Adnan Oktar deyir ki...

 

Adnan Oktar deyir ki... 25 may 2017> Click for more

Şirkdən fayda təmin edəcəyini düşünən mütləq bəla və uğursuzluqla qarşılaşar. Allahdan deyil, insanlardan ümid etmək o insanı bütləşdirməkdir. Allahın yerinə haşa başqa insanları və ya əşyaları büt qəbul edən bu bütün altında əzilər. Allah mütləq uğursuzluq verər.

Adnan Oktar deyir ki... 22 may 2017> Click for more

İnsan, hər şeyi Allahın etdiyini bilsə, şirkdən Allahın icazəsi ilə xilas olmuş olar.

Adnan Oktar deyir ki... 3 may 2017> Click for more

Təkcə Allah üçün yaşayan, hər şeyi Allah üçün edən insan şirk qoşmaz inşaAllah.

Adnan Oktar deyir ki... 26 mart 2017> Click for more

Musiqiyə, heykələ, rəsmə, dekolteyə, gözəlliyə qarşı o qədər qarşıdırlar ki, heç cür nemətləri qəbul edə bilmirlər. Məkkəli müşriklər də belə idi. Əyləncəni, baxımlı olmağı, azadlığı özləri üçün haqq hesab edir, lakin qadınların da haqqı olduğunu heç cür qəbul edə bilmirdilər.

Adnan Oktar deyir ki... 17 mart 2017> Click for more

Allahın dininə deyil, atalarından öyrəndikləri batil sistemə uymaq istəyirlər. Bu müşrik əxlaqıdır, bu əxlaq İslam aləminə fəlakət gətirir. (Bəqərə surəsi, 170: Nə vaxt onlara: "Allahın nazil etdiklərinə tabe olun!" deyilsə, onlar: "Xeyr, biz atalarımızı üzərində gördüyümüz şeyə (ənənəyə) tabe olarıq" deyərlər. (Bəs) ataları heç nə anlamayıb, doğru yola da yönəlməyiblərsə necə?)

Adnan Oktar deyir ki... 15 mart 2017> Click for more

Quranda rəcm (daşlama) cəzası yoxdur. Bu, müşrik adətidir. İslamda yoxdur.

Adnan Oktar deyir ki... 9 mart 2017> Click for more

Mövhumatçılar atasının qızına sevgi göstərə bilməyəcəyi, ananın oğlunun yanında yaşaya bilməyəcəyi dünyanı din kimi göstərirlər. Bu çox qorxuncdur. Bu şirk dinidir. “Şəkil çəkdirmək, portret asmaq, musiqi dinləmək, rəqs etmək, gülmək mən hamısını edərəm, lakin haram olduğunu bilirəm” deyirlər. Halbuki bunlar haram deyil, halaldır. Müsəlman Allahdan qorxar və haram məsələsində diqqətcildir. Haram olanı etməz. Bu məntiqdə olanlar öz aləmlərində müsəlmanların əlindən halal olan bütün nemətləri almaq istəyirlər. Musiqi, rəqs, incəsənət, keyfiyyət, elm, gözəllik, əyləncə haram deyil. Həmçinin haram olduğunu düşünüb buna baxmayaraq, bütün bu hərəkətləri edib sonra da müsəlmanlara ağıl vermək çox böyük səmimiyyətsizlikdir.

Adnan Oktar deyir ki... 8 mart 2017> Click for more

Bəziləri İslam əldən gedir deyə birdən-birə qəzəblənirlər, lakin əldən gedən İslam deyil, şirk dinidir. Yerinə həqiqi İslam, Quranın nuru hakim olacaq.

Adnan Oktar deyir ki... 31 yanvar 2017> Click for more

Qurana iman gətirən Quran ayələri ilə yaşayar. Quranın hökmlərindən başqa hökmlərə görə hərəkət edənlərin ortaya qoyduğu şirk dinidir.

Adnan Oktar deyir ki... 18 yanvar 2017> Click for more

Allah müşriklər barədə “ağıllarını işlətməyən qövmdürlər” deyir. Müsəlman isə ağlından istifadə edər, oxuyar, öyrənər və araşdırar.

