Adnan Oktar deyir ki...

 

Adnan Oktar deyir ki... 10 may 2015> Click for more

Mehdiyyəti gözləyən qardaşlarımız da, böyük bir əyləncəyə hazırlıq kimi gözləyirlər. Elə deyil. Hz. Mehdi (ə.s) İslam hakim olduqdan dərhal qısa bir müddət sonra vəfat edəcək. Çünki Allah hz. Mehdi (ə.s)-ın əylənməsi, yaxud başqalarının əylənməsi üçün İslamı hakim etmir. Sözünü yerinə yetirmək üçün hakim edir. Əsil əylənmə yeri cənnətdir.
Mehdiyyətin hakimiyyət dövrü çox qısa olacaq. Məqsəd sadəcə, Allahın: "Mən verdiyim sözü yerinə yetirəcəyəm, İslamı dünyaya hakim etdiyimi də görün" mənasındadır. "Mənim üçün asandır" mənasındadır. Yoxsa əylənin, gəzib keçinin, dünyanın dadını çıxarın deyə deyil.

Adnan Oktar deyir ki... 5 may 2015> Click for more

Mehdi (ə.s) zühur etdikdə faiz artıq yox olacaq, çünki faiz almaq haramdır. Heç bir İslam ölkəsi faiz alınmasını dayandıra bilmir, amma Mehdi (ə.s) gələndə faiz alınması dayanar. Çünki Mehdi (ə.s) Qurandan güzəştə getməz. Quranda nə buyurmuşdusa onu edər.

Adnan Oktar deyir ki... 19 aprel 2015> Click for more

Allah Tövratda Axırzamanda bütün bölgə ərazisinin müsəlmanların idarəsi altına keçəcəyini ifadə edir. Allah: ''Nildən Fərata qədər, Məkkə, Mədinə, hamısı daxil olmaqla, Aralıq dənizi, Kipr, böyük bir ərazidə hakimiyyət sizin əlinizdə olacaq'' deyir və başçınız da Davud (ə.s) nəslindən gələn biri olacaq deyir. Həmin adam da Mehdi (ə.s)-dır.

Adnan Oktar deyir ki... 15 aprel 2015> Click for more

Mehdi (ə.s) müasirliyi, gözəlliyi, sevgini, dostluğu, qardaşlığı gətirəcək. Müsəlmanların üzərindəki zəncirləri yox edəcək. Səhabə dövründəki İslam anlayışını gətirəcək. Dünya cənnətə dönəcək. Maneə törətməyə çalışsalar da, bu olacaq. Allahın “Cabbar” adıyla bu gözəl nəticə meydana gələcək.

Adnan Oktar deyir ki... 17 mart 2015> Click for more

Heç bir silaha ehtiyac yoxdur. Mehdi (ə.s) dövründə silahların hamısı ortadan qalxacaq. Silah və insan öldürmək üçün hazırlanan hər cür vəsait. İnsan sevilər, insan öldürülməz. İnsan öldürmək üçün bir vasitə hazırlamaq çox qorxunc bir şeydir. Hamısı ortadan qalxacaq, inşaAllah.

Adnan Oktar deyir ki... 23 yanvar 2015      > Click for more

Afrika Axırzamanda qurtulacaqdır. Afrika bütün tarix boyu əziyyətlər çəkmişdir. Çəkdikləri əziyyətlər ancaq mehdiyyətlə birlikdə bitəcək, amma bu əziyyət inşaAllah axirətdə onlara bir gözəllik olaraq qayıdacaq. Əgər iman etmişdirlərsə çəkdikləri o ağrılar, o əziyyətlər onlara mükəmməl şəkildə qayıdacaqdır. Cənnət bağları, cənnət süfrələri... Hamısından da əhəmiyyətlisi Allahın razılığı.

Adnan Oktar deyir ki... 3 yanvar 2015      > Click for more

Şeytanı hakimiyyətdən devirəcəyik. Mehdiyyətin hakimiyyəti olacaq. Allah hakim olacaq, Rəbbin hakim olacaq.

Adnan Oktar deyir ki... 5 oktyabr 2014  > Click for more

Dünya hakimiyyətinin son illəri 2071-ci illərdir.2071-ci il sondur, zəfər deyil. 2023-cü il ən çox yüksəlmənöqtəsidir. Yəni mükəmməlliyə keçidin ən pik nöqtəsidir. 2071-ci illər də bitmə nöqtəsidir.

