks etdirmir.
Həqiqi eşqi axtarırsansa; özünü həm fiziki, həm də ruhi cəhətdən yaxşı inkişaf elətdir, mədəniyyətini, mərhəmətini, səbrini artır, vicdanını çox təmiz və güclü hala gətir, ruhi və fiziki cəhətdən çox təmiz ol, Allaha özünü təslim et, dünyadan keç, Allah sənə həqiqi eşqi nəsib edər. O zaman tapdığın eşq ruhunu doyurar.
Münafiqlərin müsəlmanlarla mübarizə aparması müsəlmanın məqamının ucalması üçündür. Allah hər peyğəmbərə cinlərdən və insanlardan münafiqlər müsəllət etmişdir. Müsəllət olan hər münafiq möminlərin qardaşlığını, məhəbbətini, dostluğunu möhkəmləndirər, bərəkətini gücləndirər, üfüqünü açar. Mömin cənnətə doğru ucalarkən münafiq cəhənnəmin dibinə doğru gedər. Bu, Allahın sənətidir. Münafiqlər tamamilə Allahın nəzarəti altındadır, şeytanlardan ibarət olan dəstədirlər. İxtisaslı azğın münafiq ixtisaslı müsəlmanlara müsəllət edilər ki, müsəlmanın mənəviyyatı çox yüksəlsin.
Ölkələr arasındakı dialoqun təməli; "mən səni qeyd-şərtsiz sevirəm" olmalıdır. "Milli maraqlar, ortaq mənfəətlər" deyə cümləyə başlanmamalıdır. Əvəzində nə isə tələb edərək sevgi göstərilməz. Qarşılıqsız sevgi göstərmək əhəmiyyətlidir. Ölkələrin "marağından" bəhs edildiyi mühitdə sevgi qalmaz. Sadəcə sevgini, dostluğunu, yoldaşlığını, təhlükəsizliyini istəyirəm deyərək əlaqə yaradılmalıdır.
Allah ayədə; "hər çətinliklə birlikdə asanlıq vardır" deyə bildirir. Çətinlik dinin gözəlliyinin bir hissəsidir, çətinliyi məğlub etdiyimiz zaman gözəlliyə nail olarıq. Əslində həyat və din çətinlik kimi görünən asanlıqlardan ibarətdir. Əgər insan taleyi yaşadığını bilsə, Allaha tam təslim olsa, heç bir çətinlik yaşamaz. Şirk qoşsa; "bu insan bunu edir" deyər və insanları bütləşdirərsə həyat onun üçün çox iztirablı olar. Bu iztirabdan xilas olmağın yolu taleyə təslim olmaqdır. Tale, suları yararaq hərəkət edən gəmi kimidir.
Kişilərin bir çoxu eqoist olduğu üçün, qadınlarla dostluqlarında təkcə öz eqoist məqsədlərinə xidmət edilməsini istəyirlər. Qadınlar da həssas varlıqlar olduğu üçün, bu onlara çox mənfi təsir edir. Dost olunacaq insanın mütləq Allah sevgisi və Allah qorxusu olan, eqoistlikdən xilas olmuş biri olması əsas şərtdir. Eqoist olan birinin sevgini yaşaması qeyri-mümkündür. O təkcə özünü düşünər və eqoist olan mütləq qəddarlıq edər. Öz mənfəəti ilə toqquşduğu zaman mütləq aqressivləşər. Sevgi, eqoistliyin olmadığı diyardır. Eqoistlik kimi iyrənc sistemin üzərinə sevgi oturmaz. Dolayısilə eqoist insanla gənc qız heç vaxt dostluq etməməlidir.
Məsələləri çıxılmaz vəziyyətə salacaq sərt və mübahisə üslublardan qaçmaq lazımdır. Sülh, sevgi və gözəllik yaranması üçün İslam Birliyi əsas şərtdir. Hal-hazırda dünyanın hər yerində münaqişə, dava, qan var. 3-5-7 il ərzində İslam Birliyi ilə bu fəlakəti aradan qaldıracağıq inşaAllah.
Bir insanın Mehdilik iddia etməsi dindən çıxması deməkdir. Müsəlmanlar ittifaqla bir şəxsin ətrafında birləşərkən bu şəxs Allahualəm Mehdinin öncülüdür deyirik. İsa Məsihlə birlikdə namaz qıldığını gördüyümüz vaxt, İslam və İsəvilik birləşdiyi zaman və İslam əxlaqı dünyaya tam hakim olduğu zaman isə Allahualəm bu şəxs Mehdidir deyərik.
Dəccal və komitəsinin ifşa edilməsi çox əhəmiyyətlidir. Dəccaliyyət gücünü gizli olmaqdan alır, özünü gizlədir. İnsanların çoxu dəccaliyyətin pəncəsində qıvrılan ölkələrə diqqətlərini verir, dəccaliyyəti görə bilmirlər. Dəccaliyyət, İngiltərə dərin dövlətidir. Bunu açıqca söyləmək lazımdır.
Qüds üçün alınacaq tək bağlayıcı qərar İslam Birliyinin yaradılmasıdır. İslam Birliyi olmadığı müddətcə nə Qüds, nə də başqa yer üçün sülh və həll yolu yaranmaz, yaranmır. Birləşmiş Millətlər Təşkilatı bu günə qədər çox saylı qərar qəbul etdi, bu qərarların praktikada təsiri olmur. Bu qərarlarla bölgənin xoşbəxtliyi təmin edilmir. Bölgənin xoşbəxtliyi, sağlamlığı, təhlükəsizliyi üçün, dünyanın xilas olması üçün İslam Birliyi əsas şərtdir. İslam Birliyi, musəvi, müsəlman, xristian, hər kəsin xilas olması deməkdir.
İslam Birliyi mühüm məsələdir. İslam Birliyi olmadığı müddətcə Allah heç bir yerdə rahatlıq verməz. Qüdsü xilas edəcək olan da İslam Birliyidir. İslam Birliyi olmadıqda Qüdsün mənası qalmaz. Qüdsün məna qazanması İslam Birliyi ilə təmin edilər. İslam Birliyi olsa, musəvilər, xristianlar, müsəlmanlar birlikdə çox gözəl yaşayarlar. Hər yeri bağlıq, bağçalıq edərik, hz. Süleymanın məscidini yenidən inşa edərik, hz. İbrahimin, hz. İsanın, bütün peyğəmbərlərin ayaqları basdığı yerləri tərtəmiz edərik. Hal-hazırda təkcə münaqişə və döyüş var. İslam Birliyi olsa bu münaqişələrin hamısı bitər. İslam Birliyi olmadığı müddətcə də nə müsəlmanlar, nə musəvilər, nə də xristianlar rahat ola bilərlər. Allahın əmri açıqdır: Fitnə yer üzündən aradan qalxana, İslam əxlaqı hakim olana qədər elmi mübarizə aparın. Ayrılmayın. Ayrılıb dağılmaq haramdır. Birlik olmaq fərzdir. Müsəlmanların mənəvi lider ətrafında birləşməsi Quranın hökmüdür.

Adnan Oktar deyir ki... 22 dekabr 2017> Click for more

Vicdan deyilən qüvvə Allahın insana həmişə doğrunu ilham etməsidir. Allah doğrunu da, yanlışı da insana həmişə ilham edər. Heç kim nəzarətsiz qoyulmayıb.
Münafiq çox axmaq olar. Üzərində kaftarların murdarlığı və xoşagəlməzliyi də vardır. Allahın xüsusi yaratdığı məxluqdur. Xəlifələr dövründəki şeytanlar bu dövrə qədər yaşayır və Axırzaman münafiqlərinin bədəninə girib onları iblis edirlər. Münafiqlərin həmlələri müsəlmanların çevik və dinamik olmasını təmin edər. Münafiqlərdə isə şeytanın verdiyi dərd və əzab içərisində sürünərək yaşamaq vardır. Axirətdə isə qayya quyusunun ən dibində olacaqlar.
İnsan öldüyü anda axirətə keçər. Əbədi yuxu deyə bir şey yoxdur. İnkar edənlərin canı alınarkən heyrətamiz dərəcədə əzabla canları alınar. Faciəvi şəkildə canı alınanın yatacaq halı olmadığı aydındır. Mömin canı isə hüzur içində alınar, o da dərhal axirət nemətlərinə qovuşar. Zaman yoxdur ki, ölümdən sonra gözləmə müddəti olsun.
Allah taledə məni və dostlarımı birlikdə yaradıb. İnsanlar binalarla, paltarlarıyla, dostlarıyla, sevdikləriylə bütöv halda yaradılar. Bir-birimizdən müstəqil deyilik, taledə bütün olaraq birlikdə yaradılırıq.
Münafiq küçə ağzı ilə, hiyləgər məntiqi ilə, axmaq ağılsızlığı ilə keyfiyyətli müsəlmanları aldada biləcəyini zənn edəcək qədər axmaqdır. Klassik fırıldaqçı olduğu üçün; "nə olacaq ki, edərik qardaş" məntiqində olurlar. Möminlər isə bu alçaq məxluqdan çox qəti şəkildə iyrənərlər.
Milli Məclisin ən az yarısının qadın olması lazımdır. Qadın kontingenti mütləq yüksək olmalıdır. Qadınların səsverməsi yüksək olmasa belə Məclisdə üstünlük onların olmalıdır. Türk qadınının keyfiyyətini, mədəniyyətini, nəzakətini, gözəlliyini, təmizliyini, alicənablığını canlı olaraq vurğulayan millət vəkili qadınların olması çox mühüm məsələdir.
2023-cü il fərəhlik və aydınlıq olacaq inşaAllah. 2071-ci ilə qədər dünyanı abadlaşdırmağa davam edəcəyik, möhtəşəm gözəlliklər görəcəyik Allahın icazəsi ilə. İnsanlar ilk dəfə dünyanı belə gözəl görəcəklər. Tayyib hocam da Allahın icazəsi ilə 2023-cü ildə bu millətin başında olacaq.
Suriyanın bölünməsinə mane olan türk əsgəridir və Türkiyənin fəaliyyətə başlamış olmasıdır. Türkiyənin bölgədəki mövcudluğu bütün ölkələr üçün təhlükəsizlik və hüzurdur.
Ayədə küfr əhlinin ölü olduğu qeyd edilir, lakin insanların çoxu bu məsələ üzərində dayanmaz. Münafiqlər və küfr əhli ölü olaraq yaradılmış varlıqdırlar. Onların ölü varlıq olması möminin humanistliyinə, bunlara qarşı duyduğu nifrətə təsir etməz. Ayənin tələbi olaraq mömin, münafiq və küfr əhlinə nifrət edər.
Dünyadakı həyat yuxudur. Həqiqi həyat ölümdür. Ölüm, çox aydın, kəskin canlanmadır. Ölümlə birlikdə mömin o andan etibarən çox rahat olar, ən kiçik ağrı, narahatçılıq, qorxu hiss etməz. İnsan çox fövqəladə hadisələr görəcək, lakin mömin heç birindən həyəcanlanmayacaq. Heyrət ediləcək şəkildə hüzurlu olacaq. Məhz bu, Allahın verdiyi hüzur sayəsindədir. Heyrətamiz dərəcədə sakitlik olar. Möminin sorğusu da çox sürətlidir, gözəllik olaraq yaradılmış hadisədir.
Eqoist insan güvənməyi bacarmaz. Özü səmimiyyətsiz olan qarşısındakına güvənə bilməz. Buna görə də, sevərkən eqoistlikdən xilas olmuş insanı seçmək lazımdır. Eqoistlikdən xilas olmuş insan mələk kimi əxlaq qazanmışdır. Lakin eqoistdirsə sabit ola bilməz, qısqanar, hərislik edər, şübhəci olar, zərər verər, həmişə problem çıxardar. Qadından həmişə şübhə etmək isə qadına müəyyən mənada təhqir etməkdir.
Süleyman Soylu igiddir, dəliqanlıdır. PKK-ya qarşı mübarizədə çox müvəffəqiyyətli olduğu üçün, hörmətli Süleyman Soyluya mane olmaq istəyirlər. Millət olaraq hörmətli Süleyman Soylunun yanındayıq, onu dəstəkləyirik. İgidliyinə, mərdliyinə, dürüstlüyünə millət olaraq zaminik. Hörmətli Süleyman Soylunun saçının telinə toxunan olsa, o əli elmlə, irfanla, qanunla, hüquqla zərərsizləşdirərik.
Topqapı sarayında uyğun bir yer Osmanlı stilində dekorasiya edilib prezident bürosu halına gətirilə bilər. Tayyib hocam da İstanbula gəldiyi zaman, orada qarşılamağımız gözəl olar. Bunu ənənə halına gətirək. Tayyib hocam orada olsun, xalqımız da gəlsin, mehtər dəstələri də təşkil edək. Tayyib hocamızı Topqapı sarayında ayaqda mehtər musiqisi dinləyərkən görmək istəyirik. Hətta Tayyib hocamızın gedəcəyi yerlərə mehtər musiqisi altında getməsi də ona çox yaraşar.
Tayyib hocama millət olaraq çox güclü sahib çıxmağımız lazımdır. Tayyib hocam bütün dünyada İngiltərə dərin dövlətinə açıq-açıq meydan oxuyan, siyasət aləmindəki tək mərd adamdır. Bütün dünya da Tayyib hocamdan cəsarət alır. Tayyib hocamız aslandır, xalis dəliqanlıdır. Allah razı olsun, hörmətli Dövlət Bahçeli Tayyib hocamıza çox gözəl qol-qanad açır. Çox doğru edir. Böyük Birlik Partiyası da hörmətli prezidentimizə dəstək olub sahib çıxır, onlara da təşəkkür edirik. Millət olaraq Tayyib hocamızın yanında olmağımız əsas şərtdir. Xüsusilə bu dövrdə Tayyib hocama dəstək olmaq hamıya fərzdir.
2023-cü ildən 2071-ci ilə qədər Türkiyədə yaxşıya doğru yüksəliş davam edəcək. 2071-ci ildən sonra irəliləyiş bir az zəifləyəcək və 2082-ci ilə qədər də o şəkildə davam edəcək. Tayyib hocamız da 2023 və 2071-ci illərə diqqət çəkir. Bu tarixlər mehdiyyətin tarixləri, Bədiüzzamanın işarə etdiyi tarixlərdir. 2023-cü il münafiq zehniyyətin də tamamilə zərərsizləşəcəyi tarixlərdir.
Dini yaşayan insan istiqrarlı olar, ağlı açılar, bərəkəti artar, həyatı gözəlləşər. Sağlamlıq qazanar, cəsur olar, səbirli olar, mühakimə qabiliyyəti inkişaf edər. Sevginin həqiqi ölçüsünü görər, səthi sevgidən həqiqi sevgiyə keçər insan. Cənnət nemətləri yavaş-yavaş insana verilməyə başlayar. İnsanın sağı, solu, önü, arxası hər yeri xeyir olar. Ruhunda, həyatında bərəkət yaranar. Allah insanı Müqəddəs Ruhla dəstəkləyər. Təbii ki, Allah bu nemətləri insanda hiss edilməyəcək şəkildə yavaş-yavaş artırar. Mömin olmaq dünyanın ən böyük nemətidir.

Adnan Oktar deyir ki... 21 dekabr 2017> Click for more

Peyğəmbəri mistik varlıq kimi görmək istəyənlər cahil əxlaqdan əl çəkməyənlərdir. Münafiqlər də bu ağlı zəif insanlardan istifadə edərlər. Peyğəmbəri mistik varlıq kimi görən və ağlı zəif olana, münafiqlərin Peyğəmbər haqqındakı böhtanları çox tez təsir edər. Məsələn; "Məhəmməd də bizim kimi insandır, niyə ona tabe oluruq?" deyirlər. Bu cahil olanlara dərhal təsir edir; "həqiqətən bunu heç düşünməmişdik, o da bizim kimi insandır, niyə ona itaət edək" deyirlər, dərhal Quranın məntiqindən uzaqlaşırlar. Belə zəif olan insanları Quranla tərbiyə etmək əhəmiyyətlidir.
Mehdiyyət dövründə təxminən 50 il dünya himayədarlıq sistemini yaşayacaq inşaAllah. Yoxsulluq, aclıq, haqsızlıq deyə bir məsələ qalmayacaq.
Tayyib hocam əleyhinə antidemokratik üsullar planlaşdıranlar özlərini parçalasalar belə heç bir nəticə əldə edə bilməzlər. Tayyib hocamın görünən və görünməyən çoxlu dəstəkçisi var. Heç kim boşuna xəyal qurmasın.
Ən təsirli izahat sevgi ilə olar. Xalis bilgi ilə izahat bir çox insanda çoxbilmiş üsluba səbəb olar. Belə insanlar bilgilidir, lakin saman torbası kimidirlər. Sevgisiz, qəddar, eqoist, kinli, ruh xəstəsi və yalançı şəxsiyyəti olan insan nə qədər bilgili olsa da söylədiyi təsirli olmaz.
Bəndə mütləq doğru diaqnoz qoyar, ədalətin yaxşısını bilər deyə bir şey yoxdur. Ədaləti ən yaxşı bilən Allahdır. Allah bir məsələdə hökm verdiyi zaman onu qəbul etmək qulluğun ən mühüm xüsusiyyətidir.
Münafiq cahil üslubu ilə danışar, bu cahil üslubunu görən bəzi cahillərə bu çox təsir edər. Münafiq Peyğəmbəri müqəddəs görməməyi cahil olanlara aşılayar. Münafiqin cahilanə, axmaqca və hörmətsiz danışıqları cahil və şəxsiyyətsiz insanlara çirkin cəsarət verər. Bunlar əsasən Peyğəmbəri zehnində bütləşdirərək ucaltmış olduğundan, ağılı güclü olmadığından dərhal Peyğəmbərlə əlaqəsi qopar və münafiqlərin tərəfinə keçərlər.
Kasıbı xor görən insan əxlaqsızdır. Kasıbı xor görənlərin çoxu varlılara da kin bəsləyib həsəd aparar. Bu əxlaqsız insanların xüsusiyyətidir. Bu insanlar hər kəsə, bütün həyata düşməndirlər.
Ən ağıllı diaqnoz Quran ilə qoyular. İnsan Quranı meyar götürmədikdə çox anormal varlığa dönər. Quranın rəhbərliyi olmasa insanlar məhv olar, heç nəyi diaqnoz edə bilməz. Buna görə də, Allah Quranla möminlərə yol göstərir.
Səbir ibadət olaraq sevinclə edilən, insanın qəlbini fərəhləndirən, xoş duyğuları əks etdirən ifadədir. Səbir sabitlikdir. Dözüm, səbir deyil. Səbirdə hadisələri sakit dəyərləndirmə və ibadət ruhu ilə hərəkət etmə vardır.
Münafiq cahil məntiqindən və çoxbilmiş saxtakar məntiqindən istifadə edər. Peyğəmbərimiz (s.ə.v) dövründə xalqa təsir edəcək, bədəvilərə təsir edəcək bir dil işlətdikləri üçün zəmin tapa bildilər. Xəlifələr dövründə ən böyük səhv, şeytan münafiq görünüşündə ayağına qədər gəldiyi halda, onu elmi yolla əzmədən buraxmaq olmuşdur.
Qadın əvvəlcə qarşısındakı insanın etibarlı olmasını istəyər. Normalda qadın ilk bir-iki dəqiqə ərzində o insanın etibarlı olub-olmadığını anlayar. Əksəriyyətlə danışığı deyil, üzdəki ifadəni əsas götürərlər. Gözdəki ifadə, səs tonundakı səmimiyyət və üzün ümumi ifadəsi qadınlar üçün ən mühüm dəlillərdir.
İngiltərə dərin dövlətinin Türkiyə və Yaxın Şərqə istiqamətli həmlələrinə diqqət yetirək. Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı Türkiyəyə qarşı təhrik etmə oyunlarını aradan qaldıraq. Türkiyə hər iki ölkə ilə də dostluğunu möhkəmləndirsin. Qardaş olaraq onlara sahib çıxsın. İran və Rusiya da bu məsələdə Türkiyəyə dəstək olsun. Bölgədə İngiltərə dərin dövlətinin təsirli olmasına elmlə, irfanla icazə verməyək.
Siqaretin zərərlərindən hər yerdə bəhs edilməsi lazımdır. Gənclərin siqaret çəkməsi çox böyük bəladır. Bir növ millətə hücum hökmündədir. Siqaretin tamamilə qadağan edilməsi lazımdır. Lazım gələrsə bu məsələdə referendum təşkil edilə bilər.
Süleyman Soylu, adı kimi soylu və igid dəliqanlıdır. Vətənpərvərdir. Dürüstdür. Özü əleyhinə qurulan tələlərə qarşı millət olaraq ayıq-sayıq vəziyyətdəyik. İngiltərə dərin dövlətinin çaqqallarının tələlərini elmlə, irfanla başlarına keçirdəcəyik.
MHP, Türkiyənin göz bəbəyi olan partiyadır. MHP kökü çöldə olan strukturu heç vaxt qəbul etməz. MHP-ni öz zəif ağılları ilə parçalamağa çalışanların oyununa qarşı olduqca həssas və diqqətliyik. MHP ana südü kimi ağdır, tərtəmizdir. Bu gözəl partiyaya İngiltərə dərin dövlətinin tərəfdarlarının əlinin uzanmasına qanunla, hüquqla heç vaxt icazə verməyəcəyik.
İngiltərə dərin dövləti hiyləgərcəsinə fəaliyyətlərini gizlədən strukturdur. 200 ildir ki, özünü quzu kimi göstərən əjdaha olaraq fəaliyyət göstərir. Bunların oyunlarına qarşı çox diqqətcil olmaları əhəmiyyətlidir. Xüsusilə siyasətçilər və bürokratların ayıq-sayıq olmaları lazımdır.
Ərəblərlə türklər qardaşdırlar. Bizi bir-birimizdən ayırmağa çalışan İngiltərə dərin dövlətinin oyununa düşmərik. Buna görə də, bir səhv olduğu zaman təkcə o səhvi edənin məsul olduğunu vurğulamaq əhəmiyyətlidir. Bir cəmiyyəti, xalqı, irqi kütləvi halda ittiham etmək doğru olmaz. Ərəb, kürd, türk, bosniyalı, hamımız birlikdə qardaş olacağıq, İslam Birliyini yaradacağıq inşaAllah.

Adnan Oktar deyir ki... 20 dekabr 2017> Click for more

Münafiq qorxaq və ürəksiz olduğu üçün həmişə cəsarəti gündəmdə saxlayar. Cəsarətdən danışmaq münafiqin ən bariz əlamətlərindən biridir.
Müsəlmanın hər cür gücü və qüdrəti münafiqə iztirab verər. Münafiqlərin hər hücumunda möminlər bir-birilərinin dəyərini daha yaxşı anlayar, bir-birilərini daha çox sevərlər. Möminlərin sevgisinin güclənməsi münafiqlərin içini yandırıb yaxar. Hz. Əlini, Osmanı, Həsəni, Hüseyni şəhid edənlər münafiqlərdir. Səbəbi də onların gücünə, qüdrətinə duyduqları həsəddir.
Münafiq hər an özünün ləyaqətsiz, şərəfsiz olduğunu bildiyi üçün bütün müsəlmanları tezliklə dağıtsa bundan xilas olacağını düşünər. Ləyaqətsiz, qorxaq olduğunu bilmək münafiqdə həmişə psixoloji gərginliyə səbəb olar. Bu gərginlikdən xilas olmaq üçün özünün cəsarətli olduğunu, müsəlmanların tezliklə dağılmasının lazım olduğunu söyləyər. Bir çox ittihamlar edər. Bu ittihamların səbəbi yaşadığı əzabı yüngülləşdirmək səyidir.
Qadın təhlükəsiz və hüzurlu mühitdə olduğuna inanarsa, namusuna, iffətinə, şərəfinə zərər gəlməyəcəyini anlayarsa güc, qüvvə qazanar. Ehtiras və eşq olduğu zaman, qadının dərisindən, səsindən, gözündən, aurasından dərhal başa düşülər. Allah sevgisinin və Allah qorxusunun olduğu mühit qadın üçün ən gözəl yaşanacaq mühitdir.
Ərəb-türk qardaşdır, ərəb-türk dostdur. Biz ərəbləri sevirik, onlar bizim canımızdır. Vaxtında İngiltərə dərin dövləti ilə kim əməkdaşlıq edibsə o əxlaqsızlıq etmişdir. Cinayətin şəxsi olma prinsipi vardır. Keçmiş nəsillərin etdiyindən bütün ərəblər məsul tutulmaz. Biz ərəblərlə hər zaman qardaş olacağıq, birlik olacağıq. Bizim üçün bütün irqlər dəyərlidir. Hökumətin ərəblərlə dostluq siyasəti doğrudur, əməkdaşlıq etməyimiz, ittifaq etməyimiz doğrudur. Ərəblərlə türklərin münasibətlərinin korlanması İngiltərə dərin dövlətinin oyunudur. Heç kim bu oyuna düşməməlidir.
Beynin içinə baxmaq imanı çox dərinləşdirər. Beynin içinə baxan insan maddəyə dair bütün inancını başdan nəzərdən keçirəcək. Bütün kainatı mərcimək boyda yerin içində görürük. Bunu görən insanın iman gətirməməyi qeyri-mümkündür.
Quranda bəhs edilən sevgi, həqiqi sevgidir. Sevgi 7-ci hissdir, insanların çoxu bu əsas hissi bilməz. Quran sevginin alt strukturundan və sənətindən bəhs edər. Necə sevgiyə nail olacağımızı göstərər. Evin ünvanını göstərər, vasitəni də göstərər. Quran yolları göstərdiyi üçün gedər sevgini tapar və coşğu ilə yaşayarıq. Sevgi ən yüksək əsas duyğudur, görməkdən, eşitməkdən, hər şeydən üstündür və kainatın yaradılış səbəbidir.
Hz. Osmanı, əhli-beyti şəhid edən münafiqlərin bədənindən istifadə edən şeytanla Axırzaman münafiqlərinin bədənindən istifadə edən şeytan eynidir. Münafiq ölər bədəni cəhənnəmə gedər, lakin bədənini işğal edən şeytan Qiyamətə qədər fəaliyyətə davam edər.
Münafiqlərdə kaftar xarakteri var. Kənardan müsəlmanların fəaliyyətlərini təqib edərək, axmaq xırıldamalarla həmlə etməyə çalışarlar. Əgər münafiqlərə Quranda bildirilən tədbirlər tam alınsa, münafiqlərin təsirli olması heç vaxt mümkün olmaz.
Münafiq müsəlmanları bölməyi istəyər və bir-birindən ayırmağa cəhd edər. Münafiq belə həmləyə keçdiyi zaman, müsəlmanların daha çox birləşməsinə vəsilə olar. Çünki möminlər müsəlman birliyinin dəyərini anlamış olar. Daha çox bir-birini sevər, daha çox bir-birini qoruyarlar.
İnsanların böyük hissəsi Allahın mövcudluğunu qəbul edir, lakin Allahı sevməkdən uzaq durur. Bizə bu qədər çox nemət verən, hər yeri bəzəyən, bizi bu qədər sevən Allahı sevməmək çox böyük günahdır. Bu qədər gözəlliyə nankorluq etmək çox qorxuncdur. Bu faciədir. Bunun düzəldilməsi üçün bütün dünyanı xəbərdar edək. Allahı sevirəm deyən birini demək olar ki, heç eşitmirik. Biz Allahı canımızdan, varlığımızdan daha çox sevirik. Dünyadan bu fəlakəti aradan qaldırmaq üçün bütün qüvvəmizlə səy göstərəcəyik.
Münafiqlər müsəlmanlardan ayrılanda müsəlmanların zəifləyəcəyini zənn edər. Halbuki Allah onların yerinə çox təmiz, güclü və qətiyyətli möminlər gətirər. Münafiq küfr əhlinə qarşı həqirdir. Mömin digər möminlərə qarşı təvazökar, küfr əhlinə qarşı sərtdir. Münafiq Allah yolunda səy göstərməz. Münafiq qınayanın qınamasından çox qorxar. Özləri qorxduğu üçün həmişə; "bax insanlar sizin üçün nələr deyir" deyərək müsəlmanları da narahat edəcəklərini zənn edərlər. (Maidə surəsi 54 - Ey iman gətirənlər! Aranızdan kim dinindən dönərsə, ALLAH (YERİNƏ) ÖZÜNÜN ONLARI SEVDİYİ, ONLARIN DA ÖZÜNÜ SEVDİYİ möminlərə qarşı təvazökar, kafirlərə qarşı isə “güclü və sərt”, Allah yolunda səy göstərən və qınayanın qınamasından qorxmayan cəmiyyət gətirər. Bu, Allahın lütfüdür, onu istədiyinə verər. Allah (rəhməti ilə) genişdir, biləndir.)
Qadını əzməyin mədəniyyət təməlini yaratmaq üçün yüzlərlə saxta atalar sözü yaradıblar. Qadını, insanı cəhənnəmə sürükləyən, fəlakətlərin əsas mənbəyi, uğursuz, namazı pozan, döyülməsi lazım olan, ağlı olmayan, hər dediyinin tərsi edilməli olan varlıq kimi göstərmək üçün min illik şeytani mədəniyyət yaradıblar. Bu şeytani məntiqi qəbul etmirik, bu şeytanı zehniyyəti elmlə, irfanla aradan qaldıracağıq inşaAllah.
Mən gənclərin Quranın meyarı çərçivəsində azad yaşamasını istəyirəm. Dinin azadlığından sonuna qədər istifadə edərək hər kəs rahat yaşasın istəyirəm. İnsanların üzərində onsuz da çoxlu yük var, daha çox yük qoymaq lüzumsuzdur. İnsanların azadlığını əlindən almaq, insanların sevincini, həyatını əlindən almaqdır. Rəsm yoxdur, keyfiyyət yoxdur, qadın yoxdur, əyləncə yoxdur, musiqi yoxdur, gülmək yoxdur, deyilən model şizofreniyalı quruluş yaranmasına səbəb olar. Gənclərin belə həyat yaşamasına imkan yoxdur. Biz dinin azadlıq olduğunu, bütün təzyiqləri aradan qaldırdığını insanlara yaşayaraq göstəririk.
Osmanlı Peyğəmbərimiz (s.ə.v)-in əmanətlərini İstanbula gətirməklə, o dəyərli əmanətləri oğurluqdan qorumuşdur. İngiltərə dərin dövləti müqəddəs əmanətləri Londona apara bilməməyin acısını yaşayır. Söhbət haşa oğurluqdan deyil, oğurluqdan qorumadan gedir.
İnsan, bədəninə şövq və həyəcan əmri verdiyi zaman bədən bu əmrə tabe olar. Məsələn, insan evində oturarkən, sənə miras qaldı deyilsə, heyrətamiz dərəcədə həyəcan bürüyür hər yerini. İnsanın istədiyi zaman özünü açması asandır. Həmişə sıxılıram, bezdim deyən insan bədəninə sıxılma və bezmə əmri vermiş olar. Allahın böyüklüyünü düşünən, şirkdən xilas olan insan isə dərhal açılar. Şirkə düşən insan sıxılmağa, bezməyə, həyəcansız yaşamağa məhkumdur. İnsan Allahı çox sevsə, Allah onu açar.
İnsanlar oyanma hissinin itiliyi ilə ölümü dəqiq başa düşər. Mömin ölümdən dirildiyi zaman; "çətin yuxu gördüm, indi normal həyata keçdim" deyəcək. Aclıq, yoxsulluq, xəstəlik, dərd, əzab olmayan dünyaya oyandığı üçün, bu dünyada yaşadığı həyat çətin yuxu kimi gələcək ona. Ölümdən sonra heç bir anda mömin üçün narahat olacağı, qorxacağı ən kiçik hadisə belə olmaz.
Quranla ziddiyyət təşkil etməyən hər sünnə gözəldir. Məsələn, yeməyə su ilə başlamaq sünnədir və faydalı gözəllikdir. Yeməkdən əvvəl əl yumaq sünnədir və doğrudur. Peyğəmbərimiz (s.ə.v) gül yetişdirirdi və həmişə yanında gül qoxusu daşıyırdı, bu da gözəllikdir. Saqqal sünnədir və gözəldir, lakin fərz deyil. Saqqalını kəsənin öldürülməsi deyə bir hökm qəbul edilməz. Sünnə ibadət deyil. İbadət Allahın əmridir, Allahın əmrinə əmr əlavə olunmaz.

