İNCİLİN ƏSLİ VƏ ƏSASI QURANIN İÇİNDƏDİR. Qurana uyğun olan İncil ayələri etibarlı olar. Məhəmmədi olmadan bir insanın həqiqi Xristian olması, gerçək Yəhudi olması mümkün deyil. Çünki BİR İNSAN MƏHƏMMƏDİ OLDUĞUNDA DİNİ TAM ANLAMIŞ OLAR, HƏR ŞEY ÇOX DƏQİQLƏŞƏR, QARIŞIQLIQ QALMAZ. Tövrat və İncildə təhrif olmuş qisimləri o zaman çox açıq görərlər , təhrif olmamış yerlər ortaya çıxar. Hz. İsa (ə.s) "Allah birdir" deyir, o hökmə biz də itaət edirik zatən. Tövratda "Allah sevgisi ilə coşun" deyir. "Bütün ürəyiniz və canınızla Allahı sevin" deyir. Bunlar haqq ayələrdir dəyişməmişdir. Biz buna itaət edirik .
İncilin də, Tövratın da haqq olan hissələri nəfisdir, ürəklərə şəfadır. İkisinin də haqq olan qisimlərini kitab halına gətirdim. Tövrat və İncil oxunmaz deyənlər yanılarlar. Quranda var bu haqq kitablar. İncilin də, Tövratın da haqq hissələrini bilməklə mükəlləfik.
Tövrat və İncilin haqq olan bütün hissələrinə tabeyəm. Tövrat və İncilin bu hissələri nəfisdir, qidadır insanın ruhuna. Bu haqq və dəyişdirilməmiş olan qisimlərin hamısı Quran ilə uyğundur.
Köhnə İncillərdə Allahın "Bir" olduğu bildirilib. Orijinal İncildə bu tapıldı, lakin gizlədilir. Vatikandan çəkindikləri üçün üzə çıxarmaya bilərlər. Vaxtı gələndə üzə çıxacaq inşAllah. Ortaya çıxdığında da karbon tarix müəyyən etmə metoduyla ən köhnə İncil olduğu aydın olacaq.