Adnan Oktar deyir ki...

 

Adnan Oktar deyir ki... 29 avqust 2016> Click for more

Dünyanın imtahan yeri olduğunu bir çox insan anlaya bilmir. İş yeri, işdə maraqlandığı şeylər və s. imtahanda olduğunu əksəriyyətinə unutdurur. Dünyanın bir çox təfərrüatının olması imtahanın tələbi olaraq xüsusi yaradılıb.

Adnan Oktar deyir ki... 10 may 2015> Click for more

Allah "Dünya oyun və əyləncə yeri deyildir" deyir. "Oyun və əyləncə yeri cənnətdir. Dünya imtahan yeridir" deyir. Bunun üçün Allah: “Başınızı dünya həyatı ilə məşğul etsəniz, burada ilişib qalarsınız” deyir. Amma axirəti, Mənim rizamı qazanmağı qarşınıza məqsəd qoysanız, sizi əbədiyyən xoşbəxt edərəm, əylənərsiniz, gülərsiniz deyir. Bunu deyim ki, başını dünya həyatıyla məşğul edən kimsə, ancaq sürünər. Ancaq çırpınar. Başqa bir şey olmaz.
Dünyanın zövq alınacaq bir tərəfi yoxdur. Çünki zövq alınacaq yer cənnətdir. Niyə insan burada yarımçıq əylənsin? Belində bir ton odun ola-ola; "gəlin əylənək" deyir. Həmin bu bir ton odun Cənnətdə belindən enəcək. Ondan sonra əylənirsən. Burada əziyyət baş alıb gedir.

Adnan Oktar deyir ki... 4 yanvar 2015      > Click for more

Adamlar istəyir ki; "axirət də, mehdiyyət də, İslam Birliyi də olmasın. Dünya işləriylə məşğul olaq. Çek və sənədlə məşğul olaq. Avtomobil alıb-sataq". Bura əyləncə yeri deyil. Əlbəttə ki, belə olduqda Allah da dünyanı cəhənnəmə çevirir.
Allahın bir məqsədi var; dünya boşuna yaradılmamışdır. İslamı dünyaya hakim etmək, Mehdisini çıxarmaq, İsa Məsihi yer üzünə endirib insanlara göstərmək, bir müddət sonra da qiyaməti qoparıb dünyanın sonunu gətirmək və axirəti insanlara göstərmək.

Adnan Oktar deyir ki... 13 dekabr 2014    > Click for more

Zaman axır. Zaman bizi daima həyatın sonuna doğru yaxınlaşdırır. Ölüm bizə doğru gəlir, biz də ölümə doğru gedirik. Bir görüşmə nöqtəsi var, oraya doğru gedirik.

Adnan Oktar deyir ki... 10 sentyabr 2014  > Click for more

Dünya həqiqi deyil, axirət həqiqidir. Bura imtahan yeri olduğu üçün həm cəhənnəm xüsusiyyətləri, həm də cənnət xüsusiyyətləri vardır. Amma mömin ağlını istifadə edərək cəhənnəm xüsusiyyətlərini özündən uzaqlaşdırar, təmizləyir. Cənnət xüsusiyyətlərini ortaya çıxardığı üçün nəfs bir varlıq olaraq özünü göstərir.

Adnan Oktar deyir ki... 1 iyul 2014> Click for more

Dünyaya sevgini hakim edəcəyik. Allah dünyanı sevgi olsun deyə yaratdı. "Qullar olsun, Mənə qulluq etsin" deyə yaratdı. Amma quldan istədiyi də sevgidir. Allah "Mən sizi sevim", "siz də Məni sevin" deyir. Sevgi olmasa, dünyanın bir mənası olmaz.

Adnan Oktar deyir ki... 11 aprel 2014> Click for more

Aydındır ki, dünya xüsusi olaraq yaradılmış təhsil yeridir. Buraya tamah salınacaq, bağlanılacaq bir cəhət yoxdur. Bir də ehtirasla bağlanmadıqda Allah möcüzəvi şəkildə möminlərə kömək edir, gözəl bir mühit yaradır.

Adnan Oktar deyir ki... 14 fevral 2014> Click for more

Bura oyun, əyləncə yeri deyil və yaxud yaşanacaq yer deyil. Biz bura imtahan olunmaq üçün gəldik.
Belə rahatlıqla evlərinizdə oturub çeklə, sənədlə, ticarətlə məşğul olmağınız, məktəblərinizi bitirib, evlənib, işinizdə-gücünüzdə olmağınız bir başqa dünya olur. Belə bir şeyə Allah icazə verməz. Allah dünyanı bunun üçün yaratmadı. Allah, Mehdi (ə.s)-ın zühurunu, İsa Məsihin zühurunu, İslamın dünyaya hakimiyyətini istəyir.