Adnan Oktar deyir ki... 19 dekabr 2017> Click for more

İnsanların çoxu imanın kafi olduğunu zənn edir. Allahı sevirsənmi deyə sual veriləndə; "bəli, əlbəttə" deyir. Belə olmaz. Çox coşğulu, dərin, həyəcanlı eşqlə Allahı sevmək lazımdır. Allahı zəif sevmək çox böyük vicdansızlıqdır, çox böyük anormallıqdır.
İnsanın nankorluğu düşmən bilməsi və onunla mübarizə aparması lazımdır. Nankorluq hiyləgər əxlaq pozuntusudur. Dünyadakı bədbəxtliyin əsas səbəbi insanların Allaha qarşı nankorluğudur. Çox insan “inanım, yoxsa inanmayım?” düşüncəsindədir. Allahı sevməyə yanaşmırlar. Bir insana təkcə bir hədiyyə verilsə, səhər-axşam həmin insana təşəkkür edər, sevər, boynuna atılarlar. Lakin Allahı sevməyə haşa yanaşmırlar.
İnsanların bir hissəsi hər şeyi yaradanın Allah olduğunu görür, lakin haşa ikinci məsələ kimi görür. Halbuki insanın bütün diqqətinin Allahda olması lazımdır. İnsanlar Allaha uzaq olduqları üçün dünya can yandırıcı olur. Allaha uzaq olmaq çox böyük ayıb və yanlışdır. Allaha iman gətirənlərin hər şeyləri ilə Allahdan yana olmaları və Allahı çox güclü müdafiə etmələri çox əhəmiyyətlidir.
Şeytanın qadınlara kinli olmasının səbəbi istəmədiyi hər şeyin qadında olmasıdır. Şəfqət, səbir, ehtiras, sevgi, incəsənət. Şeytan bunların hamısına şiddətlə qarşıdır. Buna görə də, qadını təzyiqi altına almaq üçün əlindən gələni edər. Sol ideologiya içində də sağ düşüncə içində də qadının haşa ikinci dərəcəli varlıq olaraq görünməsi şeytanın mütəşəkkil hərəkətidir. Sol rejimlərdə qadın mexanikləşmişdir, ruhunu itirmişdir. Qadın kişi edilərək çökdürülər. Mövhumatçı quruluşda isə qadın tamamilə əzilərək, alçaldılaraq, insan yerinə qoyulmayaraq tamamilə iflic edilər.
Həsrət, Allahın yaratdığı xüsusi duyğudur. Beləliklə görüşə bilməmək əleyhinə olmur, həsrət sevginin daha da artmasına vəsilə olur.
Şeytan qadınlardan və qadın gözəlliyindən nifrət edər. Bir çox rəvayətdə qadın şeytan kimi göstərilər. Bunu insanlara təlqin edən şeytandır. Şeytanla qadının iç-içə kimi göstərilməsi, cəhənnəmin 99%-nin qadınlardan ibarət olduğuna dair xurafatların hamısı şeytanın uydurmalarıdır.
Müsəlmanların arasındakı bütün anlaşmazlıqları aradan qaldırmaq lazımdır. İran və Səudiyyə Ərəbistanı iki qardaş ölkədir. Yəməndəki müharibəni tezliklə bitirmək lazımdır. Müsəlmanlar Qurana görə qardaşdırlar. Bu qardaşlığı lazımınca yaşamaq əhəmiyyətlidir.
Münafiq, şeytanın ətə, sümüyə bürünmüş formasıdır. Şüuru qapalıdır, kompüter kimi özünə yüklənmiş şeyləri edər. Necə şeytanın tövbə etməsi deyə bir məsələ yoxdursa, münafiqin də dönüşü yoxdur. Qayya quyusunun dibinə yuvarlanaraq düşər.
İnsanın Allaha nə qədər sevgisi vardırsa, Allah onu o qədər sevər. İnsan Allah ilə nə qədər maraqlanırsa, Allah onunla o qədər maraqlanar.
Allaha diqqəti çox yaxşı yönəltmək lazımdır. Səmimi diqqət, səmimi sevgi, səmimi təslimiyyət əhəmiyyətlidir. İnsan gün ərzində hadisələrin təsiri ilə tez-tez diqqətini itirə bilər. Əgər insan diqqətini Allahdan yayındırmasa, bir çox gözəlliyə nail olar. Allahın bizdən nə istədiyini, ən mühüm gördüyü məsələləri Qurandan öyrənirik. Tam diqqətimizi Allaha yönəltdiyimiz zaman Quranı aydın şəkildə başa düşərik.
Münafiqin ləyaqətsiz və şərəfsiz olduğunu hər kəs bilər. Küfr əhli də münafiqlərin alçaq olduğunu bilər. Buna görə də, münafiqlərin yanına heç kim yanaşmaq istəməz. Quranda Samirinin təkbaşına buraxılması, münafiqlərin murdarlığı və iyrəncliyindən ötrü tənhalığa məhkum olmalarına işarə edən ayədir.
Küfr əhli münafiqləri heç maraqlandırmaz. Təki müsəlmanlar dağılsın istəyərlər. Münafiq küfr əhli ilə iç-içədir və onları dəstəkləyər, müsəlmanlar isə fəaliyyət göstərməsin, dağılsın istəyər, bütün enerjisini bu yöndə sərf edər.
Münafiq həyasız və üzsüz olduğu və din onun üçün əhəmiyyətli olmadığı üçün, münafiqlik məsələsini çox əhəmiyyətsiz görər. Mömin münafiqlik ehtimalı məsələsində heyrətamiz dərəcədə həssasdır. Münafiq isə çox ləyaqətsizdir və münafiqlik məsələsi onun üçün sanki zarafat kimidir.
Dünyanın 5-dən böyük olması üçün mütləq İslam Birliyinin olması əsas şərtdir. Buna görə də, Tayyib hocamın israrla İslam Birliyi çağırışı etməsi doğru və gözəldir.

Adnan Oktar deyir ki... 18 dekabr 2017> Click for more

Sevgini bilən insanı tapdığın zaman dünyadakı ən böyük xəzinəni tapmışsan deməkdir. Səmimi sevgini bilən heç vaxt tərk edilməz. Əgər sevgini biləni tərk edirsənsə, Allah bir daha qarşına sevgini çıxartmaz, səni şeytan təkbətək qoyar. Sevgi çox incə və təfərrüatlı ağılla ortaya qoyulan böyük sənətdir. Allah sevgini hər kəsə nəsib etməz.
Küsmək ağıllı hərəkət deyil. Qurana uyğun deyil. Qarşısındakı insanın müstəqil hərəkət etdiyini zənn etməkdən irəli gəlir. Hər şeyi yaradan Allahdır. Ağıllı dəyərləndirmə aparmaq lazımdır. Doğrunu söyləyərsən, düzəltməyə çalışarsan, lakin küsməyin mənası olmaz. Həyatın müvəqqətiliyini, taleyi, öz bədəninin həqiqi mövqeyini, qarşısındakı təsviri Allahın yaratdığını bilən, beynindəki təsvirlə danışdığından xəbərdar olan, küsməyin mənasız olduğunu bilər. Beynindəki təsvirə küsmək, baxdığın filmdəki bir xarakterə küsmək kimi gülməlidir.
Dinin xüsusiyyəti insanı yaxşı cəhətlərdən çox inkişaf etdirməsi və pisliyin qapısını tamamilə qapamasıdır. Din mənfi elektrik açarlarını qapayar, müsbət elektrik açarlarının hamısını açar.
Münafiq gözlə görünən şeytandır. Şeytanı görmək və anlamaq istəyən münafiqləri müşahidə edərək bunu əldə edə bilər. Münafiqin göstərdiyi axmaqca zəka şeytana məxsusdur. Münafiq özünün zəkalı olduğunu iddia edər. Lakin bu şeytan zəkasıdır, həm dünyada məhv olmalarına, həm də cəhənnəmə getmələrinə səbəb olar.
Təqva dinin hökmlərini səmimi yerinə yetirən insan deməkdir. Dürüst davranan insan deməkdir. Allahın hökmləri asandır. Allahın göstərdiyi asan dini ən gözəl şəkildə səmimi yaşayan insana təqva deyərik.
Mövlanaya aid olduğu iddia edilən kitablarda İslama konkret şəkildə zidd olan bölmələr var. Bu bölmələr bu kitablara sonradan başqası tərəfindən əlavə olunmuş ola bilər. Lakin açıqca İslamı rədd edən və homoseksuallığı, haram olan şərabı müdafiə edən bu bölmələr ingilis rumiliyi olaraq fəlsəfə halına gətirilmişdir. Bizim qarşı olduğumuz Anadolu mövləviliyi deyildir. Anadolu mövləviliyi dindar, mehriban, heç nəyə qarışmayan anlayışdır. İngilis rumiliyi isə İslamı aradan qaldırmaq üçün çıxardılmış batil fəlsəfədir.
Cənnətdə maddə ağıllıdır və hamısı insanın lehinə hərəkət edər. Məsələn, ağac yoldadırsa müsəlman keçərkən kənara çəkilər. Cəhənnəmdə də hər maddə oradakıların əleyhinədir. İnsan keçərkən ağac budağını boynuna dolayar, daş gəlib ayağına dəyər.
Türkiyə, Səudiyyə Ərəbistanı ilə İranın arasını düzəltsin, iki qardaş ölkəni uzlaşdırsın. Bütün gücümüzlə bu gözəllik üçün səy göstərək. İki tərəf də tək olan Allaha iman edir, Peyğəmbərimiz (s.ə.v)-ə itaət edir, eyni qibləyə dönüb namaz qılır. Dava edəcək heç nə yoxdur. Müsəlmanlar qardaşdır. Səudiyyə Ərəbistanı və İran iki güclü İslam ölkəsi dost olsa İslam Birliyinin ilk güclü addımı atılmış olar.
İmanda insanın üzündə fərəhlik, hüzur, təmizlik yaranar. Möminin etibarlı insan olduğu üzündən aydın olar. İnsanın şəxsiyyətsizliyi də dərhal üzündən aydın olar.
Cənnət əhli Quranla birlikdə yaradılmışdır. Mömin həmişə Quranla birlikdə yaradılar. Quran mömini tərk etməz. Hara getsə yanında Quran olar. Quran, mömin, iman, cənnət birlikdə yaradılar. İnsanlar ayrı-ayrı hissələrin birləşdiyini zənn edir. Belə deyil, hamısı bütöv olaraq birlikdə yaradılmışdır.
Gənclərin zehninin açılacağı şən mühitlər olması əhəmiyyətlidir. Gecə-gündüz dərs çalış, evə gəl internetə bax, bir az televizora bax, səhər qalx təkrar avtobus növbəsinə gir, gənclərin sevincini əlindən alan həyat olmamalıdır. Əyləncə gənclərin zehnini açan gözəllikdir. Gənclər dost olmalıdır, yoldaş olmalıdır, yaxşılığı, keyfiyyəti görməlidir, gözəl şeylər görməlidir, dolu-dolu yaşamalıdır. Bunlar hökmən pul tələb edən şeylər deyil, qəlb işidir bunlar. Əyləncə ruhun qidasıdır. Əyləncə, sevinc, fəallıq, sevgi olmadığı zaman gənclərin zehinləri qapanar, dəriləri və sağlamlıqları da pozular. Gənclərin əylənməsi, gülməsi, fəal, şən olması milli məsələ olaraq müzakirə olunmalıdır.
Möminin şeytanla açıq olaraq elmi mübarizəsi üçün münafiqin mövcud olması əsas şərtdir. Şeytan, iyrənc, alçaq məxluqun bədənindən istifadə etməyə başladığı zaman ona münafiq deyirik. Münafiq danışdığı zaman şeytanın səsini eşidirik, şeytanın məntiqini görürük. Mömin münafiqlə elmi yolla mübarizə apararkən bilavasitə şeytanla mübarizə aparmış olar. Münafiqlə elmi mübarizə ən yüksək savabı olan mübarizədir, çünki dəccaliyyətlə hərarətli elmi mübarizədir.
Müsəlmanın şəfqəti, mərhəməti, səbri, gözəl əxlaqı açıq olar. İbadəti açıq olar. İbadət gizli olan yanlış fəlsəfədir. Müsəlman namazı, orucu, zəkatı, gözəl əxlaqı, sevgisi, mərhəməti, şəfqəti ilə nümunə olmalıdır. İbadəti açıq yerinə yetirmək hal ilə təbliğdir. İnsanlıq deyə ayrı bir din yoxdur. Allahın endirdiyi haqq din var.
Müsəlmanın dindarlığını göstərməsi insanları təşviq etmək üçün əhəmiyyətlidir. Müsəlman açıq-aydın namaz qılmalıdır, açıq-aydın oruc tutmalıdır, açıq-aydın təbliğ etməlidir ki, bütün bu gözəl ibadətlərin yerinə yetirilməsini təşviq etməlidir. Allah dini kütləvi yaşanacaq şəkildə yaratmışdır. Dindarlıq gizli olar məntiqi, dini yaşamayan və ya yaşamaq istəməyən insanların, dini xatırlamamaq və dini yaşamadığını gizlətmək üçün yaratdıqları fəlsəfədir. Halbuki dinin açıqca yaşanması hal ilə təbliğdir.
Mehdi zühur etməyəcək deyənlər, İslam aləmi birləşsin də deyə bilmirlər. İslam aləmi birləşdiyi zaman başında mənəvi lider olacağı üçün sel kimi qan axdığı, müsəlmanlar mərhəmətsizcə əzildiyi və bu qanı dayandıracaq yeganə həll yolunun da İslam Birliyi olduğunu bildikləri halda, İslam aləmi birləşsin deyə bilmirlər.
Mömin üçün rahatlıq canının alınmasında başlayar sonra qüsursuz rahatlıq vardır. Ölümdən sonra mömin üçün narahat olacağı, həyəcan duyacağı heç nə olmaz. Narahatlıq yaşayacaq olan təkcə küfr əhlidir. Cəhənnəmin mövcudluğu möminlərin Allahın ədalətini görməsi və bu ədaləti görməkdən ötrü sevinməsi üçündür.
Mömin özü üçün dua edərkən, bütün möminlərə də dua etməlidir. Ey Rəbb, bunları mənə nəsib et deyərkən eynisini möminlərə də nəsib et demək gözəl olar.
Bir insana dindən bəhs etmək üçün sevgiyə, dostluğa açıqdırmı deyə baxmaq lazımdır. Firona, Nəmruda dindən bəhs edildiyinə görə, hər insana dindən bəhs edilməsi lazımdır. Lakin qarşındakı insanın ağlının açıq olub-olmadığına, sabit olub-olmadığına baxmaq əhəmiyyətlidir.
İran xalqı nur kimi tərtəmiz müsəlmandır. Bizim öz qardaşımızdır. Həyatları, dövlətləri hər şeyləri gözəldir. Allah dövlətlərini daimi etsin. Türkiyə ilə ittifaqları mübarək olsun. Allah dostluğumuzu möhkəmləndirsin, birliyimizi gücləndirsin. Rusiya, Azərbaycan bütün ölkələrlə ittifaq edərək bölgədə böyük İslam mədəniyyəti inşa edəcəyik inşaAllah. Biz nə müsəlman, nə xristian və musəvi qanı axsın istəyirik, bircə damla qan axmayan dünya istəyirik. Allah Mehdinin ətrafında toplaşmağı, İsa Məsihin mübarək tələbələri ilə birləşməyi, İslam Birliyinin bayrağı altında toplanmağı tezliklə nəsib etsin inşaAllah.
Allahın icazəsi ilə 2019-cu ildə Tayyib hocamı yenə bu millətin başına lider seçəcəyik. Elə 52% səslə deyil, ən azı 70% səslə Respublikanın rəhbəri olacaq inşaAllah.
Tayyib hocam bütün gücü ilə İslam aləminə sahib çıxmağa səy göstərir. Belə insanın şəxsinə dəstək verməmək vicdansızlıq olar. Siyasi müxalifət etmək olar, lakin milli lider kimi Tayyib hocamı dəstəkləmək vətən vəzifəsidir. Tayyib hocam müsəlmanlara bu qədər xidmət etdiyi halda, Tayyib hocamı zəiflətməyə çalışan bəzi camaatlar nankorluğun, xəyanətin, vəfasızlığın lüğəvi mənasının nə olduğuna açıb baxsınlar. Tayyib hocam bu vicdansızlığı edənlərə heç əhəmiyyət vermədən İslam Birliyi çağırışı etməyə davam etsin. 313 dəfə İslam Birliyini gündəmə gətirsin.
Tayyib hocamın hər danışığı müsəlmana yaraşan şəkildədir. Ən mühüm mövzuları vurğulayır. Mükəmməl hikmətlə həmişə İslam Birliyi çağırışı edir. Hər danışığı kitab olacaq xüsusiyyətdədir maşaAllah. Bəzi camaatlar, Tayyib hocamın müsəlmanlara nə qədər böyük xidmət etdiyini unudurlar. Müsəlmanların güvən içində yaşamasına, fəxrlə mən müsəlmanam deməsinə şərait yaratdı. Bu gözəl xidmətini unutmaq çox böyük vəfasızlıq olar.

Adnan Oktar deyir ki... 17 dekabr 2017> Click for more

Allahı zikr etməklə nicat tapmaq üçün tam səmimi itaətlə Allaha bağlanmaq lazımdır. Əks təqdirdə insanların xoşbəxt olması qeyri-mümkündür. Nicat tapmaq və xoşbəxtlik üçün Allaha qəlbən təslim olmaq, Allaha tam bağlanmaq əsas şərtdir.
Zər aləmində Peyğəmbərimiz (s.ə.v) Mehdini də, Mehdi tələbələrini də görmüşdür. Meracda da Mehdini görmüşdür. Buna görə də, Mehdi eyni zamanda Peyğəmbərimiz (s.ə.v)-in məsum olan səhabəsidir.
Siqaret çox zərərlidir, lakin qadınlara xüsusilə heç yaraşmır. İnsanın öz əli ilə özünü zəiflətməsi, zərər verməsi, çirkinləşdirməsi heç ağlabatan deyil.
Təbliğ edən insanın xarici görünüşü, mehribanlığı, keyfiyyəti, mədəniyyət anlayışı çox əhəmiyyətlidir. Məsələn, Şeyx Nazım sultanımız sadəcə rəftarı ilə minlərlə insanın imanına və İslama yaxınlaşmasına vəsilə olmuşdur.
İnsanın özünü inkişaf etdirə bilməsi üçün ruhunu tanıması, dünyanı anlaması lazımdır. Bunun üçün də din lazımdır. Din olduğu zaman dəyişən şəxsiyyət olmaz. Sabit, ağıllı, düzgün irəliləyən şəxsiyyət olar. Beləliklə, insan həmişə özünü inkişaf etdirə bilər. Başqa cür olduqda həyatında həmişə dəyişiklik olacağı üçün özünü inkişaf etdirməyə diqqətini yönəldə bilməz, həmişə başqa dərdlərlə məşğul olmaq məcburiyyətində qalar.
Keyfiyyətin inkişafı üçün Allahın sənətini görən və təqdir edə bilən insanlar olmalıdır. Bu da təkcə Quran müsəlmanlığının yayılması və yaşanması ilə mümkündür.
Azərbaycanın, İranın, Rusiyanın qapılarını açaq, blok dostluq paktı yaradaq. İngiltərə dərin dövlətinin iddiası; "İnsanlar bir-birini sevməz, həmişə müharibə istəyərlər, onları hissə-hissə bir-birindən ayırmaq lazımdır". Biz sevgi və dostluqla birləşərək, qardaşcasına gözəllik içində yaşayaraq bu oyunu tamamilə pozaq.
Əgər sıxıntı mineral çatışmazlığı, yorğunluq, az su içmək və ya yuxusuzluqdan irəli gəlirsə, buna qarşı fiziki tədbirləri almaq lazımdır. İmanı səbəbdən irəli gəlirsə insan Allah sevgisini, Allah qorxusunu, təvəkkülünü gücləndirməlidir. O zaman insan tez bir zamanda fərəhlik hiss edər.
Cəhənnəmdəkilərin ən böyük iztirabı Cənnət əhlinin xoşbəxtliyini görməkdir. Cənnət əhli isə cəhənnəmdəkiləri gördükləri zaman Allaha olan sevgiləri artır. Allahın ədalətinin tam təcəlli etdiyini görüb şükür edirlər.
Axırzamanda yaradılmış olmaq çox böyük nemətdir. Həm Mehdini, həm İsanı görəcəyimiz dövrdəyik. Dəccaliyyətlə elmi mübarizəni bilavasitə görürük. Mehdiyyətin bütün əlamətlərini gördük. Peyğəmbərimiz (s.ə.v)-in Axırzaman möcüzələrinin reallaşdığını gördük. Peyğəmbər (s.ə.v)-i çox sevirik deyənlərin Peyğəmbərimiz (s.ə.v)-in möcüzələrini ört-basdır etməyə çalışdıqlarını gördük. Təbliğ üçün kommunikasiya və texnologiyanın çox inkişaf etdiyi dövrü gördük.
Darvinistlərdən illərdir ki, təkamülü göstərən bircə fosil göstərmələrini istəyirik. Bu günə qədər tapılmış təxminən 700 milyon fosil var, bunların içində bir ədəd belə ara keçid fosili yoxdur. Ara keçid fosili yoxdursa təkamül də yoxdur. Təkamülün heç bir elmi dəlili yoxdur. Bircə zülal belə təsadüfən əmələ gələ bilməz.
Hara baxsaq böyük mükəmməllik görürük. Allah, mövcudluğunu çox dəqiq, aydın və sarsıdıcı aydınlıqda göstərir. Bütün təsvir Allaha məxsusdur. Sevgini O yaradır. Gözəlliyi, dostluğu, gözəl iydən, gözəl yeməkdən zövq almağımızı O yaradır. Xoşbəxtlik verən hər şeyi bizə verən Allahdır. Hər şeyin sahibi olanla, haşa, heç ünsiyyətdə olmamaq çox böyük nankorluq olar.
Şirk Allaha qarşı hörmətə heç yaraşmayan rəftardır. Hər şeyi edən Allah olduğu halda, heç bir gücü olmayan varlıqlara güvənmək çox böyük ağılsızlıqdır. Allah şirkin qarşılığını dərhal verər və insanı o büt qəbul etdiyi şeylə əzər, o bütü insan üçün mütləq bəlaya dönər.
Münafiqlər axmaqca Allaha tələ qurduqlarını zənn edirlər. Allah onlara tələ quraraq illərlə İslama xidmət etdirir, gəncliyini, həyatını həsr etdirir, tam məhv etdikdən sonra boş banka kimi tullayıb atır. Münafiqlərin belə axmaq vəziyyətə düşməsi müsəlmanlar üçün sevinc vəsiləsidir. Münafiqlər tarix boyu həmişə axmaq vəziyyətinə düşüblər.
İslam Birliyini istəyirəm demək, bütün müsəlmanlara fərzdir. İslam aləminin yeganə xilas yolu İslam Birliyidir. Birlik olmaq müsəlmanlara bolluq, güvən, zənginlik və hüzur gətirər.
Televiziyada, iclaslarda saatlarla müsəlmanların problemlərindən bəhs edirlər, bircə kəlmə; "İslam Birliyini istəyirik" demirlər. İslam aləminin bundakı anormallığı görməsi lazımdır.
Peyğəmbərimiz (s.ə.v) dövründə münafiqlər Roma hökmdarına məktub yazıb; "Məhəmməd vəfat etdi, indi hücum etsəniz müsəlmanları məğlub edə bilərsiniz" deyirdilər. Bir tərəfdən belə alçaqlıq edərkən müsəlmanları qoruduqlarını iddia edirdilər. Münafiq bu qədər axmaq və namərddir.
Münafiq öz aləmində müsəlmandan daha müsəlman iddiası ilə ortaya çıxar. Peyğəmbərimiz (s.ə.v) dövründə, əzilən, şəhid edilən müsəlmanları xilas etmək üçün möminləri cihada çağırdığı zaman dərhal Peyğəmbərə axmaqcasına ağıl verirlər. Hətta haşa Allaha ağıl verirlər. Niyə onu Peyğəmbər olaraq göndərdin, Mədinənin daha zəngin birinə peyğəmbərlik verməli deyildin deyirlər.
Səmimi olaraq müsəlmanların xilas olmasını istəyənin İslam Birliyinin fərz olduğunu söyləməsi lazımdır. Müsəlman ölkələrində həmişə yürüşlər keçirilir, iclaslar təşkil edilir. Lakin çox insan; "İslam Birliyini istəyirəm" deyə bilmir. Təkcə Tayyib hocam tez-tez İslam Birliyindən bəhs edir, müsəlmanları birlik olmağa çağırır. İslam Birliyi olsa nə Fələstin, nə Suriya, nə də İraqda, heç yerdə problem qalmaz. Qərb dünyasından biri çıxıb Suriya faktiki olaraq parçalanmışdır deyir. İslam aləmindən liderlər çıxıb; "nə parçalanması biz İslam Birliyini istəyirik" deyə bilmirlər. Saatlarla danışırlar, şüarlar atırlar, yürüyüşlər edirlər, söyləyəcəkləri təkcə 3 sözdür; "İslam Birliyini istəyirəm" deməlidir. Çoxu bunu deyə bilmir.
Anadolu mövləviliyi dindar, 5 vaxt namazını qılan, təvazökarlığa və sevgiyə əsaslanan anlayışdır. Bizim tənqidimiz ingilis mövləviliyinə istiqamətlidir. İngilis mövləviliyi küfrü qanuniləşdirən, haram olan şərabı halal göstərən, homoseksuallığı müdafiə edən anlayışdır. Anadolu mövləviliyini qəbul edən biri, ingilis mövləviliyini heç vaxt qəbul etməz, heç bir müsəlman bunların heç birini müdafiə edə bilməz, müdafiə edərsə küfrə düşmüş olar. İngilis mövləviliyi İslamı aradan qaldırmaq üçün ortaya çıxarılmış fəlsəfədir.
Münafiq ayə ilə danışar, lakin İslamdan, Qurandan və müsəlmanlardan nifrət edər. Lakin insanlar arasında etibar qazana bilmək üçün dindar kimi görünməyə çalışar. Təklikdə olduğu zaman dəstəmaz almaz, namaz qılmaz.
Münafiqin kini müsəlmanların yanından ayrıldıqdan sonra tam üzə çıxar. Münafiqlərin kinini Allah mütləq ortaya çıxardar və möminlərin arasından cəhənnəm əhlini mütləq ayırar.
Qəlblərində xəstəlik olanlar və münafiqlər çox şübhəçidirlər. Münafiqlər həmişə haqsızlığa uğradıqlarını iddia edərlər. Münafiq elçiyə görə deyil, öz qəribə düşüncəsinə görə hərəkət etmək istəyər. Münafiqlər Peyğəmbərin haşa ədalətsiz olduğunu iddia edərlər. Lakin özləri oğurluq edən, cinayət işləyən, dələduzluq edən tiplərdir.

Adnan Oktar deyir ki... 16 dekabr 2017> Click for more

Münafiqlər və qəlbində xəstəlik olanlar, möminlərin dinlərindən ötrü nemət itkisinə məruz qaldıqlarını iddia edərlər. Halbuki din insana həyatın bütün xoşbəxtliklərini gətirər. Lakin münafiq axmaq beyinlə dəyərləndirdiyi üçün bunu anlamaz. Mömin ağıllı və təvəkküllüdür. Qəlbində xəstəlik olan isə təvəkkülü ağıl olaraq görməz, həyatın reallıqlarına görə hərəkət etmək istəyər. Qoxumuş, saxtakar beyni ilə hadisələri ağıllı dəyərləndirdiyini düşünər. Gələcəyi qara-qara düşünər, necə tədbir alacağam deyər, bu axmaqlığı da ağıl zənn edər. Mömin isə Allah məni bu günə qədər necə gözəl yaşatdısa, bundan sonra da çox gözəl yaşadacaq deyər, təvəkkül edər.
Qəlbində xəstəlik olanlar və münafiqlər Quranı deyil, həyatın reallıqlarını əsas götürərlər. Dünyada bir çox insan həyatın reallığına görə hərəkət etdiyi üçün bu vəziyyət münafiqlər üçün çirkli üstünlükdür. Qəlbində xəstəlik olanlar yalana çox meylli olarlar. Məsuliyyət almamaq üçün çoxlu yalan danışarlar. Üzlərində yalançı axmaqlığı və çirki var.
Qəlbində xəstəlik olanlar çalışqan, dürüst, səmimi möminlərlə əlaqə qura bilməz. Laqeyd, şikayətçi, Allahı zikr etməyən, qeyri-sabit, möminlərdən uzaq insanlarla birlikdə olmağı üstün tutarlar. Minlərlə nemət vardırsa, əleyhinə olan bir şey vardırsa, onu vurğulayar. Xoşbəxt olacağı minlərlə şey vardırsa, bir dənə anlaya bilmədiyi bir şey vardır, onun üzərində dayanar, ümumi üslubu həmişə mənfidir. Münafiqlərə qibtə etmə, onların xəbərlərini izləmə, şüur altında onların qalib gəlməsini istəmə vardır.
Allah sevgisini biləni sevmək lazımdır. Büt sevən olsa, o fəlakət və əzaba dönər, Allah şirkdən mütləq intiqam alar. Dindarcasına, Allahı çox sevərək, Allahdan çox qorxaraq hərəkət etsən ehtirasın, eşqin qapısı açılar. Ehtirasın qapısı təkcə möminlərə açılar. Ehtirasdan alınan zövqün şiddəti insanın ağlı, imanı, Allaha yaxınlığı dərəcəsində artar.
Seçim etməkdə çətinlik olmaz. Allah insanın vicdanına ən doğru seçimi ilham edər. "Ya Allah, bismillah" deyib Allahın ilhamına görə, vicdana uyğun olaraq seçim edib tətbiq etmək lazımdır. Allahın vicdana ilham etdiyi seçim, ən doğru və ən xeyirlisi olar. Taledəki seçimi Allah insana etdirər.
Müsəlmanlar adətən diqqətini qəlbində xəstəlik olana verməz, lakin qəlbində xəstəlik olanlar adətən həmişə münafiqliyə sürüklənərlər. Bunlar əksəriyyətlə Allahı zikr etmək istəməyən, Allah yolunda xidmət etmək istəməyən, antisosial, möminlərdən uzaq dayanan insanlardır. Münafiqliyə sürüklənməyə başladıqları zaman üzlərində xoşagəlməzlik yaranar, insanda depressiyaya düşmə, tək qalma meyli olar və tez-tez ağlama meyli göstərər. Buna görə də, münafiqin çirkli doğuşuna səbəb olacaq hərəkətlərə də diqqət yetirmək lazımdır. Qəlbində xəstəlik olanlar bir-birilərinə güvənərlər, bir-birinin sirrini gizlədər, bir-birini qoruyar və bir-birilərini müsəlmanlar əleyhinə təhrik edərlər. Bunlar əksəriyyətlə passiv tiplərdir. Passivliklə müsəlmanları da passivliyə alışdırmağa çalışarlar. Bir problem olduqda müsəlman əleyhinə danışar, namərdliyə meyllidir dərhal müsəlmana cəbhə alar.
Allahı unudan insan dünyanın ən təhlükəli heyvanı olar. Allah o varlığın üzünü dünyanın ən qorxunc heyvanı halına gətirər. Heç bir heyvan nursuz, imansız, ağılsız münafiq qədər çirkin və qorxunc olmaz. Münafiqlər buna görə məxluqların ən bərbadı, ən murdar, ən qorxunc olanıdır.
İnsan Allahın fərqinə vardığı andan etibarən digər məsələlərin hamısı əhəmiyyətini itirər. Məktəb, iş, həyatın hər sahəsi zərurətdən ötrü maraqlandığı məsələlər halına gələr. Sonsuz güc sahibi varlıq səni alır, buraya gətirir, yeməyini, içməyini, danışmağını, nəfəs almağını təmin edir. O zaman əsas məsələ nə olar? Səni buraya gətirən olar. Yemək yeyər, lakin ağlı həmişə özünü bura gətirəndə olar. Allahı unudan insanın isə ağlı yox olar, nuru qalmaz, şüuru qapanar. İnsanları anormal hala gətirən Allahı unutmalarıdır. O zaman aqressiv, davakar, sevgisiz olurlar.
Müasir fizika ilə birlikdə zamanın nisbi olduğu göstərildiyi üçün talenin mövcudluğu elmi olaraq da təsdiq edildi.
Münafiq mövzusunu bağlayıb keçin, başqa mövzulara baxaq deyə düşünmək yanlış olar. Münafiqlə qarşılaşdığın zaman şeytanı yaxalamısan deməkdir. Şeytanı yaxaladığın zaman buraxmaq olmaz. Elmlə, irfanla şeytanın üstünə çökmək mühüm ibadətdir.
Münafiq robot varlıqdır. Münafiqlərin mövcudluğu möminləri şövqləndirər, əzmkarlığını və fəallığını möhkəmləndirər, birlik ruhunu gücləndirər, daha gözəl iş görmələrinə vəsilə olar. Münafiqlər sayəsində möminlər oynanılacaq potensial oyunları daha yaxşı görər. Münafiqin mövcudluğu möminlərin elmi mübarizədə daha dərin düşünmələrini təmin edər. Münafiqlə elmi mübarizədə möminin üfüqü genişlənər, ağlı açılar, savabı birdirsə min olar.
Möminin etdiyi hər şeydə xeyir vardır. Səhv etdiyi zaman da xeyir olmuşdur. Mömin üçün xeyirsiz şey olmaz.
Cəhənnəmin məqsədi möminlərin xoşbəxtliyidir. Allahın ədalətinin təcəlli etdiyini görüb xoşbəxt olmalarıdır. Cəhənnəm əhli ölü olaraq yaradılmış xüsusi məxluqdurlar.
Tayyib hocam Quran müsəlmanıdır. Quranın kafi olduğunu müdafiə edən və bilən insandır. Eyni zamanda bizim zəngin mədəniyyətimizi, İslamı, Arvasiyi, İmam Rəbbanini, Şeyx Nazım Kıprısiyi və bütün böyüklərimizi əlimizdən almaq və sonra bomboş tarix yaratmaq istəyən münafiq hərəkata qarşı da çox diqqətlidir. Bunlar daha sonra bütün cəmiyyətləri və təriqətləri də hədəf alan kütlələrdir. İngiltərə dərin dövlətinin hiyləgər oyununu gördüyü üçün diqqətli hərəkət edir və bunu etməkdə çox haqlıdır.
Qiyamətdən əvvəl yer üzündə dini əsər qalmayacaq. Quran göyə qaldırılacaq. Məscidlər meyxanəyə, əyləncə yerlərinə çevriləcək. Tək bir məscid qalmayacaq, məscidlər dağıdılacaq. Kəbə dümdüz ediləcək, təkcə ərazisi qalacaq.

