Adnan Oktar deyir ki...

 

Adnan Oktar deyir ki... 25 may 2017> Click for more

Televiziya kanallarında, radiolarda ümumi biliyi artıracaq məlumatlar həmişə çatdırılsa böyük irəliləyiş olar, ancaq ümumi biliyin imanla birləşməsi əsas şərtdir.

Adnan Oktar deyir ki... 24 may 2017> Click for more

Səmimi olunsa Allah imani dərinliyi də artırar, insan həmişə Allaha yaxınlaşar.
Allahı çox sevənlərə Allahdan nemət olaraq çoxlu çətinlik və əziyyət tuş gələr.

Adnan Oktar deyir ki... 23 may 2017> Click for more

Vəsvəsə insana həmişə gələr. İman vəsvəsəyə qarşı mübarizənin adıdır. Nəfsin hücum edər, şeytan hücum edər, başından min hadisə keçər, sən ona qarşı müqavimət göstərərsən.

Adnan Oktar deyir ki... 18 may 2017> Click for more

İman olmadan sevginin, keyfiyyətin və gözəlliyin mənası olmaz. İman da iman həqiqətlərinin izah edilməsi, darvinizmin yox edilməsi ilə yaranar.
Şeytan diqqəti yayındıra bilər, unutqanlığa səbəb ola bilər, şüur altına pislik pıçıldayar. Ağlı və imanı güclü olan bunlara qarşı kəskin rəftar göstərər.
İman, şübhəyə məğlub olmamaqdır.

Adnan Oktar deyir ki... 17 may 2017> Click for more

Mehdiyyət bütün dünyanın qidasıdır. Mehdiyyətin sevgi, iman, keyfiyyət ruhu olmadan dünya ayaqda qala bilməz.
Türkiyənin sevinci imanla gələr. İnsanlara bir tərəfdən darvinist, materialist digər tərəfdən isə mövhumatçı sistem zorla qəbul etdirilərsə bədbəxtlik baş verər.
Şəxsiyyət dəyişə bilən şeydir. Əsəbi insan imanla çox mehriban, anlayışlı insan halına gələr. Səmimiyyət və güclü xarakter imanla formalaşar.
İnsan zəif yaradılıb. İmansızlıq geniş yayıldığı üçün insanların çoxu özlərini arxayın hiss etmir və şiddətli stress içində yaşayırlar. Küçəyə çıxır sevgi yoxdur, evə gəlir sevgi yoxdur, etibarlı və səmimi insan tapa bilmir və şiddətli gərginlik yaşayırlar. Bu vəziyyət imanla həll edilər.

Adnan Oktar deyir ki... 24 aprel 2017> Click for more

İmansız gənclik xəstə olur. Allah insanları imanla normal yaşayacaq şəkildə yaradıb. İman olmadıqda həm ağıl, həm orqanizm sağlamlığı problemli olur.
Şeytan insanları yorğun etmək istəyər. Bu yorğunluğa qarşı mübarizənin adı imandır. Yorğunluğa təslim olsan səni əsir alar.

Adnan Oktar deyir ki... 8 aprel 2017> Click for more

Həqiqi iman yaranması üçün bütün diqqəti Allaha yönəldərək, həmişə Allahdan yana olaraq dərin düşünmək lazımdır. Diqqət dünyaya verilirsə, olmaz.

Adnan Oktar deyir ki... 5 aprel 2017> Click for more

Allah istəsə hər kəs iman edər. Biz ibadət olaraq səy göstəririk. Allah bizim səyimizi ibadət olaraq istəyir.

Adnan Oktar deyir ki... 19 mart 2017> Click for more

Əsas imanın üzərində dayanmaq lazımdır. İmanın olduğu bir ölkə dağılmaz. Səmimi imanın olması o ölkənin ayaqda qalmasını təmin edər.

Adnan Oktar deyir ki... 9 mart 2017> Click for more

Bir çox mövzudan bəhs edirlər, lakin darvinizmin əsassızlığından, iman həqiqətlərindən, insanların iman gətirmələrinə vəsilə olacaq mövzulardan heç bəhs etmirlər.

Adnan Oktar deyir ki... 1 mart 2017> Click for more

Tək bir çiçəyin varlığı belə Allaha iman gətirmək üçün kifayətdir.

Adnan Oktar deyir ki... 23 fevral 2017> Click for more

Ehtiras iman əhlinə məxsus çox gözəl duyğudur. İman gətirənlərin gözlərindən bir-birlərinə ehtiras axar.

Adnan Oktar deyir ki... 11 fevral 2017> Click for more

Ehtiras çox gözəl nemətdir. Ehtiras üçün qəlbdən Allah sevgisi, çox səmimi Allah qorxusu və dərin iman lazımdır.

Adnan Oktar deyir ki... 10 fevral 2017> Click for more

Zəkalı və bilikli olmaq mütləq ağıllı olmaq deyil. Ağıl imanla gələn nemətdir.

Adnan Oktar deyir ki... 31 yanvar 2017> Click for more

İman mütləq üzə əks olunar. Möminin üzündə imanın gətirdiyi nur olar.

Adnan Oktar deyir ki... 21 yanvar 2017> Click for more

İffət və iman bir qadını ən çox gözəlləşdirən nemətlərdir. İmanın nuru bambaşqa təsiredicidir.

Adnan Oktar deyir ki... 30 noyabr 2016> Click for more

Müsəlmanların üzərindəki nur və təmizlik imanın açıq dəlilidir, təcəllisidir.

Adnan Oktar deyir ki... 29 oktyabr 2016> Click for more

İman və Quran gözüylə baxmayan, axirətdən heç bəhs etməyən insanlar bir müddət sonra təkcə əzablardan bəhs edən vəziyyətə gələrlər. Bu cür insanlardan olmamaq üçün Allaha dua etmək, Allaha təslim olmağı istəmək lazımdır. Təkcə əzablardan bəhs edən insanlar Allaha sığınsınlar, yoxsa Allahdan bəla olaraq ruhları iztirab içində çökər, qaranlıq hala gələr.

Adnan Oktar deyir ki... 27 oktyabr 2016> Click for more

Həm iman üçün, həm də sevgi verdiyi üçün Allaha həmişə təşəkkür edirik. Allaha bir dəfə təşəkkür edilməz, təşəkkür həmişə olar.

Adnan Oktar deyir ki... 19 oktyabr 2016> Click for more

İmtahanın tələbi olaraq Allahın mövcudluğunun dəlilləri örtülü olduğu üçün bəzi insanlarda iman zəifliyi və qəflət meydana gəlir. Güclü qəflət və ülfət bəzilərində iman zəifliyinə səbəb olur. Möminin ülfət və qəflətə təslim olmamağı lazımdır, bunları yarıb keçməlidir.

Adnan Oktar deyir ki... 16 oktyabr 2016> Click for more

Quranı doğru təfsir etmək və Qurana tam tabe olmaq üçün ərəbcə bilmək şərt deyil. Ərəbcə bilmək şərt olsaydı, milyonlarla ərəb ən yaxşısı olardı. Mühüm olan səmimi və dərin imandır. Bu da iman həqiqətləriylə, qəlb və ağlın imanı ilə mümkündür.

Adnan Oktar deyir ki... 18 sentyabr 2016> Click for more

Allahı inkar edən, Allahı anlaya bilməyən bir insanın sevgini yaşaması mümkün deyil. Allaha vəfa göstərməyən sənə necə vəfa göstərsin. Allahın sənətini görə bilməyən, sənin gözəlliyini necə görsün. Allaha təşəkkür etməyən sənin necə qiymətini bilsin. İman olmadan sevgi olmaz. Allahı sevə bilməyən Onun gözəlliklərini görə bilməyən insanı heç vaxt sevə bilməz.

Adnan Oktar deyir ki... 8 sentyabr 2016> Click for more

Dərin iman və həqiqi sevgidə eqoistlikdən əsər-əlamət qalmaz. Sevginin ola bilməsi üçün hörmət, dəyər vermək, Allah sevgisi və qorxusu olmalıdır.

