Adnan Oktar deyir ki...

 

Adnan Oktar deyir ki... 23 may 2017> Click for more

İmtahanın olması, bu cür təhsildən keçmək, cənnətin məna qazanması üçün vacibdir. Əziyyət çəkməyən dərinlik qazana bilməz. Dərinliyin, ehtirasın və sevginin yaranması üçün səbir, sədaqət, vəfa lazımdır, bunları da ən gözəl imtahanla qazanarıq.

Adnan Oktar deyir ki... 21 may 2017> Click for more

Səmimiyyətin tək yolu Allahı çox sevmək, Allahdan qorxmaqdır. Küfr anlayışında səmimiyyət ən böyük saflıq kimi görünür halbuki tam əksidir. Səmimi olduğu zaman əziləcəyini zənn edir, halbuki səbir etsə və səmimi olsa hər insan həm dünyada, həm də axirətdə çox gözəl yaşayar.

Adnan Oktar deyir ki... 19 may 2017> Click for more

Səbir əvvəlcə yorucu kimi görünər. Lakin əslində müsəlman səbirlə ruhən və bədən cəhətdən daha sağlam və gümrah olar, bərəkət tapar.

Adnan Oktar deyir ki... 22 aprel 2017> Click for more

Təvəkkül və səbir Allaha olan sevginin ən açıq dəlilidir. Yaxşı günündə Allahı sevib, çətinlik olduqda tərk etmək çox böyük əxlaqsızlıqdır.

Adnan Oktar deyir ki... 26 dekabr 2016> Click for more

Münafiqdə səbir və təvəkkül şeytanın təsiri ilə ləğv olmuşdur. Buna görə də hadisələr ona çox pis təsir edər, əsəb tutması keçirər.

 Adnan Oktar deyir ki... 19 may 2016> Click for more

“Mən səbir etdim” deyir, sən səbir etmədin Allah sənə səbir etdirdi. “Mən çox səbirliyəm” deyir. Allah sənə bu səbri verir.
Səbir şirkə qarşı dərmandır.

 Adnan Oktar deyir ki... 12 may 2016> Click for more

Səbir düşünərək əldə edilər. Birdən-birə əldə edilməz. Belə olsun deməklə olmaz. Tədqiq etmək, araşdırmaq, Allahın sənətini bilmək, Allaha təslim olmaq lazımdır. Bu hər kəsin edə bildiyi bir şey deyil. Səbir edənlərdən olmaq böyük nemətdir. Səbir edənlər, onlar ayrı bir cəmiyyətdir.
Səbri tolerantlığa çevirməmək lazımdır, başqa cür səbir əziyyət olar. Səbir Allaha təvəkküllə, məmnuniyyət içində “Allah yaradırsa xeyir vardır” deyib sıxıntı, iztirab çəkmədən gözləməkdir. Başqa cür olduqda dözümlülük olur ki, o çətindir, Allah verməsin.

Adnan Oktar deyir ki... 17 aprel 2015> Click for more

"Allah səbir edənləri sevər". Çünki sevgi buradan aydın olur. Səbir edə bilmirsə, sevmir deməkdir. Məsələn, insanın sevdiyi olar, amma o sevgisini qoruması əhəmiyyətlidir. Yəni iki günlük sevgi olmaz. Bəziləri elədir, məsələn, bir günlük sevir. Bir gecəlik sevir. Daha dəqiq desək, həvəsi vardır yəni. Amma mömin sevgini ömür boyu və sonsuzadək istəyir.
Səbir ibadətdir. İbadət olaraq gözləməyə səbir deyilir. Dözümlülükdə, yalnız insan dözür. Səbir ibadətin adıdır. Yəni namaz kimi ibadət adıdır.

Adnan Oktar deyir ki... 8 fevral 2015      > Click for more

İnsan səbir etsə, daim Allaha şükür etsə, Allah da onun üzünə heç gözləmədiyi bir yerdən qapı açar. Amma daim şikayətləndiyi üçün heç cür bərəkət gəlmir.
Allah mömini gizli şəkildə mükafatlandırar. Adam: "Sürünürəm" deyir. Əgər səbir etsən, Allah da səni mükafatlandırar. Əgər səbir etməsən və həmişə şikayətlənsən, şikayətlənmək nə deməkdir; Allaha üsyan edirsən. Onda necə yaxşılıq gözləyə bilərsən?

Adnan Oktar deyir ki... 18 avqust 2014  > Click for more

Səbir möminin xüsusiyyətidir. Dünyadan keçmək, yanlış bir söz eşitmək səbir tələb edir, hər mövzu səbir tələb edir.

Adnan Oktar deyir ki... 19 may 2014> Click for more

Müsəlman səbirli olmalıdır. Yəni ani qəzəbə fikir verməyəcək, əsəbiləşməyəcək.

Adnan Oktar deyir ki... 14 mart 2014> Click for more

Səbir bütün həyat boyu var. Sonsuza qədər biz Allahı sevəcəyik. Sən ən çoxu 70 il bir imtahana səbr edəcəksən. Amma Allah səni sonsuza qədər xoşbəxtlik içində yaşadacaq. 70 illik təhsil, edilən hər səbir səni ucaldar, gözəlləşdirər, nurlandırar.

Adnan Oktar deyir ki... 22 fevral 2014> Click for more

Allah səbri əsas götürür. Bura imtahan yeridir. Axşam nişan, səhər toy olmaz. Mütləq ki, əziyyətli uzun bir dövr keçəcək. İmtahan olunacaqsan.

Adnan Oktar deyir ki... 23 sentyabr 2013> Click for more

Yaxşılıq, mərhəmət etmək, şəfqət, sevgi göstərmək çətindir. Qırıb-tökmək çox asandır. Bəziləri əlinə tüfəngi alıb ətrafdakıları biçib qırır. Amma sevgi göstərmək əmək, iradə, mərdlik istəyir. Səbrin, əzmin ən son mərhələsini istəyir.

Adnan Oktar deyir ki... 18 iyul 2013> Click for more

İnsanın ruhunda, fitrətində dərəcəsinə görə bezməyə meyl vardır. Amma mömin sevgidən, məhəbbətdən, gözəllikdən bezməz, inşaAllah. Məsələn, boş sözlərdən, boş danışmaqdan, monotonluqdan bezər. Zənginlik axtarar, yəni yenilik, gözəllik istəyər.
Sevgidən, məhəbbətdən, Allah eşqindən bezmək olmaz. Amma bezmək hissi insanın ruhunda var. Mömin imanla bunun öhdəsindən gələ bilər. Buna görə də məsələn, adam arvadından, sevdiyindən bezir, amma mömin imanıyla bezmir. Lakin bezmək hissi insanları küfrdə çox tez bürüyər. İman gücü ilə bezmək hissi əzilər. İmanla mütənasib olaraq əzilər.

Adnan Oktar deyir ki... 7 May 2012  > Click for more

MÜSƏLMAN SƏBİRLİ OLDUĞUNA GÖRƏ SEVGİNİ ÇOX UZUN YAŞAYAR. Əlindən verməz, İLLƏR KEÇƏR DAHA DA SEVGİSİ ARTAR. Amma küfr elə deyil. Həm tez bezər, həm də səbirsizdir. Dərhal dağılar, hirslənər, tükənər, bitirər.

13 iyun 2011, A9 TV  > Click for more

Səbir ibadət həyəcanı ilə edilən vacib ibadətdə davamiyyətə deyilir, qərarlı olaraq ibadətdə davamlı olmağa deyilir.
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top