Adnan Oktar deyir ki... 15 dekabr 2017> Click for more

Münafiqlərin sayı az olar, lakin tərəfdarları çox olar. Kaftarların arxasında onlardan qalan artıqlarla qidalanan qarğalar kimi münafiq tərəfdarları da özlərinə mənfəət əldə etmə həvəsi ilə onların arxasınca gedib, murdar qoxularına dözüb iyrənc həyat yaşayarlar. Müsəlmanların ağıllarından, vicdanlarından istifadə edib, bu cür alçaldıcı vəziyyətə düşməkdən qətiyyətlə imtina etmələri lazımdır.
İnsan Allahı dost olaraq sevməli və güvənməlidir. Allahı sirdaş tutmalıdır. Allahın onun sirlərini bildiyini bilməlidir, o da Allahın sirlərinə qısqanc olmalı, gizlətməlidir. Allaha həqiqi dost olmalıdır. Ən çətin vəziyyətdə, ən çıxılmaz vəziyyətdə qaldığı anda belə Allahı tərk etməməlidir. Allaha sədaqəti mükəmməl olmalıdır. O zaman Allah o insana dostlar, yoldaşlar şəklində sevgi kimi təcəlli edər, Allah onu təcəllilərinə sevdirər, sədaqət və vəfa göstərdər. Lakin insan Allaha qarşı sədaqət və vəfa göstərməsə, o zaman o təcəllilər bir anda onunla mübarizə aparan təsvirlərə çevrilər. Allah, Özü ilə mübarizə aparıldığı zaman, qullarını o insana müsəllət edər.
Öldükdən sonra müsəlmanlar üçün narahatedici, sıxıntı verici heç bir təfərrüat olmayacaq. Allah axirətdə müsəlmana hər cür sıxıntını haram edir. Maddəyə qula zərər verməmək əmri verilir. Möminin ayağına çınqıl belə narahatlıq vermir. Buna görə də, möminin canının alınmasından dərhal əvvəl hüzurlu olması çox əhəmiyyətlidir.
Gənclərin imani təhsilində ən böyük ehtiyac Quran möcüzələri və iman həqiqətlərindən çox başa düşülən şəkildə bəhs edilməsidir. Mühüm əhəmiyyətə malik bu məsələlərdən bəhs etməyib, sadəcə dini eposlardan bəhs edilməsi gənclərin imanında ciddi zəifləməyə səbəb olar.
İman olduğu zaman, Allaha dərin sevgi, dərin bağlılıq olduğu zaman həyatda hər şey çox zövqlü olur. Əşyalar, yeməklər, geyimlər, dostluqlar çox zövqlü hala gəlir. Hər şey bir anda məna qazanır.
Hal-hazırda dünyada yaşanan zülmlər ən yüksək səviyyəyə çatmış vəziyyətdədir. Suriya, İraq, Liviya, Əfqanistan, tamamilə yerlə-yeksan olmuş vəziyyətdədir. Digər Yaxın Şərq ölkələri də hər an dağılmaq üzrədir. Homoseksuallar küçələrdə əllərində bayraqları ilə rahat-rahat gəzirlər, yürüyüş keçirirlər. Darvinizm dünya miqyasında diktatura tərzində zorla qəbul etdirilməyə çalışılır. Bütün bunlara baxmayaraq, hələ də bir sıra şəxslər; "Dəccal yoxdur, müsəlmanlar hər yerdə hörmətlidir" deyə bilirlər. Bu da Dəccalın böyük həmlə etdiyinin göstəricisidir. Buna görə də, Tayyib hocamıza dəstək olmağımız çox əhəmiyyətlidir.
Ruhu zəif olan insanlarda Dəccalın hipnoz qüvvəsi üstün gəlir. Dəccal qarşısındakı insanları bu formada maqnetik təsir altına alır, onları idarə edə bilməyə başlayır. Zaman keçdikcə də bu insanlar robotlaşır, Dəccalın bütün əmrlərini sorğu-sualsız yerinə yetirməyə başlayırlar. Dəccal adamlarına; "buranı bombala, burada qarışıqlıq törət" dediyi zaman dərhal edirlər. Lakin üstün xarakterli, güclü ruha sahib, aurası güclü olan şəxslərə Dəccalın təsiri olmur. Məsələn, hz. İsa (ə.s)-ın aurası çox güclüdür, buna görə də, Dəccalın heç bir təsiri olmur. Hz. Mehdi (ə.s)-ın da aurası güclü olduğu üçün Dəccal zərər verə bilmir. Mehdi tələbələrinin də aurası yüksək olur. Allahın onları zər aləmində yaratması, auraları güclü olacaq şəkildə. Buna görə də, Dəccal Mehdi (ə.s) 313 tələbəsinə də qətiyyən təsir edə bilmir. Lakin şeytan və Dəccal münafiqləri çox sürətlə təsir altına ala bilir, ruhları, xarakterləri və şəxsiyyətləri çox zəif və gücsüz olduğu üçün. Papanın bu gün şeytanla bağlı verdiyi açıqlamalar Dəccalın bu təsirindən xəbərdar olduğunun dəlilidir.
Təbii ki, Qüdsdə hər zaman müsəlmanlar olacaq. Qüds müsəlmanların, xristianların, musəvilərin birlikdə ibadət etdikləri şəhər olaraq qalacaq. Əks istiqamətdəki düşüncə onsuz da heç vaxt qəbul edilə bilməz. İsrail hökumətinin ərazi sərhədlərində irəliləmək niyyətlərinin olmadığına dair rəsmi bəyanat verməsi gözəl olar.
Tayyib hocamızın bugünkü çıxışında; “Rəbbimin lütfü ilə batmayan günəşin doğmasına az qaldı” şəklindəki ifadələri bilavasitə mehdiyyətə işarə edir. Tayyib hocamızın yolu da xalis mehdiyyət hərəkətidir. Buna görə Allah bu qədər bərəkət, müvəffəqiyyət nəsib edir ona. "Batmayan günəşin doğması" ifadəsi həm hədislərdə, həm Nəcib Fazilin şerlərində, həm də Bədiüzzamanın əsərlərində açıq şəkildə mehdiyyət üçün işlədilir. Tayyib hocamızın üslubu da tam mehdiyyət üslubudur. Buna görə də, prezidentimizi Allah rizası üçün şəhidliyi gözə alaraq dəstəkləyirik.
Allahın dünyada çox sayda qadın yaratması Allahın möminlərə rəhməti, bərəkəti, lütfüdür. İnsanların yarısının qadın olması Allahdan çox böyük nemətdir. Qadın Allahın ən görkəmli, ən həyəcan verici nemətidir. Allahın ən gözəl təcəllisidir. Allahın Rəhman, Rəhim, Nur və Cəlal adlarının təcəllisidir. Qadın quzu kimi tərtəmizdir. Çox nəzakətli, nazənin varlıqdır. Qadını hər zaman şəfqətlə, mərhəmətlə, hörmətlə dəyərləndirmək lazımdır. Qadın eşqin, ehtirasın qapısıdır. Eşqi ən mükəmməl şəkildə yaşayacağımız, Allahın verdiyi mükəmməl nemətdir. Qadın Allahın təcəllisi olaraq sevilər. Qadını sevmək, qadına heyran olmaq Allahı sevmək, Allaha heyran olmaqdır.
Münafiqdə hər gözəlliyin ziddi vardır. Doğru danışmaq normal insanın xüsusiyyətidir, lakin münafiq dəlilik tərzində yalan danışar. Özünü böyütmək münafiqin xüsusiyyətidir. Öz qövmündən, öz millətindən utanmaq münafiq rəftarıdır. İngiltərə dərin dövləti, rumilik, homoseksuallıq təhlükələrini həmişə münafiqlər vəsiləsi ilə diaqnoz etdik. Dəccaliyyət müsəlmanlara qarşı həmişə münafiqlərdən istifadə edər. Cinayət meyli, türk millətindən nifrət, Tayyib hocamıza qarşı heyrətamiz qəzəb, həmişə münafiqlərdə var. Belə insanlarla Quranla mübarizə aparmaq fərzdir. Küfr əhli ilə, münafiqlərlə fikri mübarizə müsəlman üçün nemətdir.
Səbirli olmaq nəciblikdir, gözəllikdir, bərəkətdir. Səbirli olunduğu zaman, insan dostunu itirməz, sevgini, sevgiliyi qazanar. Səbirlə gözəllik yaranar. Səbir Allahın Cənnət üçün vəsilə etdiyi mühüm əsasdır.
Fosillər bütün dünyada dövlətlər tərəfindən gizlədilib xalqa göstərilmir. ABŞ-da, Rusiyada, hər yerdə fosillər üzərində oyun oynanır. Dövlətlərin əlində 700 milyondan çox fosil olduğu halda, hamısı anbarlarda gizli saxlanılır. Ən az 7 trilyon fosil də sərbəst halda təbiətdə var. Lakin bəzi fosil bölgələrinə giriş qadağan edildi. Hər yerdə yeni fosil çıxardılmaması üçün tədbir alırlar. Əgər fosillər darvinizmi dəstəkləyən mahiyyətdə olsaydı, bütün dövlətlər bu fosilləri nümayiş etdirərdi və nümayiş etdirməsini də zəruri edərdi. Lakin fosillər darvinizmin əsassızlığını sübut edən ən mühüm dəlillərdən olduğu üçün, hər yerdə dövlət yolu ilə insanlardan gizlənir.
Allah həmişə insanlarla birlikdədir. Hamımız Allahın ruhunu daşıyırıq. Allah bizə eşqi, ehtirası öyrədir. Allahın ən sevdiyi eşq və ehtirasdır. Allah eşqi və ehtirası əbədiyyən yaşamağımızı istəyir. Allahın bizi yaratmaqdakı əsas məqsədi budur. Eşqin içində mərdlik, fədakarlıq, səxavət, səbir, bağışlayıcılıq, təmizlik, nəzakət, mədəniyyətli və ədəbli olmaq, pak insan olmaq kimi çox müxtəlif zənginliklər var. Allah çox zəngin, böyük ruhun üzərinə hakim edir bu sevgi və eşqi. O zaman həyat məna qazanır.
Qadına Allah qorusun darvinist məntiqlə təkcə ət və sümük gözü ilə baxılsa, mənfəət əldə etmə istəyi ilə yanaşılsa, həqiqi sevgi və hörmət yaranmaz. Lakin qadın Allah qorxusu və Allah sevgisi ilə Allahın gözəl təcəllisi olaraq sevilsə, o zaman Allah əbədi sevgiyə açılan Allah sevgisini qadının qəlbinə yerləşdirər. İnsan sevdiyi və dəyər verdiyi qadında Allah eşqini sonsuz təcəlli olaraq tapar. Sonsuz sevgidə də heç vaxt azalma və tükənmə olmaz. Qadına Allah üçün hörmət edilsə, bu Allaha qarşı ibadət hökmündə olar. Allahın təcəllisi olaraq görüb qadına hörmət edilsə, Allaha qarşı hörmət edilmiş olar. Qadına Allahın təcəllisi olaraq sevgi, şəfqət bəslənilməsi, mərhəmət edilməsi həmişə ibadət hökmündə sayılar.
Baş nazirimiz çox dəyərli insandır. Sanki hz. Əli kimi, çox təvazökar, çox məzlum insandır. Üslubu çox dürüst, çox sakitdir, çox səmimi və şəndir. Heç bir dünya hərisliyi yoxdur. Xalqın arasından olan bir insan kimi çox səmimidir. Eynilə Tayyib hocamız da çox gözəl əxlaqlı, çox təvazökar insandır. Tayyib hocamızın üslubunda prezident olduqdan sonra da heç bir dəyişiklik olmadı, rəftarı heç dəyişmədi. Əvvəllər necə idisə, indi də eyni məzlumluqda, eyni təvazökarlıqda, eyni səmimilikdədir. Babaların, nənələrin əllərini öpüb alnına qoyur, xalqımızla diz çöküb yerdə yemək yeyir. Tayyib hocamın vətənə, millətə, davaya zərər ehtimalı olduğu zaman Allah üçün kin bəsləməsi də çox təbii haqqıdır.
Yaradılışı təmin edən təməl qüvvə ilə əlaqə çox əhəmiyyətlidir. Bu təməl qüvvənin hər şeyə hakim olduğu açıq-aydın görünür. Bu təməl qüvvəyə, əsas qüvvəyə, ən böyük qüvvəyə tam mənası ilə bağlanmaq və Onun dediklərinə görə, Onun istəklərinə görə həyatı yönləndirmək ən ağıllı davranışdır. Allaha və Qurana tabe olunduğu zaman həyat mükəmməl olar, əks təqdirdə həyat faciəyə dönər.

Adnan Oktar deyir ki... 14 dekabr 2017> Click for more

Türk-İslam birliyinin yaranması üçün Türkiyənin əvvəlcə, Rusiya və Azərbaycanla ittifaq etməsi lazımdır.
Hədislərdə hz. İsa (ə.s)-ın ərəb qızla evlənəcəyi bildirilir. Hz. İsa (ə.s) Axırzamanda olduğumuzu çox yaxşı bilir. Bəzi xristianların üçləmə inancının yanlışlığını, yəni özünün İlah olmadığını vurğulamaq üçün xüsusi olaraq evlənir. Hz. İsa (ə.s)-ın ikinci dəfə dünyada gəldiyi zaman övlad sahibi olmasının hikmətlərindən biri yenə İlah olmadığını vurğulamaq istəməsidir.
İxlas və səmimiyyət eyni mənalara gəlir. Səmimiyyət həyatın ən vacib, ən böyük əhəmiyyətə malik nöqtəsidir. Allah Quranda təkcə səmimi qullarının xilas olacağını bildirir. Dolayısilə Allah insanı səmimiyyətinə görə dəyərləndirər. Səmimi insana hər qapı açılar.
İslam əxlaqı bütün dünyaya hakim olduğu zaman texnologiya və elm coşacaq. Yeni ixtiralar ediləcək, yeni texnologiyalar yaradılacaq. Heç görülməmiş texnoloji alətlər istehsal ediləcək. Texnologiya həmişə yüksəlib ən yüksək dərəcəyə çatacaq. Bütün dünya Allah eşqinin insanlara nə cür gözəlliklər etdirə biləcəyini görəcək. 60-70 illik müddətdə bütün bu hadisələr yaşanacaq. Lakin İslamın pozulmağa başlaması ilə birlikdə texnologiyanın inkişafında da geriləmə baş verəcək.
Mahnıların bir çoxunda həmişə qadınlara dair sevgiyə, hörmətə uyğun olmayan, təhqir tərzində üslublar işlədilir. Qadınları (guya) alçaltma və onların dəyərini az göstərmə mənası daşıyan və ya bilavasitə olaraq bu mənaya gələn heç bir bəstənin yazılmasına icazə verilməməsi lazımdır. Bütün incəsənət xadimlərimizin bu mövzuda çox həssas olmalarını xahiş edirik.
Səmimi sevmək və səmimi sevilmək çox əhəmiyyətlidir. İnsanın ruhu təkcə səmimiyyətlə doyar. Sevirmiş təqlidi etmək insana çox əzab verər və çox yorucudur.
Axirətdə bütün fizika qanunları dəyişəcək. Cənnətdə maddə özü işıqlıdır, hər hansı işıq mənbəyinə ehtiyac yoxdur. Cazibə qanunu yoxdur. Cənnətdə istədiyimiz zaman uça bilərik, istədiyimiz vaxt yerə ayaq basıb yeriyə bilərik. Tamamilə istəməyimizdən asılı olacaq. Suyun altında üzərkən nəfəs alına bilər. Cənnətdə insan bədənində heç bir orqan olmayacaq, qan dövranı olmayacaq, insan ən mükəmməl surətdə əbədi yaşayacaq.
Allahı dərin sevsə, insan çox fərqli aləmdə yaşayar, bütün dünya o insana görə hərəkət edər. Bu, Allahın gizli sənətidir. İnsanlar bunu çox vaxt hiss etməzlər.
İnsanların çoxu mövhumatçılığı Allaha yaxınlıq zənn edir. Özünə əziyyət verməyi dindarlıq kimi bilirlər. İnsanların mövhumatçılıqdan xilas ola bilməsi üçün Quranın kafi olmasından bəhs edilməli və bu yanlış inancın Quranla ziddiyyət təşkil etdiyini göstərmək lazımdır.
Şeytan münafiqləri müəyyən yolla mütləq əsas struktura, həmin an dünyadakı dəccal qüvvəsi hansıdırsa ora bağlayar. Münafiqdə ağıl yoxdur, sadəcə şeytanın ilhamı ilə zəkalıdır. Şeytan heyrətamiz dərəcədə ağılsızdır, lakin çox zəkalı varlıqdır. Axmaq duyğusallığı vardır. Allahı çox sevdiyini iddia edər, lakin eyni zamanda haşa Allaha ağıl öyrədər. Tam psixopat xarakteri vardır. Cəhənnəmdə belə ədabazlıqda qətiyyətli olur, əl çəkmir.
Dünyadakı əsas elmi mübarizə mehdiyyət və dəccaliyyət arasındadır. Təkcə bir dəccaliyyət var, o da İngiltərə dərin dövlətidir. Diqqəti bu hədəfdən yayındırmamaq əhəmiyyətlidir.
Sonsuzluq anlayışını çox yaxşı düşünmək lazımdır. Bunu anlamaq üçün insanın dəlillər üzərində düşünməsi lazımdır. Bəlkə bütün kainat cənnətdəki gilas ağacının meyvəsindəki tək bir atomun içindədir. Allahın gücünü belə nümunələrlə düşünmək əhəmiyyətlidir. Bu gücə tabe olan insan o gücün bütün imkanlarından Allahın istəyi ilə istifadə edə bilir. O zaman insan daha nə istəyə bilər? Allahın gücünə tam təslim olmaq heyrətamiz nemətdir.
Sonsuz ağıl sahibi olan Gücün sonsuz gücünün ölçüsünü çox yaxşı təqdir etməyə çalışar, bütün diqqəti və sevgini Ona yönəltsən həyatın həqiqi mənasını qazanar. O zaman həyatının və özünün necə dəyişdiyini görərsən. İnsanların laqeydliyinə heç vaxt reaksiya verməmək çox əhəmiyyətlidir.
Heyvanlara əziyyət verənlərin mütləq xalqa tanıdılması lazımdır. Ağzı dili olmayan heyvana əziyyət verəcək dərəcədə psixopat olan birinin cəmiyyət içində tanınmadan gəzməsi düzgün olmaz. İnsanların həmin insanı tanıması lazımdır.
Özünü bəyənməyən çirkin kişilər, gözəl olmayan qadınlar, homoseksuallar, yetərsiz olan kişilər və ya nəzakəti, mədəniyyəti əksik olduğu üçün gözəl qadına nail ola bilməyəcəyini düşünənlərin hamısı qadın gözəlliyinə və dekolteyə qarşıdır. Bu olduqca geniş təbəqədir və bu zehniyyət qadın azadlığını aradan qaldıran sistem yaratmışdır. Özünü bir məsələdə yarım hesab edən insan bu barədə həmişə düşünər və özünün olmayanın heç kimdə də olmasını istəməz.
Münafiqlər Allahı sevmədikləri üçün insanları da sevməzlər və tənha yaşayarlar. İnsanların onlardan iyrənməsi də münafiqləri anlaya biləcəyimiz yollardan biridir. Allah münafiqlərə ilkin cəza olaraq tənhalığı vermişdir. Quranda qeyd edilən Samiriyə toxunulmaması hökmü də, münafiqlərin adətən xəstə və murdar olmasına işarə edir.
Hər şeyin sonu olduğunu bilmək insanın məqbul olmasını təmin edər. İnsanı Allaha yönəldər. Gəncliyin bitəcəyini bilmək, insanların böyük hissəsində olan eqoistliyi, nankorluğu, mərhəmətsizliyi, dünya hərisliyini, Allaha şirk qoşma məntiqini əzər. Xəstəlik də, ölüm də Allahın insanların doğru yaşaması üçün aldığı tədbirdir.
Bəzi müsəlmanlar küfr əhli ilə də, münafiqlərlə də elmi mübarizə aparmaq istəmir. Münafiqlərlə mübarizə məsələsindən narahat olurlar. Belə şəxslər əsasən namazdan da uzaq dayanır və qətiyyən əziyyətə, elmi mübarizəyə talib olmurlar. Bu, qəlbində xəstəlik olmasının əlamətidir.
Yaxşı, dürüst, səmimi, vicdanlı insanın Cənnətə getməsini ümid edərik. Lakin qəti şəkildə Cənnət əhlindəndir deyə bilmərik. Bunu demək üçün vəhy lazımdır.

Adnan Oktar deyir ki... 13 dekabr 2017> Click for more

Keçmiş və gələcək tək bir an içindədir. Sonsuz əvvəl və sonsuz sonra Allah dərgahında tək bir an içindədir. Bu mövzu Allahın böyüklüyünü düşünməkdə mühüm dəlildir. Allahın şənini layiqincə təqdir etmək əhəmiyyətlidir. Allahın böyüklüyünə dair dəlilləri görmək və yaxşı düşünmək lazımdır. Əgər dar düşünsən bu həyatına bədbəxtlik, bərəkətsizlik, narahatlıq kimi əks olunar. Dar düşünsən Allah həyatını daraldar.
Münafiq iyrənc məxluqdur. Allah münafiqlərlə elmi yolla mübarizə aparın dediyi üçün ibadət olaraq münafiqlərlə münasibətdə oluruq. İsrarla münafiqlərlə bağlı mövzunu gündəmdə saxlamaq bütün İslam aləminin gələcəyi üçün mühümdür.
Gənclər Quran müsəlmanlığı ilə yaşamaq istəyirlər, hamısı dostluq, sevgi, bacı-qardaşlıq, keyfiyyət, sevinc, azadlıq istəyir. Gənclərin bu gözəl tələblərdə israr etməsi bizim elmi işlərimizin gözəl nəticəsidir.
Allah insanların tam olmayacaq dedikləri vaxtda qurtuluşu yaradar. Hz. Musa və yanındakılar dənizin kənarına gəlir, ələ keçirildikləri düşündükləri anda Allah onları xilas edir. Bu, imtahanın bir hissəsidir. Mehdi də insanların; "artıq çox gecikdi, artıq Mehdi zühur etməyəcək” dedikləri dövrdə zühur edəcək. Xüsusilə münafiqlər "mehdiyyət yoxdur, olsaydı zühur edərdi” deyə ümidsizlik yayacaqlar, lakin mütləq mehdiyyət haqq olaraq zühur edəcək. (Xalq tam zühurdan ümidini kəsdiyi anda Mehdi zühur edəcəkdir! Onun dövründə yaşayıb ona kömək edənlərə necə xoşbəxtdirlər! MEHDİYƏ DÜŞMƏNÇİLİK BƏSLƏYİB, MEHDİYƏ VƏ ONUN ƏMRİNƏ QARŞI ÇIXANLARIN VƏ MEHDİNİN DÜŞMƏNLƏRİNDƏN OLANLARIN VAY HALINA! (Şeyx Məhəmməd ibn İbrahim Numani, "Qeybəti Numani", səh. 301)
Ən gözəl bərəkət imandır, Allahı səmimi-qəlbdən sevməkdir. Allahı həqiqi sevmə formasını dünyada çox az insan bilər. İnsanların çoxu Rəbbimiz deyər, ağlayar, səcdəyə qapanar, uca səslə dua edər, lakin Allahın yaxınlığını və hər şeyin sahibi olduğunu anlaya bilməz. Bir də ağıllı, ağlabatan, hər sözü, hər hadisəni yaradanın Allah olduğunu bilən müsəlmanlar var. Məhz belə müsəlmanlar ayrı aləmdədir. Onların hər işi rast gedər, hər istədikləri olar. Hər işlərində xeyir vardır.
Müsəlmanlar dünyanı ağıllı formada ölçüb-biçmələri lazımdır. Təkcə küfr əhli, münafiqlər, müsəlmanlar vardır deyə düşünmək doğru deyil. Qəlbində xəstəlik olanlar da var. Qəlbində xəstəlik olan özünün kefi və mənfəəti ilə əlaqəli olaraq İslama yaxınlaşar. Belə birinə güvənmək çox böyük səhv olar. Bu xarakterdəki insanlar üçün İslamın, müsəlmanların mənfəəti deyil, öz mənfəəti əsasdır.
Bəzi müsəlman görünüşlü insanlar o qədər öz rahatlığına düşkün olur ki, münafiqlə bağlı ayələri eşitməyə belə dözə bilmirlər. İslama, Qurana söz deyildikdə vecinə olmur. Özünə söz deyilsə dərhal reaksiya göstərər. Bu çox çirkin əxlaqdır.
Eqoist insanlar olduğu müddətcə kapitalizm zəifləməz. Kapitalizm eqoist insanları qidalandıran sistemdir. Kapitalizm və kommunizmin fəlakətlərinin tam mənası ilə aradan qaldırılması mehdiyyət dövründə olacaq.
Qurana görə Allah musəvi, xristian qadınlarla evlənə bilər, onlarla ailəliklə yaxınlaşa bilər, yeməklərini yeyə bilərsiniz deyir. Düşmənin olanın yeməyini yeməyəcəyinə, evlənməyəcəyinə görə deməli, Quranda musəvilərə, xristianlara qarşı düşmənçilik yoxdur. Həmçinin Quranda sinaqoqların və kilsələrin qorunmasının lazım olduğu da bildirilir. Bütün bu ayələrə görə musəvi və xristian düşmənçiliyi İslamda yoxdur.
Açıq şüurlu insanın Allahı inkar etməsi qeyri-mümkündür. 10 saniyə belə bu cür yaşaya bilməz. İnkar qapalı şüurda yaranar. Belə varlıqları Allah xüsusi olaraq yaradar.
Ağlı zəif, nəzakətsiz, bəsit olan bəzi insanlarda kürd deyildikdə ağlına PKK gəlir. Bu onların axmaqlığından və cahilliyindəndir. Kürd, türk, çərkəz, laz, hamısı Türkiyənin təməl elementləridir. Hamımız bir-birimizə qarışmış vəziyyətdəyik. Hamımız hz. Adəmin övladıyıq. İrq əsaslı yanaşma tərzi Qurana uyğun deyil. Kürd canlarımızı öz aləmində aşağı hesab edən zehniyyətdəkilərin əxlaqsızlığına heç fikir verməyə ehtiyac yoxdur. İslamda kürdlərin ayrı yeri var. Böyük mücəddidlər, müctəhidlərin böyük hissəsi kürddür. Mənim ustadım kürddür. Mədrəsələrin qalası kürd canımızın olduğu torpaqlardır. Kürdlər çox dindar və alicənab olduqları üçün dəccaliyyət onları birinci dərəcə olaraq gördü və hədəf aldı. Dinsiz, imansız PKK-nı onlara müsəllət etdi. Lakin kürdlər aslan kimi dimdik ayaqdadırlar, dindar və güclüdürlər maşaAllah.
İslam aləminin daha kiçik hissələrə ayrılması deyil, birlik, bütövlük istəməsi lazımdır. İrqə əsaslanan kiçik hissələr yaratmaq, İngiltərə dərin dövlətinin asan udacağı tikə halına gəlməkdir.
Allah sonsuz gözəllikdir. Biz Allahı heç vaxt Allahın Özünü bildiyi kimi bilə bilmərik. Cənnətdə Allah təcəlli etdiyi zaman Onun gözəlliyindən hər kəsin nəfəsi kəsiləcək.
Münafiq Peyğəmbərin yanından ayrılarkən haşa Peyğəmbərin fitnəsindən uzaqlaşdığını söyləyər. Peyğəmbərin yanından ayrılarkən cəhənnəmin dibinə gedir, lakin dərk etmir. (Tövbə surəsi, 49: Onların bir hissəsi: "Mənə icazə ver və məni fitnəyə salma" deyər. Xəbərin olsun, onlar fitnənin (düz) içinə düşüblər. Şübhəsiz ki, cəhənnəm, o inkar edənləri mütləq hər tərəfdən əhatə edəcək.)
Münafiq müsəlmanlara zərər vermək, darvinizmi, məqsədsizliyi və hər cür rəzaləti müdafiə etmək, möminlərin dağılmasını təmin etmək və dinin əleyhinə olan dəccaliyyətlə əməkdaşlıq etmək üçün müsəlmanların yanından ayrılır. Bunu edərkən də yaxşılıq istəyirik deyə and içərlər. Peyğəmbərin yanından ayrılıb hər cür həyasızlığı edərlər, lakin biz İslama xidmət etmək istəyirik deyə and içərlər. (Tövbə surəsi, 107: Zərər vermək, inkarı (möhkəmləndirmək), möminləri ayırmaq və daha əvvəl Allaha və elçisinə qarşı müharibə edəni gözləmək üçün məscid inşa edənlər və: "Biz yaxşılıqdan başqa şey istəmədik" deyə and içənlər (var ha,) Allah onların həqiqətən yalançı olduqlarına şahidlik edir.)
Münafiqlərin daxil olmadığı cinayət növü, etmədiyi ləyaqətsizlik yoxdur. Oğurluqla dolanar, fırıldaqçılıq edər, lakin müsəlmanları islah etmək iddiası ilə ortaya çıxar. Özü ləyaqətsizlik içində üzərkən müsəlmanları düzəltmək istədiyini irəli sürər. (Bəqərə surəsi 11-12: Özlərinə: "Yer üzündə fəsad törətməyin" deyildiyi zaman: "Biz təkcə islah edənlərik" deyərlər. Bilin ki; həqiqətən, əsas fəsad törədənlər bunlardır, lakin dərk etmirlər.)
Peyğəmbərimiz (s.ə.v) dövründə, normalda işsiz-gücsüz küçədə gəzən boş insanlar olan münafiqlər Peyğəmbərimiz (s.ə.v)-in yanında zənginliyi, bərəkəti gördükdən sonra lovğalandılar. Bu lovğalıqları bir müddət sonra Peyğəmbərimiz (s.ə.v)-ə qarşı kin bəsləmələrinə səbəb oldu. Qənimətlərdən onlara verilmədikdə isə acı dilləri ilə haşa Peyğəmbər (s.ə.v)-i tənqid edirdilər. Özləri üçün xərclənilməsini istəyirlər, İslama qəlbi yaxınlaşacaqlar üçün xərclənilməsini istəmirdilər. (Tövbə surəsi, 74: Halbuki, qisasa cəhd etmələrinin, özlərini Allahın və elçisinin bol lütfündən zəngin etməsindən başqa (səbəbi) yox idi.)
Münafiq çox qısqancdır. İslama və müsəlmanlara qarşı dəlisov qəzəb bəsləyər. Müsəlmanların dağılmasını İslamın dayanmasını istəyər. Quranın əmr etdiyi məsələlərdən danışılmasını qətiyyən istəməz. Münafiqi izləyərək şeytanın hansı mövzulara çox fikir verdiyi başa düşülər. Münafiq hansı mövzuda narahat olursa, narahat olduğu o mövzunu misli ilə etmək lazımdır.
Qadınlar şərəfi, namusu çox yaxşı bilərlər. Qadını yönləndirmək lazım olduğu düşüncəsi çox yanlışdır. Birinin çıxıb bunu geyməlisən, buraya getməlisən, bunu etməməlisən deməsinə ehtiyac yoxdur. Mömin qadın öz vicdanı ilə doğrunu, yanlışı və özünü necə qoruyacağını bilər. Qadınların xoşbəxtliyinə heç nə təsir etməsin. Öz qaydalarını özləri qoysunlar. Cəmiyyətin, məhəllənin, insanların özlərinə qayda qoymasına icazə verməsinlər, təzyiqə boyun əyməsinlər. Quranın qaydaları hər kəsə kifayət edər. Müsəlman üçün Qurandakı azadlıqdan başqa həyat olmaz. Quran üstəgəl cəmiyyətin qaydası, Quran üstəgəl yanlış adətlər, demək həyatı zəhər etməkdir. Təkcə Quranın sərhədləri kafidir.
İnsan ruhu səmimiyyətə görədir, səmimiyyəti gördüyü zaman ruh rahatlayar. Səmimiyyətsiz olan hər şey insanı çirkləndirər. Mömin səmimi olduğu zaman ən gözəl rəftarı göstərər. Allah səmimi olana kömək edər.
İnsanların gözəl yaşaması lazım olduğu halda, həyatları ancaq avtobus dayanacaqlarında, məktəblərdə taxta oturacaqlarda, bədbəxtlik içində keçir. Bunun əsas səbəbi dünyada dəccaliyyət həmləsi olmasıdır. Dəccaliyyət kimi sevginin əleyhinə olan hərəkətlər güclü həmlə edər və sevgini boğarlar. Sevginin olmadığı mühitdə insanların xoşbəxt yaşaması əsas olmaz, gözəlliklər aradan qalxar, qadınlar əziyyət görər, həyatın hər sahəsində ruh və canlılıq yox olar. Bu fəlakətlər mehdiyyətlə aradan qalxacaq. Mehdiyyətdə hər şey dirilər, hər şey canlanar, hər şey ehtişam qazanar. Həyat həqiqi həyat halına gələr.
Əvvəllər İslamdan bəhs edən kitablar eyni cür, keyfiyyətsiz kağızda dərc edilirdi. Kitablarda incəsənətdən istifadə etmək, İslamdan bəhs edərkən incəsənəti önə çıxartmaq bizə nəsib oldu.
Hüceyrə, atom, hamısı çox sakitdir, çox səmimidir, təkcə Allaha təslim olub yaşayırlar. Atomlar 15 milyard ildir ki, heç nəyə ehtiyac duymadan Allah deyərək fırlanırlar. Mömin də çox səmimi və rahat olsa, Allaha dostcasına və hüsnü-zənlə yaxınlaşsa, Allah ona dostcasına yaxınlaşar. İnsan Allaha necə yaxınlaşırsa, Allah insana elə yaxınlaşar.
Çiçəklər qadın kimi gözəl varlıqdır. Çox təmizdirlər, çox gözəldirlər, məsumdurlar, hörmətcildirlər, Allahın sənətini göstərməkdə çox coşğuludurlar, Allahın mövcudluğundan insanlara bəhs etməkdə sevinc içindədirlər. Çiçəklərin mövcudluğu çox böyük nemətdir.
Qüds siyasi mərkəz halına gətirilməsin. Şəhərdən 30 kilometr kənarda Fələstin və İsrail öz bölgələrində Qüdsü paytaxt elan etsinlər. Lakin şəhərin tarixi quruluşuna heç toxunulmasın. Diplomatik missiyalar ən az 30 km kənarda olsun. Qüdsün mərkəzi ibadət şəhəri olaraq qalsın. İsrail rəsmi bəyanatla birləşdirmə niyyəti olmadığını açıqlasın. ABŞ da rəsmi bəyanatla mövcud xəritənin dəyişdirilməsini qəbul etmərik desin. Birləşdirilmə ehtimalının olmadığı rəsmi bəyanatlarla təsdiq edilsin. Xəritənin dəyişdirilməyəcəyinə zəmanət verildikdən sonra Şərqi Qüds Fələstinin, Qərbi Qüds İsrailin paytaxtı olsa problem olmaz.

