Adnan Oktar deyir ki...

 

Adnan Oktar deyir ki... 19 may 2017> Click for more

Müsəlmanların parçalara ayrılıb bölünməsi hazırda İslam aləminin ən böyük problemidir. Qurana tabe olub bölünməyə son qoymaq lazımdır. (Rum surəsi, 32: (O müşriklər ki,) öz dinlərini firqələrə ayırmış və özləri də parça-parça olmuşdurlar ki, hər qrup öz əlindəki ilə öyünüb sevinir.)

Adnan Oktar deyir ki... 15 may 2017> Click for more

Allah axirətdə təkcə Qurandan məsul olduğumuzu və Quranın kafi olduğunu bildirmişdir. Dinin asan olduğunu bildirən Allahdır. Allah; "dilinizin uydurduğu yalandan ötrü ona halal, buna haram deməyin" deyə buyurur.

Adnan Oktar deyir ki... 10 may 2017> Click for more

Allah Quranın kafi olduğunu söyləyir. Qurana tam tabe olduğumuz zaman həyat çox asan, zövqlü və gözəl olar. Dünya bayram yeri kimi olar.

Adnan Oktar deyir ki... 4 may 2017> Click for more

Ənənəpərəst ortodoks bacı-qardaşlarımızın çoxu Quranın kafi olduğunu eşitdikləri zaman çox təəccüblənirlər. Vəsvəsəyə qapılmadan Qurana sarılsınlar. Quranın kafiliyini köklü izah etmək lazımdır. Allahın Kitabı əskiksizdir. Allahın Kitabının əskik olduğunu söyləmək günahdır deyə izah edilməlidir.

Adnan Oktar deyir ki... 3 may 2017> Click for more

Mühafizəkar təbəqənin böyük hissəsi həqiqətən Quranın kafi olduğunu bilmir. Onlara şəfqətlə doğrunu izah etməyə davam edəcəyik.

Adnan Oktar deyir ki... 19 aprel 2017> Click for more

Quran müsəlmanlığı incəsənətin, keyfiyyətin, elmin, gözəlliyin, sevincin, azadlığın, demokratiyanın, vicdanın ən yüksək səviyyədə yaşanması deməkdir.

Adnan Oktar deyir ki... 4 aprel 2017> Click for more

Əgər Qurana əsaslanan İslam yaşansa müsəlmanların başındakı fəlakətlərin hamısı bitər.

Adnan Oktar deyir ki... 27 mart 2017> Click for more

Allah Quranda hər şeyin izah edildiyini bildirmişdir. Quran kafi deyildir, deyənlər Allahın bu hökmünə qarşı çıxırlar. (Nəhl surəsi, 89: Hər ümmət içində öz nəfslərindən onların üzərinə bir şahid gətirəcəyimiz gün, səni də onlar üzərində bir şahid olaraq gətirəcəyik. Biz Kitabı sənə hər şeyi izah edən, müsəlmanlara da hidayət, rəhmət və müjdə olaraq nazil etdik.)

Adnan Oktar deyir ki... 26 mart 2017> Click for more

Quran kafi deyildir demək ən böyük fitnələrdən biridir. Quranda Allah hər şeyi izah etdiyini və Quranın kafi olduğunu bildirmişdir.
Peyğəmbərimiz (s.ə.v) və səhabələrin Qurandan başqa dini yox idi. Sonrakı nəsillər Qurandan uzaqlaşmağa səbəb oldu.
Əgər İslam Quranda izah edildiyi kimi yaşansa dünya cənnətə dönər. Mövhumatçıların izah etdiyi heç nə Quranda yoxdur. Mövhumatçılığın məntiqi davam etsə, Allah qorusun insanlar tamamilə İslamdan uzaqlaşar. Bu təhlükənin tək həll yolu Quran İslamıdır.