A9 TV ; 25 dekabr 2013> Click for more

Dünya çox qısadır, hamımız gedəcəyik. Hamımız inşaAllah cənnətə gedərik. Qısa bir imtahan dövründəyik. Əhəmiyyətsiz şeylər üçün bir-birimizi qırmayaq, xəcalətli etməyək, kədərləndirməyək, ağzımızdan çıxacaq sözlərə fikir verək.

Adnan Oktar deyir ki... 28 sentyabr 2013> Click for more

Dünyaya maraq, istək duymaq dəlilikdir. Dünyada həm cənnət, həm də cəhənnəm xüsusiyyətləri vardır. Fani dünyaya sahib çıxmaq istəyi səhvdir. Allah Quranda: "Əsl olan yurdu, sonsuzluq yurdunu istəyin" deyir.

Adnan Oktar deyir ki... 7 sentyabr 2013> Click for more

Dünyada görülən hər iş Allah rizası üçün olarsa dünyanın dəyəri olar. Allah rizası üçün olmazsa, bu zaman dünyanın da dəyəri olmaz. Axirəti məqsəd qoyaraq Allah rizası üçün edilsə faydası olar.
Biz dünyaya Allaha, dinə xidmət üçün gəlirik. Gözəl əxlaqı, sevgini, vəfanı yaşamağa gəlirik. Dünyəvi mənfəət arxasında olanlar parazit düşüncədə yaşayırlar. Müsəlman dünyəvi mənfəət arxasınca qaçıb dünya malına tamah salmaz. Özünü Allaha tam təslim edər.

Adnan Oktar deyir ki... 4 sentyabr 2013> Click for more

Allah insanların dünyanı sevməməsi üçün hər şey yaratmışdır. Lakin insanlar bu qədər acizliklərinə baxmayaraq dünyaya dəli kimi bağlanarlar. Acizlikləri ilə boğuşarkən bir tərəfdən də dəli kimi dünyaya bağlanırlar.

Adnan Oktar deyir ki... 13 İyul 2012> Click for more

Allah insanın hər yerində bir acizlik yaradıb. Ancaq ağıllı insanlar təmizlənərək cənnət bədəninə sahib ola bilərlər.

Adnan Oktar deyir ki... 16 İyun 2012> Click for more

Məzar gözəl-çirkin bilməz, hamını eyni şəkilə salır. Torpaq simaları dəyişir. Hamı təbəssüm edən skeletə çevrilir. Təmiz torpağın altında hamı birlikdə yatır.

Adnan Oktar deyir ki... 2 İyun 2012  > Click for more

İnsan hər gün səkkiz saat ölmək məcburiyyətində qalır. Məzara girirmiş kimi, ölməyi qəbul edib otağına girərək ölür (yatır). Allah deyir ki, "hər yatdığınız zaman canınızı alıram". Allah deyir: "Əgər istəsəm canınızı geri verirəm". Səhər açılanda yatağında ölmüş bir çox insanlar olur. Hər yerdə acizlik vardır, amma insanlar acizliyə necə müqavimət göstərirlər?

Adnan Oktar deyir ki... 8 May 2012  > Click for more

Gənc, incə qızlar, yaraşıqlı cavanlar olar, amma qısa müddətdə yaşlanıb ölürlər. DÜNYAYA BAĞLANMAQ EQOİSTLİKDİR. ÇOX AĞILLI OLAN İNSAN DÜNYANIN ƏSL SAHİBİNƏ, ƏSL SEVGİNİN VƏ GÖZƏLLİYİN SAHİBİNƏ ÜZ TUTAR. ƏN AĞILLI DAVRANIŞ BUDUR, İNŞALLAH.
İnsanlar bütün ömrü boyu sıxılaraq gəzmiş xanımların, kişilərin məzardakı hallarını bir görsələr… Məsələn, ilk 20, 30, 50 gün sonra düşdükləri şəkli görsələr, dünyaya heç bir bağlılıqları qalmaz.
Dünyada heç bir şey yoxdur. Dünya dəqiq imtahan yeridir, tam öyrəniləcək yerdir. Lakin Allah ağlı çox zəif insanlar yaradır. Dünyanı onlara sevdirir. İnsanlar da onlara baxıb aldanır.
Mövqe, mənafe əhəmiyyətli deyil. Onsuz hər birimiz bir qab yemək yeyirik. Hər hansısa bir yerin müdiri olmaq, bunlar boş şeydir. Millətin ürəyində müdir olmaq çox əhəmiyyətlidir.

A9 TV, 1 May 2012  > Click for more

Vicdanı son dərəcə rahat, dürüst olmalı, dünyaya bağlanmağı dayandırmalıdır. Çünki dünya yalandır, həqiqi deyil. Görüntüdən ibarət olduğunu görürük. Dünyaya dəli kimi bağlanmağın mənası yoxdur. Amma səmimi düşünərək bunu dərk edirik. Dünya, həqiqətən, cazibədardır, biz zorluqla özümüzü ayıra bilmərik.

