Adnan Oktar deyir ki...

 

Adnan Oktar deyir ki... 25 may 2017> Click for more

Qısqanmaq qadını uca bilmək, ona hər cür gözəlliyi təqdim etmək, pislikdən qorumaq, şərəfinə, iffətinə diqqət göstərmək mənasında olar. Qadına etimad etməyib potensial günahkar görüb, hər an bir cinayət işləyəcəyindən şübhələnib təqib edirsənsə bu o qadına təhqir olar.
Allahın təcəllisini gördüyüm dindar, təmiz, səmimi hər qadını Allah sevgisi ilə çox sevərəm.

Adnan Oktar deyir ki... 24 may 2017> Click for more

Cəmiyyətin qadına sevgi və hörməti öyrənməsi üçün bu istiqamətdə öyrədilməsi lazımdır.
Qadın Allahın təcəllisi, mübarək varlıq kimi görülsə qadın hüquqları qorunar. Qadın təkcə Allahın hədiyyəsi, nemət olaraq görülsə bu qadını ucaldar, rahat olmasını təmin edər, yoxsa feminizm kimi məntiqlərlə olmaz.

Adnan Oktar deyir ki... 23 may 2017> Click for more

Dünyanın ən gözəl zinəti olan qadınların dəyərini bilməmək insanların Allaha sevgi və hörmətlərinin çatışmazlığından olur.
Ənənəçi ortodoks qardaşlarımız süni qanunlarla sanki özlərini öldürmüş vəziyyətdədirlər. Dinsizliyin özlərini əzmələrini asanlaşdırıblar. İncəsənət, elm, keyfiyyət olmadıqda başdan məğlub vəziyyətə düşürlər və əzilmələri çox asanlaşır. Qadının azad olmayacağına musiqi, incəsənət, heykəltəraşlıq olmamasının lazım olduğuna o qədər özlərini inandırıblar ki, gözəllik gördükdə əks rəftar göstərirlər. Ənənəçi sistem özlərinin də tabe olmadığı minlərlə qanun qoymuşdur və Allahın cənnət gözəlliyi olaraq təriflədiyi bütün gözəlliklərə qarşı çıxar.

Adnan Oktar deyir ki... 22 may 2017> Click for more

Qadınların səbri, mərhəməti, vəfası, ağlı, gözəlliyə olan meyli, incəliyi Allah tərəfindən onlara verilmiş ciddi üstünlükdür.

Adnan Oktar deyir ki... 19 may 2017> Click for more

Heyrətverici şəkildə qadın sevgisində, uşaq sevgisində, insan sevgisində çatışmazlıq görünür. Bu sevgisizlik ruhu mehdiyyətlə aradan qalxacaq.

Adnan Oktar deyir ki... 18 may 2017> Click for more

Bir qadını qorumaq, bir qadına hörmət bəsləyib sevmək, qadına nəcib varlıq olduğunu hiss etdirmək həm nemət, həm də zövqdür. Qadınları sözlə və ya gözlə narahat etməmək vacibdir.
Qadınlar özünü azad hiss edirsə, baxımlı və gözəl olması qadağan halına gətirilmirsə, o zaman həyat gözəl, keyfiyyətli və aydın olar.
Gecə klublarında həqiqi əyləncə olması üçün qadınların sərbəst şəkildə hüzur içində əylənə biləcəkləri mühit olması lazımdır. Əhəmiyyətli olan, qadınların şərəfinə zərər gəlməsinin qarşısının tamamilə alınmasıdır. Bu zaman həqiqi əyləncə olar.
Qadınların cəmiyyət içində rahat olması üçün qadına hörmətin öyrədilməsi lazımdır. İctimai nəqliyyat vasitələrində qadınlara hörmət göstərilməsi çox əhəmiyyətlidir.
Bəziləri qadının baxımlı olmasını, özünə diqqət göstərməsini, gözəl olmasını səhv kimi görür. Halbuki bu qadının ən təbii haqqıdır. Avropada qadının baxımlı olması ilə fəxr edirlər. Burada isə baxımlı olan qadın əzilir.

Adnan Oktar deyir ki... 17 may 2017> Click for more

Qərb öz aləmində bölgədə mövhumatçılığa qarşı çıxan, qadın hüquqlarını müdafiə edən, müasir strukturun PKK olduğu qənaətindədir və buna görə də, PKK-nı dəstəkləyir. Bu qənaət doğru olmadığı halda, PKK Qərb üçün müsəlmanlara qarşı təsirli silahdır. Türkiyə qadın hüquqlarının, keyfiyyətin, incəsənətin mərkəzi olsa, insanların PKK-nı dəstəkləmək üçün əllərindəki bu bəhanə aradan qaldırılmış olar.

Adnan Oktar deyir ki... 16 may 2017> Click for more

Qadın incəliyi görə bilən ağıllı kişini bəyənər. Ağılla sevgi iç-içədir. Ağlı olmayanın ehtirası və sevgini yaşaması qeyri-mümkündür.
Türkiyənin edəcəyi ən gözəl şey qadın azadlığına, incəsənətə, keyfiyyətə üstünlük verdiyini, demokratiyanı sonuna qədər müdafiə etdiyini göstərməsidir.
Qadın nifrəti müəyyən mənada ruhi xəstəlikdir və əxlaqsızlıqdır. Qadını haşa alçaldan üslubdan istifadə edənlər içlərindəki qaranlığı göstərirlər.

Adnan Oktar deyir ki... 15 may 2017> Click for more

Qadının ruhuna ən çox təsir edən ehtiras, dərinlik, ağıl və sevgidir. Qarşısındakında ağıl və dərinlik görməyən qadın mənəvi cəhətdən ölmüş deməkdir.

Adnan Oktar deyir ki... 13 may 2017> Click for more

Qadınlar dünyadakı ən gözəl varlıqlardır. Allahın Camal adının ən mükəmməl təcəllisidir qadınlar. Mərhəmət, incəsənət, incəlik tərəfləri üstündür.
Qadın geyəcəyi paltarı adət-ənənəyə və vəziyyətə görə öz vicdanı ilə seçər. Allah özlərini qorumaları lazım gəldikdə qadınların çarşab geyməsini söyləmişdir.

Adnan Oktar deyir ki... 12 may 2017> Click for more

Azadlıq, incəsənət, qadın hüquqları hakim olduqda dünya İslama və Türkiyəyə yönələcəyi üçün İngiltərə dərin dövləti bu təşəbbüsün qarşısını almaq istəyir.
Qadın hüquqlarını Avropadan daha irəliyə aparan, incəsənəti, elmi dəstəkləyən bir Türkiyəni heç kim qarşısına almaz.
Müasirliyin, keyfiyyətin, qadın azadlığının sahibi Türkiyə olmalıdır. Türkiyə bu mövzuda nümunə olsa hər kəs Türkiyə ilə dost olar. Türkiyənin çəkdiyi əsas çətinliyin səbəbi müasirliyə, qadın azadlığına dəyər verdiyini vurğulaya bilməməsidir. Bu edilsə Türkiyə əleyhinə olan vəziyyət bitər.

Adnan Oktar deyir ki... 11 may 2017> Click for more

Qadınlar dünyanın və cənnətin ən gözəl bəzəyidir. Bütün insanların mömin qadının necə gözəl, şərəfli, nurlu, cazibədar olduğunu görməsi əhəmiyyətlidir.
Türkiyə ultramüasir olsa, keyfiyyətə, incəsənətə, qadın hüquqlarına ən yüksək dəyəri versə Avropadakı Türkiyə əleyhinə mövqe və PKK dəstəyi bitər.
Dəccaliyyətin yaratdığı qadın düşmənçiliyi və nifrətini mehdiyyət aradan qaldıracaq. Mehdi dövründə qadınlar mümkün qədər azad olacaq.
Dəccaliyyət qadınlar məsələsində böyük oyun oynayıb. Dünyanın ən gözəl neməti olan qadınları, nifrət edilməsi lazım olan varlıq kimi göstərib.

Adnan Oktar deyir ki... 10 may 2017> Click for more

Quranda hicab yoxdur. Lazımi hallarda, qadının özünü qoruması üçün çarşabla örtünmək var. Bunu vicdanı ilə qadın nizamlayar.

Adnan Oktar deyir ki... 1 may 2017> Click for more

Bəzi qadınların çirkin əxlaqı bir çox insanın sürünərək yaşamasına səbəb olur. Çirkin əxlaqlı qadınların davakar, fitnəkar rəftarı insanları çox bezdirir, ya qadınlardan tamamilə nifrət edirlər, ya da bu pis həyata razı olurlar. Ömürləri bir-birini təhqir etməklə, döyüş, murdarlıq içində keçir. Allahdan uzaq olduqda Allah bəladan bəlaya sürükləyir.

Adnan Oktar deyir ki... 28 aprel 2017> Click for more

Qadınlar cənnətin də, dünyanın da bəzəyidirlər. Qadınlara sevgi və hörmət göstərməyi bacarmayanlar əvvəlcə içlərindəki sevgisizliyi aradan qaldırmalıdırlar.