Adnan Oktar deyir ki... 17 mart 2017> Click for more

Mövhumatçı sistemin xüsusiyyəti haşa Allahın dinini bəyənməmək və haşa Allaha din öyrətməkdir. İslam, Quranda bildirilən dindir. (Hucurat surəsi, 16: De: "Siz Allaha dininizi öyrədəcəksiniz? Halbuki Allah göylərdə və yerdə olanları bilir. Allah hər şeyi biləndir".)
Allah Quranda heç nəyi nöqsan buraxmayıb. Quran açıq və kafidir. (Ənam surəsi, 38: Yer üzündə elə bir canlı və iki qanadı ilə uçan elə quş yoxdur ki, sizin kimi ümmətlər olmasın. Biz Kitabda heç nəyi nöqsan buraxmadıq, sonra onlar Rəbbinin hüzuruna toplanılacaqlar.)
Allah; "təkcə Qurandan sorğu-sual ediləcəksiniz" deyə buyurur. Buna baxmayaraq, Qurana görə deyil, insanların hökmünə görə hərəkət edirlər. (Zuxruf surəsi, 44: “Eləcə də, şübhəsiz ki, o (Quran), sənin və qövmün üçün həqiqətən bir zikrdir. Siz (ondan) sorğu-sual ediləcəksiniz”.)
İslam aləmindəki fəlakətin mənbəyi bəzi müsəlmanların Quranın kafi olduğunu qəbul etməmələridir. İslam aləminə yağış kimi bəla yağmasının səbəbi Allahın dinini dəyişdirməyə cəhd etmələri və haşa Allahın dinini bəyənməmələridir.

Adnan Oktar deyir ki... 12 mart 2017> Click for more

Hz. Əli və digər xəlifələrin şəhid edilməsinin əsas səbəblərindən biri dövrün münafiqlərinin Quranın kafi olmasını qəbul etməmələridir.
Xurafatların qaranlığında qalmaq istəyənlər haşa Quranı bəyənmirlər. Peyğəmbərimiz (s.ə.v) də Qurana tabe olmaqla məsuldur. (Yunis surəsi, 15: ayələrimiz onlara açıq-aşkar sənədlər halında oxunduğu zaman Bizimlə qarşılaşacaqlarına ümid etməyənlər, belə deyərlər: “Bundan başqa bir Quran gətir və ya onu dəyişdir”. De: “Mən onu nəfsimin istəyinə görə dəyişdirməm qeyri-mümkündür. Mən, təkcə mənə vəhy olunana tabe olaram. Əgər Rəbbimə asi olsam, həqiqətən mən, böyük günün əzabından qorxuram”.)
Allah, Quranda Quranın açıqlanmış və yetərli olduğunu bildirmişdir. Xurafat sisteminə uymaq istəyənlər haşa Allahın sözünə güvənmirlər.
Bir çox İslam ölkəsində xurafat səltənəti davam etsin istəyirlər, buna görə də haşa Quran qeyri-kafidir deyirlər. O zaman fəlakətlər bitmir.
İslam aləmindəki fəlakətlərin səbəbi böyük seqmentin Quranın kafiliyini qəbul etməməsidir. Allah “Quran yetərlidir” deyə buyurmuşdur.
Qurana görə Peyğəmbərimiz (s.ə.v)-in axirətdə İslam ümmətindən tək şikayəti, Quranı tərk etmiş olmalarıdır. (Furqan surəsi, 30: Nəhayət elçi dedi: “Ey Rəbbim, həqiqətən, mənim qövmüm bu Quranı tərk edilmiş (kitab) olaraq buraxdılar”.)

Adnan Oktar deyir ki... 23 fevral 2017> Click for more

Özləri Qurandan uzaq din yaratdıqları üçün biz Qurandan bəhs etdikdə öz dinləriylə ziddiyyət təşkil etdiyini görüb heyrətə gəlirlər. Əsil din Qurandır.

Adnan Oktar deyir ki... 31 yanvar 2017> Click for more

Qurana iman gətirən Quran ayələri ilə yaşayar. Quranın hökmlərindən başqa hökmlərə görə hərəkət edənlərin ortaya qoyduğu şirk dinidir.