Adnan Oktar deyir ki... 8 yanvar 2017> Click for more

Allah Quranı insanların öyüd alması üçün asanlaşdırdığını bildirir. Şirk zehniyyətində olanlar isə Quran anlaşılmazdır deyə yalan söyləyirlər. (Qamər surəsi, 17: And olsun ki, Biz Quranı zikr (öyüd alıb düşünmək) üçün asanlaşdırdıq. Amma öyüd alıb düşünən vardırmı?)
Din ənənəpərəst müsəlmanların göstərdiyi kimi çətin deyil, asandır. Şirkə alışanlar dinin asan olduğunu gördükdə heyrətlənirlər. (Həcc surəsi, 78: Allah üçün lazım olduğu kimi mübarizə aparın. O, sizi seçmiş və dində sizin üçün heç bir çətinlik yaratmamışdır, atanız İbrahimin dini(ində olduğu kimi). O (Allah) bundan daha əvvəl də, bunda (Quranda) da sizi "müsəlmanlar" olaraq adlandırdı; elçi sizə şahid olsun, siz də insanlara şahid olasınız deyə. Artıq doğru-düzgün namazı qılın, zəkatı verin və Allaha sarılın, sizin mövlanız Odur. Budur, necə də gözəl mövla, necə də gözəl köməkçi.)

Adnan Oktar deyir ki... 7 yanvar 2017> Click for more

Qadınlara azadlıq verməyən şirk dinidir. Şirk dini İslam deyildir. Quran dini qadınlara mümkün qədər azadlıq verər. Şirk dinində qadın haşa heyvandan aşağı hesab edilir və mərhəmətsizcə əzilir. Buna görə də şirk dini olan yerdə bərəkət olmur.
Qadınlara ağlasığmaz təzyiq göstərildiyi bir din İslam ola bilməz. Qadınları küçəyə çıxartmır, gülmələrinə icazə vermir, 99%-i cəhənnəmə gedəcək deyirlər. Allahın qullarını əzsən, Allah da səni əzər. Qadınları əzən anlayış İslam deyil. Şirk dinidir. İslamda belə zülm yoxdur.

Adnan Oktar deyir ki... 15 dekabr 2016> Click for more

Şirk dinini İslam deyə tanımış olanlar Qurandakı İslamla qarşılaşdıqda heyrətlənirlər. Quran İslamı gözəllikdir, sevgidir, sevincdir.

Adnan Oktar deyir ki... 12 noyabr 2016> Click for more

MaşaAllah yəni Allah nə gözəl yaratdı demək, şirki parça-parça edər.

Adnan Oktar deyir ki... 7 noyabr 2016> Click for more

Şirk, Allaha hörmətdə qüsur işləməyə cürət etməkdir. Hər şeyi Allahın etdiyini bildiyi halda, haşa Allah etməmiş kimi davranmaq çox çirkindir. Şirk sevgiyə hücum olduğu üçün Allah istəmir. Şirk çox böyük ağılsızlıqdır. Allah min bir gözəlliklə bitkiləri, meyvələri, heyvanları yaradır, "yox bunlar təsadüflə yarandı" deyirlər. Bu sevgiyə çox böyük hücumdur.

Adnan Oktar deyir ki... 17 oktyabr 2016> Click for more

Allah insanları azad düşünüb yaşayacaqları şəkildə yaradıb. Şirk olduqda şizofreniyalı ruh yaranar. Hər şeydən şübhələnən, içinə qapalı, qorxu içində yaşayan, heç kimi sevə bilməyən, incəsənətdən anlamayan ruh, şirkin gətirdiyi bəladır. Müsəlman şən, keyfiyyətli, müasir, ziyalı, həyat dolu olar.

Adnan Oktar deyir ki... 10 oktyabr 2016> Click for more

Bəzi kəslər İslam dini olduğunu zənn edərək, İslamla heç bir əlaqəsi olmayan müşrik zehniyyətli kəslərin arxasınca gedirlər.
Quranı bilmədikləri üçün şirk dinini İslam zənn edirlər. Qurana əsaslanan İslamın həqiqi din olduğunu bilmirlər.
Müşrik sistem Allahın nazil etdiyinə görə deyil, atalarından öyrəndiyinə görə hərəkət edər, dini atalarından öyrəndiyi kimi yaşamaq istəyər.

Adnan Oktar deyir ki... 2 oktyabr 2016> Click for more

Şirkə sürükləndiyini hiss etdiyin vaxt dərhal Allaha sığınmalısan. Qısa müddət də olsa Allah ilə əlaqənin kəsilməsi Allahın xoşuna gəlməz.

Adnan Oktar deyir ki... 24 avqust 2016> Click for more

Allah adından hökm vermək, Allah adından yeni halallar və haramlar yaratmaq şirkdir, buna görə də mövhumatçılar müşrikdir.

