Adnan Oktar deyir ki...

 

Adnan Oktar deyir ki... 13 mart 2017> Click for more

Türkiyəyə qarşı edilən oyunlara veriləcək ən gözəl cavab İslam Birliyidir. Rusiya, İran, İsrail və bütün İslam aləmi dostluqda birləşək.

Adnan Oktar deyir ki... 16 fevral 2017> Click for more

İsrail ilə İran, İran ilə Amerika arasındakı gərginlik də sünidir. Türkiyə ilə İran, İsrail ilə İran, İran ilə Amerika əlaqələrini düzəldəcəyik.

Adnan Oktar deyir ki... 31 yanvar 2017> Click for more

Türkiyəyə yaxınlaşan ölkələrə müntəzəm oyun oynanılır. İsrail, Rusiya, Azərbaycan, İran kimi ölkələr bir anda hədəf halına gəldi.
İsrail ilə Türkiyənin arasının düzəlməsi üçün çox mühüm işlər gördük. İndi gözəl nəticələrini alırıq inşaAllah.

Adnan Oktar deyir ki... 23 yanvar 2017> Click for more

Netanyahunun İran xalqını dostluğa dəvət etməsi gözəl olub. Lakin həqiqi sülh və dostluq Mehdi (Moşiyah) ilə mümkün olacaq. Netanyahu İran xalqına səslənərkən; "gözlənilən Mehdi və Moşiyah eyni insandır, hamımız onu gözləyirik" desə xalqın fövqəladə sevgisini qazanar.
Türkiyə, İran, İsrail, Rusiya, Çin və Amerika birlikdə hərəkət etsə, İngiltərə dərin dövlətinin bütün gücü yox olar. Ayrı-ayrılıqda isə mübarizə aparmaq olmaz.

Adnan Oktar deyir ki... 22 yanvar 2017> Click for more

Suriya məsələsini tezliklə həll edək, Suriyanın bütövlüyünü təmin edək. Türkiyə bölgədə İraq və İsrail ilə olan əlaqəsini çox gücləndirsin.

Adnan Oktar deyir ki... 15 yanvar 2017> Click for more

İsrail, Rusiya, Çin, İran ilə çox möhkəm dost olaq. Hamımız birlikdə İngiltərə dərin dövlətinin oyunlarını puç edək.

Adnan Oktar deyir ki... 14 yanvar 2017> Click for more

İngiltərə dərin dövlətinə qarşı İslam aləminin birləşməsindən başqa yol yoxdur. Türkiyə, Rusiya, İsrail, İran, Çinin də daxil olduğu bir İslam Birliyinin təcili surətdə yaradılması lazımdır. İngiltərə dərin dövləti təkcə bu yolla dayanar.

Adnan Oktar deyir ki... 11 yanvar 2017> Click for more

Türkiyə və Rusiya, Çinə də sahib çıxsın. Türkiyə, İsrail, Rusiya, Çin və İran birləşsə çox təsiredici ittifaq olar.
Türkiyə, Rusiya, İsrail, İran və Çin ilə tam ittifaq etsə çox güclü olar. Türkiyə əleyhinə oynanılan heç bir oyun təsiredici olmaz.

Adnan Oktar deyir ki... 4 yanvar 2017> Click for more

Önümüzdəki dövrdə Türkiyənin də, İsrailin də, Rusiyanın da dəccaliyyətin təzyiqindən xilas olduğunu görəcəyik inşaAllah.

Adnan Oktar deyir ki... 28 dekabr 2016> Click for more

Rusiya, İran, Türkiyə və İsrail ittifaqı yaradılar, buna Səudiyyə Ərəbistanı və Qətər də qoşulsa həm bölgə, həm də dünya əmin-amanlığa qovuşar.
Rusiya, İsrail, İran və Türkiyə mütləq ittifaq etsin. Bu məsələdə heç gecikmə olmasın. Bölgədə İngiltərə dərin dövlətinin bütün oyunlarını puç edək.
İngiltərə dərin dövləti Suriyadakı məğlubiyyətinin acısını Rusiyadan çıxartmağa çalışır. Baş verən ardıcıl sui-qəsdlər, təyyarənin düşməsi bundan ötrüdür. Dəccaliyyət bundan sonra da ardıcıl hücumlara keçəcək. İran, Türkiyə, Rusiya, Misir və İsrail ittifaq etsə dəccaliyyət adlı nəsə qalmaz.