Adnan Oktar deyir ki... 12 dekabr 2017> Click for more

Münafiqlər şərt qoyaraq iman edərlər. Ayədə; "çıxılacaq yol onlara uzun gəldi, qısa yol olsaydı mübarizə aparardılar" deyə bildirir Allah. Uzun vəd münafiqin xoşuna gəlməz. Müsəlman İslam hakim olsa da, olmasa da ömrünün sonuna qədər İslamdan bəhs etməklə məsuldur. Münafiqi isə məqam, mövqe, pul sahibi olmaq maraqlandırar. Bu qədər vaxt sonra nemətə qovuşub-qovuşmayacağına baxar. Qovuşa bilmirsə dərhal iyrənc üzünü göstərər.
Münafiqlərin mövcudluğu möminlərin diqqətinin açılması üçün əhəmiyyətlidir. Münafiqin hücum etdiyi məsələləri görüb bu məsələlərdə lazımi tədbirləri görmək möminləri daha da gücləndirər. Münafiq kimi müsəlmanlara hücum edən yoxdur. Buna görə də, münafiqlə elmi mübarizə çox məqbul və dəyərli ibadətdir.
Sevilənlə sevən arasındakı əlaqəni Allah yaradar. Allah sevgini ortaq yaratdığı üçün onun elektrikini ona, onun baxışının gözəlliyini onun baxışına ötürər, qarşılıqlı nur alış-verişi olar və təbii olaraq bir-birini sevərlər. Arada məsafələr də olsa Allah səmimi sevginin elektrikini bir-birinə çatdırar. Lakin gənc qızı sevənin onun azadlığına müdaxilə etməyəcəyinə, namusuna, iffətinə, dininə, imanına, canı bahasına sahib çıxacağına dair mütləq zəmanət verməsi lazımdır.
Münafiq xüsusi yaradılmış məxluqdur. Qəlbən pislikdən heç vaxt peşman olmaz və əl çəkməz. Lazımi elmi mübarizə ilə murdar fəaliyyətləri dayandırılar, lakin səmimi peşmançılıq yaşamaz. Buna görə də, Allah onları təcrid olunmuş və tək yaşamağa məhkum edir.
Cəmiyyət təzyiqi mərhəmətsizdir. Bəzən insanlar bu təzyiq qarşısında pərişan vəziyyətə düşürlər. Zəngin deyildirsə özünü zəngin göstərməsi lazım gəlir. Xoşbəxt deyildirsə, xoşbəxt təqlid etməsi lazım gəlir. İnsanların üzərindən bu təzyiqləri tamamilə aradan qaldırıb həqiqətən xoşbəxt və rahat olmalarını təmin etmək, hər cür məcburiyyətdən xilas olmalarına imkan yaratmaq lazımdır.
Müsəlmanların birlik olması yaxşı insanların birlik olması mənasındadır. Döyüşlərin, gərginliyin bitməsi, gözəlliyin, keyfiyyətin, düzgünlüyün hakim olmasıdır. Gecə küçəyə çıxmaqdan narahat olmayacaqsan, qapını döyəcəksən xoş gəldin deyəcəklər söhbət yaradılacaq. Hal-hazırda dünyada belə güvən yoxdur. Cənnət güvən və sevgi üzərində qurulmuşdur. Dünyada da bu sevginin, dostluğun, hüzurun təcəlli etdiyi gözəllik olmasını istəyirik. İslam Birliyi olduğu zaman sevgi dünyaya hakim olacaq. Hər gün dava, hər gün cinayət, hər gün həyat bahalılığı, hər gün ağrı, əzab, rəzalət xəbərləri dərc olunur. Artıq nə incəsənət, nə də gözəllik xəbəri olur. Çünki dəccaliyyət dünyaya uzun müddətdir hakimdir. Mehdiyyətin əks elmi həmləsi yeni başlayıb və ildırım sürəti ilə dünyaya hakim olacaq inşaAllah.
Münafiq öz əxlaqsızlığını ört-basdır edə bilmək üçün müsəlmanlara böhtan atar. Özü dağıldığı və münafiq deyə qəbul edildiyi üçün bütün müsəlmanların dağılmasını istəyər. Sonunda yorğun olar, tək qalar və Allah onları hər vəziyyətdə əzər. Tək yaşayıb qotur it kimi tək ölmək Allahın münafiqlərə verdiyi cəzadır.
Allahın gücünü unutmamaq çox əhəmiyyətlidir. Bəzi insanlar Allahı xatırlayır, lakin qorxur, təlaşa qapılır, insanların dedikləri onlara təsir edir. Bunun səbəbi Allahın gücünü unutmaqdır. Allahın sonsuz gücünü yadda saxlamayan insanın ruhən və cismən sağlam olması qeyri-mümkün olur. Allahın sonsuz gücünü anlaya bilməyən insanlar; "həyatın reallıqları var" zənn edərlər, özlərini ayıq-sayıq zənn edər, lakin çox böyük əzab yaşayarlar.
Mömin Allahın bütün isimlərinin özü üzərində təcəlli etməsi üçün dua edər. O zaman insanda nur yaranar. Səmimi olunduqda, dürüst olunduqda, Allaha tam özünü təslim etdikdə, Allah nurunu o mömində təcəlli etdirər.
Bizim Birləşmiş Krallıqla və ingilis xalqı ilə məsələmiz yoxdur. Birləşmiş Krallığın da başına bəla olmuş İngiltərə dərin dövləti ilə elmi mübarizəmiz var. Bu bəla insanların başından qalxana qədər elmi yolla mübarizə aparmağa davam edəcəyik. Bu elmi mübarizəmizlə ingilis xalqını da mühasirədən xilas edirik. İngiltərə dərin dövləti gəlib-keçmiş ən böyük mafiya və terror qruplaşmasıdır, dünyadakı bütün terror təşkilatları bu struktura bağlıdır.
Dəccaliyyət, Qüds məsələsini münaqişə məsələsi halına gətirmək istəyir. Sel kimi müsəlman və musəvi qanı axsın istəyirlər. Birinin buna dur deməsi lazımdır. Tərəf tutmadan sülh üçün çalışan olmaq əhəmiyyətlidir. Qüds siyasi mərkəz olmasın. Qüdsdən kənarda, məsələn, ən azı 20-30 km kənarda siyasi mərkəz ola bilər. Lakin şəhərin tarixi, dini mərkəzi, siyasi sahə halına gətirilməməlidir. Qüds ibadət şəhəri olaraq qalmalıdır və tarixi quruluşu heç vaxt pozulmamalıdır.

Adnan Oktar deyir ki... 11 dekabr 2017> Click for more

Münafiqdə saxtakar əsnaf üslubu var. Qurana, İslama, Rəsulullah (s.ə.v)-ə düşmən olduqları halda, Quranla danışır və Peyğəmbərimiz (s.ə.v)-i Quranla tənqid edirdilər.
Mövcud olan şey yox olmaz. İndiyə qədər keçən heç bir təsvir fiziki olaraq yox olmaz. Fiziki baxımdan da axirətin mövcudluğunu sabit həqiqət olaraq görürük.
Allahın Quranda qulağı və gözü möhürlü dediyi insanların şüuru yoxdur. Bunların orqanları robot kimi işləyər. Ruh sahibi olmadıqları üçün robot kimi vəzifələrini yerinə yetirərlər.
Tarixin hər dövründə münafiq danışıqları eynidir. Peyğəmbərimiz (s.ə.v) dövründə münafiqlər nə deyirsə, Axırzaman münafiqləri də eyni şeyləri deyir. Münafiqlərin elmlə, irfanla intiqamı 1400 ildir ki, alınmadı. Hz. Əlini, hz. Həsəni, hz. Hüseyni, hz. Osmanı şəhid etdilər, heç kim bir şey etmədi. Münafiqlərdən elmlə, irfanla, qanunla, hüquqla necə intiqam alınar bütün dünya bunu görəcək inşaAllah.
İdman klublarının sevgi, şəfqət və mərhəmət məsələlərində gənclərə dair əhatəli təhsil təbliğatı planlaşdırmaları lazımdır. "Sevgi tək məqsədimizdir", "dostluq tək məqsədimizdir", "qardaşlıq tək məqsədimizdir", "millətik, həmrəyik, birlikdəyik, bir-birimizi sevirik" tərzində şüarlar plakatlarla gənclərə təkrar-təkrar söylətdirilsə cəmiyyətdə çox müsbət təsir yaranar.
Müsəlmanların birlik ola bilmələri üçün səmimi-qəlbdən sevəcəkləri mənəvi lider ətrafında birləşmələri lazımdır. Hal-hazırda hər kəs fərqli dünyagörüşünə sahib olduğu üçün bir-birilərinin yanına belə getmirlər. Müsəlmanların birliyi Mehdi ətrafında olacaq.
İman həqiqəti demək Allahın sənətini ağıllı, elmi dəlillərlə insanlara təqdim etmək və insanların başa düşəcəyi şəkildə hazır və onu düşünməkdə çətinlik çəkməyəcəkləri şəkildə dərk etmələrini təmin etməkdir. İnsanlara, təhlil edə bilməyəcəyi bilgini hazır vəziyyətdə təqdim etsək, kainatdakı gözəlliklərin, atomun quruluşunun, hüceyrənin daxili təfərrüatlarının təsadüfən əmələ gələ bilməyəcəyini elmi dəlillərlə insanların qarşısına qoysaq insanların daha sürətlə dərk etməsinə vəsilə olarıq. Elm Allahın sənətini öyrətmə sənətidir.
Uşaqlar məktəbə getdikləri zaman təhsilin məqsədinin nə olduğunu bilmirlər. Halbuki məqsədin onlara izah edilməsi lazımdır. Bu təhsil sayəsində keyfiyyətli olacaqsınız, insanlar keyfiyyətli insanları sevər, daha çox seviləcəksiniz deyilməlidir. Taxta cərgələrdə, səhərdən-axşama qədər havasız mühitdə, əzbərçiliyə əsaslanan təhsil olmamalıdır. Ev mühitində, rahat kreslolarda, rahat paltarlarla, filmlərlə, mahnılarla uşaqlara təhsil verilsə məktəbi çox sevərlər.
Allah Onu zikr edənə nur verər. Nur ilə Allahı zikr etmək eyni anda yaradılar. Gözəlliklə Allahı zikr etmək eyni anda yaradılar.
Səmimiyyət insanın içindəki ən gözəl, ən müsbət duyğudur. Mənfi enerjidən və eqoistlikdən təmizlənmiş, həmişə Allahın lehinə düşünən fərəhləndirən ruh halıdır.
Stressin olmaması, təvəkkülün tam olması üçün anı yaşamaq əhəmiyyətlidir. Keçmişi və gələcəyi dərd etmədən, özünü tamamilə Allaha təslim etməlidir mömin. Möminin gördüyü hər iş Allaha həsr edilmiş olmalıdır. Allahın rizasını qarşıya məqsəd qoymamaq həyatı cəhənnəmə döndərmək deməkdir. Allahın sevgisini bir yerdən çıxartsan ora kabus, qorxu, dəhşət və əzab gələr.
Məscidlər par-par çox təmiz və baxımlı olmalıdır. Məscidə girdiyin vaxt hər yer tərtəmiz olmalıdır. Namaza gələn insanlar, ibadət kimi təmizliyə də diqqət göstərməlidirlər. Baxımsızlıq və səfalət heç vaxt yaraşmaz.
Allah üçün yaşamırsansa, saf sevgi üçün yaşamırsansa, deməli, məhv olmusan, sürünürsən. Dünyadakı hal-hazırkı ağrı-acıların səbəbi sevgi üçün yaşanmamasıdır.
Qüdsün bağlıq, bağçalıq edilməsi əsas şərtdir. Formasız binaların hamısının aradan qaldırılması, təkcə tarixi binaların qalması və bərpa edilməsi lazımdır. Şəhərin yaşayış sahəsi ən az 30 kilometr kənara köçürülməlidir. Qüds ibadət şəhəridir. Siyasi şəhər halına gətirmək doğru olmaz.
Din bütündür, İslam bütündür, Quran bütündür. Quranda, hökmü ləğv edilən heç bir ayə yoxdur.
Pirsinq də, döymə də gənclərə yaraşır. Dəliqanlıya döymə yaraşır, gənc qızlara da çox gözəl olur. İslamda döymə haramdır deyə bir hökm yoxdur. Gənclər sadəcə gigiyenaya mütləq diqqət yetirsinlər, sterilləşdirilmiş olması əhəmiyyətlidir, İslam baxımından problemi yoxdur.
Boş insanın ruhu və dünyası boşdur. İnsanları düşünməz, eqoistdir, heyvanlaşmışdır, təkcə ət və sümükdən ibarət kütlədir. Yemək yeməyi, küçəyə çıxması, ehtiyaclarını ödəməsindən başqa məsələ onu maraqlandırmaz. Allahı, axirəti düşünməz. İnsanlıqdan çıxmış varlıqdır.
Fələstin və İsraili barışdırıb normal yaşamalarını təmin etmək lazımdır. Bu torpaqların sülh yurdu halına gəlməsi lazımdır. O divarlar, polislər, əsgərlər olmadan yaşanılan torpaqlar olması üçün səy göstərməyimiz lazımdır. Sərt, davakar üslubdan həmişə qaçmaq lazımdır. Münaqişədən bir nəticə çıxmaz. Sevgi və qardaşlıqla həll yolu tapmaq lazımdır.
Münafiqlərin hər həmləsində mövqeləri daha da ağırlaşır, iyrənclikləri daha da artır. Müsəlmanların isə nuru artır və yayılır.
Tayyib hocam bütün dünya müsəlmanlarını qorumaq məsələsində çox vicdanlı və həssasdır. Rohincalı müsəlmanlara da həmişə sahib çıxdı, çıxmağa davam edəcək. Bütün müsəlmanlardan Tayyib hocama dua edib dəstək olmalarını istəyirik. Millət olaraq rohincalı müsəlmanları çox sevirik. Onlar sahibsiz deyildirlər. Onlar üçün əlimizdən gələn bütün səyi sonuna qədər göstərəcəyik.
Dünyanın hər hansı yerində müsəlmana hücum edildikdə bütün müsəlmanların birlik olub onu qorumaq üçün elmlə, irfanla səy göstərmələri fərzdir. Rohincalı müsəlmanlar eynilə səhabələr kimidirlər, Peyğəmbərimiz (s.ə.v) kimi çətinliklərlə imtahan olunurlar. Qəlbləri rahat olsun, bu imtahanlardan mütləq keçəcəklər, lakin nəticəsi çox yaxşı olacaq inşaAllah.

Adnan Oktar deyir ki... 10 dekabr 2017> Click for more

Həkimlik müqəddəs peşədir. Həkimlərin uzun saatlarla növbədə qalmasına ehtiyac olmaması üçün tibb fakültələrinin sayının artırılması, giriş balının bir qədər azaldılması yaxşı olar. Mövcud vəziyyətdə həkimlər çox yorulur. Həkimlərə veriləcək psixoloji dəstək dəyərlidir. Hər yerdə həkimlərə sevgi və hörmət göstərilməlidir, məsələn, restorana gələn bir həkimdən pul alınmaz.
Soyuq havalarda küçə heyvanlarına su və yemək verilməsi çox əhəmiyyətlidir, çox böyük savabı olar. Onların ağzı var dilləri yoxdur, zibil qutularının başında yemək gözləyirlər. Hərə bir boşqab yemək qoysa, hamısı çox xoşbəxt olar.
Süfrə, Allahın nemətlərinin sərgisidir. Süfrədəki nemətlər Allahın sənətinin sərgiləndiyi yer olduğu üçün ehtişamlı və gözəl olması lazımdır. Zeytun, alma, yumurta, süd, hamısı ayrı gözəllikdir. Hamısının ən gözəl şəkildə təqdim edilməsi və hər biri üçün şükür edilməsi əhəmiyyətlidir. Mömin süfrəyə baxdığı zaman oradakı iman həqiqətlərini görəcək və Cənnətdəki əsillərini göstərməsi üçün Allaha dua edəcək.
2023-cü il Allahın icazəsi ilə münafiqlərin elmi yolla tam məğlubiyyətə uğradığı günlər olacaq. Qanunla, elmlə, irfanla, hüquqla İngiltərə dərin dövlətinin Türkiyədəki bütün xainlərinin fəaliyyətlərini zərərsizləşdirəcəyik.
Biz ingilis xalqını və dövlətini sevirik. Bizim qarşı olduğumuz İngiltərə dərin dövləti və Yaxın Şərqi qan gölünə döndərmək üçün qurduqları planlardır.
Tövbə etmək gözəl ibadətdir, fərəhlikdir. Xüsusilə dua etmədən əvvəl bağışlanma diləmək gözəllikdir.
Münafiq şeytanın yönləndirməsi ilə hərəkət edən məxluq olduğu üçün nə desə tərsinin edilməsi lazımdır. Məsələn, müsəlmanlar dağılsın deyir, əksinə daha çox birlikdə olub inkişaf edib möhkəmlənməlisən. Müsəlmanların evini, avtomobilini, işini qısqanırsa daha artığına sahib olmalısan. İslam hakim olmasın deyir. İslamın hakim olması üçün qat-qat daha çox iş görməlisən. Münafiqlə elmi mübarizə müsəlmanlara bərəkət gətirər.
Qurana əməl edildiyi zaman bütün insanlar quşlar kimi azad və rahat olacaq. İnsanların üzərində cəmiyyətin, yanlış ənənələrin, ətrafın və hər cür lazımsız qanunun təzyiqi var. Bu təzyiqlərin hamısını aradan qaldıracaq şey Qurana tabe olmaqdır.
İsrail və Türkiyə arasında olması lazım olan dostluqdur. Trampın lazımsız çıxışı birdən-birə bütün bölgəni narahat etdi. Qüds bütün insanların, bütün müsəlmanların, xristianların, musəvilərindir. Qüdsün siyasi mərkəz deyil, dostluq, qardaşlıq mərkəzi olması doğru olar. Hər dindən olan insanın birlikdə gözəl yaşayacağı mühit olmalıdır. İngiltərə dərin dövləti Türkiyə və İsrail münasibətlərinin korlanmasını istəyir. Bu oyunu pozmaq üçün tezliklə sakit, dostcasına üsluba keçmək lazımdır. İngiltərə dərin dövlətinin fitnəsini dayandırmaq ağıllı və doğru olandır.
Musəvilər hz. Musa (ə.s)-ı sevən, Tövrata tabe olan, bizim dinimizə hörmət göstərən, Allahın tək olduğunu deyən, axirətə, Cənnətə, Cəhənnəmə inanıram deyən, Allahı sevən, gözəl əxlaqlı insandırlar. Belə insanlara mənfi baxış prizması ilə yanaşmaq bizim dinimizə görə də çox yanlış olar.
Qadın Allahın yaratdığı, kainatdakı ən yüksək nemətdir, ən yüksək həzdir. Qadını təhlükədən qorumaq istəyi, çox nəcib hissdir. Qadının sağlamlığına, səhhətinə diqqət yetirmək, qadını çiçək kimi canlı saxlamağı istəmək, imanını güclü saxlamağa, qadını şeytanın təsirindən uzaq tutmağa çalışmaq müsəlmanın mühüm hədəflərindəndir. Müsəlman Allahı sevdiyi üçün, sevdiyinin də Allahı çox sevməsini istəyər. Bunun üçün də sevdiyinin imanını gücləndirmək üçün səy göstərərlər. Çünki müsəlmanlar bir-birlərini axirətə istiqamətli əbədiyyətə niyyətlə Allah rizası üçün sevərlər.
İngiltərə dərin dövlətinin Yaxın Şərqdə sel kimi musəvi və müsəlman qanı axmasını istəyən oyununu pozacağıq. Müsəlman, musəvi, xristian ilə birlikdə sevgi ilə yaşayacağıq.
Gözəl əxlaq çətin zamanda məlum olar. Hz. Yusifin əxlaqının gözəlliyi quyuda, həbsxanada görünür.
Allah Quranda münafiqlərdən onlarla ayə ilə bəhs etmişdir. Müsəlman münafiqlə qarşılaşdığı zaman Quran ayəsi ilə qarşılaşdığını bilməyin şövqü ilə lazımi elmi mübarizəni aparmalıdır. Münafiqlə elmi mübarizə namaz kimi, həcc kimi fərzdir. Münafiqlə qarşılaşdığın zaman şeytanla qarşı-qarşıya olduğunu biləcək diqqətlə elmi yolla təqib etməli və lazımi elmi cavab verməlisən.
Quranda musəvi və xristian düşmənçiliyi yoxdur. Hər cəmiyyətin zalımı ola bilər. Müsəlman zalıma və zülmə qarşı olar, lakin insana musəvidir deyə, xristiandır deyə düşmən ola bilməz. Tam əksinə Allah musəvi və xristian qadınlarla evlənə bilərsiniz deyir. Musəviləri gördüyünüz zaman öldürün demir, dost olun deyir. Mülki insanı öldürməyin cəzası Qurana görə əbədi cəhənnəmdir. Müsəlman heç vaxt zorakılığa əl atmaz.
Qüds dini şəhərdir. Qüdsü siyasi mərkəz etmək doğru olmaz. Qüdsü açıb genişləndirək, şəhərin mərkəzini abadlaşdırıb tarixi quruluşuna heç toxunmadan gözəlləşdirmək lazımdır. Hər yeri təmizləyək, tərtəmiz olsun. Zeytunluq, bağlıq, bağçalıq edək. Dünyanın hər yerindən insanlar gəlsinlər. Xristianlar, musəvilər, müsəlmanlar birlikdə ibadətlərini yerinə yetirsinlər. Bir yerdə gözəl yaşayaq.
Hər problemi həll edəcək məsələ sevgidir. Məsələn, Yunanistanla dostluq yaradılacaqsa tək məsələ sevgi olacaq. Siyasi mənfəətlər gündəmə gətirildiyi anda məsələ yenidən kilidlənər. Ölkələr arasında mənfəətdən bəhs edilməməlidir. Təkcə sevgidən bəhs edilməlidir. İran, Fələstin, İsrail, hər kəsə sevgi ilə yanaşdığımız zaman hər məsələ həll edilər. Dünya bomboşdur, müqəddəs torpaqlar geniş ərazini əhatə edir. Hamımız birlikdə gözəl-gözəl yaşayaq. Azərbaycan, İran bizim canımızdır. Gürcüstan, Yunanistan bizim övladlarımızdır. Onlar gəlsinlər bura yerləşsinlər biz gedək orada rahat yaşayaq, sevgi ilə hər məsələni həll edərik.
Əhli-beyt düşmənçiliyi dəccaliyyət tərəfdarlarının oyunudur. Münafiqlər əhli-beyt düşmənidirlər. Şiələr nur kimi müsəlmandırlar. Onların hz. Əliyə olan sevgisi bütün İslam aləmi üçün gözəllikdir. Şiə-sünni düşmənçiliyi deyə bir şeyi qəbul etmirik, biz qardaşıq.
İran Türkiyənin qədim dostudur. İranla həmişə sülh, qardaşlıq şəraitində yaşamışıq. Bundan sonra da belə olacaqdır. Allah qardaşlığımızı möhkəmləndirsin, hz. Mehdinin zühurunda İran və Türkiyə olaraq birlikdə xidmət edək inşaAllah.

Adnan Oktar deyir ki... 9 dekabr 2017> Click for more

Namazı çətinləşdirmək şeytanın təlqinidir. Namazı açıq zehinlə, vəsvəsə etmədən, diqqəti Allaha yönəldərək qılmaq lazımdır. Namazda şüurun açıq olması və diqqətin Allahda olması kafidir. Huşu açıq şüurla, nə dediyini bilərək namazı qılmaqdır.
Müsəlman olduqdan sonra həyata küsməyəcəyini insanlara göstərmək əhəmiyyətlidir. Təbliğdə gözəlliyin, incəsənətin, sevincin yeri əhəmiyyətlidir. İnsan təbliğ edən müsəlmana baxaraq həyatında nə gözəlliklər olacağını görməlidir. Müsəlman olduğu zaman həyatında musiqi, sevinc, incəsənət, gözəllik olacağını görən hər insan İslamı qəbul edər.
Müsəlman yaxşı niyyətlidir və açıqdır, dürüstdür. Münafiq isə müsəlmanların yaxşılığı və gözəlliyini, ən ağlasığmaz ağılsız şərhlərlə, çirkin şey kimi göstərməyə çalışar.
Xəyal olan dünyanın həqiqi kimi hiss edilməsi Allahın böyük sənətidir.
Kompliment və tərif insana fərəhlik verər. Sevgiyə doymağın ən gözəl cəhətlərindən biridir. Pişik görüb, uşaq görüb heç nə söyləməmək çox narahatedicidir. Qadını da sevdiyi zaman insan gözəlliyini ifadə etmək istəyər. Tərif, Allahın sənətinə tərifdir. Allah gözəlliyi nemət olaraq verir, bu neməti görüb tərifləmək lazımdır.
Sevginin və ehtirasın ustadı qadınlardır. Kişi qadındakı ehtirası, dərinliyi, eşqi seyr edər. Bu gözəlliyi seyr edərkən ona eşq təqdim edər. Lakin eşqin və ehtirasın əsas mənbəyi qadınlardır. Qadın sevgisiz ucsuz-bucaqsız dəniz kimidir. Qadın ruhu asanlıqla əlaqə yaradılan ruh deyil. Qadın əvvəlcə dəyər görmək istəyər. Qadın eqoist insanı sevə bilməz, gücü çatmaz, istəsə də sevə bilməz. İstədiyi qədər yaraşıqlı olsa da, Allah eqoist olanı qadına sevdirməz. İncəsənət xadimi kimi qadının ruhundakı təfərrüatları görə bilmir və ondan həyəcan duya bilmirsənsə, qadında da təsir yaranmaz. Süni insanların süni reaksiyaları qadınlar üçün əziyyətdir.
İnsanlar münafiqləri donuz nəcisi kimi görər, iyrənərək onlardan qaçarlar. Münafiqlərin tənhalığı Allahdan onlara çox böyük bəla və işarədir. Küfr əhli belə münafiqlərdən iyrənər və uzaq olarlar.
Şirkdən qorunmaq üçün insan gün ərzində səhər oyandığından etibarən hər şeyi Allahın etdiyini özünə xatırlatmalıdır. Bunu etdiyi andan etibarən ağlına bərəkət gələr, o insan metafizik varlığa dönər. Səssiz-səmirsiz bərəkət qazanar. İşləri rast gedər, hər şeydə müvəffəqiyyət qazanar. Əgər təbliğ edirsə və təbliği qurtarmayıbsa ölməz. Ömrü uzun olar. Təbliğinə mane olacaq xəstəlik olmaz. Peyğəmbərlərin ömrü vəzifələri bitmədiyi üçün uzun olmuşdur.
Yunanistanla siyasi mübahisə içinə girmədən sadəcə sevgi üzərində anlaşmaq lazımdır. Anlaşmazlıqları bir kənara qoyub əvvəlcə sevgini həll etmək lazımdır. Sevgi həll olsa bütün məsələlər asanlıqla həll edilər.
Bütün münafiqlər mehdiyyətə bütövlükdə qarşıdırlar. Çünki mehdiyyətlə İslam aləminin birləşəcəyini, İslamın dünyaya hakim olacağını və müsəlmanların xilas olacağını bilirlər.
Sevgi təkcə iman əhlinin, açıq şüurun yaşadığı nemətdir. Tərifi mümkün olmayan dərin duyğu, zövqdür.
Hər şeyin tale ilə olması böyük nemətdir. Allah qorusun, nəzarətsizlik olsa dəhşət verici olardı. Taleyin nemət olduğunu çox yaxşı dəyərləndirmək lazımdır. Taledə hər şey sağlam, yaxşı və xeyirlə yaradılar. Taleyə tabe olduqda heyrətamiz dərəcədə rahatlıq olar.
Ağıl anbaan yaradılar. Ağıl toplanmış mexanizm deyil. Allahın möminlərə neməti olaraq anbaan möminə verilər.
Münafiq üçün o murdar bədəni çox əhəmiyyətlidir. Allah, axirətdə münafiqin öz bədənini öz əleyhinə danışdıracaq. Bu münafiqə ən ağır gələcək cəzalardan biridir. Öz dili, öz əli, öz dərisi onun əleyhinə danışacaq.
Münafiq heyrətamiz ləyaqətsiz olmasına baxmayaraq, həmişə özünü ucaltmağa çalışar. Necə cəsur, fədakar olduğunu söyləyər. Möminləri də o zəif ağlı ilə həmişə pisləyər. Bunun səbəbi, özünün ləyaqətsizliyini bilməsi və möminləri günahlandıraraq vəziyyəti yüngülləşdirməyə çalışmasıdır.
Münafiqlər müsəlmanları dağıtmaq istədikcə özləri tənha olarlar. Müsəlmanların isə hər keçən gün sayı artar, gənc və gözəl möminlərlə Allah onları dəstəkləyər. Münafiqlər isə qotur kaftarlar kimi tək-tənha yaşayar və ölərlər.
Münafiqlə elmi mübarizə çox əhəmiyyətlidir. Münafiqi yaxaladıqda elmlə, irfanla buraxmamaq lazımdır. Münafiq çıxılmaz vəziyyətə düşdükcə Quranı özü üçün şərh edərək müsəlmanlara Quranla hücum edər. Münafiqin ən bariz əlamətlərindən biri budur. Münafiqlə elmi mübarizə mühümdür, ibadətdir, bu ibadət tərk edilməz.
İnsanda tez-tez unutma meyli vardır. Allahı unutmamaq məsələsində insan iradə işlətməlidir. İnsanların çoxlu pulu olduğu zaman səhər-axşam o pulu unutmaz və o pulun mövcudluğu həmişə onu motivasiya edər. Möminin zənginliyi, ən böyük sonsuz zənginliyi imandır. Həqiqi imana sahib olan insanın bütün dünya və kainat əmrinə tabe olar. Çünki Allahın ruhu bütün dünyaya hakimdir.
Tramp İngiltərə dərin dövlətinə qarşı cəsur olsun. Əgər bunlarla mübarizə apara bilmirsə ictimaiyyətə açıqlama versin. Xalqdan ona sahib çıxmasını istəsin. Lakin insanlara qarşı təslim olmuş rəftar göstərməsin.
Allahın göstərdiyi işarələr əhəmiyyətlidir. İnsan səbəbsiz yerə sıxılırsa özünü idarə etməsi, şirkə düşüb-düşmədiyinə baxması lazımdır.