Adnan Oktar deyir ki... 18 avqust 2014  > Click for more

Mehdi (ə.s) dövründə məzhəblər qalxır, hər kəs Qurana görə hərəkət edir. Quranın sadə, gözəl, təmiz, hənif dininə, yəni İslam dininə bütün insanlar daxil olur. Və onu dinc, təhlükəsiz, bərəkətlə yaşayırlar.

Adnan Oktar deyir ki... 1 iyul 2014> Click for more

Dünya ağlama yeri deyil, gülmə yeridir. Dünya cəhənnəm yeri deyil, cənnət yeridir. Biz dünyada da, axirətdə də cənnəti istəyirik. Dünyada cəhənnəm istəyən axirətdə də cəhənnəmin içində qalar.
Dünyanı cəhənnəmə çevirməyə çalışanlara, dünyanı cənnətə çevirərək cavab verəcəyik.

Adnan Oktar deyir ki... 23 iyun 2014> Click for more

Gənc qızlar gəncliyini, cavanlar cavanlığını yaşayacaq. Mehdi (ə.s) qrupu insanları sanki məzardan çıxaracaq. Hədisdə Mehdi (ə.s) üçün "məhv olmuş dünyanı yenidən canlandıracaq" deyir.

Adnan Oktar deyir ki... 12 iyun 2014> Click for more

Mehdi (ə.s)-ın dövründə kəsib-biçmək yoxdur. Qan yoxdur. İslam gəldiyi vaxt nur gələcək, sevgi gələcək.

Adnan Oktar deyir ki... 2 may 2014> Click for more

Axırzamanda tank, top, İHMV (İctimai Hadisələrə Müdaxilə Vasitəsi) heç biri qalmayacaq. Hamısı sənayedə istifadə ediləcəkdir. Mehdi (ə.s) dövründə silah yoxdur.
Mehdi (ə.s) dövründə kimsə digərini linç etməz. Gözəllik sadəcə sevgi və səmimiyyətdir. Hər yerdə Allah qorxusu, Allah sevgisi olacaqdır. Əbəs yerə insanlar bir-birlərini incidirlər.
Mehdi (ə.s) dövründə birisi digərinin başına bir şey atmaz. Buna görə bir dənə də olsun İHMV (İctimai Hadisələrə Müdaxilə Vasitəsi) olmaz. İHMV-lərdən Axırzamanda, Mehdi (ə.s) dövründə bağ və bağçaların suvarılmasında istifadə ediləcəkdir.
Mehdiyyət dövründə polis, İHMV (İctimai Hadisələrə Müdaxilə Vasitəsi), qaz bombası olmaz. Nə üçün? Sevgi hakim olduğuna görə. İndi sevgi hakim deyil. Qorxu və şiddət hakimdir.
Allah əvvəlcə bəlanı, pisliyi yetərincə göstərir. Sonra təmizliyi, üstünlüyü, gözəlliyi göstərəcək. Hal-hazırda dünya cəhənnəmi yaşayır. Bir müddət sonra cənnəti yaşayacaqdır.

Adnan Oktar deyir ki... 15 aprel 2014> Click for more

Mehdiyyət sevgi təhsilidir, dostluq, qardaşlıq, gözəllik və səmimiyyətdir.

Adnan Oktar deyir ki... 12 aprel 2014> Click for more

Yavaş-yavaş sevgi ilə, sevinclə, şəfqətlə, insan fitrətinin təbii yaşanması ilə mehdiyyət özünü göstərməyə başlayacaqdır.

Adnan Oktar deyir ki... 4 aprel 2014> Click for more

Peyğəmbərimiz (s.ə.v) deyir: "Axırzamanda qadınlar kişiləşəcək". Eynilə baş verdi. Yaradılışı pozdular. Mehdiyyət dövründə qadınlar qadına bənzəyəcək, kişilər kişiyə bənzəyəcək, binalar bina kimi olacaq, sənət sənət kimi olacaq, musiqi musiqi kimi olacaq, hər şey öz qaydasına düşəcək və hər şey gözəlləşəcək, inşaAllah.

A9 TV ; 18 yanvar 2014> Click for more

Allah son dövrdə səhabə dövrü kimi bir dövr istəyir. Qadınların əzildiyi, keyfiyyətsiz həyatın olduğu, sənətin, incəsənətin, gözəlliyin olmadığı bir dövrü Allah istəmir.