Adnan Oktar deyir ki... 27 dekabr 2016> Click for more

Türkiyə, İran və Rusiya ittifaq etdikdə həm bu ölkələr, həm də bütün bölgə hüzurlu və rahat olar. İsrail və İslam ölkələri də bu ittifaqa daxil olacaq.

Adnan Oktar deyir ki... 23 dekabr 2016> Click for more

İngiltərə dərin dövləti İran, Rusiya və İsrail ilə aramızın pis olmasını istəyirdi. Hamısına elmlə, biliklə əngəllədik. Rusiya və İran ilə aramızı vuracaqdılar, düşmənçilik istəyənlərin səsi bizim qardaşlıq və dostluq istəyən səslərimiz altında boğulub yox oldu.

Adnan Oktar deyir ki... 9 dekabr 2016> Click for more

Rusiya ilə Türkiyənin arasının düzəlməsinə, İsrailin Türkiyəyə kompensasiya ödəməyi qəbul etməsinə və sülhün təmin edilməsinə biz vəsilə olduq.
Allah 300-dən artıq kitab yazmağımı, bu kitabların 70-dən çox dilə tərcümə edilməsini, yazılarımın onlarla qəzetdə dərc edilməsini nəsib etdi. Dünyaya aludə olanlarla birlikdə, dünyaya aludə olsaydıq həftənin bir günü söhbət etməyi kafi hesab edərdik. Lakin ömrümüzü həsr edərək çox geniş təbliğ apardıq. Darvinizmin fikri olaraq məğlub olmasını, İngiltərə dərin dövlətinin ifşa olmasını, mövhumatçılığın zərərsizləşdirilməsini Allah bizə nəsib etdi. Təhsilli, seçilən təbəqənin İslam ilə əlaqələri demək olar ki, kəsilmişdi, bu əlaqəni biz yenidən qurduq və onlar da İslama xidmət edən vəziyyətə gəldilər. Ələvi, şiə, musəvi, xristian düşmənçiliyinin aradan qaldırılması, İsrail ilə Türkiyənin barışması üçün biz səmərəli iş gördük.

Adnan Oktar deyir ki... 18 noyabr 2016> Click for more

Türkiyənin etməsi lazım olan bütün qonşuları ilə yaxşı yola getməkdir. İran, Yunanistan, İsrail və Suriya ilə sərhədləri, pasportu və vizanı ləğv edək.

Adnan Oktar deyir ki... 29 oktyabr 2016> Click for more

İsrail Mehdi gözləyir, Evanqelistlər, musəvilər həmişə Mehdi gözləyirlər və dünya hakimi olurlar. Mehdiyyət əleyhinə olan ölkələr də əzilirlər.

Adnan Oktar deyir ki... 9 oktyabr 2016> Click for more

İsrail dövlətinin yaradılmasını planlaşdıran, təşkil edən, nizamlayan dövrün İngiltərəsi olmuşdur. Yaxın Şərq xəritəsini İngiltərə dərin dövləti çəkmişdir.

Adnan Oktar deyir ki... 8 oktyabr 2016> Click for more

İsrail dövlətini əvvəlcə ingilislər yaradıb, bunu sənədlər təsdiqləyir. İsrail ordusunu yetişdirən və İsrail kəşfiyyatını yaradan da yenə ingilislərdir, bunu da çox sayda sənəd sübut edir. İngiltərə dərin dövləti, İsrail dövlətinin torpağının sərhədlərini ilk müəyyən edəndir.

Adnan Oktar deyir ki... 27 sentyabr 2016> Click for more

Hökumətin İsraillə ticarət müqavilələrinin, hərbi müqavilələrinin olması və diplomatik səviyyədə yaxın əlaqələrinin olması çox gözəldir. İsraili Türkiyə dəstəkləyəcək, Türkiyəni də İsrail dəstəkləyəcək. İsrail, Türkiyə, Suriya, İraq bölgədə mövcud olmalıdır.

Adnan Oktar deyir ki... 31 avqust 2016> Click for more

İsraildə vətəndaş müharibəsi baş verməz, dövlət çevrilişi də baş verməz. Əbəs yerə təşviş yaradırlar. İsrail dövlət çevrilişinə qapalı bir cəmiyyətdir.