Adnan Oktar deyir ki... 27 aprel 2017> Click for more

Əgər Türkiyə qadın haqlarını, incəsənəti, elmi, keyfiyyəti ön plana alıb, Avropadan daha qabaqcıl mədəniyyəti müdafiə etsə, PKK-nı da heç kim dəstəkləməz.

Adnan Oktar deyir ki... 24 aprel 2017> Click for more

Qadına ən mənfi təsir göstərən şey ağıl zəifliyidir. Qadının axtardığı ağıl, iman, dərinlik və ehtirasdır. Dərin düşünə bilməyən, nə dediyini bilməyən, ağlı zəif birini gördükdə qadın sevib bağlana bilməz. Beyni qapanar, özünü zorlasa da sevə bilməz.

Adnan Oktar deyir ki... 20 aprel 2017> Click for more

İnsanlar keyfiyyət və azadlıq istəyirlər. Qadınların, incəsənətin, həyatın azad olduğunu xalqa göstərmək çox vacibdir. Sahilboyu yaşayış məntəqələri, böyük şəhərlər “bizim azadlığımızı bizə hiss etdirin” deyirlər. Hökumətimiz bu məsələdə lazımi tədbiri görəcək, azadlığı gücləndirəcək.

Adnan Oktar deyir ki... 8 aprel 2017> Click for more

Çarşablı da olsa, dekolte də olsa bütün qadınların hörmət gördüyü bir dünya istəyirik.

Adnan Oktar deyir ki... 4 aprel 2017> Click for more

Qadın Allaha qul olaraq yaradılmış gözəl varlıqdır. Qadının əşya kimi istifadə edilmək üçün mövcud olduğunu zənn edənlərin məntiqi çox çirkindir. Qadın, cənnət yoldaşı olmaq, Allahın rizası ilə sevgini yaşamaq üçün evlənər. Primitiv məntiqlə hərəkət edənlər qadını əşya kimi görür.

Adnan Oktar deyir ki... 29 mart 2017> Click for more

Qadınlar özlərinə baxmaqla gözəl olur. Baxımlı qadına düşmənçilik bəsləmək və ya onu təhlükə kimi görmək çox primitiv və yanlış aspektdir.

Adnan Oktar deyir ki... 23 mart 2017> Click for more

Dekolteyə, qadına dəyər verməyə qarşı olanların təqdim etdiyi həyat cəhənnəm kimidir. Qurana tabe olunduğu zaman isə cənnət kimi dünya olur.

Adnan Oktar deyir ki... 19 mart 2017> Click for more

Türkiyə çox müasir olsa qadın azadlığı, rəsm, heykəl, musiqi, mədəniyyət, keyfiyyət, ədəb, yüksək dərəcə Türkiyənin əsas mövqeyi olsa heç kim bir şey edə bilməz.

Adnan Oktar deyir ki... 17 mart 2017> Click for more

Quranda qadına geniş azadlıq verilir. Qadın əziyyət görməkdən qorxduğu zaman çarşab geyər, etibarlı mühitdə dekolteli olmasında problem yoxdur. Haram olan qeyri-qanuni cinsi əlaqədir. Qadınla eyni mühitdə olmaq deyil. Qadınla eyni mühitdə olarsan, fövqəladə hörmət göstərərsən.

Adnan Oktar deyir ki... 15 mart 2017> Click for more

Mən qadınlara həmişə prioritet tanıyıram. Qadınlar mənim üçün çox dəyərlidir.
Qadın dünyanın ən gözəl bəzəyidir. Qadına qorxunc həyatı layiq görmək bütpərəstlərin adətidir. Bütpərəstlərin inancını İslama daxil etməsinlər.
Öz aləmlərində qadınları mühasirəyə alıblar və haşa insan yerinə qoymurlar. Qadını öz aləmlərində elə dəyərsiz görürlər ki, necə döyülməli olduğunu öyrədirlər. Quranda qadının döyülməsi hökmü yoxdur. Qadın dəyərlidir.
Dekolte əleyhinə olanların Qurandan kənar din anlayışlarına görə təkcə qadınlar deyil, gənc oğlan uşaqları da təcavüz mövzusu kimi görülür. Bunların azğın anlayışında rahatlamaq üçün qadının döyülməsi, qadınların həmişə alçaldılması, oğlan uşaqların da qapadılması lazımdır.

Adnan Oktar deyir ki... 13 mart 2017> Click for more

Bəziləri üçün müsəlman qadın deyildikdə güman edirdilər ki, gözəllik nədir bilməz, baxımlı olması mümkün deyil. Baxımlı, ehtiras dolu, fövqəladə müsəlman qadın modelini göstərdik.
Qadın hörmət gördüyü, dəyər gördüyü yerdə dekolte geyinər, bu nemət olan gözəllikdir. Biz İslamın bu ehtiramlı və parlaq üzünü təmsil edirik.

Adnan Oktar deyir ki... 11 mart 2017> Click for more

Türkiyə qadınların mümkün qədər azad olduğu, dekoltenin də, çarşabın da azad olduğu, incəsənətin, elmin, gözəlliyin hakim olduğu ölkə olsun.

Adnan Oktar deyir ki... 9 mart 2017> Click for more

Quranda qadının döyülməsi hökmü yoxdur. Peyğəmbərimiz (s.ə.v) qadınlara heyranedici dərəcədə dəyər vermişdir.

Adnan Oktar deyir ki... 8 mart 2017> Click for more

Qadın Allahdan qorxan, təmkinli, dərrakəli, dərin düşünə bilən kişini sevər. Qadınlar dünyanın ən gözəl varlıqlarıdır, qiymətlərinin bilinməməsinə heyrət edirəm.

Adnan Oktar deyir ki... 7 mart 2017> Click for more

Darvin də qadınları aşağı hesab edən düşüncəyə sahib idi. Haşa qadınların itlər kimi olduğunu söyləyirdi.
Quranda qadının döyülməsinə dair hökm yoxdur. Qadını haşa aşağı, özlərini isə üstün hesab edənlərin zehniyyəti Qurana uyğun deyildir.
Qadınların azad olması o ölkənin müasirliyini göstərmək baxımından ən mühüm meyarlardan biridir.
Dekoltenin də, hicabın da mümkün qədər sərbəst olduğunu çox yaxşı vurğulamaq lazımdır. Qadınların paltarına, həyatına qarışmaq olmaz.
Türkiyənin müasir olması, qadınların azad və rahat olması, incəsənət və estetikaya əhəmiyyət verilməsi çox əhəmiyyətlidir. Müasir cəmiyyətdə dövlət çevrilişi olmaz.

Adnan Oktar deyir ki... 4 mart 2017> Click for more

Qadınlar istədikləri kimi yaşayar, istədikləri kimi geyinər, istədikləri kimi şən yaşayarlar. Bu, hər insanın haqqıdır.

Adnan Oktar deyir ki... 3 mart 2017> Click for more

Qadın qarşısındakı insanın ağlına, dərinliyinə, şəxsiyyətinə və etibarlı olub-olmadığına baxar. Qadın Allah sevgisi axtarar, dostluq və şəfqət istəyər.
Qadın ağlı və vicdanı ilə özünü harada etibarlı hiss edəcəyini, harada necə geyinib davranacağını bilər. Qadınlara ağıl vermələrinə ehtiyac yoxdur.

Adnan Oktar deyir ki... 2 mart 2017> Click for more

Qadının gözəlliyi qadının zinətidir. Qadının gözəlliyini yox etmək qadını müəyyən mənada öldürməkdir. Qadının gözəlliyini təqdir etmək nemətdir. Qadının şərəfinə, iffətinə hörmət edərək gözəlliyini təqdir etmək lazımdır.
Qadının nəcibliyinə diqqət göstərərək, hörmət edərək tərif demək əhəmiyyətlidir. Qadın özü ilə ünsiyyətdə olanın keyfiyyətli və ağıllı olmasını istəyər.
Bəzi əxlaqsızlar qadın gördükləri zaman onu necə kədərləndirəcəklərini, necə faydalanacaqlarını düşünürlər. Qadın fövqəladə hörmətə layiq olan varlıqdır. Qadınların gözəlliyinə nail ola bilməməyin verdiyi həqirlik və qısqanclıqla təcavüzkarlıq edirlər. Doğru təhsil olsa qadına hörmət tam olar.
Nəzakət, mədəniyyət, bilik, keyfiyyət artırılsa qadınlar hər yerdə istədikləri kimi geyinər və azad gəzərlər. Əvvəlcə layiq olduqları hörməti görmələri lazımdır.

Adnan Oktar deyir ki... 1 mart 2017> Click for more

Qadınlar çox nəfis varlıqlardır. İnsan baxmağa və sevməyə doya bilmir. İnsanların qadınların qiymətini bilməməsinə təəccüblənirəm.

Adnan Oktar deyir ki... 28 fevral 2017> Click for more

Qadın hüquqlarının qorunması və qadınların sərbəst yaşaması vacibdir. Allahın bəndələrinin yarısı əzab çəkirsə Allah bərəkətsizlik verər.
Hərbi çevriliş təhlükəsini aradan qaldırmağın qəti yolu müasirlik və qadın azadlığının tam yaşanmasıdır.