A9 TV ; 3 yanvar 2014> Click for more

Mehdiyyətdə bir ağıl, bir vicdandır. Bütün müsəlmanlar tərtəmiz bir vicdanla birlik qurarlar. Əks təqdirdə qarışıqlığa son qoyulmaz.

A9 TV ; 29 dekabr 2013> Click for more

Mehdiyyət dövründə artıq gözəllik və bərəkət gələcək. Amma təbii ki, bu qısa müddətdə olacaq. Yəni hicri 1506-cı illərə qədər davam edəcək. Ondan sonra yenə pozulur. Şam da pozulacaq, Misir da pozulacaq təkrarən, hər yer pozulacaq.

Adnan Oktar deyir ki... 24 noyabr 2013> Click for more

Ayasofya yalnız hz. Mehdi (ə.s) dövründə açılacaq. Ayasofyanın açılışı hz. Mehdi (ə.s)-ın, Rəsulullah (s.ə.v)-in silaha sarıldığı, hırkasını geyindiyi zaman olacaq. Ondan əvvəl elə bir şey olmayıb, inşaAllah.

Adnan Oktar deyir ki... 15 noyabr 2013> Click for more

Mehdi (ə.s) dövründə Kəbənin altında axtarış aparılacaq. Kəbənin altında on min il, on beş min il, iyirmi min il bundan əvvəlki dövrə aid məlumatlar, qalıqlar tapılacaq. O dövrdəki insanların da tək Allah inancına sahib olduqlarını görəcəyik.
Mehdi (ə.s) dünyaya azadlığı, sevinci, təhlükəsizliyi, kiminsə kimsədən qorxmadığı, yalnız Allahdan qorxulan sistemi təqdim edəcək.

Adnan Oktar deyir ki... 12 noyabr 2013> Click for more

Mehdi (ə.s) dövründə mal-mülk inanılmaz dərəcədə bol olacaq. Mal yığılmayacaq, davamlı insanlara paylanacaq.
Mehdi (ə.s) dövründə yer üzü ədalətlə dolacaq.
Hal-hazırda İslam ölkələri çox baxımsız və pərişandırlar. Bu vəziyyət Mehdi (ə.s)-ın dövründə tamamilə dəyişəcək. Mehdi (ə.s)-ın gəlişi ilə keyfiyyətsizlik və ruhsuzluq aradan qalxacaq.
Peyğəmbərimiz (s.ə.v)-in hədislərdə bildirdiyinə görə "hz. Mehdi (ə.s)-ın zühurunun ardınca hidayət, iman və ehtişam gələcəkdir".
Peyğəmbərimiz (s.ə.v)-in hədislərdə bildirdiyinə görə "hz. Mehdi (ə.s)-ın zühuru ilə yer və göy əhli sevinclə coşacaq".

Adnan Oktar deyir ki... 10 noyabr 2013> Click for more

Hal-hazırda dünya qan dənizinə dönmüş vəziyyətdədir. Hz. Mehdi (ə.s) gəldiyində bu qan dayanacaq, bir damla qan belə axmayacaq.

Adnan Oktar deyir ki... 5 noyabr 2013> Click for more

İnşaAllah hər kəsin qardaş olacağı, sülhün hakim olacağı, zalımların təsirini itirəcəyi, bütün döyüşlərin, anarxiyanın, terrorun dayanacağı, sevginin, hörmətin, yaxşılığın, gözəlliyin, bərəkətin, müasirliyin, elmin, demokratiyanın hakim olacağı dövrdəyik.

Adnan Oktar deyir ki... 4 noyabr 2013> Click for more

Mehdiyyət silah sənayesini, silahı, döyüşü, qanı, barıtı, hər şeyi aradan qaldıracaq. Həbsxanalar, polis bölmələri, baraklar hamısı ləğv olacaq. Mehdiyyət dövründə dünyada yalnız sevgi, sülh olacaq.
Mehdiyyət dövründə dünyanın hər yeri məscid olacaq. Gənclər hər yerdə əylənəcəklər, hər yerdə qardaşlıq ab-havası olacaq. Nə oğurluq, nə soyğun, nə qəsb, nə ağrılar, iztirablar heç biri olmayacaq inşaAllah.