Adnan Oktar deyir ki... 6 sentyabr 2016> Click for more

Sevgisizlik hər cür xəstəliyə zəmin hazırlayar. Bədən sevgisizlikdən çökər. Sevgisizlik istəyərək bəlanın içinə girməkdir. İmanla, sevinclə hüzur içində yaşamaq varkən sevgisizlik bəlasını seçirlər.

Adnan Oktar deyir ki... 25 avqust 2016> Click for more

"Xoşbəxt olmağın yolları" adlı saysız-hesabsız kitablar yazılır, insanlara bir çox mənasız öyüdlər verilir. Halbuki xoşbəxtlik yalnız imanla yaranan nemətdir.

Adnan Oktar deyir ki... 23 avqust 2016> Click for more

Yalnız yol, körpü və bənd inşa edilməsi kifayət etmir. Əsil prioritet keyfiyyətli, imanlı, ziyalı, müasir, sevgini bilən bir nəsil yetişdirmək olmalıdır.

Adnan Oktar deyir ki... 21 avqust 2016> Click for more

İman, qadını qadın, kişini kişi edir. Qadının da, kişinin də güclü, sevgi dolu, dərin olmasına vəsilə olur.

Adnan Oktar deyir ki... 8 iyun 2016> Click for more

Necə ki, biz cəhənnəmi gördükdə cənnətin qiymətini daha yaxşı anlayırıqsa, cəhənnəm əhli kimi olan münafiqi gördükdə də müsəlmanların və imanın qiymətini daha yaxşı anlamış olarıq. Müqayisə aparmağa imkan yaradar.

Adnan Oktar deyir ki... 2 iyun 2016> Click for more

Münafiqlik iman və səmimiyyətin qarşısında dayana bilməz. Darmadağın olar. Bu Allahın möcüzəsidir.

 Adnan Oktar deyir ki... 11 may 2016> Click for more

Təkcə sağlam qidalanma və idman ilə insan sağlam olmaz; iman və Allah qorxusu da olmalıdır. Həm maddi, həm də mənəvi tədbir alınmalıdır. Allah qorxusu yoxdursa, Allah sevgisi yoxdursa, istədiyi qədər yesin içsin, heç nə olmaz.

 Adnan Oktar deyir ki... 6 may 2016> Click for more

İmansız, dinlə lağ edən, İslama qarşı olan insanlar olmazsa sən imtahan oluna bilməzsən. Olmasa belə Allah bunu yaradar. Bu olacaq, sən bununla müqayisə olunacaqsan, bu yolla dəyər qazanacaqsan, bu olmadan mümkün deyil.
İnsan imanla gözəl olar, qadın da, kişi də imanla gözəlləşər. Bir insanı ağlından, imanından, təmizliyindən, dərinliyindən ötrü çox sevərsən.
Əsas təqvadır. Möminin gözəl olduğuna dair, imanından qaynaqlanan bir mühakimə meydana gəlir, buna görə onu çox sevirsən. Allah onu sənə bundan ötrü o qədər gözəl göstərir.
İman olmazsa nə olar? Heç nəyin dəyəri qalmaz. İman insana heybət və gözəllik verər. Allah sevgini imanla meydana gətirir.

 Adnan Oktar deyir ki... 5 may 2016> Click for more

Tarix təkrarlanmır. Sistem həmişə irəliyə doğru gedər və yeniliklər gətirər, hər dövrdə dəyişər. Sən romantik bir tarix anlayışı ilə eyni şeyləri etməyə cəhd etdiyin zaman əzilərsən, məğlub olarsan. Dövrümüz elm, ağıl, sevgi, iman dövrüdür. Sevgiylə, imanla qalibiyyət gələr. Başqa şeylə nəticə ala bilməzsən.

 Adnan Oktar deyir ki... 15 fevral 2016> Click for more

Müsəlman Allaha olan imanından, təvəkkülündən ötrü hər zaman nəşəlidir. Cihad sahəsində də nəşəlidir, şəhid olarkən də nəşəlidir. Sevincindən nəsə itirməz. Lakin imanı zəif insanın əli-ayağı boşalar, ümidsizliyə qapılar, təşvişə qapılar, bədbəxtdir, ağlayar, qorxu içində yaşayar.

 Adnan Oktar deyir ki... 24 yanvar 2016> Click for more

“İmanımı da yaşayaram, küfr əhliylə də birlikdə olaram” deyir. Belə olduqda münafiqlik başlayır. Sən Peyğəmbərlə, müsəlmanlarla birlikdə olsan Allah bəyənər. Müsəlmanları tərk edərək öz aləmində çoxbilmişlik edirsən, lakin zənn etdiyin kimi olmaz.

Adnan Oktar deyir ki... 23 aprel 2015> Click for more

Çox az sayda insanın həqiqi mənada iman etməsi bütün dünyanın imanını güclü edir.

Adnan Oktar deyir ki... 26 mart 2015  > Click for more

Musa (ə.s) çox imanlıydı, qardaşı da imanlıydı, Allah onlara olan hörmətinə görə bütün qövmü xilas etdi. Yoxsa onlar orada həlak olardı.

Adnan Oktar deyir ki... 25 fevral 2015> Click for more

Təqlidi iman zəif olur, amma təhqiqi iman çox güclüdür. “Haqq-ul yakin” iman lazımdır. İnsanlar dərin imana sahib olmadıqları təqdirdə, xəstə olurlar. Günah işləyirlər.

Adnan Oktar deyir ki... 18 fevral 2015> Click for more

Müsəlmanlar həmişə demokratiya istəyərlər, sükunət istəyərlər. Çünki, gərgin və narahat bir mühitdə iman tam da inkişaf etməyə bilər. İnsanlar zəif olur. İman dinc, dərin düşünə biləcəyi, ağlını işlədəcəyi bir mühitdə inkişaf edir.
Allah, təhlükəsizlik və hüzuru imanın inkişafı üçün bir zəmin olduğunu qeyd edir. Buna görə də, döyüş və səs-küy mühitində, gərgin bir mühitdə iman elə də inkişaf etmir.

Adnan Oktar deyir ki... 8 fevral 2015      > Click for more

Allah bəzən bəzi insanlara bir mövqe verir, bir güc verir, imkan verir. Sən: "Allah ona niyə bu vəzifəni verdi? Niyə bu asanlığı verdi?" desən yenə doğru yolda olanlardan olmazsan. Allahı sorğulayan adam doğru yolda olanlardan olmaz. "Hikmət var, xeyir var" deyəcəkdir. "Allah bilir, mən bilmirəm" deyəcəkdir.

Adnan Oktar deyir ki... 7 fevral 2015      > Click for more

Hidayət; beyni və şüuru açan xüsusi bir ruhdur, beyinin fəaliyyətini təmin edən xüsusi bir məlumatdır. Adamın beyni hidayət aşkarlamadıqda İslama qarşı məhdudlaşmış olaraq yaradılır. Belə olduqda anlamır, yəni beyninin bir hissəsi işləmir.

Adnan Oktar deyir ki... 14 dekabr 2014    > Click for more

Kişinin də, qadının da ruhən və fiziki olaraq güclü olması iffətləriylə, imanlarıyla əlaqədardır. Çiçəyin suyunu verməzsən nə baş verər? Günəşin altında bir anda qovurulub məhv olar. Qadın da, kişi də elədir. İmanını, iffətini itirdiyi təqdirdə məhv olar.

Adnan Oktar deyir ki... 26 noyabr 2014  > Click for more

Sən özünü bilirsənsə, deməli, Allahı da bilirsən.

Adnan Oktar deyir ki... 1 noyabr 2014  > Click for more

Allah diqqətimizi açsın, Özünə daha çox bağlanmağı və sevgimizi yalnız Ona yönəltməyi nəsib etsin. Ağlımızı gücləndirib, Allahın dəlillərini yaddaşımıza həkk edib; şüurlu və səmimi bir şəkildə imanımızı gücləndirib davam etdirsin. İman zəifliyi çox təhlükəlidir, Allah qorusun.

