ALLAH BİZİ ÇOX MÖCÜZƏVİ BİR ZAMANDA YARATMIŞDIR. Müqəddəs əmanətlərin çıxışı da yaxın vaxtlarda olacaq. İncilin və Tövratın orijinalları da tapılacaq. HZ. İSA (Ə.S)ı GÖRMƏK İMKANIMIZ NƏFƏS KƏSİCİ BİR HADİSƏDİR .
Tövhidin haqq olduğu açıqdır. HƏR KƏS DÜNYADA LA İLAHƏ İLLAALLAH SÖZÜNDƏ BİRLƏŞƏCƏK. Hz İsa (ə.s) zühur etdikdə onu görən insanların hamısı iman edəcək. Bu etibarlı bir iman olacaq. Allahın qəbul etdiyi iman olacaq. Bu xalq arasında bir əfsanə deyil .Bu Allahın vəhyi ilə Peyğəmbərimiz (s.ə.v)a bildirdiyi bir həqiqətdir .
Axır zamanda Allahın iki böyük hədiyyəsi var: Hz. İsa (ə.s) və Hz. Mehdi (ə.s).
Quran 70 il sonra yavaş - yavaş ortadan qalxmağa başlayacaq. 30 il sonra evlənənlərin uşaqları dinin çöküşünü, geriləmə dövrünü görəcəklər. Orada DİNSİZLİYİN NƏ BÖYÜK KABUS OLDUĞUNU; SƏNƏTİ, DÖVLƏTİ, İQTİSADİYYATI, HƏR ŞEYİ NECƏ YIXIB YOX ETDİYİNİ GÖRƏCƏKLƏR.
Bundan sonra döyüşə vaxt olmayacaq . Hədisdə ifadə edildiyi kimi yalnız "döyüş səsləri" olacaq. Hər atom bombasının başında bir gözətçi var.Allah atom bombalarını özbaşına atdırmır . Bütün hamısı Allahındır.
Cənabı Allah, vaxtı gəldiyində qiyaməti gətirəcək. Bunun qarşısını kəsə bilməyəcəklər. Bəzi kəslər qiyamət vaxtını uzatmağa çalışırlar. Hicri 1542-ci ildən sonra 1545-cü ilə qədər nə İslam, nə Xristianlıq, nə də Müsəlmanlıq qalmayacaq. Dinsizlik hakim olacaq. Qiyamət onların başına qopacaq. Qaçmaq üçün heç bir yerləri olmayacaq.
İlk dəfə dünyanın 99%-i dinsiz oldu. 1300 il sonra Müsəlmanlar ilk dəfə başsız qaldı. Allah bu dövrü Hz. Mehdi (ə.s)a hazırlamışdır.
Dəccalın bir buynuzu geri qalmışlıq, digəri isə ateizmdir. Bunlar daim bir – birilərinə zidd olacaqlar. Dəccal onları bir-birlərinə qırdıracaq.
Quranı tərk etmək, dəccaliyətin ən böyük əlamətlərindəndir. Dəccalın dövründə həm xurafat, həm küfr olacaq, Quranı tərk edəcəklər.