Adnan Oktar deyir ki... 8 dekabr 2017> Click for more

Münafiqlərlə elmi mübarizə aparmaq Qurana görə fərzdir. Müsəlman münafiqlə təmasda olduğu zaman, o alçaq insandır, bizə nə dəxli var deyib keçməz. Fitnəsini elmi yolla aradan qaldıracaq şəkildə mübarizə aparar. Bu, Allahın möminlərə əmridir.
Allahın ağlın ixtiyarını aradan qaldırmama sənəti vardır. İnsanlara desələr ki, qəssabdan bir kilo beyin alacaqsan, o beynin içində par-par parıldayan üçölçülü rəngli dünya izləyəcəksən, insanlar şok olar. Hal-hazırda hamı bunu yaşayır, lakin heç kimin ağlının ixtiyarı aradan qalxmır. İnsanlara desələr ki, mikroskopda belə görünməyən nöqtədən əlin, gözün, qulağın, boy-buxun, saçın olacaq, onda yaranan varlıq danışacaq, onu sevəcəksən bəlkə də həyat yoldaşın olacaq desələr insanların ağlı qaçar. Lakin hal-hazırda heç kim buna təəccüblənmir. Bunların hamısı Allahın ağlın ixtiyarını aradan qaldırmama sənətidir.
Sevginin təmizləməyəcəyi, düzəltməyəcəyi heç nə yoxdur. Sevginin gücü çoxdur, pislik, kin, qəzəb, hamısını söküb atar. Sevgi gəldiyi zaman bulud kimi oranı bürüyər və pisliyi aradan qaldırar.
Münafiqlər şərəfsizdir, şərəfi küfr əhlinin yanında tapdıqlarını iddia edərlər. Allah Quranda şərəf və ləyaqətin İslamda və müsəlmanlarda olduğunu bildirmişdir. Allah möcüzə olaraq münafiqlərin şərəfini yerlə-yeksan edər ömürlərinin sonuna qədər alçaldılaraq, yolunmuş donuz kimi yaşayarlar.
Mənim tək məqsədim Allahın rizasıdır. Allahın məni sevməsini istəyirəm. Allahın məni sevməsi üçün yaşayıram. Allahın məni sevməsi mənə kifayət edər, o zaman bütün kainatı doyunca sevər, sevgini güclü yaşayarsan. Müsəlman, Allah məni sevir mi? deyə şübhə etməz, Allah mömini sevər. Müsəlman Allahın sevgisini itirməkdən qorxaraq, ehtiramlı qorxu içində yaşayar.
Təvəkkül olduğu zaman insanın canını yandıran hər şey aradan qalxar. Təvəkkül dünya Cənnətidir. Təvəkkülü tam əldə edən insan fərəhliyi əldə etmiş deməkdir.
Səmimiyyət olmaması çox pis haldır. Səmimiyyət olmadığı zaman zəncirvari əxlaq pozğunluğu olar. Səmimiyyət çökdüyü zaman hər şey çökər, ağıl, dürüstlük, etibarlı olma aradan qalxar.
Çantacı Necmi ağabəyə Allah sağlamlıq versin. Çox şirin, çox dəyərli insandır. Allah qəlbinə yaxşılıq, gözəllik versin.
Biz sonsuz əvvəldə mövcud idik, sonsuz sonrada da mövcuduq. Allah insanı yaratmışdır deyildiyi zaman bəzi insanlar bir müddət keçdi, Allah tək oldu kimi başa düşürlər. Allah heç vaxt tək olmayıb. Allah eşqi mükəmməl yaşayar, Öz təcəllilərində də yaşadar.
Ənənəçi ortodoks İslam sisteminin yaşanması qeyri-mümkündür. Bəhs etdikləri dini özləri də yaşamırlar. Özləri də bəhs etdikləri sistemi yaşaya bilmədiklərini bilir, özlərini günahkar kimi görüb bunun acizliyini yaşayırlar. Bizim kitablarımızda Quran müsəlmanlığından aydın dəlillərlə, mübahisəyə yer verməyəcək şəkildə, demaqoqluq və boş söz olmadan, səmimi və açıq izahatla bəhs edilir. Buna görə də, bizim kitablarımızın girdiyi yerə Allahın icazəsi ilə dəccaliyyət girə bilmir.
Münafiqlərin heç sevəni yoxdur. Qotur kaftar kimi qaranlıq guşələrdə təkbaşına yaşayarlar. Allah onları cəmiyyətdən kənarlaşdırmış, hər kəsin nifrət etdiyi, alçaq hesab etdiyi qrup halına gətirmişdir. Münafiqlərin müsəlmanlara uzanan zəhərli dillərinin heç bir zərəri olmaz. Münafiqlər təkcə qəzəblə, nifrətlə özlərini yerdən-yerə ata bilirlər. Kaftar hürər, karvan gedər.
Münafiqlər müsəlmanların dəyərini artıran məxluqdurlar. Münafiqlərin olmamasını istəmək imtahanın olmamasını istəməkdir. Mömin Cənnət dərəcəsini münafiqlər və küfr əhlinin hücumları ilə qazanar. Taifdə Peyğəmbərimiz (s.ə.v)-i daşlayan cahil alçaq münafiqlər Rəsulullah (s.ə.v)-in Cənnətdəki məqamını ucaltmışdır. Peyğəmbərimiz (s.ə.v) çox soyuqqanlı və təvəkküllüdür maşaAllah, 2,5 km əndişələnmədən yerimişdir.
Quran sevginin və azadlığın kitabıdır. Allah insanların üzərindəki ağır zəncirlərin aradan qalxması üçün Quranı göndərmişdir. Allah insanların azad yaşamasını istəyər.
Münafiqlər bir-birilərinin ləyaqətsizliyini, alçaqlığını, əxlaqsızlığını çox yaxşı bilər və bundan bəhs edərlər. Bir-birilərinin ləyaqətsizliyini dəlilləri ilə yazar, sübut edərlər. Bəli, bunun yazdıqları doğrudur, bir də bu var deyə, digəri də bütün təfərrüatlardan bəhs edər. İttifaq etdiyi insanın nə qədər alçaq, ləyaqətsiz, əxlaqsız olduğunu adlar verərək, sənədlər verərək qeyd edib sonra da bir araya gəlmələri çox təəccüblüdür. Müsəlmanlara qarşı həmləyə keçdiklərini zənn edərlər. Halbuki Allah bunları ən başından rəzil etmişdir.
Ayədə bəzi insanlara münafiqlərin xarici görünüşünün, geyiminin ilk baxışda təsir etdiyinə diqqət çəkilir. “Cüssələri xoşuna gəlsə belə” deyir Allah. Bu, murdarlıq torbasını daşıyan maşına hörmət göstərmək kimidir. Bəlkə də maşın yaxşıdır, lakin içində murdarlıq daşıyır, mikrob, cəsəd, ilan daşıyır. Maşına baxıb aldanmaq olmaz.
Tayyib hocam, Yunanistanda sevgisiz rəftar göstərən olduğu zaman onların sevgisizliyi ilə heç vaxt təmasda olmasın. Tayyib hocam çox səmimi insandır, hadisələrə də həmişə səmimi yanaşır. Yunanistan prezidentinin sevgisiz üslubuna nəzakəti ilə lazımi cavabı vermək əhəmiyyətlidir. Mətbuat yolu ilə lazımi cavabı mütləq verək. "Biz buraya hüquq dərsi almaq üçün gəlmədik, biz buraya dostluq, sevgi, qardaşlıq üçün gəldik. İki ölkə arasında sərhədləri açmaq üçün gəldik" deyə həm sevgisiz olduqları üçün nəzakəti ilə lazımi cavabı vermək, həm də insanlara sevgini, dostluğu, qardaşlığı öyrətmək çox gözəl olar.
Bəzən ailələr uşaqlarını əşyaları kimi görürlər. Öz istədiyi insanla evlənməsi, öz istədiyi məktəbdə oxuması, öz istədiyi həyatı yaşaması üçün təzyiq göstərirlər. Uşağın insan olduğunu sanki unudurlar. Uşağa əşya kimi baxmaq yaraşmaz. Ata-ana necə ki, özünə bu işdə işlə, bu insanla görüş deyə qarışılmasını istəməzsə, uşağa da məktəbi, evliliyi məsələsində təzyiq göstərmək doğru olmaz.
Peyğəmbərimiz (s.ə.v) Zeyd ilə birlikdə Taifə getdiyi zaman küfr əhli və münafiqlərin alçaqcasına hücumu ilə qarşı-qarşıya qalmış, təxminən 2,5 km boyunca alçaqlar tərəfindən daşlanmışdır. Peyğəmbərimiz (s.ə.v)-in küfr əhlinin və münafiqlərin Taifdəki alçaq hücumlarından sonra gözəl duası belədir: "Allahım! Gücümün çatışmazlığını, çarə və vasitələrimin acizliyini, insanların gözündə dəyərsiz görünməyimi Sənə bildirirəm. Ey Mərhəmətlilərin ən Mərhəmətlisi, Sənsən zəiflərin Rəbbi və Sənsən mənim Rəbbim! Məni Səndən uzaq olan və məni gördükcə sifətini turşudan kobud insanların əlində qoyma. Üzərimə çökən bu müsibət və bəla həqiqətdə Sənin mənə qarşı qəzəbindən irəli gəlmirsə, heç qəm çəkmərəm. Mən, Sənin nuruna sığınıram! O nura ki, qaranlıqlar onun sayəsində açılmış, dünya və axirət işləri onunla düzəlmişdir. Mənim üçün Sənin bağışlamağın, qəzəbindən daha genişdir. Həmçinin hər şey Sənin rizan üçündür. Bütün qüvvət və qüdrət təkcə Sənin əlindədir".
Münafiq bir mövzudan bəhs etməyin deyirsə o mövzundan çox ətraflı bəhs etmək lazımdır. Münafiqin narahat olduğu mövzu şeytanın fənəri kimidir. Şeytan bir mövzudan narahat olursa o mövzu xeyirdir. Münafiqlər Axırzaman əlamətlərindən bəhs edilməsindən çox narahat olurlar, deməli, bu mövzunu həmişə gündəmdə saxlamaq lazımdır. Nostradamusun bir sözü doğru çıxdığı zaman dünya ayağa qalxır. Peyğəmbərimiz (s.ə.v)-in 1400 il əvvəl söylədiyi 600-dən artıq mövzu reallaşmış vəziyyətdədir, lakin insanların qəflət halı bu möcüzəni görə bilmirlər. İnsanlara tez-tez buradakı xariqəlikdən bəhs etmək lazımdır.
Allah nemətlərdən danışın və yada salın deyir. Allahın, İslamdan bəhs etməyimiz üçün bizə verdiyi imkanları xatırlamaq ibadətdir. 1979-cu ildə təbliğə başladığımız zaman dünya miqyasında izah edə biləcəyimiz imkansız kimi görünürdü. Bu gün Allah, Allaha həmd olsun, 47 ölkədə 216 qəzet və jurnalda məqalələrimin dərc olunmasını təmin edir. Bu, çox güclü və gözəl təbliğ imkanıdır.

Adnan Oktar deyir ki... 7 dekabr 2017> Click for more

Himayədarlıq sistemində mal toplanılmaz. Dolayısilə istehsalda böyük artım olar. İqtisadiyyatda heyrətamiz dərəcədə hərəkətlilik olar. Lakin mal saxlanıldığı zaman, pul saxlanıldığı zaman əsas damarda tıxanma olur və iqtisadiyyatda qanqren meydana gəlir. Pul saxlanmadığı zaman isə iqtisadiyyatda axım meydana gəlir. Damar tıxanıqlığı açılır, sürətli axın sayəsində orqanizm çox sağlam olur.
Səmimi olan insan namaz qılar, Allaha itaət edər, Quranı tətbiq etməkdə tərəddüd və qüsur etməz, Allahı çox sevər. Səmimi olan insanın edəcəyi gözəlliklərin ucu-bucağı yoxdur. Səmimiyyət əbədi gözəlliyə açılan nurdur.
Müsəlman üçün heç bir hadisə pis və kədərləndirici olmaz. İnsan üçün ən pis kimi görünən hadisə əslində ən gözəl olandır. Ən çətin olan, nəfsə ən tərs gələn hadisə, ən gözəl imtahandır. Ən gözəl imtahan isə ən çox savab qazanılan, ən yüksək təqvaya çatılan hadisədir. Dolayısilə insan üçün ən xeyirli və ən gözəl olandır.
İnsan əgər həqiqətən Allaha iman edirsə, bütün günü Cənnət kimi keçər. Lakin insanın Allah ilə əlaqəsini heç kəsməməsi lazımdır. Şeytanın, şirk qapısının istəmədən açmasına imkan verməməsi lazımdır. Şirk qapısı həmişə bağlı olması lazımdır. Allah ilə iman əlaqəsində şirk sızıntısına qətiyyən, israrla və qətiyyətlə icazə verilməməsi lazımdır. Nadir insan Allah ilə əlaqəni fasiləsiz davam etdirər, buna çox diqqət göstərmək lazımdır. İnsanlar digər insanların təsiri altında qalaraq şirkin qapısını açırlar. Halbuki şirkdən qaçmaq olduqca asandır, sadəcə çox diqqətli olmaq lazımdır.
Tramp canı bahasına da olsa, İngiltərə dərin dövlətinə qarşı çıxa bilməlidir. Şərəfi ilə, ləyaqəti ilə yaşaması üçün İngiltərə dərin dövlətinin zorlamalarına qətiyyən boyun əyməməsi lazımdır. Bunu bacara bilsə Allahın icazəsi ilə şərəfi ilə tarixə düşər.
Münafiqlər həmişə homoseksual olarlar. Allaha üsyanın çirkin və iyrənc həyəcanını yaşamaq istəyərlər. İnsan öldürüb onun şeytani həyəcanını yaşamaq istəyərlər. Ruhlarında yaranan hiss, pislik həyəcanıdır.
Ehtiras təkcə iman əhlinə məxsus, xüsusi, gizli və möcüzə olan nemətdir. 7-ci hissdir. Allahın ən böyük möcüzələrindən tərifi mümkün olmayan həzzdir. Ehtirasda həzzin ölçüsü çox böyükdür. Ehtiras Allah eşqinə açılan qapıdır. İnsan ruhundakı şiddətli həzzə və ləzzətə verilən addır. Ehtiras olduğu zaman həzz, çox böyük nemət olaraq insanda yaranar. Allah çox sevildiyi zaman, bəndə Allaha tam təslim olduğu zaman, Allah insan formasında təcəlli edər və bəndəsini digər bəndəsinə sevdirər. Ehtiras təkcə iman edənlərə məxsus gizli bilgidir. Kişidə də, qadında da bu 7-ci hiss vardır. Ehtiras Cənnət zövqlərinin ən qabarıq olanı, ən şiddətli yaşananıdır. Ehtirasda Cənnət zövqünə yaxın zövq yaşana bilər.
İnsanın gördüyü hər işi Allaha həsr etməsi lazımdır. Su içərkən, yemək yeyərkən, birini sevərkən, Allah yolunda elmi mübarizə apararkən, avtomobil alarkən, qısaca edilən hər hərəkəti həmişə Allaha həsr etmək lazımdır. İnsan evlənəcəksə, sevdiyi insanı Allaha həsr etməlidir. Ev alırsa, evini Allaha həsr etməlidir. Əgər insan etdiyi hər işi Allaha həsr edərsə, Allah o insanı sevər, təcəllisini də insana xeyirli hala gətirər.
Münafiqə qəzəb ibadətdir, buna kin deyilər. Kafir müsəlmanlara qarşı düşməncəsinə həmləyə keçdiyi zaman kin bəslənilər. Lakin müsəlmanlar münafiqə ömür boyu kin bəsləməklə mükəlləfdirlər. Kin; nəzarətsiz, ağıllı olmayan qəzəb deyildir, İslam həmrəyliyini qorumaq mənasında mübarizə əzmidir, mübarizə hərisliyidir, qətiyyətlilikdir.
Masonluq fikir klubudur. Hər cür fikirdən danışıldığı azad mühitdir. Masonluqda nəzakət əsasdır. Masonlar nəzakətli, keyfiyyətli, yüksək keyfiyyətli insandırlar. Biz onlara Qurandan, darvinizmin əsassızlığından bəhs etdiyimiz zaman, bizə böyük hörmət və nəzakətlə qulaq asırlar. Buraya dəvət olunmuş qonaq olaraq gələn mason dostlarımız namaz qılırlar. Belə nəzakətli insanlara İslamdan bilavasitə bəhs edilə bilməsi, onların da söylənənlərə qulaq asması gözəl imkandır.
Məktəblərdə din dərsində İslamın mərhəmət, şəfqət və sevgi dini olduğunun çox yaxşı vurğulanması lazımdır. İslamın keyfiyyəti ucaldan cəhətini, ən keyfiyyətli insanı istəyən və hədəf seçən istiqamətini yaxşı izah etmək lazımdır. Xristianlıq və musəvilik dinlərinin də uşaqlara mütləq öyrədilməsi, uşaqların ümumi bilik olaraq da bu təfərrüatları mütləq öyrənmələri lazımdır. Əgər din dərslərində Quran möcüzələri, Qurandakı kodlama üsulları, Quranın əvvəlcədən bildirdiyi möcüzəvi elmi bilgilərdən bəhs edilsə, uşaqlar sevə-sevə qulaq asarlar.
Qadın səmimi olsa, Allahdan həqiqi mənada qorxub, Allahı həqiqi mənada sevsə, şüurlu imana sahib olsa çox gözəl olar. Digər halda şeytanın təsiri üstünə çökər, küsəyənlik, gərginlik, qısqanclıq hamısı onu bürüyər. Qadının özünü iman kimi möhkəm bağla Allaha bağlaması lazımdır.
Münafiq ölüdür, ölü olduğu üçün də dəli kimidir, qeyri-sabitdir. Nəzarətsiz hərəkətlər edər. Hər hərəkəti, hər danışığı, bütün həyatı axmaqcadır. İpi qopmuş vəhşi kaftar kimi müsəlmanlara hücum edər. Müsəlmanların dağılmasını, İslamın gücünün yox olmasını istəyər. Özü kimi əxlaqsız qrupun hakim olmasını istəyər. Lakin bu boş səydir. Münafiq ömür boyu əxlaqsızlığından əl çəkməz.
Kədərlənmək Allahın yaratdığını bəyənməmək mənasına gələr. Kədər üsyan deməkdir. Qətiyyən haramdır. Kədərlənmə və ağlama bütpərəst inancda var. İnsan hər şeyi Allahın yaratdığını bildiyi zaman, ağlama da, kədərlənmə də olmaz. Hər şeyi, insanın bilmədiyi bir çox xeyir və hikmətlə Allah yaradar.
Allahı zikr etmək Allahın həmişə qəlbdə saxlanılması, həmişə yaddaşda olması, şüurda olmasıdır. İnsanın Allahı həmişə sevməsi, ağlında Allahı təfəkkür etməsi, düşünməsi, Allahın möhtəşəm sənətini, əbədiliyini qəlbində saxlamasıdır.
İçində olduğumuz Axırzamanda dəccaliyyətin həmləsi şiddətlidir. Dəccaliyyət insanlar üzərində ağır təsir yaradır, şeytanın da təsiri ilə güclü maqnit sahəsi yaradır. İnsanlar laqeyd, az düşünən, içinə qapalı hala gəlirlər. Bu xarakteri mütləq dəyişmək lazımdır.
Münafiqlər Quranı tam fərqli şəkildə öz münafiq məntiqlərinə görə şərh edərlər. Hər münafiq özü lider olmaq istəyər, Peyğəmbər (s.ə.v)-in mövcudluğu münafiqlərin heç xoşuna gəlməz. Peyğəmbər (s.ə.v)-ə həmişə həsəd apararlar. Müsəlmanların lideri olan insanın ətrafında onu sevən insanların olmasına, müsəlmanların zənginliyinə, imkanlarına, qidalarına, geyimlərinə, evlərinə, avtomobillərinə, sahib olduqları hər cür nemətə heyrətamiz həsəd apararlar. Münafiqlər müsəlmanların elçinin yanından dağılmasını istəyərlər. Allaha həmişə yalandan and içərək danışarlar. Allah Quranda münafiqlərin alçaq məxluqlar olduqlarını bildirir. Münafiqlər hər xeyrə mane olmağa çalışarlar. Müsəlmanların müvəffəqiyyətlərindən heç vaxt bəhs etməzlər. Münafiqlər İslam üçün heç vaxt şövqlü və çalışqan olmadığı halda, küfr xarakterli məsələlərdə böyük şövqlə və səylə çalışarlar. Münafiqlər təcavüzkardır, demək olar ki, hamısında öldürmə meyli vardır. Küfr əhlini dost və güclü görər və küfr əhli ilə iç-içədirlər.
Münafiqlər müsəlmanlara müsibət üz verməsindən xoşbəxt olarlar. Münafiqlər müsəlmanlara amansız kin bəsləyərlər, illərlə kinlərini içlərində toplayarlar. Dilləri ilə müsəlmanlara qarşı həmişə azğın kinlərini vurğulayarlar. Danışıqlarında və yazılarında azğınlıqları əks olunar. Allah Quranda münafiqlərin baxışlarındakı xain və nifrət dolu ifadəyə də diqqət çəkər. Münafiqlər müsəlmanlar barədə xəbər toplayaraq küfr əhlinə, digər münafiqlərə və İngiltərə dərin dövlətinə müsəlmanlarla bağlı xəbər daşıyarlar.
Münafiqin birinci əlaməti müsəlmanların yanından ayrılmalarıdır. Münafiqlər müsəlmanlara zərər vermək üçün ayrı struktur yaradarlar, müsəlmanların dağılmasını istəyərlər, müsəlmanların əleyhinə danışaraq müsəlmanlara böhtanlar atarlar. Xüsusən də müsəlmanların təqva cəhətdən ən sevdikləri, ən çox güvəndikləri insanı ən azğın təcavüzkarlıqla hədəf seçərlər.
Hal-hazırda ölkəmiz üzərində böyük oyun oynanır. Tayyib hocamızın böyük dəstəklə milli lider olaraq başda dayanması çox əhəmiyyətlidir. Prezidentimizin əlinin qüvvətli olması lazımdır. Bu millət olaraq hamımızın vəzifəsidir.
Dünyada həqiqi sevgidən, qadınların sevilməsindən təkcə biz bəhs edirik. Dünyada sevgidən bu qədər coşğulu, hərtərəfli bəhs edən bizik. Allah bu neməti bizə nəsib etdi.
Münafiqlər etdikləri xainliyə və alçaqlığa qarşı Allahdan bəla olaraq tək yaşayıb, tək öləcəklər. Heç vaxt sevgi görə bilməyəcək, həmişə nifrətlə xatırlanacaqlar. Ömür boyu insanların iyrəndiyi və nifrət etdiyi varlıqlar olacaqlar. Aqibətləri də cəhənnəm olacaq.

Adnan Oktar deyir ki... 6 dekabr 2017> Click for more

Allah və Rəsulunun vəd etdiyinin reallaşdığını hamımız birlikdə görəcəyik. Mehdi həyatdadır. İsa Məsih həyatdadır. Allahın icazəsi ilə təqribən 2022-ci ildə, böyük hadisələr yaşadıqdan sonra, hər şeyin çox dəqiqləşdiyini hamımız birlikdə görəcəyik.
Elçilərin ətrafında onları çox sevən insanlar olması tarix boyu bütün münafiqlərə çox təsir etmişdir. Firon kitabələrində belə Musanın ətrafında onu çox sevən insanların olması qeyd olunmuşdur. Allahın elçiləri insanlara çox sevdirməsinə münafiqlər həmişə həsəd aparmışdır.
Darvin qadınlar üçün "inkişafı tamamlamamış heyvandır" deyir. Ənənəçi ortodoks sistem də qadınlar üçün; "insanla heyvan arası varlıqdır" deyir. Qadın yarımdır, yarım varlıqdır deyir. Qadın əleyhinə sistem çox işləmişdir. Uydurma hədislərə əsaslanan bu izahları bəzi müsəlman qadınlara da qəbul etdiriblər. Halbuki Peyğəmbərimiz (s.ə.v) qadınları canı kimi sevər, mübarək və müqəddəs varlıq kimi görərdi. Bəzi ənənəçi ortodoks şəxslərin qadınlara dair hədis deyə irəli sürdükləri bu cür uydurma sözlər o dövrün münafiqlərinin Peyğəmbərimiz (s.ə.v)-ə dair böhtanlarından ibarətdir.
Münafiqin ən çox iztirab çəkdiyi məsələlərdən biri İslamın təbliğinin çox güclü edilməsidir. Müsəlmanların Quranı, İslamı təbliğ etmələri, bu yolda kitablar yazmaları, konfranslar təşkil etmələri münafiqin heç xoşuna gəlməz.
MHP hər kəsi sevgi ilə bağrına basan mədəniyyət millətçisi olan partiyadır. MHP irqçi millətçiliyə də şiddətlə qarşıdır. Türkiyə sərhədləri daxilindəki bütün laz, kürd, çərkəz bacı-qardaşlarımız türk milləti olaraq qəbul edilər. MHP də Türkiyə torpaqlarındakı hər kəsi türk olaraq qəbul edər.
Müsəlman Quranla birlikdə yaradılar, sevdikləri ilə birlikdə yaradılar. Zər aləmində müsəlmanlar birlikdədir, dünyada da, axirətdə də birlikdə olarlar. Münafiqlər də zər aləmində münafiqlərlə birlikdədirlər, dünyada da, cəhənnəmdə də bir yerdə olacaqlar.
Münafiqlər Peyğəmbər (s.ə.v)-in doğru yolda olduğunu çox yaxşı bilirlər. Bunu bildikləri üçün illərlə Peyğəmbər (s.ə.v)-in yanında olurlar, var gücləri ilə Peyğəmbər (s.ə.v)-i müdafiə edirlər. 10-20 il küfr əhlinin, dəccaliyyətin Peyğəmbərimiz (s.ə.v) əleyhinə yönəlmiş bütün iddialarına tək-tək cavab verirlər, bütün imkanları ilə Ona dəstək olurlar. Sonra maddi mənfəət əldə edə bilmədikdə bir anda minlərlə böhtanla Peyğəmbərimiz (s.ə.v)-ə müxalif vəziyyətə gəlirlər. Peyğəmbər (s.ə.v)-i 15-20 il dəstəkləyib 21-ci il minlərlə əks iddia ilə Peyğəmbərimiz (s.ə.v)-in qarşısına çıxmaları, münafiqlərin necə iblisanə ruhda olmalarının sübutudur. Şeytanın sözü ilə Dəccalın əmrinə tabe olduqlarının açıq göstəricisidir. Münafiq olduqlarının Allah tərəfindən onlara sübutudur.
Münafiqlər tarixin hər dövründə eyni üsulları tətbiq edərlər. Axırzaman münafiqləri Peyğəmbərimiz (s.ə.v) dövründəki münafiqlərlə eynidirlər. Axırzaman münafiqləri hz. Musa (ə.s) dövründəki münafiqlərə də oxşayırlar. Səhabələrin münafiqləri bu qədər əhatəli izah etməsinin hikmətlərindən biri də Axırzaman münafiqləri ilə müqayisə aparılmasıdır. Axırzamanda imkanlar daha inkişaf etmiş olduğu üçün münafiqlər haqqında daha ətraflı izahat veriləcəkdir. Gələcək nəsillərə də bilgi ötürmək üçün münafiqlərin hər davranışı çox təfsilatlı ifşa edilib izah ediləcək. Hər dövrün münafiqləri kimi Axırzaman münafiqləri də tarixə düşəcəklər.
İngiltərə dərin dövləti həm Türkiyəni, həm də bütün türk-islam aləmini dağıdıb yox etməyə qətiyyətlidir. Türkiyədə iradəli, cəsarətli liderə ehtiyac vardı. Bu lideri Tayyib hocam olaraq Allah qarşımıza çıxartdı. Onu müvəffəqiyyətli etdi. Əlimizə keçən bu nemətə diqqət göstərməyimiz, Tayyib hocamızı hakimiyyətdə saxlamağımız mühümdür. Tayyib hocamızın şəxsini çox güclü saxlamağımız çox əhəmiyyətlidir. Milli lider çox əhəmiyyətlidir. Var gücümüzlə Tayyib hocamızı dəstəkləyəcəyik. Çox şövqlü, çox əzmkar, çox səmimi, etibarlı müsəlmandır. Allah rizası üçün respublikanın rəisi olmaq kimi çox çətin vəzifəyə talib oldu. Heç bir mənfəəti yoxdur. Millətimiz üçün Tayyib hocam çox böyük nemətdir. Millət olaraq belə etibarlı lider ətrafında toplanmağımız bizi çox güclü edər.
İngiltərə dərin dövləti sel kimi müsəlman qanı və musəvi qanı axıdılsın istəyir. Qüds dini şəhər, tarixi şəhərdir. Orijinal halı ilə qalması lazımdır. Siyasi fəallığın Qüdsə daşınması doğru olmaz. Mövcud vəziyyəti qorumaq doğru olar. Müsəlmanlarla musəviləri vuruşdurmağı hədəf seçən oyuna düşməmək lazımdır. Qüds, xristianlar, musəvilər, müsəlmanlar üçün müqəddəs torpaqdır. Hər üç dinin mənsubları birlikdə, qardaşcasına, bu torpaqlarda yaşamalı, rahat-rahat ibadət etməlidirlər. İngiltərə dərin dövləti sel kimi qan axacaq bir müharibə istəyir, bu təhrikə heç kim düşməsin.
Dəccaliyyət tarix boyu qadınları hədəf alıb. Hindistanda əri öldüyü zaman arvadını da diri-diri yandırırlar. Demək olar ki, hər ölkədə qadındırsa mütləq döyülməsinin, əzilməsinin lazım olduğunu düşünürlər. Cənubi Amerikadakı divar şəkillərində qadınları diri-diri quyulara atmaq kimi dəlisov ayinlər var. Minlərlə ildir ki, çirkin ənənə olaraq gələn qadın düşmənçiliyini mehdiyyət tamamilə aradan qaldıracaq.
Münafiqin kini təkcə özünü əldən salar. Münafiq donuz kimi özünü yerdən-yerə atar, o hər çırpındığı zaman müsəlmanların sahib olduğu nemətlər daha da artar. Münafiqin dili ilan dili kimidir, boş-boş danışar, axmaqca danışar, donuzun tövlədə təpinməsi kimi təpinər, lakin müsəlmanlara heç bir zərər verə bilməz.
Hz. Mehdinin zühurundan əvvəl hadisələr daha da böyüyəcək. Biz səbəbə sarılıb əlimizdən gələn səyi göstərəcəyik, lakin hər halda çox böyük hadisələr olacağı aydındır. Sonunda mehdiyyət gün kimi ortaya çıxacaq, Quran əxlaqı hər yerə hakim olacaq. Ədalət, sevgi, dostluq, bacı-qardaşlıq yaşanacaq.
Münafiqlərin əzilməsinin səbəblərindən biri Allahın onlardan sevgini alması və üzərilərində iyrənc murdarlıq yaratmasıdır. Münafiq bəzənər, lakin insanlar ondan çox iyrənər. Bu möcüzəvi haldır.
Sevgi Allahın gizli xəzinəsidir. Təkcə dostlarına verər. Bu da Allahın möcüzəsidir. Məsələn, münafiq sevgini heç anlaya bilməz. Münafiq ölü olduğu üçün aləmi fərqlidir. Axmaqcasına aldadar, saxtakar söhbətlər edər, heç vaxt sevgi anlayıb bilməz. Aldatması da iyrəncdir. Buna görə də, münafiq həmişə tək yaşayar.
Sevgi vəhylə Allah tərəfindən verilər. İnsan özü sevgi yarada bilməz. Allah sevdirsə sevgi olar. Allahın sevgini verməsi üçün də insanın Allaha tam təslim olub, Allahı səmimi-qəlbdən sevməsi lazımdır. Əks təqdirdə süni sevgi olar, bu sevgi təqlididir. Süni sevgi də insan üçün mümkün ola biləcək ən böyük əziyyətdir. Allahın vəhylə qəlbə verdiyi həqiqi sevgi isə çox ləzzətlidir və mömin o ləzzətə doya bilməz. Həmişə daha artığını tələb edər, artığını yaşadıqca da daha çox həzz alar.
Mehdiyyət Allahın insanların qəlbini açması və qəlblərinə mehdiyyəti, müsəlmanların birlik olmasının lazım olduğunu vəhy etməsi ilə formalaşır. İnsanların çoxu bilmədən, yavaş-yavaş Allah mehdiyyəti hər yerə hakim edir. İnsanlar dostluqdan, qardaşlıqdan, ədalətdən, sevgidən, sülhdən danışır və bu gözəllikləri istəyirlər.
Qüds kimi müqəddəs şəhərə səfirlikləri daşımaq, oranı siyasi mərkəzə döndərmək doğru olmaz. Qüds hər üç din üçün də ibadət yeri və müqəddəs torpaqdır. Bölgəni oda çəkəcək hər addımdan qaçmaq əhəmiyyətlidir.
Qüds məsələsində “mən etdim oldu” deyə bir məntiqlə hərəkət edilməz. Allah qorusun bu bütün bölgəni oda atar. Qüds müsəlman, musəvi, xristian bütün dindarlar üçün müqəddəsdir. Allah hər üç din üçün də o şəhəri müqəddəs edib. Sənin deyil, mənimdir məntiqi ilə hərəkət edilməz. Üç dinin mənsublarının da güvən içində olacağı mühit olması əhəmiyyətlidir. İsrail, Qüdsü tarixi şəhər kimi qorusun. Mövcud vəziyyətin qorunması musəvilər üçün də, xristianlar üçün də, müsəlmanlar üçün də daha doğru olar.
Münafiqlər çox qorxaq olar. Lakin dilləri ilə həmişə səs-küy salar, özlərini cəsur kimi tanıtmağa çalışarlar. Halbuki qotur it kimi qorxaqdırlar. “Belə edərik, bu cür cəsuruq” deyərlər, lakin it kimi qorxarlar.
Tayyib hocam kimi müsəlmanlara sahib çıxan, İslam aləmini qorumaq məsələsində şövqlü olan, məzlum müsəlmanları qoruyan başqa lider yoxdur. Buna görə də, vətənpərvər, millətçi, mömin olan hər kəsin Tayyib hocamı dəstəkləməsinin lazım olduğu aydındır. Dindar, müsəlman kürdlər də Allah rizası üçün Tayyib hocamı dəstəkləməli olduqlarını imani fərasətlə bilərlər. Hüda partiyası, SP, BBP, MHP və AKP Tayyib hocamın şəxsinin ətrafında möhkəm birləşsin, seçkilərə də birlikdə girsinlər. Türkiyənin və İslam aləminin gələcəyi üçün bu çox əhəmiyyətlidir. CHP-nin müxalifəti də mütləq milli və yerli olmalıdır. Türkiyə üçün ən mühüm məsələ bütün partiyaların milli və yerli olmasıdır.
Münafiqlə elmi mübarizə müsəlmanlar üçün heyrətamiz bərəkətlidir. Münafiqlərin hər həmləsində müsəlmanlar çox güclənər, ən müvəffəqiyyətli işləri görərlər.
Allah münafiqləri qövm halına gətirir, normal insanlarla əlaqə yarada bilmirlər. Mütləq özləri kimi ləyaqətsiz, alçaq tiplərlə birlikdə olurlar. Müsəlmanların yanına dəstə-dəstə insanlar gələrkən, münafiqlərin yanına heç kim yaxınlaşmaz. Xüsusilə qadınlar heç vaxt münafiqlərə yaxınlaşmaz.
Peyğəmbərimiz (s.ə.v)-in ətrafına dəstə-dəstə insan gəlməsi münafiqləri dəli edirdi. Axmaq münafiqlər Allahın qüdrətini və gücünü heç cür anlaya bilməzlər. Özlərinin bu qədər əks təbliğatına baxmayaraq, insanların Peyğəmbərimiz (s.ə.v)-i sevmələrini heç cür anlaya bilmirdilər. Bunun səbəbi də Allahın gücünü dərk edə bilməmələridir, o fəaliyyətləri özlərinin etdiklərini zənn edərlər. Halbuki hər şeyi etdirən Allahdır.
Münafiqi ən çox qəzəbləndirən şeylərdən biri, möminlərin sahib olduğu nemətlərdir. Peyğəmbərimiz (s.ə.v)-in Bizans cübbəsi geyinməsi, çox yaraşıqlı olması münafiqləri hiddətləndirirdi. Müsəlmanlar dağılsın, İslam güclənməsin deyə var gücləri ilə çalışırdılar. Lakin münafiqin həmləsi müsəlman üçün bərəkətli yağış kimidir, hər həmlələrində müsəlmana bərəkət yağar. Bu həmlələr münafiqlərdə isə büzücü təsir yaradar, içlərinə çökərlər.
Peyğəmbərimiz (s.ə.v)-in münafiqləri İslama xidmət etdirib qənimətdən pay verməməsi münafiqlərə çox pis təsir edirdi. Münafiqlər ardı-arxası kəsilməyən fitnə-fəsadlar törədir, lakin Peyğəmbərimiz (s.ə.v)-ə qətiyyən zərər verə bilmir, İslamın yayılmasına mane ola bilmirdilər. Dövrün dərin dövlətləri olan Sasanilərlə, Bizansla əməkdaşlıq edir, lakin yenə də nəticə ala bilmirdilər.
Peyğəmbərimiz (s.ə.v)-in həyat yoldaşlarının gözəlliyi münafiqlərin heyrətamiz həsəd aparmasına səbəb olurdu. Qadınlar münafiqlərin yanına yaxınlaşmaz. Peyğəmbərimiz (s.ə.v) dövründə də qadınlar Peyğəmbərimiz (s.ə.v)-ə dərin sevgi ilə bağlanır, münafiqlər isə tək-tənha yaşayırdılar. Qadınlar münafiqlərdən nifrət edirdi. Bu, əhəmiyyətli münafiq əlamətidir. Münafiqlər Peyğəmbərimiz (s.ə.v)-in həyatının hər cəhətinə həsəd aparırdılar, yediyinə, geyindiyinə, sevilməsinə, sevməsinə heyrətamiz həsəd aparırdılar.