Adnan Oktar deyir ki... 22 avqust 2016> Click for more

İsrail-Fələstin arasındakı münaqişənin tam olaraq həll edilməsi mehdiyyət vəsiləsi ilə olacaq.

Adnan Oktar deyir ki... 9 avqust 2016> Click for more

Türkiyənin İsraillə münasibətlərinin də düzəlməsi üçün çox mühüm işlər gördük. Sülh üçün, dostluq üçün zəmin yaratdıq.

Adnan Oktar deyir ki... 15 fevral 2015> Click for more

Yəhudilər Axırzamanda İsraildə toplanacaqlar. Bu Tövratda da bildirilir. "Sizi dünyanın hər yerindən toplayacağım" deyir. Bu zaman gəlib çatmışdır. Deməli, Moşiyahın dövründəyik. Mehdinin, Moşiyahın dövründəyik. Həqiqətən də yəhudilər hər yerdən axın-axın İsrailə gəlir.

Adnan Oktar deyir ki... 2 fevral 2015      > Click for more

Sanki bütün millətləri İsrailə qarşı bir nifrət ruhu bürüdü. Axırzamanda yəhudilərə qarşı bir nifrət yayılacağı Tövratda ifadə edilir. Məhz onlar Tövrata yaxınlaşsa və Moşiyaha olan sevgiləri artsa, Allah da onları həmin bəladan xilas edər. Yoxsa o bəla daha da artacaq.

Adnan Oktar deyir ki... 27 yanvar 2015      > Click for more

İsraildə saçları xeyli qıvrım olub küftə kimi olan kiçik yaşda uşaqlar var, günahsız dindar xristianlar var, yəhudilər var. Biz niyə onlara qarşı olaq? 80% İsrail əleyhdarlığı çox yüksək bir göstəricidir. Bu çox ürküdücüdür. Bu uğursuzluq gətirər.
İsrailə meydan oxumaq qəhrəmanlıq deyil. İsraildəki zalımlara meydan oxumaq lazımdır.

Adnan Oktar deyir ki... 2 yanvar 2015> Click for more

“İsrail” peyğəmbər adıdır. "Məhv olsun İsrail" deyilməz. Quranda Yaqub (ə.s)-ın bir adı olaraq "İsrail" deyir. Quranda keçir İsrail adı. Sən nə deyirsən? "Məhv olsun İsrail" deyirsən, haşa.

Adnan Oktar deyir ki... 18 dekabr 2014        > Click for more

Yəhudilər Tövratı heçə sayarlarsa, Allahın hökmünü əhəmiyyətsiz görərlərsə, İsraili çox böyük bir fəlakət bürüyər. Amma Allahın onlara kömək edəcəyinə, Moşiyah vasitəsiylə kömək edəcəyinə inanar, dua edərlərsə, Allah da onları xilas edəcək.
Yəhudi qaynaqlarına görə Moşiyahın gəliş vaxtı 1999-2012-ci illərdir. Yəhudi təqviminə görə vaxt tamamdır. Tövratdakı əlamətlərinin hamısı baş verdi. Buna görə də, hal- hazırda yəhudilərin ən əhəmiyyətli vəzifəsi Allaha Moşiyahın çıxışı üçün dua etmələri, yalvarmalarıdır.
İsrail ilə Türkiyəni üz-üzə gətirməyə çalışmaq çox pis olar. İsrail xalqı keçmişdən bəri qoruyub himayə etdiyimiz, şəfqətlə davrandığımız bir cəmiyyətdir. Türk milləti yəhudi düşməni deyildir, yəhudiləri sevər.

Adnan Oktar deyir ki... 5 dekabr 2014    > Click for more

İsrailin Türkiyə ilə olan dostluq əlaqəsi əhəmiyyətlidir. Türkiyə açar mövqedə olan bir ölkədir. Yəhudi qardaşlarımız buraya gəlsinlər. Burada bir dostluq mühiti yaradılsın. Simvolik dostluqlar çox güclü təsir oyandırar. Çox böyük nəticə verər.