Adnan Oktar deyir ki... 27 fevral 2017> Click for more

Qadına şiddəti təşviq etmək böyük günah və şiddətli vicdansızlıqdır. Mövhumatçı sistemdə qorxunc qadın əleyhdarlığı və düşmənçiliyi hakimdir. Haşa qadınlara ağlı və dini yarımçıqdır demək, mövhumatçı sistemin ən qorxunc tərəflərindən biridir. Qadının varlığına belə dözə bilmirlər.

Adnan Oktar deyir ki... 26 fevral 2017> Click for more

Mövhumatçılıq qadına dünyanı cəhənnəmə döndərmək üçün yaradılmış bir sistemdir, qadını haşa yarımçıq hesab edirlər.
Qadının gözəlliyi heyranlıq yaradar. Gözəl qadın gördükdə heyvani hisslə hərəkət edilməz, hörmət və ehtiramla davranılar.
Qadın əleyhinə fəlsəfə, özü ruhən və fiziki cəhətdən problemli olan, qadına qarşı aciz tiplər tərəfindən dinə yerləşdirilmişdir. Qadını əzərək özlərini ucaltmağa çalışırlar. “Qadın cəhənnəmlikdir, potensial günah ünsürüdür” kimi xurafatlar həmişə bu problemli zehniyyətin məhsullarıdır.
Qadınların baxımlı, gözəl, azad olmadığı hər yerə fəlakət gələr. Allah bəndələrinin azad buraxılmadığı ölkələrə bərəkət verməz.
Türkiyəni Suriya və ya İraqa döndərmələrinə icazə vermərik. Gənclər, qadınlar istədiyi kimi müasir və azad olacaq, incəsənət və keyfiyyət hakim olacaq.

Adnan Oktar deyir ki... 25 fevral 2017> Click for more

Qadın cənnət nemətidir. Qadının sevgisini Allah taledə xüsusi yaradar. Küçəyə çıxıb da sevgini tapım deyə bir şey yoxdur.
Qadınları potensial günahkar, nə edərsə təhlükəli olan, baxımsız, diqqətsiz varlıqlar halına gətirməyə çalışırlar. Qadınları bu qədər təzyiq altına salmaq, qadın gözəlliyini aradan qaldırmağa çalışmaq bir müddət sonra homoseksuallığın yayılmasına səbəb olur. Qadını bəyənmək, qadın gözəlliyindən xoşlanmaq anormal deyil. Bu, fitrətə uyğun olandır. Fitrəti pozduqda azğınlıq yayılır. Allahın haram etdiyi qeyri-qanuni cinsi əlaqədir. Qadının gözəl, baxımlı və cazibəli olması deyil.

Adnan Oktar deyir ki... 23 fevral 2017> Click for more

Qadınların əzildiyi, təzyiq altına alındığı cəmiyyətə Allah bərəkət verməz. Allah zülmə razı olmaz.
İsrarla qadınların baxımsız, diqqətsiz olmasını istəyirlər. Bu qadın əleyhinə olan məntiqi anlamaq qeyri-mümkündür.
Qadın da, kişi də gözəl olsun. İnsanların baxımsız olduğu sevginin, gözəlliyin, keyfiyyətin qalmadığı ölkələrdə dəhşət və gərginlik meydana gəlir. Allah belə bədbəxtlik istəmir.

Adnan Oktar deyir ki... 11 fevral 2017> Click for more

Qadınların əzildiyi bir ölkə bərəkətli olmaz. Qadınlar hər yerdə azad olsun, istər çarşabla, istərsə də dekolte ilə gəzsin, hər yerdə hörmət görsün. Məclisdə, hər yerdə qadınlar öndə olsun. Qadınların azadlığı keyfiyyətin yüksəkliyinin dəlilidir. Qadın gözəlliyi bütün dünyaya həyat verər. Qadınlar təzyiq altına düşdükdə dünyanın sevinci yox olar. Qadın gözəlliyi yoxdursa, məzar həyatı var.

Adnan Oktar deyir ki... 9 fevral 2017> Click for more

Qadınların azad ola bilmədiyi, gülə bilmədiyi, küçəyə çıxa bilmədiyi, şən ola bilmədiyi cəmiyyətlər çökər. Allah qullarına zülm edilməsinə icazə verməz. Qadın istədiyi kimi gülməli, əylənməlidir. Kişilərə əyləncəni, sevinci haqq görüb qadınlara görməmək olmaz. Qadınlar vicdanı ilə doğrunu bilər.

Adnan Oktar deyir ki... 8 fevral 2017> Click for more

Bəziləri öz məntiqlərinə görə kişilərə hər şeyi haqq, qadınlara hər şeyi qadağa hesab edirlər. Qadınların mütləq surətdə baxımsız, çirkin olmasını istəyirlər. Qadına şiddət tətbiq edir, hətta şəhid edir “sevdiyim üçün etdim” deyirlər. Qadını istəmədiyi həyatı yaşamağa məcbur etmək çox böyük zülmdür.

Adnan Oktar deyir ki... 7 fevral 2017> Click for more

Bəzi televiziya proqramlarında təcavüzkar, maddiyyatçı, davakar qadın modeli önə çıxarılır. Halbuki belə sevgisiz olmaq bir növ bəladır, fəlakətdir.
Hər ölkədə məclislərdə iştirak edənlərin əksəriyyətini qadınların təşkil etməsi lazımdır. Qadınların dəyər gördüyü yerləri Allah bərəkətli edir.

Adnan Oktar deyir ki... 30 yanvar 2017> Click for more

Qadın, dəyərinin bilindiyi və hörmət gördüyü yerdə sərbəst geyinə bilər. Qadına hörmət olmadığı mühit qadınlar üçün çox təhlükəlidir.

Adnan Oktar deyir ki... 29 yanvar 2017> Click for more

Qadınların üzərində böyük təzyiq olur. Mütləq şəkildə qadınlara necə yaşayacaqlarını öyrətmək istəyirlər. Qadınlar vicdanları ilə nə edəcəklərini bilərlər.

Adnan Oktar deyir ki... 28 yanvar 2017> Click for more

Qadınların əzildiyi hər cəmiyyət dağılar. Qadınlar azad olmalıdır. Hər cür azadlığı təkcə kişilərin haqqı kimi görmək vicdani deyil. Qadınların qiymətini bilməmək insanlar üçün fəlakətdir. Qadının necə gözəl nemət olduğunu görə bilməmək o insan üçün bəladır.
Peyğəmbərimiz (s.ə.v), Mehdi dövründə qadınların mümkün olduğu qədər azad olacağını bildirmişdir.

Adnan Oktar deyir ki... 25 yanvar 2017> Click for more

Keyfiyyətin azalması, incəsənətin aradan qalxması, sevincin yox olması, qadın hüquqlarının olmaması çevriliş törədən zehniyyət üçün səbəbdir. Bunlara əhəmiyyət verək.

Adnan Oktar deyir ki... 21 yanvar 2017> Click for more

İffət və iman bir qadını ən çox gözəlləşdirən nemətlərdir. İmanın nuru bambaşqa təsiredicidir.

Adnan Oktar deyir ki... 20 yanvar 2017> Click for more

Qadın gözəlliyi və sevgisi dünyadakı ən gözəl nemətlərdən biridir. Qadın sevgisinin insanların əlindən alınması böyük mənəvi bəladır.

Adnan Oktar deyir ki... 19 yanvar 2017> Click for more

Qadının gözəl, cazibədar və cəlbedici olması cinayət də deyil, günah da deyil. Fitrəti pozmaq səhv olar. Qadın qadına, kişi kişiyə bənzəməlidir. Kişi istədiyi kimi yaraşıqlı, qadın istədiyi kimi baxımlı və cazibəli olar. Mühüm olan iffətli olması, hörmət edilməsi, dəyər verilməsidir.

Adnan Oktar deyir ki... 18 yanvar 2017> Click for more

Qadınlara azadlıq verilməsə, halallar haram edilsə İslam Birliyi yaranmaz. Qadınların əzildiyi quruluşu Allah müvəffəq etməz. İslam Birliyinin açarı qadınlardır. Qadınların xoşbəxt və azad olduğu cəmiyyət yaradacağına söz versən Allah İslam Birliyini yaradar.

Adnan Oktar deyir ki... 12 yanvar 2017> Click for more

İncəsənət və estetika çatışmazlığı qarışıqlığa, bədbəxtliyə səbəb olar. Xalqın xoşbəxt olmamağı, incəsənət xadimlərinin və qadınların əzilməsi gərginliyə səbəb olar.

Adnan Oktar deyir ki... 11 yanvar 2017> Click for more

İnsanların əksəriyyəti qadına hörmət göstərməyi bilmirlər. Qadın istədiyi kimi azad olmalıdır, amma hər kəs qüsursuz şəkildə hörmət göstərməlidir.

Adnan Oktar deyir ki... 7 yanvar 2017> Click for more

Quranda qadının döyülməsi ilə bağlı hökm yoxdur. Bu, Qurana və İslama böhtandır.
Qadınlara azadlıq verməyən şirk dinidir. Şirk dini İslam deyildir. Quran dini qadınlara mümkün qədər azadlıq verər. Şirk dinində qadın haşa heyvandan aşağı hesab edilir və mərhəmətsizcə əzilir. Buna görə də şirk dini olan yerdə bərəkət olmur.
Qadınlara ağlasığmaz təzyiq göstərildiyi bir din İslam ola bilməz. Qadınları küçəyə çıxartmır, gülmələrinə icazə vermir, 99%-i cəhənnəmə gedəcək deyirlər. Allahın qullarını əzsən, Allah da səni əzər. Qadınları əzən anlayış İslam deyil. Şirk dinidir. İslamda belə zülm yoxdur.