Adnan Oktar deyir ki... 5 dekabr 2017> Click for more

Ağıllı insan hər yaşda sevgi, dostluq, qardaşlıq əlaqəsini yarada bilər. Yaş, zəif ağıllı insanlar üçün maneə olar.
Qadının ən gözəl zinəti, imanı və imandan irəli gələn ağlıdır. Ağıllı qadın ehtirasın ucsuz-bucaqsız okeanıdır. Ağıllı qadın böyük təsir etmə gücünə sahibdir. Ət-sümük vəsilədir, əhəmiyyətli olan ruhdur. Dolayısilə qadının ağlı çox əhəmiyyətlidir.
Münafiqlər müsəlmanlara hücum etdikcə daha çox çürüyərlər. Ürək ağrıları ömürlərinin sonuna qədər onları qovurar. Münafiqlərin İslam Birliyini istəməmələri, mehdiyyətdən heç vaxt bəhs etməmələri, İslamın hakim olması üçün səy göstərməmələri, bütün hədəflərinin müsəlmanlar olması çirkin imzalarıdır.
Allah gözəlliyi taledə xüsusi yaradar. Allah sevdiyi bəndəsinə nemət olaraq həmişə gözəllik göstərər və bu gözəlliyi sevdirər. Allah həm gözəli, həm də gözəli sevməyi eyni anda yaradar. İnsan bunu heyrətamiz həzz olaraq hiss edər.
Kitab çox vəfalı mürşiddir. Nəsillər boyu insan öyrədər. İmani kitabı pulsuz hədiyyə etmək ən gözəl hədiyyələrdən biridir.
İnsanın normal həyatı öldüyü zaman başlayır. Dünya bir çox acizliyin yaradıldığı xüsusi mühitdir. Ölümlə birlikdə axirətdə insan bütün acizliklərdən xilas olur.
Ağıllı olan qadın mütləq gözəl və cazibədardır. Ağıllı olub da gözəl olmayan qadın yoxdur.
Münafiqlər ömürlərinin sonuna qədər tək yaşamağa məhkumdur. Allah onları iyrənc və namərd olaraq yaratmışdır. Bütün insanlar bu iyrəncliyi bildiyi üçün onlardan uzaq dayanırlar.
İnsanlar imtahanı və sınaq sözünü səhv başa düşürlər. Bizi yaradan bizi tanıyar, sınamaz. İmtahanın mənası bizim özümüzü tanımağımızdır. Allah bu dünyada bizi bizə tanıdır. Özümüzü və sevdiklərimizi tanımağın adına sınaq deyilir.
Ağlın önündəki maneə qeyri-səmimilik və eqoistlikdir. Allahı unudan, Quranı həyata keçirməyən, şirkə düşən insan ağıllı ola bilməz.
Təkamül Allahın mövcudluğunu inkar etdiyi və hər şeyi təsadüfün əsəri gördüyü üçün dəccaliyyətin qapısı sonuna qədər açıldı. Sevgisizlik və eqoistlik bütün dünyanı bürüdü.
Din deyildiyi zaman insanların bir hissəsinin ağlına hacı dayılar və məscid gəlir. Din elə anlayış deyil. Din, dünyanı yaradan üstün ağlın ən keyfiyyətli, ən dürüst, ən mükəmməl insan olmağımız üçün bizə göstərdiyi üsuldur. İnsan təkcə dini yaşadığı zaman ruhən və fiziki cəhətdən ağıllı və sağlam olar.
Milli liderin ətrafında möhkəm birləşmək çox əhəmiyyətlidir. Tayyib hocama sağ, sol bütün partiyaların dəstək verməsi lazımdır. Vətən millət dövlət məsələsi olaraq milli liderimizi qorumaq əsas şərtdir. Tayyib hocama güclü dəstək təmin etdikdən sonra İngiltərə dərin dövləti istədiyi qədər atılıb düşsə də heç nə edə bilməz.
Dua, səmimi üslubla olar. Müsəlmanın ən birinci tələbi ən dərin imanla iman gətirmək, səmimiyyətlə şirkdən qorunmağı istəməkdir.
Çox səmimi olan Allahı çox sevər. Allahı çox sevənin narahat olacağı heç bir hadisə olmaz. Ən əhəmiyyətli olan Allahın şəninə uyğun Allahı sevmək, Allahın şəninə uyğun Allah ilə əlaqədə olmaqdır. Hərdənbir çeklərin, sənədlərin arasında qısaca Allahı xatırlamaq həddindən çox çirkin rəftardır. Dünyadakı heç nəyə əhəmiyyət vermədən bütün diqqətin Allaha yönəldilməsi lazımdır.

Adnan Oktar deyir ki... 4 dekabr 2017> Click for more

Sevgini müdafiə edənlər əslində əksəriyyətdir. Həmişə sevgidən bəhs edərək sevgisizləri utandıraq. Gənclərin hamısı sevgi, dostluq, mərhəmət, heyvana, çiçəklərə, gözəlliklərə, sevgi istəyirlər. Sevgi istəyənlər birlik olub önə çıxsa məsələ bitəcək.
Müsəlman gecə-gündüz Allahı düşünər. Allah ilə diqqətli və səmimi əlaqə, mühüm məsələdir. Bütün gücün Allaha məxsus olduğunu səmimi təfəkkürlə bilmək əhəmiyyətlidir.
Münafiq taledə məğlub olaraq yaradılar. Münafiqləri Allah müsəlmanlara xüsusi olaraq müsəllət edər ki, məqamları möhkəmlənsin. Rəsulullah (s.ə.v) dövründə Allah 300 münafiqi Peyğəmbərimiz (s.ə.v)-ə müsəllət etmişdi ki, himayədarlıq məqamı daha da möhkəmlənsin. Münafiq hər yerdə müsəlmanın qarşısına çıxan insan görünüşlü şeytandır. Münafiqlərin danışıqları, məqalələri kəskin şəkildə şeytan iyi verər.
Yəməndəki müharibənin bitməsi üçün Türkiyə fəaliyyətə keçsin. Şiə-sünni, hamısı nur kimi müsəlmandır. Hamımız Allah təkdir deyirik, hamımız Peyğəmbərə bağlıyıq. Şeytanın müsəlmanlar arasına düşmənçilik salmasına icazə verməyək.
Müsəlman üçün şeytanı məğlub etmək çox mühüm ibadətdir. Buna görə də, möminlər insan formasına girmiş münafiqlə qarşılaşdığı zaman fitnəni tam zərərsizləşdirənə qədər elmi mübarizə aparmaqla məsuldurlar.
Doğru danışmaq çox zövqlüdür. İnsan sevdiyi ilə israrla doğru danışırsa, bu, ruhunda çox gözəl həyəcana səbəb olar.
Hz. Mehdi dövründə bütün silahlar aradan qalxacaq. Top, tank, tüfəng qalmayacaq. İnsan öldürmək üçün texnologiyadan istifadə edilməsinə insanlar çox təəccüblənəcək, bunun anormallığını görəcəklər.
İslam Birliyinin vaxtı üçün təqdir edilmiş zaman var. Əlamətlərə baxaraq bu vaxtın artıq yaxın olduğunu anlayırıq. Peyğəmbərimiz (s.ə.v) 1400 il əvvəl görmüş kimi bu gün yaşananlardan danışmış və dedikləri bir-bir olmuşdur.
İnsan dünyadakı təhsillə özünün nə olduğunu görər. Özü haqqında bilgiyə sahib olar. Axirətdə sevildiyimizi dünyada yaşadığımız təhsillə anlayırıq.
Münafiqin yazdığı hər sətir şeytanın vəhyidir. Nələrə həsəd apardığını, nəyə kinləndiyini, İslama haralardan hücum edə biləcəyini görürük. İmanda və elmdə dərin olanlar bu yazılardakı şeytanın qaranlığını tam diaqnoz edərlər.
Quran insanların normal ağla sahib olmasını təmin edər. Quran olmadığı zaman insanın sabit və tutarlı olması mümkün olmaz.
Münafiq it kimi qorxaqdır. Özünü cəsur kimi göstərməyə çalışar, həmişə bunun təbliğatını aparar. Müsəlman isə həqiqətən igiddir, cəsarətinin tələb etdiyini yerinə yetirər. Münafiq boş danışıqlarla sadəcə özünü reklam edər.
Şeytanla qarşılaşdığı zaman onunla elmi mübarizə aparmamaq uyğun olmaz. Şeytan ayağına gəlibdirsə onunla mübarizə aparma ibadətinin vaxtı gəlmişdir. Bu möminin mübarizəsi ağılla, elmlə, irfanla, hüquqla olar. Münafiq, şeytanın üzərinə çökdüyü varlıqdır. Buna görə də, münafiqin hər cümləsini, hər davranışını çox yaxşı təqib etmək lazımdır. Bunların hamısı şeytanın vəhyidir. Mömin bunların hamısını bir-bir müəyyənləşdirib təhlil edər.
Ağıl, ehtiras və dərinlik kimdədirsə qadın ona yönələr. Eşqin sonsuz dərinliyinə özünü çəkə bilən kişi üçün qadın dəli-divanə olar.
Biz adi varlıq deyilik. Allahın ruhunu daşıyırıq. Allahın ruhunu daşıyan qətiyyən cəhənnəmə getməz. Lakin mömin olaraq hər zaman cəhənnəmdən qorxmalıyıq, cəhənnəmin insanı olmaqdan Allaha sığınmalıyıq.
Yaxşıları sevməyimiz üçün müqayisəyə ehtiyacımız var. Yoxsa həyat ölər. Pislərin, münafiqlərin mövcudluğu olduqca əhəmiyyətlidir. Möminin sevincini, möminin fəallığını onların mövcudluğu təmin edər. Küfr əhli, pislik, münafiq olmadan imtahan olmaz. İmtahan olmadıqda da biz dəyərli olmarıq. Ucala bilmərik. Bir-birimizi sevə bilmərik, Allah verməsin. İmtahansız heç nə olarıq. Sirr içində sirr var, bütün bu məsələlərdə.
Hörmətli Dəsticinin bütün milli məsələlərdə hökumətə dəstək olacağı açıqlaması çox gözəldir. Hörmətli Bahçəli, hörmətli Dəstici və Tayyib hocamın birlikdə hərəkət etməsi millətimiz üçün çox əhəmiyyətlidir.
Münafiqlər həmişə təkbaşına yaşamağa məhkumdur. İnsanların iyrəndiyi varlıq olduqları üçün qaranlıq guşələrdə tək başlarına sürünərək yaşayarlar.
Münafiqlərdə çox güclü cinayət meyli var. Hz. Əlini şəhid edənlər də münafiqlərdir. Dindən, Qurandan istifadə edərək hz. Əlini şəhid etdilər. Münafiq Quranla ortaya çıxar, ağılsızcasına Qurandan istifadə edərək müsəlmanlara zərər verməyə çalışar.
Şeytan, insanların Allahı tərk edəcəklərini iddia edərək ortaya çıxdı. "Bəndələrini azdıracağam" dedi. Münafiq də bu çirkin əxlaqa sahibdir. Möminlərin elçini tək qoymasını istəyər və var gücü ilə möminlərin elçinin ətrafından dağılması üçün çalışar.
Samiri həm ləyaqətsiz, həm namussuz, həm oğru, həm də fırıldaqçı idi, lakin müsəlmanların hz. Musanın yanından ayrılıb öz yanında toplanmasını istəyirdi. Münafiq axmaq olduğu üçün müsəlmanların elçinin ətrafından dağılıb özünün yanında toplaşacağını zənn edər.
Münafiq İslamdan bəhs etmək üçün kitab paylamaz, təkcə şeytanın vəhyini paylayar. Səthi kimi görünən şeylərin içində Allahın işarələri vardır. Allah münafiqin üzərində şeytanın əxlaqsızlığını bizə göstərir. Qurana baxaraq bunların nə qədər ləyaqətsiz, namərd və alçaq olduğunu görün deyir. Münafiqin yazılarındakı hər sətir şeytanın əxlaqsızlığını tanımaq baxımından çox əhəmiyyətlidir.
Münafiqin dilindən şeytanın vəhyini görərik. Şeytan münafiqin ətindən, sümüyündən istifadə edər. Şeytan onun bədənində olduğu üçün, elm adamının sınaq obyektini təhlil etməsi kimi bu məxluqlarda şeytanı təhlil edərik. İxtisaslı münafiqin üslubundan şeytan hansı məqamlarda çatışmazlıq görür, hansı məsələləri mühüm görür, nələri önə çıxardır, hamısını görürük. İxtisaslı münafiqin hər sözü şeytanın vəhyidir.
Münafiq, İslam aləmi və müsəlmanlar üçün mühüm məsələdir. Münafiqlə qarşılaşmaq möminin sevincinin, sağlamlığının, səhhətinin güclənməsini təmin edər. Müsəlmanların birlik və həmrəyliyini gücləndiriər. Münafiqi qısamüddətli deyil, illərlə dəyərləndirmək lazımdır. Necə ki, elm aləmi qəribə varlıqla qarşılaşdığı zaman təfərrüatlı şəkildə təhlil edirlərsə, müsəlman da şeytan olan münafiqlə qarşılaşdığı zaman uzun-uzun təhlil etməlidir, elmi mübarizə aparmalıdır. Allah bizə şeytanı tanıtdığı zaman şeytanı son damcısına qədər millimetrin milyonda bir quyruğu qalsa belə, onunla elmi mübarizə aparmaqla mükəlləfik. Mömin şeytanı yaxaladığı zaman buraxmaz. Bütün gücü ilə şeytanla elmi mübarizə aparar.

Adnan Oktar deyir ki... 3 dekabr 2017> Click for more

Müsəlmanların ən mühüm məsuliyyəti səmimi olmaq, sonra da İslam Birliyini istəməkdir. İslam Birliyi ən böyük fərz vəzifədir.
Dinin bütün hökmləri kütləvi yaşamağa uyğundur. Zəkat, yardımlaşma, Həcc, himayədarlıq sistemi, hara baxsaq möminlərin kütləvi hərəkət etdiklərini görərik. Ayrılıb dağılmamaq Allahın əmridir.
Ön mühakiməyə qapılmaq alçaldıcıdır. Ağlı güclü olan insan dəlilsiz ön mühakiməli olmaz. İnsan gözü ilə gördüyünə, qulağı ilə eşitdiyinə inanar, dəlil olmayan məsələdə ön mühakiməli davranmaz.
Mehdi tələbələrinin metafizik xüsusiyyəti təbliğ bacarıqlarının və imkanlarının daha yüksək olması; xasiyyətlərinin də digər insanlarla müqayisədə yüksək olmasıdır. Mehdi tələbələrinin dünyaya bağlılığı yoxdur, mallarının və canlarının hamısını Allaha fəda edirlər, bu da metafizik xüsusiyyətdir. Bir-birinə bağlılıqları normal cəmiyyətlərdə görüləndən daha yüksək olar. Birinə zərər gəldikdə hamısı birlikdə sahib çıxarlar. Bunlar çox alışılan hallar deyil.
Münafiq Qiyamətdən və Qiyamət əlamətlərindən heç vaxt bəhs etməz. Mehdiyyət ən çəkindiyi məsələdir. Münafiqlərə müjdə olsun hz. Mehdini də görəcəklər, hz. İsanı da görəcəklər. Bu onlar üçün ən böyük ürəkağrısı olacaq.
Axmaq münafiqlər Peyğəmbərimiz (s.ə.v)-in bir döyüşdə şəhid olacağını və müsəlmanların malını, mülkünü ələ keçirəcəklərini zənn edirdilər. Bu mənfəət ümidi ilə bütün gəncliyini İslama xidmət etdilər. Gəncliyi əllərindən getdi, həyatları bitdi, xəyalını qurduqları mal və mülkün hamısına da Peyğəmbərimiz (s.ə.v) və müsəlmanlar sahib oldu. Allah münafiqləri eşşək kimi müsəlmanlara xidmət etdirər, sonunda onların murdarlığından müsəlmanları xilas edər. Münafiqlər hər şeylərini itirdikləri üçün donuz kimi böyürərək və sürünərək yaşayar, sonunda da cəhənnəmə gedərlər.
Allah münafiqə ən böyük cəzanı gəncliyini əlindən alaraq verər. Peyğəmbərimiz (s.ə.v) dövründə 20 yaşlarında müsəlmanların yanına gəlir, 40 yaşlarına qədər xidmət edirdilər. Allah münafiqlərin əlindən həyatlarını və gəncliyini alıb Peyğəmbərimiz (s.ə.v)-ə verdi. Müsəlmanların üstünə gələcək nə çətinlik varsa, münafiqlərin üzərinə göndərdi. Münafiq həyatını müsəlmanlara verib gedər. Bu, münafiqə ən böyük cəzadır.
Münafiq İslam əxlaqının hakim olacağından bəhs etməz. Müsəlmanların mənəvi liderinin olmasını heç vaxt qəbul etməz. Liderlərlə itaət etməyin fərz olduğunu eşitmək istəməz. Mehdiyyətdən, İsa Məsihin gəlişindən heç vaxt bəhs etməz. Mehdiyyətin müvəffəqiyyətli olduğu məsələlərdən şiddətlə çəkinər, çünki mehdiyyətə dəstək olmaq istəməz. Mehdiyyət İslam Birliyini müdafiə etdiyi üçün münafiq tərsini müdafiə edər.
Ləyaqətsiz, namussuz, şərəfsiz olduğu halda, özünü dürüst, faydalı insan kimi göstərməyə çalışmaq münafiqin ən bariz əlamətidir. İkinci olaraq da münafiqlər mütləq müsəlmanların dağılmasını istəyər, İslama faydalı olacaq hər şeyə qarşı olarlar.
Münafiq ən ləyaqətsiz, ən şəxsiyyətsiz, ən fırıldaqçıdır, lakin özünü dürüst, dinə faydası olan, insanları guya xilas edən insan kimi göstərməyə çalışar. Hər münafiq vətəni xilas edən axmaq kimi ortaya çıxar. Məsələn, münafiqlər Peyğəmbərimiz (s.ə.v)-in möminlərin yaxşılığını düşünmədiyini, özlərinin daha ağıllı, daha ədalətli olduğunu iddia edirdilər. Peyğəmbərimiz (s.ə.v)-in nə üçün Peyğəmbər olduğunu anlamır, ona verilən nə üçün bizə verilmir deyirdilər. Peyğəmbərin sahib olduğu hər şeyə həsəd aparırdılar.
Tarix boyu bütün münafiqlər mehdiyyətə qarşıdırlar. Əhli-beytə qarşı olmalarının səbəbi də hz. Əlini, hz. Həsəni, Hz. Hüseyni şəhid etmələrinin səbəbi də Mehdi əleyhinə olmalarıdır.
Hər yuxuda insana xüsusi xatirə verilər. Xatirə verildiyi üçün ən anormal şərtləri belə normal görərik. Məsələn, qarışqa üstünə minib Kayseriyə gedir, bunda təəccüblənəcək nə var deyir. Çünki xatirə və yaddaş bu şəkildə verilir. Məsələn, yuxusunda uçduğu zaman təəccüblənmir, çünki hər yuxu yaddaşı ilə yaradılır. Yuxunun yaddaşında daha əvvəl də uçduğu bilgisi olduğu üçün yuxu görən adam təəccüblənməz.
Allah İslam yolunda xidmət edən bütün bacı-qardaşlarımıza addımlarının sayı qədər, nəfəslərinin sayı qədər savab nəsib etsin.
Eqoist insanlar olmasa fədakar olanların dəyəri anlaşılmaz. Yaxşı olanın dəyərinin anlaşılması üçün pis olan xüsusi yaradılar. Eqoistlik insanı çirkləndirən murdarlıqdır. İnsanlar eqoistliyi gördükdən sonra fədakar insanın gözəlliyini böyük aclıqla görər.
Münafiq faydalı şeyi zərərli kimi göstərərək müsəlmanlar əleyhinə bilgi yayar. Ağlı zəif olan bəziləri də münafiqlərin bu axmaqca sözlərinə aldanarlar.
Tarix boyu bütün qadın münafiqlər qırxayaq, bütün münafiqlər kaftar xarakterindədir. Münafiq hadisələri heç vaxt qavraya bilməyən axmaqlıq içindədir. O qədər əxlaqsızlığına baxmayaraq əxlaq dərsi verməyə cəhd edər. Peyğəmbərimiz (s.ə.v) dövründə də oğurluq etmiş, uşaq olarkən də quldur olan, fırıldaqçı, saxtakar olan münafiqlər Peyğəmbərə haşa necə davranacağını öyrətməyə çalışırdılar.
Peyğəmbərimiz (s.ə.v)-in kasıb olarkən varlı olması, həyat yoldaşlarının çox gözəl olması münafiqlərin heç xoşuna gəlmirdi. Özlərinin Peyğəmbəri zəngin etdiklərini zənn edirdilər. Münafiq həm axmaq, həm də alçaqdır. Peyğəmbəri zəngin edən, onu sevən gözəl həyat yoldaşları yaradan Allahdır.
Rəsulullah (s.ə.v) dövründəki münafiqləri təhlil etdikcə Peyğəmbərimiz (s.ə.v)-in savabının nə qədər böyük olduğunu daha yaxşı görürük. 300 münafiq çıxır, müsəlmanları döyüşün ortasında qoyub geri qayıdırlar. Tarix boyu o xarakteri həmişə eyni olub. Münafiq zehniyyəti; ədabaz, lovğa, həris, namərd, xain, hiyləgər, murdar, gizlində daha murdar, dəccaliyyətlə əməkdaşlıq edən, yalançı, quldur xarakterli, insanlardan nifrət edən, gözəl olan hər şeyə qarşı olan, pis olan hər şeyi sevən, homoseksualizmi dəstəkləyən, Müsəlmanların doğru yolunu kəsməyə çalışan alçaq məntiqdir.
Qadını potensial hər cür pisliyi edəcək biri kimi düşünüb qısqanmaq çox çirkindir. Qısqanmaq təkcə daha çox qorumaq istəyi mənasında ola bilər. Qadınlar şəxsiyyətli və ağıllıdırlar. Qadın şərəfinə düşkündür. Qadına potensial şübhə gözü ilə baxmaq vicdansızlıqdır.
Hər şeyin ən yaxşısını istəmək Cənnət əxlaqıdır. Ruhun, gözəlliyə doymamalıdır. Həmişə daha yaxşısını, həmişə daha gözəlini istəməlisən. Bu, mömin əxlaqıdır.
Quran həyata hakim olduğu zaman, yəni mehdiyyət dövründə müəlliflik gücü heyrətamiz inkişaf edər, incəsənətdə heyranlıq oyadan irəliləyiş olar. İnsanlar şən, coşğulu yaşayar. Qardaşlıq və köməkləşmə ruhu formalaşar. Mehdi sevginin zəmanətidir, sevginin hakimidir. Mehdinin siyasi cəhəti olmayacaq. İnsanlara sevgini öyrədəcək.
Qurana tam tabe olunduğu zaman cəmiyyət təzyiqi, məhəllə təzyiqi, ailə təzyiqi tamamilə aradan qalxar. Gənclərin, qadınların, insanların üzərindəki bütün təzyiqlər aradan qalxar, beyinləri çox rahat olar. Hal-hazırda gənclərin bildikləri rahatlama, əyləncə yerinə getmək formasındadır. Quranla yaşadıqları zaman o əyləncə yerində, min dəfə artıq rahat olacaqlar, daha fərəhli olacaqlar. Çünki beyinləri rahat olacaq, güvən olacaq, sevgi olacaq.
Quran əxlaqına sahib olmaq zəruri və asandır. İnsan normal yaşamağı Qurana tabe olmaqla təmin edə bilər. İnsanın, cəmiyyətin, həyatın məqbul olması üçün mütləq Qurana tabe olmaq lazımdır. Həyat Quransız olmur, Allah belə yaradıb. Həyat, vardır yaşayasan bir də üzərinə din əlavə edəsən deyə deyil. Quran həyatın özüdür. Həyat Quranla həyat olar.
Azərbaycanı, azəriləri çox sevirik. Allah bərəkətlərini artırsın. Azərbaycan demək Türkiyə deməkdir. Türkiyə demək Azərbaycan deməkdir. Onlar bizim baş tacımız, canımız, ruhumuz, mübarək bacı-qardaşlarımızdırlar. Dünyada da, axirətdə də bərabərik inşaAllah.
Sonsuz qısa zamanın an içində yaşanıb bitmiş olması böyük möcüzədir. Zaman və məkan olmayan aləm içində yaşayırıq, lakin çox insan düşünmür. Zamanın və məkanın olmaması insanın acizliyini göstərən böyük dəlillərdəndir.

Adnan Oktar deyir ki... 2 dekabr 2017> Click for more

Tayyib hocamız təkcə Allahdan qorxar, başqa heç kimdən qorxmaz. Xalis dəliqanlıdır. Allah Tayyib hocamızın köməkçisidir. Əleyhinə kimi görünən bütün hadisələri Allah onun lehinə döndərir. Tayyib hocamızın Allahın icazəsi ilə yolu açıqdır. Ona kömək edilir.
Dövrümüzdəki münafiqlərin namərdlikləri, alçaqlıqları, əxlaqsızlıqları Peyğəmbərimiz (s.ə.v) dövründəki münafiqlərin alçaq xarakteri ilə eynidir. Bütün münafiqlər oğrudur, soyğunçudur, qəsbkardır, insan bıçaqlayan həbsdə olmuş cəmiyyət mikroblarıdır. Münafiqlərin hamısı tanınmış azğın münafiqlər olaraq tarixə düşürlər.
Cənnətdə hər şey bizim ruhumuzu və zövq duyğumuzu tam qane edəcək şəkildədir. Cənnətdəki dostluqlar və sevgi, Allaha olan sevgi, Allahın təcəllilərinə olan sevgi çox qaneedicidir. Cənnət hal-hazırda hazırdır.
Münafiqlər 3-5 üfunətli it kimi qaranlıqda, leş kimi həyat yaşayırlar. Heç kim yanlarına yaxınlaşmır, saxtakarlar, fırıldaqçılar belə bunlara yaxınlaşmır. Hər kəs bunlardan iyrənir. Özləri də bir-birlərindən iyrənən, qudurmuş kimi bir-birinə hücum edən məxluqlar, utanmadan nur kimi müsəlmanları yanlarına çağırırlar. Bu da münafiqlərin nə qədər axmaq olmasının başqa sübutudur.
Allah Quranda münafiqlərdən yüzlərlə ayə ilə bəhs edir. Münafiqliyi gündəmdə saxlamaq, Quranın hökmüdür. Quran ayələri ilə münafiqlərin rəftarlarının, sözlərinin eynilə üst-üstə düşməsi Quranın möcüzəsidir. Münafiqlik mövzusundan, ayələrdəki hadisələrin eynisi reallaşdığı üçün bəhs edirik. Quranın möcüzəsinə şahid olduğumuz üçün bəhs edirik.
Münafiqlər; “bizi necə tanıyırsınız?” deyirlər. Donuzu necə tanıyırıqsa münafiqləri də elə tanıyırıq. Münafiqlərin sözləri, danışıqları, yazıları Quranda bildirilən bütün münafiq əlamətlərini daşıdıqları üçün bir-bir başa düşürük.
Mehdiyyət dövrünün münafiqləri Peyğəmbərimiz (s.ə.v) dövründəki münafiqlər kimi tarixə düşəcəklər. Məxluq olaraq, bəşəriyyətin baş bəlası murdarlıqlar olaraq kitablara düşəcəklər.
Münafiq, müsəlmanlardan mənfəət ümid edərək İslama xidmət edər. Mənfəət əldə etməyi gözləyərkən bütün gəncliyi əlindən gedər. Mənfəət əldə edə bilməyəcəyini gördüyü zaman da bu dəfə kin və hərisliklə mənfəət əldə edə bilmədiyi o yeri dağıtmağa çalışar. Təkcə özü dağılar.
Allah münafiqlərə, gəncliklərini əllərindən alaraq ən böyük cəzanı verər. Münafiqlər dinə və Allaha qarşı qəzəbli olduqları üçün İslam üçün keçirdikləri vaxtdan böyük əzab çəkərlər. Kaş xidmət etməsəydim, sədəqə verməsəydim deyə ömür boyu ciyərləri yanar. Münafiq İslam üçün xidmət etməyi həyatını yandırmaq kimi gördüyü üçün, İslama xidmət edərək keçirmiş olduğu hər gündən ötrü böyük əzab çəkər. Allah bunu onların içinə böyük dərd olaraq verər. Bütün münafiqlərdən Allah gəncliklərini almışdır.
Şeytan münafiqlərin eqoistlik və təkəbbüründən istifadə edərək bu axmaqları qızışdırar. Müsəlmanlar isə münafiqləri gördükcə Quranın ayələrinin yaşandığını görərlər və mənəvi məqamları çox yüksələr.
Qurana görə namaz vaxtlı olaraq fərz edilmişdir. Namaz vaxtında yerinə yetirilməsi lazım olan ibadətdir. Dəstəmaz almayıbsansa necə namaz qıla bilmirsənsə, vaxt keçmişdirsə o namaz keçmişdir.
Ölüm mömin üçün fərəhlik, imtahanının sonu, Allaha qovuşması və aydın oyanışdır. İmtahanın müddətini Allah müəyyən etmişdir. Ən yaxşı şəkildə yetişməmiz dəqiqləşdiyi zaman Allah canımızı alar. Ölüm, konkret olaraq yuxudan oyanmaqdır. İnsanlar dərin yuxudan oyanmış kimi olacaqdır.
Önümüzdəki illərdə çətinliklər artacaq. Heç bir bacı-qardaşımız təlaşa qapılmasın. Bu çətinliklər insanların, bacı-qardaşlığın əhəmiyyətini başa düşməsinə vəsilə olacaq. Dünyanın aparıcı insanları bir yerə toplanacaq və birlik olma qərarı alınacaq, bütün əzablar aradan qalxacaq.
Allah ruha yaddaş verdiyi üçün insan “insan” olur. Yaddaş silindiyi zaman insan təkcə hiss edər, iyləyər, eşidir, toxunar. İnsan yaddaşı ilə şəxs halına gəlir. Hər kəsin yaddaşı ayrı olduğu üçün ayrı insan olmuş olur.
Qurandakı azadlıq insanların heyrət edəcəyi qədər genişdir. İslam dini ilk gəldiyi zaman insanlar bütün tabuları və lazımsız qaydaları ləğv etdiyi üçün heyrətamiz fərəhləndilər. Müşrik sistemin ənənələrinin insanları əzən yüzlərlə, minlərlə qaydasını İslam aradan qaldırdı. İslam insanlara bayram sevinci gətirər, insanların üzərindəki tonlarla yükü götürər.
Münafiqlər müsəlmanlara böyük fayda təmin edər. Müsəlmanların həmrəyliyini artırar. Müsəlmanlar münafiqlərin İslama haradan hücum edə biləcəklərinə dair bilgiləri görmüş olar. Beləliklə müsəlman o sahələri möhkəmləndirər. Müsəlmanlardan tənbəlliyi yox edər. İttifaq gücünü artırar, şövqü, bərəkəti artırar. Münafiqdə isə ağıl və fiziki cəhətdən çöküşə səbəb olar. Əsasda cəhənnəmdə böyük əzab qazanar.
Münafiqdə çox böyük təkəbbür və lovğalıq hissi var. Vətən xilas edən axmaq üslubu ilə ortaya çıxarlar. Müsəlmanların yanında olarkən, həmişə müsəlmanları tərifləyərlər, onlardan danışarlar, heç bir tənqid etməzlər. Müsəlmanların yanından ayrılan kimi var gücləri ilə müsəlmanları dağıtmağa çalışarlar. “Müsəlmanları niyə dağıtmaq istəyirsiniz?” deyirik, “homoseksuallıq, darvinizm, materializmin zəifləməsini istəmirik” deyirlər. Şeytanla eyni vəzifəni boyunlarına götürürlər.
Münafiqin əsas hədəf seçdiyi insanlar müsəlmanlar olar. İraqda, Suriyada, Əfqanistanda müsəlmanlara hücum edilir, İngiltərə dərin dövləti hücum edir, küfr əhli dünya miqyasında müsəlmanları çətin vəziyyətdə qoymaq üçün çalışır. Münafiq isə müsəlmanlardan ayrılıb, küfr əhli arasında yerləşərək müsəlmanlara qarşı mövqe tutur. Küfr əhli ilə heç maraqlanmır.

Adnan Oktar deyir ki... 1 dekabr 2017> Click for more

Münafiqin alçaldılması möminlərin qəlbində fərəhlik yaradar. Çünki onları alçaldan Allahdır. Münafiqin alçaldılıb donuz kimi çırpınmasını izləmək möminlər üçün əyləncədir. Axirətdə də möminlər münafiqlərin cəhənnəmdəki halını görüb əylənəcəklər.
Münafiq təkəbbür və eqoistlik istəyər, lakin Allah onlara tam ziddi ilə qarşılıq verər. Hər dəfə lovğalanmaq istədikləri zaman münafiqləri alçaldar. Münafiqi alçaldan Allahdır.
İnsanın imanı artdıqca Allah ona incəlikləri və sirləri göstərər. Allah küfr əhlini və münafiqləri məğlub yaradar, lakin Allahı çox diqqətli izlədiyin zaman bu sirri görərsən.
Şirk davam etdiyi müddətcə dağıntı fasiləsiz davam edər. Allah Özünə şirk qoşulmasını istəməz. İnsanların əzabları şirk bitəndə bitər. Allahın Kitabı qeyri-kafidir demək Allaha qarşı çox çirkin sözdür.
Münafiq müsəlmanların yanında olarkən eşşək kimi çalışaraq, müsəlmanın xeyrinə çalışar. Ayrıldıqdan sonra da müsəlmanların nəşəsinin çoxalmasını təmin edər. Münafiqlərin hücumları müsəlmanlarda heyrət ediləcək şövq artımına, bir-birinə olan sevgilərinin güclənməsinə, imanlarının dərinləşməsinə vəsilə olar. Münafiqlərin Quranda bildirilən hər sözü söylədiklərini gördükcə möminlər daha da şövqlənər.
Münafiqin imzası, küfr əhlinə qarşı ən təsirli işi görən müsəlmanları hədəf seçməsidir. Buna görə də, doğru yolda olan hər mömin camaatının mütləq münafiqi vardır. Münafiq küfr əhli ilə müttəfiq olduğu üçün heç vaxt onları hədəf seçməz. Münafiqin dərdi FETÖ ilə, PKK ilə, İslamı yer üzündən silməyə əzm edənlərlə mübarizə aparan müsəlmanları zərərsizləşdirib, tərəfdarlıq etdiyi bu dostlarını qorumaqdır. Münafiq İslama mane olmağa çalışdıqca İslam yavaş-yavaş yayılar. Münafiqin cəhənnəminin dərinliyi möminin Cənnətinin yüksəkliyini təmin edər.
Peyğəmbərimiz (s.ə.v) dövründə münafiqlər, Peyğəmbərimiz (s.ə.v)-in özlərini haşa göz görə-görə ölümə sürüklədiyini iddia edirdilər. O dövrün münafiqləri küfr əhli ilə heç bir mübarizə aparmaz, alçaqcasına Peyğəmbərimiz (s.ə.v)-i hədəf alardılar. Bu dövrün münafiqləri də Suriyada, İraqda müsəlmanları şəhid edənləri, Türkiyəni parçalamağa çalışanları, dinsizliyi, materializmi hədəf almır. Nəyi hədəf alır: Bunlara qarşı ən təsirli mübarizə aparan müsəlmanları. Buna görə də, münafiq çox alçaq və şəxsiyyətsizdir.
İnsanlar xəstəliklər kimi acizliklər və uşaq ölümləri kimi mövzuları tam dərk edə bilmədikləri üçün imandan uzaqlaşırlar. Niyə kafir var, niyə münafiq var deyirlər. Bəziləri də insanların çoxunun iman gətirmədiyini gördükləri zaman, bu onlara mənfi təsir edir. Halbuki saydıqları bu şeylərin hamısı insanın iman gətirməsi, sevgini öyrənməsi, dərinlik qazanması üçün lazım olan, təhsilin hissəsi olan şeylərdir. Əgər dünyada belə təhsil almasaq Cənnətin mənası qalmazdı.
İnsan ağlı civə kimi dağılar. Həmişə toplamaq lazımdır. Sərbəst buraxıldığı zaman dağılaraq insanı yorar. İmanda sabitləşdiyi zaman isə beynin çox rahat olar. Dünyaya realist baxmaq lazımdır. Elm xarici aləmdə rəng, dərinlik, qoxu, səs olmadığını söyləyir. Lakin beynin içində üçölçülü, dərinliyi olan, rəngli, par-par parıldayan bir dünyanı yaşayan varlıq var. İnsanın millimetrin milyardda bir hissəsi qədər beyni olsa belə, sırf bu bilgini düşündüyü zaman iman gətirər.
Atatürk musiqini, heykəli, incəsənəti, keyfiyyətli geyinməyi, gözəlliyi, ziyalılığı təşviq etmişdir. Həmçinin müasir dindarlığı da təşviq etmişdir. Quranın türkcə tərcüməsini dərc etdirib on minlərlə sayda paylatdırmışdır. Atatürkün dəyərini anlamayan cahillərə heç vaxt etibar etməyə ehtiyac yoxdur.
Allah üçün xidmət etdiyini deyib Allahı unutmaq olmaz. Ən yaxşı xidmət, Allah ilə sıx əlaqə halında olmaqdır. Allah ən çox səmimi, dərin sevgini sevər. Allahı dərin sevən olmaq vacibdir. Dərin sevgi olduğu zaman, xidmət hissəsini Allah çox gözəl reallaşdırar, müvəffəqiyyət verər.
Din tərk edildiyi zaman, qəflət yaranar. İnsan zəif varlıqdır. Beyni hər cür təlqinə açıqdır. Əgər iman gətirməsə zəif olduğu üçün bu təlqinlərlə çox çalxalanar. İman gətirdiyi zaman isə taleyi, sonsuz ağıl Sahibi Allahın yaratdığını biləcəyi üçün narahat olacağı heç nə olmaz. İslamın qalib yaradıldığını bilər.
Tayyib hocamın qəlbi çox rahat olsun, 2023-cü ildə də bu millətin başında olacaq. Bu dövlət suriyalı məzlumlara sahib çıxır, qoruyur. Dövlətimiz pulun necə istifadə ediləcəyini yaxşı bilər. Tayyib hocamın həyatı gözümüz önündədir, şəxsi hərisliyinin, mənfəətinin olmadığını görürük. Qanunsuzluq vardırsa, prokurorluq orqanları lazım olanı edər. Tayyib hocam bu böhtanları ciddiyə almadan doğru yolunda irəliləməyə davam etsin.