Adnan Oktar deyir ki... 27 avqust 2014  > Click for more

İnsan üçün Yaradanın sənəti ən zövqlü nemətlərdən biridir. Bu gözəlliyi görmək, təfəkkür etmək, anlamaq insana çox sevinc verən nemətlərdən biridir.
Allaha aşiq olmağı istəmək lazımdır. Sənətini öyrətməsini Allahdan istəmək lazımdır.

Adnan Oktar deyir ki... 25 avqust 2014  > Click for more

Kainatın uca Memarı, uca Yaradanı Allah Özünü pərdələmişdir. Sevənə pərdəni açır, qəflət gözüylə baxana pərdəsini bağlayır, o zaman onlar görə bilmirlər. Axırzaman şəxsi (Mehdi) üçün də elədir; sevənə pərdəsini qaldırır, Özünü sevməyənə o adamı da göstərmir.
Bitkilər və heyvanların hamısında Allahın təcəllisi vardır. Məsələn, bitki deyirsən, amma onun xromosomu fövqəladə bir gücə sahibdir.
Beyin həqiqətə istiqamətləndirildiyində “Alisa Möcüzələr ölkəsində"-ki kimi olar. Pərdə qalxır, Yaradanın sevinc verəcək, heyrətlər içində qalacaq aləminə giririk. Elə bir aləmdir ki, ucu-bucağı yoxdur. Sonsuzdur. Hər birində nəfəsimiz kəsilir. O sənətdən o sənətə, o gözəllikdən o gözəlliyə.
Yaradanın gücü nəfəs kəsicidir, amma imanın nuruyla baxana. Qəflət gözüylə baxan gündəlik hadisələrin acısıyla məşğul olur. Yeməyini yeyə bildimi, yata bildimi, işləri yolunda gedirmi, filankəslə qısqanclıq rəqabəti varmı? Boş işlər.

Adnan Oktar deyir ki... 2 avqust 2014  > Click for more

İnsanların ən çox xoşbəxt olacaqları, onları ən çox gözəlləşdirəcək, bərəkət, bolluq gətirəcək, sevinc gətirəcək, cənnətin də sonsuza qədər ən böyük gözəlliyi olan, Allaha iman; ən böyük nemət odur və Allaha imanın verdiyi bir gözəllik olaraq da sevgi. Həyatın qaynağıdır bu, həyatın səbəbidir.

Adnan Oktar deyir ki... 27 iyul 2014  > Click for more

“Haqqəl yaxın” dərəcədə iman hər kəsdə olmaz. Çox nadir olar. O zaman hər kəs Mehdi (ə.s) hökmündə olar, hər kəs İsa Məsih hökmündə olar. Elə bir şey olmur. Təslim olmuş olurlar. Amma Allah onu iman olaraq qəbul edir.

Adnan Oktar deyir ki... 7 iyun 2014> Click for more

Oturduğu yerdə insan imanlı olmur. Öyrədilsə imanlı olur. Din təlqinlə qaimdir.
Ediləcək ən gözəl şey insanların iman şüurunu artırmaq: iman həqiqətlərini, Quran möcüzələrini izah etmək, düşüncələrinə, ruhlarına, ürəklərinə Allah sevgisini daha yaxşı aşılamaqdır.

Adnan Oktar deyir ki... 2 iyun 2014> Click for more

Müsəlman Qurana tam sarılsa, Qurana görə hərəkət etsə yaranan gözəllik onsuz da insanı hipnoz edər. Hər insan o cur həyat yaşamaq istəyər.

Adnan Oktar deyir ki... 25 may 2014> Click for more

Vicdanın səsi bir cür vəhydir. İnsan bu vəhyi dinləsə doğru hərəkət edir, dinləməsə səhv hərəkət edir.

Adnan Oktar deyir ki... 18 may 2014> Click for more

Allaha həmişə hüsnü-zənn etməliyik. Məsələn, necə insan sevdiyinə qarşı hüsnü-zənn edirsə, Allaha qarşıda mütləq hüsnü-zənn edilməlidir. Bir şey olanda mömin: "Allah xeyirlə yaratmışdır. Allah doğrusunu bilir"―deməlidir.
Hüceyrə Allahın sənətinin çox ehtişamlı təcəlli etdiyi yerdir. Bir insanı hüceyrənin içinə atsan, orada bir həftə yaşasa alını səcdədən qalxmaz. Oraya girə bilmədikləri, o aləmi görə bilmədikləri üçün insanların imanları zəif olur.
İnsan xromosomun içinə girsə, o sistemi görsə ömür boyu alını səcdədən qalxmaz. Hüceyrənin içinə girib özü zülal olsa, orada bir funksiya yerinə yetirsə, gəzsə həyəcandan nəfəsi kəsilər, Allaha aşiq olar. Oraya məhz qəlblə, ağılla girmək lazımdır.
Allahın nə demək istədiyini görmək lazımdır. Allah Özünə yaxınlaşdırmaq, Özünü xatırlatmaq istəyir. Sən təkidlə xatırlamaq istəməsən, Allaha yaxınlaşmaq istəməsən fəlakətlər ardı-ardına gələr.

Adnan Oktar deyir ki... 14 may 2014> Click for more

Mömin hər yerə nurla, imanla baxdığı üçün hər yer möminə aydınlıqdır. Allah hər yeri onun üçün aydınladar, cənnətə çevirər.

Adnan Oktar deyir ki... 15 aprel 2014> Click for more

Dünyada vacib olan sevgidir, imandır. Bunu əldə etdikdən sonra sən onsuz da ən yaxşı məqamı əldə edirsən. Əhəmiyyətli olan Allah Qatındakı məqamdır.

Adnan Oktar deyir ki... 12 aprel 2014> Click for more

Ölkə olaraq mənəviyyatımızı, imanımızı itirsək məhv olarıq, Allah qorusun. Amma, inşaAllah bu iman və mehdiyyət gücü ilə bütün dünyaya hakim olacağıq.

Adnan Oktar deyir ki... 6 aprel 2014> Click for more

Sənə aid olan heç nə yoxdur, hər şey Allaha aiddir. Gözəllik də, sevdirmək də, bəyəndirmək də hamısı Allaha aiddir. Sonsuz gözəllik Allahın Özüdür. Biz bunu təcəllilərindən anlayırıq. Allahın gözəlliyindən bir parça təcəlli edir və bizim nəfəsimiz kəsilir.

Adnan Oktar deyir ki... 21 mart 2014> Click for more

İman olmasa nur, ağıl, dərinlik, ehtiras və sevgi də gedər; yerdə dəhşətli bir boşluq, mənasızlıq, imansızlığın çirki və onun mərhəmətsiz görünüşü qalar. Başqa bir şey qalmaz. Allah əsirgəsin.
Allah imandan qaynaqlanan görünüş verir. Möminlərə xas bir xüsusiyyətdir. Səhabələrin hamısı, Rəsulullah (s.ə.v) heybətli idi, şeyximiz, sultanımız Şeyx Nazim Həzrətləri heybətlidir.

Adnan Oktar deyir ki... 20 mart 2014> Click for more

Dəccaliyyətə qarşı ancaq güclü imanla mübarizə apara bilərik. Bundan başqa yolla mübarizə aparılmaz. Çünki dəccal gecə-gündüz darvinist, materialist təhsillə özünü hazırlayıb gücləndirir. Biz də onlara qarşı Quran möcüzələri ilə, iman həqiqətləri ilə silahlanıb mübarizə apara bilərik.