A9 TV, 29 Aprel 2012  > Click for more

İNSAN DÜNYAYA BAĞLANDIQDA ÇOX ACI ÇƏKİR. DÜNYAYA BAĞLANMADIQDA İSƏ ALLAHI İSTƏYİR. Çünki Cənabı Allah əslində Özünün sevilməsini istəyir.
İnsan çox nəzakətli varlıqdır. Allah insan üçün; "zəif yaradıldı" deyir. Qadın olsun, kişi olsun fiziki olaraq da, ruhən də zəifdir. Tez təsirlənər, kədərlənər, tez yorula, xəstələnə bilər. İmtahan üçün Allah elə yaratmışdır. Yəni bunlar dünyanın sevilməməsi üçündür .

24 İyun 2011; A9 TV, Kocaeli TV  > Click for more

Ən gözəl simalı insan, ən gözəl gənc qız düşünək torpağın altında qalacaq. Sən də torpağın altında qalacaqsan . SKELETLƏRİN YARAŞIQLISI, GÖZƏLİ KİMİ BİR FƏRQ OLMAZ,HAMISI EYNİDİR.

14 İyun 2011; A9 TV  > Click for more

İnsanlarda əbədi həyat arzusu olur . Allah "UŞAQLIĞINA ÇEVİRƏRİK ONU" deyir, yəni uşaq kimi olur. ÖLÜM ƏVVƏLİNDƏ OLARKƏN ÖLÜMÜ RAHAT İSTƏYƏCƏK BİR RUH HALINA GİRİR. Yəni Allah onda onu yetkinləşdirir, rahatlaşdırır, ölümdən narahat olmayacağı bir vəziyyətə gətirir, sonra Allah canını alır.

> Click for more

100 il əvvəlki fotoşəkillərdə olanların hamısı indi torpaq altındadır.Daim ölümü düşünmək lazımdır.
Kübar cəmiyyət yığıncaqlarına yaşlı insanlar gəlir. Kimi böyrək daşı üçün, kimi təzyiq üçün, kimi xərçəng üçün dərman alır. Orada kimsə özünü sezdirmir. Ogünkü baxımlı və şən hallarını göstərirlər. Evdəki hallarını və acizliklərini göstərmirlər. BİR SONRAKI İLDƏ ONLARIN ÜÇDƏ BİRİ ARTIQ YAŞAMIR , TORPAQ ALTINDA OLARLAR. Amma onların yerinə yeni bir üçdə bir gəldiyi üçün təsirlənmirlər. 1920 -ci illərin GÖZƏLLİK KRALİÇALARININ HEÇ BİRİ YOXDUR. Onlara o illərdə 80-90 il sonrasını xatırlatsan, artistik hərəkətlər edər, gələcəkdəki vəziyyətlərini ağıllarına belə gətirməzdilər. AMMA HAMISI TORPAQ ALTINDADIRLAR. Hamısı geri ― torpağa qayıtdılar. 80 İL SONRA BUGÜNKÜ MANİKENLƏRİN HEÇ BİRİ QALMAYACAQ.
Bəziləri xoşbəxtliyi yalnız gecə bara getməkdən ibarət sanırlar. BİR ÇOX BARDA İNSANLAR SEVİNC DEYİL İZTİRAB TAPARLAR. Çox anti-sanitar, təmiz olmayan mühitlərdə yaşayırlar. Bir çox adam xəstəliyi bu tip əyləncə yerlərində tapır.
Bir müddət qaldıqdan sonra kahı belə ciddi bir pozulmaya uğramaz, amma ət on gün açıqda qalsa, çox zəhərli bir maddəyə çevrilər. İnsan da ətdən meydana gəlmiş bədəni keçici bir varlıqdır. Buna baxmayaraq öz bədənlərini gözlərində böyüdürlər. Dünyaya eşqlə bağlanıb özlərini hipnoz edirlər.
Torpağın altına girdiyində bu dünyadakı kimi şərab dada bilməyəcək. Yerin altında ona şərab xidməti edilməyəcək. TORPAĞIN ALTINDA ŞƏRABI İÇMƏYƏ DODAĞI QALMAYACAQ, ŞƏRABI İYLƏMƏYƏ BURNU QALMAYACAQ. Həyatına şərabla rəng qatmağa çalışır. O acı, ləzzətsiz, pis içkini əhəmiyyətli bir şey halına getirməyə çalışır. Əgər şərab həyatındakı ən böyük zövqüdürsə, o, bomboş keçən bir həyat deməkdir . HALBUKİ, XOŞBƏXTLİK YALNIZ QURANDAN QAYNAQLANIR.
Dünya gəldi gedərdi, bunu hər kəs biləcək. Hər insanın bədəni mütləq öləcək, geridə evdəki əşyaları qalacaq. Bu dünya həyatı mütləq sona çatacaq. Buna görə davranmalıdırlar.
Bəzi Müsəlmanlar yalnız dünyada rahat yaşamağı hədəfləyir. Dünyaya çox bağlandıqları üçün bu əsrdə dünyanın sonunun gələcəyinə inanmırlar. Halbuki bu həqiqətlərdən yayınmaqdır.
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top