Adnan Oktar deyir ki... 30 noyabr 2017> Click for more

Eşq, Allah ilə əlaqəli olan gözəllikdir. İnsan Allahı çox sevdiyi zaman, Allaha çox bağlandığı zaman, Allahın təcəllisi olaraq insanı sevər. İnsan əti, sümüyü sevə bilməz. Allahı sevməyi eşq halına gətirsə, Allah ona insan formasında dünyada təcəlli edər. Bu təcəlliyə duyulan sevgiyə eşq deyilər.
Allah insanın Özünə yaxınlaşmasında sərhəd qoymamışdır. Hər insan peyğəmbərlər kimi, hətta daha çox Allaha yaxınlaşa bilər. Allah; “keçməyin, dayanın” deməmişdir. Allah sevgini sonsuz açmışdır, sevə bildiyiniz qədər Məni sevin, yaxınlaşa bildiyiniz qədər Mənə yaxınlaşın deyir. Mömin var gücü ilə Allahı sevməyi istəməlidir.
Münafiqin etdiyi hər rəzillik taleyində bəllidir. Harada nə yazacaq, hansı cümlələri quracaq, müsəlmanlara qarşı hansı həmlələri edəcək, cəhənnəmdə yeri harada olacaq, hamısı bəllidir.
Allah qorxusu olmadığı zaman insanlarda təkəbbür yaranar. Allah qorxusu hər cür anormallığı aradan qaldıran nemətdir. Qürur, təkəbbür, qısqanclıq kimi xəstəliklərin tək dərmanı Allah qorxusudur. Bu xəstəliklər insanı bürüsə sevgi aradan qalxar. Sevginin və gözəlliyin mənbəyi Allah qorxusudur.
Allah qorxusu, Allah qarşısında xəcalətli olmaqdan qorxma duyğusudur. Bu, sevgi ilə Allaha yaxınlıqla mömində heyrətamiz həzzə dönər.
Sədaqət insan olmağın şərtlərindəndir. Sadiq olmayan, vəfanı bilməyən insani xüsusiyyətlərini itirmişdir. Sədaqət yoxdursa, mərhəmətsizlik və qəddarlıq vardır. Vəfa, mərhəmət, sədaqət, insanın möhtəşəm gözəllikləridir. Bunlardan biri olmasa o insan ölər, insan olmasının mənası qalmaz.
Dindar ağıllı insanın ətrafındakılar hüzurludur. Din olmadığı zaman insanlar özlərini boşluqda hiss edər. Özünü boşluqda hiss edən insan ətrafına güvən verə bilməz. Din insanın məqbul, ağıllı, səmimi, dürüst, sevgi dolu, canlı yaşamasını təmin edər.
Münafiq küfr əhli dağılsın deməz. Küfr əhli ayrılsın deməz. Təkcə ən təsirli gördüyü müsəlmanların dağılıb ayrılmasını istəyər. Onun ən mühüm əlaməti təkcə təsiredici gördüyü müsəlmanları hədəf almasıdır.
Münafiqlərlə elmi mübarizə Quranda ən geniş izah edilən mövzulardan biridir. Müsəlman, münafiqlərlə elmi mübarizədə çox diqqətli olmalıdır. Bu ibadətin savabı çox yüksəkdir.
Münafiq Qurandan öz murdar əməlləri üçün istifadə etməyə cəhd edər. Bir qədər Qurandan, bir qədər küfr əhlindən öyrəndiyi məntiqlərlə ortaya çıxar. Küfr əhlinə qarşı çıxmaz. Lakin İslam Birliyinə qarşı çıxar. Mehdiyyətə şiddətlə qarşıdır. Peyğəmbərimiz (s.ə.v) dövründən etibarən münafiqlər mehdiyyətə qarşı çıxırdılar, buna görə də əhli-beyti şəhid etdilər. Münafiq, müsəlmanların mənəvi liderinin olmasını istəməz.
Allah qorxusu, Allah qarşı xəcalətli olmaqdan çəkinməkdir. İnsan belə mövqeyə gəlməkdən çox utanar, çox ağır əzab hiss edər. Mömin Allaha qarşı xəcalətli olmaqdan, Onun dəyərini qiymətləndirə bilməməkdən qorxar.
Peyğəmbərimiz (s.ə.v)-in vəfatından sonra bütpərəst və müşriklərin namus anlayışları və qadına baxış prizmaları İslama keçirildi. Müşriklərin öz yanlış məntiqləri İslamın hökmü, Peyğəmbərimiz (s.ə.v)-in sözü kimi göstərildi. Olduqca yanlış İslam anlayışı formalaşdırıldı. Bu zehniyyətin təməlini də qadının bütün haqlarını əlindən almaq, qadını potensial cinayət maşını kimi görmək, yarım insan varlıq kimi davranmaq var.
İslam üçün səy göstərmək əhəmiyyətlidir. Allah üçün kin bəsləmək ibadətdir. Lakin hər zaman ədalətlə, ağılla, məntiqli rəftar göstərilməsi, Qurana uyğun hərəkət edilməsi lazımdır.
Hər mövzudan izahı ilə birlikdə bəhs edilməlidir. Mövzunu xəbər halına salıb sonra həqiqətini və ya cavabını yayımlamamaq dürüst davranış deyil. Əgər cavabını yayımlamırsa, birtərəfli böhtan sistemi tətbiq edirsə; "mətbuat azadlığı var" deyilib keçilə bilməz. Ya cavabı ilə, düzgün məlumatla birlikdə yayımlamalı, ya da o xəbəri yayımlamalıdır.
Münafiqlər Peyğəmbərimiz (s.ə.v)-in dövründə döyüşməyi bacarmırıq deyərək geridə qalmaq istəyirdilər. Onlara bu ərazinin yarısı sənin olacaq deyilsə qaça-qaça gedər, ən yaxşı mən döyüşərəm deyirdilər. Münafiq iyrənclik dərəcəsində eqoistdir. Peyğəmbərimiz (s.ə.v) bunların alçaq olduğunu bildiyi üçün qənimətlərdən pay vermirdi. Döyüşə gedirdilər, lakin qənimətlərdən pay ala bilmirdilər. Buna görə də, maddi mənfəət təmin edə bilməmək onlara çox təsir edirdi. Peyğəmbərimiz (s.ə.v) heyrətamiz dərəcədə ağılla bu axmaqlardan İslam üçün ən gözəl şəkildə istifadə edirdi.
Peyğəmbərimiz (s.ə.v) dövründə münafiqlər özlərini inqilab törədən xalq qəhrəmanları kimi göstərmək istəyirdilər. Bunun üçün də Peyğəmbərimiz (s.ə.v)-in döyüş qərarlarını ağılsızcasına tənqid edirdilər. Peyğəmbərimiz (s.ə.v) İslamın güclü olması, məzlum müsəlmanların, qadınların, uşaqların qorunması üçün möminləri döyüşə təşviq edirdi. Münafiqlər isə axmaqcasına: "Peyğəmbər sizi ölümə sürükləyir" deyərək imanı zəif olanlara təsir etməyə çalışırdılar. Münafiqlər möminlərin uca məqsədlərini anlamazlar, çox iyrənc alçaq diaqnozlar qoyarlar. Onlarda uca məqsədlər, yüksək ideallar olmaz.
Ən kiçik təfərrüatı belə Allahın etdiyini düşünərək hərəkət etsən ağıllı və sabit olarsan. Mömin kəskin görüşlə dünyanı dəyərləndirər. Küfr əhli və münafiq hər şeyi özlərini etdiyini zənn edər, buna görə də, özünün həll yolu gətirdiyini zənn edər.

Adnan Oktar deyir ki... 29 noyabr 2017> Click for more

Münafiq həmişə özünü alçaldaraq hərəkət edər. Hər hərəkətində özünü rəzil edər. Möminlərdə isə Quranda münafiqlərlə bağlı ayələrin eynilə yaşanmasından ötrü heyrətamiz həyəcan və dərinlik yaranar. Möminlərin bir-birinə bağlılığı artar, bərəkət gələr. Münafiqdə isə həmişə bərəkət itkisi və bir-birinin arxasınca bəlalarla boğuşma vardır. Axmaq olduğu üçün bu bəlaları anlaya bilməz. Axmaqca çırpınan donuzun şüursuz şəkildə hücum etməsi kimi hücum etməyə davam edər. Möminin münafiqlə elmi mübarizəsi şüursuz donuzla mübarizə kimidir.
Münafiqlər axirətdə it yalı kimi murdar yeməklər yeyəcəklər. Müsəlmanlar həm dünyada, həm də axirətdə həmişə Cənnət süfrələrindədirlər. MaşaAllah.
Allah sonsuz gözəllik, sonsuz yaxşılıq, sonsuz ağıldır. Allah bizim əbədiyyən Cənnətdə gözəl yaşamağımızı istəyir. Allah bizim yaxşılığımızı istəyir. Allah Cəhənnəmi Cənnətin dəyərinin bilinməsi üçün yaratmışdır.
Mağazalarda işləyən insanlara lovğalıq etmək çox böyük əxlaqsızlıqdır. O insanlar onsuz da səhərdən-axşama qədər ayaqüstü dayanır, gələn insana yardım etmək üçün gününü keçirdir. O insana çətinlik yaratmaq, tərs üslub işlətmək çox böyük vicdansızlıq və mərhəmətsizlikdir.
Türk dövlətlərinin birləşməsi, Azərbaycan və Türkiyənin bir olması, dərhal ola biləcək gözəllikdir. Rusiyanı da mütləq bu birliyə almaq lazımdır.
Dünya miqyasında müvəffəqiyyətlərimiz, təsirimiz həmişə qat-qat artır. Adnan Oktarın kitablarının, məqalələrinin və bu əsərlərdən faydalanılaraq hazırlanan konfransların, sənədli filmlərin təsiri dəccaliyyətə heyrətamiz elmi zərbə vurur maşaAllah.
Dəccal (haşa) özünün Allah və hz. İsa olduğunu iddia edərək ortaya çıxar. Həmçinin bu yolla zəif ağıllı insanları razı salmağı bacarar. Peyğəmbərimiz (s.ə.v) bir hədisində Dəccalın bu oyununu belə xəbər vermişdir: “DƏCCAL ÖZÜNÜ DİNDAR GÖSTƏRƏR, ƏN SON İLAHLIQ İDDİASI İLƏ ÇIXIŞ EDƏR”. İbn Həcər Dəccalın hiyləgərliyindən belə bəhs etmişdir: "Dəccal əvvəlcə iman və yaxşılıq iddiası ilə çıxar, sonra peyğəmbər, daha sonra da Allah olduğunu iddia edər".
Peyğəmbərimiz (s.ə.v) bir hədisində; "Dəccalı bu qədər böyüdən və ucaldan əsgərlərinin ona olan bağlılığı olacaq" (el-Müstedrek, 4/507) deyə bildirmişdir. Başqa hədisində isə; "Dəccalın qərargahı günəşin batma tərəfindəki bir adada olacaq". (Suyuti, Dibac alel-Müslim, 6/261; Müslim, hədis: 2942; Avnul-Mabud, 11/317; Əs-Sünən əl-Varide Fil-Fitən, 6/1149.) demişdir. Peyğəmbərimiz (s.ə.v) bu sözləri ilə açıqca İngiltərə dərin dövlətinə diqqət çəkmişdir.
Mehdi (ə.s) müsəlmanların mənəvi lideri olmağı qəbul etməkdə əvvəlcə çox müqavimət göstərəcək. Bunun səbəbi qorxu deyil, vicdanən bu böyük mənəvi məsuliyyəti boynuna götürməkdəki vicdani həssaslığıdır. Buna görə də əvvəlcə; "mən adi insanam, çox sayda böyük alim var. Siz onlara gedin” deyəcəkdir. Lakin; "ümmətin nicatı üçün sənə ehtiyac var” deyə çox israr etdikləri zaman, artıq Mehdi (ə.s) da bu vəzifəni qəbul edəcək və İslam aləminin mənəvi lideri olaraq bu məsuliyyəti boynuna götürəcək.
Yaxın gələcəkdə inşaAllah İslam aləmi birləşəcək, türklük aləmi birləşəcək. Sonra da xristianlıq və musəvilik aləmi birləşəcək. Sonra da inşaAllah İslam əxlaqı bütün yer üzünə hakim olacaq. Bizim vəzifəmiz də bütün gücümüzlə hz. Mehdi (ə.s) və İsa Məsihə yardımçı olmaqdır. İsa Məsihə yardımçı olmağın vaxtı da artıq demək olar ki, gəlib çatdı. Bədiüzzaman həzrətlərinin də qeyd etdiyi kimi, İsa Məsihin mübarizəsi hazırda “gizli qalibanə”dir. Mehdiyyətdə isə bu mübarizə “açıq və aydın şəkildə qalibanə”dir. Məhz İsa Məsihin bu gizli qalibanə mübarizəsi də, Allahın icazəsi ilə yaxın zamanda açıq qalibanayə çevriləcək.
Qurana əməl edilmədiyi zaman Allah ora mütləq fəlakət verər. Qurana əlavə edildiyi zaman, Allahın endirdiyi din haşa bəyənilmədiyi zaman, şirk dinində israr edildiyi zaman fəlakət əksik olmaz.
Çiçəklərin hər hüceyrəsində ruh, hər hüceyrəsində ağıl var. Bir çiçəyin tək bir hüceyrəsində dünyadakı bütün insanların cəminin ağlından daha böyük ağıl var.
Allahı tanımayan insan səni tanıya bilməz. Allahı bu qədər ehtişamına baxmayaraq, görə bilməyən insan səni heç görə bilməz. Allahı sevə bilməyən səni sevə bilməz.
Allaha kəskin ağıl, kəskin diqqətlə, qəlbən aşiq olunar. Ağıllı insanın Allaha sevgisi olduqca dərindir. Kəskin məhəbbət, kəskin ağılla əlaqə şəklində olar.
Bir qadını hicablı olduğu üçün istədiyi məktəbdən, istədiyi peşədən uzaqlaşdırmaq çox böyük əzabdır. İctimaiyyətdə hicabdan istifadə edilməsinin heç kimə zərəri olmaz.
Eşq, ehtiras, sevgi olmasa insanda çökmə başlayar. Ən pisi Allah ağlını alar, hər an insanlara qarşı nifrət içində olar. Bu qəzəb həm əl-üzünü, həm də ağlını çirkləndirər.
Peyğəmbərimiz (s.ə.v) çox gözəl ağılla münafiqləri İslam üçün istifadə etmişdir. O dövrdə münafiqlər 15-20 il müsəlmanlara xidmət etdi, döyüşlərdə iştirak etdilər, böyük qənimət qazanılmasına vəsilə oldular. Bütün gənclikləri bitdikdən sonra biz gedirik dedikləri zaman Peyğəmbərimiz (s.ə.v) gedin dedi. Həm müsəlmanlar murdarlıqdan xilas oldu, həm də arxalarında böyük zənginlik qoydular.
Münafiq heç bir məqsədi olmadan heyvan kimi yaşamağı bir şey zənn edər. Axmaq olduğu üçün; "səhər namaza qalxmağımız lazım deyil, İslamı yaymaq üçün kitab paylamağımız lazım deyil, səhərdən-axşama qədər boş-boş gəzirik" deyir. Bunu da azadlıq zənn edir. Bu azadlıq deyil, heyvan kimi sürünməkdir. Münafiqlər bunun azadlıq olmadığını cəhənnəm yataqlarında çox yaxşı başa düşəcəklər.
Möminlər hər zaman ölümə hazırdır. Mömin üçün ölüm vüslətdir, yəni qovuşmadır. Allahdan gəlirik, Allaha qayıdacağıq. Hər an Allah ilə iç-içəyik. Ölüm dediyimiz şey Allahın ruhunun yenə Allaha qayıtmasıdır.
Osmanlının yox edilməsi qərarı İngiltərə dərin dövləti tərəfindən alındı. Bu qərarla Əbdülhəmid dövründə darvinzm, içki, siqaret Osmanlının hər yerinə yayıldı. Ziyalılara Allahın yaratdığını inkar edib darvinizm qəbul etdirildi. Heyrətamiz dərəcədə pozulma başladı. Osmanlının ilk rəsmi fahişəxanaları açıldı. Osmanlı donanması və bir çox qurum ingilis paşalara verilib. Nəticədə Osmanlı parça-parça oldu.
Zənginliklə təbliğ düz mütənasibdir. Pul İslamın təbliğində, İslamın yayılmasında çox əhəmiyyətlidir. Allah Peyğəmbərimiz (s.ə.v)-i də o dövrün ən zəngini hz. Əbubəkrlə dəstəkləmişdi. Hz. Xədicə (r.ə) anamız da o dövrün ən zəngin qadını idi. Bütün mülklərindən, maddi-mənəvi bütün imkanlarından İslamın yayılması yolunda istifadə etmişdilər.
Məktəblərdə təhsilin məqsədi sevgi, şəfqət, doğruluq və keyfiyyətdir. Bunun gənclərimizə yaxşı vurğulanması lazım. Məktəblərdə mütləq dostluq və yoldaşlıq mühitinin yaradılması, siniflərin keyfiyyətli və rahat mühitlər şəklində nizamlanması gözəl olar.
Cəmiyyətdə qadınları əzəcək hazır xurafata bənzər inanc sistemi var. Qadınların hər şeyinə qarışan və qadınların hər cür azadlığını məhdudlaşdıran fəlsəfə var. Bu inanc fəlsəfəsini aradan qaldıracaq əsas gücə ehtiyac var. Bu əsas gücün adı mehdiyyətdir. Qadınların layiq olduğu dəyəri görmələri üçün Allahın istəyi ilə mehdiyyətdən başqa yol yoxdur.
Mərhəmət olmadığı zaman zülm olar. Zülm isə insan ruhunu çox sarsıdan əzab növüdür. Mərhəmət olmasa, kainat məhv olar.
Darvinizm qadınları, təkamülünü tamamlamamış heyvan kimi görür. Darvin qadın barədə, evdəki itdən daha yaxşıdır deyir. Ənənəçi ortodoks İslamda da qadını yarım insan görən anlayış var. Qadınların əleyhinə yüzlərlə hökm var. Buna görə də, bir çox insan qadın düşmənçiliyi ilə yetişir. Qadınlar keyfiyyətli, mübarək, nəcib varlıqdırlar.

Adnan Oktar deyir ki... 28 noyabr 2017> Click for more

Ortaya atılan böhtanların min misli də olsa Tayyib hocamı yenə dəstəkləyəcəyik, yenə də prezident edəcəyik. Tayyib hocamın həyatı ortadadır. Biz konkret vəziyyətə baxarıq. Dünya hərisliyi olmadığını görürük. Dünya malında gözü yoxdur. Allah üçün, İslam üçün bütün müsəlmanlara sahib çıxır. Belə gözəl əxlaqlı olan insanı İngiltərə dərin dövlətinin çaqqallarına qarşı heç vaxt tək qoymarıq. Tayyib hocam Allah, din, İslam, Kitab, vətən millət üçün bütün gəncliyini həsr etdi. Cinayət törədən vardırsa, qanunla, hüquqla üstünə gedilər.
Sevməyi bacaran insan budaqda gördüyü bir meyvəyə elə-belə baxıb keçə bilməz. Almanı gördüyü zaman, o quru taxtadan alma yaranmasına heyrətamiz heyranlıq duyar. Budaqdan qopartmağa yazığı gələr. O almanı qopartmaq ona əzab verər. Buna görə də, Cənnətdə budaqdan meyvə qoparıldığı zaman dərhal yenisi yaranır. İnsan o gözəlliyə heç zərər verməmiş olur.
Sevginin təməlini Allaha olan sevgi təşkil edər. Bəzi insanlar; "mən Allahı sevirəm, lakin görünməyən bir varlığı sevirəm" deyə düşünür. Halbuki Allah hər yerdə təcəlli edər; bitkilərdə, insanlarda, heyvanlarda, mənzərədə, hər yerdə Allahın təcəllisi vardır. Bir insanın sevgini yaşaya bilməsi üçün ruh sahibi olması əsas şərtdir. Ruh sahibi olmayan sevgini bilməz və yaşaya bilməz. Ruh sahibi insan sevmə qabiliyyəti ilə dünyaya gələr, sevgiyə ac olar və hələ kiçik uşaq olarkən bu aclığı hiss etməyə başlayar. Sevmə və sevilmə hissinin güclü olması o insanın iman əhlindən olduğunu göstərər.
Allah qorxusunun çatışmazlığının səbəbi o insanın ölü olmasından irəli gələr. İnsan əgər ruh sahibidirsə yaradılışdan Allah qorxusunu biləcək şəkildə yaradılar. Ruh sahibi insanın Allahdan qorxmamağı qeyri-mümkündür. Elə olduğu halda dəli olar. Allahdan qorxan insan taledə müsəlman olaraq, ruh sahibi olaraq yaradılmışdır.
Allahın rizasının ən çoxunu qazanmaq üçün Allahın hər an vicdanımıza vəhy etdiyi bilginin nə olduğuna baxmaq lazımdır. Məsələn, biz axşam veriliş yayımlamaq əvəzinə yemək dəvətinə gedə bilərik. Orada da müsəlmanlar söhbət edəcək, Allah rizası var deyə bilərik. Lakin burada milyonlarla insana müraciət etmək imkanı var. Gəlib veriliş yayımlamaq Allahın rizasının ən çoxu olur. Bu yolla anbaan Allahın vəhy etdiyi doğrunu izləyərək Allahın rizasının ən çoxunu anlayarıq.
Müsəlman münafiqlərlə elmi mübarizə apararkən həmişə sağlamlıq və güc tapar, ağlı inkişaf edər, imanı inkişaf edər. Münafiqdə isə həmişə çöküş vardır. Münafiq; "işlər çox yaxşı gedir" deyər, halbuki yerlə-yeksan olmuşdur. "Çox xoşbəxtəm" deyər, halbuki rəzil-rüsvay olmuşdur. Münafiqin həyatının hər məqamında pislik, alçaldılma və rüsvayçılıq vardır. Bir pislik üçün quyusunda sürətlə dibə doğru yuvarlanar.
Münafiq şeytanın təhriki ilə hərəkət edən varlıqdır. Müsəlmanları öz aləmində hər məqamda dayandırmaq, İslama xidmətin qarşısını almaq üçün həmlə edər. Münafiq müsəlmanlardan ayrıldığı zaman küfr əhlinin içinə və ya öz həyatına getməz, bütün vaxtını müsəlmanlara öz aləmində mane olmağa ayırar. Bunun üçün də ilk addım olaraq müsəlmanları dağıtmağı hədəf alar. Zəif olduğunu gördüyü insanları öz murdar aləminə çağırar. Eyni zamanda da, ən təsirli gördüyü müsəlmana həmişə həmlə edər.

Adnan Oktar deyir ki... 27 noyabr 2017> Click for more

Münafiqlər əvvəlcə Peyğəmbərin yanına gəldikləri zaman yoxsul olurlar. Peyğəmbərimiz (s.ə.v)-in yanında zənginliyin dadını aldıqları üçün lovğalanır və bu dəfə mənfəətləri üçün zənginliyi istəyirlər. Öz mənfəətləri zəmanət altına alınmadıqda isə bu dəfə Peyğəmbəri (əxlaqsızcasına) ədalətli olmamaqla günahlandırırlar. Axırzaman münafiqləri də Peyğəmbərimiz (s.ə.v) dövründəki münafiqlərin eyni rəftarını göstərirlər.
Münafiqin dövrləri var. İlk dövrlərində zəkası fəal, canlı deyildir. Bir də şeytanın onu hərəkətə keçirdiyi dövr vardır. O dövrdə münafiq zəkası şeytan zəkasına dönər. Şeytanın təcəlli etdiyi üçün şeytanın çirkli zənginliyini və ixtisaslı şeytan şəxsiyyətsizliyini görmək üçün münafiq təhlili əhəmiyyətlidir.
Münafiqin müsəlmanlara hücumu küfr əhlinin hücumu ilə müqayisədə daha qarmaqarışıqdır. Qarmaqarışıq hücuma göstərilən rəftar daha çox savaba vəsilə olar. Münafiq hücumunun çox olması ağlın inkişaf etməsinə və savabın artmasına vəsilə olar.
Mehdinin gəlişindəki əsas məqsəd ədalətdir. Mehdi sevgini, sülhü, qardaşlığı təmin edərək ədaləti yaradacaq. Dünyada ədalətin tam yaradılması təkcə mehdiyyət dövründə olacaq.
Dünyəvilik, dindarla dinsizin və hər inanca sahib insanın eyni vətəndaşlıq hüquqlarına sahib olaraq bərabər yaşamasıdır. İnancından ötrü insanlara təzyiq göstərilməməsidir. Ateistə sən necə ateist ola bilərsən deyə təzyiq göstərilə bilməz. Heç kimin paltarına, həyatına qarışmaq olmaz. İstərsə çarşab, istərsə də mini yubka geyinər. Quranda; "sizin dininiz sizə, mənim dinim mənədir" hökmü var. Bu hökm dünyəviliyin ən gözəl tərifidir.
Allahı heç vaxt tərk etməsən, hər şey sənə görə hərəkət edəcəyi üçün mütləq ağıllı olarsan. Allah ilə əlaqəsini heç vaxt qoparmayan insan ağıllıdır və bu ağla görə bütün dünya formalaşar. Bu ağla bütün dünya, hətta şeytan belə xidmət edər. Hal-hazırda bütün dünya təkcə mehdiyyətin hakimiyyəti üçün çalışır. Allahı tərk etdiyin anda isə şirkə girərsən və ağıl yaranmaz.
Münafiqin fikri olaraq əzilməsi möminlər üçün şəfa, zənginlik, bərəkət və xoşbəxtlik vəsiləsidir. Münafiq çox axmaq olduğu üçün fikri olaraq əzilməsi də asandır. Peyğəmbərimiz (s.ə.v) dövründə münafiqlər Peyğəmbərimiz (s.ə.v)-in tətbiq etdiyi taktikaları dərk edə bilmir; "müsəlmanlar geri çəkilir" deyə sevinirdilər. Sonra Peyğəmbərimiz (s.ə.v) qəfildən qayıdaraq münafiqlərin təpəsinə elmi yolla zərbə endirir və fikri olaraq tam zərərsizləşdirirdi.
Münafiq müsəlmanlara sıxıntı verəcək sözlər demək istəyər. Axmaqca danışdığı zaman müsəlmanların bundan narahat olacağını düşünər. Bu sözlər müsəlmana heç vaxt təsir etməz.
Münafiqin içi şeytani odla yandığı üçün, içi yandıqca ağzından murdarlıq axar. Münafiqin ağlasığmaz kin və qəzəbi vardır, lakin bu kini ona heç nə təmin etməz. Kini münafiqə xəstəlik və bəla olaraq qayıdar. Münafiqin kin və qəzəbi öz sonuna səbəb olar. Qalib və üstün olan Allahdır. Münafiqin heç bir gücü yoxdur. Münafiqin kaftar kimi bağırmasının möminlərə heç bir zərəri yoxdur.
Münafiq həmlələrində müsəlmanlarda ağıl itiliyi, iman dərinliyi, fövqəladəlik və fəallıq yaranar. Quran ayələrinin eynilə reallaşdığını gördüyü üçün müsəlmanların özünə güvəni daha da artar.
Kobud davranan insanlara qarşı ağıllı olmaq lazımdır. Dərhal ani reaksiya göstərməmək, anlayışlı olmaq, şəfqətli davranmaq ilk tədbir olaraq yaxşıdır. İkinci mərhələdə kobudluğu davam edirsə, yenə də gözəl cavab vermək ağıllı olar. Beləliklə sonra daha geniş düşünmə və danışma imkanı yaranar. O insan verdiyin şəfqətli cavabı ömür boyu unutmaz. Lakin insan şeytanidirsə o zaman da yenə ağıllı davranan müsəlman qazanmış olar, səbir müsəlmanı gücləndirər.
Münafiq olmasa müsəlmanların mənəvi gücü anlaşılmaz. Münafiq müsəlmanların arasında olarkən küncdə dayanar, mübarizədən çəkinər. Müsəlmanların yanından ayrıldıqda birdən üzərinə şeytani iş görmə səyi gələr. Münafiqliklə mübarizə şeytanın ağlı ilə müsəlmanın ağlının toqquşmasıdır. Münafiq şeytani zəkadır. Münafiqə həmləyə keçəndə qəfildən şeytanın zəkası verilər. Əvvəllər axmaq olan münafiqə şeytanın zəkası verildiyi üçün güc kimi görünər. Halbuki şeytanın ağlı zəif olduğu üçün ağılsız və axmaqdır. Zəkası var, ağlı yoxdur. Münafiq də zəkalı kimi görünər, lakin hər həmləsi axmaqcadır. Buna görə də, münafiqlər mütləq məğlub olarlar.
Münafiqlərin xüsusiyyətlərindən biri də yanlarında çirkin dost olaraq zəif olanları aparmaları və həmişə "bizə gəlin" deyə çağırmalarıdır. Hər münafiq dəstəsi; "bizə gəlin" deyə çağırar. Münafiqin ən narahat olduğu şey saylarının az olması və alçaq olmasının görünməsidir. Bunun üçün sayı artırıb psixoloji təzyiqdən xilas olmaq istəyər. Halbuki Allah Quranda münafiqlərə verilən ən böyük cəzalardan birinin tək qalmaları olduğunu söyləmişdir.
Allah Quranda münafiqlər üçün; "əgər onlar bu elədikləri pisliyə, ağızlarından murdarlıq axıtmağa davam etsələr, səni onlara müsəllət edərəm" deyir. Müsəllət edəndə nə baş verir? Münafiqlər alçaldılır. Peyğəmbərlərə müsəllət olan hər münafiqi Allah həlak edib pərişan etmiş, alçaltmışdır. Münafiqlər hər dəfə dilləri ilə bir şeylər etməyə çalışıblar. Murdarlıq püskürməsi var, lakin bu murdarlıq püskürməsi müsəlmanlara heç bir zərər verə bilməyəcək şəkildə yaradılmışdır. Münafiqlərin həmlələri müsəlmanlara təkcə zənginlik bərəkət və rahatlıq gətirər.
Münafiqlərdə şiddətləri getdikcə artar, lakin Allah; "sizə dilləri ilə çirkinlik etməkdən başqa heç bir zərər verə bilməzlər" deyir. Həqiqətən də tarixdəki bütün münafiqlərin donuz kimi bağırmalarından başqa, ağızlarından murdarlıq axmasından başqa heç nə edə bilməyiblər. Sonunda da həmişə rəzil olublar, alçaldılıblar. Allah onları rüsvay vəziyyətə salmışdır. İnsan içinə çıxa bilməyəcək, heç kimin üzünə baxa bilməyəcək vəziyyətə gəliblər. Hər yerdə şərəfsiz, ləyaqətsiz, İngiltərə dərin dövlətinə xidmət etmiş alçaqlar olaraq yaşayarlar. Möminlər isə güclü, sağlam, şən, dinamik, böyük cəmiyyət olaraq həmişə gümrahdırlar.
Bütün münafiqlərdə eyni xarakteri görərik. Münafiqlər həmişə kiçik azlıqlar halındadır. Həmişə tənha, həmişə müvəffəqiyyətsiz, içinə qapanmış, eşşək kimi işləyən, lakin eşşək leşi kimi sürünən və əlinə heç nə keçməyən, tək yaşayan, qəlbi sıxılan, həqir, alçaldılmış, çirkli, çökmüş, murdar görünüşlü məxluqlar olaraq davam edirlər. Möminlər isə canlı, şən böyük cəmiyyət halında davam edirlər.
Allah münafiqləri tənha qoyur. Münafiqlər həmişə təcrid olunmuşdur, yoldaşları, dost ətrafları yoxdur. Münafiq fotoşəkillərinə baxdığınız zaman həmişə münafiqlərin digər münafiqlərlə olduğunu görərsiniz. Bu, Allahın onlara cəzasıdır.
Münafiqin gücü yoxdur. Təkcə xəstə kaftarlar kimi qəribə səslər çıxardar, başqa bir şey edə bilməz. Xəstə kaftarlar kimi bağırmasının səbəbi də guya öz aləmində müsəlmanları narahat etməkdir. Allah ayədə; "bundan başqa sizə heç nə edə bilməzlər" deyir.
Bu dövr müsəlmanların açıq, aşkar və qalibanə elmi mübarizə aparacağı illərdir. Hal-hazırda mehdiyyət açıq-açıq elmi mübarizə aparır. Gizlənən isə dəccaliyyətdir. Dəccaliyyət özü gizlənir möminlərin üzərinə münafiqlərini, şeytanlarını, əxlaqsız, dəyərsiz, ləyaqətsiz varlıqları salır. Lakin bunların möminlər qarşısında gücü olmaz. Çünki şeytanın gücü zəif yaradılmışdır. Dolayısilə münafiqin gücü də zəifdir.
Dünyaya zər aləmindən gəldik. İnşaAllah gedəcəyimiz yer Cənnətdir. Gəliş məqsədimiz də sevgidir. Sevgini öyrənmək mühüm olduğu üçün dünyadakı vaxt çox əhəmiyyətlidir. Dünyada çox yaxşı sevgi təhsili almasan Cənnətin bağçalarının, gözəlliklərinin heç bir mənası olmaz. Allah sevgidə çətinlik içində olanı dəyərli etmişdir. İnsan olaraq biz də çətinlik içində olanı sevirik. Hz. Yusifin zindanda ömrünün keçməsi, Peyğəmbərimiz (s.ə.v)-ə müşriklərin verdiyi əziyyətlər, həmişə sevgimizi gücləndirir.
Tayyib hocamın gözəl İslam anlayışı var. Müsəlmanların birliyini müdafiə edir. Böhtanlara, ittihamlara heç cavab belə verməsin. Gözəl yolunda davam etsin. Tayyib hocamın həyatı gözümüzün önündədir. Dünyaya dair heç bir hərisliyi olmadığını bütün millət görür. Pul toplama, dünya üçün xərcləmək kimi dərdi yoxdur.