Adnan Oktar deyir ki... 23 fevral 2014> Click for more

Müsəlman ''Ya Rəbbim, mənə sonsuz sevgi, sonsuz səmimiyyət ver'' deyəcək. Eşqin sonu yoxdur. Çünki bura imtahan, yarış yeridir. Allah Quranda ''önə keçənlər'' deyir. Önə keçmək nə deməkdir? Təqvada önə keçmək, cəhd etmək, Allahın sevgisini qazanmaqdır.
''Ya Rəbbim, mən nəyəm ki? Mən Sənə çox yaxınlaşa bilmərəm, çox sevə bilmərəm''― bu, küfrdür. Allah sonsuz insanın könlünü Allaha açmışdır. Yaxınlaşmağın sərhədi yoxdur, Allaha nə qədər istəsə o qədər yaxınlaşa bilərsən.
Hər mömin Mehdi kimi, Peyğəmbər kimi olmaq istəyəcək. Müsəlman özünə sərhəd çəkə bilməz. Hər müsəlman Allaha ən yaxın olmağı diləməlidir.

Adnan Oktar deyir ki... 10 fevral 2014> Click for more

İnsanlar özlərini çox böyüdürlər, amma uzaqdan baxdıqda dünya ləbləbi qədərdir. Bir az daha uzaqlaşsan toz qədərdir. Bir az daha uzağa getsən heç yoxdur, görünmür. Allaha təslim olub Onun dediyi kimi yaşamaq çox əhəmiyyətlidir.

Adnan Oktar deyir ki... 6 dekabr 2013> Click for more

İmana önəm verməyib ticarətə, pula, mənfəətinə önəm verdikdə iman unudular, iman zəifliyi yaranar. Bu zaman da həmin adam üçün nə İslam Birliyi, nə Mehdi (ə.s)-ın çıxışı, nə də İsa Məsih (ə.s)-ın gəlişi əhəmiyyətli olar.

Adnan Oktar deyir ki... 1 dekabr 2013> Click for more

Güclü iman çox əhəmiyyətlidir. Nadir insanlarda rast gəlinər. Bir şəhərə, məmləkətə təhqiqi iman cəhətdən bir adam belə yetər. Allah Tövratda: ”10 nəfər adam olsun, haqq dini (İslamı) dünyaya hakim edəcəyəm'' deyir.
Təhqiqi imanın yaxşı öyrənilməsi, iman həqiqətlərinin araşdırılması, öyrənilməsi, imanlı insanların çox olması vacibdir. Məsələn, Peyğəmbərimiz (s.ə.v) çox imanlı idi. Onun imanı böyük qövmə kifayət etdi. Hər kəsin imanı canlanmışdı.

Adnan Oktar deyir ki... 20 noyabr 2013> Click for more

Bədən imanı tanıyır. Bədən və hüceyrələr imanı sevir. Hüceyrələr imanla xoşbəxt olar və haqqı ilə yaşamağa başlayar, sağlam yaşayar. Yəni xəstə olmaz. Əksinə olduqda isə xəstə olar.
İman üzün fiziki olaraq dəyişikliyinə səbəb olur. Normal halda vücud dəyişmir. Bunda bir qeyri-adilik vardır. Yəni iman insan üzündə fiziki dəyişikliyə səbəb olur. İnsanın imanlı olub olmaması ilk olaraq üzündən bilinir. Deməli, iman hüceyrələr tərəfindən tanınır.

Adnan Oktar deyir ki... 17 noyabr 2013> Click for more

Mehdiyyətin xüsusiyyəti, güclü inanc sistemi üzərinə qurulmasıdır. Yıxılmamasının da səbəbi budur. Güclü bir iman zəmini üzərinə siyasət qurmaq lazımdır. Unutmamaq lazımdır ki, güclü siyasi manevrin heç bir dəyəri yoxdur. Güclü siyasi manevrlər üzərinə qurulmuş sistemlər mütləq yıxılar, müvəffəqiyyətsiz olar. Bunu unutmaq olmaz.

Adnan Oktar deyir ki... 15 noyabr 2013> Click for more

Hz. Yusuf (ə.s) tək başına idi. Allah onu bütün o bölgəyə sultan etmişdi. Zülqərneyn də tək başına idi, Allah onun ətrafını çoxaltdı və qısa müddət ərzində dünya hakimi etdi. Süleyman (ə.s) də tək başına idi, qısa müddətdə dünyaya hakim oldu. Çünki həqiqi iman edənlər idi. Həqiqətən inanır, çox imanlıdır. Ona görə də Tövratda da Allah: "Həqiqi iman etmiş 10 nəfər olsa İslamı dünyaya hakim edəcəyəm" deyir.

Adnan Oktar deyir ki... 2 noyabr 2013> Click for more

Allahın zəngin yaratma təfərrüatlarına baxıb heyran olacağıq. O zaman Allah eşqi daha da artar. Eşq artdıqca Allahdan qorxu da artar. Allah qorxusu artdıqca təvəkkül artar. Təvəkkül artdıqda insanın sinirləri, başı, beyni çox rahatlayar,özündə bir asanlıq, sevinc hiss edər, inşaAllah.
İnsan Allahın sənətindən yorulmaz. Allahın sənəti eşqlə araşdırılmalıdır. Necə ki, çiçəyini, pişiyi, gözəl bir uşağı necə eşqlə araşdırır, sevirsinizsə Allahın sənəti olan hüceyrəni də eşqlə araşdırmalısız.
İnsanlar, hüceyrəni, xromosomları, vakuolları, sitoplazmanı yorulmadan və diqqətlə araşdırmalıdırlar. Çünki Allah bizim xoşumuza gəlsin deyə Allahın yaradılış sənətini görək deyə yeri, göyləri və onlar arasındakıları yaratmışdır.

Adnan Oktar deyir ki... 22 oktyabr 2013> Click for more

Allahı isbat edən hər elmi dəlil bir ayədir.

Adnan Oktar deyir ki... 10 oktyabr 2013> Click for more

Allah iman edənlərə, inananlara çox gözəl nemətlər verir. Allah iman edənlərə insan sevgisini, coşğunu, ehtirası, hər cür dərinliyi tam yaşadır.

Adnan Oktar deyir ki... 13 sentyabr 2013> Click for more

Peyğəmbərlərin və vəlilərin imanı çox güclü olur. Çünki çox yaxşı mühakimə etmə qabiliyyətləri olur. Allahın varlığının dəlillərini yaxşı düşünürlər, qavrayırlar. Bəzi insanların zehni dağınıq olur, beynində imanını ələ ala bilmir, imanı zəif olur.

Adnan Oktar deyir ki... 12 sentyabr 2013> Click for more

İnsanın həyatına məna qatan Allahdır, imandır. Bizim sevinc qaynağımız İslam və Qurandır.

Adnan Oktar deyir ki... 28 avqust 2013> Click for more

Hal-hazırda dünyanın məhv olmasının səbəbi din inancının, imanın zəifləməsi, insanların dinə, Qurana, Allaha qarşı çıxmasıdır. İnsanlar bu səbəbdən bu hala düşdülər. Bu aradan qalxacaq, düzələcək və düzəlir, inşaAllah.

Adnan Oktar deyir ki... 23 avqust 2013> Click for more

Allahı sevən insanların yaşadıqları məkan çox rahat olur.

Adnan Oktar deyir ki... 10 avqust 2013> Click for more

Kimsə özünə təhqir etdirmədiyi kimi biz də, haşa, Allaha qarşı danışmağa qoymarıq.

Adnan Oktar deyir ki... 17 iyul 2013> Click for more

Şübhə ola bilər, müsəlmanların əksəriyyətində şübhə olar. Şübhə insanı dindən çıxarmaz. Məhz şübhəyə qarşı müqavimət göstərdiyi üçün ona iman əhli deyilir. Mübarizə aparır, mömin onu ağlı ilə rədd edər, göndərər, qəbul etməz. Buna görə də ona iman əhli deyilir. Yəni şübhəyə qarşı― şeytanın və nəfsinin şübhələrinə qarşı müqavimət göstərən insana müsəlman deyilir.

Adnan Oktar deyir ki... 14 iyul 2013> Click for more

İnsan ancaq imanla gözəlləşə bilər. İman bir nurdur, işıq yaradar. İnsan imanla möhtəşəm bir varlığa çevrilər.

