Bir çox anormal rəftarlar bir araya gəldikdə buna nə göz, nə beyin, nə də hüceyrə dözə bilməz. Baxıb görürəm ki, hüceyrələri də üsyan edir. Əti quruyur, baxışı, səsi, məntiqi pozulur.
İnsanlara baxıram, gözlərində heç bir məna yoxdur. Niyə? Həsədlik bir tərəfdən, qısqanclıq bir tərəfdən, qəddarlıq bir tərəfdən, sevgisizlik bir tərəfdən, insanlardan qorxu bir tərəfdən, Allaha təslimiyyətsizlik bir tərəfdən, rəqabət ruhu bir tərəfdən olduğu üçün gözlərdəki məna, gözəllik gedər.
İnsanlar yalan danışmağa, səhvi başqasının boynuna yıxmağa meyillidir. Halbuki, Allah insanın bu cür adi oyunlarla özünü Allahın əzabından qurtara bilməyəcəyini bildirir.
Qəddar, eqoist olan insanı heç kim Allahın əzabından qurtara bilməz.
-Bəzi kəslərə aiddir bu sözlərim-tərtəmiz, imanlı müsəlmanlarla savaşmağı, qarşı çıxmağı asan gördüyü üçün qoçuluq etməyə çalışmaq uğursuzluq gətirər. Allah məzlumu qoruyar, məzluma heç bir şey olmaz. Olan səhv hərəkət edənə olar, inşaAllah.