Müsəlman mehriban,sülhsevər, demokrat, sənəti, elmi nemət görən, gözəl olan hər şeyə heyran, bağışlayıcı, mükəmməl insan olmaq məcburiyyətindədir.
Dostluq, yoldaşlıq, sevgi, sənət, gözəllik qalmadı. Belə ağır bir təxribat dünya tarixində yoxdur. Bunlar Mehdi (ə.s)-ın çıxış əlamətidir.
Əsəblə baxıldığında dağ boyda yaxşılıqlar görünməz.
AYRI-SEÇKİLİK ETMƏYƏN, HƏR KƏSİ ŞƏFQƏTLƏ QUCAQLAYAN İSLAM, DÜNYADA CƏNNƏT DEMƏKDİR. Biz Rəsulullah (s.ə.v)ın isti mühitini istəyirik.
Sevgi insanın içini açar, qardaşlarımız yazılarında sevgidən bəhs etsinlər.
Qardaşlarımız pislik edənə pisliklə cavab verməsin . İnternetdə çirkin bir sözlə qarşılaşdıqlarında altına ayə yazsınlar. ÜRƏYİ QARALMIŞ İNSANLARA QARANLIQLA DEYİL, QURANın NURUYLA CAVAB VERİLƏR. Qaraldılmağa çalışılan interneti daima işıqlandıracağıq.
Əvvəl Allahı sevdirmək, ürəklərdəki vəsvəsələri aradan qaldırmaq lazımdır.
Allahı sevən Hz. Mehdi (ə.s) tərəfdarı olacaq. Bu birlik Mehdiyyətin bərəkəti ilə olur. Hz. Mehdi (ə.s) olmadan Türk İslam aləminin birliyi mümkün deyil.
Sevgi gələndə, silah susar.
Həqiqi dindar hər şeyə Allahın sevgisi ilə yanaşar. Sevinci və etibarı axtarar. Qorxuları dəf etmək üçün çalışar. Özü rahat olmağa çalışarkən başqalarını da rahatlaşdırdırmağa çalışar. Ətrafdakılar rahat olmasa, özü də rahatlıq tapa bilməz.
Çirkli, xəstə , Allah sevgisindən uzaq olan insanlar meydana gətirməyə çalışırlar. Biz isə, ruhən, fiziki güclü ,gümrah nəsillər yetişdirəcəyik inşAllah. Coşğu nəsilləri və Allah eşqiylə yanan eşq nəsilləri yetişdirəcəyik.
İnsanlar Allahı tanımalıdır. Allah sonsuz şəfqət və mərhəmət sahibidir. Allah bizə şəfqəti öyrədir. Şəfqəti, mərhəməti bizə öyrədən Allahdır. Haşa bəziləri Allaha mərhəmət dərsi vermək istəyir. Halbuki onların heç biri bilmədiyi halda, onlara o şəfqət və mərhəmət duyğularını verən Allahdır.
Müharibə deyəndə sevinər, sülhdən danışanda şübhə ilə baxarlar. Qardaşlıq desən onlara qəribə gələr. Həqiqi imanda, sevgi və qardaşlıqda coşğulu olmaq lazımdır. Ən gözəl iş müsəlmanların birləşməsi üçün görülən işdir.
Gözəl qardaşlıq saytları açılsın internetdə. Yalnız qardaşlığa, birliyə yönəldən mesajlar göndərilsin xüsusilə bütün dünya səviyyəsində olan yazılar.
Din sevgi ilə, şəfqətlə olan bir gözəllikdir, zorla, məcburiyyətlə olmaz.
Allahı çox sevməlidirlər, Mehdiyyəti müdafiə etməlidirlər. Allahı unudan iqtisadiyyat, Allahı unudan bir dünya ola bilməz. İqtisadi böhran ancaq Allahı çox sevmələri şərti ilə ortadan qalxacaq. Yoxsa, Allah daha da çökdürər.
Eşqi ehtirası mərhəməti burada, dünyada öyrənərik. Çox az şeyi cənnətdə öyrənəcəyik. Bəzəkli bir süfrəni burada öyrənərik, cənnət süfrələrindən ona görə zövq alacağıq. Cənnət qədəhlərindən bu dünyada qədəhləri sevdiyimiz üçün zövq alacağıq. Uçmanın zövqünü buradan bilirik. Allah bu neməti cənnətdə verəcək.
Əhəmiyyətli olan arif olmaqdır, dərin düşünməkdir. Müsəlman saytlarında Allah sevgisi təbliğ edilməlidir.
Allah eşqiylə dünyanı gözəlləşdirmək çox asandır.
Şeytan insanlara gözəlliyi çətin göstərir. Sevgini çətin göstərir. Nifrəti, sevgisizliyi isə asanlaşdırır. Beləliklə də insanlar, ən çətin şeyi asan, ən asanı çətin görməyə başlayırlar. Halbuki Allah Quranda, "səni asan olanda müvəffəqiyyətli edəcəyik" deyir.
Sevgiylə qucaqlaşmaq, sevgiyə qol açmaq, mehdiyətdir, kəsmək isə dəccaliyyətdir.
İnsanların əsl çətinliyi sevgisizlikdir. Sevgini həqiqi mənada yaşaya bilsələr, cəmiyyətdə də dinclik və gözəllik hökmran olar.
Sevgidə səbir lazımdır. Sevdiyinin çətinliklərini və çatışmazlıqlarını gözəlliyə çevirmək lazım. İnsana sevdiyinin xoşbəxt olduğunu görmək ruhuna qidadır.