Adnan Oktar deyir ki... 20 iyun 2013> Click for more

Ən çox savab imanını artıraraq qazanılır. Yəni əgər sən savabının artmasını istəyirsənsə, səmimiyyətini çox artırmalısan, çox-çox savab qazanarsan. Səmimiyyətə bağlı olaraq imanını çox artırsan ondan da çox savab qazanarsan. Ən çox savab buradadır.
Qəlbən Allaha yaxınlaşmağın savabı çox böyükdür. Ən çox savab qazanmaq imanı artırmaqla, imanda səmimi olmaqla mümkündür. İnsan Allahı nə qədər çox sevsə o qədər çox savab qazanar.

Adnan Oktar deyir ki... 29 may 2013> Click for more

Müsəlman özündən əmin olduğu kimi Allahdan əmin olacaq. Allah bütün müsəlmanlara hakkəl-yakin iman nəsib etsin.

Adnan Oktar deyir ki... 11 may 2013> Click for more

İman gücü ən ləzzətli güc, nemət, gözəl bayramdır. Bir insanda həqiqi iman yaransa, o dünyanın ən güclü adamıdır. Onu Allahın izni ilə heç kim məğlub edə bilməz.

Adnan Oktar deyir ki... 30 aprel 2013> Click for more

Həqiqətən, əgər səmimi iman etsə, bir adam belə olsa, dünya hakimi olar. Məsələn, hz. Süleyman (ə.s) çox imanlı idi, Allah dünya hakimi etdi. Zülqərneyn (ə.s) tək idi, imanlı idi, Allah dünya hakimi etdi. Səbir, iman, səmimiyyət və dünyadan keçmək kifayətdir.
Dərin iman olsa, kifayətdir. Həmin anda cənnət həyatı, nemət axışı başlayar.

Adnan Oktar deyir ki... 29 aprel 2013> Click for more

Axırzamanda ən mühüm məsələ iman məsələsidir. İmanlı insan sayının çox az olması axırzamanın xüsusiyyətidir.
Nə qədər açıq olursa olsun, bəzi insanlar öz ağıllarına görə Allahı tək buraxmağa çalışır. Allah da onları iztirabla, ağrıyla Özünə qayıtmalarına çalışır. Amma buna baxmayaraq insanların bir qismi böyük qəflətə düşür. Allah o insanlara hidayət versin. Hər kəsə, hamımıza hidayət versin.
Dərin iman; dünyanın ən böyük rahatlığıdır. Dərin imanı Allahdan diləmək lazımdır.
İman zəif olsa, insan səhər qalxanda məhv olmuş kimi, narahatlıqla ayağa qalxar. Yuxuları, oyanmağı, yemək yeməyi bir bəladır, küçəyə çıxmağı bir bəladır. İman zəifliyini Allah göstərməsin, dünya cəhənnəmidir. Əzab içində yatar, əzab içində oyanarlar. Amma iman əhlinin hər anı cənnət kimidir.

Adnan Oktar deyir ki... 25 aprel 2013> Click for more

Hakkəl-yakin insanın özündən əmin olduğu kimi Allahın varlığından əmin olmasıdır.

  Adnan Oktar deyir ki... 10 İyul 2012> Click for more

İman insanı çox gözəlləşdirir, küfr, dəlalət və şirk də o qədər çirkinləşdirər. Gözlə görülən bir möcüzə meydana gələr.

Adnan Oktar deyir ki... 20 İyul 2012> Click for more

İnsanda iman sabit olmur. Artır, inkişaf edir. Bunu hidayətin artmasından da başa düşürük.
BİR İNSAN, BİR QRUP HƏQİQƏTƏN İMAN ETSƏ, ARTIQ ONA DÜNYADA QALİB GƏLƏN GÜC QALMAZ. Bu bir möcüzədir. On adam belə olsa, həqiqətən iman etdikləri zaman, məsələn, yeddi milyardlıq dünya onlara qarşısında dura bilməz. Mütləq həmin on adam qalib gələr. Möcüzədir. Cənabı Allahın belə bir möcüzəsi vardır.
İnsanda laqeydlik olar və buna təslim ola bilər, bir də səmimi şəkildə, həqiqətən, iman edər. O zaman çox əhəmiyyətli bir gücə sahib olar.

Adnan Oktar deyir ki... 18 İyul 2012> Click for more

HAQQI İLƏ İMAN EDƏN BİR ADAM BELƏ OLSA, ALLAH İSLAMI DÜNYAYA HAKİM EDƏCƏK.

Adnan Oktar deyir ki... 14 İyul 2012> Click for more

Allaha inancı olmadıqdan sonra sevginin də bir mənası olmur.

Adnan Oktar deyir ki... 7 İyul 2012> Click for more

İnsan fitrəti elədir ki, həmişə Allaha inanır . YƏNİ QURAN OLMASA DA, YENƏ DƏ ALLAHA İNANIR. Fitri olaraq yenə Allaha dua edər. Yenə Ona özü bildiyi kimi ibadət etmək istəyər. Daha çox dua ilə Ona sevgisini ifadə edər. İnsan bir çox halalı, haramı da instinktlə bilir. Quranda keçən bir çox haramı bilir. Allah onun ürəyinə ilham edir.
HƏR ŞEY ALLAHLA, ALLAHI SEVƏRƏK GÖZƏLDİR. Allahı sevmirsənsə, Ona inanmırsansa onsuz da yox olacaqsan, çünki məqsədsiz yaradıldığını düşünürsən. İnsanları təsadüfən meydana gəlmiş məxluqlar kimi qəbul edir, haşa. Sonsuz yaşamayacağını düşünür, kainatın kabus olduğuna inanır. İnsan belə bir həyatda dəli olar.
ALLAHI XATIRLAMADAN DANIŞSAQ SEVGİ YOX OLAR. Sevincin, sevginin, həyatın , heç nəyin mənası qalmaz.

 Adnan Oktar deyir ki... 2 İyul 2012> Click for more

İmansız, sevgisiz insanlar mənə itələyici təsir bağışlayır. Çirkli heyvan necədirsə elə. İmanlı, sevgi dolu insan isə çox gözəl olur.

Adnan Oktar deyir ki... 25 İyun 2012  > Click for more

Allah təkcə imanla qurtula biləcəyimizi, hərtərəfli güclü olacağımızı bildirir. HƏRBİ CƏHƏTDƏN DƏ GÜCLÜ OLMAĞIMIZ ÜÇÜN TƏK YOL DƏRİN İMANDIR.
İmanlı cəmiyyət olmaq üçün cəhd etməyimiz lazımdır. Beləcə həm hər şeydə qalib, hakim olarıq, həm də dünyanın, bölgənin lideri olaraq mükəmməl güc sahibi olarıq, böyük bərəkət gələr. Əks halda, əziyyət çəkərik, əzilərik, məhv olarıq.

Adnan Oktar deyir ki... 18 İyun 2012  > Click for more

İstəsən də, istəməsən də iman edərsən, bunu saxlamağa gücün çatmaz. Heç bir insanın iman etməməyə gücü çatmaz. Mütləq iman edər, lakin "iman etmirəm" deyər. İnadına, qəddarlığına, zalımlığına görə elə deyər, lakin mütləq iman edər. Dili "mən inanmıram." deyər, amma düşüncəsi isə " inanıram." deyər. Düşüncəsi ona inanmaz. O, düşüncəsinə, ruhuna tabe olacaq.

Adnan Oktar deyir ki... 4 İyun 2012  > Click for more

Sonsuza qədər yaşaya biləcəyin cənnətin olması necədə gözəldir. Halbuki, yox olmaq, dünyanın xaos olması barəsindəki iddia, həyatın mənasızlığı çox qorxunc bir şeydir. İnsanların heyvan kimi görülməsi çox qorxunc şeydir, heç bir şeyin dəyəri, mənası qalmaz.

Adnan Oktar deyir ki... 2 İyun 2012  > Click for more

Allah insanı Özünə yaxınlaşdırmaq üçün aciz, möcüzələri isə həddindən artıq çox yaratmışdır.