Adnan Oktar deyir ki... 30 noyabr 2014    > Click for more

Türkiyədə İsrailə verilən qarşılıq, nifrət 80%-ə çatmışdır. Dəhşətli bir göstəricidir. Bu dərhal düzəldilməlidir. Siyasətçilərimizin də bu mövzuda mülayim, gözəl, sevgi dolu çıxışları çox faydalı olar. Digər ölkələri sevən bir millət olmalıyıq. Əksi bizə yaraşmaz.

Adnan Oktar deyir ki... 30 sentyabr 2014  > Click for more

Netanyahu: "Ey Rəbbim! Bizə Moşiyahı göndər" deyəcək. Dua məqsədiylə bunu desin. Onda İsrail xilas olar. Ondan başqa qurtuluş yolu yoxdur.

Adnan Oktar deyir ki... 10 fevral 2014> Click for more

Hər mövzuda dürüst məlumat vermək, dürüst yanaşmaq əhəmiyyətlidir. Yəni kor-koranə İsrail düşmənçiliyi axmaqlıqdır, səfehlikdir. Həqiqətən anormal bir şey varsa hüquqla, qanunla cavab verirsən. Amma nifrət siyasətinin bir izahı yoxdur. Bu dəlicəsinə İsrail nifrəti düzgün deyil.

Adnan Oktar deyir ki... 5 noyabr 2013> Click for more

“Görəsən İsraillə aramızdakı sevgiyə zərər gəldimi” demək, şübhə etmək heç də doğru hərəkət deyil. Bir-birimizi sevirik, həmişə də sevəcəyik. Bəzən siyasi anlaşılmazlıqlar olur. Bunu bütün İsrail millətinə, bütün Türk millətinə aid etmək səhv fikirdir.
İsraillə Türkiyə arasında həmişə dostluq vardır. Heç kim narahat olmasın. Siyasətçilərdən 30-40 nəfər bəzi məsələlərdə İsraillə anlaşılmazlığa düşə bilər. Amma Türkiyədə təxminən 80 milyona yaxın, İsraildə milyonlarla yəhudi qardaşlarımız var, hamısı da bir-birini çox sevir.
Allah İsrail torpaqlarının, millətinin azad olacağını Quranda bildirir. İsrail milləti o torpaqlarda yaşayacaq və o torpaqlarda öləcək. Bu Quranın hökmüdür.

Adnan Oktar deyir ki... 2 noyabr 2013> Click for more

Biz İsraillə, İsrail milləti ilə dostuq. Yəhudi qardaşlarımızı biz həmişə sevmişik, Osmanlı dövründə də, Peyğəmbərimiz (s.ə.v) zamanında da sevmişik, həmişə şəfqət göstərmişik. Heç kim bunun əksini etməz və edə də bilməz.

Adnan Oktar deyir ki... 1 noyabr 2013> Click for more

Türkiyə İsraili sevir, İsrail də Türkiyəni sevir. Amma hərdən az da olsa gərginliklər olur. Bəzən ata-oğul arasında belə savaş, inciklik olur. Amma ata oğlunu sevər, oğlu da atasını sevər. Türkiyə ilə İsrailin arasındakı münasibət həmişə yaxşı olub və yaxşı da olacaq. Əksinə olmaz.

Adnan Oktar deyir ki... 23 oktyabr 2013> Click for more

İsraildə bir ovuc yəhudi var, dünyanın hər yerində təzyiq görürlər, sevilmirlər. Onlara qarşı bir düşmənçilik var. Biz zülmə razı deyilik. Atamız Osmanlı kimi onlara sahib çıxaq.

Adnan Oktar deyir ki... 22 oktyabr 2013 > Click for more

İslam Birliyinin mühüm dostlarından biri də İsrail olacaq. Bəni-İsrail, Yaquboğulları Quranda təriflənmiş sadə insanlardır. Bəni-İsrail o bölgədə qalacaq.

Adnan Oktar deyir ki... 22 oktyabr 2013> Click for more

Yəhudilərə, İsrailə söz dedirtdirmərəm. Amma qeyri-normal bir şey olsa, insanlıqdan kənar bir şey olsa, sonuna qədər mübarizə apararam. Yəhudi şəfqətli, mərhəmətli, həlim, sevgi dolu, bağışlayan, gözəl xasiyyətli, Allahdan qorxan deməkdir.
İsraillə Türkiyə can-ciyərdirlər, qardaşdırlar. İslam Birliyinin mühüm dostlarından biri də İsrail olacaq. İsraillə qarşılıqlı olaraq təhqir edici üslublardan çəkinmək lazımdır.