Adnan Oktar deyir ki... 30 dekabr 2016> Click for more

Dini korlayanların sistemində bütün əziyyət qadınlara verilir. Qadını potensial cəhənnəmə layiq insan kimi görürlər. Halbuki, qadın çox qiymətlidir.

Adnan Oktar deyir ki... 26 dekabr 2016> Click for more

Quranda qadının döyülməsi deyə bir hökm yoxdur.

Adnan Oktar deyir ki... 16 dekabr 2016> Click for more

Qadınlarla əlaqədar bəzi kitablarda yer alan yanlış izahların düzəldilməsi lazımdır, bu izahlar çox dəhşətlidir. Qadına qarşı zülm olduqda Allah bəla verər, bu uğursuzluq gətirər. Allah qadınları sevgi üçün yaratmışdır. Qadın sevgisi olmadıqda qadın nifrətini yayırlar və qadınları gülə bilməz, əylənə bilməz hala gətirməyə çalışırlar.

Adnan Oktar deyir ki... 15 dekabr 2016> Click for more

Mən hər zaman üstünlüyü qadınlara verərəm, həyatın hər sahəsində üstünlük qadınlarda olmalıdır.

Adnan Oktar deyir ki... 14 dekabr 2016> Click for more

Mehdiyyət dövrü qadınların dünyada ən xoşbəxt olduqları dövr olacaq. Sanki cənnətdəymiş kimi rahat yaşayacaqlar.

Adnan Oktar deyir ki... 9 dekabr 2016> Click for more

Bir çox insan pişiklərdən belə nifrət edirdi. Qadınları, uşaqları, heyvanları sevməyi öyrətdik. Hər gün sevginin mühüm olduğunu söylədik.

Adnan Oktar deyir ki... 6 dekabr 2016> Click for more

Qadının gözəl və baxımlı olmasını günah kimi göstərmək bilərəkdən edilmiş şeydir. Kişi kimi görünən, tərs danışan kobud qadınlar yetişməyini istədilər. Qadınların kişi kimi və baxımsız olmasını təşviq edərək homoseksuallığı yaymaq istəyirdilər. Bu hücumlarını zərərsizləşdirdik.

Adnan Oktar deyir ki... 17 noyabr 2016> Click for more

Qadınların dekolte geyinməsinə, həyatına qarışmaq təhsil və nəzakət çatışmazlığından, hörməti bilməməkdən irəli gəlir.

Adnan Oktar deyir ki... 11 noyabr 2016> Click for more

Kommunizm qadınların sevincini və gözəlliyini əlindən alan bir sistemdir.

Adnan Oktar deyir ki... 10 noyabr 2016> Click for more

Qadının qiymətini bilməmək çox böyük anormallıqdır. Qadın dünyadakı ən gözəl varlıq, ən gözəl nemətlərdən biridir.

Adnan Oktar deyir ki... 5 noyabr 2016> Click for more

Qadınlar üçün həyatın cəhənnəmə çevrildiyi, kişilərin daha rahat olduğu həyatda gözəl olan heç nəyin qalmadığı sistemi İslam adı ilə təqdim edirlər. Keyfiyyətin, incəsənətin, gözəlliyin, sevincin İslamda olduğunu ayələrlə göstərdik.
İngiltərə dərin dövlətinin müsəlmanları əzmək üçün yaratdığı sistem tamamilə çökdü.

Adnan Oktar deyir ki... 4 noyabr 2016> Click for more

Türkiyənin Avropaya verəcəyi ən gözəl cavablardan biri olduqca müasir və keyfiyyətli olması, qadın haqlarında çox qabaqcıl olmasıdır.
Bəzi kəslər qadınlara şiddət tətbiq etməyi çox asan görür. Qadınlara qarşı qəzəbi aradan qaldırmaq üçün dövlət televiziya kanallarında təlim proqramları hazırlamalıdır.

Adnan Oktar deyir ki... 27 oktyabr 2016> Click for more

Sevgini, nəzakəti, mədəniyyəti, gözəlliyi, keyfiyyəti bilən qadınlar yeni sevgi mədəniyyəti yaradırlar. İngiltərə dərin dövlətinin sistemi çökdü.
Qadınlar çox ağıllı olduqları üçün qarşılarındakı insanın səmimiyyətsizliyini, ağıl zəifliyini dərhal görürlər. Ağlı zəif bir insanın ağıllı kimi davrandığını zənn etməsi, qarşısındakını aldatdığını zənn etməsi qadınları daha da hirsləndirər. Demək olar ki, sevəcək birini tapa bilmirlər. Rola girmədən, maska taxmadan, oyun oynamadan yanlarında bir üzlü kimsə olmur. Ömür boyu tənha, sevgisiz yaşayırlar.
İffət, ağıl, ədəb, dərinlik, ehtiras və sevgi qadını heyrətamiz dərəcədə gözəlləşdirər. Bunların hər biri qadının bəzəyidir. Qadınları ən çox yoran sevgisizlik olur. Sevgisizlik sanki bütün hüceyrələrini öldürür.

Adnan Oktar deyir ki... 22 oktyabr 2016> Click for more

Hər məsələdə üstünlük, ilk öncə qadınlara verilməlidir. Qadınların hər məsələdə qorunmaları, imtiyazlı olmaları lazımdır.

Adnan Oktar deyir ki... 11 oktyabr 2016> Click for more

Qadınlara zorakılıq tətbiq etmək həm Türkiyədə, həm dünyada geniş yayılıb. Bu zorakılıq mehdiyyətlə tamamilə bitəcək.

Adnan Oktar deyir ki... 2 oktyabr 2016> Click for more

Mövhumatçıların qadına olan baxış prizması çox çirkindir, qadın nə desə əksini edin, lazım gəlsə döyün deyən çox vəhşi anlayışları var.

Adnan Oktar deyir ki... 28 sentyabr 2016> Click for more

Qadın gözəlliyinin ruhda yaratdığı hiss möhtəşəmdir. Nə çiçək, nə mənzərə, nə də başqa şeyin gözəlliyi bu hissi vermir.

Adnan Oktar deyir ki... 15 sentyabr 2016> Click for more

Gözəl müsəlman modeli yaradaraq Dəccaliyyətin oyununu puç etdik. Musiqi, əyləncə, söhbət var, qadınlar azaddır və hamısı Qurana uyğundur.

Adnan Oktar deyir ki... 24 avqust 2016> Click for more

Mövhumatçı zehniyyət, incəsənəti, gözəlliyi, musiqini, qadınların azad olmasını, elmi, keyfiyyəti, gözəl olan hər şeyi qadağan edən zehniyyətdir.

Adnan Oktar deyir ki... 15 avqust 2016> Click for more

Qadın azadlığını artırmaq, incəsənətə və incəsənət xadiminə dəstək olmaq, keyfiyyəti artırmaq dövlət çevrilişi zehniyyətini tamamilə ortadan qaldırar.
Qadınlar gözəl, baxımlı və azad olacaq. Hər kəs də qadınlara qarşı hörmətcil, nəzakətli və qoruyucu olmağı öyrənəcək.

Adnan Oktar deyir ki... 14 avqust 2016> Click for more

Mehdi qadınlara eynilə Peyğəmbərimiz (s.ə.v) kimi dəyər verəcək, onları çox sevəcək, qoruyacaq, azadlıqlarını zəmanət altına alacaq.
Hədislərdə Mehdi dövründə bir qadının Şama heç qorxmadan təkbaşına səyahət edə biləcəyi bildirilib. Mehdi dövründə hər qadın azad olacaq, qorunacaq, heç birinin gələcək qorxusu olmayacaq, ailə təzyiqi, ər təzyiqi olmayacaq. Qadınlar hər mövzuda hər cəhətdən rahat olacaqlar.

Adnan Oktar deyir ki... 13 avqust 2016> Click for more

İnsanların əksəriyyəti qadınların dəyərini bilmirlər. Qadınlar incə düşünməyi bacaran, dünyanın bəzəyi olan mükəmməl varlıqlardır.

Adnan Oktar deyir ki... 8 avqust 2016> Click for more

Müasir olmaq, keyfiyyəti axtarmaq, incəsənət və estetikanı ön planda tutmaq ön planda olarsa, Türkiyə çox güclü olar. İncəsənət azadlıq, keyfiyyət və qadın hüquqlarının olduğu, qadınların azad yaşadığı ölkələrdə dövlət çevrilişi zehniyyəti formalaşmaz.

Adnan Oktar deyir ki... 31 iyul 2016> Click for more

Qadınlarını əzən, qadınlarına hörmət etməyən, qadınlarının azadlığını yox edən, keyfiyyəti, incəsənəti yox edən hər ölkə həlak olur. Buna çox diqqət yetirsinlər.