Adnan Oktar deyir ki... 3 noyabr 2013> Click for more

Hz. Mehdi (ə.s) dövründə polis bölmələri, həbsxanalar bomboş qalacaq. Bütün polis bölmələri, bütün həbsxanalar ləğv olunacaq. Çünki bunların heç birinə ehtiyac olmayacaq. İnsanlar: "Biz niyə polis bölməsi qurduq? Niyə həbsxana qurduq? Niyə bu ağrıları çəkdik?" deyə özlərinə heyrətlənəcəklər.
Divar həbsxana deməkdir. Həbsxana insanın ruhunu sıxar. Həbsxana, divarlar cəhənnəmdə vardır. Biz dünyada divar, həbsxana istəmirik. Hz. Mehdi (ə.s) dövründə bütün divarlar, həbsxanalar yıxılacaq. Hər kəs bayram sevinci içərisində olacaq.

Adnan Oktar deyir ki... 8 oktyabr 2013> Click for more

Əvvəllər məktəblərdə uşaqlara faşist, soyuq mühit aşılanardı. Mehdiyyət dövründə təhsil sevgiyə, şəfqətə əsaslanacaq.

Adnan Oktar deyir ki... 21 sentyabr 2013> Click for more

Peyğəmbərimiz (s.ə.v) zamanında Buddizm də vardı. Hər cür fitnə fücur vardı. Dinsizlik vardı, müşriklik vardı. Fitnə aradan qalxmamışdı. Mehdi (ə.s)-ın fəaliyyəti nəticəsində fitnə qalmayacaq. Ayədə bəhs olunan "din bütünlüklə Allahın olana qədər" ifadəsi bütün dünyanın müsəlman olması mənasındadır.

Adnan Oktar deyir ki... 18 sentyabr 2013> Click for more

Hz. Süleyman (ə.s)-ın məscidini eynisi ilə yenidən tikəcəyik və müqəddəs sandığı da, içindəki müqəddəs əmanətləri də tapacağıq. Müqəddəs sandığın tapılması ilə dünyada iman etməyən kimsə qalmayacaq.

Adnan Oktar deyir ki... 29 avqust 2013> Click for more

Sonda mehdiyyət bütün İslam aləmini bürüyəcək. Əsrlərdən bəri inkişaf edən ən son nöqtəyə gəldik. Hal-hazırda İslamı qorumaq partlama nöqtəsindədir. Hər yerdə, bütün İslam ölkələrində qaynayacaq. Mehdiyyətin sonu gözəl bir sonluqdur, inşaAllah.

Adnan Oktar deyir ki... 28 avqust 2013> Click for more

Bütün dünyaya mərhəmətsizlik, sevgisizlik yayıldığına görə bunu kökdən həll edəcək olan mehdiyyətdir və onun meydana gətirəcəyi coşğun sevgi və məhəbbət mühitidir. Mehdiyyət həm axan qanı dayandıran, həm də sevgini gətirən sistemdir.

Adnan Oktar deyir ki... 27 avqust 2013> Click for more

Ən böyük rahatlıq ədalətdir, Mehdi (ə.s) ədaləti bütün dünyada təmin edəcək.

Adnan Oktar deyir ki... 26 avqust 2013> Click for more

Axırzamanda, dünyaya əvvəlcə fəlakətlər, sonra da yaxşılıq və gözəllik hakim olacaq.

Adnan Oktar deyir ki... 22 avqust 2013> Click for more

Hz. Mehdi (ə.s) dövründə ruzi, bərəkət, bolluq sel kimi axacaq, inşaAllah.

Adnan Oktar deyir ki... 14 avqust 2013> Click for more

Bütün bu ağrıların arxasınca gözəl işıq, nur dünyaya hakim olacaq, inşaAllah. Allah bizi tezliklə o gözəl günlərə qovuşdursun. Allah məni də, sizləri də hamımızı Mehdiyə tələbə etsin. Allah bütün dünyanı hüzura qovuşduracaq gözəl bir sistemi bizə nəsib etsin.

Adnan Oktar deyir ki... 2 avqust 2013> Click for more

Səhabə İslamı həm çox asan, həm çox keyfiyyətli, sadə və mükəmməldir.