Adnan Oktar deyir ki... 26 noyabr 2017> Click for more

Özünü Allaha rəbt edə bilməyən insanın ruh halı çox qeyri-sabit olar. Biri hədiyyə gətirər sevinər. 2 dəqiqə sonra kiminsə sözünə kədərlənər. Müsəlmanın Allaha çox möhkəm bağlanması lazımdır. Yoxsa ən kiçik sapmada insan həyatında qabarma və çəkilmələr başlayar.
İnsanın həyatının ən gözəl dövrü Allahı tanıdığı, anladığı dövrdür. Allahı tanımadan, Allahdan uzaq yaşamaq sürünməkdir, yaşamaq deyil.
Sevginin, igidliyin, səbrin, yüksək əxlaqın və eşqin öyrənildiyi yer dünyadır. Bu baxımdan dünya çox mühüm və əhəmiyyətlidir. Allah dünyadakı rəftarımızı və həyatımızı mühüm hesab edir. Allahın ən bəyəndiyi şeylər həmişə Allahın sevgisini axtarmaq, zəhmət çəkmək, səbir etməkdir. Allah yüksək vicdanı və həqiqi eşqi çox bəyənər. Küfr əhlini göstərdiyi halda, münafiqləri göstərdiyi halda, onların arasından Allaha yönəlib Allahı sevmək, Allahın ən bəyəndiyi haldır.
Hər yerdə qadınların üzərindəki təzyiqi aradan qaldıraq. Qadın mədəniyyətin, həyatın mənbəyidir. Qadın mübarəkdir. Qadınları gənc qız olarkən evlən deyən ailəsi, evləndikdən sonra həm əri, həm də ailəsi ağlasığmaz dərəcədə əzir. Qadın boşanmaq istəsə bu dəfə dul qadın haqqında böyük ittihamlar ortaya atılır. Bu çirkinliklərin hamısını aradan qaldıraq, qadınlar çox fərəhli, hüzurlu yaşasın.
Ülkücü gənclərin sayının artması Türkiyə baxımından mühümdür. Hakimiyyətdə hansı partiya olursa olsun, ülkücü gənclərin xidmətləri hər zaman çox dəyərli olmuşdur. Ülkücülər etibarlı insanlardır. Allah, Kitab, vətən, millət, dövlət, bayraqdan başqa məqsədləri olmaz.
Gənclər Quranda ittifaq etsələr, sevgiləri qarşılıqlı olar. Eyni inanca bağlı olanların anlaşmamağı mümkün olmaz.
Ənənəçi ortodoks İslam anlayışında xurafatları eşidən insanın dəhşətə qapılması haqsız olmaz. Lakin İslamdakı, Qurandakı dinin bu xurafatlarla heç bir əlaqəsi yoxdur. Biz olmasaydıq ənənəçi ortodoks İslamı dünyaya müsəlmanlıq kimi göstərəcək, sonra da müsəlmanların hamısını əzəcəkdilər. Biz Quran müsəlmanlığını ən gözəl təmsil edən dost qruplarından biriyik.
Şeytanın təsiri daxili təlqin şəklində olar. Məsələn, qəza keçirmiş bir insan var, kömək edilməsi lazımdır. Şeytan; "başını bəlaya salarsan işin olmasın" deyər. Şeytana qulaq asdığın zaman vicdansızlıq etmiş olarsan.
Allah qorxusu hörməti təmin edər. Hörmət olmadan sevgi olmaz. Allah qorxusu və Allah sevgisi iç-içədir. Allah qorxusunun içində olan ən güclü duyğu Allaha qarşı xəcalətli olmamaq istəyidir.

Adnan Oktar deyir ki... 25 noyabr 2017> Click for more

Hər şeyi edən Allahdır. Bu həqiqəti unudan insanlar tərs kimi gedən hadisələr olduğu zaman öz müvəffəqiyyətsizliyi zənn edib ümidsizliyə qapılırlar. İman zəifliyi və Allahı unutmaq belə fəlakətlərə səbəb olar. Dünyadakı bütün ağrı-acılar Allahı unutmaqdan irəli gəlir. İsrarla və qətiyyətlə, bir saniyə fasilə vermədən, Allahı heç vaxt unutmamalısan. Qəlb həmişə Allahla birlikdə olduğu zaman hər şey gözəl olar.
Münafiqlər Peyğəmbərimiz (s.ə.v)-in, səhabələrinin beynini zəhərlədiyini iddia edirdilər. Halbuki hidayəti verən Allahdır. Mömin cənnət üçün xüsusi imanla yaradılmışdır, cənnətdən gələr cənnətə gedər. Peyğəmbərimiz (s.ə.v)-ə yaxınlaşan hər səhabə talelərində iman olan cənnətdən gələn insanlar idi. Münafiqlər isə bunu anlaya bilməzlər, bir nəfər onlarla danışdı, bu da onlara təsir etdi zənn edirlər. Halbuki qəlblərə imanı yerləşdirən, möminləri bir-birinə sevdirən Allahdır.
Bizim proqramımız dini proqram deyil. Mən dindar insan olduğum üçün hər yerdə Allahı zikr edər, hər yerdə dindən bəhs edərəm. Mənim həyatımın hər dəqiqəsində din vardır. Həyatın hər mərhələsində Allah vardır, həyatın hər anında Allah zikr edilər, Allah sevilər.
Dindən danışılan mühitdə qadınlar olmaz demək çox yanlışdır. Din qadını təcrid etməz. Qadın, dinlə zidd varlıq deyil. Tam əksinə qadın mübarəkdir və dinlə iç-içə olan varlıqdır. Dinin olduğu yerdə qadın olmaz məntiqi ənənəçi sistemin təsiri ilə yaranmış yanlış məntiqdir. Həcdə necə ki, qadınlarla kişilər birlikdə ibadət edirsə, həyatın hər sahəsində də, dini mühitlərdə də qadınlar olmalıdır.
Münafiqlərin hər cür mənfi arzusu özünə bəla olaraq qayıdar. Münafiq çox xəstə ruha sahibdir. Üstü açılmayan cinayətlərin bir çoxunun arxasında münafiqlər vardır.
Münafiqlər Qurandan nifrət etdikləri halda, çox alçaq vəziyyətə düşdükləri üçün, özlərini qorumaq üçün Quran ayələrindən istifadə edərlər. Darvinizmə qarşı olmaz, dinsizliyə, ateizmə qarşı heç bir mübarizə olmaz, İslam Birliyini müdafiə etməz, iman həqiqətlərindən, Quran möcüzələrindən danışmaz, ancaq səhərdən axşama kimi müsəlmanlar əleyhinə danışarlar.
Yalan danışmaq çox bərbad şeydir. İnsanın ruhunu sıxar, çox ciddi mənəvi sıxıntı yaradar. Xüsusilə də mənfəət üçün yalan danışmaq cəhənnəmin qapısını açmaq deməkdir.
Münafiqi küfr əhli maraqlandırmaz. Hər zaman əsas hədəfi müsəlmanlardır. Peyğəmbərimiz (s.ə.v) dövründə müsəlmanları mübarizədən geri saxlamaq üçün Peyğəmbərimiz (s.ə.v)-i həmişə ağılsızcasına tənqid edirdilər. Peyğəmbərimiz (s.ə.v)-ə qüsur tapmaq üçün; "bizi istidə döyüşə aparır" deyirdilər. Halbuki müsəlmanlar döyüşə məzlumları, qadınları, uşaqları qorumaq üçün gedirdi. Münafiqlər isə müsəlmanların qorunması ilə heç maraqlanmazdılar.
Peyğəmbərimiz (s.ə.v)-in həyat yoldaşları bir-birindən gözəl idi. Hamısı çox cazibədar, cəlbedici, namuslu, nəcib və gözəl idi maşaAllah.
İnsanın ruhu Allah sevgisinə ac yaradılmışdır. Heç bir insan sevgiyə müqavimət göstərə bilməz. Harada gözəllik, xeyir, sevgi, yaxşılıq vardırsa ruh onu dərhal çəkər. Allahın ruhunu daşıyan hər beyin bizim söylədiyimiz bilgini mütləq alar. Allah bizi inşaAllah qəlblərdə fərəhliyə, səmimi Allah sevgisinə, Allaha güclü bağlanmağa vəsilə edir.
Heyvanların balalarını qorumaq məsələsindəki məharət və bacarıqları heyranedicidir. İnsanların əksəriyyətində belə həssaslıq olmur. Toyuğa baxırıq şüuru qapalıdır, lakin bir çox balası arasında təkcə biri itsə dəhşətli səs-küy salar. Tək bir toyuğu balaları ilə birlikdə müşahidə edən insan Allahın sənətini çox gözəl dərk edə bilər.
Tənqid ən keyfiyyətli güzgüdür. İnsanın görə bilmədiyini göstərən rentgen aləti kimidir. Tənqiddən narahat olmaq sağlam deyil. Ruh sahibi tənqidi sevər. Səmimi tənqid məqbuldur. Uca səslə tənqid etmək də doğru olmaz. Tənqid insanın özünü mükəmməlləşdirməsi üçün mühümdür.
Tayyib hocamdan İslam Birliyini gündəmdə saxlanmasını xahiş edirik. Bu duadır, Allah duaları qəbul edər. Dünya miqyasında dəccaliyyətlə qarşı-qarşıya olduğumuz üçün Türkiyə təkbaşına təsirli ola bilməz. Əvvəlcə qəbul etməsələr belə həmişə, israrla İslam Birliyini xatırlatsın. Bir müddət sonra müsəlman ölkələr də utanacaq və qəbul edəcəkdir.
Münafiqlər Allah yolunda malını xərcləməkdən çox böyük iztirab duyarlar. Verdikləri malı müəyyən yolla geri almaq istəyərlər. Peyğəmbərimiz (s.ə.v) dövründə Peyğəmbərimiz (s.ə.v)-i də malların bölüşdürülməsi məsələsində ədalətli olmamaqla ittiham edirdilər. Çünki əxlaqsızcasına müsəlmanların və İslamın mənafeyini deyil, öz murdar mənfəətlərini düşünürdülər.
Allahın hər yeri əhatə etdiyini görən insanın ruh halına təvazökarlıq deyilər. Böyük olan təkcə Allahdır. Mömin; böyüyəm, lakin özümü bir qədər daha kiçildim deyə heç vaxt düşünməz.

Adnan Oktar deyir ki... 24 noyabr 2017> Click for more

Ağıllı insan özünə və ətrafına zərər verməz, hüzurludur. İnsan yanında sıxılmaz. Mövcudluğu təsiredicidir, göz həmişə onu axtarar. Ağıllı baxış çox mənalı və gözəl olar. Ağıllı insan sakitləşdiricidir, qəlbə fərəhlik verər. Ağıllı insan gəldiyi zaman insanlar təbii olaraq onun həmişə Allah ilə birlikdə olduğunu hiss edərlər. Ağıl Allahdan gələn nurdur.
Mərhəmətli insan yardımçı, səxavətli və bağışlayan olar. Gözəl danışar, acı sözlər deməz. Üslubu firavanlıq, həmişə rahatlıq verməyə çalışar. Təmizdir, keyfiyyətə, gözəlliyə önəm verər. Gözəllik təqdim etmək də mərhəmətdir.
Quran təkamülü rədd edir. Allah bütün insanların hələ dünyaya gəlmədən zər aləmində yaradıldıqlarını bildirir. Bunun özü, Quranda təkamül olmadığının dəlilidir.
Önümüzdəki illərdə çox böyük hadisələr görəcəyik. Bəzi insanlar dünyanın artıq məhv olduğunu düşünəcək. Öncül insanlar da çox qalmayacaq. Məhz belə şəraitdə Allah insanların qəlbinə vəhy edəcək, Mehdinin zahir olmasının yeganə qurtuluş olduğunu göstərəcək. Bu qənaətə dövlətlər ortaq olacaq. Bir şəxsin ətrafında bütün dünya birləşəcək.
Keyfiyyəti axtarmaq insanın ruhundakı gözəlliyi göstərər. Keyfiyyət bilavasitə Allah ilə əlaqə yaradıldığı zaman yaranar. Məsələn, kommunistlər keyfiyyət üzərində dayanar, lakin kommunist ölkələrdə incəsənət və keyfiyyətdə böyük çöküş olar. Ənənəçi İslam anlayışının olduğu ölkələrdə də incəsənət və keyfiyyət çökməsi olur. Quran müsəlmanlığı tam tətbiq olunduğu zaman heyrətamiz dərəcədə keyfiyyət və incəsənət formalaşar.
Bağışlayan insan psixoloji cəhətdən də rahat olar. Bağışlamağı bacarmayan insan əsəbi və gərgin olar, ətrafına hüzursuzluq yayar. Bağışlamaq fərəhlik gətirər.
Bizim idealımızdakı azadlıq hal-hazırda yoxdur. İnsanların üzərində ənənəçi sistemin təzyiqi, ailə təzyiqi, cəmiyyət təzyiqi, küçə təzyiqi kimi cürbəcür təzyiqlər var. Lakin Quranın gətirdiyi nurlu azadlıq günlərinə doğru sürətlə gedirik.
Münafiqləri alçaltmaq Allahın Qurandakı əmridir. Münafiqlərin alçaldılması möminlərə şəfadır. Tövbə surəsi, 14-cü ayə: “...Allah onlara sizin əllərinizlə əzab versin, alçaltsın və onlara qarşı sizə qələbə versin, möminlər cəmiyyətinin köksünə şəfa versin”.
Təvazökar insan eqoistlikdən xilas olmuşdur. Özü üçün deyil, başqaları üçün yaşayan insana təvazökar deyilər. Təvazökar insan təkcə Allahın rizasını axtarar. Sevgini axtarar.
Ey Rəbb, tezliklə Mehdini göndər, ey Rəbb tezliklə İsa Məsihi zahir et. İslam Birliyini görək. Müsəlmanların nicatını, bütün dünyaya qardaşlığın, sülhün hakim olduğunu görək.
Müsəlman heç vaxt küfr əhlinə və münafiqlərə boyun əyməz. Elmlə, irfanla sonuna qədər mübarizə aparar. Peyğəmbərimiz (s.ə.v) dövründə səhabələr çox igiddilər. Allah yolunda döyüşdən heç vaxt qaçmırdılar. Münafiqlər isə axmaqcasına; "bizi göz görə-görə ölümə sürükləyirsən" deyirdilər. Münafiq şəhidliyə inanmaz. Şəhidliyin taledə yüksək məqam olduğuna inanmaz.
Münafiqlərin davranışı tarixdə həmişə eyni olmuşdur. Haşa Peyğəmbərimiz (s.ə.v)-in vicdansız olduğu, ədalətli olmadığı, müsəlmanları qorumadığı kimi alçaqcasına böhtanlarla ortaya çıxırdılar. Şəhid olan müsəlmanlar üçün haşa Peyğəmbərimiz (s.ə.v)-i günahlandırırdılar. Peyğəmbərimiz (s.ə.v) dövründə yaşanan müharibələrin müsəlmanları qorumaq üçün lazım olduğunu başa düşmür, hər şeyin taleyə görə yaşandığını, şəhid olanın taleyində olduğu üçün şəhid olduğunu anlamırdılar. Əgər Peyğəmbərimiz (s.ə.v) cihad əmri verməsə Allah qorusun bütün müsəlmanlar yox edilərdi. Peyğəmbərimiz (s.ə.v); "risklidir, onun üstünə getməyin, onunla döyüşməyin" desəydi bu gün İslam olmazdı.
Müsəlmanlar çox nurlu və təmiz, münafiqlər isə hər cür əxlaqsızlığı etməyə meylli, xəstə və murdardırlar. Küfr əhli münafiqlə müqayisədə daha tənbəl və çəkinəndir. Münafiq daha azğın, daha gözü dönmüş, daha təfərrüatlara girərək hücum edən xarakterdədir. Münafiqlə mübarizə şeytanla aparılan mübarizədir. İslam əxlaqının hakimiyyəti yaxınlaşdıqca şeytanın, yəni münafiqlərin həmlələri artacaq, son məqamda münafiqlər və şeytan tamamilə məğlub ediləcəklər.
Münafiq ölü varlıqdır. Şeytan elektromaqnit qüvvə kimi içinə girər və müsəlmanların əleyhinə onu hərəkətə gətirər. Müsəlmanlara bu şeytani həmlə olduğu zaman müsəlmanların müdafiə gücü və bərəkəti, zehin açılması olar. Müsəlmanların bir-biri ilə olan anlaşmazlıqlarını aradan qaldırar. Möhkəm birləşib kütləvi, fəal, gözəl hərəkət etmələrini təmin edər. Buna görə də, münafiq həmləsi müsəlman üçün çox böyük xeyir və nemətdir. Münafiqlərlə aparılan elmi mübarizə müsəlmanların şövqünün, coşğusunun yüksəlməsinə vəsilə olar.
Şeytan Allah tərəfindən yaradılmış mexaniki, təkcə pisliyi və mənfiliyi bilən zəkadır. Kompüterin içindəki elektron sxem kimidir. Münafiq də şeytanın nüfuz etdiyi boş maşın kimidir. Münafiqin müstəqil zəkası yoxdur, şeytanın ona söylədiklərini nəql edər. Şeytan da təkcə Allahın kodlanmış olduğu cümlələri qura bilər, tam o qədər danışa bilər. Dolayısilə şeytan nəzarət altında olan mənfi qüvvədir.
Həqiqi hüquq vicdana tam tabe olunmasıdır. Vicdan tamamilə vəhyə əsaslanar. İnsan vicdanına tam tabe olursa mükəmməl hüquq var deməkdir.
Bir insanla məsləhətləşmək, məşvərət etmək hər zaman faydalıdır. Lakin sevgisiz, qısqanc insanların yanlış yönləndirmələrindən çəkinmək lazımdır. Məşvərətlərin uzun olmaması, boşboğazlığa imkan verməmək doğru olar. Boşboğazlıq zaman oğurluğudur. Vaxtını alan çox qiymətli dəyərini əlindən alır deməkdir.
Duanın tək məqsədi Allahı sevmək, Allahla yaxın olmaq Allahla dostluqdur. Allahın gücünü bilib Onun gücünə təslim olmaq, Onun mövcudluğunda əriməkdir. Allah hadisənin düzəlməsi və duanı birlikdə yaratmışdır. Məqsəd təkcə Allaha sevgini artırmaqdır. Allahı sevən Allahın təcəllilərini də çox sevər. Hər şeyin məqsədi sevgidir.
Cəmiyyətin xoşbəxt və hüzurlu yaşamasının cavabını müqəddəs kitablarda axtarmaq lazımdır. Kainatı, insanları və insanların acizliyini, bədbəxtliyini biz yaratmadıq. Bunları yaradan həll yolunu da yaratmışdır. Yaradan Qüvvənin nə dediyinə baxmaq lazımdır. Xəstəliyi yaradan şəfasını da yaratmışdır. Xəstəliyin həll yolu üçün Allah; "Mənə yaxın olun" deyir. "Əgər səmimi olsanız İslamı dünyaya hakim edəcəyəm" deyir. O zaman insanları həmişə səmimiyyətə dəvət etmək lazımdır. Səmimi olduğumuz zaman Allahın bizə birləşməyimizi və bir liderin ətrafında toplanmağımızın lazım olduğunu bildirdiyini görürük.
Cəsarət qazanmağın iki yolu var. Birincisi xalqın böyük hissəsinin tətbiq etdiyi, qorxduğu şeyin üzərinə getməkdir. Lakin bunda qorxu adətən yox olmaz, tam əksinə stress əmələ gələr. İkinci və əsas olan yol isə Allaha sığınaraq, hər yerdə Allahın təcəllisi ilə üz-üzə olduğunu bilməyin hüzuru içində olmaqdır. Həmçinin Allaha; “ey Rəbb, məni cəsur et, qorxuları üzərimdən al” deyə dua etmək lazımdır.
Dinlə lağ edilən mühitlərdə bu üslubun çirkin olduğunu ifadə etmək lazımdır. Allaha hörmət göstərmək gözəldir. Ayəyə görə müsəlman, dinə hörmət olmayan mühitdən qalxıb getməlidir.
Tayyib hocamın son dövrdə danışıqlarında keyfiyyət, sevgi və incəsənəti vurğulaması çox gözəl oldu.
Müəllimləri çox sevirik. Təkcə məktəbdə deyil, hər yerdə hörmət görmələri lazımdır. Müəllimlik müqəddəs vəzifədir. Bu gözəl insanlara hörmət göstərməmək çirkinlik olar.

Adnan Oktar deyir ki... 23 noyabr 2017> Click for more

Gözümüzə yapışmış ekranın qarşısında yaşadığını anlayan insan üçün imandan başqa yol yoxdur. Maddənin əsli həqiqətini anlayan insanda dünyanın bütün çətinlikləri qarşısına çıxsa, bütün şeytanlar başına toplansa, bütün zalımlar qarşısına çıxsa, ən kiçik sarsılma olmaz. İnsanların əxlaqındakı pisliklərin təməlində həmişə iman zəifliyi var. Oyun oynamalar, vəfasızlıqlar, sədaqətsizliklər həmişə iman zəifliyindən irəli gələr.
İnsan səhv etdiyi zaman üzülməz. Üzülmək şirk olar. Ağıl işlədərək, nəzakətlə, hadisəni ən sürətlə necə düzəldə biləcəyimizi tapmalıyıq. Bunu tapdığımız zaman yeni keyfiyyət, yeni irəliləyiş oldu deməkdir və möminə yenə qazanc olar.
Xəstəliklər insanın Allaha yaxınlaşmasında çox mühüm vəsilədir. İnsanların çoxunda Allahdan uzaq dayanma məntiqi olur. Halbuki Allahdan uzaq olduğu zaman insan hər şeyini itirər; sevgi gücünü, dərinliyini, sevincini, mövcudluq məqsədini... Xəstəlik insanları bütün bu itkilərdən uzaqlaşdırar. Zahirdə çətinlik kimi görünər, lakin batində insana çox gözəllik qazandırar.
Mehdiyə həm feili, həm də sözlü olaraq çoxlu hücum olacaq. Lakin heç bir feili hücum məqsədinə nail olmayacaq. Çünki Allah Mehdini, Cəbrayıl və Mikayıl da daxil olmaqla, minlərlə mələyi ilə qoruyar. Heç bir hücum Mehdiyə çata bilməz.
İsa Məsihin zühur əlamətlərinin hamısının reallaşmış olması, İsa Məsihin yer üzünə enişi qədər ecazkar və möcüzəvi hadisədir. Peyğəmbərimiz (s.ə.v) 1000 xəbər vermişdir və bu xəbərin 1000-nin də doğru olaraq reallaşdığını görürük. 1000 xəbər doğru olduğuna görə 1001-ci də doğrudur. İsa Məsihin zühuru haqdır.
Bir münafiq növü də, müsəlmanları qoruyurmuş kimi görünərək müsəlmanlar əleyhinə fəaliyyət göstərənlərdir. Bu çox alçaqcasına, axmaqcasına, xaincəsinə üsuldur. İslam yolunda bircə əsəri belə olmayan bu tiplər namərdcəsinə və alçaqcasına müsəlmanlara hücum edərək, təkcə fitnə törədirlər. Peyğəmbərimiz (s.ə.v) dövründə də bəzi münafiqlər Peyğəmbərimiz (s.ə.v)-i qorumaq adı ilə müsəlmanlara hücum edirdilər. Belə tiplər xüsusilə münafiq hücumu olduğu zamanlarda ortaya çıxıb Peyğəmbərimiz (s.ə.v)-i qoruyurmuş kimi üslub işlədərək səhabələrdən öndə gedənləri hədəf alırdılar. Halbuki hədəflərinin Peyğəmbərimiz (s.ə.v) olduğu çox açıq idi. Axmaqca üsullarla müsəlmanlara zərər verəcəklərini zənn edirdilər. Belə alçaq insanların müsəlmanlar əleyhinə olan sözləri müsəlmanların həm savabını, həm də digər müsəlmanların gözündəki dəyərlərini qat-qat artırar.
Hörmətli Dövlət Bahçeli həqiqi dava adamıdır. Partiyaçılıq məntiqi ilə hərəkət etmir. Allah, vətən, millət, dövlət üçün mübarizə aparır. Çox nəcib, çox keyfiyyətli, həqiqi dövlət xadimidir. Təbrik edirik. Allah uzun, xeyirli ömür nəsib etsin.
Münafiqlər bir-birindən nifrət edər, lakin xoşlandıqlarını söylədikləri zaman, bu xoşlanma da çox iyrəncdir. Eynilə peyinqurdunun murdarlıqdan xoşlanması kimidir. Münafiqin iyrəncliyini Allah xüsusi olaraq yaratmışdır. Münafiqə baxaraq şeytanın iyrəncliyini tanıyarıq.
İslama xidmətlə keçən hər dəqiqəsi münafiq üçün çox böyük əzabdır. Bu əzabı həmişə yazaraq axmaqcasına yüngülləşdirməyə çalışar. Lakin yazdığı hər sətirdə içi daha çox yanar və o yazdığı hər cümlə, hər söz üçün eyni zamanda cəhənnəmdə də ayrı yanacaq.
Münafiq axmaq olduğunu şeytan ona bilgi vermədən anlaya bilməz. İllərlə İslama xidmət edər, sonra bir gün şeytan ona; "sən axmaqsan” dediyi zaman həmin anda axmaqlığını anlayar. İslama xidmətlə keçən hər günü əzab olaraq içinə oturar.
Yunanistan bizim doğma qardaşımızdır. Bizi süni olaraq ayırdılar. Yunanlar bizim övladımızdır, onlar bizim canımızdır. Tayyib hocam Yunanistana getdiyi zaman danışsın sərhədləri açaq, vizaları ləğv edək desin. Allah razı olsun Tayyib hocamdan, Yunanistan səfəri inşaAllah çox bərəkətli olar.
Düşüncə üfüqünü Allah açar. Səmimi olub özünü Allaha təslim edənə Allah hər şeyi açar. Bütün bilgi Allaha məxsusdur. Özümüzü rahat buraxdığımız zaman, Allah hər işimizi heyrətamiz bərəkətli və gözəl edər.
Münafiqlər birlik kimi görünər, lakin hamısı bir-birindən nifrət edər. Bir-birləri haqqında hər şeyi deyər, qəzəblərini və nifrətlərini həmişə göstərərlər. Münafiqi yaxşı izləmək də ibadətdir. Oradan şeytanı tanımış olarıq.
Heyvanlara zülm bilərəkdən edilirsə qarşılığı ağır həbs cəzası olmalıdır. Heyvanın dərdini anladacaq dili yoxdur. Heyvana zülm edənləri nəsillər boyu tanıtmaq, hər kəsə ifşa etmək lazımdır.
Allah Quranda münafiqlərin alçaldılmasını bildirmişdir. Ayəyə görə münafiqlərin alçaldılması möminlərə maddi və mənəvi şəfadır. Müsəlmanlar hər münafiq hücumunda daha sağlam, daha gümrah, daha güclü olarlar. Münafiqlər isə fiziki cəhətdən də, əqli cəhətdən də, maddi cəhətdən də çökərlər.
Münafiq ucsuz-bucaqsız azad yaşadığını, istədiyi kimi İslama hücum etdiyini düşünər, halbuki təkcə taleyindəki hücumu edə bilər. Həmçinin münafiqin hər hücumu ilə müsəlmanlar heyrətamiz bərəkət qazanar. Müsəlmanların yeni üfüqlər qazanmasına vəsilə olarlar. Münafiqlər olmasa müsəlmanlar içinə qapalı və tənbəl ola bilər. Məsələn, Peyğəmbərimiz (s.ə.v) dövründə hər münafiq hücumu ilə səhabələrin həm Peyğəmbərə bağlılıqları artdı, həm mübarizə əzmləri artdı, həm də tədbir alma cəhətləri inkişaf etdi daha çevik hala gəldilər.
Hz. Süleyman şeytanları illərlə İslama xidmət etdirmişdir. Münafiqlər də şeytan olaraq müsəlmanların yanına gələr və İslama 15-20 il xidmət edərlər. Müsəlmanların yanındakı vaxtının bitməsinə yaxın şeytan daha çox üzərilərinə nüfuz edər. Hz. Süleyman şeytanlara çox yaxşı nəzarət edir və işlədirdi. Hədislərdə Mehdinin də münafiqləri çox yaxşı işlədib tam mənası ilə fikri olaraq zərərsizləşdirəcəyi bildirilib.
Həmişə qəzəbli olan insanın təvəkkülü çox zəifdir, şirk bataqlığına düşmüşdür. Həmişə qəzəbli olmaq ciddi sinir zəifliyidir və əhəmiyyətli məsələdir. Əgər insan həmişə gərgin və əsəbidirsə, insanları, əşyaları, hadisələri bütləşdirmiş deməkdir. O da onu gərginliyə salmışdır. Əsəbin mənşəyi Allahı unutmaqdır. Hər şeyi Allahın yaratdığına inanmış olan Allaha özünü tam təslim edən çox hüzurlu yaşayar. Bütün xəstəliklərin, narahatlıqların təməlində Allaha təvəkkül edə bilməmək var.
Ruhun kamallaşıb yetkinləşməsi insanın hər an Allah üçün nə edə bilərəm deyə düşünməsi ilə mümkündür. O zaman ruh cənnətdən dərin zövq alan keyfiyyətə nail olar. Boş gəzən, hədəfi, həyəcanı olmayan insanın ruhunun dərinlik qazanması qeyri-mümkündür.
Beyin də kölgə varlıqdır. Beyindən ruh yaranmaz. Ruhdan beyin yaranar. Beyin dediyiniz, qəssabda gördüyünüz ət və yağ parçasıdır. Hər şey Allahın ruhudur.
Suriyada məsələni heç uzatmadan tezliklə hökumət yaradılsın, bu rəsmi hökumət olaraq dünyaya tanıdılsın. PYD məsələsində Türkiyə mövqeyində çox haqlıdır. Tayyib hocamın bu barədəki açıqlamaları da doğrudur. PKK və bütün terror qrupları Suriyadan təmizlənsin və məzlum Suriya xalqı artıq evinə qayıda bilsin.

Adnan Oktar deyir ki... 22 noyabr 2017> Click for more

Qadını qorumaq, ona sevinc vermək, onun yaxşılığını, gözəlliyini mühafizə altına almaq zövqdür. Dəliqanlılar igid ruhlu olub qadınlara ən yaxşı şəkildə sahib çıxsınlar. Gənc qızları tək qoymaq yaraşmaz.
Mömin; "ey Rəbb mənə coşğun iman ver. Sənin sevginlə yaratdıqlarını sevim" deyə dua etməlidir. Möminin yeganə istəyi bu olmalıdır. Çünki təkcə Allah var, Allahı sevmək var və Allah üçün Allahın yaratdıqlarını sevmək var. Bundan başqa həyatın mənası yoxdur.
Münafiqlərin mövcudluğu müsəlmanlara çox fayda təmin edər. Müsəlmanlar öz dəyərlərini və nə qədər əhəmiyyətli olduqlarını daha yaxşı anlayarlar. Dostluqları güclənər, ittifaqları möhkəmlənər. Daha da gümrahlıq qazanarlar. Allahın nemətlərini daha çox düşünərlər. Bir-birilərini daha çox sevərlər. Şövqləri və əzmləri qat-qat artar.
Münafiq müsəlmanların yanında olarkən İslama göstərdiyi xidmətdən ötrü çox böyük əzab çəkər. Müsəlmanlar hər keçən gün güclənərkən, münafiqlər həmişə əzilib alçaldılmışdır. Peyğəmbərimiz (s.ə.v) və səhabələr hər gün daha da güc, qüvvət, heybət qazanarkən münafiqlər qotur it kimi alçaldılaraq, sürünərək yaşadılar.
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top