Adnan Oktar deyir ki... 18 oktyabr 2013> Click for more

İsrail ilə Türkiyə dostdurlar. Hz. Musa (ə.s)-ın və hz. İbrahim (ə.s)-ın övladlarıdırlar. Biz onları sevirik, şəfqətlə bağrımıza basırıq.

Adnan Oktar deyir ki... 4 oktyabr 2013> Click for more

İsrailə qarşı bəslənilən nifrət və dəhşət siyasəti dərhal aradan qalxmalıdır. İsrailin də, lazımsız, boş şübhələrdən uzaq durmaları məsləhətdir.
Kiçik bir ölkəni İsrailə çox görmək vicdana uyğun hərəkət deyil. İsrail milləti çalışqan, ağıllı, dəyərli insanlardır.
İsrailə ən gözəl kömək İslam Birliyinin yaradılmasıdır. İsrail bu birliyin təhlükəsizlik və dincliyindən istifadə edəcək.

Adnan Oktar deyir ki... 3 sentyabr 2013> Click for more

Hal-hazırda İsrail sanki bir nifrət dənizinin, cəhənnəmin ortasındadır. Ona görə nifrəti təşviq edəcək heç bir şey etməməlidir.

Adnan Oktar deyir ki... 30 avqust 2013> Click for more

Bəni-İsraili dünyadan silmək istəyirlər, buna icazə vermərik. Mən hz. İsrail (ə.s)-ın övladlarını məhv etdirmərəm. Allah Quranda yüzlərlə ayədə bəni-İsraildən bəhs edir.

Adnan Oktar deyir ki... 28 avqust 2013> Click for more

Allah, İsrail o bölgədə olacaq deyir. Baxırıq oradadır, bu çox böyük bir gözəllikdir.

Adnan Oktar deyir ki... 2 avqust 2013> Click for more

Bir çox ölkədə, insanlar ifratçılara şirin görünmək üçün İsraillə düşmənçilik edirlər.

Adnan Oktar deyir ki... 6 iyul 2013> Click for more

İsraili dəstəkləmək Quran əxlaqından irəli gəlir. Çünki Qurana əsasən İsrail orada olacaq. Ayədə bildirilir, onların vətəni oradır.

Adnan Oktar deyir ki... 5 iyul 2013> Click for more

Yəhudiləri zəif görüb onlara qarşı nifrət siyasəti yeritmək zülmdür, çox qorxuncdur. Zülm, zülmü gətirər. Bir ovuc yəhudiyə şəfqətlə, mehribanlıqla, incə ruhla yaxınlaşmaq, Misirdəki o gərginliyin azaldılmasında çox əhəmiyyətli, əsas səbəblərdən biri olar.

Adnan Oktar deyir ki... 20 iyun 2013> Click for more

İsraildə dini təmizləməyə çalışsan, Yaxın Şərqdə də dinə zərər gələr, Allah əsirgəsin. İsrailin dindarlığı bütün bölgəyə nümunə oldu. Misirə, Fələstinə nümunə oldu. Onlar da dindar oldular.
Dindar yəhudilər İsrailin mövcudluğunun səbəbidir. İvritlərin 3000 illik ənənəsi eyni şəkildə davam etməlidir. İsrail öz təsdiqini dindar yəhudilərdə tapır.

Adnan Oktar deyir ki... 10 iyun 2013> Click for more

Dindar olmalarına görə, “Allah birdir” demələrinə görə, peyğəmbərlərə inandıqlarına görə İsrail millətinə, İsrail xalqına sevgi bəsləyib, onları qorumağı vicdanın, ağlın, Quranın ruhunun təzahürü sayıram.
Amerika və İsraillə dostcasına davranmalıyıq. İsrailin dindarlığını nemət hesab etmək müsəlmanın xüsusiyyətidir. Yəhudilik, əsasən, İslama yaxın bir dindir.

Adnan Oktar deyir ki... 16 may 2013> Click for more

İsraili, Yaxın Şərqi yaşadan dindir. Dinə hörmət edərək sakitləşib, şəfqətlə, mərhəmətlə meydana çıxıb, məsələni sakit tərzdə həll etmək lazımdır. Döyüş gərginliyi, həyəcanı var, onu sakitləşdirmək lazımdır.