Adnan Oktar deyir ki... 4 iyun 2016> Click for more

Avropanın PKK-nı dəstəkləməsinin səbəbi PKK-nın qadın haqlarını müdafiə etməsi, azadlığı müdafiə etməsidir. PKK; "qadınlar istədiyi kimi geyinsin, azad olsun, qarışmayaq" deyir və "qadınlar daha çox siyasətdə vəzifə tutsun" deyir. Bunları Türkiyə deməlidir.

Adnan Oktar deyir ki... 2 iyun 2016> Click for more

Bəzi televiziya kanallarında qadınları xüsusilə davakar, tündxasiyyət, aqressiv, etibarsız, söyüşkən, əsəbi, fitnəkar kimi göstərirlər. Bu çox ürküdücüdür. Halbuki qadın dünyanın ən gözəl bəzəyidir.

Adnan Oktar deyir ki... 8 may 2015> Click for more

Bir qadınla bir kişinin yaxınlaşması üçün müəyyən şərtlər vardır. Birincisi, qadın həmin kişini çox sevməlidir, ona hörmət etməli, dəyər verməli, güvənməlidir. Halalı kimi görməlidir, qəlbində ona qarşı istək olmalıdır. Ancaq o zaman Allah bir məmnuniyyət duyğusu verər. Yoxsa it kimi bir qadının ətinə, sümüyünə hücum etmək çox alçaq bir hərəkətdir.
Bir qadın sevmədiyi halda, tələbi olmadığı halda, qəlbində bir məhəbbət bəsləmədiyi halda, onu cinsi əlaqəyə girməyə məcbur etmək bilavasitə şəxsiyyətsizlik, əxlaqsızlıq və alçaqlıqdır.

Adnan Oktar deyir ki... 5 may 2015> Click for more

Qadın Quranda əziz tutulmuşdur. Qadın ayələrdə təriflənilir, ucaldılır və qorunur. "Qadın yarımçıq varlıqdır" deyənlər, tam fərqli bir düşüncəyə sahibdirlər, bu mövzuda Qurana tabe olmurlar.

Adnan Oktar deyir ki... 27 aprel 2015> Click for more

Qadınlar çox gözəl varlıqlardır. Onlar dünyanın bəzəyidir. Bütün dünya qadınlara çox əhəmiyyət verməlidir. Bir insan qadının dəyərini bilmirsə, belə bir gözəlliyi görə bilmirsə, deməli, onun qəlb gözü kordur.

Adnan Oktar deyir ki... 16 aprel 2015> Click for more

Qız uşaqları çox kövrək varlıqlardır, çiçək kimi. Bir az diqqət yetirilməsə, dərhal solarlar. Onlar hər yerdə çox yaxşı qorunub himayə olunmalıdırlar.

Adnan Oktar deyir ki... 26 mart 2015  > Click for more

Yaxşı niyyətli, təmiz qəlbli bir qadın çox gözəl olur. İçi şeytanlıqla dolu olduqda, üzü çox çirkin olur, ağlı da itir. Mənfur olurlar.

Adnan Oktar deyir ki... 14 mart 2015> Click for more

Bəzi qəlblər xain olur, bəzi qəlblər mübarək olur. Bəzi qəlblər yaramazdır, bəzi qəlblər mübarəkdir. Mübarək qəlbli xanımlar yəni səidələr, onların ürəkləri çox gözəl olur, sevgi dolu olurlar. Xəyanət edən daim sürünür, boş yerə sürünür.

Adnan Oktar deyir ki... 1 mart 2015> Click for more

Qadın cinayətlərinə "dur" deməklə olmaz, verilən darvinist və materialist təhsilin dayandırılmasıyla olar. Əgər sən birini darvinist, materialist olaraq yetişdirsən, o da qarşısındakını böcək kimi görər. Öldürər də, asar da, kəsər də. Adamlar manyaka, dəliyə dönür. Ən gözəl üsul təhsildir. Qəlblərin Allah qorxusuyla nəqş edilməsi, darvinist, materialist sistemin dayandırılmasıdır.

Adnan Oktar deyir ki... 19 fevral 2015> Click for more

Qadın saf bir varlıqdır, onsuz da kişi ona ən gözəl şəkildə baxmaqla məsuldur. Amma sən onu bəsit bir insan kimi qəbul edərək ona yaxınlaşsan, bu çox alçaldıcı bir şey olar. Yəni onun üzərinə çökmək, onu istismar etmək şəklində bir düşüncən olsa, bu çox pisdir.

Adnan Oktar deyir ki... 15 yanvar 2015      > Click for more

Zəka qadına çox yaraşır. Yəni gözündəki o ağıllı ifadə. Məsələn, mənasız, quş kimi baxan bir qadının, təəssüf ki, bütün ehtişamı, bütün heybəti getmiş olur. Əgər həqiqətən bir problemi yoxdursa, özünü bu hala gətirməsi çox böyük bir ağılsızlıq olar.

Adnan Oktar deyir ki... 19 dekabr 2014        > Click for more

Ümumiyyətlə, tarix boyu dünyanı qadınlar üçün cəhənnəm mühitinə çevirmişdilər. Qadın olaraq dünyaya gəldiyi təqdirdə əylənmə, istədiyi kimi geyinmə, bəzənmə imkanı yoxdur, sevib-sevilmə hüququ yoxdur, sevinməsi qadağandır, hər şey qadağandır. Buraxın əylənsinlər, şən olsunlar, istədikləri kimi geyinsinlər. Artıq yaxalarından əl çəkin, imkan verin hüzurlu yaşasınlar.

Adnan Oktar deyir ki... 14 dekabr 2014    > Click for more

Bir gənc qız dərin imanı, sevgisi və nuraniliyi ilə yaşamış olsa, sağlamlıq, səhhət, ağıllı bir yetişdirilmə tərziylə yetişdirilmiş olsa bənövşələr kimi çox canlı və çox gözəl olar. Amma bunu etmirlər. "İmansız olsam nə olar?" deyir. Mənəvi cəhətdən ölür. Mənəvi cəhətdən öldükdə fiziki olaraq da ölür.
Qız uşağı çiçək kimidir. İmansız bir qız uşağının sağlam qalması mümkün deyil. Çünki, insan zəif bir varlıqdır. İman sayəsində ruhən sağlam olur, imanını itirdiyi təqdirdə onsuz da xəstə olur, bir çoxu intihara meyilli olur. Ağlında daima intihar etmək fikri olur, əsəb pozğunluqları yaşayır. Gedir siqaret çəkir, içki içir, özünü həlak edəcək nə varsa edir.
Xanımların əylənməsini qadağan etmək dünyadakı mühüm bir gözəlliyi kökündən qopartmaqdır. Dünyanın ən mühüm bəzəyi qadındır. Qadın əylənirsə, xoşbəxtdirsə, şənlənirsə, gözəlliyini nümayiş etdirə bilirsə gözəl olar.

Adnan Oktar deyir ki... 27 noyabr 2014    > Click for more

Qadının hər yerdə ən azı kişilər qədər güc və say etibarilə çox olması, AK Partiyası tərəfindən dəstəklənilməlidir. Məsələn, məclisdəkilərin ən azı yarısı qadın olsun. Dövlət idarələrində işləyənlərin ən azı yarıya qədəri qadın olmalı və qadınlara üstünlük verilməlidir.

Adnan Oktar deyir ki... 25 avqust 2014  > Click for more

Qadınlar ağlı səy göstərək axtarırlar, çünki özləri çox ağıllı olduqları üçün ağıllı biri onlara çox təsir edir.
Qadın çox mürəkkəb bir varlıqdır, çox diqqətlə davranmaq lazımdır. Sanki bir tül kimidir; o ruhun içində gəzmək üçün çox ağıllı olmaq lazımdır. Küt, zəif bir ağılla qadına yaxınlaşmaq adətən qeyri-mümkündür. Çünki çox tez inciyə, kədərlənə bilirlər. Yəni çox iti bir ağıl və diqqət lazımdır.

Adnan Oktar deyir ki... 11 iyul 2014> Click for more

Dünyanın hər tərəfində qadınlar əzilir, insanlar bunu seyr edir. Mehdiyyət ilə bu bəla aradan qaldırılacaq. Mehdi (ə.s) bu bəlanı aradan qaldıracaq. Qadınların baş tacı olduğu sistem, qadınların olduqca azad olduğu sistem mehdiyyətdədir.
Məclisin ən azından yarısının qadın olması lazımdır. Qadınlara da olduqca çox azadlıq verilməsi lazımdır. Kişi suverenliyi vardır, bu, açıq-aşkar görülür. Qadınlar xeyli üstündür, çox qiymətli, ağıllı, sadə, saf və bəzəkli, gözəl varlıqlardır. Onlar dünyanın bəzəyidir.

Adnan Oktar deyir ki... 25 iyun 2014> Click for more

Xanımlar bəzənəcək, onlar çiçək kimi bəzənəcəklər. Bəylər də bəzənəcək, yaraşıqlı olacaqlar. Mehdiyyət bəzək, gözəllik dövrüdür.
Qadınların bəyənilən olması gözəldir. Qadına və kişiyə qadağan olan çirkinlikdir, fahişəlikdir. Yəni haram olan cinsi əlaqəyə girməkdir. Yoxsa, qadının bəyənilməsində, kişinin bəyənilməsində günah yoxdur.
Qadınlar son dərəcə ağıllı, incə düşünən, sənətkar ruhlu mükəmməl varlıqlardır. Qadınlar çox ağıllıdır. Təfərrüatları çox yaxşı görərlər, kişilərdən daha çox təfərrüatlı görərlər.
Qadına qarşı nifrət olduqca, İslam aləmində nicat, qurtuluş olmaz, bəla yağış kimi yağar. Allahın qullarının yarısı qadındır. Qadına belə nifrət Allahın bəlasını qazandırar.