Adnan Oktar deyir ki... 11 iyul 2013> Click for more

Din azadlıq, sevgi, gözəllik, sülh, sənət, estetika, cənnət kimi dünya deməkdir.
Sənət, sevgi olmayan bir yerdə dəhşət, acı, ümidsizlik varsa orada nə sənaye, nə zənginlik, nə də sevinc olar. Heç bir şey olmaz. İstədiyin qədər kömək et. Yəni ölüyə təzə qan verirsən, istəsən min litr qan ver, ölü dirilməz. Ölünün dirilməsi üçün Mehdi (ə.s), İsa Məsih (ə.s), İslam Birliyi olmalıdır. Bundan başqa yol yoxdur.

Adnan Oktar deyir ki... 10 iyul 2013> Click for more

Mən İslamın fanatı olmağın tərəfdarı deyiləm. Avropa düşüncəsi ilə yanaşdıqda, səhabələrin yaşadığı, cənnət mənasında bir İslam anlayışını müdafiə edirəm. Dünya cənnətə bənzəməlidir. Cəhənnəmə bənzəyirsə, demək ki, nəsə düz deyil.

Adnan Oktar deyir ki... 23 iyun 2013> Click for more

Mehdiyyətdə malından paylamaq, bunda da ədalət, mehribanlıq, sevgi vardır. Allah rizası üçün sevirsən. Hər şey Allah rizası üçün olduğu üçün mehdiyyət müvəffəqiyyətli olur.

Adnan Oktar deyir ki... 14 iyun 2013> Click for more

Vəhşi kapitalistlər daim müsəlmanları əzib, iztirab verib, məcbur ediblər. İslam ictimai ədaləti, kasıbları qoruyan ruhu əsas götürər. Mehdiyyət bu fikrin mükəmməl tətbiqidir.

Adnan Oktar deyir ki... 20 iyun 2013> Click for more

Kiminsə İslama, Qurana gücü çatmaz. Haşa, kimsə Allahı məğlub edə bilməz. Yəni bu Allahın vədidir. Allah hizbi-qalib olacaq. Allah ayədə “Hizbul qalibin” deyir.

Adnan Oktar deyir ki... 17 iyun 2013> Click for more

Türkiyənin qədəri yellənməkdə deyil, mehdiyyətdir.

Adnan Oktar deyir ki... 16 iyun 2013> Click for more

Mehdiyyət təzyiq göstərən deyil. Yəni kim vətəndaş namazını qılacaq, kim qılmayacaq, kimi başı açıq olacaq, kimi dekoltə geyinəcək, kimi çarşabla gəzəcək. Amma bütün insanlar xoşbəxt olacaq. Hər kəs azad olacaq.
Mehdiyyətin xüsusiyyəti, insanların xoşbəxtliyini hədəfə almasıdır. Mehdiyyət təzyiq edən deyil. Kiminsə inancına və düşüncəsinə qarışmaz. Hər kəs azad olacaq. Dindar bir mərkəz bütün insanlara sevgi aşılayacaq.

Adnan Oktar deyir ki... 7 iyun 2013> Click for more

Sevginin, demokratiyanın dünyada görünməmiş şəkildə yaşandığı ölkə olacağıq.

Adnan Oktar deyir ki... 10 iyun 2013> Click for more

Mehdi (ə.s) gələcək, həyat daha rahat, azad olacaq. İndikindən yüz qat artıq rahat və azad olacaqsınız. Mehdi (ə.s) gələndə əvvəlki rahatlığının çox az olduğunu anlayacaqsan. Azadlığı yaşayarkən "mən əvvəl azad deyilmişəm" deyəcəksən, inşaAllah.
Hz. Mehdi (ə.s) gələcək, həyat daha gözəl və azad olacaq, inşaAllah.

Adnan Oktar deyir ki... 8 iyun 2013> Click for more

Kommunizm və vəhşi kapitalizmdən sonra üçünçü bir yol vardır ki, bu da mehdiyyətdir. Mehdiyyətin yoluna girsən dünya cənnətini yaşayarsan.
Mehdiyyət dövründə tanklar, toplar, inşaAllah, muzeydə olacaq.

Adnan Oktar deyir ki... 19 may 2013> Click for more

Allahın bu əsrdə möminlərə Şafi ismi ilə təcəlli edəcəyi hədisi-şəriflərdə bildirilmişdir. Hz. İsa Məsihin dövrü olduğu üçün şəfa yayılacaq. Allahın “Şafi” adı çox təcəlli edəcək, inşaAllah. Tezliklə bunu, inşaAllah, insanlar görəcək. Xərçəngin müalicəsi tapılacaq, inşaAllah. Bir çox xəstəliyə həll tapılacaq. Ömürlər uzanacaq, inşaAllah.