Adnan Oktar deyir ki... 17 avqust 2016> Click for more

Dəccal dindarlıq iddiası, şirk dini və xurafatlarla ortaya çıxar. Dəccalın təqdim etdiyi xurafat dini marksizm kimi, darvinizm kimi tiryək təsiri göstərər.

 Adnan Oktar deyir ki... 19 may 2016> Click for more

Münafiq şirk düşüncəsində olduğu üçün, müstəqil varlıq olduğunu düşünərək, Allahın onun etdiyi şeytani əməlləri görmədiyini düşünər.
Münafiq müşrikin ən inkişaf etmiş, ən şiddətli olanıdır. Kafirin ən azğın olanıdır münafiq. Klassik müşrikdən, bilinən müşrikdən qat-qat irəlidir münafiqin müşrikliyi. Çünki münafiq hər şeyi özünün etdiyini və hər şeyi başqalarının etdiyini düşünər. Əşyanın gücünə inanar, insanların gücünə inanar, hadisələrin gücünə inanar, cəmiyyətin gücünə inanar. Cəmiyyət onun üçün ilah kimidir.
Mən etdim demək Allaha böhtan atmaqdır. Allah ayədə; "atdığın vaxt sən atmadın, Mən atdım" deyir. Ona elə göstərilir. Mömin şirkdən şiddətlə qaçmalıdır, ömrü boyu ən diqqətli olacağı mövzuların başında şirk gəlir.
Sıxılmaq da, kədərlənmək də şirkdən meydana gələn narahatlıqlardır.
Səbir şirkə qarşı dərmandır.
Təvəkkül etməmək nədir? Şirkdir. Acı niyə olur? Şirk qoşduğu üçün Allah tərəfindən ona cəza. Nağd cəza.
Allaha təvəkkül edilmədiyi zaman, qorxu və kədər, şirkin cəzası olaraq insana verilər.
Gizli şirkdən xüsusilə çox uzaq olmaq lazımdır. "Din Allahın olana qədər" demək budur, yəni şirkdən təmizlənmiş olaraq, saf, xalis olaraq Allaha təslim olmaqdır.

Adnan Oktar deyir ki... 10 may 2015> Click for more

Sevgini Allaha yönəltməlisən. Sevgini birbaşa uşağa yönəldir. "Ey Rəbbim necə də gözəl yaratmısan" demir. "Necə də gözəl təcəlli edirsən" demir. Belə olduqda da, Allah bəla verir. Min cür əzab verir. Allah, ya onun uşağını əlindən alır, ya özünə bir xəstəlik verir, ya qəlbinə bir sıxıntı verir, ya da bütün bərəkətini qaçırır. "Ey Rəbbim Sənə həmd olsun" de, "necə də gözəl yaratdın" de. "Sənin təcəllindir" de.
"Mən uşağımı dəli kimi sevirəm" deyir. Uşağını sənə göstərən Allahdır, Allah onu yaratdı. Sən orada Allahın təcəllisinə sarılırsan, öz uşağına sarılmırsan. Allah orada təcəlli edir, uşaq surətində təcəlli edir, sən də ona sarılırsan.

Adnan Oktar deyir ki... 20 fevral 2015> Click for more

Hal-hazırda İslam aləminin çəkdiyi əzab, şirk bataqlığına düşmələriylə əlaqədardır. İslam aləmi şərik qoşduqları üçün inanılmaz bir əzab çəkir. Əgər şərik qoşmasaydılar, onda İslam çoxdan dünyaya hakim olardı. İslam dinini hüzur, rahatlıq, gözəllik və bərəkət içində yaşamaqla, onu yaymaq və izah etməklə xoşbəxt olacaqdılar.

Adnan Oktar deyir ki... 18 fevral 2015> Click for more

Müsəlman şirkdən şiddətlə qaçınmalıdır. Bütün diqqətini, iradəsini cəmləyib, özünü belə bir bataqlığa düşməkdən qorumalıdır. Dünyada gözündə böyütdüyü hər şeyin boş şey olduğunu bilməlidir.
Şərik qoşma özünü təvəkkülsüzlüklə göstərir. Müsəlman əlindən gəldiyini edib mütləq təvəkküllü olmalıdır.
İki cür şirk var. Birincisi açıq-aydın görünən şirkdir. Məsələn, büt düzəldib, açıq şəkildə ona sitayiş edir. Bu açıq-aydın görünən şirk olur. Bir də gizli şirk vardır. Bu isə qüvvətin Allahda deyil, başqalarında olduğuna inanmaqdır. Məsələn, insanda ayrı bir qüvvə olduğuna inanmaq. Halbuki, hər insanı danışdıran, hər insana bir şeylər dedirdən və etdirən Allahdır.
Şirk, gücün, qüvvətin yaxud hər hansı bir şeyin Allahdan başqa hər hansı bir varlıqda olduğunu düşünməkdir. Məsələn, bir hadisə olanda: "Bu adam etdi" deyir. Halbuki, onun onu edəcək bir gücü yoxdur. Hər şeyi edən Allahdır. Bütün güc, qüvvət Allahdadır.