Adnan Oktar deyir ki... 1 yanvar 2017> Click for more

Televiziya verilişlərində ümumiyyətlə saatlarla uzun-uzadı hikmətsiz sözlər danışırlar. Demək olar ki, heç həll yolu göstərən sözlər danışmırlar. Məsələn, saatlarla qadınların paltarına qarışır, təhsil əsas şərtdir deyirlər. Lakin təhsilin necə olmasının lazım olduğunu söyləmirlər. Quranın kafiliyindən, Allah sevgisi və Allah qorxusundan bəhs etmək lazımdır. Mövcud darvinist təhsillə təzyiqçi, şiddəti müdafiə edən insanlar yetişir. Bu kəslərin zehniyyətini dəstəkləyənlər də var. Bunlara qarşı həll yolu Quran ruhudur.

Adnan Oktar deyir ki... 22 sentyabr 2016> Click for more

Allah təkcə Qurandan sorğu-sual ediləcəyimizi bildirir. Quran aydın və qətidir. Allah bizi səhifələrlə fiqh kitablarından məsul tutmayacaq.

Adnan Oktar deyir ki... 14 sentyabr 2016> Click for more

Allah təkcə Qurandan sorğu-sual ediləcəksiniz deyir. Allah Quran kifayətdir deyir. Haşa Allaha inanmırlar.

Adnan Oktar deyir ki... 7 sentyabr 2016> Click for more

Allah axirətdə bizi Qurandan məsul tutacaq. Mənə israrla xurafatlara tabe ol deyənlərin sözünə deyil, Qurana tabe olaram. Xəbərdarlıq Quran ilə edilməlidir.
Peyğəmbərimiz (s.ə.v) Qurandan kənar hökm gətirməmişdir, gətirə bilməz. Peyğəmbərimiz (s.ə.v)-in sünnəsi Qurandır.

Adnan Oktar deyir ki... 31 avqust 2016> Click for more

Müsəlmanlara mənəvi cəhətdən elə təzyiq göstəriblər ki, dində olmayan qaydalarla sanki zehinlərini dondururlar. Musiqi, incəsənət, gülmək, şən olmaq, həyat dolu olmaq potensial cinayət kimi göstərildiyi və özlərini də potensial günahkar gördükləri üçün hər yerdə aciz mövqedə olurlar. Qurana tam tabe olan müsəlmanlar ziyalı, keyfiyyətli, özünə inamlı və çox ağıllıdır. Acizliyi heç bir müsəlman əsla qəbul etməməlidir.

Adnan Oktar deyir ki... 8 avqust 2016> Click for more

İslam Birliyinə, Quranın kafiliyinə, İsa Məsihə, mehdiyyətə qarşı çıxan kəs, Allaha qarşı çıxmış olar. Allah bunun əvəzini çıxar.

 Adnan Oktar deyir ki... 9 may 2016> Click for more

Allah İslamı bizim fitrətimizə uyğun yaratmışdır. Mövhumatçılar İslamı dəyişdirmiş, başqa bir din halına gətirmişlər. Şirk dini halına gətirmişlər. O gördükləri din İslam deyil, bizim izah etdiyimiz din İslamdır; çünki tamamilə Qurana əsaslanır.

Adnan Oktar deyir ki... 19 aprel 2015> Click for more

Peyğəmbərimiz (s.ə.v) haramları Qurandan öyrənirdi. Quranda bildirilənlərdən başqa haram, halal olmaz. Hz. Aişə anamızdan belə bir şey soruşurlar; "Rəsulullah (s.ə.v)-in sünnəti nədir?", O da; “Qurandır” deyir. İş çıxarmayın. Quranda bildirilənlərdən başqa haram, halal olmaz.

Adnan Oktar deyir ki... 18 mart 2015> Click for more

Peyğəmbər özündən Qurandan kənar halallar, haramlar çıxara bilməz. Bu mövzuda açıq Quran ayələri vardır.

Adnan Oktar deyir ki... 8 fevral 2015      > Click for more

Allah şirk qoşmadıqlarından ötrü müsəlmanlara müvəffəqiyyət verdiyini söyləyir. İnsanlar bu sirri heç cür anlamır. Sən Qurana tabe olsan şərik qoşmamış olarsan. Qurana tabe olmayıb, uydurma hədislərlə hərəkət etdiyində müşrik olursan.

Adnan Oktar deyir ki... 7 yanvar 2015      > Click for more

Qurana geri qayıdılmalıdır. Qurana qayıdılması üçün də mehdiyyətə qayıdılmalıdır. Mehdiyyət olmadıqda, Qurana geri qayıdılması çox çətindir. Olsaydı daha əvvəl olardı.