Adnan Oktar deyir ki... 13 may 2013> Click for more

Dünyada sırf israf dayandırılsa, bütün kasıb ölkələrə çatar. 1) Mehdi (ə.s) gəlsə israf olmaz; 2) Silahlara ayrılan pulun onda biri o canlarıma ayrılmış olsa, Parisin ən lüks restoranlarında yedikləri yeməklərin ən yaxşısını yeyərlər. Silahlara ayrılan pulun onda biri bütün dünya kasıblarının ən keyfiyyətli restorandakı yeməklərlə qidalanmalarını təmin edər.

Adnan Oktar deyir ki... 8 may 2013> Click for more

Hz. Mehdi (ə.s) dövründə ərş də sakitlik tapacaq. Zəlzələlər, qasırğalar, fəlakətlər dayanacaq.

Adnan Oktar deyir ki... 29 aprel 2013> Click for more

Dünya etibarlı deyil. Ancaq mehdiyyətlə dünya etibarlı olar, dinclik şəraitində küçələrdə gəzə bilərsiz.

Adnan Oktar deyir ki... 20 aprel 2013> Click for more

Sevginin, müasirliyin, demokratiyanın, azadlığın, gözəl olan hər şeyin, eşqin, məhəbbətin Allahın sevdiyi hər şeyin hakim olması üçün Allah bizlərə güc versin.

Adnan Oktar deyir ki... 10 İyul 2012> Click for more

Bərabərlik Mehdi (ə.s) dövründə olacaq. Tam ədalət, hüquqi və ictimai ədalət də Mehdi (ə.s) dövründə olacaq.

Adnan Oktar deyir ki... 22 İyul 2012> Click for more

İslam 10 il sonra tam fərqli şəkildə insanların qəlbində yer almış olacaq, inşaAllah, amma biz ən çox savabı qazana bildiyimiz dövrdə olduğumuz üçün var gücümüzlə səy göstəririk. Həmişə cəhd edib, çalışırıq, amma savabın çox olduğu dövrlər fərqlidir.

Adnan Oktar deyir ki... 18 İyul 2012> Click for more

İslam möcüzəvi şəkildə dünyaya hakim olacaq.

Adnan Oktar deyir ki... 15 İyul 2012> Click for more

Hər mədəniyyət çox zövqlü və gözəldir. Heç bir mədəniyyətin yox olmasını istəmərik. Hər mədəniyyət zənginləşdiriləcək. Təbii ki, Mehdiyyət zamanında olacaq. Qarşıdakı illərdə bunları görəcəksiniz, inşaAllah.
Mehdiyyət mükəmməllik deməkdir, QÜSURSUZLUĞA YAXIN MÜKƏMMƏLLİK DEMƏKDİR. Bu, hər şeydə möhtəşəmlik, yaxşılıq, gözəllik, təmizlik, keyfiyyət, azadlıq, sevinc deməkdir.
Mehdiyyət dövründə gənc qızlar həyatlarının ən gözəl dövrünü yaşayacaqlar. İndi dəyərləri o qədər bilinmir. Dünyanın bir çox yerində belədir. Nə sevgidən zövq ala bilirlər, nə xoşbəxtliyi yaşaya bilirlər, nə də azadlığı... O dövrdə istədikləri kimi geyinəcək və əylənəcəklər. Hər yerdə can təhlükəsizliyi olacaq.

Adnan Oktar deyir ki... 4 İyul 2012> Click for more

Təxminən, yetmiş il sonra pozulma başlayacaq, amma İslam əxlaqının hakimiyyəti qarşımızdakı on il ərzində yayılmağa başlayacaq. Bütün insanların, bütün medianın, televiziyaların görə biləcəyi şəkildə İslam əxlaqı dünyaya hakim olacaq.
Dünya hakimiyyəti yeddi və yaxud doqquz il sürəcək. Artıq imtahanın mənası qalmadığı, İslamın tamamilə hakim olduğu, dəccaliyyət aradan qalxdığı üçün yeddi və ya doqquz il müddətində İslam hakimiyyəti olacaq, sonra isə hicri 1506-ci ildən tənəzzül başlayacaq.
İslamın dünyada hakimiyyəti yeddi və ya doqquz il olacaq, vəssalam. Çünki imtahan olmadığına görə Allah dünyanın davam etməsini lazım bilmir. Dünyada artıq küfr aradan qalxmış olur.