Adnan Oktar deyir ki... 4 may 2013> Click for more

İsrailin yaşamasına səbəb dindar yəhudilərdir, İsrail ordusu deyil. Dindar yəhudilər dərin imanlı, bir Allaha, peyğəmbərlərə, mələklərə, cənnətin və cəhənnəmin varlığına iman edən, Allahı anan insanlardır.

Adnan Oktar deyir ki... 21 İyul 2012> Click for more

İnsanlar yüksək səslə "Yox olsun İsrail" deyə qışqırırlar. İsrail peyğəmbər adıdır. Quranda ayə var. Hz. Yaqubun adıdır. Elə sözlər demək olmaz. Sən qəddarlara, zalımlara lənət et. Hz. İsrailə lənət etmək olmaz.

Adnan Oktar deyir ki... 21 İyul 2012 > Click for more

“İsrail” peyğəmbər adıdır. Niyə deyirsən ki, “Yox olsun İsrail”, siz “Yox olsun əxlaqsızlar”, “zalimlər”, “qəddarlar” deyin.

Adnan Oktar deyir ki... 14 İyul 2012> Click for more

İsrail bir peyğəmbər adıdır. İsraili onsuz da sevirik. İsrail dövlətinin içində yaxşısı da, pisi də var. Yaxşılarını, mazlumlarını sevirik. Pislərini sevmirik, amma yaxşı olmaları üçün də səy göstəririk.

Adnan Oktar deyir ki... 11 İyun 2012  > Click for more

Hədislərə, Qurana görə İsrail o bölgədə qalacaq. Tövratda, Quranda İsrailin hökmü bildirilmişdir.

Adnan Oktar deyir ki... 5 İyun 2012  > Click for more

Son illərdə İsraildə dindarlıq, Allah inancı sürətlə yayılmağa başladı. Daha əvvəl ateistlik, kommunist düşüncə, sol düşüncə, Marksist düşüncə hökm sürərkən, indi dindarlıq hakim olmağa başladı. Bu da Kral Məsihin çıxış əlamətidir.
İsraili dinsiz etmək istədilər. Allah bu fitnəni ortadan qaldırdı. İsraildə buna icazə vermədik. Darvinizmin, materializmin etibarsızlığını izah edən İbrani dilində yazılmış kitabları İsrailə göndərdik və İsraildə fikri mübarizə ilə Darvinist inancını qırdıq.
İSRAİLDƏ DÖVLƏT QURULMASI MOŞİYAHIN, MƏSİHİN ÇIXIŞ ƏLAMƏTİDİR. Hz. Məsihə görə Allah o dövləti qurdu və Hz. Məsihə görə Yəhudiləri Allah orada qoruyur, gözləyir.

Adnan Oktar deyir ki... 5 İyun 2012> Click for more

Dünya, İsrail, bütün bölgə Allahındır. Bizim rahat, gözəl yaşamağımız üçün, axirətdə də gözəl yaşamağımız üçün Allahla hər zaman əlaqədə olmağımız lazımdır. Allahı çox sevməmiz, bütün ürəyimizlə ona bağlanmamız lazımdır. Və göndərdiyi Məsihinə də dərin hörmət, sevgi hiss edərək bağlanmamız lazımdır. Əgər bunu etməsək, haşa, Allaha qarşı gəlmiş olarıq.

Adnan Oktar deyir ki... 23 Mart 2012  > Click for more

İsrailin və İsraillilərin, ordakı Müsəlmanların, ordakı Xristianların, Yəhudilərin hamısının canını Allah qoruyur.

> Click for more

"Qəhr olsun İsrail" deyərkən nə danışdıqlarından xəbərləri yoxdur. Yaqub Peyğəmbəri təhqir edirlər. Fərqində belə deyildirlər.
İsraillilər gəncliyi Darvinist etmək üçün səy göstərirlər. İSRAİL BAŞDAN-AYAĞA MƏSCİD OLACAQ, ƏZAN SƏSİ İLƏ DOLACAQ. Hz. Mehdi (ə.s) Yəhudiləri Qurana dəvət edəcək. HZ. MEHDİ (Ə.S) DÖVRÜNDƏ BÜTÜN İSRAİL DİNDAR OLACAQ.
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top