Adnan Oktar deyir ki... 19 noyabr 2014  > Click for more

Məkkə dövründə də minlərlə büt vardı. Quranı yetərli görməlisən. Allahın demədiyi bir şeyi bir insan "dedi" deyirsə, onda bu bütpərəst inancdır.

Adnan Oktar deyir ki... 20 may 2014> Click for more

Peyğəmbər (s.ə.v) yalnız Qurana uymaqda məsuldur. Qurana nə əlavə edə bilər, nə də çıxara bilər.
Xurafata qarşı Quran ilə mübarizə aparmaq lazımdır.

Adnan Oktar deyir ki... 1 dekabr 2013> Click for more

Quran var ikən hansısa məzhəbdən olmaq haramdır. Allah ''Mən sənə Quran endirdim, məzhəbi haradan çıxardın? Sən Qurana tabe olacaqsan yoxsa məzhəbə?'' desə, insan nə cavab verəcək? Əlbəttə ki, Qurana. Biz Qurana tabe olmaqda məsuluq.

Adnan Oktar deyir ki... 26 noyabr 2013> Click for more

Allah dində bölünməyi, öz aralarında məzhəblərə, camaata, qruplara bölünməyi qadağan edir. Allah Quranda müsəlmanlara xitab edərkən həmişə tək bir birliyə xitab edir.

Adnan Oktar deyir ki... 12 noyabr 2013> Click for more

Peyğəmbərimiz (s.ə.v) yalnız Quranın hökmünü bildirirdi, din mövzusunda çox təfərrüatlara girmirdi.
Mehdiyyətin ruhu müasir din anlayışıdır.
Allahın halal etdiyi haram qılınsa, Allah bəla verər.

Adnan Oktar deyir ki... 11 noyabr 2013> Click for more

Müsəlmanların bir qisminin şiəlikdə və bir qisminin də sünnilikdə ifrata varması xurafatların girdiyi mötəbər olaraq tanınan İslami qaynaqlara əsaslanır.

Adnan Oktar deyir ki... 8 noyabr 2013> Click for more

Quran tərk edildiyinə görə İslam aləminin az qismi istisna olmaqla əksər hissəsi alov çuxuruna düşdü. Mehdi (ə.s) Qurana sarılaraq müsəlmanları bu alov çuxurundan qurtaracaq.
"Hansı dindənsən" soruşduqda, məzhəbini deyir. Sən Qurana tabe olmaqla mükəlləf deyilsənmi? Məzhəbə tabe olduğunu deyirsən. Quranın hansı ayəsində məzhəbə uymaq yazılıb? Allah yalnız Qurana tabe olmaqdan bəhs edir. Məzhəblərə bölünməyi, məzhəbə uymağı haradan çıxarırsan?

Adnan Oktar deyir ki... 23 oktyabr 2013> Click for more

Allah, Quranda olmayan, əlavə, uydurma hökm çıxarmamağı əmr edir.

Adnan Oktar deyir ki... 20 oktyabr 2013> Click for more

Qatı dinçilər Qurana əlavələr edərək Quranın hökmünü dəyişdirə bilməyəcəklər. İslam Allahın istədiyi kimi, yenə Peyğəmbərimiz (s.ə.v) dövründəki kimi hakim olacaq.

Adnan Oktar deyir ki... 25 sentyabr 2013> Click for more

Xurafatçılar yüzlərlə uydurma hədisi Qurandan üstün tuturlar.

Adnan Oktar deyir ki... 14 sentyabr 2013> Click for more

Qatı dinçilər Allahın Quranda halal buyurmasına baxmayaraq bir çox yeməyi və zinəti haram etməyə meyillidirlər. Allah ayədə "bütün zinətləri Mən yaradıram, sizə kim haram etdi?" deyir. Kim edir? Xurafatçılar edir.

Adnan Oktar deyir ki... 4 sentyabr 2013> Click for more

Məzhəbçilik ruhundan xilas olmaq çox əhəmiyyətlidir. Müsəlmanların bir qismində məzhəb qatı dinçiliyindən qaynaqlanan böyük şiddət mədəniyyəti vardır.

