Şok edici, heyrət verici məlumat qarşısında diqqət və təqdir gücünün zəif qalması insan beyninin, ruhunun acizliyidir. Bunu iradə toplaya bilmir. Yoxsa normalda nəfəsi kəsilməli, çox təəccüblənməlidir. Bu acizliyin üstəsindən gəlmək üçün dua edilməlidir.
İnsan sanki ülfətin içində üzür. Bu ülfətin aradan qalxması üçün Allaha dua etməlidir. "Ey Rəbbim ağlımı aydınlaşdır, bu möcüzəni görüm. Beynim bunu hazırda mənə, mənim istədiyim kimi hiss etdirmir" deməlidir. Məsələn, yazı var, oxuya bilmir; bunun kimi. Mömin; "bəsirətim açılsın, bu möcüzənin həyəcanını yaşayım, Səni layiqincə təqdir edim ey Rəbbim" deməlidir.
İnsanlar ülfət dənizinin içində üzür. Bu ülfət dənizindən çıxıb, bəsirətlərini, fərasətlərini açıb bu bəladan xilas olmalıdırlar. Yoxsa insan sırf hüceyrədəki möcüzəni öyrənsə heyrətamiz imana sahib olar. Peyğəmbər imanı kimi olar imanı. Lakin bəsirət bağlanıb.