Adnan Oktar deyir ki... 14 may 2014> Click for more

Qadınlara qarşı şəfqət ruhu qadına qarşı sevgini artırar. Bəziləri qadına yalnız cinsi mənfəət kimi baxır. O zaman nifrət ruhu ilə yaxınlaşar. Şəfqət, mərhəmət və onu qoruma ruhu sevgini çox artırar. Onsuz da Quranda həmişə şəfqətdən bəhs edilir. Yəni mərhəmətlə qarışıq sevgi, qoruyucu sevgidən bəhs edilir.

Adnan Oktar deyir ki... 11 aprel 2014> Click for more

Hal-hazırda dindar xanımları kişilərə bənzədirlər. Ənənəvi Ortodoks müsəlmanlar qadınlara eynilə kişilərə oxşar görkəm verdilər. Peyğəmbərimiz (s.ə.v) deyir ki, qadınların kişilərə bənzəməsi qiyamət əlamətidir. Qadın qadına bənzəməlidir, inşaAllah.

Adnan Oktar deyir ki... 4 aprel 2014> Click for more

Allah insanların Ondan uzaqlaşmasına, Darvinizmə, materializmə meyl göstərmələrinə, materialist ruha düşmələrinə, xüsusilə də Qurandan uzaqlaşmalarına görə qadın gözəlliyini, qadın sevgisini dünyadan aldı.

Adnan Oktar deyir ki... 14 noyabr 2013> Click for more

Kişilərin qadınlar üzərindəki müdaxiləsi aradan qalxmalıdır. Həqiqətən də bu, çox utandırıcı bir şeydir. Yüz ilin eyibidir. İnsanlar bu bəladan qurtulmalıdırlar. Xanımlar yetərincə azad olmalıdırlar. İstədikləri kimi geyinəcək, danışacaq, gəzəcək.

Adnan Oktar deyir ki... 2 noyabr 2013> Click for more

Xanımların heç bir işinə qarışılmamalı, daim yaxşı mənada seçilməlidirlər. Qadınları hər yerdə keyfiyyətli, təmiz, baxımlı görəcəyik.

Adnan Oktar deyir ki... 31 oktyabr 2013> Click for more

Xanımları idarə etmə siyasəti və üslubu, yəni zahirən bu üslub bir qədər qıcıqlandırıcı və narahatdır. Xanımlar xeyli ağıllı, çox mədəni, keyfiyyətlidirlər. Allah insanları: kişiləri və qadınları bərabər yaratmışdır və hər cəhətdən eyni hüquqa malikdirlər.
Xanımlar azad olmalıdırlar. Yəni kişilər xanımlara yol göstərməməli, ağıl verməməlidir. Əgər ağıl vermək lazımdırsa, xanımlar bəylərə ağıl verərlər. Yəni kişilər qadınlara bu mövzuda hörmət etsinlər.

Adnan Oktar deyir ki... 14 oktyabr 2013> Click for more

Qadınlara hörmət edilməlidir. Hər qadın öz şərəfini, namusunu necə qoruyacağını, necə geyinəcəyini çox yaxşı bilir.
Qadınlar olduqca nəzakətli, zərifdirlər. Qadınlar güldür. Necə ki, bağçadakı qərənfilə qulluq edilər, diqqət yetirilər. Qulluq edilmədikdə dərhal solar. Qadın da elədir. Qadınların hər şeyinə diqqət yetirilməlidir. Qadınların ruhən və bədən cəhətdən mükəmməl olmaları üçün, onlara çiçəkdən də çox diqqət yetirmək, hörmət etmək lazımdır.
Qadınlar çox gözəl, şirin varlıqlardır. Qadınlar dünyanın ən böyük nemətidir. Gözlə görünən, insan olaraq ən böyük nemətdir. Onların xoşbəxt olması üçün azad olmaları lazımdır. Dəyər, hörmət görmələri, qorunmaları lazımdır.
Çiçəyə desək ki, "niyə bəzəklisən? Niyə rənglisən? Niyə rəngarəngsən? Niyə bu qədər gözəl qoxulusan?" bu nə qədər məntiqli olar? Qadından da "niyə bu qədər gözəlsən?"―deyə soruşulmaz. Çirkin olmalıdır? Təbii ki, qadınlar gözəl olmalıdırlar.
Xanımlar dekoltəni xoşlayarlar. Bəyənilməyi, gözəlliyinin təqdir edilməsini, bəzəkli olmağı xoşlayırlar. Qadınlar dünyanın bəzəyidirlər.

Adnan Oktar deyir ki... 11 oktyabr 2013> Click for more

Xanımlar başını, qolunu açsa xoşagəlməz hadisələr baş verər. Yox, cazibədarmış... Əgər bir insanın niyyəti xəstədirsə, ruhunda bir pozğunluq varsa, iradəsizdirsə onun üçün qadının örtülü olub olmaması fərq etməz. Uşaq olması da, qadın olması da, kişi olması da fərq etmir. Bu iman, inanc, xarakter məsələsidir.
Qadınlar azad yaşamaq istəyirlər. Onlara təzyiq göstərilməməsinin vurğulanması çox əhəmiyyətlidir. Çünki kişilər dünyanın hər tərəfində azaddırlar. Heç kim onlara qarışmır.

Adnan Oktar deyir ki... 10 oktyabr 2013> Click for more

Qadın Allahın dünyada yaratdığı ən böyük nemətdir. Qadın axirətdə də Allahın təcəllisindən sonra ən böyük nemət və gözəllikdir. İnsanın ruhuna xitab edən ən gözəl nemətdir. Qadınlar üçün kişi, kişilər üçün də qadın böyük nemətdir.
Hz. Mehdi (ə.s) qadınlara dəyər verməyi qəbul etdirəcək. İnsanlara qadınların dəyərini bilməyi göstərəcək.

Adnan Oktar deyir ki... 8 oktyabr 2013> Click for more

Xanımların üzərindəki təzyiq qorxunc bir məntiqdir. Dekoltə geyinsə günah sayılır, baş örtüsü istifadə edir günah sayılır, çarşab geyinir bu da günah sayılır. Nə etsə günah sayılır. Bu da mehdiyyət dövründə aradan qalxacaq bəlalardan, xəstəliklərdən biridir.

Adnan Oktar deyir ki... 2 oktyabr 2013> Click for more

Qadına qürur, dəyər verən hər söz gözəldir.
Peyğəmbərimiz (s.ə.v)-ə aid olmayan uydurma hədislərdə, qadın ərinin köləsi mövqeyindədir.

Adnan Oktar deyir ki... 29 sentyabr 2013> Click for more

Mehdi (ə.s)-ın zühurundan əvvəl qadın azadlığı, hüzur yox idi. Mehdiyyət, qadınları cənnət gülü kimi dünyaya təqdim edəcək. Qadınlar dünyada cənnət gülü kimi açacaqlar. Qadınlığın gözəlliyini üzə çıxaracaqlar. Hal-hazırda bütün qadınlar dünyanın böyük hissəsində xor görülüb, alçaldılırlar. Halbuki, qadınlar dünyanın şirin varlıqları, dünyanın ən gözəl çiçəkləri, dünyanın ən gözəl bəzəkləridir.

Adnan Oktar deyir ki... 23 sentyabr 2013> Click for more

Qadının təkcə zahirən gözəl olması yetərli deyil. İmanı ilə gözəl olmalıdır. Allaha inanmalı, iman etməli, Allahdan qorxmalı, Allahı çox sevməlidir ki, gözəl olsun. Yoxsa gözəl ola bilməz.

Adnan Oktar deyir ki... 31 avqust 2013> Click for more

Mömin qadın quzu kimidir, hər şeyi təmiz və gözəldir. Cənnət qadını kimidir.

Adnan Oktar deyir ki... 29 avqust 2013> Click for more

Xanımların makiyajlarına, paltarlarına müdaxilə hörmətsizlikdir. Fikirlərinə hörmət edilməsi lazımdır.

Adnan Oktar deyir ki... 28 iyul 2013> Click for more

Ana olmaq müqəddəs duyğudur. Biz analığa namizəd gördüyümüz zaman ona şəfqətlə, hörmətlə baxarıq.

