Fənərbaxça, Beşikdaş, Qalatasaray tərəfdarları ―onlar da bir-birlərini çox sevsinlər. Döyməyə, söyməyə, kəsməyə, asmağa, təhqirə nə ehtiyac var? Bu dəhşət iman zəifliyindən qaynaqlanır. Futbol komandası tərəfdarlarına sevgi, mərhəmət, şəfqət baxımından təhsil vermələri lazımdır. Hər yerdə xüsusi söhbətlər təşkil edilməlidir. “Sevgi günləri” adlı gün təşkil etmək lazımdır. Bir-birilərinə isinmələri üçün yığıncaqlar təşkil etmək lazımdır.
4 böyük komandanın tərəfdarları çox böyük və dinamik gücdürlər. Tərəfdarlar digər komandanın tərəfdarlarına şəfqətlə yaxınlaşsınlar. Məğlub olsalar da, qalib gəlsələr də, yenədə tərəflər bir-birilə mehriban olsunlar. Hətta müxtəlif komandalar və tərəfdarlar bir yerdə yığıncaqlar, dostluq yeməkləri təşkil etsinlər. Çox gözəl olar.
Bir yer sırf kürdün və ya sırf lazın idarəsində olmaz. Millət olaraq laz, kürd, türk, çərkəz həmişə qarışıq bir yerdə olmalıdır. Bəziləri genetik ayrılıq istəyir. Biz parçalayan fitnə istəmirik. Bütün Türkiyə bizimdir. Hər yerə qarışıq səpələnək, yayılaq. Hər hansı bir yerdə irqə əsaslanan sıxlaşma olmasın.
"Polis niyə gücləndirilir?"― deyə sual verirlər. Silahlı cəhdə cürət edilsə dövlət, təbii ki, hər cür tədbir görər.
Cənab Abdullah Gül çox həlim, çox gülərüz insandır. Hz. Əbubəkr kimidir, maşaAllah.
Cənub-şərqdə, təbii ki, polis bölmələri olacaq. Amma polis bölmələrinin yanında xəstəxana, market kimi binalar da tikilsə, kompleks sistem şəklində olsa yaxşı olar.
Federasiya həm kommunist, həm eqoist, həm də sevgisiz idealdır.