Adnan Oktar deyir ki... 20 İyun 2012  > Click for more

Dünya hakimiyyəti qəliz mövzudur. Elə fikirləşərsən ki, İslam dünyaya hakim oldu, lakin qütblərdə olan 3 nəfər hələ də tabe olmayıb. Allah onu hakimiyyət saymır. Onların da qəbul etmələri lazımdır. Buna görə də İslam əxlaqının dünyaya nə vaxt hakim olduğu bilinmir.
Dünya ilk dəfə olaraq belə geniş miqyasda İslam hakimiyyəti yaşayacaq, lakin 7-9 il arası sürəcək.

Adnan Oktar deyir ki... 7 İyun 2012  > Click for more

Terroru tarixə keçirəcək, sülhün, qardaşlığın tamamilə hakim olduğu, döyüşlərin, qarışıqlığın bitdiyi sistem təkcə Mehdi (ə.s) ilə mümkündür. Bu cür olmazsa hər hökümət vəziyyəti mühafizə etməlidir.

Adnan Oktar deyir ki... 5 İyun 2012  > Click for more

Moşiyahın yəni Hz. Mehdi (ə.s)-ın çıxışı ilə Hz. Süleyman (ə.s)-ın məscidi yenidən inşa ediləcək. Sərhədlər götürüləcək.
RƏSULULLAH (S.Ə.V)-İN DƏ MÜJDƏLƏDİYİ, TÖVRATDA DA 3000 İL ƏVVƏL MÜJDƏLƏNƏN HZ. MEHDİ (Ə.S)-IN DÖVRÜNDƏYİK. Ağılın, elmin, sənətin, estetikanın, gözəlliyin, demokratiyanın hakim olduğu, düşmənliyin, döyüşün, kinin yox olduğu çox gözəl qızıl dövrə girmişik. Allah mübarək etsin.

Adnan Oktar deyir ki... 18 May 2012  > Click for more

Bərabərlik hissini Mehdiyyət yaradar, vəsilə olar. Ədalət islahatının haqqını ödəyən də yenə Mehdiyyətdir. Bütöv, həqiqi ictimai ədalət Mehdiyyət dövründə hər cəhətdən bərqərar olacaq.

A9 TV, 2 May 2012  > Click for more

Hz. Mehdi (ə.s)-ın dövründə qadınların, bəylərin çox rahat olacağı, gəncliyin sevinc, həyəcan, xoşbəxtlik içində yaşayacağı, bayram gözəlliklərinin hər yeri əhatələyəcəyi atmosfer olacaq, inşAllah.

Adnan Oktar deyir ki... 27 Aprel 2012  > Click for more

Mehdiyyət dövründə hamı bir-birilə dost, qardaş olacaq. İnsanların bir-birini sevməsi bu dərəcədə asanlaşacaqdır. Sadəcə başlarında duran çox ağıllı biri olacaqdır. Yəni Hz.Mehdi (ə.s) rəhbər olmayınca belə tərbiyə, ruh, şəxsiyyət, elektrik verilə bilməz.
Mehdiyyət gənc qızlara azadlıq, sevinc, cavanlara sevgi, dərinlik ruhu gətirəcək, sevinc gətirəcək.

Adnan Oktar deyir ki... 25 Aprel 2012  > Click for more

İslam Birliyi Yəhudilərin də qızıl dövrü olacaq. Möhtəşəm bir mədəniyyət yaradacaqlar, bu dövrdə çox rahat olacaqlar. İslamın, Quranın gözəlliyini gördükdə hər biri Məhəmmədi olacaq.

Adnan Oktar deyir ki... 22 Aprel 2012  > Click for more

“Allahu Əkbər” deyə Mehdi təkbir gətirəcək. Bundan sonra 3-5 ildə dünya cənnətə çevriləcək, inşAllah. HZ. MEHDİ (Ə.S) 7 İL ƏRZİNDƏ DÜNYANI TAM FƏRQLİ HALA GƏTİRƏCƏK.