Adnan Oktar deyir ki... 15 iyul 2013> Click for more

Quran əxlaqını mənimsəyən, Allahı sevən, Allahın ən mükəmməl təcəllisi olan, qadınları da çox sevər. Amma qadın, ruhu ilə gözəl olar. Ruh və bədəndir. Qadın həm cismani, həm ruhani mükəmməl bir varlıqdır.
Qadındakı sənəti, Allahın gözəlliyinin təcəllisini görə bilməyən insan sənətdən uzaqlaşıb, sənət gücünü itirmişdir. Yəni o, hansı gözəlliyi görə bilər? Çiçəyin gözəlliyini, mənzərənin gözəlliyini necə görsün? Biri qadının gözəlliyini görə bilmirsə, demək ki, onda heç bir şey yoxdur.
Qadınsız dünya, cənnət olmaz. Dünya qadınla gözəldir. Cənnət də qadınla gözəldir. Dünyadakı ən gözəl varlıq qadındır. Cənnətdəki ən böyük gözəllik, yəni Allahın varlığının xaricində, Allahın təcəllisi olaraq ən gözəli yenə qadındır, inşaAllah.
Qadın sevgisi yoxdursa sənət də yoxdur. Yəni qadın sevgisi sənət ruhunun əsasıdır. Çox vacib bir nöqtədir. Dünyanın ən gözəl varlığı qadındır.

Adnan Oktar deyir ki... 10 iyul 2013> Click for more

Qadınları doğru yola gətirməyə çalışmaq düzgün yanaşma deyil. Qadını düz yola gətirmək kiminsə vəzifəsi deyil. Qadınlar son dərəcə qürurlu, şərəfli, ağıllı varlıqlardır. Quranı da çox yaxşı anlayırlar. Qoyun, özləri qərar versinlər.

Adnan Oktar deyir ki... 7 iyul 2013> Click for more

Qadınlara xüsusi hörmət göstərmək lazımdır, qorumaq lazımdır. Qadınlar çox böyük nemətdir. Dünyadakı cismi ilə ruhu birləşmiş olaraq ən böyük nemət qadındır. Bundan üstünü yoxdur.

Adnan Oktar deyir ki... 2 iyul 2013> Click for more

Qadın azadlığı bir iqtidar üçün ən vacib mövzulardan biridir. Qadınların təzyiq altında olduğu sistemdə hər kəs narahat olur və qadını əzən sistem mütləq məhv olar. Misirdə də bu həqiqət göz önündə saxlanılmalıdır.

Adnan Oktar deyir ki... 3 may 2013> Click for more

Mühüm olan xanımların ürəyinin, vicdanlarının təmiz olmasıdır. Yoxsa onların azad olmasında heç bir məhdudlaşdırma yoxdur. İstədiyi kimi geyinər, yaşayar. Qadınlar özlərini qorumağı bacarırlar. Xanımlara ağıl öyrətməsinlər. Onlar necə namuslu, ağıllı olacağını çox yaxşı bilərlər.

Adnan Oktar deyir ki... 30 aprel 2013> Click for more

Bir xanıma ediləcək ən böyük yaxşılıq onun imanını, təqvasını gücləndirməkdir. Məsələn, deyirlər ki, xanımıma qızıl bilərzik aldım. İmanını gücləndirsən bir milyon ton qızıl bilərziklə yenə müqayisə olmaz. O qədər onu xoşbəxt edərsən. Çünki, qızıl bilərziklə o rahatlamaz. Bilərziyi götürər, sıxıntısı, xəstəliyi davam edər. Amma səmimi imanla dünyası cənnətə çevrilər. Sənin də, özünün də öləcəyini bilir. Coşğu dolu bir iman ona verə bilsən, o daha çox xoşbəxt olar, inşaAllah.
Xanımların ürəkləri vəsvəsəyə açıq olar. Kişi kimi deyil. Çox incə, təfərrüatlı düşünürlər. Ona görə də o mübarək varlıqlara qeyri-adi diqqət göstərmək lazımdır. Məsələn, harada kədərlənə, narahat ola bilər, ürəyi necə qüvvətləndirilə bilər, bunları düşünmək lazımdır.
Qadınlar çox həssasdır, çox tez ürəkləri qırılar. Çox tez kədərlənə bilər, vəsvəsə edə bilər. Çox diqqətlə qayğı göstərmək lazımdır. Məsələn, üzündəki ən kiçik soyuqluq belə onu təhqir edə, narahat edə bilər.
Qadınlar həyat yoldaşlarına Allahın əmanətidir. Övladın kimi, eyni zamanda, anan kimi qoruyacaqsan. 3 yaşındakı uşağa necə qayğı göstərirsənsə, ona qarşı da elə olacaqsan.

Adnan Oktar deyir ki... 27 aprel 2013> Click for more

Dünyanın ən gözəl varlıqları qadınlardır. Allahın “Rəhman və Rəhim”, “Lətif” adının təcəlliləridir. Qadınlar çox estetik, gözəl varlıqlardır. Şəfqətləri, mərhəmətləri, təmizlikləri, ağılları gözəldir.

Adnan Oktar deyir ki... 10 İyul 2012> Click for more

Mömin xanımlarda rəhmani bir cazibə və gözəllik, heybət olar. Dəlalətdə olan müşrik və xurafatçı qadınlarda ağlasığmaz bir iyrənclik, pislik, kin, nifrət, əsəb, sevgisizlik, estetikadan, gözəllikdən uzaq, hər cür rüsvayçılıq olar.

Adnan Oktar deyir ki... 24 İyul 2012> Click for more

Qadınlar ən az kişilər qədər, hətta kişilərdən daha çox hüquqlara sahib olmalıdırlar. Onlar da kişilər kimi azad olmalıdırlar.

 Adnan Oktar deyir ki... 3 İyul 2012> Click for more

Allah qadını imana, əxlaqa yönəlmiş şəkildə yaratmışdır. İman, əxlaq görsə qarşısındakını sevə bilər. Onu görməyəndə Allah ondan o gücü alır, sevə bilmir. Yəni özü istəsə də sevə bilməz.

Adnan Oktar deyir ki... 31 May 2012  > Click for more

Allahın ən gözəl təcəlliləri olan xanımları görərək söhbət etmək ürəyə fərahlıq, ruha gözəllik, Allaha heyranlıq, Allaha şükr etmək üçün bir vəsilədir, nemətdir, inşAllah.

Adnan Oktar deyir ki... 30 May 2012  > Click for more

Allah tərəfindən ağıllı qadınlar, bəylər bir-biriləri üçün yaradılmışdır, amma ağılsız qadın ağılsıza layiqdir. Ağıllı kişi də ağıllı qadına layiqdir.
AĞILI BAŞINDA OLAN QADIN İMANA ÇOX ƏHƏMİYYƏT VERƏR. Çünki imansızın etdiyi iltifat qadında yalnız nifrət oyadar. Dünyaya bağlanıbsa, ona da nifrət edər. Çünki ALLAHI HİSS ETMƏYƏN ONU NECƏ HİSS ETSİN? ALLAHA QULLUQ ETMƏKDƏ CİDDİ OLMAYAN, ONA QARŞI NİYYƏTİNDƏ NİYƏ CİDDİ OLSUN?
Baxışlarındakı səmimiyyət də qadın üçün çox əhəmiyyətlidir. Məsələn, boş, mənasız sözlərlə darıxdırıcı səslə deyilən iltifat, qadın üçün təhqir sayıla, əsəbləşdirə bilər.
İncə düşünmək çox əhəmiyyətlidir. Mən danışarkən hər sözümə çox diqqət edirəm. Çünki qadınlar incə varlıqlardır, çox nəzakətlidirlər. Bir sözün vurğusundakı səs tonu belə əhəmiyyətlidir.

Adnan Oktar deyir ki... 14 May 2012  > Click for more

Dünyadakı qadınların bir qisminin xasiyyəti pisdir. Buna görə də cəlbedici cəhətləri olmaz. Gözəl də olsa varlığından narahat olarsan . Lakin belə qadınların həm xasiyyəti gözəl, həm də özü gözəl olsa çox cəlbedici olar.

Adnan Oktar deyir ki... 7 May 2012  > Click for more

Batil inanc olaraq, kişinin zina etməsini qürurlu, şərəf olaraq görürlər. Halbuki, əsl alçaldıcı olan odur. Qadın orada passiv, yazıq mövqeyindədir. Kişinin zina etməsi çox bərbad bir şeydir.
Bir qadın özünə hörmət edildiyini, dəyər verildiyini anlasa sevə bilər.
Fahişəlik edənin ətində ağırlıq və çirkinlik olar, fahişəlik üslubundan bəlli olar. Təmiz olan qadının üzündə xüsusi bir nur, işıq və şirinlik olar.
Mömin qadınların da namuslarına görə üzlərində bir nur olar, şirinlik olar. İnsan ona dərin məhəbbət bəsləyər, üzündə xoş ifadə, əzəmət olar, rəhmani cazibə olar.

Adnan Oktar deyir ki...  4 May 2012  > Click for more

QADIN SEVGİSİ İNSANIN İMANI İLƏ DÜZ MÜTƏNASİBDİR. İmanı artdıqca qadına sevgisi artar, qadına sevgisi artdıqca imanı artar.
Rəsulullah (s.ə.v) xanımlarına yavaşca belə vurmazdı. Onlara həmişə eşqlə, məhəbbətlə , sevgi ilə dolu bir münasibət bəsləmişdir.

 Adnan Oktar deyir ki...  4 May 2012> Click for more

Bütün peyğəmbərlər qadınları sevmişdir. Peyğəmbərlərdə və Mehdilərdə mükəmməl qadın sevgisi vardır.