Adnan Oktar deyir ki... 27 May 2012  > Click for more

DÜNYA ALLAHSIZLIĞIN ASAN OLDUĞUNU ZƏNN EDİR, HEÇ BİR ŞEYİN DƏYİŞMƏYƏCƏYİNİ ZƏNN EDİR. ALLAHSIZLIQDA MƏHV OLARSINIZ. Bitib-tükənməyən çətinliklərdən dəliyə dönürsən.
BÖYÜK BİR MƏNƏVİ ÇÖKÜNTÜ VARDIR. BU, ALLAH SEVGİSİNİN ÇATIŞMAZLIĞINDAN İRƏLİ GƏLİR.
Allahı coşğu ilə sevməyin vacibliyinin əhəmiyyətli olduğu izah edilməlidir.
ALLAH SEVGİSİ OLMAYINCA RUHDA ƏZAB YARANIR. HALBUKİ, HƏR KƏS BİRLİKDƏ ALLAHA BƏRK-BƏRK SARILSA, ALLAHI ÇOX SEVSƏ, DƏRHAL QARDAŞLIQ, SEVGİ, ŞƏFQƏT, MƏRHƏMƏT BƏRQƏRAR OLAR.
ALLAH OLMASA DÜNYADAN İSTİFADƏ ETMƏYƏ CƏHD ETDİKDƏ DÜNYA İNSANA RAHATLIQ VERMƏZ. İqtisadi böhran yaradar, intihar etdirər, çətinliyə salar, sağlamlığınız pozular. Hər şey mənasızlaşar, iztirab çəkərsiniz. Həyatın bir mənası qalmaz.
Bütün güc, qüdrət Allahın əlindədir. İNSANLARIN BİR QİSMİ MADDƏNİ VƏ HADİSƏLƏRİ ALLAHIN İDARƏ ETMƏDİYİNİ ZƏNN ETDİKLƏRİ ÜÇÜN BƏLAYA QAPI AÇILIR, BƏLA YOL TAPIB GƏLİR.
Biz təbii ki, rahat, dinc yaşayaq deyə Allahı sevmirik, Allahı sevməmiz lazım olduğu üçün , vicdanımızın tələbi olduğu üçün sevirik.
ALLAH SEVİLMƏDƏN, ONA HEYRANLIQ OLMADAN, EŞQ DUYULMADAN BİR MİLLƏTDƏ BƏRƏKƏT, BOLLUQ OLMAZ. Təkcə yoxsulluq, çətinlik, əzab, bölünmə,sıxıntı olar, başqa bir şey olmaz.
Millət olaraq bir-birimizi sevməmiz lazımdır, lakin ALLAHI SEVMƏYİMİZ HƏR ŞEYDƏN ÜSTÜNDÜR. ALLAHI SEVMƏYƏN, Allaha qarşı diqqətli olmayan bir milləti Allah pərişan edər.

Adnan Oktar deyir ki... 16 May 2012  > Click for more

Hamı Allahdan qeyd-şərtsiz iman istəməlidir. Allaha qarşı şübhəsi olan insan alçaq, rüsvay olar. Axirətdə çox utanar. Bu insan üçün çox alçaldıcı şeydir. Allahı saf, səmimi imanla sevmək lazımdır.

A9 TV, 10 May 2012  > Click for more

Bəzi alimlərin həddindən çox elmi, savadı var, lakin imansızdırlar. Allah ayədə imanı olmayanlara "Kitab yüklü eşşəyə çevrildilər" deyir. Allah bu insanları kitab yüklü eşşəyə bənzədir. Halbuki, bu qədər elmdən istifadə edərək Mehdiyyəti üzə çıxara bilərlər. İman olmasa mənən iflic olurlar.
İNSAN İMANI ÇƏTİN GÖRSƏ, ŞEYTAN İNSANA HÜCUM ETMƏYƏ BAŞLAYAR. İMAN ASANDIR. Sadəcə insan özünü, beynini, ruhunu sərbəst, təbii halına buraxmalıdır. İNSAN TƏBİİ HALDA OLARKƏN ALLAHLA TAM BAĞLILIQ YARADAR. İNSAN ŞEYTANI DÜŞÜNÜB ONA UYĞUN HƏRƏKƏT ETDİYİ ÜÇÜN ALLAHLA BAĞLILIQ YARADA BİLMİR.
ALLAH BİZİ SƏMİMİ İMAN ETMƏK ÜÇÜN AĞLIMIZI SIXIŞDIRMAYACAĞIMIZ, RAHAT OLARAQ ALLAHI DƏRK EDƏCƏYİMİZ ŞƏKİLDƏ YARATMIŞDIR. Yəni Allaha tam təslim olmaq iqtidarında yaradılmışıq.
Allahı dərk etmək çox əhəmiyyətlidir. Yəni insanlar ilk öncə "mənə namaz, dəstəmaz öyrət" deyər. Allaha inanırsanmı? Sən əvvəl onu fikirləş. Oturub durmaq namaz demək deyil. Əvvəl iman etməlisən. İman etməmiş namaz olmaz. ƏVVƏL NAMAZ DEYİL, İMAN VACİBDİR. Cənabı Allah Quranda imandan bəhs edir.

Adnan Oktar deyir ki... 8 May 2012  > Click for more

Fiqh problemi , yoxsa iman zəifliyi? Əlbəttə, iman zəifliyi. Bütün dünyanın problemi iman zəifliyidir.

Adnan Oktar deyir ki... 7 May 2012  > Click for more

İMANLA HƏR ŞEY ÇOX GÖZƏL, QİYMƏTLİ OLAR. O zaman insana hörmət edərsən, dəyər verərsən. Çünki insan hörmət edilmədiyini, dəyər verilmədiyini anladığı vaxt sevgi, məhəbbət yox olar.
ALLAH BİZİ İMANLA GÖZƏLLƏŞDİRİR. Həyatımız gözəl, dəyərli olur. Başqa cür olsaydı insanlar bir-birinə ikrah hissi ilə baxardılar. İman olmasaydı həyat çox qorxunc olardı.
ALLAHI DAİMİ OLARAQ ÜRƏYİNDƏ TUTMAQ ZİKRDİR. Zikr bəzən səhv anlaşıla bilər, zikrin təkcə "Allah Allah" demək olduğunu zənn edirlər. ALLAHI XƏYALINDA, AĞILINDA TUTMAQ, ALLAHI SEVDİYİNİ BİLMƏK, ONUN ŞÜURUNDA OLMAQ, DAVAMLI OLARAQ ALLAHI ÜRƏYİNDƏN KEÇİRMƏK ZİKRDİR.

A9 TV, 1 May 2012  > Click for more

BÜTÜN DİQQƏTİ QEYD-ŞƏRTSİZ İMAN ÜÇÜN ALLAHA YÖNƏLTMƏK LAZIMDIR. O ZAMAN SƏMİMİ, DÜRÜST , AĞILLI İMAN YARANA BİLƏR.
İnsanın fitrətində imanı əldə etməkdə çətinlik olmaz, insan çox asan iman edə biləcək şəkildə yaradılır. Lakin insan hər şeyin çətin, dolaşıq, əmək sərf edəcək olduğunu zənn edir. Elə bir şey yoxdur. SADƏCƏ HƏR ŞEYİ VİCDANIN ÜMİDİNƏ BURAXMAQ LAZIMDIR.

Adnan Oktar deyir ki... 28 Aprel 2012  > Click for more

Əslində heç bir insan dinsiz ola bilməz. İnsanın yaradılışında, beyninin quruluşunda dinsiz olmaq gücü yoxdur. Yəni ALLAHI ƏN KƏSKİN ŞƏKİLDƏ İNKAR ETDİYİNİ DEYƏN İNSAN DA MÜTLƏQ ALLAHA İNANAR, LAKİN ŞÜBHƏ EDƏR. 50-% ehtimal verər. O da iman olar.