Adnan Oktar deyir ki... 18 Aprel 2012  > Click for more

Allah Kral Məsihi, Moşiyahı görməyi bizlərə nəsib etsin. Allah bizlərə Hz. Süleyman (ə.s)-ın məscidini inşa etməyi nəsib etsin. Allah bizlərə kərpiclərini şəxsən əlimizlə yerləşdirməyi nəsib etsin. Allah bizlərə Hz. İbrahim (ə.s)-ın məscidini, türbəsini tikməyi nəsib etsin. Allah Yaqub (ə.s)-ın, İsrail (ə.s)-ın məscidini tikməyi bizlərə nəsib etsin.
İndi Allah Mehdiyyətin qalibiyyətinə hökm etdiyinə görə, qədərdə elə olduğuna görə lap istəsən 12 adam ol yenə qalibiyyət mütləqdir.
Taledə belə yazıldığına görə dünya İslamın hakimiyyətinə keçir. Məsələn, taledə Dəccalın qalib gələcəyi yazılsaydı, lah-hazırda istədiyimiz qədər məşğul olsaq da, yeddi min kanalımız olsa, yetmiş min radiomuz olsa, yüz minlərlə professorumuz olsa, yenə də məğlub olardıq.

Adnan Oktar deyir ki... 16 Aprel 2012  > Click for more

Cənabı Allahın əmri ilə Hz.Mehdi (ə.s)-ın zühuru ilə birlikdə fəlakətlərə dərhal son qoyulacaq. Nuh Tufanında da elə idi: Cənabı Allah yerə "Suyunu ud", ərzə də "Suyunu tut" deyir. Dərhal Allahın əmrinə tabe olub dayanırlar. Yer , göy sakitləşir, fəlakətlər dayanır, inşAllah.

Adnan Oktar deyir ki... 6 Aprel 2012  > Click for more

Bədbəxtlik Mehdiyyətlə, hirs , təqlidçilik Mehdiyyətlə ortadan qalxacaq. İNSANLAR RUHLARINI BOŞALTDILAR, YENİDƏN İNSANLARIN BƏDƏNLƏRİ RUHLA DOLACAQ İNŞAALLAH.

Adnan Oktar deyir ki... 5 Aprel 2012  > Click for more

FANATİZM HAKİM OLSA İNSANLAR ÇİRKİN OLAR. Kişi də çirkinləşər, qadın da çirkinləşər, yöndəmsiz olarlar. SƏHABƏ DÖVRÜ İSLAM OLDUĞU ZAMAN İNSANLAR MÜKƏMMƏL GÖZƏL OLAR.

Adnan Oktar deyir ki... 23 Mart 2012  > Click for more

HZ. MEHDİ (Ə.S) İNSANLARIN MƏNƏVİ DİRİLİŞİ ÜÇÜN GƏLİR, qanı, ağrını, iztirabı dayandırmaq üçün gəlir.

Adnan Oktar deyir ki... 29 Mart 2012  > Click for more

MEHDİYYƏT BÜTÜN DÜNYANIN FİTRƏTİNƏ UYĞUNDUR. Mehdiyyətlə hər kəs rahat şəkildə İslamı yaşayar.

> Click for more

Mehdi (ə.s) dövründə musiqi, sənət, rəqs, sevinc olacaq. Hz. Mehdi (ə.s) dünyanın ən şən, ən sevgi dolu insanı olacaq.
Açıq deyirəm, İslam dünyaya hakim olacaq və fanatizm gözləyən adamlar çox müasir çox keyfiyyətli bir həyat sürəcəklər. Əsri səadət tam fərqlidir, fanatizm tam fərqlidir. Hətta dinsizlər kommunistlər, "belə olacağını bilsəydik bütün gücümüzlə dəstəkləyərdik" deyəcəklər.

25 İyul 2011; A9 TV  > Click for more

Güc tətbiq etmədən, sevgi ilə, şəfqətlə, elmlə, təhsillə, sənətlə İslamı dünyaya hakim edəcəyik. MÜSƏLMANLIQ OLMADAN DÜNYA DÖVR EDƏ BİLMƏZ, QİYAMƏT QOPAR. Yəni mütləq bütün dünya Müsəlman olacaqdır. Allahın istədiyi budur.

23 İyul 2011; A9 TV  > Click for more

MEHDİYYƏT DÜNYA TARİXİNİN Peyğəmbər Əfəndimiz (s.ə.v)-dən sonrakı ƏN AZĞIN MÜNAFİQLƏRLƏ, KÜFRÜN ƏN AZĞINLARI İLƏ MÜBARİZƏ APARAN QRUPUNA DEYİLİR. Ən qatı münafiqlər, ən azğın küfr ,ən güclü vəlilər yenə axır zamandadır.
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top