A9 TV 3 May 2012  > Click for more

Qadın dediyin uzaqdan baxınca gözəlliyinə heyran olmaqdır, qadına hörmət etməli, dəyər verməlisən. Möhtəşəm bir varlıq olaraq özünü göstərməsi lazımdır.

A9 TV, 2 May 2012  > Click for more

Qadın üçün namusunu qorumaq çox asandır. Kişinin də namusunu qoruması çox asandır. Ağlına, vicdanına bağlıdır. İnsan ağılla, vicdanla, imanla özünü mühafizə edə bilər.
Gənc qızlar baxımlı olacaq. Allah ayədə "çiçək kimi yetişdirilmiş" deyir. Çiçək necədir? Rəngli, qoxulu və bəzəklidir. Gənc qız baxımlı olmalıdır. Onun fitrətində təmizlik vardır.

A9 TV, 29 Aprel 2012  > Click for more

Əksinə, qadının olduğu yerdə günahlar dayanar. Qadınların olduğu yerdə halal ortaya çıxar. Xurafatçıların xislətinə pozğunluq, əxlaqsızlıq vardır .
QADIN DÜNYANIN ƏN GÖZƏL BƏZƏYİDİR. Çox mübarək varlıqlardır. Qadınlar çox ağıllıdır, istişarələrdə də ağıllı fikir söyləyərlər. QADINLA MƏSLƏHƏTLƏŞMƏKDƏ BƏRƏKƏT, GÖZƏLLİK VARDIR. QADINLAR GƏLDİKLƏRİ YERƏ XEYİR GƏTİRƏR, İNŞALLAH.
Qadınlarla istişarə etmək çox gözəldir. Onlar çox ağıllıdırlar. İstişarədə qadının dediyini dinləmək çox yaxşıdır, bərəkət gətirəndir.
Bir gənc qızın gün ərzində ən az yarım saat, bir saat idman etməsi lazımdır. Özünəbaxımın çox yaxşı olması lazımdır. Qız uşağına çiçəyə qulluq etdiyin kimi baxmalısan, əks halda solarlar, çox zərifdilər.
Qurandakı hökmlər qadını hər zaman çətinliklərdən xilas edər. Hər yerdə, hər mövzuda qadınlar üçün həmişə asanlıq vardır. Qurandakı hökmlər qadınların xeyrinədir. Allah Quranda bütün çətinliyi kişilərə yükləyib .

Adnan Oktar deyir ki... 27 Aprel 2012  > Click for more

Qadınlar çox incə məxluqlardır: soyuqda, çox istidə xəstələnərlər, normal bir mühitdə yaşamalıdırlar. Qadınları üzmək olmaz. Onlar çox şirin, incə varlıqdır, kiçik bir nəzakətsizlikdən də küsərlər. Çox zərifdirlər, yəni onlarla danışarkən ehtiyatlı olmalı, sözünün yerini bilməlisən.
Qadınlar çiçək kimidir, çiçəyə qulluq edən kimi qadınlara baxmaq lazımdır. Yoxsa dərhal solarlar. Bir gün yuxusuz qalsalar kefsiz olurlar. Onlara qarşı diqqətli olmaq lazımdır, yeməyinə, əhvalına diqqət yetirməlisən, Hər şeydən vacib isə qadınların imanlı, təhsilli, şən bir mühitdə olmasıdır.

Adnan Oktar deyir ki... 22 Aprel 2012  > Click for more

Bir qadını küfrdən azad etsən, nur kimi olar. Müsəlman ikən küfrə gedir; məhv olur, qovrulur gedir, meymuna dönür, pərişan olur, Allah qorusun.

Adnan Oktar deyir ki... 20 Aprel 2012  > Click for more

Kişi üçün qadın nemət olur. Qadın üçün də kişi nemətdir. Amma iman olmadan bu mümkün deyil. Nə üçün belədir? Allah bəlaya çevirər. Allah üçün sevməzsənsə bu bəla olar . ALLAH ÜÇÜN SEVSƏN KÖNLÜN ÇOX RAHAT OLAR.

 Adnan Oktar deyir ki... 14 Aprel 2012> Click for more

Qadın ruhu çox geniş bir ümman kimidir. Onun ruhu ilə zidd düşməmək, onun bəyəndiyi yönləri bilmək üçün çox ağıllı olmaq lazımdır.

Adnan Oktar deyir ki... 14 Aprel 2012  > Click for more

Qadınlar çox ağıllı varlıqlardır, iti zəkaya sahiblər, xırdalıqlara qədər fikir verərlər. Kişilər daha sadə mütəfəkkirlər, xırdalıqlara çox girməzlər.
Qadının özünə baxması, ehtirasla təslim olması üçün çox şiddətli sevməsi lazımdır. Görür ki, adamın Allahdan, dindən xəbəri yoxdur. Allahı sevməyən adama qadın niyə yaxın olsun?
On minlərlə qadın dövlətdən mühafizə tələb edib. Bu dinsizliyin əzəmətini, Darvinist, materialist düşüncənin şiddətini göstərir. Mehdiyyətə susamış dünyanın Mehdiyyətə nə qədər möhtac olduğunu göstərir.

Adnan Oktar deyir ki... 11 Aprel 2012  > Click for more

Darvinistlər bir tərəfdən, xurafatçılar digər tərəfdən qadına nifrəti aşıladıqları bir mühitdə insanların qadına dəyər verməsini gözləmək çətin məsələdir. Buna görə də qadını öldürmək istəyirlər, yaralamaq istəyirlər, alçaltmaq istəyirlər, adam yerinə qoymaq istəmirlər. Bu bəla ancaq Mehdiyyətlə həllini tapa bilər. İslam Birliyi ilə ortadan qalxar.
Qadına dəyər verilməməsi, hörmət edilməməsi böyük gizli bir bəladır.
Qadınların qorunması təkcə İslam Birliyi ilə olar, ancaq Mehdi (ə.s)-ın zühuru ilə olar. Ondan savayı qadına dəyər verilmir ki, insanlar qadını qorusun.

Adnan Oktar deyir ki... 29 Mart 2012  > Click for more

Qadın mübarək, möhtərəm bir varlıqdır. Allahın təcəllisi olaraq eşqlə, ehtirasla sevilər. Ona şəfqət duyular, mərhəmət edilər,qadın hər zaman qorunar . O Allahın bir əmanətidir.

Adnan Oktar deyir ki... 29 Mart 2012  > Click for more

İslamda qadın çox üstündür. Xurafatçı olsan qadına dəyər verməzsən. Xurafatçı qadın düşməninə bərabərdir.
Sırf şəhvətə görə qadından zövq alınmaz. Ehtirasdan çox zövq alarsan, Allahın onun üzərindəki təcəllisindən, ona mərhəmətdən , şəfqətdən çox zövq alarsan. Qoruyub gözləməkdən çox zövq alarsan. Onun sevincindən, yaxşılığından, gözəlliyindən zövq alarsan, sədaqətindən, vəfasından, hər şeydən çox dindarlığından zövq alarsan.

> Click for more

Quran qadını üstün tutmuşdur. Qadın həmişə ön plana alınmışdır. Qardaşlarımız xurafatçıların Quranı səhv şərh etməsinə aldanmasınlar.
Qadınlar sabahın analarıdır, İslamı çox gözəl öyrənməlidirlər.
MƏN BÜTÜN XANIMLARA SAHİB ÇIXIRAM, NİFRƏTƏ İCAZƏ VERMİRƏM. Müsəlman xanımlara nifrət gözü ilə baxmaq fitnədir. Xurafatçılara insan sevgisini, şəfqətini öyrədəcəyik.
SEVGİ İLƏ YAŞAYAN BİR QADIN KƏDƏRLƏNMƏZ, YAŞLANMAZ. Gerçək sevgi qadını cavanlaşdırar.
Şiddətə məruz qalan qadınlara oradakı bütün ətrafdakılar kömək etməlidir. Şiddət tətbiq olunduğunu bildiyin zaman tamaşaçı kimi seyr edə bilmərsən. Bu kimi hadisələrə təqib lazımdır.
Peyğəmbərimiz (s.ə.v)ın qadınlara baxış tərzi mükəmməl idi. Qadına olan sevgi Allaha olan sevgidən qaynaqlanar; uşağa, çiçəyə, pişiyə itə olan sevgi Allaha olan sevgidən qaynaqlanar. Münafiqlərin Allah sevgisi olmadığı üçün bunu anlaya bilməzlər.

1 İyul 2011; A9 TV və Kaçkar TV  > Click for more

Əgər həyat yoldaşım xərçəng xəstəliyindən əziyyət çəkirsə onu boşamalıyam, belə də iş olar? Yerlərdə sürünərəm, yenə boşamaram. Heç ona qıymaq olarmı ? Mümkün deyil.
Qadınlar dünyanın ən gözəl, ən şirin varlıqlarıdır.

10 İyul 2011; A9 TV, Kanal Avropa və Çay TV  > Click for more

BİR QADINA QARŞI MÜTLƏQ SEVGİ DUYULMALIDIR. A vitamini qəbul etsəndə, B vitamini qəbul etsəndə, C vitamini qəbul etsəndə, təsir etməz.Məhv olar. O gözəl varlıqların bir çoxu həmişə sevgisizlikdən məhv olar.
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top