Adnan Oktar deyir ki... 25 Aprel 2012  > Click for more

İmanın səni tərk etdiyi zaman əsəb pozğunluqları, bədənində problemlər yaranar. İNSANIN İMANI ZƏİFLƏDİYİ QƏDƏR PƏRİŞAN OLAR. İMAN ZƏİFLİYİ İNSANI DƏLİ EDƏR. Nə qədər imanı çoxdur, o qədər də sağlam, gözəl, şən olar.
Bizim təməlimiz iman üzərində qurulur. Yəni imanla yaşayacaq şəkildə yaradılırıq.
Ruh Allahın ruhudur, günahsızdır, amma imansızlıq olanda məhv olur, bacarmaz, bədəndən ayrılmaq istəyər. Elə bu vaxt bədənə hücum etməyə başlayır. Daha sonra insan məhv olur.
Hüceyrə təkcə qanla bəslənilmir. Çünki ruh bədənə hakimdir. Allahın diləməsi ilə, bədəni diri saxlayan ruhdur. RUH DA İMANLA BƏSLƏNİLİR. RUHDAN İMANI ALSAN RUH MƏHV OLUR, BELƏ OLDUQDA DA BƏDƏNƏ TƏZYİQ ETMƏYƏ BAŞLAYIR.
İnsanın imanı zəif olsa sümüyü də, əti də, yağı da, saçı da, başı da çürüyür, ağılı, fikri azalır, hər yeri məhv olur. Çünki sevgisizlik, şəfqətsizlik bədən hüceyrələrini öldürür, toksik təsir edir və bədən də dözə bilmir.

Adnan Oktar deyir ki... 22 Aprel 2012  > Click for more

HƏYAT İMANLA GÖZƏLLƏŞİR. Məsələn, musiqi imanla gözəldir. Məsələn, deyir ki: "İçək, keflənək" Beynin dumanlanar, məhv olarsan. Nə musiqidən, nə də başqa bir şeydən zövq ala bilərsən. HƏR ŞEY İMANLA YAŞANILSA GÖZƏL OLAR.
MÖMİN İMANI İLƏ GÖZƏL OLAR. İmanı ilə bəyənilir, cazibəli, təsirli, nurlu olur. İMANI GETDİSƏ, MƏHV OLAR, QOVRULAR, ÇÜRÜYÜB GEDƏR. Bahar bənövşəsi kimi susuz qaldımı yanıb gedər. İMAN MÜHİTİNDƏ OLSA GÖZƏLLƏŞƏR.
Allah əsirgəsin, İNSAN İMANINI İTİRSƏ, MƏHV OLAR. Olduğu kimi qaldığını zənn edər, amma xeyr elə deyil. Mömin mum kimidir. Sərin yerdə gözəl qalar. Atəşin içinə atsan, əriyib yox olar, Allah əsirgəsin. Küfr də elədir, içinə girdikcə batar, məhv olar.
İslam dini asanlıq dinidir.

Adnan Oktar deyir ki... 21 Aprel 2012  > Click for more

ALLAHA SUİ-ZƏNN ETMƏK OLMAZ , daim hüsnü-zənn edəcəksiniz. SUİ-ZƏNN ETSƏZ, SONRA RƏZİL, XƏCALƏTLİ OLARSINIZ. HƏMİŞƏ ALLAHA XOŞ GƏLƏCƏK ŞƏKİLDƏ DÜŞÜNÜN. SONRA DOĞRU OLDUĞUNU ANLAYACAQSINIZ.
DÜRÜST, SƏMİMİ OLSANIZ ALLAH SİZİ İMANA DAVAMLI OLARAQ YAXINLAŞDIRAR. Təbii ki, dərin iman çox böyük bir nemətdir. Amma Allah bəzən orta miqdarda verər. Bəzən ondan da az verər. Bəzən də daha yüksək verər. SİZ DAİM ALLAHA SARILIN. Hamısı etibarlı olar.

Adnan Oktar deyir ki... 20 Aprel 2012  > Click for more

Deizm və s. bunlar çox təhlükəli sözlərdir. Bunların sonu imansızlığa gedir.

Adnan Oktar deyir ki... 18 Aprel 2012  > Click for more

Müsəlmanlıq pencəklə, qalstukla, saqqalla, bığla əlaqədar deyil. Müsəlmanlıq ürəkdir, vicdandır.

Adnan Oktar deyir ki... 7 Aprel 2012  > Click for more

Həqiqi mənada insanın dinsiz olması texniki olaraq qeyri-mümkündür. Fiziki quruluşuna, ruh quruluşuna uyğun deyil. Görülmüş bir şey deyil.
“Dinsizəm” deyənin belə mütləq gizli bir dindarlığı vardır. Mütləq Allaha inanar. Lakin vicdanı ilə döyüşər.
İnsan dinsiz olduğunda ruhi xəstə olar.
Dinsiz insan psixoloji olaraq məhv olar. İNSAN BÜNYƏSİ DİNSİZLİYİ QALDIRMAZ. BİZ DİNDAR OLARAQ NORMAL YAŞAYACAQ ŞƏKİLDƏ YARADILIRIQ. Bünyəmiz ona uyğun yaradılmışdır.

Adnan Oktar deyir ki... 31 Mart 2012  > Click for more

Biz fitrət etibarı ilə Allaha iman edəcək şəkildə yaradıldıq. İnsan vicdanı ilə boğuşmazsa, çox rahat şəkildə iman edər.

Adnan Oktar deyir ki... 26 Mart 2012  > Click for more

İMAN ZƏİFLİYİ DÜNYANIN BAŞINA BİR BƏLADIR. Nə vaxtdan bəri? Hz. Adəm (ə.s)-dan bəri insanlar iman zəifliyi ilə imtahan vermişdir.

Adnan Oktar deyir ki... 20 Mart 2012  > Click for more

DÜNYA İMANA SUSAMIŞ VƏZİYYƏTDƏDİR. Dünyanın ən böyük ehtiyacı, ən böyük qidası, ən təcili lazım olanı imandır. O da elə Mehdi (ə.s) və İsa Məsih vəsiləsi ilə olacaq, inşAllah.

Adnan Oktar deyir ki... 29 Mart 2012  > Click for more

İman zəifliyi, ağır xəstəlik axır zamanda mövcud olar. Ən vacib, ən əsas mövzu iman zəifliyidir. Bu səbəblə daimi iman həqiqətləri ilə imanın möhkəmləndirilməsi lazımdır.