Adnan Oktar deyir ki... 8 fevral 2015      > Click for more

“Suriya niyə darmadağın oldu? İraq niyə darmadağın oldu? Liviya niyə darmadağın oldu? Misir niyə darmadağın oldu? deyir.” Şirk var, şirk özüylə bəla gətirər. Müsəlman şirkdən uzaq durmalıdır.

Adnan Oktar deyir ki... 1 yanvar 2015      > Click for more

Şirk meylinə qarşı daim ayıq-sayıq, diqqətli olmaq lazımdır. Xəstəliklərdə, universitet imtahanlarında, yoldaş seçimində hər şeydə bu şirk başlarına bəla olur. Halbuki, daim Allah ilə əlaqədə olub, daim dua etməklə Onunla iç-içə olmalıdırlar. Onda bərəkət çox olar.

Adnan Oktar deyir ki... 30 noyabr 2014    > Click for more

Gözəlliyi göstərən Allah, bir görüntü olaraq göstərir. Bütün hamısı Allaha aiddir, sevdirən Allahdır, göstərən də Allahdır. Bütün sevgini Allaha yönəlt. Allahı sevmir amma insanı sevir, ondan sonra da "vay yandım" deyə başlayır.

Adnan Oktar deyir ki... 1 noyabr 2014  > Click for more

Gözəllik Allahındır, gözəllik Allaha aiddir. İnsanlar necə də Allahı yaddan çıxartmağa meyillidirlər. Allah insana: "Zaluma və cehula", yəni, "zalım və cahil" deyir. Bütün gözəllik Ona aiddir, buna baxmayaraq, hələ də sevgini, gözəlliyi kişiyə verir, qadına verir.
İnsan sevgisinə aludə olarsansa şirk olar. Allaha olan sevgindən ötrü sevməlisən. Mahnılar belə həmişə ayrılıqla bağlıdır. Allahın təcəllisi olaraq sev. Allahın təcəllisi olaraq sevsən, o cür mahnıya ehtiyac qalmaz. O qədər iztirab çəkməzsən.

Adnan Oktar deyir ki... 19 oktyabr 2014    > Click for more

Şirk insanı məhv edər. Cinayətə də yol açar, adam öldürməyə də, öz canına qıymağa da, yandırmağa da, dağıtmağa da səbəb ola bilər. Amma şirkdən xilas olsa, nurlu bir adam olar. Məhz bunu da imam Mehdi (ə.s) təmin edəcək inşaAllah.

Adnan Oktar deyir ki... 11 oktyabr 2014  > Click for more

Allah şərik qoşanların qəlblərindən sevgini çəkib alır. O qaçır, o qovur, o qaçır o qovur. Halbuki, sevgisini, gözəlliyi birbaşa Allaha yönəltsə, Allaha dua etsə Allah ona nəsib edər.

Adnan Oktar deyir ki... 16 sentyabr 2014  > Click for more

Sevdiyin adamı əgər bütləşdirsən, Allaha şirk qoşsan, ayrı müstəqil bir varlıq zənn etsən, Allah səndən ayırar. Amma Allahın təcəllisi olaraq görsən, Allah təcəlliləri səndən uzaqlaşdırmaz. Bütləşdirmənin cəzasıdır bu.

Adnan Oktar deyir ki... 18 avqust 2014  > Click for more

Hal-hazırda şirk dini bütün dünyanı bürüdüyü üçün həqiqi İslam dini, Qurana əsaslanan İslam çox nadir yerdə yaşanır. Hakim olan şirk dinidir.

Adnan Oktar deyir ki... 14 may 2014> Click for more

Yas hörmət mənasındadır; nəzakət göstərmək, diqqət yetirmək, maraqlanmaq. Yoxsa üz-gözünü cırmaq, ağlamaq, kədərlənmək, dərd çəkmək, dağıtmaq, iztirab çəkmək deyil. Bunlar şirk olar.