Adnan Oktar deyir ki... 26 avqust 2013> Click for more

İslam aləmində ilk dəfədir ki, bu qədər mərhəmətsiz və dəlicəsinə məzhəb fanatizmi görülür. Bunun həlli mehdiyyətdir.

Adnan Oktar deyir ki... 19 avqust 2013> Click for more

İslam aləminin bu an başına gələn bəlanın ən fundamental səbəbi nədir? Qurandan çıxmaları, uydurma hədislərə görə hərəkət etmələridir.

Adnan Oktar deyir ki... 7 iyul 2013> Click for more

Qurandan kənara çıxmaq olmaz. Haşa, Allahın Kitabına yetərsiz desən xoş olmaz. Allah “yetərli” deyir, sən isə "yetərsiz" deyirsən. Allah "hər şeyi açıq-aşkar bildirdim" deyir. Sən isə "heç bir şey açıqlanmamışdır, yarımçıqdır" deyirsən. Allahın Kitabına meydan oxuyursan, haşa. Allahın Kitabına meydan oxusan Allaha meydan oxumuş sayılırsan, haşa.
Quranın yetərli olmasına inansan xurafat, qatı dinçilik də aradan qalxar. Quranın yetərli olduğunu qəbul etsən şiəni, ələvini, vəhhabini də sevərsən. Hamısını canından olan kimi qəbul edərsən. Çadralı xanımları da, başı açıq xanımları, dekoltə geyinən xanımları da başımızın tacı etməli, hörmətlə yanaşıb sevgi göstərməliyik. Onları narahat etmək olmaz.

Adnan Oktar deyir ki... 1 iyul 2013> Click for more

Qatı dinçilərin bir qismi Quran müsəlmanlığı ilə mübarizə edə bilərlər. Quranın yetərli olduğuna inanmırlar. Bu, çox səhvdir.

Adnan Oktar deyir ki... 20 İyul 2012> Click for more

DÜNYADAKI ÇIXIŞ YOLU QURANIN YETƏRLİ OLDUĞUNUN QƏBUL EDİLMƏSİDİR. Quranın yetərli olduğu qəbul edilmədiyi üçün dünyada bu qədər qarışıqlıq, məzhəb, icma, əzab, döyüşlər var. Əgər Quranın yetərli olduğu qəbul edilsə, Quranın dili səmimi başa düşülsə, heç bir problem qalmaz.

Adnan Oktar deyir ki... 6 İyul 2012> Click for more

Allah buyurur ki, "Sizə yalnız Qurandan sorğu-sual edəcəyəm", "Ondan imtahan olunacaqsınız". Xurafatçılar bu barədə yaxşı düşünsünlər. Allah buyurur ki, "başqa heç nədən sorğu-sual etməyəcəyəm".

Adnan Oktar deyir ki... 29 May 2012> Click for more

QURAN KİFAYƏT EDİR, TƏK BAŞINA KİFAYƏTDİR. Quran peyğəmbərimiz (s.ə.v)-in şərh etdiyi şəkildə yaşanan çox sadə dindir. Quranın qarmaqarışıqlığı yoxdur .

Adnan Oktar deyir ki... 29 May 2012  > Click for more

Allah Quranı dağdakı çobanın belə asan başa düşəcəyi şəkildə nazil etdi. Allah Quranı içindən çıxılmaz bir kitab olaraq endirməmişdir.

A9 TV, 30 Aprel 2012  > Click for more

Əgər Quranla kifayətlənməsək Allah "alçaldaram sizi", "dünyada məhv edərəm " , "parçalayaram, bir-birinizə hücüm edərsiniz, həlak olarsınız" deyir. İslam aləmi nə vəziyyətdədir? Parçalanmış vəziyyətdə, bir-birinə düşmən olduqları üçün həlak oldular. Nə üçün? Quranla kifayətlənmədikləri üçün belə oldular.

Adnan Oktar deyir ki... 10 Aprel 2012  > Click for more

Xurafatçılar Quranın yetərliliyini qəbul etmirlər. Quranın yetərliliyini qəbul etməyən küfrə düşər.
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top