> Click for more

Əhəmiyyətli olan içdən qəbul etdirməkdir. Quranı izah etdiyinizdə dillə inkar etsələr də mütləq ürəkdən razılaşmaları olmuşlar.
İslamda həyatı bütünlüklə əhatə edir. Yemək proqramında bir cür, dini proqramda başqa cür davranmaq olmaz. Din hər yerdə yaşanmalıdır. Yeməkxanada başqa, məsciddə başqa olsan, yeməkxanadakı vəziyyətini Allahın hüzurunda açıqlaya bilməzsən.
Dində köhnə və yeni bir mövzu yoxdur, din həmişə yenidir.
99 TƏRƏFİN DƏRK EDİB, BİR TƏRƏFİNİ DƏRK ETMƏDİKDƏ İMAN TAM OLMAZ. Küfr 999 iman dəlilini əhəmiyyətli hesab etmir, şeytan tək dəlillə küfrə düşər.
Biz bu dünyada rahatlamaq üçün deyil, Allahı sevdiyimiz üçün Allaha təslim oluruq.
Allah insanların ruhlarını İslamı sevəcək şəkildə yaratmışdır.
Allaha tam tabe olaq, çox gözəl bir dünya olacaq.
ALLAH MÜSƏLMANLARA TƏRƏDDÜDƏ DÜŞMƏMƏLƏRİNİ ƏMR EDİR. Müsəlman bir dəfə iman edər, son nəfəsinə qədər imanlı olar. İman mübahisə olunmaz,imanın niyəsi olmaz .
İqtisadi böhranın tək səbəbi dinsizlikdir. Dünyadakı bütün ağrıların səbəbi dinsizlikdir. DİN OLMADAN XOŞBƏXTLİK OLMAZ.
İman dəyişməyən bir şeydir, inkişaf edər, amma geriyə dönməz. Bir dəfə iman edər insan və elə də davam edər. Ateist saytlara girib ondan təsirlənmək Müsəlmana yaraşmaz.İnsan bir dəfədə səmimi olaraq iman edər. İMAN ENİŞLİ-YOXUŞLU OLMAZ.
İqtisadi böhranda insanlar boşanırlar, sıxılırlar, bir-birlərini təhqir edirlər. Bax buna görə Allah ayəsində "çətin bir dolanışıq"a işarə edir.
Xurafatla bir insan iman etməz. Təhqiqi iman üzərində dayanmasaq, iman zəifliyi olar. Düşünməyən insanın imanı zəif olar.
Xromosom İstanbul şəhərindən daha kompleks quruluşa sahibdir. Diqqət yetirilsə, Darvinistlər hüceyrə və zülal mövzusuna heç girmirlər. Çünki bunu açıqlaya bilmirlər. Bu haqda məlumatı olmayan birinə də asanlıqla təsir edə bilirlər.
İnsanlarda ən böyük problem dərin və sağlam düşünməmələridir. Halbuki, din dərin düşünmək üzərində quruludur. Allah Quranda dərin- dərin düşünməyi əmr edir.
Təhqiqi- iman olmayınca İslam Birliyindən, Türk İslam Birliyindən, Hz. Mehdi (ə.s)a olan həsrətdən, Hz. İsa Məsihə olan eşqdən bəhs edilməz. Bütün bunlar iman zəifliyindəndir. Coşğu dolu imanda Allahın yaratdıqlarına qarşı böyük bir istək, sevgi meydana gəlir. Buna görə Peyğəmbərimiz (s.ə.v)ı görə bilməyən, Hz. Mehdi (ə.s)ı görmək istəyər. İsa Məsihin gəlişi nəfəs kəsici bir hadisədir. Bu hadisələrdən çəkinmələrinin tək səbəbi iman zəifliyidir.
İman təhqiqi Allah sevgisi, Allah qorxusu, Quranın yetərli olması mövzusunu ön plana çəkir, şeytan da buna qəzəblənir. İnsanlara vəsvəsə verir " imanın təhqiqini ön plana gətirmə, xurafat izah et" deyir. Mən anti-xurafatam, xurafatları yox edəcəyəm.Mən Səadət Əsrinin Müsəlmanıyam . Peyğəmbərimiz (s.ə.v), dinin necə yaşanmasını istəyirdisə, mən də onu istəyirəm.
Zülal bütün dünyadakı insanların ağılından daha üstündür. İçindəki məlumat kompüterdəkini xatırladır. On minlərlə , milyonlarla molelkulu nəzərdən keçirir və " burada səhv var" deyir. "Səhv hissə gəlib" deyir,"doğrusunu gətirin" deyir dərhal oraya qoyurlar. Təkamülçülər də bütün bunlara "təsadüfən oldu" deyirlər. Axirətdə Allahın qarşısında bunu eynilə bu şəkildə izah edə biləcəklərmi?
İnsan ancaq Müsəlman olduğunda rahat ola bilər, digər müxtəlif həyat məqsədsiz bir mücadilə içində keçər. İnsan Qurana tam təslim olsa, səmimi Müsəlman olsa rahat, hüzurlu olar, heç bu dünyaya aid vəsvəsələrlə də boğuşmaz.
Yalnız bir qələm, iman etmək üçün kifayətdir. Bu qələmi beynin içində kim yarada bilər? Allah diridir, hər vaxt var olandı, daima bizim üçün yaradır. Allah, daima diri və var olduğu üçün , bizimlə birlikdə olduğu üçün də vəsvəsəyə vaxt ayırmaq məntiqsizdir.

23 İyul 2011; A9 TV  > Click for more

ALLAHA QARŞI ÜRƏYİNDƏ DƏRİN SEVGİ, DƏRİN MƏHƏBBƏT OLSA, BUNA İMAN DEYİRİK. Hələ imanı kamil hala gəlməmiş, imanı inkişaf etməmiş bir insana bu qadağandır, bu haramdır, bu halaldır desən zərər vermiş olarsan, faydası olmaz. Əvvəl iman həqiqətləri ilə iman etməsini təmin etmək lazımdır.

19 İyul 2011; A9 TV və Kaçkar TV  > Click for more

Yüz dənə əleyhinə dəlil olsa, bir dənə lehinə dəlil olsa, o insanın imanına hökm edilər.

13 iyun 2011, A9 TV  > Click for more

Ən böyük təhlükə nədir? Allahın inkarı. Onun ortadan qalxması lazımdır. ALLAH İNANCI MEYDANA GƏLDİKDƏN SONRA HƏR ŞEY ASANLAŞIR. BUNDAN SONRA ARTIQ İSLAM NURUNU ÇOX RAHAT SAÇAR.

26 Mart 2011; A9 TV, Kahramanmaraş Aks TV və Qaziantəp Olay TV  > Click for more

İnsan təlqinə açıq bir varlıqdır. DİN TƏLQİNLƏ QAİMDİR. Təkidli təlqinlə qaim olar, güclənər. Təlqin çox həyati bir mövzudur. Hər gün qəzetlərdə xalqı, millətimizi bu təlqinlə Türk İslam Birliyinə yönləndirilməsi lazımdır.

7 Mart 2011; Adıyaman Asu TV  > Click for more

Din təlqinlə qaimdir. Din təlqinlə güclənər, qaim hala gələr. Mütləq təlqin lazımdır və daimi təlqin lazımdır.

16 İyul 2011; A9 TV, Qaziantəp Olay TV və Kahramanmaraş Aks TV  > Click for more

BİZ İNSAN FİTRƏTİNİN, İNSAN RUHUNUN BƏYƏNDİYİ, XOŞLADIĞI HƏR ŞEYİN HAMISINA İSLAM DEYİRİK. İslam insana zərərli olan hər şeyə maneə törədir; ruhunu, ağılını, bədənini pozan hər şeyə.

20 İyul 2011; A9 TV və Kaçkar TV  > Click for more

ALLAHA DAİM HÜSNÜ ZƏNNLƏ BAXILAR. Bu mövzuya diqqət yetirmək lazımdır, yəni hər zaman xeyir gözü ilə baxmaq lazımdır, hər zaman gözəlliklər axtarmaq lazımdır. Allah bizim üçün nə edirsə, bunun xeyir olduğunu düşünmək lazımdır. Bu düşüncə və rəftarda olsaq dünyamız da axirətimiz də gözəl olar, inşAllah.

10 İyul 2011; A9 TV, Kanal Avropa və Çay TV  > Click for more

Bəzi camaatın yox olmasının səbəbi yenə iman zəifliyidir. Aktiv ola bilməmələrinin səbəbi yenə iman zəifliyidir.
İnsanlarda iman zəifliyi var, dünya səviyyəsində bütün insanlarda vardır . Bütün çəkilən çətinliklərin mənşəyində o var.

6 İyul 2011, A9 TV, Qaziantəp Olay, TV Kayseri və Samsun Aks TV  > Click for more

DİN HƏYATIMA RƏNG QATIR, MƏNA QATIR. ALLAH QORUSUN, DİN OLMASA HƏR ŞEY MƏNASIZ OLARDI. Dəniz mənasız olar, göy mənasız olar, qadınlar mənasız olar, uşaqlar mənasız olar, hər şey mənasız olardı. DİN NURDUR, MÖHTƏŞƏM BİR GÖZƏLLİKDİR.
“Asanlıq Dini İslam” əhəmiyyətlidir, o biri saytlar da əhəmiyyətlidir, amma “Asanlıq Dini İslam” çox həyatidir, çox faydalıdır. Çünki şirkə endirilmiş bir zərbədir.
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top