Adnan Oktar deyir ki... 9 may 2014> Click for more

Ölən insanlardan sonra yas tutmaq Məkkə müşriklərinin adəti idi. Şumerlərdən, qədim yunanlardan qalma bütpərəst adətidir.

Adnan Oktar deyir ki... 18 aprel 2014> Click for more

Matəm ruhu müsəlmanlıqda yoxdur. Bu, şirkdir. Allaha qarşı üsyandır, haramdır, günahdır. Buna görə şirk olan bir şeyi ibadət kimi izah etmək səhvdir.

Adnan Oktar deyir ki... 23 fevral 2014> Click for more

Şirk böyük bəladır. Allahın sevmədiyi şirkdir. ''Allah etmədi, mən etdim. Allah etmədi, bu etdi'' deyilməsidir. Allah ''hamısını Mənim etdiyimi bilin, Mən də sizə olan nemətimi artırım'' deyir. Amma ''mən etdim desəniz onda sizi tərk edərəm və cəzalandıraram'' deyir Allah.

Adnan Oktar deyir ki... 20 fevral 2014> Click for more

Allah şirki sevməz. Çünki Allaha qarşı hörmətsiz rəftardır. Allah etdiyi halda ''mən etdim, o etdi, bu etdi'', belə olmaz.

Adnan Oktar deyir ki... 29 oktyabr 2013> Click for more

Əgər Mehdi (ə.s) və tələbələri səmimi olaraq şirkdən tamamilə uzaqlaşsalar, Allah Nur surəsi, 55-ci ayədə söz verərək: "Mən İslamı dünyaya hakim edəcəyəm. Qorxularınızı arxayınçılıqla əvəz edəcəyəm. Dini bütün cəhətləri ilə dünyaya hakim edəcəyəm. Amma şirk qoşmayacaqsınız, sadəcə bunu istəyirəm" deyir.
Müsəlman gizli şirk qoşmamaq üçün günün 24 saatı diqqətli, gözüaçıq olmalıdır. Şirk insanın qarşısına tez-tez çıxır. İnsan şirkdən qaçar, şirk insanı qovar. Mömin şirklə qarşılaşdığı halda dərhal ondan uzaqlaşar.
Müsəlman şirkdən xilas olub Allahın gücünə inanmalıdır. Allah müsəlmanları heç vaxt şirklə qarşılaşdırmasın, inşaAllah.

A9 TV, 29 Aprel 2012  > Click for more

Hər biriniz Allahın görünüşü, təcəllisisiniz. İndi kimsə "mən Allahı deyil, sizi sevirəm" desə, bu, çox böyük alçaqlıq, tərbiyəsizlik, vicdansızlıq, nankorluq və axmaqlıq olar. Allah yaratmasa sən bir şeyi necə görə bilərsən? Görsən də onu kim sevdirəcək sənə? Əlbəttə ki, Allah sevdirəcək.

A9 TV, 8 Aprel 2012  > Click for more

Müsəlmanın ilk edəcəyi iş nədir? Bütləri ortadan götürməkdir. Allahı inkar edən bir fəlsəfəni (Darvinizmi) sən necə məktəblərdə dövlət gücünə oxudursan?

26 İyul 2011; A9 TV  > Click for more

Məsələn, bir çoxları başı ağrıyır "bir dərman at keçər" deyir. Elə olmaz, dərman bir vəsilədir. Onu dua olaraq qəbul etməlidir. AĞRINI ARADAN QALDIRAN YALNIZ ALLAHDIR.

> Click for more

Bədən sənə aid deyil, ruh da sənə aid deyil, xatirələr də sənə aid deyil. SAHİB ÇIXDIQCA, ŞİRKƏ GİRDİKCƏ AĞRI-ACI DA ARTAR. ŞİRKDƏN ƏL ÇƏKDİKCƏ İSƏ AĞRI-ACISI YOX OLARAQ DİNCLİK VƏ RAHATLIQ GƏLƏR.
Əgər biri "cüzi iradəm Allahdan müstəqildir" deyirsə, O ZAMAN HAŞA İLAH OLDUĞUNU DA İDDİA EDİR DEMƏKDİR. Allahdan daha böyük güc olduğunu söyləyir deməkdir, haşa.
"Nə gözəl danışır" deyəriksə şirk olar. "Allah nə gözəl danışdırır", "Allah nə gözəl yaradıb" desə bu təslimiyyət olar. Allaha özümüzü tam mənasıyla təslim etməliyik, ONun bizi danışdırdığını, ONun nəfəs aldırdığını bilməliyik.
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top