Çətinliklərin möminlər üzərindəki təsiri kafirlər üzərindəki təsirinin tam əksidir. Bu təsir kafirləri bilavasitə çökdürdüyü halda, möminləri də bilavasitə mükəmməlləşdirər. Bu Allahın gizli bir elmidir, Onun ledün elmidir, diqqətlə baxmayan bunu görməz. İmanın nuruyla baxan görər.
Çətinliklər mömin üçün onu cavanlaşdıran, gözəlləşdirən, şüurunu açan, dərinliyini artıran, fərasətini və bəsirətini inkişaf etdirən bir nemətə çevrilər.
Əziyyət çəkən adam, çətinlik çəkən adam gözəl olar. Getdikcə gözəlləşir, getdikcə cavanlaşır. Əgər kafir bunu yaşamış olsa, əziyyətə dözməyib əldən düşər. Amma mömin əziyyət çəkməklə cavanlaşıb, gümrah olur. Tamamilə əks təsir göstərər.
“Mən Cənnətə gedəcəyəm” deyir. Əgər sən Allah yolunda iztirab, əziyyət və çətinlik çəkməsən, onda cənnətə gedə bilməzsən. Sən kimsən bilirsənmi? Allah uzaq eləsin, sən insan surətində yaradılmış, gözəl görünüşlü, lakin ruhsuz bir varlıqsan. Bunların cənnətə getməsi qeyri-mümkündür. Bunlar dünya həyatı üçün xüsusi olaraq bir keçid forması kimi yaradılır.
Əziyyətlər insanı gözəlləşdirir.
Münafiqlə mübarizə aparmaq çətindir. Kafirlərlə mübarizə aparmaq çətindir. Allah üçün İslama xidmət etmək asan deyil. Çətinliklərlə qarşılaşacaq. Müsəlmanı gözəlləşdirən də məhz budur. Peyğəmbərimiz (s.ə.v)-in o qədər gözəl olmasının səbəbi çəkdiyi çətinliklərdir.
Müsəlman çətinlik içində Allahın dinini yaşayan kimsədir. Allah: "Sözsüz ki, hər çətinliyin ardınca asanlıq gəlir. Əlbəttə ki, hər çətinliyin ardınca asanlıq gəlir" (İnşirah surəsi, 5-6) deyir. Müsəlman mütləq bununla qarşılaşacaq.
Deyir ki, "Mən çox xoşbəxt yaşadım, ömrüm boyu heç bir çətinliklə qarşılaşmadım". Bu qazanc deyil ki. Bir sözlə cənnətə gedə bilməz. Allah ayədə: "Yoxsa siz elə güman etdiniz ki, sizdən əvvəlkilərin başına gələnlər sizin başınıza gəlmədən Cənnətə daxil olacaqsınız?" (Bəqərə surəsi, 214) deyir. Müsəlman Allah yolunda mübarizə aparacaq, çətinliklərlə üzləşəcək, zəhmət çəkəcək. Kafirlərə qarşı, münafiqlərə qarşı mübarizə aparacaq.
Allah yolunda mübarizə aparan gözəlləşər. Allah yolunda çətinlik çəkən gözəlləşər. Çətinlik çəkməyən çirkinləşər, mənası itər, donuqlaşar, kütləşər. Yəni kütləvi olar.